“Gərəkdir” haqqında yazmaq gərəkdir – Zaur Ustac

Vicdanın ölçüsü – “Gərəkdir” (səh. 11)
Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gərəkdir” gəraylısı sadə deyim tərzi, aydın fikri və dərin ictimai mesajı ilə oxucunu düşünməyə vadar edən poetik mətndir. Bu şeir yalnız fərdi duyğuların ifadəsi deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış vicdan çağırışıdır.
Şeir ilk misralardan etibarən insanın yaşamaq fəlsəfəsini ortaya qoyur:
“Gəlir hardan gəlir, gəlsin,
Yaşamağa var gərəkdir.”

Burada şair taleyin gətirdiklərinə təslimçilik deyil, yaşamaq üçün iradə və ləyaqət tələb olunduğunu vurğulayır. “Var gərəkdir” ifadəsi maddi imkanla yanaşı, mənəvi zənginliyi də işarələyir. Çünki yaşamaq təkcə nəfəs almaq deyil, halal-harama, doğruya-səhvə diqqət etməkdir.
Asif Yusifcanlı şeirin növbəti misralarında halal anlayışını mərkəzə çəkir:
“Halal vara min bərəkət,
İstəməyən kor gərəkdir.”

Bu misralar xalq hikmətinə söykənir. Halal qazancın bərəkət gətirdiyi ideyası həm dini, həm də milli düşüncənin əsas sütunlarından biridir. Şair burada mənəvi korluq anlayışını önə çıxararaq, halalın dəyərini görməyən insanın əslində ruhən kor olduğunu bildirir. Bu, cəmiyyətin ən böyük problemlərindən birinə – dəyərlərin aşınmasına poetik etirazdır.
Şeirin ortasında (zirvədə) məsuliyyət və vicdan məsələsi daha qabarıq şəkildə təqdim olunur:
“Var düşübsə üç-beşinə,
Dönüb baxsın keçmişinə.”

Əgər belə demək mümkünsə, bu məqam əsl kuliminasiya nöqtəsidir. Burada var-dövlətə sahib olan insanın öz keçmişinə, haradan gəldiyinə, kim olduğuna dönüb baxmasının vacibliyi xatırladılır. Şair oxucunu daxili hesabat verməyə çağırır. Bu misralar sosial ədalət mövzusunu gündəmə gətirir: varlanmaq ayıb deyil, amma varlanma yolunun haramla çirklənməsi faciədir.
Şeirin ən təsirli yerlərindən biri vicdan metaforasıdır (bu məqam “vicdan”ın yerini əzada gəzənlərə mükəmməl bir mesajdır):
“Sağ əliylə sol döşünə,
Döyən kəsdə ar gərəkdir.”

Burada döşə vurulan əl vicdanın səsi, ürəyin çağırışı kimi mənalandırılır. Ar – yəni utanc, xəcalət, məsuliyyət hissi – insanı insan edən əsas keyfiyyət kimi təqdim olunur. Şair açıq şəkildə bildirir ki, vicdanı olmayanın cəmiyyətdə yeri olmamalıdır.
Şeirin finalında isə sosial mövqe və ictimai rəy məsələsi ön plana çıxır:
“Haramını halal sayan,
El içində xar gərəkdir.”

   Bu misralar sərt, lakin ədalətlidir. Haramı halal kimi təqdim edən, cəmiyyətin gözünü boyayan insanların ictimai qınağa məruz qalmalı olduğu vurğulanır. “Xar” anlayışı burada mənəvi iflasın rəmzidir. Şair cəmiyyətin özünü təmizləməsi üçün mənəvi mövqe sərgiləməsinin vacibliyini xatırladır.
   Ümumilikdə, “Gərəkdir” şeiri didaktik olduğu qədər də səmimidir. Asif Yusifcanlı nəsihət vermir, hökm oxumur – o, xalqın dili ilə danışır, xalqın vicdanına müraciət edir. Bu şeir oxucuya sual verir: biz necə yaşayırıq və necə yaşamalıyıq?
   Bu baxımdan “Gərəkdir” yalnız bir şeir deyil, yüksək milli-mənəvi dəyərləri qorumağa çağırışdır. Zaman dəyişsə də, dəyərlər dəyişməməlidir deyən şair, oxucunu halal zəhmətə, vicdanlı yaşamağa, ar-namusla ömür sürməyə səsləyir. Şeirin dili xalq dilinə yaxın olduğu kimi, forması da folklor nümunələri ilə səsləşir. Xalqın istədiyi biçimdə, sevə-sevə qəbul etdiyi tərzdə qələmə alınmış gözəl nümunələrdən biridir. Məhz buna görə də Asif Yusifcanlının bu şeiri bu gün də aktualdır, sabah da aktual olacaq.

