Rafiq Yusifoğlu – “Xiffət” romanından bir parça

“Xiffət” romanı

(10-cu paylaşma, IX fəsil, I hissə)

IX fəsil

DƏHŞƏTLİ FAKTLAR,
ƏZABLI DÜŞÜNCƏLƏR

Ümidlərin doğrulmadığı, qisasın alınmadığı 30 ilə yaxın bir müddətdə öz həyatını başqa şəkildə davam etdirmək məcburiyyətində qalan Ümidin axtarıb-aramağa, fikirləşməyə, tarixi öyrənməyə çox vaxtı olmuşdu… O, daim oxuyur, axtarışlar aparır bu fəlakətlərin hardan qaynaqlanması haqqında düşünürdü… Öz praktikasından gözəlcə bilirdi ki, dünyanın görkəmli şəxsiyyətlərinin erməni xisləti haqqında yazdıqları qətiyyən uydurma deyil, həqiqətdir. Ümid bu həqiqətləri indiki məqamda bütün dünyaya çatdırmaq gücündə deyildi… Ona görə istəyirdi ki, hər şeyi öz yeni evindən başlasın… Ancaq bu yeni evin dağıdılmış, məhv edilmiş bir ailənin bünövrəsi üstündə bərqərar olması onu fikrən çox incidirdi… Ancaq başqa bir çarə yox idi… Ümid heç olmasa bu müsibətlərin tarixçəsini öz varisi olan oğlu vasitəsi ilə gələcək nəsillərə ötürmək fikrində idi. Arabir oğlunu bu əzab¬larla yükləmək, onun uşaqlıq dünyasını əlindən almaq istəməsə də, amansız zaman öz işində idi. Ümid qorxurdu ki, birdən bu faciələri oğluna danışmadan dünyadan köçə… Ona görə İntiqam böyüdükcə, ona atasının danışdığı ağrılı xatirələr öz işini gö-rürdü…
Dərd insanı tez böyüdür, – deyirlər. İntiqamı da atasından eşitdiyi ailə faciəsinin tarixçəsi tez böyütmüşdü… O, yaşıdların-dan əhəmiyyətli dərəcədə fərqlənirdi… Boy-buxunca yox, xasiy-yətcə… O, uşaq kimi yox, böyüklər kimi düşünürdü… Özü də dünyanın ağrı-acısını dadmış böyüklər kimi…
İntiqam atasının, onun ailəsinin, bütün Qarabağ camaatı-nın başına gətirilən müsibətlərdən xəbərdar idi. Ancaq kişiyə yenidən o məşəqqətli günləri yaşatmamaq üçün onu sorğu-suala tutmurdu. Mətbuatı izləyir, o günlərin məşəqqətlərini əks etdirən yazıları oxuyurdu. Bu yazılar oğlanın içini göyüm-göyüm göynədir, qəlbindəki intiqam hissini alovlandırırdı. Bax budur, o yazılardan biri… İndi sakitcə oxu görüm necə oxuyursan? Bir qızcığazın faciəsi analarımızın, bacılarımızın başına gətirilən¬lərin hələ dillə demək mümkün olan bir damlası idi. O zavallı insan yazırdı:
“Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım. Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi… Çünki 23 ildir qurtula bilmirdim!
Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalış-dığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!
Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar… İllər keçməsinə baxmayaraq, hələ də özümü tapa bilməmişəm! Nə vaxt yadıma düşsə, qırıb dağıdıram. Gözlərim qan çanağına dönür ağlamaqdan…
Yumruğumu, dırnağım ətimi qanadana qədər sıxıram! Dünyaya qız doğulduğum üçün yaradanı lənətləyirəm!
13 yaşım var idi. 12 il keçirdiyim o müdhiş qış fəslinin 13-cü ilini yaşayırdım. Amma deyəsən bu qış daha sərt keçəcəkdi!
Müharibənin nə olduğunu dərk etmirdim. Amma hər şey “kaş o səhər, heç açılmazdı” dediyim gün dəyişdi… Soyuq qış səhəri idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. Qapı sərt şəkildə döyülməyə başladı. Bir qədər sonra ayaqla vururdular.
Səs hamımızı qorxutdu. Atam qapını açan kimi, avtoma¬tın arxası ilə sinəsindən vurdular. Zərbənin təsirindən, qeyri-ixti¬yarı olaraq atam yerə sərildi!
Sonra silahı bizə tuşlayaraq çölə çıxmağımızı əmr etdilər. Bizi evimizin qarşısındakı meydana yönəltdilər. Burda çoxluğun qadın və uşaq təşkil etdiyi xeyli insan vardı. Güllələr göydə uçuşurdu. Sağa, sola diqqət etməsək, alnımıza dəyəcək kimi idi.
Bir qədər sonra hərbi maşınlardan 20-yə yaxın əsgər düşüb, bizə doğru gəldi. Avtomatı üstümüzə tuşlayaraq, maşınlara çıxmağımız üçün əmr verdilər. Meşənin yaxınlığında hərbi hissənin bazasına gətirdilər.
Elə maşından düşəndə, gördüklərimdən şoka düşdüm. Dörd bir yanda işgəncə var idi. Qadınlar zorlanır, kişilər döyülürdü. Avtomatın arxası ilə kişilərin cinsi orqanına vururdular. Bir daha uşaq dünyaya gətirə bilməməkləri üçün….
Yeni doğacaq nəslin, onlardan olacağını deyirdilər. Bir qədərdən sonra kişiləri maşından düşürdülər. Atam gözə dəymirdi.
Hamı ac-susuz idi. Mən isə özümü qır qazanına atılmış və bir azdan əriyib məhlula dönəcək kimi hiss edirdim. Balaca bədə-nimlə insanların arasında özümü unudulmuş kimi hiss etməyim isə bir az təsəlli verirdi. Sanki kiçik olmam, avantajım idi.
Bir qədər sonra qaranlıq çökdü, göstərişə əsasən bizi hərbi maşınlara yığaraq meşəyə doğru aparırdılar. Yollarda gördüyüm mənzərə dəhşət idi. Şəhər qan gölünə dönmüşdü. Adama elə gəlirdi ki, göydən yağış əvəzinə qan yağmışdı.
Ortalıqda düşmən ordunun əsgərləri görünürdü. Yerə sərilmiş insanların, ölüb ölmədiyini yoxlayırdılar. Hərəkət və səs gələn kimi yenidən güllələyirdilər.
Daha əvvəl görmədiyim yerə gətirdilər bizi. Burada da xeyli əsir və eyni işgəncələr gördüm. İnsanları diri-diri yandı-rırdılar. Bəzi kişilər irəli çıxıb, hansısa qadını qorumaq istəyəndə güllələnirdi!
Bu günə qədər yadımdadır, bir neçə dəqiqə ərzində 20-yə yaxın kişi öldürüldü. Kişilərin çoxu qadınlara qarşı o mənzərəni görməkdənsə, sanki etiraz edib güllələnməyi daha üstün tuturdu-lar! İnsanlıq tarixinin o mənzərəni görməyə hazır olmadığına əminəm!
Baş verənləri görməmək üçün ölmək istəyirdim. Hər dəfə insanlara edilən vəhşiliyi görəndə, ətimdən ət kəsilirdi. Beynimi uyuşdurmaq, yatmaq, yox olmaq istəyirdim. Gənc qızlara atala-rının gözünün qarşısında təcavüz edir və qorxulu filmlərdə, əcaib rol ifaçısı kimi qəhqəhə çəkirdilər. “Ölümə məhkumsunuz, soyunuzu qurudacağıq, qarnınızda bizim oğlanlarımızı daşıya-caqsınız”, – deyib, qadınlara hücum çəkirdilər.
Gözümün qarşısında hamilə qadının qarnın cırıb, uşağı çıxardıb, ocağa atmışdılar. O mənzərəni görəndə, mən çoxdan özümdən getmişdim. Gözümü açanda o vahimənin içində gözüyaşlı anamı gördüm.
Orda qaldığım 4 gün davam edən vəhşilikdən geriyə, az sayda sağ insan qalmışdı. O vaxta qədər mənə, anama və bir neçə qadına toxunmadıqları möcüzə olmalı idi. Növbəti gecə idi. Göyün üzü qırmızı idi. Sanki yerdəki qanın rəngi, göydə əksini tapmışdı.
Qaranlıq, pis qoxulu otağın bir küncünə sıxılmışdıq. Bir azdan ayaq səsləri gəldi. Anam məni bərk-bərk qucaqlayıb bağrına basmışdı. Əlacı olsa sanki yenidən bətnində gizlədəcək qədər titrəyirdi. Amma titrəməsi boş yerə deyildi. Çünki o ayaq səslərindən sonra gələn əl, məni anamdan dartıb qopardı. Az qalırdı naləsi göyə çatsın, onu daha əvvəl bu cür görməmişdim. Məni nə üçün apardıqlarını başa düşmürdüm. Ağlayır, bildiyim bütün yalvarışları edirdim, aparmamaqları üçün!
Dəhliz boyunca gah sürüyərək, gah itələyə-itələyə bir otağa atdılar. Özümü itirmədən sakitləşdim. Otağa göz gəzdir-dim. Hiss olunurdu ki, bu otaq digərlərindən səliqəli və hansısa rütbəli şəxsə məxsusdur. Bir qədər sonra dəhlizdə iti və ağır addımlar eşidilməyə başladı. Qalın bir səs, “onun qızıdır?” sualını verib, cavab almadan içəri daxil oldu!
Hündür, kök, 45 yaşlarında, saqqalı, saçında tək-tək ağ tük görünən adamla göz-gözə gəldik! Üzündəki nifrət, ürək bulandıran gülümsəmə ilə üzümə baxdı. Qəfəsdən açılan vəhşi heyvan kimi üstümə şığıdı.
Sadəcə əlimi üzünə atıb, cırmağa fürsət tapa bildim. Çünki bir qədərdən sonra saçımdan yapışaraq, divara çırp¬mışdı. Bədənim sanki maşın altından çıxmış kimi sızıldayırdı. Deyəsən dişim qırıldığı üçün ağzım da qan içində idi.
Alnımdan axan qan da, üzümdən süzülərək gözümə dol-muşdu. Özümə gəlib, qan dolu gözlərimi açanda, qarnımdakı dəh¬şətli ağrı, bütün ağrılarımı unutdurmuşdu! Bədənim keyi-mişdi! Hərəkət etmədən fikirləşirdim. Anamın niyə nalə etməsini indi daha yaxşı başa düşürdüm!
Artıq balaca qız yox, təcavüzə uğramış qadın idim. İçi parçalanmış, hissi alınmış, həm bədəninə, həm ruhuna, həm gələcəyinə təcavüz edilmiş qadın!
Qadın kimi formalaşmayan kiçik bədənim, təcavüzün ən dəhşətlisinə məruz qalmışdı.
Yerdən qalxa bilmirdim. Sanki illərlə yatağa bağlı xəstə idim. İndi isə yataqdan yerə düşmüş, həmin köməksiz xəstədən fərqim yox idi.
Özümə gəlmədən növbəti dəfə eyni adam daxil olmaqla, digər əsgərlərin təcavüzünə məruz qaldım. Üzünü cırdığım yekəpər hər dəfə şüşədə və ya güzgüdə üzünü görəndə çəkdiyi siqareti bədənimdə söndürərək, balaca fahişə ilə başlayan söyüşləri sıralayırdı. Təbii ehtiyacını üstümə tökürdü, “sizi belə məhv etmək lazımdır”, – deyirdi!
Bədənim siqaret kötüyünün yanıqları, içim parçalanmış halda daha nə qədər dözə bilərdim?! Bəzən elə bilirdim gördüklərim yuxudur!
Amma hər dəfə diksinib özümə gəlirdim! Ölmək üçün çarələr axtarırdım. Amma əslində ölüdən fərqim yox idi.
Qurtuluşum da belə oldu. Ölü bilib, digər cəsədlərlə birlikdə bir dərəyə atmışdılar. Sonradan öyrəndim ki, əsgər-lərimizdən biri təsadüfən xırıltımı eşidib, məni Ağdama-xəstəxanaya aparıb. Bir neçə il danışa bilmədim. Dilim tutul-muşdu.
Bədənimdəki yaralar sağaldı! Ancaq izləri həm bədənimdə, həm ruhumda qaldı. Elə həmin gündən bütün qoxular barıt, bütün rənglər qırmızı və qara, bütün səslər avtomat və bomba səsləri oldu…
Nə uşaqlığımı yaşaya bildim, nə gəncliyimi, nə qadın-lığımı. Sevişmə sonrası qadın olmadım mən! Gənc qızlıqdan qadınlığa keçid etmədim. Ehtiras, hərarət, istilik nədir bilmədim!
Əsir oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə oldum, amma qadın ola bilmədim!
Aynanın qarşısına keçib, bədənimə baxanda siqaret izlərini görüb bədənimdən iyrəndim. Başımın sağ tərəfindən, həmin gün kökündən yolunan saçımın keçəl yerini görəndə, özümdən iyrəndim! Fəryadımı kimsə eşitmədiyi üçün, qulağım-dan getməyən səsimdən iyrəndim! Qadın olduğum gün, qadın olmağımdan iyrəndim! Qadınlığı rədd etdim!
Hamı məni Xocalıda təcavüzə uğramış qız kimi göstərdi. Bir daha mən yenə özümdən iyrəndim. Bir gerçək var idi əslində: mənim bədənimə, barmaqla göstərənlərin isə vicdanına təcavüz edilmişdi.
12 il yaşadığım Xocalı, 4 gün və bir adla yadımda qaldı. Təcavüz!
Türkan Turan”

Dəhşət, dəhşət, dəhşət… İndi oxu görüm necə oxuyursan bu yazıları? İndi döz görüm necə dözürsən bu ağrılara? İndi xoşbəxt ol görüm necə xoşbəxt olursan içində bu qədər ağrılar, əzablar, iztirablar ola-ola?!
İntiqamı ən çox dəhşətə gətirən isə özünü ziyalı sanan canilərin etirafı idi. Bütün etiraflarda bir peşmançılıq hissi olur bu və ya digər şəkildə. Bu şərəfsizlər isə etdikləri cinayətlərdən zövq, ləzzət ala-ala danışırdılar… Namuslu bir xalqı təhqir eləməyə, alçaltmağa, ələ salmağa çalışırdılar.
İntiqam erməni xisləti ilə bağlı yazıları oxuduqca elə bil ki, ona hər şey aydın olurdu. Dünyanın cikini-bikini yaxşı bilən Karl Marks təsadüfi yazmırdı ki: “Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur”. Marksın dostu, əqidə yoldaşı Firidrix Engelsin qənaətləri də göydəndüşmə deyildi, faktlara əsaslanırdı. O, yazırdı: “Korinfdə və hətta Hindistan məbəd-lərində qulluq edən ilk rəqqasə və fahişələr erməni kənizləri olmuşlar”.
Müasir dövrdə Kardaşyanların at oynatması göstərir ki, nəsillər nə qədər dəyişsə də, bu zatıqırıqlar öz məqsədlərinə çatmaq üçün hər bir rəzilliyə hazırdırlar. Biz isə sadəlöhvcəsinə onlardan şərəf, ləyaqət, humanizm umurmuşuq.
Hamı bilir ki, bizdə isə namus, qeyrət məsələsi tamam fərqlidi… Namus ləkəsini ancaq qanla yumaq olar. Düşmən əsirliyinə düş¬məsin deyə özünü qayadan atıb öldürən qadın-larımızın, qızlarımızın ruhu qarşısında baş əyirik… Ölməyi namus ləkəsiylə yaşamaqdan üstün tutan qadınlarımız xalqın şərəf, ləyaqət simvolu sayıla bilər…
Atasıyla bu haqda söhbət eləyəndə Ümid həmişə oğluna deyirdi ki, erməniyə etibar yoxdur. Biz çörək kəsdiyimiz insana qətiyyən xəyanət eləmərik. Onlar üçün isə duz-çörəyi tapdamaq su içimi kimi asan bir şeydi. Dost sandığımız, mehriban qonşuluq şəraitində yaşadığımız bu haylar ağır sınaq məqamında nəinki bizə qahmar çıxdılar, əksinə etibarımızdan istifadə eləyib bizi tələyə saldılar. Xocalı soyqırımında cəlladları fitləyib üstü¬müzə göndərən də elə onlar idi…
Həmişə bu mövzuda söhbət düşəndə Ümidin ürəyində intiqam hissi baş qaldırır, onun gülüşü yadırğayan qara gözlə-rininin dərinliyində nifrət qığılcımları oynayırdı… Oğlu onun haldan-hala düşdüyünü, məşəqqət ocağında qovrulduğunu görəndə araya başqa söhbət salmağa çalışırdı. Ancaq Ümid göynəyə-göynəyə deyirdi:
-Ay oğul, bəlkə də mənim sözlərim sənə qəribə gəlir, elə bilirsən ki, başıma gələnlərə görə qisas məqsədiylə belə deyirəm, ancaq fakt faktlığında qalır. Düşünərsən ki, bir para cəlladın hərəkətinə görə bütün xalqı nankor adlandırıram. Ancaq bu, həqiqətdir. Görünən dağa nə bələdçi?
-Düz deyirsən, ay ata. Mən oxumuşam, ayıq düşüncəli ermənilərin özləri də özlərinin, yəni öz xalqlarının nümayəndələrinin düşüncəsiz hərəkətləri, genetik xəstəlikləri haqqında az söz deməyiblər.
-Nə deyiblər? Mən heç onların da səmimiyyətinə inanmıram. Söz ayrı, əməl ayrı. Ancaq bir fikirlə mən də şərikəm ki, ermənilərin düşməni elə onların özləri olub həmişə…
-Hə, elə ermənilərin özləri də bu fikirdə olublar çox zaman…
-İlanın ağına da lənət, qarasına da. Ay oğul, onlara inanma heç vaxt. Söz ayrıdı, əməl ayrı. Danışanda elə danışırlar ki, düşünürsən ki, bunlardan ağıllı millət yoxdur… Ancaq tarix boyu olan hadisələr göstərir ki, onların göz yaşları da timsahın göz yaşları kimi bir şeydir…
-Elə olmağına elədi, ata. Ancaq onların dedikləri bəzi sözlərdə həqiqət var.
Ümid əsəbiləşdi:
-Nədi axı bu həqiqət?
-İcazə versən, onlardan bəzilərinin fikrini sənə oxu-yardım…
Ümid susdu. İntiqam bunu razılıq əlaməti hesab elədi və oxumağa başladı:
-Ay ata, gör erməni tarixinin atası sayılan Movses Xoronesi hələ 5-ci əsrdə öz qəbilədaşları haqqında nə deyirmiş: “Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən, ikiüzlü millətdir”.
Ümid kişi dilləndi:
-Ə, bunu erməni deyir?
-Bəli.
-Heç adamın inanmağı gəlmir ki, erməni sözün düzünü deyə.
-Yox, ay ata, deyənlər var. Yeqişe Çarens adlı bir erməni şairi olub, bəlkə də adını eşitmisən.
-Ad tanış gəlir, ancaq xatırlaya bilmirəm.
-Onun şeirlərini Mikayıl Müşfiq bizim dilimizə tərcümə eləyib.
-Bu da Müşfiq! Adam tapmayıb şeirlərini tərcümə eləməyə?
İntiqam söhbətin istiqamətini dəyişməyə imkan vermədi:
-O şair yazır ki, bizdə riyakarlıq hələ ana bətnindən əmələ gəlir…
-Bax bunu düz deyir.
-Bir başqası, Petroni Qay Amatuni deyir ki…
-Ə, belə də erməni adı olar? Gürcü adına oxşayır.
-Yox, sovet dövründə yaşayan bir yazıçı olub. O yazır ki, ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər…
-Heç insan olan da Xocalı faciəsini törədərdimi? Heç insan olan da arvada, uşağa, qocaya, xəstəyə ağılagəlməz işgən-cələr verərdimi? Kökü kəsilsin hamısının! Yer üzündə bu qədər əzazil, qəddar millət görməmişəm. Həyasızlıqları o dərəcəyə çatıb ki, törətdiklərinə görə utanmaq əvəzinə, hələ bir utanmaz-utanmaz fəxrlə də danışırlar. İnsanlıq simasını itirən Balayan kimi… Onlar oğrudurlar, quldurdurlar, canidirlər…
-Bu doğrudur. Heç nəyi olmayanlar oğurluqla məşğul olurlar.
-Bu nankorlar torpaqlarımıza göz dikirlər, malımızı-mülkümüzü talayırlar. Musiqimizi, mahnılarımızı, xalçaçılıq sənətimizi, hətta mətbəximizi belə oğurlayıb öz adlarına çıxmağa çalışırlar.
-Elədi, ay ata, elədi. Ermənilərin özlərinin arasında da elə adamlar var ki, bunu etiraf eləyirlər. Məslən, Kerar Patkanov adlı bir erməni şərqşünas alimi yazır: “Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayıb. Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub”.
“Türkmənçay” müqaviləsi imzalanandan sonra (10 fevral 1828-ci il) Paskeviçin rəhbərliyi ilə Azərbaycana İrandan 40 min, Türkiyədən 90 min erməni köçürüldü. Birlikdə götürül¬dükdə 1828-1896-cı illərdə İrəvandan və Türkiyədən köçürülən¬lərin sayı 2 milyon 200 mindən artıq olmuşdu. Onlardan 985 min 460 nəfəri Azərbaycanın qərb torpaqlarında, qalan hissəsi isə Qarabağ və Yelizavetpol (Gəncə) quberniya¬sında yerləşdirilmişdi. Ermənilər bu yerlərdə məskunlaşandan sonra azərbaycanlıları sıxışdırmağa başlamış, onların qarətçilik əməlləri adi hal almışdı”.
Erməni tarixçisi Qevorq Aslanın “Ermənistan və ermənilər” (1914) kitabında gör nə yazılır: “Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də onlarda vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali “böyük Ermənistan” yaratmaq ideyası dünyanın bütün haylarını birləşdirmək yolunda ümummilli konsepsiyadır”.
Hələ bu harasıdır? Erməni yazıçısı X.Abovyan yazır: “Erməni dilinin yarısı türk, yarısı da fars sözləridir”. Erməni jurnalisti R.Açaryan isə söyləyir ki, erməni dilində 4200 türk sözü var.
Erməni tarixinə dair bir çox əsərlərin müəllifi profes-sor Leo bütün uydurmalarına rəğmən etiraf etməyə məcbur olub ki: “Erməni aşıq yaradıcılığının yalnız kiçik, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onun böyük hissəsi (dastanlar, qəhrəmanlıq nəğmələri) mahnılar türk dilindədir. Nağıllarda və nəğmələrdə əks olunan həyatı ifadə etmək üçün türk dili daha əlverişli, obrazlı və zəngindir”.
-Bunlar köhnə söhbətlərdi, a bala. İndiki ermənilər ta¬mam başqa cür düşünürlər. Onlar əsrlər boyu uşaqlarını bizə nifrət ruhunda tərbiyə eləyirlər. Elə yalan uydururlar ki, adamın matı-qutu quruyur. Soyqırım törədən onlardı, bütün dünyaya deyirlər ki, türklər bizi qırırlar. Havadarları da onların tərəfini saxlayır həmişə. Atalar çox doğru deyiblər ki, arxalı köpək qurd basar.
-Bunlar düzdü, ay ata, ancaq onların arasında da həqiqəti dərk eləyən, bunu dilinə gətirməkdən qorxmayanlar var.
-Yox, heç inanmağım gəlmir. Onların həqiqi sözlərinin də arxasında bir riyakar məqsəd gizlənir…
-Vaqe Avetyan adlı erməni yazıçısının Xocalı soyqırımı ilə bağlı söylədikləri erməninin erməniyə verdiyi ən yaxşı dəyərdi. Onun verdiyi müsahibədəki sözlər əslində ittiham sənədidir:
“Biz o səviyədə vəhşiləşmişik ki, artıq kimsə özünü normal aparanda buna təəccüblənirik… Ermənilərin öz səsini duyura bilməsi üçün, əvvəlcə onları son 25 ildə düşdükləri konslagerdən azad etmək lazımdır. Ermənistanda adamı azad sözə görə şikəst edə, hətta öldürə də bilərlər”.
“Bilin ki, ermənilər heç vaxt öz ölkəsinin siyasəti ilə məşgul ola bilməyiblər, yeganə istisna dövlət müstəqilliyinin elan edilməsi olub. “Qarabağ münaqişəsi” məhz bunun bədəlidir ki, onu ödəyirik”.
Ümid ümidsizliklə dedi:
-Heç bədəl ödəyənə oxşamırlar bunlar. Ən dəhşətlisi odur ki, özlərini ziyalı hesab eləyən başqa millətin nümayəndələri də haqqın yox, haqsızlığın tərəfində dayanırlar. Onların iftıra dolu həyasız çıxışları adamı lap əsəbiləşdirir. Heç o zatıqırıq Zatulini demirəm, haqq-ədalət, humanizm carçısı olan Lev Tolstoyn soya-dını daşıyan bir yekəpərin yava-yava danışığı adamı lap əsəbiləşdirir. “Oddan kül törəyər” belələri üçün deyilib e…
-Onu düz deyirsən. Heç bilirsən Lev Tolstoyun doğmaca qızı ermənilər haqqında nə deyib?
-Deyərsən, bilərəm.
-Bir maraqlı məqaləyə rast gəlib surətinı çıxarmışam. Bir az, gözlə, gedib gətirim.
Bir az keçəndən sonra İntiqam əlində bir necə vərəq yazı gəlib çıxdı. Ümid səbrsizliklə dedi:
-Hə, oxu görüm nə yazırlar orda?
-Ata, dahi yazıçının qızı Aleksandra Tolstoya 1915-ci ildə Türkiyənin Van şəhərində ermənilərin törətdikləri cinayətlər haq-qında yazır.
-Yəqin bunu da kimsə uydurub. Tolstoyun qızı Vanda nə gəzirmiş axı?
-O, Qırmızı Xaç cəmiyyətinin xətti ilə Rusiya İmperi-yasının təmsilçisi kimi ora göndərilibmiş. Şəxsən görüb şahidi olduğu hadisələrdən yazıb. Ona görə də Aleksandra Tolstoyanın qeydlərini həyəcansız oxumaq olmur. Qulaq as gör, o, nə yazır:
“…Yerlə yeksan olmuş Van şəhəri… Bizim gəlişimizə qədər bu şəhərdə ermənilərlə türklər arasında dəhşətli döyüşlər baş vermişdi.
Türklər ermənilər tərəfindən zəbt edilən dağüstü qalanı mühasirəyə almışdılar. Ermənilər qalanın müdafiəsi üçün vəhşi kimi vuruşurdular. Qadınlar gecələri gündüzlərə qataraq mərmi-lər düzəldir, türklərə atırdılar. Onlar bu vəziyyətə çox tab gətirə bilməzdilər, ərzaqları bitmişdi, silah-sursat, barıt ehtiyatı tükənmək üzrəydi. Əgər bizim kazaklar vaxtında onların köməyinə yetişməsəydi, şübhəsiz, ermənilər təslim olacaqdı. Hər iki tərəfdən xeyli sayda insan tələfatı ilə nəticələnən qanlı döyüşlər oldu. Ölənlərin meyitlərini gölə atırdılar…
Türk əsgərləri şəhəri tərk edəndə, təxminən 1000 nəfər Vandan çıxa bilmədikləri səbəbdən əsir götürüldü…”


“…Ermənilər şəhərin türklər yaşayan ərazisinə od vurdular, gil tikililər çətin alışdığından onları ayrı-ayrı yan-dırdılar…”


“…Məni burada görəcəyim işlərlə bağlı təlimatlandırmışdılar…
İki böyük məktəb binası. Tamamilə bomboş qalmış iri otaqlarda nə çarpayı, nə stul var. Döşəmədə üstləri əsgi-üsgüylə örtülmüş çirkli, cansız bədənlər. Türklərdir… kişilər, qadınlar, qocalar, cavanlar, uşaqlar…
Körpələrin iniltisi, hönkürtü səsləri, sayıqlamalar… Bəzilərinin sifətində şübhəli ləkələr var. Bu nədir? Cüzam?
Çirkli, çəlimsiz əllər bizə tərəf uzanır… Qadınlar ağlaya-ağlaya: “Xanım, xanım!” – deyə yalvara-yalvara bizdən imdad dilə-yirlər…
Gözüm, bir küncə qısılmış, qolları, sanki ölmüş kimi qəribə şəkildə yanlarına düşən bir qadına sataşdı. Onun lap asta-dan gələn iniltisi güclə eşidilirdi…
Mənim sual dolu baxışlarıma cavabında mister Yar-rou vəziyyəti izah etdi:
– Onun qollarını dartıb kökündən çıxarıblar.
– Bunu kim edib? Nə səbəbə?
– Ermənilərlə qarşıdurmalar zamanı…
– Ermənilər edib? Niyə axı onlar sadə bir qadına belə işgəncə veriblər? – heyrətlə soruşdum. – Amma qəzetlərdə oxu-muş¬dum ki, burada vəhşiliklər törədən, erməniləri kəsib-doğra-yan türklərdir. Heç nə anlaya bilmirəm…
–Qırğın hər iki tərəfdən olub. Təbii ki, hərbi qarşıdur-mada başqa cür ola da bilməz. Türklərlə ermənilər arasında düşmənçilik əsrlər boyu davam edir. Amma burada – Vanda biz ermənilərin, insanlıq adına ləkə olan vəhşiliklərinin şahidi ol¬duq. Ermənilər qadınların döşlərini kəsir, qollarını, əllərini dartıb çıxarır, ayaqlarını sındırırlar… Bu qeyri-insani vəhşilikləri, günahsız qurbanları mən öz gözlərimlə görmü¬şəm…”
Ümid yazılanları həyəcanla dinlədi. Gözlərinin önündə buludlar oynadı. Yenə özünü insan cəsədləri ilə dolu o qanlı düzdə təsəvvür elədi. Handan-hana özünə gəlib dedi:
-Biz də insanlıq adına ləkə gətirənlərdən insanlıq ummuşuq, onlara inanmışıq. Sən demə qəddarlıq elə onların qanında, canında imiş…
Bu sözləri deyən Ümid əsəbiləşdi. Əlləri əsdi, gözləri alacalandı… Dili də topuq vurdu. Kəkələyə-kəkələyə nəsə de-mək istədi…
İntiqam atasının səhhətindən nigaran olduğu üçün söhbətə ara vermək qərarına gəldi. Mövzunu dəyişməyə çalışdı. Alınmadı. Atasını çətinliklə sakitləşdirib, öz otağına keçdi… O da əsəbiləşmiş, həyəcanlanmışdı. Onun da əlləri əsirdi. Barmaqları elə bil tətik gəzirdi…
Oğlan erməni vəhşiliyi ilə bağlı elə yazılar oxumuşdu ki, ürəyindəki intiqam hissi bir an da olsa səngimirdi…
Elə məqalələr var idi ki, atasının qüruruna toxunar deyə onları gizləmişdi İntiqam. O yazılardan biri adamın içini göyüm-göyüm göynədirdi. Əsir düşən qızlarımızın başına gətirilən müsibətlər adamın ürəyinə çalın-çappaz dağ çəkirdi…
Ümid dəhşətləri öz gözləri ilə görsə də, bu dəhşətin o biri üzündə daha dəşətli hadisələr var idi… Yaxşı ki, hələ bu hadisələrin çoxundan Ümid kişinin xəbəri yox idi… Ancaq bu, onun oğlu İntiqama elə gəlirdi. Xəbəri yox idi ki, onun internetdə görüb çap etdiyi həmin məktubu atası göz yaşı içində dönə- dönə oxuyubmuş…
Bu məktubu Facebookda “Möcüzəli dünya” adlı bir istifadəçi paylaşmışdı və həmin dəhşətli məktub bu cümlələrlə başlayırdı:
“Salam, Azərbaycan, salam, əziz və qeyrətli xalqımın nümayəndələri…
İnanıram ki, bu məktubumu bütün Azərbaycan oxuyacaq və ürək agrısı ilə oxumayanlara da yayımlayacaq…
Mən 1992 -ci ildə Xocalıda əsir götürülən qızlardan biriyəm. O zaman mənim 15 yaşım var idi, artıq 40 yaşındayam…
Mənimlə bərabər burda bir çox əsirlər olub və var, bəziləri isə artıq dünyalarını dəyişiblər. Sizləri çox yormaq istəmirəm, sadəcə bizə görə narahat olanlar və olmayanlar üçün, özümüz və burdaki vəziyyət haqqında, çox çətin və göz yaşı içində məlu¬mat vermək niyyəti ilə bu məktubu yazıram…
Düzdür, mən hər şeyi, Xocalıda və ondan sonra olan¬ların hamısını bir məktuba sıgdıra bilmərəm, çünki bizim hər günümüz sizdən fərqli olaraq XOCALI faciəsi günü kimi keçir. Beləliklə, mən əsir düşəndə anamla birlikdə idim, bizi o soyuq və şaxtalı havada günlərlə ac- susuz saxladıqdan sonra yerimizi dəyişdilər, bir hərbi hissəyə gətirdilər və əsgərlərin qablarında artıq qalan tulantı yeməkləri bir böyük qazana töküb gətirib atdılar qabağımıza, inanın, elə həvəslə elə iştahla yeyirdik ki… O tulantıları “bayram aşı” kimi yeyir¬dik… “Sag olsunlar” bizə bir vedrə su da verdilər, amma vedrənin içinə 4-5 erməni tüpü-rəndən sonra gətirib qoydular qabagımıza…
Çarəmiz yox idi, günlərlə susuz qaldıgımız üçün məcbur idik o suyu içməyə…
Bir neçə gün sonra bizə “şad” xəbər verdilər, dedilər ki, hazırlaşın, sizi yuyunmanız üçün hamama aparırıq… Çox sevin-mişdik, çünki artıq 2 ay olardı yuyunmurduq, ayaqyolu da əsir qaldıgımız padvalın içində olduguna görə çox pis halda idik. Bizi hamama gətirdilər, əsgərlərin yuyundugu hamama. Hardasa 30 nəfərə yaxın müxtəlif yaşda qadın əsirlər idik və ən kiçiyi mən idim…
Hə, əzizlərim, bizi saldılar hamama, hamamda isə bizi hardasa 80, 90 nəfərə yaxın erməni əsgəri gözləyirmişlər…
O hamamda nələrin oldugunu, nələrin baş verdiyini, nə zülmlər çəkdiyimizi, necə qışqırıb agladıgımızı yazıb sizi ürək agrısına salmaq istəmirəm, sadəcə bunu deyim ki, bizi ermənilər “çimizdirdilər” və hardasa təkcə 20, 30 nəfər tərəfindən mən zorlandım, digərlərini bilmirəm…
Bu hal bir neçə dəfə baş verdi, sonra bizi ermənilər öz aralarında paylaşdırdılar… Yaşlı əsirlər əsgərlərin, cavanları zabitlərin… Gündüzlər bizi çölə çıxardırdılar hava almaq üçün, çox vaxt əynimizi soyundurub musiqi qoşaraq oynamağa məcbur edirdilər, ilk günlərdə oynamaga etiraz etsək də, sonra hər etiraz etdikdə döyərək bizi vərdiş etdirdilər hər şeyə… Artıq nə deyirdilər edirdik və o qədər şey etdirirdilər ki, yaza bilmirəm, utanıram…
İllər keçdikcə yerimizi dəyişdilər, bəzilərimizi ayırıb harasa başqa yerə apardılar, anamın ürəyi partdayıb dünyasını dəyişdi bir iki il sonra, mənim qara günlərim daha da çoxaldı, çünki çox vaxt anam məni qorumaq naminə çox şeyi öz üzərinə götürürdü… Dəfələrlə özümü öldürmək istədim, edə bilmədim… Hər dəfə intihar etmək istədikdə içimdə bir ümid yaranırdı ki, bir gün bitər bu əsarət…
Mən xalqımın qeyrətinə, qeyrətli ogullarına, qızlarına bələdəm… Bilirəm ki, çoxunuzun ürəyi yanır orda və əlinizə fürsət düşərkən nəsə edirsiz… Xalqımın, Ramillər kimi, Fəridlər kimi, Mübarizlər kimi, Çingizlər və digər bu kimi ogullarının çox oldugunu bilirəm və buna əminəm ki, bir gün o ogullar bizi bu əsarətdən qurtaracaqlar… Keçən il Aprel döyüşləri başladıq¬da o qədər sevinmişdik, o qədər sevinc içində idik ki, artıq torpaqlarımızın və bütün əsirlərin azad olunacagı ümidi¬miz daha da çoxaldı. Allahın izni və qeyrətli ogullarımızın vasitəsi ilə tezliklə bu ümidimiz gerçəkləşər və biz də ürəkdən sevinərik. Hal-hazırda adını qeyd edə bilmədiyim yerdə Azərbaycan televiziya kanallarını izləyə bilirəm. Azərbaycanın və ümümən xalqımın ugurlarını əsirlikdə olsam da, sevinirəm, amma bu sevincim elə də çox sürmür. Televiziya kanallarında olan gündəlik proqramlara baxdıqda bəzən elə bilirəm ki, biz əsirlərə acıq verilir…
Şou proqramlar, əyləncəli proqramlar, mügənnilərin dartışmaları, şou biznesdə baş verən qarşıdurmalar, mügən-nilərin yekə-yekə danışmaları, mənasız seriallar, təmtəraqlı konsertlər, bayram tədbirləri və digər bu kimi çox verlişlər… Bununla mən xalqıma və tv kanallarına hər gün matəm içində olmalarını demək istəmirəm və bu, mümkün də deyil, çünki biz insanıq, hər şeyə amin deyib gülmək fitrətimizin təcəssümüdür… Bayram da keçirin, əzizlərinizlə deyin-gülün, həyatınızı, işlərinizi xoş əhvali-ruhiyədə keçirin, bu sizin haqqınızdır… Amma nə olar, o verlişlərlə yanaşı, Qarabag haqqında da, verlişlər yayımlayasız, əsir düşənlərin axtarıl¬masın¬dan danışa¬sınız, biz də orda vətəndə bizi düşünənlər var deyə sizə güvənək… O şou biznes xəbərləriniz, mügənnilər və onların sərgü¬zəştləri haqqında olan xəbərlərinizlə yanaşı, Vətəndən didərgin düşüb canını Vətənə fəda edən igid oğullar və qızlarımızdan da söhbət açıb onları xatırlayasınız!
O mənası, amalı bilinməyən, insan mənəviyyatına və insanların psixologiyasına bir başa zərbə vuran seriallarınızla yanaşı – su əvəzinə erməni tüpürcəyi içən əsir qadınları¬mızdan da serial çəkmək olar… Amma yox çəkmək istəsəniz də sizə sponsorluq edən olmaz, çünki o zəngin, paralı kişilərimiz bizi əsla düşünməzlər, Azərbaycan qadınının əsirlikdə erməni təcavüzünə necə məruz galdığını bilsələr belə!”
Bu məktubu paylaşan oğlanın hayqırtıları getmirdi İntiqamın qulağından:
“P.S. Bu məktub bəlkə də heç əsirlikdən yazılmayıb. Bəlkə də kimsə tərəfindən düşünülüb, amma biz bu faciəyə göz yumduq. Bizim biqeyrətlər erməni harsınlarını, bəlkə də xala-larını gətirib Azərbaycanı gəzdirirlər. Bilin, son erməni dünyada var ikən biz bu millətə iltimas qurmamalıyıq. Çünki hələ ana bətnində olan erməni cocuğu da düşməndir. Bunu bu illər ərzində anlamayan varsa, onun geni haydan gəlir. Bu yazını verməkdə tək məqsədimiz vicdanı olanları sızlatmaq deyil, vicdanı yatmışları oyatmaqdı. Ən yaxşı erməni “ölü ermənidir”…


Bu məktub İntiqamın, eləcə də onun kimi qeyrətli oğul-ların qəlbindəki İntiqam alovunu sönmək bilməyən bir qaynar lavaya döndərmişdi. Hamı səbirsizliklə müharibə olacağı günü gözləyirdi…
Müharibə isə başlanmaq bilmirdi ki, bilmirdi. ATƏT deyilən qurumun vecsiz nümayəndələri tez-tez gəlib qarın otarır, heç nə olmayıbmış kimi qayıdırdılar öz xarabalarına. Xəbərləri yox idi ki, təkcə işğal altında qalan qədim bir torpaq kimi onun övladlarının da daxili dünyası viranəyə çevrilmişdir. O uçub dağıdılan evləri pul-para hesabına bərpa etmək o qədər də çətin məsələ deyildi. Ancaq könül xərabələrini heç nə ilə bərpa etmək mümkün olmayacaq…
İntiqamın gizlədiyi bu dəhşətli məktubu oxuyan Ümidin ürəyi param-parça olmuşdu. Zəngəzurda doğulub boya-başa ça-tan bu bədbəxt taleyli insanın gecə-gündüzü yox idi. Dərdinə çarə, sağalmaz yaralarına, dərmansız dərdinə məlhəm axtarırdı.


Ata ilə oğul arasında bu mövzuda söhbətlər bitmək bilmirdi ki, bilmirdi… İntiqam rusiyalı məşhur tarixçi alim, şərqşünas Andrey Zubovun mühazirə zamanı dediklərinin sosial şəbəkələrin rusdilli auditoriyasında böyük rezonans doğurması haqqında atasına məlumat verdi. Ermənilərin satqınlığı, rəzilliyi haqqında söylədiyi mülahizələr alimin tarixi faktlara vicdanlı münasibətinin ifadəsi idi. Zubov Osmanlı İmperiyası barədə mühazirə deyərkən, o dövrlərdə ermənilərin türklərə qarşı satqınlıq etdiklərini xüsusi vurğulayıbmış. Alimin faktlara istinadən söylədiyi sözlər erməni xislətini açmaq baxımından olduqca maraqlıdır. Alim deyirmiş ki, türklərin ermənilərə kömək və dəstək olduğu dönəmdə belə ermənilər gizli yollarla silahlanaraq, rusların hücumu zamanı silahlarını türk ordusuna tuşlayıblarmış: “Daşnaklar öz istədiklərinə əvvəl-axır nail oldular. Onların əsas istəyi türk torpaqlarında erməni dövləti yaratmaq idi. Əvvəlcə ermənilər türklərə qarşı düşmənçilik etdi. Onlar Ənvər Paşaya və bütün Osmanlı İmperiyasına xəyanət etdilər. Bunun adı cinayətdir. Siz təsəvvür edin, o dövrlərdə sadə müsəlmanlar minlərlə erməniyə qucaq açıb, öz evinə salmışdı. Bunu ermənilərin özləri də qeyd edirdilər. Tarixdə belə hallar nadir olur.”
Alim öz mülahizələrini söyləyəndən sonra qənaətlərini bu fikirlərlə yekunlaşdırmış, dinləyicələrini düşünüb nəticə çıxarmağa səsləmişdi: “Türklər minlərlə xristianı xilas edib. Sizcə, biz ruslar bu hərəkəti çeçenlərə və yaxud Krım tatarlarına qarşı etmişik? Fikirləşin…”
Xeyli fikirləşəndən sonra Ümid alimin söylədiklərinə münasibətini bircə cümlə ilə ifadə elədi:
-Kim haqqın tərəfindədirsə, haqq özü ona kömək olsun!
Əslində haqqın tərəfdarları az deyidi. Onlar da ayrı-ayrı zamanlarda erməni xisləti haqqında öz fikir və mülahizələrini söyləmiş, bəşəriyyəti ayıq, diqqətli olmağa, bu deyilənlərdən nəticə çıxarmağa səsləmişdilər…
Görkəmli rus tədqiqatçısı V.L.Veliçkonun “Qafqaz” əsərindəki bu fikir mülahizlər təsadüfi ola bilməzdi: “…məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər.”
V.Veliçkonun ermənilər haqda söylədiyi bu qənaətlər də faktlara istinadən yaranmışdı: “Ermənilər yerli əhalinin qanını içirlər. Bundan razı qalmayaraq gələcəkdə onları öz yerlərindən qovub torpaqlarına sahib olmaq məqsədilə yerli müsəlman əhalini hörmətdən salmaq siyasəti həyata keçirirlər”. “Erməni qadınları digər xalqlarla zorla, məcburən də olsa, əlaqədə olmuşlar. Şərəf və ləyaqətlərini itirmiş erməni qadınları ilə münasibətdə olan İran əsgərləri, türklər, gürcülər və dağlılar görünür onlardan heç bir ədəb-ərkan gözləməmişlər. Bu səbəb-dən də ermənilərin damarlarından hər cür qan axır”. “Biz hələ “böyük Ermənistan” adlı dərdli ölkə haqqında yazılan, qonşu ölkələri də bundan agah etmək missiyasını öz üzərinə götürən erməni dərsliklərini demirik. Kilsə məktəblərində hətta “böyük Ermənistanın” xəritələri verilir, paytaxtı Tiflis şəhəri göstərilir və onun sərhədləri Voronejədək uzanıb gedir”.
Ümid kişi həqiqətlə dolu bu mülahizələri dinləyib əsəbi, emosional şəkildə dedi:
-Nankorlar Azərbaycanın ən səfalı yerlərində yaşayır¬dılar. Ən yaxşı evlərin, ən yaxşı maşınların sahibi idilər. Bu Qarabağ söhbətini salmasaydılar, Bakının, Sumqayıtın, Gəncə¬nin yarısı elə onların idi. Xan kefində yaşayırdılar… Şadlıqlarına şitlik elədilər. Min fitnə-fəsad törətdilər. Nə qədər günahsız insanın qanına bais oldular…
Atasıyla bu tipli söhbətləri aparanda Ümid kişinin haldan-hala düşməsi İntiqamı qorxudurdu bir az. Kişinin əsəbiləşdiyini görən kimi ya söhbətin məcrasını dəyişməyə çalışır, ya da bir bəhanə ilə durub gedirdi. Atasına vermək istədiyi saysız-hesabsız sualların cavabını erməni xisləti ilə bağlı yazılan kitablarda, məqalələrdə axtarırdı.
Bu yazıları oxuyanda dəhşətə gəlirdi oğlan. Düşünürdü ki, yaxşı, Qarabağ faciəsini, Xocalı facısini özüm görməsəm də, bu haqda atamdan, anamdan, başına müsibətlər gətirilən kəndçilərimizdən çox eşitmişəm. Onu bilirəm ki, insanlıq simasını itirənlər çox böyük faciələr törədiblər mənim ata yurdumda. Nəslimizi, kökümüzü yer üzündən silmək istəyiblər bu cəlladlar. Əsirliyə düşüb qayıdanlar, hadisələrin iştirakçısı, şahidi olanlar, təsadüf, Allahın möcüzəsi nəticəsində sağ qalanlar elə şeylər danışır, elə şeylər yazırlar ki, adamın lap matı-qutu quruyur. Bəs bu hadisələri görməyən dünyanın görkəmli adamları erməni xisləti haqqında bu qənaətlərə hansı hadisələr əsasında gəlibmişlər görən? Görünür çox-çox əvvələr belə bunlar yaramaz, insanlığa layiq olmayan işlər görübmüşlər. “Aşıq gördüyünü çağırar” deyiblər. Bəs bu dahilər ermənilərin hansı alçaq cəhətlərindən xəbərdar imişlər görən?
Bu fikirlər, düşüncələr oğlanı axtarışlar aparmağa sövq edirdi. Bir dəfə internetdə rast gəldiyi bir yazı onun bütün varlığını titrətdi. Həyəcanla oxuduqca faktlara istinadən yazılmış bu tarixi həqiqətlər oğlanı dəhşətə gətirdi…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİZ BİRLİKDƏ GÜCLÜYÜK…

BİZ BİRLİKDƏ GÜCLÜYÜK…
(AYB-nin Mingəçevir bölməsinin növbəti yaradıcılıq günündən gələn soraq)

Əvvəlcə Mingəçevirdə, sonrasa paytaxt Bakıda özünün 25 illik yubileyini keçirmək istəyiylə hazırlıq işlərini sonuclamaqda olan AYB Mingəçevir bölməsinin bu dəfəki (15.10.2024) yaradıcılıq günü də bir sıra əlamətləriylə hamını məmnun etdi.

Bölmə rəhbəri, şair-publisist İsmayıl İmanzadə qısa zaman ərzində görülməsi nəzərdə tutulan bir sıra vacib işlərdən söz açdı və onun təklifiylə yaradılan yubiley komissiyasında təmsil olunanlara,- bütövlükdə isə ayrı-ayrı yazarlara tapşırıqlar verildi. Bölmə rəhbərinin sözlrindən aydın oldu ki hazırda Bakıdakı nəşriyyatlardan birində “Bənövşə” ədəbi-bədii dərgisinin “25-Cİ ADDIM” adlı xüsusi buraxılışı çap olunan kimi hər iki yubiley tədbiri reallaşacaqdır. Bölmə rəhbəri bu əlamətdar hadsəni mingəçevirli yazarlar üçün həm yubiley sevinci, həm də yaradıcılıq hesabatı kimi dəyərləndirdi və : “Dostlar, unutmayın ki, biz birlikdə güclüyük!”-deyərək həmkarlarına uğurlar arzuladı…
Tədbirin sonrakı məqamlarında Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov və bölmə rəhbərinin “müşaviri” Rəşid Rəsulov xeyir-dualarıyla söz məclisinə sevinc dolu anlar bəxş etdilər…
“Ahıl və cahıl” şair dostumuz Ağabala Salahlının məhəbbət mövzusunda oxuduğu şeir də diqqətdən kənarda qalmadı. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Elçin Məhərrəm, Nicat Hunalp, Eldəniz Cəfəroğlu, Mahir Musanın müxtəlif mövzularda qələmə aldıqları şeirləriylə, gənc yazıçı-dramaturq Şamil Həsənsə təzəcə yazdığı pyesindən bir parça oxumaqla könül xoşluğuyla keçən anların yaddaşında iz saldılar. Elvin Rəfaeloğlunun bu il aprel ayında dünyasını dəyişən atası, AYB-nin üzvü Rəfael Dəmiroğlunun bir neçə şeirini söyləməklə yadda qaldı…
Bölmə rəhbəri İsmayıl İmanzadə də sonda iki şeirini oxudu və: “İnşallah, oktyabrın 27-də, saat 11-də “Palitra” Ədəbi Klubunda yenidən birlikdə olacağıq!”-deyərək, yazarlara uğurlar dilədi…

               

Müəllif: Məmməd MƏRZİLİ

Şair-publisist, AJB-nin üzvü.

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYAZ İMRANOĞLU HƏFTƏSİ

AYAZ İMRANOĞLU HƏFTƏSİ

İKİ QOCA

(hekayə)

Yay çox isti keçirdi. Qızmar günəşdən, bürkülü havadan qorunmağa özümə yer gəzirdim. Ağac kölgəsi də daha kara gəlmirdi. Evdəki kondisaner gecə-gündüz işləsə də otaqlara isti külək püləməkdən başqa bir şeyə yaramırdı.
Dəniz qırağına yollanıb qırçınlı dalğaların yaratdığı sərin mehdən sərinlik tapa, ya da ki, dağ rayonlarının birinə gedib orada rahatlıq tapa-dincələ bilərdim. Axı hər il belə vaxtlarda işdən məzuniyyətə çıxar, xarici ölkələrin birində istirahət edərdim. İndi isə maddi vəziyyətim buna imkan vermədi. Ölkəmizdə istirahət ediləsi yerlər çox olsa da, hələ ki, qiymətlər at oynatdığından insanlarının çoxu bu isti havadan hərə bir yana “qaçırdı”. Ən yaxın xarici ölkə Gürcüstanı seçənlər də deyir ki, ordakı qiymətlər bizimkindən dəfələrlə ucuzdur. Xülasə, bu isti şəhərdən adamlar var ki, rayonlarına gedirlər, kimisi də… Mənimsə doğma yurd yerim erməni işğalında olduğundan o cənnət yurd yerinə neçə illərdi tamarzıyam.

Beləcə, həyətdəki oturacaqda oturub tək-tənha bu cür fikirlərlə başımı qatırdım ki, kənardan dilxorçuluğumu görən, uzun illərin qonşusu, dostum Uğur yaxınlaşdı.
-Sabah rayona, bacı oğlumun toyuna gedəcəm. Bəlkə sən də bizimlə gedəsən? Canını bir-iki günlüyə bu istilərdən qurtarasan?

Bilirdim ki, Uğurgil aran rayonların birindən olsalar da, bacısı dağ rayonuna ərə gedib. İndi o bacısı oğlunun toyu olacaq. Bu mənim üçün göydəndüşmə oldu. Axı Uğurla birgə bacısıgildə bir kərə olmuşam.

Dağ kəndinin adamları toylarını muğamsız, aşıqsız keçirməzlər. İndi də elədir. Uğur dedi ki, Bakıdan xanəndə dəvət olunub, aşıq da Borçalıdan gələsidi. Bu lap ürəyimcə oldu. Üstəgəl mağar toyu. Mağar toyları ilə bağlı uşaqlıq illərimin şirin xatirələri hələ də yaddaşımda ilişib qalır. Biz tərəflərdə toy üç gün, üç gecə olardı. Belə toylarda oğlanlar özlərinə istəkli qızlar seçərdilər. Qızlar toya ən gözəl paltarlarını geyinib gələrdilər. Mağar toyları demək olar ki, sevgililərin görüş yeri olardı… Uşaq olanda mağarda yer tapmayanda çadırın cırılmış yerlərindən toya tamaşa edərdik.

Kəndə gəlib çatanda səhər gözünü yenicə açmışdı. Kəndin səhərçağı bir başqa aləmdi. Adamlar mürgülü gözlərini ovuşdura-ovuşdura mal-qarasın, qoyun-quzusun qabağına qatıb örüşə aparır və ya nobata qoşurlar. Mal-heyvanın mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışmışdı. Boxçasını götürən iş-güc adamları fermaya, tarlaya tələsirdilər.

Bərli-bəzəkli, yaşıllıqlar ahətəsində olan bu kəndi uca, şiş qayalı dağlar üzük qaşı kimi bürüyüb. Kəndin dərə adlanan yerindən çay axırdı ki, buna “dərə çay” deyirlər. Dupduru bu dağ çayı elə gözəl şırhaşır axır ki, sanırsan gecə-gündüz kəndin laylasını çalandı, musiqisini bəstələyəndi. Əbəs yerə deməyiblər ki, təbiət ən gözəl rəssam, şair, heykəltaraş, bəstəkardır.

Toy sahibinin evi də çaydan bir az aralıdakı təpə döşündədir. Böyük bir mağar qurulub. Süfrəyə müxtəlif təamlar düzülüb. Məslisi Borçalıdan gələn ustad aşıq ustadnamə ilə açdı. Ardınca da Bakıdan gələn üçlük – tar, kamançanın müşahiyəti ilə xanəndənin seygahı əvəz etdi.
Hamı yeyib-içir, toy sahibinin, səbəbkarların şəninə badələr cingildəyirdi. Masabəyinin tərif dolu şeirləri, sağlıqları məclisi rövnəqləndirirdi.
-Həzarət, onu da deyim ki, yemək-içmək başa çatandan sonra meydan cavanların ixtiyarına veriləcək. Şamaxıdan gələn Rəhman Rasimoğlunun zurnaçılar dəstəsi gecə keçənə kimi gənclərimizin zövqlərini oxşayacaqlar.
Oturduğumuz stol mağarın sağ tərəfində, özü də girəcəyində olduğundan bayaqdan gözüm mağarın çölündə sınıq-salxaq stolda oturmuş qocaya tez-tez sataşırdı. Köhnə, nimdaş paltarda olan bu qocanı hardasa görmüşdüm. Amma yaddaşımı ələk-vələk etsəm də yada sala bilmirdim. Harda? Nə vaxt?

Qocanın qabağındakı stol da oturduğu stula oxşayırdı. Stolun üstündə qənd qabı və pürrəngi çay buğlanırdı. Çay bayaq buğlanırdı, indi soyumuş olar yəqin, – deyib özlüyümdə düşünürdüm. Qoca çayı isti-isti içməkdə elə bil tənbəllik çəkirdi.

Qoca mağara daşınan yeməklərə gözucu baxır və hərdən də qənddən birini ağzına atıb çaydan qurtum-qurtum içirdi. O bir stəkan çay qurtarmırdı ki, təzəsin süzsünlər. Elə bil bu bir stəkan çayın qurtarmasını qoca da istəmirdi.
Hamı bir-biri ilə salamlaşıb, hal-əhval tutsalar da ona salam verən də yoxuydu. Bir kimsə də ona yaxınlaşmırdı. Qocasa əsasını dizi üstünə qoyub laqeydcəsinə harasa baxırdı.

Hamı bayaqdan yemək yesə də onun qabağına yemək qoymaq, sanki yeməkpaylayanların yadından çıxmışdı.
…Toy sahibi bizim stola yaxınlaşanda fürsəti fövtə verməyib xahiş etdim ki, qocaya da yemək versinlər. Mənim bu sözümü eşidən ətrafdakılar gözucu mənə baxıb, bir-birinə nəsə dediklərini qulağım çaldı. Toy sahibi isə arxayın – arxayın bildirdi:
-Narahat olma. Bizim kəndin bütün xeyir-şər məclislərində onun yeri kənardadır. O, məclisə qarışa bilməz. Kənarda oturub baxmalıdır. Yəni, yemək versən də yeməz.
-Niyə? Xəstədirmi, dəlidirmi? Sahibi yoxdurmu o qocanın?! Bəs niyə məclis əhlinə qarışmır?
-Başqa vaxt söhbət edərəm, – deyən toy sahibi məndən uzaqlaşdı.

Verilən cavabdan sonra bir kimsədən söz soruşmaq həvəsim qalmadı. İçimdəsə neçə-neçə sual baş qaldırmışdı. Uğur da ağzına su alıb susurdu. Danışmırdı ki, bu nigarançılıqdan canımı qurtarım. Əksinə üzünün ifadəsindən hiss edirdim ki, qocanı o görkəmdə mən yadın görməsindən narahatçılıq keçirir. Bu yerdə “ev bizim, sirr bizim” kəlamın yadıma salıb gülümsədim. Heç evin sirrinin faş olmasını mən də istəməzdim. Amma…
Məclisdən tez durdum. Həyətə çıxıb bağ-bağatı gəzərək, qarşı dağların əsrarəngiz gözəlliklərinə maraqla baxırdım. İçimdəsə nigarançılığa cavab tapmaq istəyim bayaqdan məni tərk etmirdi. Bu qoca ilə bağlı idi. Dönüb qoca oturan yerə baxanda onu yerində görmədim. Gözüm onu axtarmağa başlamışdı ki. qocanın əsasına söykənib ağır-ağır həyət qapısından çıxmaq üzrə olduğunu gördüm. Tez ona yaxınlaşdım.
-Baba, sən niyə məclisdə oturub yemək yemədin? Heç sənə qulluq edən də olmadı. Bəlkə deyim yemək…
-Ay oğul, mən bu kəndə elə zülm etmişəm ki, indi etdiklərimin cəzasını çəkirəm.
Sanki məni elektirik cərəyanı vurdu. Qoca nə deyir, nə edib adamlara, fikri beynimdə dolaşa-dolaşa onun qoluna girib həyətin kənarından axan arxın yaxınlığındakı kəsilmiş gər ağacının yanına gəldik.
-Necə? Ay baba? Axı sən nurlu kişiyə oxşayırsan? Özü də danışığının şirinliyi, məntiqi söhbətindən anladım ki, alicənab insan xarakteri daşıyırsan.
-Bala, mən Sosialist Əməyi Qəhrəmanıyam. Bolluca orden-medalı olan birisi olmuşam. Görmürsən indi də varam. – deyib azca gülümsədi. Bayaqdan üzündən, gözlərindən kədər yağan kişi elə bil nurlaşdı və sözünə davam etdi. – Bu kəndin kolxoz sədri olmuşam.
-Həə, baba, tanıdım səni. Məhşur pambıq ustası. Televizorda sənə həsr olunmuş sənədli filmə də baxmışam…
-Hə, bala, məhşur adam idim. Nəyin sayəsinə? Bu kəndin uşağından tutmuş, qocasına kimi hamısının ağır zəhmətinin bəhrəsini mən yeyə-yeyə, zülm edə-edə. Oğlum, Sovet hökuməti dağılsa da tutdurduqlarım, sürgünə yolladıqlarım gəlib çıxmır ki, mən rahat öləm. Evlər dağıtmışam. Mənim zəhmimdən hamilə gəlinlər uşaq salardı.
-Baba, bu dağ yerində pambığı harda əkirdiniz? Eşitmişəm ki, pambıq isti yerlərdə, aran zonasında əkilər.
-Bala, pambıq ölkəni zülmətə çevirəndə bu dağ rayonuna tapşırıq verildi ki, kənddən iyirmi kilometr aralıda yerləşən, aran deyilən əkin-biçin yerində pambıq əkək. Pambığın baş kəsən vədəsində kimin nə ixtiyarı vardı dinib-danışa. Hər səhər üstü açıq maşınlarda işçiləri oraya daşıyır, qaranlıq düşənə kimi işlədirdik. Özü də bütün işlər əl əməyi ilə görülürdü. Bol pambıq yetişdirib respublikamıza keçici qırmızı bayraqlar gətirməliydik. Qul əməyidir pambıq… Özü də bizim əkin sahəmiz rəsmi qeydiyyatda deyildi.
Matım-mutum qurumuşdu. Söz tapmırdım danışmağa. Qocasa əsasını qaldırıb dağın döşündəki evi göstərib dedi:
-O təpə döşündəki ikimərtəbəli imarət mənimdir. Bir vaxtlar övladlarım orada xoşbəxt yaşayırdılar. İndi orada gecələr bayquşların matəm marşı çalınır. Etdiklərim pisliklərdən uşaqlarım da baş götürüb bu kənddən qaçaq düşdülər. Heç bilmirəm hansı haradadır? Məni burda arvadımın qəbri saxlayır. Yazıq tənəli baxışlara dözməyib öldü. Qorxuram mən də bir gün bu kənddən gedəm, arvadımın qəbri sahibsiz qala. Tək-tənha qalmışam. Yuxusuzluqdan gecələri dirigöz açıram. Gündüzlər də bu kəndin torpaq yolların ələk-vələk edirəm. Nə gəzirəm bu yollarda, heç özüm də bilmirəm. Allahın quruca salamına da möhtacam.
Qoca danışdıqca gözləri oturduğumuz qurumuş kötüyün yanlarından çıxan yaşıl-yaşıl zoğlarına dikilib qalmışdı. Titrəyən əlini kötüyün üstünə sürtüb “uf…uf” – deyirdi. Niyə belə edirdi? Bəlkə, bir vaxtlar kölgəsinə xeyli insan toplaşan, yağışdan qorunmaq üçün bu ağacın altını seçənlər yadına düşdü. Elə bil bu ağacın qırılmasında da qocanın suçu var.
Qoca durub gedəndə heç mənlə sağollaşmadı da. Eləcə başını bulaya-bulaya, dodaqaltı mızıldana-mızıldana getdi. Arxasınca bir xeyli baxdım. Qocalıq qəddini əymişdi, yoxsa bu kəndin tənəli baxışlarından beli bükülmüşdü? Bu suallar beynimdə dolaşa-dolaşa mən də durub toy mağarına üz tutdum.
***
Toy günün başa çatdırıb, bir gün də istirahət etdikdən sonra evə qayıdırdıq. Toydan qəribə halla geri dönürdüm. Dostumsa hələ də ağzına su alıb susurdu. Qoca və kənd əhlinin ona qarşı olan mənfi münasibəti bir an da olsun məni tərk etmirdi.
Xeyli yol qət etdiyimiz Bakı ilə toy evi arası uzun bir məsafədi. Yəni neçə yüz kilometr. Rayonları, qəsəbə, kəndləri geridə qoya-qoya mənzil başına yaxınlaşırdıq. Məhşur dörd yol ayrıcı deyilən yerə çatanda dostum təklif verdi ki, burada bir az yorğunluğumuzu çıxarıb yolumuza davam edərik.
-Burda “Söyüdlü arx” deyilən çayxana var. Pürrəngi çayı dillər əzbəridi.
Maşını bir söyüd ağacının kölgəliyində saxlayıb çayxanaya gəldik. Cavan oğlan olan çayxana işçisi:
-Xoş gəldiniz. Bəyəndiyiniz yerdə oturub istirahət edə bilərsiniz. – deyib bizi qarşıladı.
Gözəl kənd həyatını özündə ehtiva edən bu çayxana ərazisində yaşıllıqlar bollucadır və iki-üç yerdən su dolu arxlar axırdı. Salxım söyüdlər xüsusi gözəlliklər yaradır. Stolumuz olan yerin altından da arx dolu su axır. Salxım söyüdlər başın əyib, elə bil indicə arxdan su içəcək.
İki, üç yerdə mis simovarlar pıqqapıq qaynayır, boş dəm çaynikləri ocağın yanında müştərisin gözləyirdi. Əlimizə, üzümüzə su vurub sərinliyin ləzzətini daddıqdan sonra yenidən stolumuza əyləşdik.
-Müəllim. çayınız necə olsun? – deyən bayaqkı oğlan bizdən cavab gözləyirdi.
-Kəkotulu, yarpızlı, – deyən dostum sifarişi verdi.
Şırhaşır axan arx suyu ruhumuza qida verirdi. Xoruzquyruğu çaydan içdikcə yol yorğunluğumuz da canımızdan çıxırdı.

Bayaq söyüdün kölgəsində maşın saxlayanda birdən aralıda da “Volqa Qaz-21” maşını gördüm. İndiki zamanda, nadir hallarda rast gəlinəsi “Volqa Qaz-21” elə bil indicə zavoddan istehsal olunub çıxıb. Qızılı rəngli olan maşına günəş şüası düşdükcə elə bil yerdən də bir günəş çıxırdı. Lap adamı valeh edirdi. Burun hissəsində ağ ceyran heykəlciyi maşının gözəlliyinə gözəllik qatırdı. Ceyran heykəlcik mənə ötən illəri xatırlatdı…

…Kəndimizdə bircə minik maşın vardı ki, o da Bəhmən müəllimin idi. Kəndimizin bütün toylarında gəlin gətirilmə mərasimi o maşınla yerinə yetirilirdi. Bir gün yenə toy keçirilir, gəlin gətirmə olur. Bəhmən müəllim siqaret çəkdiyindən səhərdən maşını yuyur, təmizləyir və qapıları açıq qoyur ki, siqaret iysi çəkilsin. Həmin vaxt…
Maşında gəlin özünü narahat hiss edir. Bəy evinə gətirildikdən sonra bilinir ki, gəlinin ayaqları şişir. Sən demə, maşında olanda gəlin ayağını nəsə sancdığını bilsədə dillənmir. Qara gürzə ilan maşında varmış. O gəlini sancıb. Həkimin qıt vaxtında onu rayon mərkəzinə çatdırınca gəlin ölür…
Bəhmən müəllimin maşının qabaq hissəsində də eyniliklə bu qızılı maşındakı kimi ceyran heykəlciyi vardı. Kəndimiz işğal olunanda “Volqa Qaz-21” xarab olduğundan Bəhmən müəllim onu ot tayasının altında gizlədib gəlmişdi.
Neçə il sonra maşın alveri ilə məşğul olan Səməd mənə Bəhmən müəllimin maşınını Tiflisdən alıb gətirmişdi. O deyirdiki, ermənilər gəlib ot tayasının altında gizlədilmiş maşını tapır. Maşını oradan çıxardanda maşında gizlənmiş ilan erməninin birini çalır.

-Bu köpəkuşağı türklərdən biz nə xeyir görmüşük ki, maşınlarından da xeyir görək. Od vurun, yandırın. – qəzəblənmiş ermənilərdən biri təklif edir.
-Dur! – Başqa böyük vəzifəli erməni deyir. – Biz bu qədər ev, anbar yandırmışıq. Nə xeyir tapmışıq? Maşını yükləyin başqa bir maşına. Aparın Gürcüstana. Orada gicdən, səydən birini tapıb sırıyın özlərinə. Qoy bundan sonra da maşına həris ilanları özlərini sancıb öldürsün.
Beləcə, Səməd həmin maşını alıb gətirir. İndi də “Volqa Qaz-21” Bakının küçələrində şütüyür…
Yola düşmək məqamında dostumla qızılı rəngli “Volqa Qaz-21”ə yaxınlaşdım. Dostum diqqətlə baxdığımı görüb “tankdı” – deyərək maşını təriflədi. “Yoxsa ikdiki maşınlar? Elə bil könserv qutusundan düzəldilib? Əl dəydi əyilir. O tankdı elə bil poladdan düzəldilib”.
Bizim maşına heyranlıqla baxdığımızı görən bir qoca “salaməleykü” edib bizə yaxınlaşdı.
-Hə, qardaş oğulları, mənim maşınımdı. Nə qulluq edə bilərəm?
-Yox dayı, sadəcə maşına baxırıq. – dedim.
-Həə, bu maşının yaşı yəqin ki. sizin yaşınızdan çoxdur. Əlli yaşın kürəyini yerə vurub. – deyən bu nurani qocanın sualına dostum dilləndi:
-Mənlə yaşıddır ki… Sən də yol adamısan? Yoxsa buralarda yaşayansan?
-Qardaş oğulları, bəli, mən buralıyam. Odey o bağlı-bağatlı ev mənimdir. Qonağım ola bilərsiniz. – deyib yaxınlıqdakı kəndə tərəf əlini uzatdı.
-Demək, sən də taksilik edirsən. Axı indi sənin istirahət edən vaxtındır. Nəvələrinlə birgə…
-Yox, bala, taksilik etmirəm. Amma bu yoldan da yığışa bilmirəm. Elə bil göbəyim bu yolda kəsilib. Bu yolun 42 il “QAİ”si olmuşam. – dedi.
Elə bu zaman yaxınlığımızda bir bahalı maşın saxladı. Sandım ki, yolun o üzündəki türbəyə ziyarətə gələnlərdəndir. Amma maşından düşən kök, bığıburma, tosuq kişi yolun qarşı tərəfindəki nəzir qutusuna deyil, bizə yaxınlaşıb salam verdikdən sonra qoca ilə əllə görüşdü. Hal-əhvalın soruşub əlini cibinə saldı, deyəsən, pul qoydu və sağollaşıb getdi.
-Dayı, onda pulun çox olar? – deyib zarafat etmək istədim.. – Axı, “QAİ”şnik olmusan.
-Qardaşoğlu, pis yaşamıram. İndi necədirsə, onda da elə idi. Bu durduğumuz yerdə bir vaxtlar “QAİ postu” vardı. Mən də burda dururdum. Burdan ölkəmizin hər yanına yollar ayrılır… Çox hadisələrin şahidi olmuşam. Amma insanlıq hissləri heç vaxt məni tərk etməyib. Dədə-babadan mərdiməzar olmamışıq. Halallıqla yaşamışıq. Halal qazancımın bəhrəsin bu gün də görürəm.
-Necə, dayı? – deyib qocadan daha çox söz eşitmək azarına tuş olmuşdum.

-Bu yolda çox hadisələrə şahidlik etmişəm. Vaxt olub sürücünü içkili, ağzının sözünü bilməyən vədə də saxlamışam. Görmüşəm bu halda başına qəza gələr, mənzil başına gedib çıxa bilməz, evimə aparıb onu yatızdırıb, ayılandan sonra tənbeh edib yola salmışam. Bir gün bir ailə avtomobil qəzasına uğradılar. Ata, ana öldü. İki azyaşlı oğlu, qızı salamat qalmışdı. O uşaqları evimə gətirib saxladım. Sonra da övladlığa götürdüm. Böyütdüm…
-Onda ailən böyük olar? – deyib qocanı növbəti sual yağışına tutdum.
-Yox, bala. Allah mənə züryət vermədi. Övlad istəyimiz baş tutmadısa övladlığa götürdüyümüz Surayyə və Hidayət elə bizə şipşirin övlad oldular. Ağılla-kamalla ərsəyə yetirdik. İndi hər ikisi ailə qurub oğul-uşaq sahibidirlər. Məni də beş nəvənin babası etdilər. Allahımdan çox razıyam.
-Dayı, bəs niyə yenə də bu dörd yol ayrıcında “QAİ”şniklik edirsiniz?
-İndi təqaüdçüyəm. “QAİ”şniklik də etmirəm. Sadəcə olaraq bu mənim həyat tərzimdir. Bir gün burda olmasam, bura ayağım dəyməsə, o günü elə bil nəsə itirmişəm. Var olsun xalqımızın yaxşı insanları. Cibxərcliyimi də əskik etmirlər. – deyib qoca gülümsədi.
Qoca “QAİ”şniklə söhbət edirdik ki, bir uşaq qaça-qaça gələrək “baba, baba” deyib onun boynunu qucaqladı. Qoca da onu bağrına basaraq üzündən-gözlərindən öpüb qucağına aldı.
-Nəvəndi? – soruşdum.
-Hə, qızımın uşağıdı. Odey anası da gər ağacının yanında durub məni gözləyir. Yenə valdeynlərinin qəbrini ziyarətə gəlib. – deyib bizdən təxminən 50-60 metr aralıda gər ağacının yanında qara libaslı, başı örtüklü gəlini göstərdi. – Ata, anası öldüyü yerdir. Rəmzi qəbirlərini düzəldirmişəm. Hər cümə günü gəlir… Di, salamat qalın. Gedim yanına. – deyib qoca sağollaşdı.
…Dostumla mən tənbəllik etməyib gər ağacına doğru getdik. Biz ora çatanda qoca “fatiə” surəsini oxuyub qurtardı, salavat çevirib getdilər. Gər ağacının dibində iki yerdə daş topası yığılmışdı. Ağaca isə qara mərmər lövhə vurulmuşdu. Qara mərmərdən iki nəfərin – qadın və kişi şəkilləri bizə baxırdılar. 30-35 yaşları ancaq olarmış. Şəkillərin altında “Jiqulu” markalı maşın şəkili çəkilmişdi. Qəribə mənzərə idi. Kədərli, üzücü…
***
-Hə, dünyanın belə-belə işləri olurmuş. Qoca dünyanın iki müxtəlif qocaları bizə bu həyatda necə yaşamağın sanki bir daha dərsin keçdilər. – dedi dostum Uğur.
-Hə, özü də ilin bu isti yay günlərində. İbratəmiz hekayətlərdir. Nəticə də göz qabağında.
-Düz deyirsən. Bəlkə yenə istedadını, yazıçılığını işə salasan. Axı nə vaxtdandır sənin hekayələrini oxumuram. Özü də gerçək həyatın yaşantılarıdır.
-Oldu. Yazaram, Uğur. İndi haydı evimizə, bürkülü şəhərimizə gedək.
-İndi yəqin Xəzərin mehi şəhərin bürkülü havasını sərinləşdirib. Axı şəhərimizin bir adı da küləklər şəhəridir. – deyib maşına doğru getdik.
Yolçu yolda gərək deyib yola düşdük. Qocaların ömür yolları bizim getdiyimiz bu yol kimidir. Yolların da kələ-kötürü, hamarı var. Bu yollar bomboz səhralardan, ya da yaşıllıqlar qoynundan keçir. O qocalar kimi… Xüsusən Sosalist Əməyi Qəhrəmanı, kolxoz sədri işləmiş o qocaya olan münasibət məni ağrıdırdı. Yaxşı ki. “QAİ”şnik kimi dayılar da var.

AYAZ İMRANOĞLU HƏFTƏSİ

Müəllif: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – TƏKCƏ XATİRƏLƏR TƏZƏDİR…

TƏKCƏ XATİRƏLƏR TƏZƏDİR

Ata evimizə qonaq gəlmişəm.
Gəldim həsrətimi Günəşə sərim.
..Elə bil kiçilib həyət də, ev də,
Köhnəlib atalı-analı qəsrim.

Ağarıb cığırlar, ağarıb yollar,
Təkcə xatirələr təzədir burda.
Bir də təzələnib ağaclar, kollar –
İslanıb mənim tək yağan yağmurda.

Ağ pişik dayanıb qapı ağzında.
Qarğa qarıldayır qoz ağacında,
Bütün hisslərimin həzin çağında
Səsimin tezliyi, tonu azalıb…

Fikirlər götürüb aparır məni,
Yadıma salıram olub-keçəni,
Demək on altı il yaşadım cəmi,
Anasız qızların günü gün olmur…

Xəyallar qaç-qovda, dizim qanayır…
Qayıdıb baxdıqca gənclik danlayır…
Biri ağlayırsa demək anlayır…
Qoy bir az buludu çoxalsın göyün.

