Yenə sıxıldı qəlbim, yenə alışdı bağrım, yenə gəldim qapına, geri qaytarma, Tanrım. Açdım əlimi sənə, susuram, dinləsənə.
Toplayıb cəm edən sən, seçən, ayıran da sən. Dağları birləşdirib kürək-kürəyə qoyan, çayları, bulaqları dənizə qovuşduran, bir həyətin pişiyin itinə yovuşduran, insanı bir-birindən ayrı salma, nə olar…
Alın yazılarından əlbəttə ki qaçılmaz, Sən açmayan düyünlər sonsuzadək açılmaz. Aç düyünü, İlahi, Kəs yer üzündən ahı. İnsanı dost qərar ver insana, düşmən etmə, dünyaya gəlməyinə heç kimi peşman etmə. Heç atanı cibindən, Heç ananı əlindən utandırma, İlahi.
Məhzun, məsum gözlərə, heç vaxt yaşlar dolmasın, Ac qalmasın uşaqlar, üşüməsin uşaqlar, Uşaqlar üşüdükcə fikirlərim üşüyür, dualarım üşüyür, zikrlərim üşüyür.
İnan ki, mənzərələr bəhərli dərd ağacı, gözümə hüzün çöküb, könlümə ağrı-acı… amma yenə gülürəm – budur, budur, İlahi, böyük dərdin əlacı…
Ey bir adı Haqq Tanrım, Sevgisi böyük Tanrım, Rəhmətə sərhəd yoxdur, Ağırdır bu yük, Tanrım! Açdım əlimi sənə, susuram, dinləsənə. Dünyaya gəlməyinə heç kimi peşman etmə, insanı dost qərar ver insana, düşmən etmə.
24.10.2024
Müəllif: ADİLƏ NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Sovet dönəmində Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmaq və oranı uğurla başa vurmaq digər ali təhsil ocaqlarından çox çətin idi. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılan bu institutda tədris proqramı o qədər ağır idi ki, sonuncu kursadək hər tələbə tab gətirə bilmirdi. Dəqiq elmlərlə yanaşı, tələbələrdən layihə hazırlamaq, dəqiq hesablamalar aparmaq, tez-tez “çertyoj” çəkmək tələb olunurdu. Haqqında söhbət açmaq istədiyim Elmir Tofiq oğlu Vəlizadə də Azərbaycan Neft və Kimya İnstitunun məzunudur. Əslən şuşalı olsa da, 1964-cü ildə Mingəçevir şəhərində anadan olub. Təhsildə fərqləndiyinə görə, təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsinə təyin olunub. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı, institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət də göstərib. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olaraq, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir…
Deyir ki:- “Bugünkü texnologiyalar, xüsusən də süni intellekt əsri jurnalistlərin işini daha da inkişaf etdirir. Süni intellekt vasitəsilə sosial media kampaniyaları yaradılır, əvvəlcədən müəyyən mövzular əsasında yayımlanan məlumatlar formalaşdırılır. Lakin texnologiyalar özü-özlüyündə yalnız vasitədir, jurnalistlərin peşəkar yanaşması və məsuliyyəti informasiya əsrində həqiqəti təbliğ etmək üçün həlledici rol oynayır.”
Etibarlı, güclü və hər cəhətdən ayaq üstə durmağı bacaran bir insandır. Daim hərəkətdədir və bir yerdə dayanmağı bilmir. Planlaşdırdığı uğura nail olmaq üçün sona qədər çalışır və heç vaxt təslim olmur. Kriativdir, həmişə yeni şeylər öyrənmək istəyir. Həm də çox emosional və mərhəmətlidir. Yanında bir dərdli görsə kövrəlməyə bilmir. Azadlığını çox sevir və heç kimin onun gördüyü işlərə qarışmasını xoşlamır…
“İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı texniki vasitələr sayəsində minimum itkilərlə çıxdıq. Texnoloji inkişafa nail olmaq üçün dövlət siyasəti yetərli deyil. Burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək. Bu istiqamətdə ölkəmizdə son bir neçə ildə böyük inkişaf mövcuddur. Son illərdə minlərlə Azərbaycan gənci təlimlərdən keçib. Dövlət və özəl sektor, cəmiyyət bu sürət və inkişafa hazır olmalıdır, əks halda geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Bütün qurumlar bunu vəzifə kimi bilməlidir. Dövlət qurumlarından xahişimiz və tələbimiz budur ki, bundan sonrakı fəaliyyətdə daha da səfərbər olsunlar.”
Gördüyü işi yarımçıq qoymağı sevmir. Güclü olduğunu gözlərindən də oxumaq olur. Yalançı, təkəbbürlü insanlara qarşı dözümsüzdür, onlara hədlərini bildirməkdən çəkinmir. Analitik düşüncə tərzi var, hər deyilənə asan inanmır, amma inandığı hər bir məsələni sona qədər inadla müdafiə edir. Sadə və təvazökardır. Özünü reklam, uğurlarını nümayiş etdirməkdən xoşu gəlmir. Qətiyyətli xarakteri bir çox sahədə asanlıqla uğur qazanmasına səbəb olur. Necə deyərlər, ayaq üstə möhkəm dayanmağı bacarır…
Deyir ki:- “Erməni və digər xarici qüvvələrin ölkəmizə qarşı yönəltdiyi məqsədli təxribatlar və dezinformasiyalar davam edir. Azərbaycanın milli maraqları üçün ideoloji təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyev ölkəmizin inkişafı üçün vəzifələri və strateji istiqamətləri Milli Məclisin iclaslarında dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı, həmçinin ideoloji təxribatların qarşısını almaq üçün jurnalistlərin mühüm rolunu qeyd edib. Bizə qarşı yönələn təxribatlar xalqımızın güclü iradəsi ilə qarşılanır və onların nəticəsi heç vaxt istənilən effekti vermir. Ancaq buna baxmayaraq, biz hər zaman bu təxribatlara hazır olmalıyıq.”
Maraq dairəsi çox genişdir və araşdırmaçı xasiyyətə malikdir. Sevdiklərinə çox bağlıdır və onlara həmişə sədaqət göstərir. Səyahət etməyi, sevdikləri ilə dinc vaxt keçirməyi xoşlayır…
Söhbətimin sonunda onu da qeyd edim ki, Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Prezidentin İcra Aparatında müxtəlif vəzifələrində çalışıb. Sonra prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri, daha sonra Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri təyin edilib. 2007-ci ildə isə bu vəzifədən azad edilərək indiki Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. 2021-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində rəqəmsal media ilə iş sektorunun müdiri vəzifəsində çalışır…
Oktyabrın 25-i Elmir Vəlizadənin 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, işlərində yeni-yeni uğurlar arzulayıram.
Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr olunmuşdur. “Kritika” nəşriyyatının yayınladığı, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. İnsanlığın keçib gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.
“Səhra savaşı” romanı XXI yüzildə qloballaşan dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi-əxlaqi çöküş və humanitar böhranla müşayiət olunan bəşəri problemlərə sərt etiraz ruhu ilə seçilir. Süjet hörüyü fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın baş qəhrəmanı kimi canlandırılan Qocanın timsalında yer üzündə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın gerçək mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.
Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman daha sonra Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.
Keçmiş SSRİ və ya Sovet dönəmində ADC-nin və Müsavat partiyasının rəhbərlərindən olan Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin nəşri, tədqiqi və ümumiyyətlə, onun haqqında müsbət mənada danışmaq qadağan edilmişdi. Məqsəd bolşevizmin düşməni olan bu milli məfkurə və istiqlaliyyət mücahidinin adını və əməllərini yaddaşlardan silmək, sonrakı nəslə unutdurmaq idi. Azərbaycan müstəqillik qazandığı vaxtdan, yəni XX əsrin 90-cı illərindən etibarən Məhəmməd Əminin əsərlərinin nəşri, tədqiqi və təbliği sahəsində müəyyən işlər görülməyə başlanıldı. Cəfakeş alim Şirməmməd Hüseynov istiqlal mücahidinin 1903-1920-ci illərdə Azərbaycanda və İranda işıq üzü görmüş mətbu məqalələrini toplayaraq kitab halında tərtib etmiş və cilddə nəşr etdirmişdir. Bununla da cəfakeş maarifçi və millət xadiminin həyat və yaradıcılığına, ədəbi-nəzəri görüşlərinə, fəaliyyətinə, ana dili, islam dini ilə bağlı fikirlərinin elmi şərhinə, ictimai-siyasi və fəlsəfi görüşlərinə hər bir vətənsevər oxucuda fikir, ideya formalaşdırmışdır.
XX əsrin əvvəllərində yaşayıb yaratmış bütün maarifpərvər ziyalılar kimi Məhəmməd Əmin Rəsulzadə də xalqın savadlanması, yeni məktəblərin və xeyriyyə cəmiyyətlərinin açılması, tədris kitablarının nəşri, müəllim kadrlarının yetişdirilməsi, milli özünüdərk və milli əxlaq, təhsilin məzmunu, qadınların təlim və təhsilə cəlb edilməsi və sair bu kimi məsələlərlə ciddi məşğul olmuşdur. Pedaqogika üzrə fəlsəfə doktoru Xatirə Zakir qızı Qocayevanın “XX əsrin əvvəllərində Azərbaycanda təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə Məhəmməd Əmin Rəsulzadənin rolu” adlı əsəri ictimai və siyasi xadim olan M.Ə.Rəsulzadənin pedaqoji irsini sistemli öyrənməsi, onun maarifçilik görüşlərini bu istiqamətdə araşdırması maraq doğurur, elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilir.
Əvəzolunmaz tarixi şəxsiyyətlərimizdən biri olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının yetişdirdiyi ən mübariz, mütəfəkkir və fədakar şəxsiyyətlərdən biri olmuşdur. XIX əsrin son onilliklərində və XX yüzilliyin birinci yarısında yaşayıb fəaliyyət göstərmiş bu fədakar insan görkəmli siyasətçi, milli ideoloq, ADC-nin qurucularından və rəhbərlərindən biri, mühərrir, naşir, publisist, maarifçi, ictimai xadim, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi və s. kimi tanınır. Xatirə Qocayeva haqlı olaraq Məhəmməd Əmin bəyi xalqımızın məktəb və təhsilinin inkişafı yolunda yorulmadan çalışan bir maarifçi-pedaqoq da adlandırır. Doğrudur, Məhəmməd Əmin Rəsulzadə bəzən qısa müddət ərzində auditoriyalara girib dərs desə də o, peşəkar müəllim kimi fəaliyyət göstərməmiş və pedaqoq kimi tanınmamışdır. Ancaq bütün bunlara rəğmən Məhəmməd Əmin bəy çoxşaxəli fəaliyyət və yaradıcılıq yoluna malik universal zəka sahibi olmuşdur. Onun fəaliyyət və yaradıcılıq irsinin bir qolunu da pedaqoji məzmunlu əsərləri təşkil etmişdir. Həmin əsərlərin tədqiqi və öyrənilməsi haqqında söhbət açdığımız şəxsiyyətin fəaliyyətini və yaradıcılıq irsini tam şəkildə anlamağa, onun gördüyü işlərin miqyasını dolğun surətdə anlamağa imkan verərdi.
Sivil dövlətlər miqyasında tanınmış Məhəmməd Əminin pedaqoji əsərləri özünün dərin məzmunu, müasirlik ruhu, yeni mündəricəsi ilə seçilir desək yanılmarıq. Bu əsərlər sonrakı dövr pedaqoqlarımız, maarif və məktəb məsələləri ilə məşğul olan mütəxəssislərimiz üçün bir nümunə, ideya-nəzəri mənbə rolunu oynaya və nəticə etibarı ilə pedaqogika elminin, təlim və tərbiyə nəzəriyyəsinin inkişafına töhfə verə bilər. Ona görə ki, M.Ə.Rəsulzadə geniş erudisiyaya malik bir şəxsiyyət olduğundan pedaqoji məzmunlu əsərlərində, bir qayda olaraq, məktəb, maarif, təhsil, təlim və tərbiyə ilə əlaqəli məsələləri mütləq dövrün ictimai, siyasi və ədəbi-mədəni hadisələri, cari və gələcək prosesləri ilə uzlaşdırmış, əlaqələndirmişdir. Ona görə də onun pedaqoji irsi dövrün pedaqoji prosesləri ilə ictimai, siyasi, ədəbi-mədəni və maarifçilik hərəkatını, bunların qarşılıqlı təsirini izləməyə, başa düşməyə imkan verir.
Bu gün Azərbaycan pedaqogika tarixi elminin qarşısında duran əsas vəzifələrdən biri də pedaqoji fikir, həmçinin məktəb və təhsil tariximizin keçdiyi inkişaf yolunu öyrənməkdir. M.Ə.Rəsulzadənin pedaqoji irsinin elmi araşdırma obyektinə çevrilməsi həm bütövlükdə pedaqoji fikir, məktəb və maarif tariximizin keçdiyi yolu, həm də XIX əsrin sonu və XX əsrin əvvəllərində bu sahədəki mənzərəni aydınlaşdırmaq, daha elmi şəkildə təsəvvür və dərk etmək üçün əhəmiyyətli və vacibdir. Bu mənada, xalqımızın maddi və mənəvi yüksəlişinə töhfə vermiş, xalqa və vətənə xidmət göstərmiş böyük şəxsiyyətlərimizi, onların maddi və mənəvi mirasını tədqiq edib tanıtmaq, indiki və gələcək nəslə çatdırmaq həmin şəxsiyyətlərin ruhu, həmçinin vətənimiz və xalqımız qarşısında bizim borcumuzdur. M.Ə.Rəsulzadə də belə layiqli şəxsiyyətlərdən biridir.
Əsər bizə deməyə əsas verir ki, xalqın maariflənməsi yolunda əzmkarlıqla mücadilə aparan M.Ə.Rəsulzadə böyüyən nəslin əxlaqi-mənəvi tərbiyəsi, ümumi, icbari və pulsuz təhsili ilə bağlı bitkin konsepsiya layihəsi yaratmışdır. Həmçinin, M.Ə.Rəsulzadənin milli özünüdərk, uşaqların təlim və tərbiyəyə cəlb edilməsi ilə bağlı ideyaları o dövrün və çağdaş dövrümüzün pedaqoji fikrinin formalaşmasında mühüm rol oynayır. Tədqiqatçı alim haqlı olaraq qeyd edir ki, M.Ə.Rəsulzadə hazırladığı milli mənəvi dirilik konsepsiyası ilə böyüyən nəslin əqlinin, milli ruhunun və cisminin bərabər səviyyədə inkişafına təkan vermişdir. Azərbaycanda ilk ali təhsilli kadr hazırlığı da M.Ə.Rəsulzadənin təşəbbüsü və əziyyəti hesabına təşkil edilən Bakı Dövlət Darülfünunda həyata keçirilmişdir.
Xatirə Qocayevanın da qeyd etdiyi kimi M.Ə.Rəsulzadənin elmi şərhinə, ictimai-siyasi və fəlsəfi görüşlərinin tədqiqinə dair V.Sultanlı, Ş.Qurbanov, M.Fərzəliyeva, N.Yaqublu, A.Əlizadə, M.Ağayev, F.Ələkbərov və b. maraqlı tədqiqat əsərləri ortaya qoymuşlar, ancaq pedaqoji görüşləri ilə bağlı akademik Hüseyn Əhmədovun, professor Əjdər Ağayev, Y.Talıbov, F.Sadıqov, S.Quliyev, F.Rüstəmov, R.Hüseynzadə və digərləri qismən də olsa bəhs etmişlər. M.Ə.Rəsulzadənin təhsilin demokratikləşdirilməsi uğrunda apardığı mübarizəsinə ilk dəfə sistemli şəkildə araşdıran tədqiqatçı Xatirə Qocayevadır.
Əsərə nəzər salan zaman görürük ki, doktorant Xatirə Qocayeva yarımfəsillər boyu M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin əsas məqamları barədə məlumat vermiş; onun pedaqoji yaradıcılığının əsas nümunələrini kompleks halında üzə çıxararaq əsas pedaqoji konturlarını müəyyənləşdirmiş; vətənpərvər ziyalının maarif və onun əhəmiyyəti barədə baxışlarını şərh etmiş; milli ideoloqun çarizmin milli ucqarlardakı, o cümlədən Azərbaycandakı maarif siyasətinin əsas mahiyyətinə, müstəmləkəçilik stixiyasına, bunun praktiki nəticələrinə göstərdiyi münasibətə aydınlıq gətirmiş; böyük maarifçinin milli məktəb uğrunda mübarizəsinin ümumi və əsas mənzərəsini canlandırmış; onun milli pedaqoji kadr hazırlığı uğrunda mübarizəsinə və bu barədə qənaətlərinə nəzər yetirmiş; müəllim və onun şəxsiyyəti barədə maarifçi ziyalının mülahizələrini analiz etmiş; millət xadiminin milli özünüdərk və milli əxlaq tərbiyəsi barədə baxışlarını təhlil süzgəcindən keçirmiş; Məhəmməd Əminin ümumi təhsilə keçid barədə fikirlərini, həmçinin bu istiqamətdə apardığı mübarizənin əsas konturlarını aydınlaşdırmış; maarif münəvvərinin təhsilin məzmunu ilə bağlı şərh və fikirlərinə aydınlıq gətirmiş; görkəmli şəxsiyyətin ana dili və onun tədrisi ilə əlaqəli mülahizələrini, bu yolda apardığı mübarizənin vacib elementlərini təhlil obyektinə çevirmiş; dini təlim-tərbiyə və onun əsas istiqamətləri və əhəmiyyəti barədə M.Ə.Rəsulzadənin görüşlərini müəyyənləşdirmiş; Azərbaycan qadınlarının təlim və tərbiyəyə cəlb edilməsi və bunun sosial-pedaqoji lüzumu haqqında müəllifin baxışlarını analizdən keçirmiş; onun yaşlıların təhsili ilə əlaqəli görüşlərinin əsas detal və təfərrüatını üzə çıxarmışdır.
Əsərdə yenə də tədqiqatçı alim M.Ə.Rəsulzadə yaradıcılığında təlimin ana dilində aparılması, məktəblərdə hökm sürən sxolastikanın aradan qaldırılması, təhsilin ümumi, məcburi və pulsuz olması, rəğbətləndirməyə üstünlük verilməsi, yeni milli məktəblərin yaradılması, ana dilində dərsliklərin hazırlanması, təhsilin məzmununun milliləşdirilməsi və zənginləşdirilməsi, yeni təlim üsullarının tətbiqi, təlimin çətinliyini uşaqların əqli və fiziki imkanları ilə uyğunlaşdırılması, əlifbanın dəyişdirilməsi, qadın təhsili, dünyəvi təhsilin genişləndirilməsi, tərbiyənin məqsəd və məzmununun müəyyənləşdirilməsi və s. kimi məsələləri həmin ideyaların fonunda problemə baxış kimi səciyyələndirmişdir.
Xatirə müəllim əsərdə təqdim etdiyi müddəaları aydın təfəkkür, məntiqi mühakimə, səlis elmi fikirlərlə ifadə etmiş, problemlə bağlı elmi-pedaqoji ədəbiyyatları təhlil edərək ümumiləşdirmişdir. Əsərdən alınan nəticələr on səkkiz (18) maddə, müəyyən tədbirlərin həyata keçirilməsi ilə bağlı isə beş (5) təklif irəli sürmüşdür.
Tədqiqatçı alimin qeyd etdiyi kimi, biz də arzu edirik ki:
M.Ə.Rəsulzadənin elmi-pedaqoji irsinin müxtəlif istiqamətlərdə tədqiqi və təbliği işi bundan sonra da davam etdirilsin.
Bunun üçün fərdiqaydada elmi-tədqiqat işi aparmaqla yanaşı elmi-praktiki konfranslar, elmi sessiyalar keçirilsin.
Tələbələrə onun həyatına, fəaliyyətinə, pedaqoji irsinin və təlim-tərbiyə ilə bağlı fikirlərinin ayrı-ayrı problemlərinə aid buraxılış işləri, magistr dissertasiyası mövzuları, kurs işləri verilsin.
4. Məhəmməd Əmin Rəsulzadənin adına tələbə təqaüdü tərtib edilsin.
5. Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr edilmiş elmi-pedaqoji mühazirə və seminarlar keçirilsin.
SondaXatirə Qocayevanı “XX əsrin əvvəllərində Azərbaycanda təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə Məhəmməd Əmin Rəsulzadənin rolu” adlı əsərinə görə təbrik edir və bundan sonrakı yaradıcılığında ona uğurlar arzulayırıq.
Xanəmir Telmanoğlu “Qızıl alma vücudnaməsi”ni təqdim edir.
Alpay Azər “Ali rütbəli nəzarətçilər”, Nurlana İşıq “Qazinin izi”, Rey Kərimoğlu “Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın” (sənədli hekayə), Səadət Musayeva “Son çağırış” hekayələriylə görüşünüzə gəlib.
“Nağıl” rubrikasında “Tənbəl ayı” ilə Əfsanə Rəhimlidir.
Fələstin və iordan əsilli şair, rəssam Əli-Əl-Əmirinin “Dünya poetik sanitariyaya möhtacdır…” essesi, Elxan Yurdoğlunun 70 yaşı tamam olan İbrahim Yusioğluna dost məktubu,“Anım” rubrikasında Aydın Tağıyevin unudulmaz şair Səyavuş Sərxanlı haqqında yazısı bu sayda yer alır.
Olaylar.az xəbər verir ki, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb. Görüşdə türk dünyası ədəbiyyatı və irsinin yaşadılması,inkişaf etdirilməsi yönündə müzakirələr aparılıb. Söhbət zamanı bu sahədə yaxın və uzaq hədəflərdən danışılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
YAĞIŞ Sakit və kədərli bir yağış yağır Fikirli-fikirli duman içindən… Brezent gödəkçəmin qaldırıb yaxalığın Bu kədərin içindən tələsik keçirəm mən.
Baxıram ki,ağaclar dumanlıdı büs-bütün, Kədərlidi budaqlar, fikirlidi yarpaqlar… Keçib gedir yanımdan heç salam da vermədən— Fikirlidi kepkalar,fikirlidi ləçəklər,fikirlidi papaqlar…
Bax, çidarlı atlar da fikrə gedib çəməndə, Dayçaların biri də heç tərpənmir yerindən… (Heyif ki, bu atların yoxdur heç bir xəbəri Mənim şeirlərimdən) Elə zəif gəlir ki,səsi də ildırımın Sanırsan torpaqlardı—köks ötürür dərindən.
Buradan uzaqlarda haylı-küylü şəhər var.., Inana bilmir adam… Sükut..,duman və yağış… Qadırıb yaxalığın brezent gödəkçəmin Gedirəm..,ürəyımdə min cür fikir, yır-yığış…
Ömür qəfildən keçib—o ömürə mən yadam.., …Biz ki, hər zaman sevdik– heç vaxt sevilməsək də.., Inana bilmir adam, inana bilmir adam… …Sükut, kədər və yağış..,bir də fikirli duman… 25. 03 .2017.