Fəridə Ləman yazır

365 gün şeir yazan “Şeir ağacı “-Təvəkkül Goruslu!

Bu yazıma tanınmış şair Təvəkkül Goruslunun “Şeir ağacı”şeiri ilə başlamaq istəyirəm.Təbii ki, bu şeirə qədər də onun çox sayda şeirləri və kitabları işıq üzü görüb.

Şeir ağacıyam bəndlər budağım,
Göylərə qol açıb misra qucağım,
Hecadı, vəzndi yaşıl yarpağım,
Məmnun olar gözlə barımı dərən.

Şeir ağacıyam sözlər çətirim,
Qışda da təzədi, tərdi sətirim,
Uzaqdan duyulur lətif ətirim,
Deyirlər “utanmaz varını verən”

Amma mən onun gündəlik həyat tərzinə uyğun olaraq məhz bu şeirindən başlamaq istədim.

Öncə onu deyim ki, Təvəkkül müəllimi bir şair kimi sosial şəbəkədən tanımışam.Ən çox da diqqətimi çəkən onun hər gün səhifəsində yeni bir şeir paylaşması olub.Sanki o bunu gündəlik həyat proqramına uyğunlaşdırıb,gözəl bir vərdişə çevirib.Sonra isə bu 365 günün məhsullarını nəfis bir kitab halında çap etdirib.
Təvəkkül Goruslu ədəbi prosesdə öz yeri,öz dəsti-xətti olan qələm,söz sahibidir.Düşdüyü şəraitdən asılı olmayaraq poetik anlamda da sözünü cəsarətlə deyə bilir.Qələmin,sözün gücü və bu sözü deyənin şəxsiyyəti,məqsəd-məramı da o zaman aydın təzahür edir.Düşünürsən ki,şair bu sözü niyə deyir və bizə nəyi aşılayır?!
Onun şeirlərində həyatın təbii rəngarəngliyi,ahəngi var.O,həyatın,yaşadığı cəmiyyətin çalarlarını bədii düşüncəsinə,duyğularına hopdura bilib.Ona görə də şeirləri oxunur,sevilir.
Şair təxəllüsündən göründüyü kimi Vətən həsrətli yaradıcıdır.Onun şeirlərində sarı və qara rənglərin yansıdığı məqamlar var.O rənglərin içindən ağrı,kədər boylanır və hələ ki,boy alır.

Üstə basıb qarabağlı yaranın,
Dağın verib, saxladılar aranın.
Pozmaq üçün bütövlüyün Turanın,
Səni bizdən qopardılar, Zəngəzur!

(Zəngəzur)

Bəli indi gördük bu sarı,qara rənglərin kökü haradan gəlir.Bu rənglər zorən taleyimizə hopdurulmuş,ürəyimizcə olmayan rənglərdir.
Şair şeirlərinin birində “Dünyadır bu”- dedi.Amma bunu yana-yana,göynəyə-göynəyə dedi,sadə və səmimi:

Kimlər artır saray-saray,
Kimlər uçur təkdaş-təkdaş.
Kimə zülüm,kimə qolay,
Kimə sürgün,kimə ” beşdaş”…

Təvəkkül müəllimin şeirlərindən hiss olunur ki,o, yüksək mənəviyyata və intellektə sahib bir insandır .O,söz nümayişbazı və ” mən”…”mən” … deyən cızma-qaraçı hay-küyçülərdən deyil.Ədəbiyyatımıza,vətənimizə,el-obasına sözün əsl mənasında vətəndaş xidməti nədirsə onu edir:

Ay adam,ara ver,bir “mən” sözünə,
Yaxasını yırtıb bayıra tökmə.
Sakit ol,qışqırma,güvən özünə,
Öz mənin yüz biçim mənlə tikmə.

(Mənliyin olsun)

Şairin əli sanki hər zaman nəbzinin üstündədir,orada qanlar-qadaların dolaşdığı yaşadığı gerçək dünyanın qorxulu ürəyi döyünür .Şair dünyanı ,insanlığı qan tökməyə sürükləyənlərin “son məqam”larını yada salmağı xatırladır.

Dünyanı ölümə sürüyən kəslər,
Qan tutan gözünüz bəşərə asi.
İnsanlıq sizləri barışa səslər,
Durun ki, sizindi ölüm sırası.

(Yatmayın insanlar)

Şair el-obasına bağlı ,onun təəssübünü çəkən bir vətən vətəndaşıdır.Amma tarixin sərt üzü,tərs sillələri var,ayrılıq adlı həsrət yolları var və bu yollarda keçə bilməyəcəyimiz çəhlimlər,qadağalar, yasaqlar qoyulub.Nə əlin yetir,nə üçün çatır…

Mənim ocaq yerim,mənim pir yerim,
Mənim xeyir yerim,mənim şər yerim,
Məni mən eyləyən səndə hər yerim,
Qalıbdı ,özümə qaytar,a kəndim.

(A kəndim)

Bəli, vətəndaş harayının poetik inkasıdır bu nümunələr.O şirinliyi,rahatlığı,dincliyi insan ancaq dünyaya göz açdığı məkanda tapır.
Müəllifin şeirlərində folklora,təbiətə,kainata,fəsillərə,oda,torpağa, suya və s.müraciətlərlə tez-tez rastlaşırıq.Bu bədii nümunələrin içindəki metaforik yanaşmalar orijinal və gözəldir .

Təbiət paltarın geyər, soyunar,
Suyun geyindiyin oldumu görən.
Canlı da,cansız da suda yuyunar,
Sonsuzdu su ilə həyatın sürən.

(Söz ömrü sürər)

“Mənim fikirlərim su kimi çılpaq”- deyən şair ,sözləri, düşüncəsi,ruhu, duyğuları ilə axar sularda çalxanaraq durulanın,saflaşır.
Şeirlərində çox vaxt ədalət,haqq carçısına çevrilən şair ürəyini kağıza boşaltmaqla bir “təsəlli “tapır.Bu zalım cəmiyyətdə haqq-ədalət nə vaxt yerində olub ki?!
İşğaldan azad olan bölgələrimizə ayrı-ayrı təşkilatlar, qurumlar tərəfindən səfərlər təşkil olunur.Hər yerdə,hər işdə olduğu kimi buradakı ayrı seçkilik də müəllifə pis təsir edir.Şuşaya təkrar-təkrar ziyarətə gedənlər yenə gedir…

Özünüz yüz kərə,min kərə gedin,
Siz Allah Şuşaya qoymayın bizi.
Torpağın,qaynadın ziyarət edin,
Siz Allah Şuşaya qoymayın bizi.

Duyub sevincini gülərik birdən,
Sevin göz yaşların bilərik birdən.
Qəlbimiz tab etməz,ölərik birdən,
Siz Allah Şuşaya qoymayın bizi.

(Şuşaya qoymayın bizi)

Təəssüf….çox təəssüf… görünür oranın öz “adamları” var….
Təvəkkül Goruslu,zəhmətkeş, təəssübkeş bir qələm sahibidir.Onun yaradıcılığında Vətən,Bayraq, müstəqillik Torpaq,əsgər,Şəhid mövzusuna çox sayda müraciətlər var.

Titrəşir yerişindən orman,torpaq,dağ,dərə,
Vətən sənə güvənir,sən igidə,sən ərə.
Tanrı səni qorusun,əhsən sənə min kərə,
Azərbaycan əsgəri!

(Azərbaycan əsgəri)

Bu gün ədəbiyyatda güclü bir poetik axın var.Bu axının içində öz dəyanətini saxlamaq sözün əsl mənasında məsuliyyət tələb edir.Təvəkkül müəllim də bu məsuliyyətin daşıyıcılarındandı.Allah ruhunuza, duyğunuza min bərəkət versin -“Şeir ağacı”!

Müəllif: FƏRİDƏ LƏMAN

FƏRİDƏ LƏMANIN YAZILARI

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Arif Buzovnalı – Deyil

Qəzəl

Pisdi halım, vəli, halımdan o gül hali deyil,
Dözürəm, çünki ümiddən bu könül xali deyil.

Eşqdir ilk və axır sözü insan dilinin,
Başqa bir kəlmə mənimçün bu qədər ali deyil.

Eşq sultanına can mülkü vəfa mənzilidir,
Bu könül fəthidi, qafil, cahan işğalı deyil.

Sirrdir şəxsdə gər hər nə ola batində,
Nə ki zahirdədi heç vaxt müəmmalı deyil.

Çoxdur, Arif, bu cahan içrə bilən söz qədrin,
Söz kimi sözdü bu, məna kimi mənalı deyil.

Mənbə: Arif Buzovnalı

Müəllif: ARİF BUZOVNALI

ARİF BUZOVNALININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Daşkənddə Yunus Oğuzun “Əmir Teymur” tarixi romanının təqdimatı olub

Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Yunus Oğuzun paytaxtdakı “Bayaz” nəşriyyatında özbək dilində təkrar nəşr olunan  “Əmir Teymur”  tarixi romanının təqdimatı keçirilib. Kitabı məşhur özbək şair və tərcüməçisi, mərhum Usman Kuçkar tərcümə edib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, universitetin professor-müəllim heyəti, şair və yazıçılar, tələbələr iştirak edib.

Təqdimatı filologiya elmləri doktoru Gülbahar Aşurova açaraq Yunus Oğuzun yaradıcılığı haqqında məlumat verib, onun Özbəkistanda  yaxşı tanındığını diqqətə çatdırıb.

Universitetin prorektoru Gülnoza Əhmədova  bildirib ki, Y.Oğuz Özbəkistanda çap olunan ilk kitabı -“Əmir Teymur” romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, tarixi dostluq münasibətləri haqqında məlumat verib, belə əsərlərin yayılmasına və təbliğinə geniş ehtiyac olduğunu qeyd edib. O, Yunus Oğuzun bir neçə kitabının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edildiyini diqqətə çatdırıb, yazıçının əsərlərinin Azərbaycan və Özbəkistanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə də nəşr olunduğunu bildirib.

Alim və tərcüməçi Babaxan Şərif deyib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz”, “Ovçu”, “Cığır” və digər romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.

Alim “Əmir Teymur” romanının bədii dəyəri haqqında  söhbət açıb, kitabın gələcəkdə tarixi araşdırmaq üçün dəyərli bir mənbə olacağını qeyd edib.

Filologiya elmləri doktoru, professor Boqijon Toxliyev Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanlarında  bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini söyləyib. Elə buna görə də əsərlərində müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri oxucuları özünə çəkir.

Professorlar Səadət Muxammedova,  Abdulla Uluqov, Behbud Batirov və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar.  Deyilib ki, indiyədək yazıçının dünyanın 25-dən artıq ölkəsində 50-dən çox kitabı çap olunub. Yunus Oğuz “Attila” pyesi, “Nadir şah”, “Təhmasib şah”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni bir baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları ilə tanınır.

Sonda müəllif çıxış edərək kitab üzərindəki işindən danışıb. Y.Oğuz əsərin çapına və təqdimat mərasiminə görə universitetə və təqdimatın iştirakçılarına minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Yunus Oğuzun bloqu

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ NOYABR – 2024 № 11 (47)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ NOYABR – 2024 № 11 (47)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB-PDF:  Yazarlar-47


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Məhərrəmin povesti

KAKTUSLAR MƏCƏLLƏSİ 64

                                           (povestdən bir hissə)

Ceffersonun bəhs etdiyi böyük gün gəlib çatmışdı. Məhz bu gün o, işçilərə maaşlarının artacağı xəbərini verəcəkdi. İşçilər aylardır ki, bu xəbəri gözləyirdilər. Nə vaxt direktorla söhbət zamanı əmək haqqı barədə mövzu açılırdı, o şövqlə bu günü işardə edirdi. Hamı şirkətin iclas zalına ( köhnə teatrın zalı ) doluşmuşdu.  Zala həm şimal-cənub həm də şərq-qərb tərəfdən baxdıqda yanlız bir şeyin şahidi ola bilərdin- Təbbəsümün. Saça yapışan saqqız kimi təbbəssüm bütün işçilərin üzlərinə yapışmışdı. Hamı deyir-gülür, bir-biriylə zarafatlaşırdı. Birdən qapı cırıltı ilə açıldı. Direktor və idarə heyəti zala daxil oldular. Hamı ayağa qalxdı. Cefferson əliylə əyləşin göstərişini verdikdən sonra çıxış üçün hazırlanmış kürsüyə qalxdı. O çox gərgin, əsəbi görünürdü. Cibindən çıxardığı vərəqi kürsüyə qoyduqdan sonra gözlərini 200 nəfərin gözlərinə zilləyərək ( o bunu bacarırdı) danışmağa başladı.

-Hörmətli işçilər, əziz həmkarlar. Bilmirəm söhbətə haradan başlayım. Mən bu günü səbirsizlikə gözləyirdim. Bilirsiniz, siz mənim ailəmsiniz. Ailənin atası necə ki, ailəsini xoşbəxt görmək istəyir, mən də şirkətin atası olaraq işçilərimi xoşbəxt görmək istəyirəm. Lakin bəzən həyat ataları yorur, incidir, sıxır. Belə olan halda onlar övladlarını sevindirə bilmirlər. Onların üzlərini güldürə bilməmək… Ax bu necə dəhşətli bir vəziyyətdi. Bu gün mən də sizin qarşınızda yorğun ata kimi çıxış edirəm. Yorğun olmağımın səbəbi var. Bu günə olan statistik məlumatlara əsasən deyə bilərəm ki, reklam etdiyimiz məhsulların son səkkiz gündür, satışında kəskin azalmalar var. Mən böyük təəssüf hissiylə, kədərlənərək demək istəyirəm ki, mən sizin maaşlarınızı artıra bilməyəcəm…

Zalı bir anda hay-küy götürdü. İşçilər yerində qurcalanmağa, bir-biriylə söhbət etməyə başladılar. Sükutu direktorun “Bir dəqiqə əzizlərim” ifadəsi kəsdi. Bütün diqqətlərin yenidən özündə cəmləndiyini görən Cefferson sözünə davam elədi.

-Bütün bunların bir səbəbi var. Düz bir həftədir, mənim- şirkətin atasının haqqında qaralama kompaniyalarına başlayıblar. Ard-arda pamfletlər yazırlar, yuxarılara məktublar göndərirlər. Öz dalına şalvar ala bilməyən tüfeyli bir çayxana jurnalisti görün mənim – yəni sizin haqqınızda nə yazıb.

Pamfletdən bir hissə :

Dünən baş vermiş hadisə başdan ayağa fiasko idi. “Cefferson” reklam şirkətinin rəhbəri, direktoru dövlətin onlar üçün ayırdığı yardımı öz yaxın ətrafı ilə mənimsəyib. Buradan işçilərə bir qəpik də düşməyib. Bununla bağlı müraciət etdiyim rəsmi qurumlardan sonra şəxsimə dair təhdidlər almışam. Hətta, Cefferson məni birbaşa doğratmaqla təhdid edib. Qoçularını üstümüzə göndərməklə nəticə alacağını zənn edənlər, özlərini Stalinə, Hitlərə bənzədərək onların miras qoyduğu qara idarəetmə forması ilə hərəkət edənlər, qanun qarşısında cavab verəcəklər.Artıq bəsdi.

Ey Cefferson ! Sən kralsansa, Berlinin də hakimləri var .

