
CIĞAL ŞEİR
Nə bəllidir kim qazana, kim yeyə,
Haqq dediyin nə cığaldı, gördünmü?
Demədimmi çox güvənmə taleyə,
Baxt dediyin nə cığaldı, gördünmü!
Yaxşı gündə yad da olar yanında,
Dar günü var ağanın da, xanın da.
Qalxmağı var, enməyi var anında,
Taxt dediyin nə cığalmış gördünmü!
Qara gələr bir gün ömrün ağ şamı,
Öz üstündə yandır şamı, yax şamı.
Bir üfrümə nə söndürür, bax, şamı,
Vaxt dediyin nə cığalmış gördünmü!
Müəllif: SÜLEYMAN ABDULLA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru