Şahin Həmidi – … hər səhər

Bu gün xalq şairi Səməd Vurğunun doğum günüdür. Azərbaycan poeziyasının sərkərdəsi, dahi Cəməd Vurğunumuzun ruhu şad
olsun.

Vurğunun şeirinə baxıb
hər səhər

İnam həsrətini kökündən qırıb,
Kəsəkli yollara səpərdi elə.
İlham əllərini qoşalaşdırıb
Sevincdən üzünü öpərdi elə.

Düzlük dirdaş oldu nəğmə varına,
Əyriyə, yalana çox sinə gərdi.
Günəş isıqında yazdıqlarına
Lampa işıqında göz gəzdirərdi.

Xəyal qılıncını qoymazdı qına,
Gecələr ulduz tək parlayardı o.
Yurdunun bəxtəvər insanlarına
Nəğməli ömrünü paylayardı o.

Yadına salardı uşaqlığını,
Şeirlə düz keçib, dağlar aşardı.
Unudub yolların uzaqlığını
Şair səfərlərə hazırlaşardı.

Xəyalı durardı dağlardan uca,
Sevən adamlardı qohum-qardaşı .
Səsini unudmaz ömür boyunca
Böyük salonların kürsü yaddaşı.

Özünü vəyənə vurğun sayardı,
Torpağdan, insandan yazardı Vurğun.
Ana təbiətə bel bağlayardı ,
Baharı bağrına basardı Vurğun.

Yazardı alnından töküldükcə tər,
Adını tarixə yazdı tərlə o.
Sözləri dan üzü görənə qədər
Üsyana qalxardı gecələrlə o.

Nə ayı sayardı şair, nə ili,
Çox vaxsız düşmüşdü saclarına dən.
Böyük məhhbətlə şöhrət əyilib.
Öpürdü şairin yazan əlindən.

Nəğməydi alnından damcılanan tər,
Zəhmər ürəklərə yazdı adını.
Vurğunun şeirinə baxıb hər səhər
Günəş də gösdərir istedadını.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir