
Bilməz
Zalımlıq edən bəndədə dərman ola bilməz,
Kor nəfsə əsirdən quzu qurban ola bilməz.
Fəryad ilə ah-nalə səsi ərşə ucalsa,
Göz yaşı ilə yoğrulan ümman ola bilməz.
Əvvəl uçurur, sonra edir məzluma ehsan,
Kafir əlinin dəydiyi ehsan ola bilməz.
Bir bax, neçə giryan gözü qəm qoynuna almış,
Kül, sısqa yağışlar demə, leysan ola bilməz.
Çəkdim əlimi birdəfəlik kürreyi-ərzdən,
Çün zalım ilə ülfətə imkan ola bilməz.
Göylər də qurub təxti-Süleyman məni səslər,
Lal Naibəyə özgə bir ünvan ola bilməz.
Müəllif: Naibə YUSİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru