
Lənət edirəm
Elə küsmüşəm ki, özüm özümdən,
Dönüb barışmağa yer də qalmayıb.
Bəlkə, imdadıma yetişəsən sən,
Məni öz sevginin əsiri sayıb.
Bir zaman boyanıb sənin rənginə,
Sənin gözlərinlə dünyaya baxdım.
Dünya cənnət kimi göründü mənə,
Keçən günlər üçün yaman darıxdım.
Sevgi Yaradanın şah əsəridir,
Onu pozanlara qənim olacaq.
Aşıqlər ocaqdır, aşiqlər pirdir,
Onlardan dünyaya dastan qalacaq
Hər kim ki, sevgiyə xor baxır, inan,
O, kəs cəhənnəmə sərmayə yığır.
Ya cəhənnəmə,ya cənnətə insan,
Yalnız əməliylə açacaq cığır.
İndi xatirələr yorduqca məni,
Səni görən günə nifrət edirəm.
Sevgini oyuncaq, oyun biləni,
Bəddua edirəm, lənət edirəm.
Göyçay şəhəri
Müəllif: QALİB NURİ ARİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru