Etiket arxivi: ƏLİ BƏY AZƏRİ

“Xəzan” ədəbi-bədii jurnalı on yaşını qeyd edir – Təbrik

XƏZAN ÇİÇƏKLƏRİ
“Xəzan” ədəbi-bədii jurnalın on yaşına

Əli bəy Azəri mifik rütbədə

Adını çoxdan eşitmişdim, o zaman Arazboyu kəndlərdə Vejnəlidən Qumlağa qədər “Rzaquliyev” soyadı mifik bir familiya idi. El-obaya çox sədaqətli, işinə məsuliyyətli, mətin firqəçiydi yoldaş Rzaquliyev. Çox adam onun adını bilməzdi, elə hamı üçün Rzaquliyev idi. Çox rəsmi, ciddi biriydi. Əli bəy Azərinin əmisi idi, Sədətqulu Rzaquliyev…
Atası Qurban kişi Əli bəyi hələ uşaqlıqdan el-obanın keşiyində mətin dayanan əsgər gözündə görürdü və bu istək Əli bəyi Rusiyaya gedib hərbi məktəb oxuyaraq baş leytenant hərbi rütbəsi ilə Zəngilana qaytaracaqdı və təkcə Zəngilanda deyil, Azərbaycanın digər cəbhə bölgələrində də ərazi bütövlüyü uğrunda mübarizədə zabit (mayor rütbəsinə qədər) kimi şərəfli ad daşıyacaqdı.
Evlilik həyatı onu peyğəmbər nəslindən olan bir xanımla – cümlə Zəngəzurda böyük kəramət sahibi kimi tanınan Seyid Həsən Ağanın nəvəsi Xuraman xatunla qovuşduracaqdı.
Hərbi rütbə, urfani, mifik soyla birləşidikdən sonra Əli bəy Azəri imzası ilə ədəbiyyat camiəsində boy göstərəcəkdi. Çox keçməyəcək ki, bu imza ilə bir “Xəzan” jurnalı nəşrimizə yeni çalar qatacaqdı, bu nəşrin 70 sayı xeyli yeni imzaları oxucu kütləsinə tanıdacaqdı…

Əli bəy Azəri və “Xəzan” çiçəkləri

Qarışıq rənglərin içərisində bir yaşıl ümid göyərir. Sonbaharın xəzan rəngi daha al-əlvan, daha rəngarəng çalarları özünə hopdurur. A4 formatda bir dərgi gözümüzün qarşısında “XƏZAN”a dönür. Müxtəlif dil və etniklərin şeir, nəsr və digər janrların dilimizdə ardıcıl çap edildiyi br jurnal. Redaktoru Əli bəy Azəri. Beləcə, son illərin “Xəzan”ına göz atıram. 100 səhifədən də çox olan nüsxələr var. Nəsr, poeziya və publik yazılar da kifayət qədər yer alıb bu dərgilərdə. İmzaların çoxu demək olar ki, mənə tanış deyil. Girişdə, redaktor guşəsində Əli bəyin həqiqət haqqında qısa sözönü də ibrətamizdir. Yazı düzümündə Leylam Leylam imzası ilə klassik nümunələrə bənzər bir qəzəl (64-cü sayında ) diqqətimi cəlb edir:

“Bu nə dövran, bu nə meydan, bu nə şeytan, Allahım?!
Susdu haqqın qabağında nə qədər vicdanlar.

…Çox fikir eyləmə, Leylam, əzəlindən belədir,
Pisi də, yaxşını da, saldı yola dövranlar”.

Bəlkə də bəzi redaktorların “senzura”sından keçməzdi bu möhtəşəm misralar, amma əsl ədəbiyyata meydan yaratmağa cəhd göstərən Əli bəy Azərinin qələm sahiblərini, xüsusən də ülvi hisslə ədəbiyyata gələn yeni nəfəsləri ruhlandırmaq kimi missiyası diqqətəlayiqdir.
Belə nümunələr kifayət qədərdi.
Jurnalda ciddi ədəbi araşdırmalar da cəsarətli nümunələrdəndi, “Gecə döyülən qapılar” Nəbi Xəzrinin 100 yaşına (Mahir Cavadlı), “Məhərrəm Qasımlıdan Orxan Paşaya” (Ramiz İsmayıl), Ayaz İmranoğlunun “Komutan” romanı haqqında (Xuraman Zakirqızı), Xurşud Dəvranın “Pədərküs” şerindəki tarixi həqiqətlər (Nazliyəbanu Bəyməhmətova, Özbəkistan) yazıları “Xəzan”ın redaktorunun ədəbiyyata çox yüksək qiymət verməyinin nişanəsidir.
Tanış imzalardan Səbuhi Rəhimlinin “Fevralın ilk günü”, Kərim Şükürlünün “İntihar” hekayəsini etinasız oxumaq olmur. Bu nümunələr “Xəzan” jurnalının 64-cü sayından götürülüb. Cari ilin daha bir “Xəzan”ına rast gəlirəm, tam 100 səhifəlik bir dərgi. 68-ci sayı. Artıq hər kəsin ciddiyə aldığı bir jurnal . Yenə redaktor guşəsində ana dilimizi təhrif edənlərə qarşı baş redaktorun bir hərbçi qətiyyəti ilə, amiranə qınağı və ciddi iradları ilk səhifədə yer alıb. Sonrakı səhifələrin birində millət vəkili Fazil Mustafanın Naxçıvan ədəbi-mədəni mühitinin şairi, pedoqoqu və jurnalisti Məmməd Tahirə 70 illik yubiley münasibəti ilə ünvanladığı təbrik məktubu və şairin “Məhbəsdə bitən çiçək” poeması verilmişdir. Jurnalın bu sayında şair Nazim Əhmədlinin “Sol ayağın yuxusu” və Zəhra Səfəralıqızının “Şöhrət” hekayələri təsirli nəsr nümunələrindəndi. Zeynəb Cəmaləddinin Şekspir, Puşkin, Lermantov, Həmzətov və Riçard Smitdən şeir tərcümələri də maraqlıdır. İndi 69-cu sayını vərəqləyirəm, redaktor guşəsində “Xarı bülbül” bədii-publisistik jurnalına xoş gəldin deyilir və jurnalın yaradıcısı Ziyadxan Budağa uğurlar arzulanır. “Xəzan”ın bu sayında “Sarı Aşıq ədəbi məclisi”nin fəaliyyəti barədə bu ədəbi məclisin təsisçisinin – Adil Cəfakeşin maraqlı qeydləri vardır. Jurnalın bu sayında zəngilanlı mərhum şair Vaqif Qüdrətin “Zübeydə” romanının ədəbi məziyyətləri barədə, eyni zamanda şairin nəsr yaradıcılığı haqqında Əli bəy Azərinin özünün məlumatları da yer almışdır. Dərgidə Vahid Məhərrəmlinin “Salam tut ağacım, məni tanıdınmı?” Zəngilan şəhər gününə aid olan yazı-nastolji diqqəti cəlb edir. “Dağlar dumana qalmadı” yazısında Arzu Kazımqızı Nehrəmlinin xalq yazıçısı Elçin Əfəndiyevin “Poçt şöbəsində xəyal” əsərinin estetikası haqqında fikirləri jurnalın maraqlı yazılarındandı.
Sonda onu da qeyd edim ki, “Xəzan” jurnalında kifayət qədər poeziya nümunələrinə də rast gəlmək olur. Belə sayların bir neçəsində mənim də xeyli sayda şeirlərim dərc olunub. Bu ürəkliliyə görə jurnalın yaradıcısı, baş redaktoru Əli bəy Azəriyə – indiki vaxtda davamlı olaraq dərginin uzunömürlü olması üçün böyük fədakarlıq göstərən nasirə – təşəkkür edir və yarasdıcılığında uğurlar arzulayırıq. 70-ci saya yetmək – çağımızın məhdud imkanlarını nəzərə alsaq hər hansı dərgini sərbəst şəkildə dövlət dəstəyi olmadan 10 il yaşatmaq böyük hünər sayılmalıdır.
Beləcə, 100 səhifəlik “Xəzan” 70-ci sayı ilə, öz rəngi ilə qarşımdadır…
