Yadigar Təvəkgül – Müəllim

Müəllim

Müəllim mələkdir həyat yolunda
Ömrün ən işıqlı mayağıdır o
Şam kimi əriyib sönsə də özü
Çiçəkli günlərin çırağıdır o

Anadır, bacıdır ən əziz kəsdir
Ən təmiz ən ülvi isti nəfəsdir
Müəllimsiz dünya sanki qəfəsdir
Gələcək illərin sorağıdır o

Düzlüyün paklığın rəmzidir özü
Saflığın adıdir görünən üzü
Müqəddəs kəlmədir onun hər sözü
Danışan dillərin boyağıdır o

Ömrün hər yaşında körpədir ruhu
O ana ətrində ən gözəl qoxu
Könlümün sultanı, sevginin şahı
Ömrün tükənməyən dayağıdır o…

Müəllif: Yadigar TƏVƏKGÜL


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Gününüz mübarək olsun, müəllimlər!

Tanınmış alim-şair, pedaqoq, professor MAHİRƏ NAĞIQIZInın 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününü münasibətilə özəl təbriki:

MÜƏLLİM GÜNÜNDƏ…

Keçir xəyalımdan ömrümün yolu,
Hər günü, saatı, gözüm önündə.
Demək istəyirəm sevgiynən dolu,
Sözümü onlara müəllim günündə.

Birinci addımı atdığım andan,
Məni sehirləyib sinif otağı.
Müəllimlərim olub başlanğıcından,
Bir-bir qazandığım uğur ortağım.

Hərdən elə gəlir, qismətim mənim
Silinib-yazılıb dərs lövhəsində.
Tonundan bilmişəm etdiklərimin
Səhvini, düzünü onun səsində.

Qaranlıq yollarda tutdunuz çıraq,
Siz başa saldınız bizə həyatı.
Onu öyrətdiniz elmdən qabaq,
Dayanar insanın mənəviyyatı.

Dediniz ki, alim olmağa nə var,
Bu dünya çox görüb alimi nadan.
Boşdur qazandığın adlar, titullar,
Şəxsiyyət olmazsan, insan olmadan.

Vətəni sevin siz- dediniz bizə,
Ən böyük arxadır, ən isti ocaq.
Əziz müəllimlərim, hər birimizə,
Sizlərin sevgisi ocaq olacaq.

Keçir xəyalımdan ömrümün yolu,
Hər günü, saatı gözüm önündə.
Demək istəyirəm, sevgiynən dolu
Sözümü onlara müəllim günündə!

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BQU-nun dosenti Əzizağa Ələkbərlinin “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri” adlı kitabı dərc olunub (1920-1991)

BQU-nun dosenti Əzizağa Ələkbərlinin “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri” adlı kitabı dərc olunub (1920-1991)

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin aparıcı elmi işçisi, Bakı Qızlar Universitetinin “Tarix“ kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərlinin ictimaiyyətə təqdim olunan “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə elmi əlaqələri (1920-1991)” adlı monoqrafiyasında elmi əlaqələrin qarşılıqlı təsir tarixi tədqiq olunur, elmi müəssisələrinin, o cümlədən, ayrı-ayrı elm xadimlərinin ölkə iqtisadiyyatının inkişafına, əhalinin sosial həyat tərzinin yüksəlməsinə və cəmiyyətin dünya sivilizasiyasına inteqrasiyasına dəstək məsələləri araşdırılır.
Monoqrafiya elmi ictimaiyyət və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Əzizağa Ələkbərli yeni kitabının işıq üzü görməsi münasibətilə “ZİYADAR” MÜKAFATIna layiq görülüb. Təbrik edirik!

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SONA AMAL – MÜƏLLİM

MÜƏLLİM

05 öktyabr Müəllimlər günüdür. Müəllim adını şərəflə daşıyan hər kəsi bu bayram münasibətilə təbrik edib, bol-bol uğurlar diləyirəm!

Əməliniz təmiz, qayəniz ulu,
Müqəddəs məsləkin özü, müəllim.
Gördüyünüz işlər səadət yolu,
Gənclərin xoşbəxtlik izi, müəllim.

Günəşlə oyanan, uğurla yatan,
Körpə fidanların hayına çatan,
Gəncləri uğurlar qoynuna atan,
Gəncliyin baharı, yazı, müəllim.

Həyat amalınız gözəl, duyğulu,
Böyüyə- kiçiyə hörmət,sayğılı,
Hər bir şagirdinə Ana qayğılı,
Hər evin söhbəti, sözü, müəllim.

Arzusu-diləyi təzə-tər, qönçə,
Məsləki, amalı incədən-incə,
Göstərib doğru yol, yüzlərlə gəncə,
Ali sənətlərini gözü, müəllim.

Adına bağlanıb, baharım, yazım,
Bəxtimə yazılan İlahi yazım,
Müəllimlik dünyamdan ta nələr yazım?
Amal qayəsinin özü, müəllim.

04.10.2024.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SEVDA SƏFƏRLİ – MÜƏLLİM

MÜƏLLİM

Müəllim- bu adın nurdur mayası,
Müəllim- bu adın dürdür ziyası,
Müəllim zirvədi, zirvə qayası.
Elm zirvəsinin şahənşahıdır,
Elm sirlərinin qibləgahıdır.

Tükənməz nə odu, nə hərarəti,
Nurlu sabahlara yetər qüdrəti,
Sönməz nə alovu, nə məhəbbəti.
Günəştək yayılar bəşəriyyətə,
Milləti aparar əbədiyyətə.

Müəllim oduna qızınar bəşər,
Nəsillər yoluna işığı düşər,
Zülmət cəhalətə saçılan məşəl.
Şöləsi keçmişdən bu günə saçar,
Gülləri heç solmaz, əbədi açar.

Şam kimi əridər gözünün nurun,
Adı çəkiləndə hörmətlə durun,
Bu müqəddəs ada abidə qurun.
Ötsə də əsrlər, işıldar közü,
Allşar çıraqtək zəkası, sözü.

Adlar sırasında öndə, birinci,
Parlayar əməli sanki bir inci,
Bəhrəsini görmək onun sevinci.
Hər əməyə dəyər vermək bir mümkün,
Müəllim zəhmətinin önündə çökün.

Könlü zinət dolu, sevgisi ümman,
Dəyəri, alqışı bol zaman-zaman,
Ömür yolu sanki inləyən kaman.
Qığılcımlar səpər hey ömür boyu,
Öyüd- nəsihəti dastanlar boyu.

Müəllim calaq vurar min-min budağa,
Bərkidər kökünü doğma torpağa,
Yaşıl rəng də verər solan yarpağa.
Nicat körpüsüdür müəllim qayəsi,
İbadətdən üstün hər bir “ayəsi”.

Müəllim bir loğman, müəllim bir memar,
Sal daşları yarar, cilalar hamar,
Qədri bilinməzsə, “gözə qan damar”.
Nə hikmətli, gözəl deyilmiş kəlam,
“Bir hərf öyrədənin köləsi ollam”.

Müəllif: SEVDA SƏFƏRLİ

SEVDA SƏFƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AQİL KƏNGƏRLİ – MÜƏLLİMLƏR

MÜƏLLİMLƏR

(Əsl müəllimlərə ithaf olunur)

Ömrünü bəxş edib neçə ömürə,
Ağaran saçları nur əlaməti.
Nə qədər şagirdə qol-qanad verib,
Onunçün qazanıb el məhəbbəti.

Çox vaxt gec yataraq,tezdən oyanıb,
İtirib gözünün nurunu hətta.
Yorğunluq duysa da,məğrur dayanıb
Təmənna duymayıb əsla həyatda.

Verib,bəxş eləyib istedadını,
Nə qədər layiqli insan yetirib.
Qürurla daşıyıb hər an adını,
Bu ada hər zaman şərəf gətirib.

Bəzən laqeydlik çıxıb önünə,
Acı söz dilinə gəlməyib əsla.
Şükürlər eyləyib hər bir gününə,
Keçibdir dərsini köhnə həvəslə.

Müəllim kimləri verib cahana,
Önündə İskəndər,Teymur əyilib.
Boynu qalstuklu adi insana,
Hətta prezidentə müəllim deyilib.

Təsibin çəkibdir ana torpağın,
Hər an alnı açıq,üzü də ağdır.
Az maaş alaraq şax dayanmağın,
Bəlkə də özü bir qəhrəmanlıqdır.

Sizə üz tuturam,sizə yenə də,
Qəlbi saf,ürəyi təmiz müəllimlər.
Bir vaxt bilik ,savad verdiz mənə də,
Mən sizə borcluyam,əziz müəllimlər.

Müəllif: AQİL KƏNGƏRLİ

AQİL KƏNGƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru