Ayşən Rəhim – Hayqırır arzuların yalvarışları…

***

“Tək-tək saralan ümid yarpaqları tökülür,
gözlərimdəki Günəşin həzin dəfnində.
Bu təlatümlü gözyaşlarının dərinliyində
Axıdır qan selini həsrətə
Hayqırır arzuların yalvarışları..
Bu, qanadsız payızımın sonuncu çırpınışları…
Səndən sonra neçə bakirə gecələrin açılmamış pərdələri
Ağrıları doğub, boş küçələrin xatirə bətnində, Lavinia ətrində..
Neçə nəfəs külqabının tüstüsündə boğuldu bu Günəşsiz soyuq divarlarda.
Neçə misralar inildədi dodaqlarımda..
Gözlərimdənsə, qayıdasan deyə çəkdiyim yollar keçdi..
Öləzidi vüsalın hənirtili arzusu..
Sonuncu özləmin yelləndiyi edam ipi də o gecə yuxuda əllərinlə hördüyün saçımın hörüklərindən yıxıldı..
Hər telim barmaqlarının darağından keçdi həmin an.
Və susdu bütün müqəddəslərin səsləri
Sükunətə həbs oldu..
Uzaqdan kilsə zəngləri Mozartın “Lacrimosa”sına gülümsədi..
Dağıldı bütləri məbədlərin,
Bircə səs ucaldı minarələrdən: “Gedənlər, tələsin darıxmağa”
Sonra yalnızlığın alın təri axdı şərabıma
Və yadıma düşdü demədiyim yalanlar, etmədiyim günahlar..
Tənhalıq simfoniyasının şikəst notları üzərində
ölü mələklər son duasını etdi kimsəsiz divarlarımın sükunətində: Tuere eum Jesus , amen” (İsa, onu qoru! Amin)
Mənsə, and içirəm balıq yaddaşıma ki, səni unudacağam.
Və qurudacağam xatirələri bircə əlvidanın arasında…”

Müəllif: Ayşən RƏHİM

AYŞƏN RƏHİMİN DİGƏR YAZILARI

Ayşən RƏHİM DİGƏR MƏNBƏLƏRDƏ


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir