Avucumun içi bir el feneri gibi parlıyor: Sanki karanlığa karşı bir savaşa girmişim;
İçimde çözemediğim bir endişe
Ölülerin öldüğü yerde sallanan boş beşikler bana doğru yürüyor.
Derinlerden gelen bir güneş gibi Hala gri evreni aydınlatmaya çalışıyorum
Yere düşen her yağmur için Gözyaşlarım tükenene kadar ağlarım
Alacakaranlığın kanlı çukurunda tanıdığım ve tanımadığım birçok çıplak kadın için ağlıyorum
Kalbime layık olmayacak olanlara Aşkın yedi kılıcını kana boyayanlara Ve boğazından kan kusana kadar En güzel isimleri kirletenlere ağlıyorum.
Çelik gövde: ölümünün sırrı varoluşa yankıya Acıyı çok seviyormuşum gibi her şeyi ve her acıyı kucakladım. Ve yalnızlığın her acısına ağlıyorum
Yarını düşündüm ve ağladım. Yarın limon ağaçlarının çiçek açması, güzel kokularının etrafa yayılması, kokudan rahatsız olup dallarını kıranlar olması korkusuyla ağlıyorum.
Zamanından önce derisini değiştirmek zorunda kalan kara yılanın acısına ağlıyorum
Kendim dışında herkes için ağlıyorum
Ey tanrıların Tanrısı, Tanrım, sanki bu evrende bir tek ben varım, nedir bu yük? Çığlık atmıyorum! gömülmek istiyorum Hareket edemiyorum Neden sadece bir sesim -Ben şekiller arasında bir şeklim- Ve bunun hayatıma herhangi bir anlam kattığını düşünmüyorum
Peki neden o ben olamıyorum? Neden o narin gül goncası gibi değilim ? Neden herhangi bir ağacın kökü ya da ormandaki herhangi bir otun tohumu değilim?
Ben sadece başı öne eğik zavallı küçük bir kız mıyım? Cennet miydim yoksa cehennem mi? Ben bir varoluş biçimi değil miydim, yalnızca bir itaat ve tevazu biçimi değil miydim?
Ah karmaşık umutlar Ben sadece Aşk’ın ellerini tutmak isterken, ömrümü her çatıyı tutarak geçirdim.
tanıdık ellerimle ellerine dokunmak Gecikmelerimizi aşkla yaşamak istedim Konuşmak istedim sel ve bulut gibi ovalar ve çayırlar gibi yağmur ve denizin konuşması gibi baharla dans eden bir kuş gibi ağacın ormanla konuşması gibi
Sonra köklerine inmek, seni tanımak, seni anlamak istiyorum çünkü, çünkü Sesin bana tanıdık sesimi hatırlatıyor
Bak, duyuyor musun? Ağaç ormanla konuşuyor Dikenlerle oynayan küçük otlar ne kadar güzel Büyük evrenlere sahip yıldızlar her yere dağılmış durumda
Ah, ah sevgili Yaralarını çok iyi anlıyor ve biliyorum. Bütün dudaklar için dudaklarınla çok kez konuştum Ellerim ellerini çok iyi tanıyor
Pırıl pırıl yalnızlığında seninle çok ağladım. Yaşayanlar ve yaşayamayanlar uğruna.
Karanlık mezarlıkta seninle birlikte kaç asır solmuş çiçekler için dua ettiğimi unutmadım!
En güzel şarkıları seninle söyledim Çünkü her baharın ölüsü, Hayatta en çok aşık olanlar onlardı.
Ve çok iyi biliyorum
Atlılar durmamalı Alarm zilleri çalarken Yanmış çitin yanında İnsan sessiz kalmamalı
Çünkü yaralar aynı Ve yaranı anlıyorum Çünkü benim iç sesim senin iç sesini biliyor Sesim sesine benziyor
Hadi seninle yalnızlık hakkında konuşalım Dudakların bana güzelliği fısıldasın Tenin tenimi kucaklasın, bedenlerimizden aksın, aşk şehveti zeytin ağaçlarını, çorak tarlaları sulasın.