27.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

RƏFAİL TAĞIZADƏNİN POETİK PAYIZI

RƏFAİL TAĞIZADƏNİN POETİK PAYIZI

Sözlə zamanın nəbzini tutub “həqiqətlə gözəlliyi birləşdirməyi bacaran”lar (Feytvanger) gördüyü, duyduğu bütün varlığı ürəkləri fəth edən sözə çevirə bilirlər. İnsanlıq yaranandan söz, sözlərin artdıqca poeziya yaranıb. Söz sənətinin toxunmadığı mövzu yoxdur. Sözün sehri, böyüklüyü, qüdrəti addımbaşı rast gəldiyimiz, adilik kimi baxıb keçdiyimiz mənzərələrə, olaylara, rənglərə özünəməxsus çalar qatıb onu təravətləndirməkdir.
Ana təbiətin dörd ovqatını – bənzərsiz fəsillərini təsvir edən yer kürəsinin əhalisindən qat-qat çox ədəbi əsərlər yazılıb. Eləcə də dörd fəslin ən “müdrik”i payız şairlərin sözüylə daha çox urvatlanıb. Tarixin daş yaddaşında qalanlar əsl söz inciləri kimi bəşər övladı ilə bərabər yaşayır və yaşayacaq.
Qazi şair Rəfail Tağızadənin payızı da qeyri-adi, özünəməxsus və möhtəşəmdir. Hər bir qələm adamının təsvir etdiyi payız onun özünə bənzəyir. Rəfail müəllimin poetik payızı da özü kimi müdrikdir, humanistdir, nisgillidir, kövrəkdir, bütövdür.
Rəfail Tağızadənin payızı təbiət qanunlarına bir yenilik, bir saflıq, bir “əxlaq” gətirir. Sevdalı“baxışlara dözməyən ağac yarpağını gecə soyunur”, həyətdə gizlənpaç oynayan xəzəllər həyətlərə, evlərə girir. Şairin payızında təbiətin soyuqluğundan əsər-əlamət yoxdur, mübhəm, ilıq xatirələr gecələri qoynuna alıb üşüməyə qoymur, “qol-boyun xatirələr gecə sevdasından doymur”. Oxucu da bu mükəmməlliyin qoynunda isti yuva, təsəlli tapır, dərin düşüncələrin dizinə başını qoyub uyuyur:

Alıb yuxuları, alıb əlimdən
gecə düşünməyi öyrədir mənə.
Payız sevgisiylə, müdrikliyiylə,
bütövlük, bir tamlıq gətirir yenə.

Şair “ağacların kefsizliyini, həyatın soyumasını” duyur, onları sözlə ovundurur, poeziyaya çevirir. Onun qəlbindəki mərhəmət yarpağa, ağaca, torpağa, daşa, gülə, çiçəyə həyat verir, yarpağın, soyunmuş ağacın kədərini doğmalaşdırır, ağacı inandırır ki, yenidən yaşıl donunu geyinəcək. “Sevəcəm, sevəcəm, sevəcəm” inamı və inadıyla bir gözəlin könlünü alır:

Əlimmi titrəyib ələ dəyəndə,
yoxsa aramızdan küləkmi keçib?
Payız yarpağımı düşüb araya?
Baxışmı unudub teli daraya?
Görən bu gözələ nə olub belə?

Sevginin saflığına, şəffaflığına, incəliyinə heyran qalırsan. Bir payız yarpağı da küsdürə bilir duyğulu gözəli.
Gözəlin könlünü ilahi pıçıltının nəvazişiylə ələ almağın şirinliyi nəinki gözəlin, onun sevgisinə həsədlə baxanların ürəyinə yağ kimi yayılır. Şair buludla bərabər kövrəlir, yenidən onu “qanadına alan buludun bəyaz qoynunda doğulur”. Həqiqətən əsl poeziya məlhəmdi, həyatverici, şəfalı nəfəsdi, göylərin ərmağanı hissləri təlatümə gətirən bir damladır:

Sığal çəkir üzümə,
məni təklikdə qoymur.
Yağış da bir sevgidi –
öpüşdən adam doymur.
* * *
Yenə dartaraq qaşını,
əyib buludlu başını,
tökür gözünün yaşını,
bu gecə yaman ağlayır.
Bu gecə məni ağlayır…

Rəfail Tağızadənin “payız sevdası” da barlı-bərəkətlidir – payız kimi. Onun “yumşaq payız”ındakı “bahar havası” ürəkləri sevgiylə siləbəsilə doldurur:

Ümidlə yollara dikilən baxış,
oyadır qəlblərdə payız sevdası.

Payız şairin ən səmimi, ən tələbkar, eşqi bütöv həyatın fəlsəfəsini öyrədən müəllimidir:

Ömrün arzuları bahar kimidi,
rəngbərəng çalarlar gətirir üzə.
Dəli könlümüzü oxşayan payız,
təzədən sevməyi öyrədir bizə.

“Cızılan, pozulan köhnə val kimi, özündən narazı küskün lal kimi torpağın üstündə oynayan yarpağın” könlünü almaq, onu sığallayıb bizə həyat verdiyi üçün təşəkkür etmək ürəyinizdən keçibmi? Rəfail müəllim o payız xəzanının ümidsiz yarpağını ümid işığına bələyir, sözlə öpür. Şair ona “altdan yuxarı baxan yarpağı” görəndə onu əzizləyib həmsöhbət, həmdərd, həmdəm olur, deyə bilmədiklərindən “boğazı quruyur, ayağı tutulur”, səssiz-səmirsiz yarpağın “payız sevdalı” baxışlarını “dinləyir”, bir yarpaq ömrünün son anlarını özününküləşdirir:

Sözlər qırıq-qırıq, səs qırıq-qırıq,
birdən bir ufultu gəlir dərindən.
Ürəyin qırılan şah damarıtək,
yarpağın onurğa sütunu sınır.
…Sonda ayaq altda ovuldu getdi.
Bu da bir ömürdü, sovuldu, getdi.

Bir bitkin, təbiətin özü kimi möhtəşəm etüdün məna yükünə fikir verin:

Solğun yarpağında kölgələr çılpaq,
ağaclar lüt qalıb, yerdədi yarpaq.
…Meyvəli ağacı süfrə kimidi,
meşəsi bir gözəl lövhə kimidi.
…Yığıb qucağına xəzan payını,
bayırda səs salan yağış hayını.
Gəldi ömrümüzə, gəldi bu payız.

İnsan yetkinləşdikcə həyata, təbiətə baxışı da dəyişir. Payız təbiətin müdrik çağıdır. Rəfail müəllim də ömrünün barlı-bəhərli, müdrik çağını yaşayır. İndi onun payız mələyi ilə diləkləşən vaxtıdır. “Payızımıza bahar havası qatan payız mələyi”nin yollarındadı gözümüz:

Bir vaxtlar baharı sevərdim.
İndi ömrün payızın sevdim,
öz qəmiylə, barıyla,
həzin duyğularıyla…
Ömrün payız bəzəyi,
mənim xəzan küləyim,
bir bax, mənim ömrümə
gəldi payız mələyim.
Yoxdu daha diləyim.

“Payızın dodaqaltı zümzümə edən, çevirib üzünü, çevirib göyə, ağacın torpaqdan küsən vaxtı”nda bir neçə payız tablolarına “baxdım”, nəsə deməyə söz tapmadım, ilahi sözdən yaranmış mənzərə qarşısında susdum, dəyərləndirməyi gözümün öhdəsinə buraxdım. Gözlər heç vaxt yanılmır.
Payızın bakirəliyinin mükəmməl təsviri:

Soyunub əynini təzə gəlintək,
töküb paltarını ayaqlarına
gecə yağışında yuyunub, təmiz,
əlində xınası qurumamış qız…
Mən səni sevirəm, sevirəm, payız.
* * *
Ağacın yaylığı ayaqlar altda,
yeriyə bilmirəm çığırtısından.
Çılpaq ağacların əlləri göydə,
yarpağın son dua pıçıltısından.

Bir “payız havası”nın kimisə sormağa gələn xatirələri, sükutlu yükü, məchul xəyalları” al-əlvan rənglərin vəhdətindən etüdlər yaradır, bu payız ovqatı “nərmənazik bayatıdı bir az”:

Qara buludların göz yaşlarında
çətrini itirmiş ağac yuyunur.
Payızı sevməyən süpürgəçi qadın,
bu il mən də yığışdıra bilmədim
ömrümdən tökülən yarpaqları.
Sən nələr gözləyirsən
bu payız havasından?
Hardasa külək əsir?
Yağış gəlir gözündən…

Kəndlərimizdə, obalarımızda tənha qalan, təkcə qurd-quşdan yox, zamanın gərdişindən çürüyüb “ovxam-ovxam olmuş taxta qapılarını ağacdələnlər döyən” (Məmməd İsmayıl) evlərin durumunu Rəfail Tağızadə kimi torpaq nisgillilər daha dəqiq anlayar. “Uçuq evdə payız” şeirini kövrəlmədən oxumaq mümkün deyil. “Küləyin xəyallarla savaşdığı,
yarpaqların payız ovqatıyla danışdığı, başının üstündə sərgərdan qara buludların dolaşdığı, narahat gümanların, nakam umudların qaçıb gizləndiyi” o uçuq evdə həsrətdən, kövrək xatirələrdən başqa nə qalıb ki?! Xəyalıma Qarabağdakı xain düşmənin xaraba qoyub qaçdığı, daşı-divarını uçurtduğu evlər canlandı. Rəfail müəllimgilin kəndindəki, həyətindəki qızılgüllər açıbmı görəsən? Barbar erməni cəlladları yəqin ki, qisasını həyətdəki doqquz qoz ağacından alıblar. Biz o yerlərin həsrətinə 27-30 il dözdük. Necə dözdük, niyə dözdük? Çətin və cavabsız sualdı. O torpaqların qarşısında diz çöküb günahlarımızı etiraf edəcəyik. Amma bu günahımız bağışlanacaqmı? Ağsaqqallarımız, ağbirçəklərimiz yurd, torpaq nisgiliylə dünyasını dəyişdi. Yurdsuzluğun ağır havası, vaqon evlərin, qumlu düzənliklərin tozu, qaynar yayı qənim kəsildi onların ömrünə. Rəfail müəllim də o uçuq evlərin daşını, torpağını öpəcək günləri gözləyir:

Alovu alınmış, kösövü sönmüş,
bu soba külüylə oynayır indi.
Baltası korşalmış, dəhrəsi itmiş
bu ev sütununu doğrayır indi.

O uçuq evlərin yerində imarətlər tikəcəyik, Rəfail müəllim, qızıllgüllər daha şövqlə açacaq, ”yalançı sərhədlər” yox oldu, tərk edilmiş kəndlərdə həyatın axarı daha gur olacaq, Qarabağa yağan yağış o ellərə abi-həyat gətirəcək. Qazi qardaşlarımızın, balalarımızın toyunun səsindən Cıdır düzündə atlar kişnəyəcək, qartallar qıy vuracaq. Qarabağ arzularımıza yenidən ana olacaq…
A.Kamyuya görə, əgər yalan danışa bilmirsənsə, deməli, azad insansan. “Zamanın sözünü yazmaq”, həqiqətlərin gözünün içinə dik baxmaq vicdanlı və cəsarətli söz adamlarına Tanrının göndərdiyi ali missiyadır. Bu bəşəri imtahandan üzüağ çıxanlar həmişə başıuca gəzəcəklər – ömrün və təbiətin bütün fəsillərində…

Müəllif:  VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Aqil İman – İndi

İNDİ

Ovunu quzğunlar şikar eyləyir,
Ovçusu yatıbdı bərənin indi.
Bəylik eyləyəndən çaqqal meşədə,
Tülküsü çoxalıb dərənin indi.

Aslanlar qəfəsə salandan meyil,
Qartal zirvələri dolanır veyil.
Niyə pipikləri qırmızı deyil,
Xoruza oxşayan fərənin indi?

Qələm küsüb, söz də gəlmir iştaha,
Onunçün ərizəm yetişmir şaha.
Görmək istəmirəm heç nəyi daha,
Gözünü ovurlar görənin indi.

İmanam, çox olub ağrım, əzabım,
Bağlı qalan gündən könül kitabım.
Mən gərək anama bir “qardaş” tapım,
Neçə “dayısı” var, hərənin indi.

Müəllif: Aqil İman

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NƏĞMƏNİN SEHRİ – Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq

NƏĞMƏNİN SEHRİ – Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq

Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm…

NƏĞMƏNİN SEHRİ

Ey nəğmə, sehrinə minnətdaram mən
Məni bu anlarda alıb özümdən,
Özümə qaytardın… Özümə daldım,
İtirib çəkimi yerdən ucaldım.

Susma, işığını çilə qəlbimə,
Bilmirdim, dünyamız cənnətmiş, demə.
Oxu, qanadlandır diləklərimi,
Oxu, aşılmayan dağlardan aşaq.
Mən yaxşı bilirəm, sən susan kimi,
Dünya gözlərimdə ucuzlaşacaq.
Soyuq rəftarıyla, daş sifətiylə –
Əvvəlki amansız təbiətiylə.

Yerdə işim yoxdur, bu anlarda mən
Göyün üst qatında uçuram ancaq.
Susma, çətin olur bu ucalıqdan
Əl üzüb yenidən yerə qayıtmaq.

Bəxtiyar Vahabzadə

Şeirin təhlili:
Bəxtiyar Vahabzadənin “Nəğmənin sehri” şeiri incə lirizmi, dərin fəlsəfi çalarları və musiqinin insan ruhuna təsirini ecazkar şəkildə ifadə edən bir nümunədir.
Şeir musiqinin, nəğmənin insanı adi reallıqdan necə qoparıb mənəvi ucalıqlara qaldırdığını, ona həyatın gözəlliyini və mənasını necə duydurduğunu tərənnüm edir.

Nəğmənin transformasiyaedici gücü
Şeirin ilk bəndi nəğmənin əsas funksiyasını – insanı “özündən alıb” yenidən “özünə qaytarmasını” ortaya qoyur. Bu paradoksal görünsə də, əslində çox dərin bir mənaya malikdir.
Nəğmə insanın daxili aləminə səyahət etməsinə, özünü daha dərindən anlamasına, gündəlik qayğılardan azad olaraq ruhani ucalığa çatmasına imkan verir. “İtirib çəkimi yerdən ucaldım” misrası nəğmənin insana bəxş etdiyi yüngüllüyü, azadlığı və mənəvi yüksəlişi metaforik şəkildə ifadə edir. Bu, fiziki çəkidən qurtulmaq deyil, ruhun ağır yüklərdən azad olmasıdır.

Nəğmənin işığı və həyatın mənası
İkinci bənddə şair nəğməyə “işığını çiləməyi” xahiş edir. Bu “işıq” maarifləndirməni, aydınlığı, həyatın gizli gözəlliklərini görməyə kömək edən idrakı simvolizə edir.
Nəğmə sayəsində müəllifə “dünyamız cənnətmiş, demə” həqiqəti açılır. Bu, dünyanın öz-özlüyündə cənnət olduğunu deyil, nəğmənin, sənətin prizmasından baxanda həyatın necə dəyərli və gözəl olduğunu dərk etməsidir. Nəğmə “diləkləri qanadlandırır”, insana çətinlikləri aşmaq gücü verir (“aşılmayan dağlardan aşaq”).
Şair bu bənddə nəğmənin yoxluğunun fəlakətli nəticələrini də vurğulayır:

“Mən yaxşı bilirəm, sən susan kimi,
Dünya gözlərimdə ucuzlaşacaq”.
Nəğmənin susması ilə həyat öz rəngini, mənasını itirir, “soyuq rəftarıyla, daş sifətiylə – Əvvəlki amansız təbiətiylə” qarşılaşılır. Bu, sənətsiz, ruhsuz bir dünyanın qəddarlığını və sıradanlığını ifadə edir. Nəğmə insanı amansız reallıqlardan uzaqlaşdıran, ona dözüm və gözəllik verən bir pərdə, bir sığınacaqdır.

Mənəvi ucalıqdan yerə qayıdışın çətinliyi
Son bənddə nəğmənin yaratdığı mənəvi sərxoşluq və yüksəliş hissi daha da dərinləşir.
Şair özünü “Göyün üst qatında uçuram ancaq” deyə təsvir edir, bu da nəğmənin insana verdiyi sonsuz azadlıq və ekstaz halını göstərir. Ancaq bu vəziyyət müvəqqətidir. Nəğmənin susması ilə gerçəkliyə, yerə qayıtmaq çətinləşir:

“Susma, çətin olur bu ucalıqdan
Əl üzüb yenidən yerə qayıtmaq”.
Bu misralar sənətin yaratdığı ideal dünyadan ayrılıb reallığın sərt üzü ilə qarşılaşmağın verdiyi ağrını və kədəri ifadə edir.

Şeirin bədii xüsusiyyətləri
Bəxtiyar Vahabzadənin “Nəğmənin sehri” şeiri, adından da göründüyü kimi, musiqinin (nəğmənin) insan ruhu üzərindəki dərin təsirini, onun sehrli gücünü dilə gətirən lirik bir əsərdir. Şeir bir çox bədii xüsusiyyətlərlə zəngindir:

  1. Emosionallıq və liriklik;
    Şeir boyu dominant olan əsas xüsusiyyətlərdən biri emosionallıq və liriklikdir. Şair nəğməyə olan minnətdarlığını, onun gətirdiyi yüksək hissləri (“Məni bu anlarda alıb özümdən, Özümə qaytardın…”) səmimi və təsirli bir dillə ifadə edir. Oxucu şairin daxili dünyasına səyahət edir, onunla birlikdə nəğmənin sehrinə qapılır.
  2. Müqayisə və təzadlar;
    Şeirdə müqayisələr və təzadlar incəliklə işlənmişdir. Nəğmənin olduğu hal (“dünyamız cənnətmiş”) ilə nəğmənin susduğu hal (“Dünya gözlərimdə ucuzlaşacaq. Soyuq rəftarıyla, daş sifətiylə”) arasında kəskin bir təzad yaradılır. Bu, nəğmənin əhəmiyyətini və yoxluğunun gətirdiyi mənfi təsirləri daha qabarıq şəkildə vurğulayır. “Yerdən ucaldım” və “yerə qayıtmaq” ifadələri də bu təzadın bariz nümunəsidir.
  3. Metaforalar və bədii təşbehlər;
    Şeirdə bir sıra metaforalar və bədii təşbehlər mövcuddur ki, bunlar da şeirə dərinlik və obrazlılıq qatır:
    “İşiğını çilə qəlbimə”: Nəğmənin ruhu aydınlatması, ona ümid və sevinc bəxş etməsi işıq metaforası ilə ifadə olunur.
    “Qanadlandır diləklərimi”: Nəğmənin arzulara güc verməsi, onları reallaşdıra biləcək hala gətirməsi qanadlanma ilə təşbeh olunur.
    “Aşılmayan dağlardan aşağı”: Nəğmənin insan ruhuna çətinlikləri aşma gücü verməsi.
    “İtirib çəkimi yerdən ucalım”: Nəğmənin insanı dünyəvi qayğılardan ayıraraq mənəvi yüksəlişə aparması.
    “Göyün üst qatında uçuram”: Mənəvi yüksəlişin ən pik nöqtəsini bildirən metaforadır.
  4. Təkrar (anafora);
    Şeirdə təkrar (anafora) bədii qüvvəti artıran mühüm elementlərdəndir. “Oxu…” və “Susma…” kəlmələrinin təkrarı, şairin nəğməyə olan xitabının təsirini gücləndirir, onun arzusunu və istəyini vurğulayır. Bu təkrarlar eyni zamanda ritm və ahəngdarlıq yaradır.
  5. Hisslərin dinamikası;
    Şeir hisslərin dinamik inkişafını əks etdirir. Əvvəldə nəğməyə minnətdarlıq və qəlbin aydınlanması hissi hakimdirsə, sonrakı bəndlərdə bu yüksək halın itirilməsinin qorxusu (“Mən yaxşı bilirəm, sən susan kimi, Dünya gözlərimdə ucuzlaşacaq”) və yenidən yerə qayıtmağın çətinliyi (“Çətin olur bu ucalıqdan Əl üzüb yenidən yerə qayıtmaq”) ifadə olunur.
  6. Bədii sual;
    Şeirdə bir-başa bədii sual olmasa da, “Bilmirdim, dünyamız cənnətmiş, demə” cümləsi kinayəli bir sual-cavab şəklində qəbul edilə bilər. Şair sanki nəğmə sayəsində bu həqiqəti dərk etdiyini ifadə edir.
  7. Xitabət;
    Şeir boyu şairin nəğməyə bir-başa xitab etməsi (“Ey nəğmə…”, “Susma…”, “Oxu…”) ona canlılıq və dialoq xarakteri verir. Bu, nəğmənin sanki canlı bir varlıq kimi qəbul edilməsinin göstəricisidir.
    Bütövlükdə, “Nəğmənin sehri” şeiri Bəxtiyar Vahabzadənin bədii ustalığını, dilinin axıcılığını və insan ruhunun dərinliklərinə nüfuz etmə qabiliyyətini nümayiş etdirən parlaq bir nümunədir. Şeir həm formal, həm də məzmun baxımından zənginliyi ilə oxucuya estetik zövq bəxş edir.

Nəticə:
“Nəğmənin sehri” şeiri Bəxtiyar Vahabzadənin bədii sənətə, xüsusilə musiqiyə verdiyi dəyərin bariz nümunəsidir.
Şeir musiqinin insan ruhuna təsirini, onu gündəlik problemlərdən azad edib mənəvi ucalıqlara qaldırmaq, həyata yeni mənalar qazandırmaq qüdrətini yüksək poetik dillə ifadə edir. Eyni zamanda, o, sənətsiz və ruhsuz bir həyatın cansızlığını və amansızlığını da vurğulayır.
Şeir oxucunu sənətin, musiqinin həyatımızdakı əhəmiyyəti barədə düşünməyə vadar edir. Bu şeir, Vahabzadə poeziyasına xas olan psixoloji dərinliyi, emosionallığı və fəlsəfi düşüncəni özündə birləşdirir.

Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair

ŞƏHLA RƏVANIN DİGƏR YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mary Haas 1996-cı ildə 86 yaşında vəfat etdi

Bir dil ölərkən onu dinləyən qadın
1933-cü il, Luiziana, ABŞ.

23 yaşlı amerikan dilçi Mary Haas taxta bir eyvanda oturub Tunica dilini bilən son adam — Sesostrie Youchigantı dinləyirdi. O öləndən sonra 3000 illik bir dil də onunla birlikdə yox olacaqdı.

1935-ci ildə isə Natchez dilini bilən və danışan son adam Watt Samı dinlədi və dəftərində qeydlərini apardı.

Hamı bu dilləri “onsuz da ölür” deyib əhəmiyyətsiz sayarkən, Mary hər sözü, hər səsi, hər qrammatik quruluşu dəqiqliklə yazdı. Aylarla, illərlə… Tunica, Natchez və başqa bu kimi yerli dilləri sənədləşdirdi.

Sonra dillər yenə də susdu. Son danışanlar öldü. Qeyd dəftərləri arxivlərdə tozlandı.

Amma 60 il sonra möcüzə baş verdi: yerli icmalar ata-baba dillərini yenidən öyrənmək istədilər. Və Mary Haas-lın köhnə dəftərləri o dillərin dirçəliş açarına çevrildi.

Bu gün Tunica dili yenidən öyrədilir.
Çünki bir zamanlar bir qadın o dili dinlədi, yazdı və vacib olduğuna inandı.

Mary Haas 1996-cı ildə 86 yaşında vəfat etdi və ömrünün 65 ili yox olmaq təhlükəsi altında olan dilləri sənədləşdirməklə keçdi.

Orhan Özben – YAĞMURDAN KAÇARKEN

YAĞMURDAN KAÇARKEN

Doğu Karadeniz bölgesinde insanlar çay bahçelerini yapmaya yeni başlamışlardı. Kimileri öncelikle ormanlık veya çalılık olan alanları çapayla sökerek tarla haline getirdikten sonra, oralara çay tohumu ekiyorlardı. Ayrıca verimsiz olan tarlalarını ve daha sonraları da hemen hemen bütün tarlaları çay bahçesi yapmışlardı.
Tombul Ali’nin babası da çay bahçesi yapmak için bir kısım çalılıkları çapayla söküyordu. Tombul’un ağabeyi ve ablası da babalarına yardım etmek için onunla giderlerdi. Tombul Ali de ara sıra giderek onları seyrederdi.
Bu çay bahçeleri, yaz kış demeden büyük eziyetler yapılıyordu. Bahçelere ekilen çay tohumları, ilk yıl küçük fideleri halinde topraktan çıkar ve dört beş yıldan sonra verimli çay bitkisi haline gelir.
Önceleri yeşil çay filizleri elle toplanırdı. Bahçelerin sayısı artıp geliştikçe çay toplama işi de zorlaşmıştı. Elle çay toplamakla bu iş olacak gibi değildi. İşte bunun için çay kesme makası icat edilmişti. Artık elle çay toplama işi bitmiş, makasla çay toplama işi başlamıştı. Çay kesme makası, yöre insanına çok büyük kolaylık sağlamıştı.
İşte bu çay bahçelerinden makasla kesilerek toplanan yeşil çay filizleri fabrikalarda işlenerek içtiğimiz çay üretilmektedir.
Yaklaşık olarak, mayıs ayından başlayarak eylül ayına kadar uzayan çay toplama dönemine “yaş çay kampanyası” denir. Bu dönemde, üç kez yeşil çay toplanır.
Havaların sıcak ve yağışlı gitmesiyle, dördüncü kez çay toplama işi olabilir. Çay bitkisi için yağmur kadar güneş de gereklidir. Çünkü çay bitkisinin güneşten aldığı çeşitli maddeler vardır.
Çay kampanyası döneminde insanlar hiç durmadan çalışırlar. Oturup rahatça yemek bile yiyemez, yeterince uyku bile uyuyamazlar. Çay filizleri tazeliğini yitirip sertleşince, yağmurlu havalarda bile çay toplama işi devam eder. Çünkü insanlar sertleşen çay filizlerini atamazlar. İnsanlar perişan olur, huzur diye bir şey olmaz o zaman. Yani çay içerken alınan keyif, üretim safhasında yoktur.
Tombul Ali’nin anne ve babası çay toplamaya gidecekleri için, o gün anneleri çok erken kalkıp, kahvaltıyı hazırlayarak çocuklara,
“Haydin! Kahvaltı hazır! Kalkın bakalım çocuklar,” diye seslendi.
Bütün çocuklar kalkıp giyinerek yüzlerini yıkadılar. Sonra gidip sofranın etrafına dizildiler. Kahvaltı biter bitmez, Tombul Ali annesine sordu,
“Anne! Bşrhan’la ben çay bahçesine gelecek miyiz?”
Annesi,

“Henüz küçük olduğunuz için çay toplayacak durumda değilsiniz, ama sizi de götüreceğiz. Çünkü işimiz akşama kadar bitmez, evde yalnız duramazsınız,” dedi.
Tombul Ali ve Birhan, öay bahçesine gidecekleri için çok sevinmişlerdi. Çünkü çay bahçesinin karşısındaki ormanlık alanda, akşama doğru etrafta zıplayan tavla karı seyredeceklerdi. Tombul Ali, Bşrhan’a bakıp gülümsedi ve annesine,
“Sağ ol anne! Çok sevindim,” dedi.
İki kardeş daha şimdiden ormanlık alanda görecekleri tavşanlar hayal etmeye başlamışlardı. Birhan heyecanla,
“Teşekkür ederim anneciğim!” dedi.
Anneleri hazırlanarak:
“Çocuklar! Toparlanın bakalım, artık gideceğiz,” dedi ve az sonra yola koyuldular.
Çay bahçesine giden yol çok yokuş ve de uzundu. Güneş henüz doğmamış ama Tombul Ali ve Birhan daha yolun yarısını girmeden çok yorulmuşlardı.
Sonunda yorgun argın çay bahçesine vardılar. Tombul derin bir nefes alarak,
“Çok şükür geldik,” dedi.
Çay bahçesinin orta yerinde bir karayemişin ağacı vardı. Annesi o ağacı göstererek,
“Az sonra güneş doğacak, gidip şu karayemiş ağacının altında serin yerde oturun, yoksa güneş başınıza girer,” dedi.
Tombul Ali Birhan’ın elinden tuttu, karayemişin ağacının dibine giderek oturdular. Ailenin diğer bireykerş de çay toplamaya başladı. Güneş göz kıroarcasına dağların arasından yavaş yavaş gökyüzüne doğru yükseliyordu. Karayemişin meyveleri, henüz olgunlaşmamış dalında yemyeşil, salkım salkım duruyordu.
Tombul ve Birhan, karşı taraftaki çalılığa bakarak, tavşanların yuvadan çıkacağı zamanı bekliyorlardı. Az sonra beklemekten sıkılan Tombul Ali,
“Amma da sıkıldım ha!” deyince Birhan,
“Tavşanlar bir daha akşama doğru yuvadan çıkar, biraz sabırlı ol bakalım,” dedi.
Tombul Ali,
“Biliyorum! Biliyorum da, bu gün içim pek rahat değil, biraz huzursuzum,” dedi.
Az sonra gökyüzü birden bulutlarla kaplandı gök gğrlemeye ve şimşek çakmağa başladı. Peşinden öyle bir yağmur yağdı ki, eve kaçacak zaman kalmadı. Tombul, Birhan ve ailesi, büyük bir telaşla toparlanıp eve gitmeye çalışıyorlardı. O an gökten oluk gibi yağmur yağıyordu. Hepsi baştan ayağa su içinde kaldılar. Tombul ve Birhan o kadar korkmuşlardı ki, çeneleri zangır zangır titriyordu. Sonunda bir şekil toparlanarak kaçmaya başladılar. Anneleri çocuklara,
“çocuklar! Çok dikkatli olun, sakın düşmeyin! Yolun ortasından yürüyün! Ağaçların dibinden gitmeyin, ağaçlar yıldırımı çeker! Allah korusun,” diye bağırarak söylendi.
Tombul ve Birhan’ın korkusu
doruğa çıkmıştı. İki kardeş birden,
“Tamam Anne! ” dediler.
O anda çay bahçelerinde çay toplamakta olan diğer insanlar da kaçmaya başlamıştı. Tombul Ali ve ailesinin bulunduğu yerden, birkaç yüz metre aşağıdan akan Gelincik deresinin sesi birden çok şiddetli olarak duyuldu. Etraftaki diğer insanlar hem kaçıyor hem de söyleniyordu:
“dere çok fazla taşmış! Balık avlayan iki kişi taşkın sulara kapılıp boğulmuş,” diye sesler duyuluyordu.
İnsanlar, korku ve merak içinde,
“Acaba kimler derede balık avlıyordu?” diye birbirlerine soruyordu.
Tombul Ali’nin annesi de,
“Bu söylenenler inşallah yanlıştır! Allah korusun! Yoksa çok feci bir durum,” deyip korku ve üzüntüsünü ifade etmişti.
Tombul ve ailesinin üstleri başları hep su içerisinde eve vardılar. Ellerinde ne varsa hepsini kapıdan içeri koyar koymaz doğru dere kenarına gittiler. Bir de baktılar ki derenin ortasında büyük bir kayanın üzerinde duranlardan birisi Tombul’un amcası Hüseyin, diğeri komşu çocuğu Hasan’dı. Topbul, ailesi ve diğerleri ikisini de sağ salim görünce çok sevindiler. O an herkes çok mutluydu ve hepsi birden,
“Oh be! Çok şükür! Onlara bir şey olmamış, kurtuldular işte,” diyerek rahatlamışlardı.
Dere çok fazla taşımıştı, sularla sürüklenen taşların çıkartmış olduğu sesler çok uzaklardan bile duyuluyordu.
Dere, araba yolunun bel on metre aşağısında akıyordu. Yok kenarı insanlarla doluydu. Olanı biteni merakla izlerken, hiç durmadan birbirleriyle konuşuyorlardı.
Az sonra Ahmet adındaki komşu, elinde kalın bir iple çıkageldi. Yoldaki insanlardan iki kişi yanına çağırarak dere kenarına indi. Kayanın üzerinde mahsur kalan Hüseyin ve Hasan’a bağırarak:
“Hiç korkmayın! Sizi kurtaracağım! Şimdi size ip atıyorum, yakalayın ve biriniz beline sıkıca bağlasın. Sizi birer birer yanımıza çekeceğiz,” diyerek ipi kayanın üzerine doğru fırlattı. Boğulma korkusuyla bekleyen Hüseyin ve Hasan ipi yakalar yakalama yüzleri güldü,” kurtulduk”diye sevinç çığlıkları attılar. Önce Hüseyin ipi beline bağlayarak seslendi,
“Ahmet amca tamam! Artık beni çekebilirsiniz! Dediğin gibi ipi belime bağladım,”diye bağırdı.
Ahmet ve oradaki iki kişi, büyük bir heyecanla ipi çekerek, önce Hüseyin’i, peşinden de Hasan’ı kurtardılar. İki arkadaş önce, Ahmet amcanın elini alıp öperek, ona minnet duygularını belirtmiş oldular. Sonra hep birlikte yola çıktılar.
Hüseyin ve Hasan, yoldaki insanlar tarafından kahramanlar gibi karşılandı, önce kendi aileleriyle kucahlaşıp öpüştüler. Sonra oradaki diğer insanlarla bir bir kucaklaştılar. Artık herkes onlara,
“Çok korktuk! İyi ki size bir şey olmadı, yoksa ne yapardık,” dediler.
Hüseyin ve Hasan kurtulmuş olmanın verdiği rahatlıkla,
“Sağ olun! Var olun! Eksik olmayın, siz çok iyi komşularını, hakkınız ödenmez,” diyerek sevgilerini anlatmaya çalıştılar. Oradaki insanlar da,
“Ne demek! Komşuluk görevi bu,” diye cevap verdiler.
Artık korku, panik, heyecan geçmiş, herkes coşkuyla ve mutlu olarak evine dönmüştü.
“Yağmurdan kaçarken doluya yakalandık” derler ya, işte öyle bir şey.

Orhan Özben
TOMBUL ALİ’NİN MACERALARI çocuk öyküleri serinin “Yağmurdan Kaçarken” adlı kitabımın ilk öyküsü…

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin qərarı

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin

QƏRARI

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin qərarı ilə AYB Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının tərkibi yenidən formalaşıb

GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI KOMİSSİYASI

Sədr: Sabir Rüstəmxanlı
Müavin: Həmid Herisçi
Katib: Pərvanə Məmmədli
Üzvlər:
Teymur Kərimli
Babək Muğanlı
Rəhim Əliyev
Esmira Fuad Şükürov
Sayman Aruz
Damət Salmanoğlu
Ramin Cahangirzadə
Vüqar Əhməd
Tariyel Ümid
Zaur Qəriboğlu
Səlim Babullaoğlu

Mənbə və təqdimat: Xəyal RZA

AYB Mətbuat Xidmətinin rəhbəri

>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<

International Turkic Culture and Heritage

Günümüze ulaşan en eski “dua”

Günümüze ulaşan en eski “dua”

Günümüze ulaşan en eski “dua” nın Asya Hunlarına ait olduğu anlaşılmıştır. Çin resmi hanedan yıllıklarında yer alan bir ifadeye göre hükümdar Şan-yu, atı üzerinde, iki elini havaya kaldırıp başını eğiyor ve istediğini verdiği için yüksek sesle Gök Tanrı’ya şükrediyordu.

