ATANIN MİRASI Yaşıl adlı qəsəbədə iki qardaş yaşayırdı .Valideyinlərini gənc ikən itirən bu qardaşların atalarından qalma bir balıçqı toru ,bir də sınıq – sökük qayıgı vardı.Qamışdan tiklən ,palçıqla suvanmış daxmalarının çıragı valideyinlərinin Qəfil adlı çayda bogulmasından sonra sönmüşdü. Bir birinə bərk – bərk sarılan Səməndərlə , Kamandar əl – ələ verib bir tikə yavanlıqlarını tapıb dolanırdılar . Daxmaları o qədər balaca , kasıb idiki qardaşlar növbə ilə yatırdllar.Biri çöldə yatanda,biri daxmada yatırdı. Bir gün balıg ovuna gedən qardaşlar qəribə mənzərənın şahidi oldular.Qəfil çayı qurumuşdu .Qayıqları isə lilin içində itmək üzərə idi.Tez tələsik qayıgı sahilə çıxartdılar .Kor – peşiman oturub bir birinə baxmaga başladılar. Birdən Kamandar gülməyə başladı, Səməndər də buna qoşuldu . Gözlərindən yaş gələnəcən güldülər . Dayanıb ətrafa baxdılar . Gülməli vəziyyətdə idilər . Çaydan gündəlik balıq tutub , aparıb bazarda satıb ətzaq alırdılar . Dünəndən sifarişləri də var idi . Nə edəcəklərini oturub fikirləşməyə başladılar . Sükutu Kamandar pozdu : – Bəlkə , bu çayın qurumagı bizim xeyirimizədi? – Əlbəttə, deyə Səməndər cavab verdi . Yadındadı , atam həmişə deyirdi, hər işdə bir xeyir var . Kamandar başıyla hə cavabını verdi . Durub şəhərə getməyi qərarlaşdırdılar . Həm bazara gedib baş verən hal qaziyanı dabışsınlar , həm də özlərinə bir iş tapsınlar . Nədənsə axşamdan balıq tutmaq üçün qoyduqları tor yadlarına düşmədi . Bu ekiz oglanları valideyinləri hüzur içində böyütmüşdü . Sevgi , mərhəmət, iradə cəmləşirdi bu uşaqlarda . Uşaqlıqdan həyatın çətin və xoş günlərinin də onlar kimi ekiz oldugunu , böyüdükcə bərkə – boşa düşə biləcəklərini, bundan qorxmuyub həyatı, insanları sevməyi öyrətmişdi atası onlara. Onlar bazara gəlib müştərini tapıb üzürxahlıq etdilər . Özlərisə tikintidə fəhlə işi tapılar . Günlər beləcə keçirdi . Günü gündən işləri yaxşılıga dogru gedən qardaşlar artıq usta kimi işləyirdilər . İşlərinə məsuliyyətlə yanaşmaları , bacarıqları , tərbiyələri müdrüyyətin gözündən qaçmırdı . Müdür onlarla hərtərəfli maraqlandıqdan sonra yanına çagırıb , tək qalmaqlarının çətin oldugunu , ailə qurmaq vaxtı oldugu haqqında onlarla söhbət etdi . Əgər qəsəbədə bəyəndikləri biri varsa , elçi getmək üçün hazır oldugunu gülə – gülə dedi. Qardaşlar utandıqlarından başlarını aşagı dikdilər . Onların uçuq – sökük daxmasına kim gələrdi? Artıq bir neçə ay keçmişdi . İşə səhər gedib axşam gələn qardaşlar çay haqqında heç maraqlanmırdılar . Beləcə günlər keçirdi . Qardaşlar artıq şəhərdə kirayə ev tutub qalırdılar . Aslan ( müdür) müəllimin etibarını qazandıqlarından ikisini də briqadir təyin etmişdi . İşlərinin öhdəsindən məharətlə gəlirdilər . İkisinin də gözaltısı vardı. Aslan müəllim çox dirəndikdən sonra açıb demişdilər . Bir gün Aslan müəllim onları otagına çagırıb ata bala kimi söhbət etmək istədiyini dedi . Otaga gələn qardaşlar salam verib , Aslan müəllimin dəvətindən sonra əyləşdilər . Baxın , oglanlarım , bura gəldiyiniz gündən öz bacarıgınız , məharətiniz gücünə bu səviyyəyə gəlib çatdınız . Mən gələn gündən sizin tərbiyənizə heyran oldum . Bəyəndiyiniz qızların evinə ata kimi elçi gedəcəm . Yox cavabı qəbul edilmir ha!- deyib qaşlarını düyünlədi . Qardaşlar bir – birinə baxıb gülümsədilər . Aslan müəllim dediyini etdi . Elçi də getdi , onlara məclis təşkil edib toy da etdi. Bir gün işdə qəribə bir xəbər dolaşmaga başladı . Sən demə Aslan müəllimin oglu 1 il bundan qabaq itgin düşübmüş . Bu gün başqa şəhərdən tapılıb . Heç vaxt Aslan müəllimlə pərdəni aradsn götürməyən , onun ailəsi haqqında heç nə soruşmayan əkizlər müəllimə hər kəsin gözaydınlıgı verməsindən ürəklənib , otagının qapısını döydülər . – Gəlin . İçəri keçib belə bir xəbər eşitdiklərini , uşagın tapıdıgı üçün sevindiklərini dedilər . Aslam müəllim hadisəni danışmaga başladı . Oglum Bəhruz çaya çimməyə gedibmiş dostlarıyla . Axşamı evə gəlmədi . Çox axtardıq tapmadıq . Əlimizi üzdük . Cəsədin də tapıb verə bilmədilər bizə . Səhəri gün birdən birə o çayın qurudugunu eşitdik . Sən demə orda balıqçıların yaşadıgı qəsəbə varmış . Axşamdan qoyduqları tora gedib ilişən oglumu çay geri çəkildikcə tor özüylə aparıb sahilə çıxarıbmış . Orda onu tapan meşəbəyi aparıb evində saxlayıb , neçə müddətdən sonra bu gün bizə xəbər verdi . Bəhruzun səsini bugün eşitdik . Sevincimizi təsəvvür belə edə bilməzsiniz. Çayında çox qəribə adı varmış ha , Qəfil ! Qardaşlar bir birinə baxdılar . Həmən günü xatırlayıb gülümsündülər . Həqiqətən hər işdə bir xeyir var. Atalarından qalan o balıqçı toru onlara ömürlük çörək yetirmişdi..
Bu gün dəyərli alim, professor Kərim Tahirovun ad günüdür! Kərim müəllimi bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik! Milli Kitabxanada “Professor – Kərim Tahirov” adlı Elektron məlumat bazası və “Kitabxanaşünas alim – Kərim Tahirov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub Noyabr ayının 12-də Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor, kitabxanaşünas alim Kərim Tahirovun 70 illik yubileyi tamam olur. Ətraflı: http://www.millikitabxana.az/news/kerim-tahirov
VƏTƏN Adəmi dünyaya bəxş edən, Vətən, Doğmalar içində yada dönmüsən. Dünyanın bağrında qoca vulkantək, Hərdən kükrəmisən, hərdən sönmüsən. *** Kiminə yol oldun, kiminə qapı, Nadirtək nadirin anasısan sən! Uca Yaradanın sənət əsəri, Zərdən imə-ilmə hanasısan sən! *** Dahi Nəsiminin şanlı vətəni, Dərin dühaların uca yurdusan! Qılıncı, qələmi qoşa qanadtək, Daim hazır olan qoca ordusan! *** Kimi iki deyir, kimi dörd deyir, Min dəfə yüz yerə bolunmusən sən! Paramparça olub, tikə-tikədir, Vətənim içində boğulan Vətən… *** Bizi diri tutan əcdadın ruhu, Nabatdan, şəkərdən şirin dilimdir. Tarixin özüylə el-el gəzdirən, Törəsin şah bilən ulu elimdir. *** Tomrisin andını andımız bilək, Adəmdən bu yana ulum bir çətən! Tarixdən dərs alaq, ibarət götürək, Bir daha, ta dara düşməsin Vətən! 12.11.2021. Bakı.
YEL Kim üçünsə mələkdi, Kim üçünsə fələkdi, Nə mələkdi, nə fələk… Küləkdi bu, küləkdi! * * * Arada küsər belə, Hirs ilə əsər belə, Ümidi kəsər belə, Ələkdi bu, ələkdi! * * * Yenə əsdi, ələdi, Acı fikrə bələdi, Toxu dilək dilədi, Diləkdi, bu diləkdi! 11.11.2021-Bakı.
Yazarlar jurnalının noyabr sayı şanlı Zəfərimizə həsr olunb.
BU SAYIMIZDA:
Baş redaktordan…………………………………………..3
Sona Abbasəliqızı (İsmayılova). Məhəbbətin gücü..4
Zaur Ustac. O şeiri bir də söylə Ərdoğan……………9
Qismət Tağıyev. Bədbəxt………………………………..19
Səma Muğanna. Tanrı əmanətinin göz yaşları…..47
Ülvi Aydın. Şeirlər………………………………………….50
Nuranə Rafailqızı. Şeirlər………………………………..52
Aytac İbrahim. Altıncı sinifdə oxuyurduq……………58
Boluslu Anar Əlioğlu. Şeirlər……………………………60
Aqşin Hacızadə.Şeirlər…………………………………..63
Samir Mustafayev. Şeirlər……………………………….67
Mövlud Ağamməd. Şeir…………………………………..70
Əsgər Ordubadlı. Şeirlər………………………………..72
Zaur Ərmuğan. Şeirlər…………………………………..75
Zaur Ustac. Şeirlər……………………………………….81
Şahnaz Şahin. Səmimi söhbət……………………….87
Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları! Bizim yalnız bir məqsədimiz var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit, dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93
Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, “Uşaq boğçası” əlavə tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.
Zaur Ustac və onun əsərləri haqqında aşağıdakı kitablar yazılıb:
1. Hacıxanım AİDA “ÖMRÜN ANLARI ” Bakı – 2018.
2.Hacıxanım AİDA “OTUZ ŞEİR, OTUZ FİKİR ” Bakı – 2018.
3.Kamal Camalov “Əliş və Anna haqqında ” Bakı – 2019.
4. Gülü “ZAUR USTAC” Bakı – 2020.
5.Qələndər Xaçınçaylı “TACLI ŞAİR” Bakı – 2020.
6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021.
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı.
Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.
Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona “pullu Məhərrəm” deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.
Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.
O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında boyük iz buraxmışdir.
Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə biruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun öz çıxışlarının birində bele demişdir:
“Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”.
Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.
Ələsgər xümsünən zəkatın verə Əməlin mələklər yaza dəftərə, Hər yanı istəsə, baxanda görə, Təriqətlə bu sevdalı gərəkdi
Deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər vermişdir. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib sevilmiş və el ağsaqqalına çevrilmişdir.
O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da coşub-çağlamış, çalıb-oxumağa, söz deməyə meyli çoxalmışdır. Bu zaman atası onu qızılvəngli Aşıq Alının yanına aparmış, Ələsgər Alının şəyirdi olmuşdur.
Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişmiş və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtirəmını bu sözlərlə ifadə etmişdir:
Bir şəyird ki, ustadına kəm baxa, Onun gözlərinə qan damar, damar
Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.
Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyarmış. Başını təmiz qırxdırıb saqqal saxlarmış. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyarmış.
Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirmiş, ustad bir sənətkar kimi məşhurlaşmışdır. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salmış, saz tutub söz deməyi öyrətmişdir. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşmışlar. Ustad özü şerlərinin birində çoxlu şəyirdlər yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:
Adım Ələsgərdi, mərdi-mərdana, On iki şəyirdim işlər hər yana.
Azərbaycanın müxtəlif bölgələrində toylara aşıq kimi də dəvət olunmuşdur.
İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə başçısı olmuş, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərmişdir.
Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi yamanlamış, ona lənətlər yağdırmışdır.
Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neḉə bədbəxt hadisə baş verir. 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.Bu hadisədən möhkəm təsirlənən aşıq:
Nagah badi-sərsər əsdi üstümə, Ömür bostənımın tağı kəsildi. Öz əlimlə xəta dəydi özümə, Bədəndən qolumun sağı kəsildi- bəndi ilə başlanan qoşmasını yazmışdır.
1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.
1918–1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.
Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi.O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım, Əzrayıl həmdəmim, məzar yoldaşım. Gor deyə tərpənir bəlalı başım, Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Şəcərəsi:
Heydər. Əbdüləzim. Təhməz. Talıbxan. Allahverdi. Alməmməd. Aşıq Ələsgər.
Kitabları:
Aşıq Ələsgər. (toplayıb tərtib edəni İ.Ələsgər). I kitab, Bakı, Elm, 1972, 326 s. Aşıq Ələsgər. (toplayıb tərtib edəni İ.Ələsgər). II kitab, Bakı, Elm, 1972, 327 s. Aşıq Ələsgər. (Əsərlıəri, dastan – rəvayətlər, xatirələr) (toplayıb tərtib edəni İ.Ələsgər).. Bakı: Şərq-Qərb, 1999, 578 s. “Aşıq Ələsgər-150”. Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 318–327. Aşıq Ələsgər. Bakı, “Elm və təhsil”, 2012. 280 səh. (Tərtib edəni və nəşrə hazırlayanı: Musa Nəbioğlu).
Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 2009-cu il noyabrın 9-da — Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.