Ölüm Haqdan , Kəfən Məmməcəfərbəydən…

-Düz 7 nəfər mənim yəni sizin haqqınızda bu cür cəfəng yazılar yazıblar.

Təəssüf,bu yazılardan sonra şirkətin nüfuzu aşağı düşdü. Nəticədə nüfuz aşağı düşdükcə çörək də əldən çıxdı. Yəni sizin, mənim övladlarımın çörəyi itdi.

 Bütün bunların səbəbkarı o itdöyən jurnalistdi. Bizdə, yəni sizdə nə İMAN qoydu nə də ÇÖRƏK. Hə, bir də unutmayın mən olduqca DEMOKRATİK biriyəm.

Cefferson fikrini tamamladı və kürsüdən düşərək ön sırada əyləşdi.

Zalın suyu qaynamağa başlamışdı. Bu çıxış onun suyunun 55 C-yə qaldırdı. Sonra

Lama İzabella ağır addımlarla kürsüyə qalxdı. Dombalmış gözləriylə ətrafın rentgenini çəkdi və çıxan nəticəni dəyərləndirdikdən sonra danışmağa (tüpürməyə) başladı.

-Uca, mərhəmətli, sevgi dolu, səbirli Yaradanın adıyla sizləri salamlayıram. Əzizlərim bilirsiniz ki,bu günün tez gəlməsi üçün çoxlu dualar edir, nəzirlər verirdim. Ramazan bayramında oruc tutur, heç bir Şabat gününü qaçırmır, İsa Məsihin doğum gününü qeyd edir, evimdə olan kiçik Budda heykəlini təmizləyir, Qızıl tovuzquşu təsvirinin ətrafında dövrələr vurur, Ahuramazdaya hər gün alqışlar söyləyirdim. Amma bu gün olduqca məyus oldum, kədərləndim. Sonra göz yaşlarımı sildim və bura çıxdım ki, sizə bu hadisədə bizim də günahımız olduğunu xatırladım. Bəli, biz günahkarıq. Bizim maaşlarımızın artmamasına səbəb elə özümüzük. Çünki biz Şeytanı, Demonu unutduq.Yadımızdan çıxdı ki, bu dünyada Əhriman da var. İndi biz əlimizi-qolumuzu bağlayıb oturmuşuq. Bəlkə bu zalda oturan bəziləri elə düşünür ki, o əxlaqsız jurnalistin yazdığı doğrudur ?! O şeytandır, şeytandır… İzabella əliylə zalın qapısına tərəf işarə elədi. Sonra uca səslə sözünə qaldığı yerdən davam etdi.

 “Burada təəccüblü heçnə yoxdur, çünki Şeytan da nur mələyin cildinə girir“

Bunu mən demirəm Müqqəddəs Kitab deyir. 2-ci Korinflilərə 11:14- ayəsi.

Dünən gecə hövnlak yerimdən dik atıldım. Kabus görmüşdüm.Dəhşətli kabusla bərabər qəribə bir möcüzə də əyan oldu mənə.

Deməli yuxuda gördüm ki, çayın sahilində tək gəzirəm. Bu çay İori çayıdı. Dəqiq bilirəm ki, İori idi. Birdən çayın içindən yeddi kök inək çıxıb çayın qırağında otlamağa başladı. Mən də bunlara tamaşa edirəm. Sonra çayın içindən yeddi arıq inək də çıxdı. Biri zil qaraydı.Bunlar kök inəklər kimi heç otlamadılar da.Sağlam inəklərin üstünə cumub onları parçalayıb yedilər. Mən donub qalmışdım. Gözümdəki yaşın yanağımı yandırdığını yuxuda da hiss edirdim. Birdən göydə nəsə parladı. Gözlərim o andaca qamaşdı. Gözümü açıb gördüm ki, qarşımda başdan-ayağa ağ paltara bürünmüş kök, yaypan bədənli bir kişi durub. Bu kişinin saçı yox idi,amma başında par-par parıldayan bir tacı vardı. Elə bil başına ulduz qonmuşdu. Əlində tutduğu yaşıl rəngə çalan əsayla yerə üç dəfə vurdu. Bu hərəkətdən sonra qeyri-ixtiyarı onun qarşısında təzim etdim. Əlini çiynimə qoydu və mənə dedi ki, mən Əldebaran ulduzundan gəlmişəm. Nəyə görəsə bu sözdən sonra mən rahatladım və ona gördüyüm hadisəni danışdım. Əlini çiynimdən çəkmədən dedi “Qorxma mən sənə kömək edəcəm”.

-Qulaq as İzabella. İori çayından çıxan yeddi sağlam inək o deməkdir ki, yeddi il siz bolluq, artım içində yaşayacaqsınız. Heç bir çətinliyiniz olmayacaq. Bağlarınız barlı,sularınız təmiz olacaq. Sonrakı yeddi il ərzində isə sizi quraqlıq, aclıq gözləyir. Meyvələrinizə, tərəvəzlərinizə qurd düşəcək. Aclıq bir yırtıcı heyvan kimi boğazınızdan yapışacaq. Sularınız qurayacaq. Quraqlığı, natəmizliyi bir libas kimi əyninizə keçirəcəksiniz.Biri-birinin iç-çalatını çıxarmağa hazır olan vəhşi, barbar tayfalar kimi özünüzlə vuruşacaqsınız.Xəstəlik,ağrılar,sancılar sizləri Olimp dağlarına qədər dırmaşdıracaq. Elə bir vaxt gəlib çatacaq ki, ana sağalamaq üçün övladının ətini çiy-çiy yeyəcək. Övlad anasının baş dərisindən sitayiş etdiyi bütlərə paltar tikəcək.

Əldebaran ulduzundan gələn müqəddəsin bu danışdığından sonra mən onun dizlərinə qapanıb yalvardım, vay-şivən qopardım, kömək istədim. O qolumdan yapışaraq ayağa qaldırdı və dedi :

-Qorxma İzabella. Əgər dediklərimi yerinə yetirsən sənə, sənin ətrafına, yaxınlarına və iş yoldaşlarına heç bir fəlakət toxunmaz. Mənə inan. Səhər açılan kimi hamama girib sirkə ilə yuyun. Yemək yeməmişdən qabaq üç dəfə Maidə surəsi 33-cü ayəni indi sənə oxuduğum kimi uca səslə oxu.

“Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əlləri və ayaqlarını çarpazvari kəsmək yaxud da yaşadıqları yerdən sürgün edilməkdir.Bu onlar üçün dünyada rüsvayçılıqdır.Axirətdə isə onları böyük bir əzab gözləyir”

Sonra ətrafına,dostlarına,iş yoldaşlarına bu ayəyə uyğun hərəkət etməli olduqlarını söylə. Əgər onlar işlərinizi pozan, çörəyinizi əlinizdən alanlara rəhm etsələr, Yaradan da onlara rəhm etməyəcək. Onları Gehinnom vadisində sonsuz əzaba düçar edəcək.

Unutma İzabella düşmənləriniz 7 gün içində 7 fərqli alətlə cəzalanmalıdır. Yaradanın buyruğu belədi – dedi və bir anda gəldiyi kimi də getdi.

Hamı ovsunlanmışdı. İzabella kürsünün yanından 5-6 addım kənara atıldı. Sonra əliylə giriş qapısının yanında duran şirkətin anbardarına işarə edib, danışmağa başladı ( tüpürməyə )

-Ey mənim əziz həmkarlarım ! Yaradan bizi sevir və bizə çıxış yolu göstərir. Bu müqqəddəs vəzifəni həyata keçirmək sizlərin içərisindən seçilmiş 7 nəfərə qismət olacaq. 200  nəfərdən kim öncə işi həll etdi, Əldebaran ulduzundan yaxasına parıltı düşəcək. Gedin o 7 qara ac inəyi məhv edin ki, ruzimiz tez bir zamanda verilsin, maaşlarımız artsın. Yaradanın buyruğu belədi.   – Lama İzabella nitqini bitirdi.