Konuyla ilgili ayrıntılı dua metinleri ise araştırmacılar tarafından yapılan Şamanizm ile ilgili derlemeler esnasında tespit edilmiştir. Burada Radloff’un Sibirya’da tespit ettiği duayı örnek olarak verebiliriz:

Kayra Kann, Kayra Kan!
Alas, Alas, Alas!
Avuç içi kadar açık ver!
Çuvaldız kadar deşik ver!
Asil kişinin torunuyum!
Sedir ağacının köküyüm,
Abu Tobu diye çağırdım,
Ongustay Kuldurak diye çağırdım,
Göğün göbeği yerde olsun!
Yerin göbeği gökte olsun!

Kaynak: Yaşar Çoruhlu, Türk Mitolojisinin Ana Hatları, s. 145.

“Ömrümə yazılanlar” – taleyin, azadlığın və sözün kitabı

“Ömrümə yazılanlar” – taleyin, azadlığın və sözün kitabı
Azərbaycan poeziyasında sözün taleyə çevrildiyi, şəxsi ömrün xalqın yaddaşı ilə qovuşduğu nadir məqamlar var. Tanınmış şair Firuzə Məmmədlinin “Ömrümə yazılanlar” kitabı məhz belə məqamlardan doğan, yaşanmış ömrün bədii hesabatı, poetik etirafıdır. Xalq yazıçısı Anarın bu kitaba yazdığı ön söz isə təkcə bir kitab haqqında fikir deyil, bütövlükdə bir şair taleyinə, bir ədəbi mövqeyə verilən yüksək mənəvi qiymətdir.
Anar müəllim bu yazısında Firuzə Məmmədlinin poeziyasını Azərbaycan ədəbiyyatının azadlıq ruhu ilə bir sırada görür. O, təsadüfi olaraq vurğulamır ki, Firuzə xanımın şeirləri “Min beş yüz ilin Oğuz şeiri” antologiyasında yer alır. Bu fakt şairənin sözünün zamanla sınanmış, milli poetik yaddaşa daxil olmuş bir söz olduğunu göstərir. Onun Firuzə Məmmədlinin yaradıcılığından seçib sitat gətirdiyi misralar –
“Nə yatmısan bu torpağa baş qoyub,
Qalx, alın qabartını ovuşdur…”

sadəcə poetik çağırış deyil, azadlıq ideyasının bədii manifestidir.
Ön sözdə Firuzə Məmmədlinin poeziyasının əsas dayaqları açıq şəkildə görünür: azadlıq, vətən, insan ləyaqəti və daxili müqavimət. Xalq yazıçısı Anar bu poeziyada azadlığın yalnız siyasi məna daşımadığını, həm də insanın ruh azadlığı kimi təqdim edildiyini xüsusi vurğulayır. “Azadlığın qədrini bilən, qollarında əsarətin ağrısını daşıyan” lirika, oxucunu passiv müşahidəçi yox, düşünən və mövqe tutan insana çevirir.
Anar müəllim Firuzə Məmmədlinin həyat yoluna da toxunaraq, onun gənclik illərindən etibarən ideallarına sadiq qaldığını, mübariz mövqeyinin şəxsi taleyində ağır izlər buraxdığını gizlətmir. Bu, təqdimatın mühüm publisistik cəhətidir: oxucu anlayır ki, “Ömrümə yazılanlar” süni poetik konstruksiya deyil, yaşanmış ağrıların, qazanılmış mənəvi qələbələrin kitabıdır. Məhz bu baxımdan Anar müəllim Firuzə xanımın yalnız şair kimi deyil, pedaqoq, alim, ictimai mövqeyi olan ziyalı kimi də fəaliyyətini yüksək qiymətləndirir. Onun elmi araşdırmalarını, gənc nəslin azadlıq ruhunda yetişməsinə verdiyi töhfələri qeyd etməsi, şairənin şəxsiyyətini bütöv şəkildə təqdim edir. Burada söz və əməl bir-birini tamamlayır – bu da Firuzə Məmmədli yaradıcılığının əsas güc nöqtəsidir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təqdimatında xüsusi diqqət çəkən məqamlardan biri də Firuzə Məmmədlinin mükafat və titullara münasibətidir. O, haqlı olaraq qeyd edir ki, şairənin ən böyük mükafatı oxucu sevgisi və poeziyasının yüksək dəyəridir. Bu fikir, əslində, çağdaş ədəbiyyat üçün ciddi bir mesajdır: sözün qiyməti rəsmi adlarda deyil, yaddaşda yaşamasındadır.
Kitabda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anardan başqa tanınmış qələm adamlarından İntiqam Qasımzadənin, böyük ədəbiyyatçı alim Rüstəm Kamalın, Məhrux Dövlətzadənin və digərlərinin fikirlərilə yanaşı, Firuzə Məmmədlinin öz diliylə desək, ömrünə yazılmış seçmə şeirləri də yer alıb. Kitabı qiymətli edən həm həmkarların dəyərli fikirləri, həm də müəllifin özünün ruhundan süzülüb gələn şeirləridir.
Nəticə etibarilə, “Ömrümə yazılanlar” kitabı Firuzə Məmmədlinin şəxsi ömrünün poetik salnaməsi olmaqla yanaşı, bütöv bir dövrün, bir nəsilin azadlıq duyğularının bədii ifadəsidir. Xalq yazıçısı Anarın təqdimatı isə bu kitabı oxucuya sadəcə tanıtmır, onu mənəvi-ədəbi hadisə kimi dəyərləndirir. Bu yazı Firuzə MƏMMƏDLİ yaradıcılığının Azərbaycan ədəbiyyatındakı yerini təsdiqləyən, sözə verilmiş vicdanlı və sanballı bir hökm kimi səslənir.
“Ömrümə yazılanlar” – təkcə şairənin ömrünə yox, xalqın yaddaşına yazılan sözlərdir.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I