Bedenimizin her kıvrımı sonsuzluğu yaratacak bir söz olsun, her asır arasında doğan bir gün doğumu gibi, her ışık yolundan geçen bir ışık olsun.
Gel gel hayata dair müjde veren elçi Sessizliğin sesi olalım:
Mor tomurcuklar açmadan, soğuk kara rağmen baharlar gülümsesin
Hatırlıyor musun? Eski evimizin arka bahçesine diktiğimiz yaseminler o kadar güzel büyüdü ki çiçek açmaya başladı.
Gel, gerçekleşmemiş tüm hayalleri bir kenara atalım Batan güneşin ateşinde küle dönüşene kadar Bizi zayıflatan her şeyi unutalım
Şimşeklerin isyankar çığlığı Sabırsız bulutun rahminde Döllenme anıdır. Var olmak da var olmamak kadar acıdır. Özellikle ilkbaharda…” 24/05/2024-Paris
Adı Zeynalabdin, təxəllüsü Nəşə olan Azərbaycan şairi Nəşə Nadir şahın dövründə yaşayıb, ancaq heyif ki, “Nadiri taxtda görüb, Şah Abbası qundaqda” deyimini ürəklə işlədə bilmirəm.Çünki şairimizin doğum-ölüm tarixinə aşina deyiləm. -Bəs künyəsi nə olub Zeynalabdinin? -Əbülrəzzaq
Qeyd: Künyə- ərəb dilində “əbü”, “ibn”, “ümm” sözləri başlanan ləqəbə deyilir.Məsələn, İbni-Xəldun, Əbülqasim, Ümmi-Hüssam və.s
Qaraqoyunlular sülaləsinə mənsub olan Nəşə məşhur hökmdar Cahanşah Türkmanın övladlarındandır. Bir çox dünyəvi elmləri mənimsəyən şair təhsilini İsfahanda başa vurub.Müxtəlif şəhərlərdə məskən salıb, ancaq ömrünün son illərini Təbrizdə keçirib.
Budur, gözəlim Təbriz! Budur, əzəlim Təbriz! Şeir, sənət təşnəsi, Pir dədələr guşəsi. Təbriz baba yurdudu, Bir döyüşən ordudu. Çox öymürəm, səni mən. Qorxuram ki, yenidən. Nəhs baxışlar izləyər, Sən gözələ göz dəyər. Gözlər görmək üçündür, Yollar varmaq üçündür. Hər varılan yol olmur, Hər bəndədən qul olmur. Əminəm ki, haçansa, Bircə fürsət bulunsa, Ömür sandığım çiçək Təbrizimdə bitəcək.
(T.Uğur-Gözəlim Təbriz!)
Təkcə Azərbaycan ədəbi cameəsində yox, İranda, Hindistanda da xeyli nüfuz qazanan Nəşənin iki min beytlik külliyatı dəfələrlə nəşr olunub.Nəşənin farsca şeirləri ilə yanaşı, doğma türk dilimizdə də rəvan qəzəlləri bulunur.
Deyil qəm, gər tənəzzül etmişəm, zahirdə rüfətdən, Yerə düşsə hüma gər övcdən, düşməz səadətdən.
Əgər ülfət görə səyyaddən, seyd eyləməz vəhşət, Könül etməz cüdalıq, gər məhəbbət görsə möhnətdən.
Nəşə haqqında müfəssəl bioqrafiyanın olmaması, onun irsinin azlığını göstərmir. Fikrimcə, bunun başqa bir səbəbi var.Orta əsrlərdə Azərbaycanın təzkirəçiləri demək olar ki çox az olub. Haşiyə: Dostlar, hər dəfə təzkirə sözünü vurğulayıram, amma mənasını yazmıram. Təzkirə-yəni şairlərin qısa tərcümeyi-halı və əsərlərindən nümunələr verilən ədəbi əsərlərə deyilir.Ərəbcədir, ilk dediyim mənasından əlavə 8 mənada işlənir.
1) kiçik vərəqə 2) rəsmi yazı 3) bilet 4) icazənamə 5) pasport 6) xatirat 7) tərcümeyi-hal 8) tarix
Yazmışıq, yaratmışıq, amma onları səliqəli şəkildə birikdirmək, yarınlara çatdırmaq niyyətimiz olmayıb.Bu, əslində, özünə arxayınlıq hissinin verdiyi psixoloji bir haldır. “Necə olsa, dürlü-dürlü qəzəlxanlar, şairlər ərməğan edərəm” sayaq düşüncə tərzinin nümunəsidir. Amma yazı-pozu adamlarımız bir vacib nüansı gözardına vurublar. Yazılan tarixdir, danışılanlar rəvayət. Böyük Oljas Süleymenovun bir şüarını xatırlayaq: “Nəyin bahasına olursa-olsun, durmadan, dayanmadan yazmaq!” Məncə, yazmağın başqa bir missiyası da var.Tarixi yazmaq həm də tarixə tanıq olmağın və bizə əta edilən ömrə cavabdehlik daşımağın möhürlü-ştamplı təsdiqidir. Əgər keçmiş bir zamanda hansısa şəxs haqqında nəsə deyilsə, “rəvayətdir”-deyib keçmək olar. Gəl, isbatını elə! Lakin yazılı mənbəni, məxəzi göstərsən, bu, olur fakt.Məşhur əsərdə deyildiyi kimi: “Faktlar yaman tərs şeydir”, hətta o qədər tərsdir ki, tərs-avand, qondarma, uydurma nağılların da əyri qəddini düzəldə bilir.
Haşiyə: Xatırladım ki, bir vaxt bədnam qonşularımız Ağadədə məzarlığında Həsən, Hüseyn, Əli adlarını tərsinə oxumaqla köhnə yazılarını tapdıqlarını aləmə car çəkmişdilər, hətta köklərini qədim Urartuya calamışdılar da, hərçənd həmişə calaq vurmaq effektli alınmır. O vaxt nüfuzlu sovet akademiki B.Piotrovski cavablarını vermişdi: “Özünüzü rüsvay eləməyin!” -deyə Akademiyalarına açıq məktub da yazmışdı. O ki qaldı qəddin əyilməsinə – qozbelə, onu da qəbir düzəldir.Axı hər qozbel də Kvazimodo ola bilmir! Bəlkə Kvazimodo olmaq heç kimə sərf eləmir?!
(Məqaləmdə Salman Mümtazın faktlarına, habelə şəxsi mülahizələrimə istinad etmişəm) 22 may 2024
“Dəyişirik” deyirik, amma ətrafa münasibətimizin təməl yapısı, iç fəlsəfəsi olduğu kimi qalır. Bir boşluğu digəri əvəzləyir və bir rəngi diğəri örtür. “Kök” dəyişir, səkilçilərsə yox… “…çuluq”, “…çilik”… Çilik-çilik, paramparça olduq. İlin bütün fəsillərində havamız eynidi. Və biz… bir zamanlar BOZların küncə sıxışdırdığı “Özgə adam”lar məmləkətin aşırı hikkə və məkr havasında perik düşən sahibsiz, ünvansız, kimsəsiz boz sərçələr olaraq qalmaqdayıq.
Özgə Adam
Bilirsən necə ağırdı Öz Vətənində yad olmaq? Bir cüt yaşlı gözdən düşən Bir cüt qırıq qanad olmaq?…
Bilirsən necə ağırdı Kölgə olmaq? Kölgə-adam… Öz yurdunda qərib olmaq, Özgə olmaq… Özgə – adam…
Bilirsən necə ağırdı?…
Yandırır-yaxır adamı… Bəs mən kimin adamıyam? Torpağın, daşın adamı, Dərənin, dağın adamı… Böyük torpağın adamı… Kiçik torpağın adamı…
Bilirsən necə ağırdı?…
Elə bil ki, öz evində Götürüblər əsir səni… Öz dişlərin parçalayır, Öz əllərin kəsir səni…
Bilirsən necə ağırdı?…
Cırtdanların arasında… Böyüyəsən, Div olasan. Ev-ev bölünə ətrafın, Sən yenə bütöv olasan…
…Bu mənəm ey, mənəm, Vətən, Haqqına tamarzı adam. Ürəyini parçalayan Güllədən də razı adam.
Sığmır bu saxsı torpağa Külüm, yerimi dəyişim… Doğum yerimi dəyişim? Ölüm, yerimi dəyişim?
Ana, mənə layla demə… Daşımır bu bədən məni… Məni Allah öldürmədi, Öldürdü ey… Vətən məni…
ŞEHRİ – AŞK (Bu şiirin ilham perisi , çok değerli meslek arkadaşım Zeynep hanım’a saygılar, teşekkürler.)
Sen benim Eskişehrimsin… Eskilerden eski, yenilerden yepyeni olanım… Sen benim Eskişehrimsin Huzurun yemyeşil ağaclar kadar Sessizliğini Porsuk çayı kıskanar… Sen benim Eskişehrimsin Her köşesi laleli, pembe güllü, Sokakları kedili -köpekli… Rüzgarı hafiftir, siniri seninki gibi çabuk geçer… Yağmuru narindir, Senin gibi yufkayüreklidir… Öğrencilerin ayakkabılarını ıslatmaktan çekinir…
Sen benim Hıdır Ellez gecesinde Yediğim kırmızı elma gibisin Kabuklarını soymağa kıyamadığım… Sen masmavi gökyüzümsün Bakmaya doyamadığım…
Sen benim Eskişehrimsin Ne kadar “gurbetse ” o kadar vatan olanım… Sen benim Eskişehrimsin Ne kadar mutlu olsam da Bakışları tren garında kaybolanım…
Şiir adam
Kalbimize girenlerin Kimi anı olur, kimi ah olur Kimileri ya dua, Ya da ki, günah olur… Bir kaç kişi arkadaşdır Vefakardır… Belki İçlerinden bir kaç tanesi Düğün fotoğrafı olur… Bir de herkesin ömründe Birisi vardır… Ne ahdır, ne duadır Ne resimdir, ne yara Ne dündür, ne gelecek Ruhundaki hafif kelebek İşte O kişi sadece şiir olur…
Sen var ya Sen
Sen şehrin her tarafına giden otobüs gibisin… Her durakta yolunu bekleyen birileri var… Ben Senin ömrünün son durağıyım Ben senin aşklarının otogarıyım… Kaç tane camları kırılmış otobüs bıraktın Otogara hiç haberin var mı? Bir otobüs gelmişti geçenlerde otogara İçinde bir kız vardı Kırmızı saçlı, hırçın Ama bir o kadar da mutsuz… Hani ilk ayrıldığınızda Bir başkası ile öpüşdüğünü Sana itiraf etmişmiş… Şimdi kavuşacağınıza Bir haylı umutsuz… Bir de üstünde resimler olan Bir otöbüs vardı… Arka sırada bir bayan oturmuşdu Elinde fırçası, Dizinin üstünde palitrası Sana olan aşkından Dağılmış yuvasının Resmini çekiyordu- Karanlık odada Beş yaşlı oğlu uyuyordu… Yanında bira da vardı Zavallı hem de içiyordu… Bir de bir mavi otobüs vardı Yabancı pilakalı Ya çekyalıydı içindeki yolcu Ya da polonyalı… Yanında sarışın erken çocuğu vardı Henüz üç yaşındaydı… Annesinin söylediği masalı dinliyordu Sonunda gökden 3 elma düşecekdi Biri annesinin biri çocuğun Biri de senin… Seni babası zannediyordu ya 3cü elmayı sana vermek için bekliyordu… Sen şehrin her tarafına giden otobüs gibisin Her durakta yolunu bekleyen birileri var… Ben senin ömrünün otogarıyım… Haa bir de az kalsın unutacaktım Bir kız çocuğu vardı Kiraz ağacının altında Minicik elleriyle Daldan kopardığı kirazları yiyordu…
Tanınmış şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun Tatarıstan Yazıçılar Birliyinin yubiley tədbiri zamanı çəkdirdiyi maraqlı fotolar:
Qeydlər:
Səlim Babullaoğlu: “Tatarıstan Respublikasının Baş nazirinin müavini hörmətli Leyla Fazleyeva Muhammədyar adına Beynəlxalq Türk Ədəbiyyatı Festivalının iştirakçılarını qəbul etdi. Hörmətli xanım vitse-premyerə Azərbaycanda nəşr olunmuş Quran hədiyyə etdim. Kitabın hər səhifəsində 2 qr code vardı ki, onların vasitəsi ilə ərəb və Azərbaycan dillərində Quranın dörd müxtəlif qiraətini dinləmək olar. Əziz dostum Rəşid Çolaka bu nəfis və orijinal nəşrə görə təşəkkür edirəm…”
Almaniyada yazıçı Ramiz Dənizin Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev haqqında yazdığı “Oxucuların fatehi Çingiz Abdullayev” adlı kitabı ışıq üzü görüb.
В Германии вышла книга Рамиза Дениза посвящённая Чингизу Абдуллаеву.
Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Respublikamızın əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskər dünyasını dəyişib. Mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk. 1954-cü ildə Gümrünün Amasiya rayonuna bağlı Qaraçanta kəndində (Ermənistan ərazisi) doğulmuş R.Əskər 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə keçib və 1978-ci il¬də həmin ali təhsil ocağını bitirib. 1978-1983-cü illərdə “Azərbaycanın Səsi” radiosunda işləyib. 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bugün” jurnalının baş redaktoru olub.1984-1991-ci illərdə latın, kiril və ərəb əlifbaları ilə işıq üzü görmüş “Odlar yurdu” qəzetinin baş redaktoru vəzifəsini tutub. 1991-1993-cü illərdə Türkiyənin “Hürriyet” qəzetinin və Uluslararası Haber Ajansının (UHA) Azərbaycan üzrə müxbiri olub. 1993-1997-ci illərdə “Yeni Forum” jurnalının (Ankara) təmsilçisi kimi fəaliyyət göstərib. 1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyib. 1994-1996-cı illərdə “XXI əsr” qəzetinin baş redaktoru, 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi kimi çalışıb. R.Əskər, həmçinin, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetindəki Türkologiya kafedrasında işləyib, azərbaycanca və rusca Türk mədəniyyət tarixi, Türkologiyanın əsasları, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu Bilig”, “Manas” dərsləri deyib. 2007-2012-ci illərdə filologiya fakültəsində bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə isə türkologiya kafedrasının müdiri seçilib. 2023-cü ildən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olub. 80-ə yaxın beynəlxalq simproziumun və konfransın iştirakçısı olmuş R.Əskər Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 94 kitabın, xeyli sayda tərcümənin müəllifi kimi də tanınb. O, 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” ordeninə, 2024-cü ildə II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Ramiz Əskər 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeni ilə də təltif edilmişdi. Zəngin, ölkəmiz, bütövlükdə türk dünyası üçün faydalı ömür yaşamış, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilmiş Ramiz Əskərin yoxluğu son dərəcə üzücüdür. Uca Tanrıdan məhrumun doğmalarına, əzizlərinə, onu tanıyan, bənzərsiz və təkrarsız əməyinə yüksək dəyər verən hər kəsə səbr diləyir, kədərlərini bölüşürük. Allah rəhmət eləsin!