Suyun istiliyi artıq 100 dərəcəyə çatmışdı. Pıqqıltı qopararaq zaldakılar anbardarı, qarşısında duran stol qarışıq dövrəyə aldılar. Anbardar onlara sıraya keçmələrini bildirdi. Hər kəs sırayla anbardardan alət götürməyə başladı. Cefferson da sıranın lap sonunda dayanmışdı.Anbardar aləti verdikcə qarşısında duran kağıza qeydiyyatını aparırdı. Aləti alanlar avşar atılısı kimi çaparaq şirkətdən çıxırdılar.

Alətlər bunlar idi :

  1. Otellonun qılıncı ;
  2. Balta ;
  3. Ov bıçağı ;
  4. Lermantovun tapançası ;
  5. Veronal adlı yuxu dərmanı ;
  6. Obsidiyandan düzəldilmiş əl çapacağı ;
  7. Mauser C96 tapançası .

Mənim bəxtimə Veronal düşmüşdü. Hamı kimi mən də şirkətdən çıxdım.

Müəllif: Elçin Məhərrəm

Elçin Məhərrəmin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yadigar Təvəkgül – Bir pıçıltı

Bir pıçıltı

Bir pıçıltı istəyirəm xəfifcə,
Yağış damlasıtək ruha səpilə.
Nəfəs kimi yanağıma toxuna,
Yuxu olub gözlərimdən tökülə…

Baxışların tuş gələ eşq oxuna,
Qonaq gələm bir gecəlik yuxuna.
Həyacanım dişlərimə sığına,
Hərf- hərf sözlərimdən tökülə…

Ruhuna sevgidən köynək biçilə,
Nəyin var, nəyin yox, aydın seçilə.
Həsrətimiz addım- addım kiçilə,
Ləpir- ləpir izlərimdən tökülə…

Lal baxışın kaş olaydı sədalı,
Nə sən günahkarsan, nə mən xətalı.
Bu həsrətin ağır olan babalı,
Taqət- taqət dizlərimdən tökülə…

Müəllif: Yadigar TƏVƏKGÜL

AYB-nin üzvü .


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilov Əbilin (1985-2010) “Sevda türküsü” kitabından

Mərhum istedadlı gənc yazar Əbil Əbilovun (1985-2010) “Sevda türküsü” kitabından:
“…Sən mənə bir əfsanə danış,içərisinə yalan qatma.Mənim əfsanəmi isə sənə anladaçaq insan yox.Çünki əfsanənin içində yalan yox.Bu dünyada isə yalana inanmayan yox.Mənim sevgimdə isə yalan yox.Bu əfsanəyə inanan yox.Çünki içində yalan yox…”

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Dünyadı

Dünyadı

Dünyadan nə diləyirsən,
Yetişməz kara dünyadı.
Təzim edib baş əyirsən,
Etmə, bekara dünyadı.

Əvvəli var, sonu yoxdu,
Bir biçimdə donu yoxdu.
Axtarma, qanunu yoxdu,
Çıxmaz aşkara dünyadı.

Bələd olan tinətinə
Qəlb qızdırmaz biətinə.
Müxənnətin niyyətinə
Gələn şikara dünyadı.

İxtilafı hər üzündə,
Cəhənnəmi yer üzündə.
Arif olanın gözündə
Açıq- aşkara dünyadı.

Etmə həsbi- hal yanında,
Onun fikri mal yanında.
Zalıma qul, qul yanında
Dönən sərkara dünyadı.

Mahirə halına talıb,
Qəmnən başqa nəyi qalıb.
Becə yerə ömür alıb,
Verən rüzgara dünyadı.

2017- iyul-İlisu.