Qaranlıq endikcə Ay suya düşür,
Hardasa bir ceyran pusquya düşür.
Burda sevgilər də səs-küyə düşür,
Kəndin öz qaydası, qanunu olur.

Dönəmlər hər ilkin gətirir sonun,
Özünəməxsusdur duyğusu onun.
Təbiət zamanla dəyişir donun,
Hər yaşın öz rəngi, öz donu olur.

Adilə, darıxmaq beləmi olur?!
Hara baxıramsa gözlərim dolur,
Yaxşı ki qələm var, dilim lal olur.
Ata evimizə qonaq gəlmişəm.

15.10.2024

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Yaz görüm.

***

Gəlib doğdun xəzanımda günəş tək,
Hayandaydın bu çağacan, yaz, görüm.
Sənə qədər bir viranə bağ idim,
Heç olmasa innən belə yaz görüm.

Kim saldı ki, güzarını mən sarı,
Payız sarı, xəzəl sarı, gün sarı,
Könlümdəki yaraları sən sarı,
Heç olmasa innən belə naz görüm.

Zaman keçib, ömür -gün də yarıdı,
Kim uduzdu , kim bəxtindən yarıdı,
Qoy desinlər bu da onun yarıdı,
Qoy ərisin ürəyimdə buz ,görüm,
Heç olmasa innən belə yaz görüm.

***


Bu məhəbbət tərs zamana tuş oldu,
Mən xəzanam , sənsə qönçə çiçəksən.
Quruyarsan bu payızın əlində,
Nə görmüsən bu sazaqda çiçək, sən?

Kim yazar ki, qara bəxti ağla, yar,
İnnən belə kim bizə gün ağlayar?
Get məhrəmin qollarında ağla, yar,
Boğularsan bu yasaqda çiçək , sən.

Niyə düşdük bu sevginin dərdinə?
Heç bilmədik kimin bizlə dərdi nə?
Baxışların sevincimi dərdi nə?
Kül elədin məni ahda çiçək, sən.

Sızıldayır saçımdakı dən indi,
Sor dərdini, azarını dənin ,di,
Buğda verməz mən səpdiyim dən indi,
Çürüyərsən boz torpaqda çiçək ,sən,
Mən xəzanam, sənsə qönçə çiçəksən.

***

Dərə gəzdim, dağ axtardım özümü,
Mən bu ömrü yaşamadım nədənsə.
Susuz qalan səhralar da göyərdi,
Cücərmədi mən səpdiyim nə dənsə.

Çox dedilər öz bəxtinə güvənmə ,
Sahibi var Göylərin də, Yerin də.
Gah Tanrıya, gah Allaha yüyürdüm,
Heç birini tapammadım yerində.

Min alovdan, min göynəkdən adladım,
Qorxutmadı quru məni, yaş məni.
Mən bu ömrü yaşamadım əməlli,
Bir də gördüm girələyib yaş məni.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ziyadxan Budaq – Mən yazmadım, Tanrı yazdı bu şeri…

Bir ömür də belə keçdi

İllər ötdü göz açınca,
Cığır salıb iz açınca.
Yaşamaqdan söz açınca
Bir ömür də belə keçdi.

Ötən günlər qınaq oldu,
Gələn günlər sınaq oldu.
Əzabına qonaq oldu,
Bir ömür də belə keçdi.

Çox ələndi ələk kimi,
Seçilmədi mələk kimi.
Qəfil əsən külək kimi
Bir ömür də belə keçdi.

Özül oldu, divar oldu,
Ölçü oldu,civar oldu.
Məramına süvar oldu,
Bir ömür də belə keçdi.

Qaynar oldu qucaq kimi,
Alovlandı ocaq kimi.
Öləziyən çıraq kimi
Bir ömür də belə keçdi.

Sevgi dolu ürək oldu,
Bir gözələ gərək oldu.
Boyu bircə çərək oldu,
Bir ömür də belə keçdi.

Yoxu varda ibrət bildi,
Varı yoxda qüdrət bildi.
İnsanlığı fitrət bildi,
Bir ömür də belə keçdi.

Gileyini ələmədi,
Umu – küsü eləmədi.
Bir kömək də diləmədi,
Bir ömür də belə keçdi.

Dünya ilə barışmadı,
Tale ilə yarışmadı.
Haqq deyənə qarışmadı,
Bir ömür də belə keçdi.

Məni məndə döyən olar,
Tərifləyib öyən olar.
Məndən sonra deyən olar:
Bir ömür də belə keçdi.

***

Uşaqlıq geriyə çağırır məni

Nəfəs daraldıqca təngiyirəm mən,
İstəyin yolunda ləngiyirəm mən.
Yox! Yox! Yağış kimi səngiyirəm mən,
Uşaqlıq geriyə çağırır məni.

Şübhələr içimdə kalandı daha,
Hay düşüb, ömrümdə talandı daha.
Yollar da tükənib dalandı daha,
Uşaqlıq geriyə çağırır məni.

Deyəsən yorulub ömrün atı da,
Salıb itirmişəm son inadı da.
Tapmışam özümü bir bayatıda,
Uşaqlıq geriyə çağırır məni.

Hisslər yumağını çözəmmir daha,
Duyğular halıma dözəmmir daha.
Qələm də sözlərlə bəzəmmir daha,
Uşaqlıq geriyə çağırır məni.

Gümansız gəlirsə açılan sabah,
Bu da son taledir, burda nə günah?
Yaşamaq necə də şirindir, Allah!
Uşaqlıq geriyə çağırır məni.

Dözdümmü illərin sınağına mən?
Gəldimmi zamanın qınağına mən?
Dönmüşəm ən əziz qonağına mən,
Uşaqlıq geriyə çağırır məni.

Orda yaz qoxulu bir nəsim qalıb,
Boyuma çatmayan bir səsim qalıb.
Orda bir yaşamaq həvəsim qalıb,
Uşaqlıq geriyə çağırır məni.

Şirin balaların acı göz yaşı,
Yığır dörd yanıma dostu, yoldaşı.
Dibindən oyulur yarğanın qaşı,
Uşaqlıq geriyə çağırır məni.

Bir yatmış tufanam,dinməyim çətin,
Xəyalam, göylərdən enməyim çətin.
Baxma ki, geriyə dönməyim çətin,
Uşaqlıq geriyə çağırır məni.

***

Tanrının yazdığı şeir

Yaylaqlarda görünmürdüm nə vaxtdı,
Gəlişimə yer boylandı,göy baxdı.
Təb qaynadı, ilham coşdu, söz axdı,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Sığal çəkdim,tumarlandı duyğular,
Xoşhal oldu,xumarlandı duyğular.
Qəlibləndi,hamarlandı duyğular,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Hisslərimə bəzək oldu çiçəklər,
Gözəlliyi başa çəkdi göyçəklər.
Xəyalımdan boylananda gerçəklər
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Necə deyim tale mənlə öc gəldi,
Hər nə gəldi yad hisslərə kəc gəldi.
İlahidən qələmimə güc gəldi,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Nələr gördüm düşüncənin yönündə,
Çaşbaş qaldım fikirlərin önündə.
Bir şairin hay – haraylı günündə
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Şairliyin öz ülgüsü budurmu?
Ruh çözümü, söz bölgüsü budurmu?
Üstümdəki Haqq vergisi budurmu?
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Qaynar eşqin yaxasımı söküldü?
Çayım axdı saflığına töküldü.
Gördüklərim heyrətimə büküldü,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Gəl,oxucum, bu ümmana,nəhrə bax,
Şerimdəki gül nəfəsli mehrə bax.
Hikmətə bax,ovsuna bax,sehrə bax,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

***

Dünya haqqında şeir

Məchul dünya görən harda itibdir,
Bilən varmı uçub hara gedibdir?
Yox, deyəsən özü bəyan edibdir,
Tordan gəlib tora gedir bu dünya.

Ha yeridim,ha yüyürdüm,çatmadım,
Bir istəyin nur selinə batmadım.
Şirinini,şərbətini dadmadım,
Hardan gəlib,hara gedir bu dünya?

Baxdım, elə gözlərimdə dar oldu,
Ha səslədim, eşitmədi kar oldu.
Axır gördüm saçlarımda qar oldu,
Qardan gəlib qara gedir bu dünya.

Üzə çıxdı son fitnəsi,fəsadı,
Bir gün gördüm əlimdəki əsadı .
Yolları da ömür kimi qısadı,
Burdan gəlib bura gedir bu dünya.

Bu da belə bir səfərdi,güzardı,
Məndən olsa ömür yolu azardı.
Son addımda son mənzili məzardı,
Gordan gəlib gora gedir bu dünya.

Bir nağıldır,rəvayətdir ömürdə,
Özü boyda hekayətdir ömürdə.
Bu da belə qiyamətdir omürdə,
Surdan gəlib sura gedir bu dünya.

Müəllif: Ziyadxan Budaq

Ziyadxan Budağın yazıları

Günnur Ağayevanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcid -60. Ağcabədi – Film.

Ağcabədidə Rəşad Məcidin 60 illik yubileyi qeyd olundu
Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist RƏŞAD MƏSCİDin 60 illik yubileyi münasibəti ilə onun doğulduğu Ağcabədi rayonunda ədəbi-bədii tədbir keçirilib. Öncə Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı ziyarət olunub.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirin birinci hissəsində Rəşad Məcidin yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi “Əməkdar mədəniyyət işçisi Rəşad Məcid- 60 “ başlıqlı sərgidə yazıçının Azərbaycan dilində, həmçinin xarici dillərdə nəşr olunan kitabları, o cümlədən redaktoru olduğu və haqqında yazılan kitablar nümayiş etdirilib.
Sonra tədbir mərkəzin konfrans zalında davam edib. Əvvəlcə Rəşad Məcidin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbirin moderatoru, yazıçı, publisist Aqil Abbas açılış nitqi ilə çıxış edərək yubliyarı səhnədəki yerinə dəvət edib.
Tədbirdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qabaqcıl maarif xadimi Ədalət Hüseynov, “Aran” qəzetinin redaktoru, AYB-nin üzvü Məhsəti Musa, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Rəşad Məcidin yaradıcılığından, uğurlu fəaliyyətindən söz açıb, öz ürək sözlərini, xoş arzularını bildiriblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yubliyarı Fəxri fərman və hədiyyə ilə təbrik edib.
Tədbirdə həmçinin Rəşad Məcidin Ağcabədidə çıxan “Sürət” (hazırkı “Aran” qəzeti) qəzetində 1982-ci ildə çap olunmuş ilk şeiri məktəbli Nəimi Ağayev tərəfindən səsləndirilib. Rəşad Məcidlə Şuşada tanış olmuş daha bir məktəblinin – Məcid Məmmədovun şairin “Cıdır düzü” şeirini səsləndirməsi və sazda “Ruhani” havası çalaraq onu təbrik etməsi tədbirdə xüsusi ovqat yaradıb.
Görüşdə Rəşad Məcidin şeirinə bəstələnmiş və digər mahnılar ifa olunub.
Yekunda yubilyara söz verilib. O, hər dəfə doğma Ağcabədiyə gəlməkdən çox məmnun olduğunu qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Video:

“YAZARLAR” olaraq,  RƏŞAD  müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun!!!

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru