Zaur Ustac – Ana dilim

ZAUR USTACIN YAZILARI

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DİL MƏSƏLƏSİ

DİL MƏSƏLƏSİ
(1 Avqust: Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı subyektiv baxışlarım)

Ulu Öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli fərmanı ilə hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Həmin gün ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin tarixi ilə əlaqədardır. Dil və əlifba isə əslində hər bir millətin milli kimliyinin bir parçası sayılır.
Milli kimlik – fərdin özünü müəyyən bir millətə, xalqa və ya dövlətə aid etməsi, onun tarixi, mədəniyyəti və dəyərləri ilə eyniləşdirməsi hissidir. Milli kimliyin əsas elementləri isə aşağıdakılardan ibarətdir: 1. Dil; 2. Tarix; 3. Mədəniyyət; 4. Milli-mənəvi dəyərlər; 5. Dövlətçilik və vətəndaşlıq.
Sözümü 1 Avqust: Azərbaycan əlifbası və Azərbaycan Dili Gününə uyğun olaraq milli kimlik mövzusunun dil elementinə yönəltmək istərdim: Azərbaycan dili qrammatik və lüğət tərkibi baxımından türk dillərinə aiddir və bu dil özünəməxsus zəngin lüğət tərkibinə malikdir. Tarixi əlaqələr (ərəb və fars dilli imperiyalar və qüvvələrin istilası) nəticəsində Azərbaycan dilində ərəb və fars mənşəli sözlər peyda olmuş və zaman ötdükcə Azərbaycan dilinin tərkibinə keçmişdir. Nə qədər qəribə səslənsə də bu gün Azərbaycan dilində mövcud olan sözlərin 60-65%-nin ərəb və fars mənşəli ifadələr olduğu bildirilir. Hər bir dildə müəyyən qədər əcnəbi sözlərin mövcudluğu təbii qarşılanır və demək olar ki, dünyanın bütün dillərində belə bir durum mövcuddur. Lakin bir dildə mövcud olan ifadələrin 60-65%-nin xüsusi bir dilə və ya dillərə aid olması məsələsi sözün həqiqi mənasında təəssüfedici bir məsələdir. Bununla bağlı qəribə və acınacaqlı bir misal göstərmək istəyirəm: Azərbaycan ədəbiyyatında tez-tez işlənən “ədəbiyyat”, “şeir”, “şair”, “beyt”, “misra”, “bənd”, “heca”, “nəsr”, “nasir”, “esse”, “hekayə”, “povest” və “roman” kimi açar sözlərin heç biri Azərbaycan türkcəsində deyil, əslində ərəb, fars və latın dillərinə aid ifadələrdir. Halbuki ən azından dilçi alimlərimiz bu qəbil açar sözlər üçün öz dilimizdə oxşar və uyğun ifadələr tapa və təyin edə bilərdilər. Çünki millətimiz ərəb, fars və rus imperiyalarının istilası altına düşməzdən əsrlər öncə ədəbiyyat sahəsində söz sahibi olmuş, öz şairləri və yazarları ilə fəxarət hissi duymuşdur. Azərbaycan Respublikası müstəqil dövlətçilik nemətinə sahib olan ölkələrdən biridir.
Bu gün dünyda 3000-dən çox fərqli xalq və millətlərin mövcud olduğu deyilir. Lakin bu millətlərin hər birinin müstəqil dövlət qurmaq şansı yoxdur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış 193 ölkə, rəsmi olaraq tanınmamış daha iki ölkə (Vatikan və Fələstin) mövcuddur. Xoşbəxtlikdən Odlar Yurdu Azərbaycan da həmin ölkələrdən biridir. Biz ən azından milli dövlətçilik kimi möhtəşəm nemətin sayəsində dilimizə sahib çıxmalı, onu yad ifadələr və kənar təsirlərdən qorumağa çalışmalıyıq.
Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti, yəni 90%-dən çoxu etnik azərbaycanlılardan (türk soylu xalqdan) ibarətdir. Ölkə əhalisinin 2009-cu il siyahıyaalınmasına əsasən etnik tərkibi 90% üzəri azərbaycanlılar, qalan hissəsi isə digər azsaylı xalqlar (ləzgi, rus, erməni, talış, avar və s.) təşkil edir. Hər halda ölkədə türk kökənli əhali üstünlük təşkil edir. Üstəlik heç bir ölkənin istilası altında da deyilik və müstəqil dövlət sahibiyik. Belə olan halda nədən dilimizin əcnəbi ifadələrdən təmizlənməsi üçün addım atılmır?
Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU mövcud olan halda nədən bu qanunlara qarşı xüsusi biganəliyin şahidi olmalıyıq?
Sonda dil məsələsi ilə bağlı təklifimlə sözümü yekunlaşdırmaq istəyirəm: Bu mövzuda atılacaq əsas addım aidiyyatı orqanlar və təşkilatların öz milli kimliyi və qanuni vəzifələrini dərk etməsi, məsuliyyət və ciddi qərarla işə başlamasıdır. Çünki dövlət qərarı, nəzarəti və gücü olmadan bu problemin aradan qaldırılması mümkün deyil. Hər halda fürsətləri əldən vermədən Odlar Yurdu Azərbaycanda DİL İNQİLABInın həyata keçirilməsi bir milli kimlik və dövlətçilik zərurətidir. Lakin bu inqilab düşünülmüş, məntiqli, eyni halda dilçi alimlər və mütəxəssislərin iştirakı və nəzarəti ilə həyata keçirilməlidir…

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.08.2026

ƏDƏBİ ÖDÜLLƏRİM

ƏDƏBİ ÖDÜLLƏRİM
Şeir mənim həyatımın demək olar ki, bütövlüyü, ruhumun dincliyi, hər şeyin bitdiyi sandığım yerdə dirçələn ümidimdir. Ulu Tanrının mənə verdiyi nemətlər içində bu istedadı da mənə bəxş etdiyi üçün Ona sonsuz şükrüm var. İllərlə çəkdiyim əziyyətlərimin bəhrəsini mənə verən Rəbbimə və sonra isə doğma “Həməşəra” səhifəsinə ürəkdən gələn bir ömürlük minnətdarlıq borcum da var. Məni öz doğma elimə-obama sevə-sevə təqdim edən bu doğma mətbu orqanımız təkcə təqdimatlarla öz işini görmədi. Həm də bizləri ən gözəl ödüllərlə şərəfləndirdi. Təmənna güdmədən, ürək genişliyi ilə bizləri işıqlandırıb, sizlərə təqdim etdi. Adımızı Respublika səviyyəsində görülən ilk möhtəşəm işlərlə birgə zirvələrə qaldırdı. Buna görə dəyərli ziyalımız, əzizimiz “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə müəllimə sonsuz təşəkkürümü bildirirəm!
Sözün həqiqi mənasında bu gün sizin təmənnasız yaxşılıqlarınızın və əziyyətimizə verdiyiniz ən ali dəyərlərin dəyəri ölçüyə gəlməz. Özünüzün də böyük zövq alaraq təqdim etdiyiniz hər bir ödül üçün xüsusi təşəkkümü bildirir və böyük fəxarət hissi ilə onları təqdim edirəm:

  1. Respublika üzrə ilk dəfə yalnız Cəlilabad ədəbi mühitinin xanım yazarlarından ibarət olan “Qələm tutan incə əllər” kitabının (antalogiyasınım) təqdimatı və hədiyyəsi, “Həməşəra” Fəxri Diplomu, Azərbaycan Respublikasının müqəddəs bayrağı və rəmzi məna daşıyan qələm;
  2. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, “Yazarlar.az” portalının təsisçisi və baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Hüseyn Cavid” və “Turan Ödülü” laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərli ziyalımız Zaur Ustac müəllimin “Atlaz sətirlər” adlı kitabıma görə təqdim etdiyi “Ziyadar” mükafatı və döş nişanı;
  3. Respublika üzrə ilk dəfə milli kimlik mövzusunda yalnız Cəlilabad ədəbi mühitinin yazarlarının Türk kimliyi, Turan və turançılıq məfkurəsi ilə bağlı şeirlərini bir yerə toplayıb, “Turan ellərinin söz çələngi” layihəsi və eyni adlı ədəbi məcmuənin təqdimatı zamanı “Turan ellərinin söz çələngi” kitabı, “Həməşəra” mətbu orqanının nəzdində təsis edilmiş “Turan Ödülü”,;
  4. Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, “Turan Ödülü”, “Həməşəra” Fəxri Diplomu, “Məhəmməd Füzuli” Fəxri Ödülü və “Əsrin yazarı” medalı laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli müəllimin təsis etdiyi Turan Yazarlar Birliyinin xüsusi ödülü;
  5. Ustad Niftalı Göyçəli tərəfindən zəmanət əsasında qəbul edilmiş və imzalanmış TYB-nin üzvülük vəsiqəsi;
  6. TYB-nin sədri, Turan Xalq şairi Ustad Niftalı Göyçəli tərəfindən təsdiq və təqdim edilmiş “Tomris” ödülü,..
    Bir daha dəyərli ziyalımız İlqar İsmayılzadəyə göstərdiyi diqqət, səmimiyyət və lütfkarlığa görə təşəkkür edir, işlərində davamlı uğurlar arzulayıram!

Atlaz Rzayi
(Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Turan Ödülü” və “Tomris” Ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair)
30.07.2026

ANA DİLİ GÜNÜ

ANA DİLİ GÜNÜ
Dilsizlər yığışıb dildən danışdı –
Hibritdi, hütütdü, ağzıyanmışdı.
Dedilər layladan doğulub bu dil,
Ana südü ilə yoğrulub bu dil,
Qoymayaq uymağa yad təsirlərə,
Etibar etməyək bədəsillərə.
Danışanda ağzı köpüklənən kim,
Alışıb ocaqtək körüklənən kim…
Dedilər qüsurdan qorunmalıdır,
Yad sözlər bu dilin oğrun malıdır.
Gəlin, düz danışaq, təmiz danışaq,
Nə “spik”, nə “qovor”, nə də “konuşak”…
Sən demə, birinin ad günü imiş,
İldə bir yol olan şad günü imiş.
Xorla oxudular “Həppi birthdey”,
Xudmani bir yerdə başlandı “ley-pey”.
Səhərki iclası tam unutdular,
Doğma kəlmələrə divan tutdular.
Vurdular dil topuq vurana qədər,
Gördüm dil davası hədərmiş, hədər.
“Şot”u “sobrazim”lə bağlatdı dostlar,
Dilin anasını ağlatdı dostlar.
Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I