“Ömür bir uzun şeirdir” adlı məqalə (müəllif ADPU-nun dosenti Məhrux Dövlətzadədir) şair, dilçi alim Firuzə Məmmədlinin 85 yaşına həsr edilmiş və müəllifin şeirlərindən nümunələr verilmişdir. Dərgidə eyni zamanda Xəzər Miraj Məsimovun, Asya Əhmədovanın Vahid Çəmənlinin, Polad İbrahimoğlunun, Fərhad Səngərlinin, İradə Şəfanın, Elnarə Babayevanın Ələsgər Talıboğlunun, Şahid Astaralının, Əbülfəz Əhmədin, Ramiz İsmayılın, Xəlil Tahirbəylinin poeziya yaradıcılığından nümunələr dərc edilmişdir. Bu sıralanmanı verməkdə məqsədimiz heç də hamının tanıya biləcəyi müəlliflər deyil, bəlkə də ilk dəfə “Xəzan”da çap olunan müəlliflərdir və onların ilk qələm nümunələrini diqqətə çatdırmaqdır. Elə bilirəm nəsr nümunələri də qismən bu fikrimizin təsdiqi ola bilər. Jurnalda Rəna Nəcəfqızının “Asan xidmət”, Ayaz İmranoğlunun “Kömürlə yazılan dua”, Xəlil Mirzənin “Sonuncu dayanacaq”, Aysel Nəsirzadənin “Əlli qəpiklik nəzir”, Zaur Ustacın “Beyin qurdu”, redaktorun özünün “Bir xurma halallığı” hekayələri yer almışdır. Dərgidə astroloq Səbuhi Rəhimlinin “Oxatan bürcünün xarakteri” maraqlı yazılardan biridir. Özbəkistanlı şairə Zilolbanu Xalıqovadan edilmiş tərcümə şeirləri, Səadiyyə Xanlarovanın “Qərbi Azərbaycan günəşi yenidən doğacaqdır” xülasə-mətni, habelə elmi və tədqiqatlara aid digər yazılar jurnalın mövzu genişliyinin təsdiqidir.
Əli bəy Azəri və cəsarətlilik “Xəzan” jurnalının 69-cu sayında “Ədəbi yekun, yoxsa dost-tanış xətrinə bəy tərifi” cəsarətli yazısında müəllif AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin ədəbi yekunu” layihəsini ciddi tənqid etmişdir. Layihənin müəllifinin ədəbiyyata o qədər də dəxli olmayan kəslərin özfəaliyyəti, rəhbərliyə etinasızlığı qınağa çəkilir. Hər il janrlar üzrə əməkdaşlar arasında düzgün bölgü aparılmadığı, habelə onların hazırladıqları “məqalə-hesabat”ların ədəbi proseslərə dəxli olmadığı qənaətinə gələn müəllif, bu prosesə sərf olunan vəsait üçün heyfslənir. Prosesin texniki ardıcıllığına əhəmiyyət vermədən heç kimə bəlli olmayan, heç yerdə bir hekayəsi dərc olunmayan kəslər haqqında uzun məqalələr dərc etdirilir. Belə nümunələri konkret adı ilə göstərən Əli bəy yerlərdə (bölgələrdə) ədəbi proseslərin heç də mərkəzdən geri qalmadığını diqqətə çəkərək bir zamanlar bölgələrdə olan məclis və dərnəklərin mövcüdluğunu da xatırladır. Müəllif daha sonra yazır: “Təəssüflər olsun ki, ədəbi proses haqda məqalə-hesabat hazırlayan əksər əməkdaşlar bunu görmək istəmirlər. Görmək istədikləri hallar isə həqiqəti əks etdirmir”. AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun əməkdaşlarının hazırladıqları hesabat-məqalələri müəllif “dost tanış ədəbiyyatı üzrə bəytərifi” adlandırır. Bəytərifi ilə inkişaf olmaz. Əli bəy Azəri belə bir dərgi ilə ədəbi proseslərdə iştirak etməyi qənaətbəxş hesab etmir, ədəbi proseslərə təkan verməyə çalışır. Əslində onun yaratdığı və on ildir ki, davamlı nəşr etdirdiyi “Xəzan” jurnalı ətrafında gözəl bir ədəbi mühit formalaşıb.
Nəhayət, demək olar ki, belə cəsarətli yazılarla çıxış etmək bizim ədəbi mətbuatımızda az rast gəlinən hallardan biridir. Bəli, Əli bəy Azəri həm çap edir, həm də çap etdirir.
Və sonda …Yeni, ilk qələm sahiblərinə səxavətlə qucaq açan “Xəzan” dərgisi, düşünürəm ki, ən azı 70 nəfər şair və yazıçının unutmayacağı bir dərgidi, 70 dəfə yeni nəfəsdə dərc olunub, o qədər yazara sevinc bəxş edib və ədəbi zövqünə yeni poetik ümid verib. Çox az heyətlə bu dərginin — “Xəzan”ın 70-nə yetmək əsl fədakarlıq nümunəsidir. Bu münasibətlə “Xəzan” jurnalının baş redaktoru, yazıçı, hərbçi (mayor) Əli bəy Azərini təbrik edirəm.

Xosrov NATİL,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
15 yanvar, 2026, Bakı şəhəri

“Xəzan” jurnalı

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZEYNƏB CƏMALƏDDİN YARADICILIĞINDA KLASSİK-MÜHAFİZƏKAR ÜSLUBUN ÜSTÜNLÜYÜ

ZEYNƏB CƏMALƏDDİN YARADICILIĞINDA KLASSİK-MÜHAFİZƏKAR ÜSLUBUN ÜSTÜNLÜYÜ

Kim ayırdı bu dünyanın günlərini beş-beşə,

Fani deyib beşcə gündə gəldilər hey döş-döşə.

Bəni-adəm girdi cəngə Yerə qədəm basandan,

Kim ağladı, sevindi kim söykənəndə leş-leşə?

Cəmiyyətə təqdim etməyə ehtiyacı olmayan, sosial şəbəkələr üzərindən və ədəbi-bədii dərgilərdə çap olunmuş poeziya nümunələrindən kifayət qədər yaxşı tanınan şair Zeynəb Cəmaləddinin “Divani”sindəndi bu bənd. Adətən şair, yazıçı yaradıcılıqları haqda uzun giriş yazıb oxucunu bir müddət intizarda saxlayırlar. “Görəsən, kimdən söhbət gedir? Bu cür möhtəşəm giriş hansı şairə aiddir?” deyə sual-suala dirənir. Odur ki, birbaşa haqqında söhbət açmaq istədiyim şairin bir bəndini dərhal təqdim etdim ki, mənim bəzəksiz-düzəksiz sözlərimdən əvvəl elə şairin şeirini oxuyasınız.

Düzdür, şairin doğulub boya-başa çatdığı coğrafi məkanın da təsiri mütləq öyrənilməlidir. Çünki şairlər hər zaman təbiətdən ilham alıblar. Bu ilham bəzi şairlərin yalnız təbiət təsvirlərini və sevgi macəralarını nəzmə çəkməyinə bəs edib. Lakin əsl şairlərin missiyası daha dərin mövzuları əhatə edib, yaranışdan üzübəri zamanın gərdişində hər nə baş veribsə, bir qəvvas kimi həmin hikmətlərin dərinliklərinə baş vurmaqla vəzifələndirilib. Şairlərin doğulub böyüdüyü, təbiətindən güc aldığı bölgənin adamlarının fərdi xüsusiyyətləri, ötkəmliyi, ibarəli danışıq tərzi mütləqdir ki, onun poeziyasında öz təsirini göstərmiş olsun. 

Zeynəb Cəmaləddin təbiəti və əhalisi ilə Azərbaycanın füsunkar guşələrindən biri sayılan Quba şəhərində anadan olub. İbtidai təhsilinə orda başlasa da ailəsi Bakıya köçdüyündən təhsilini Bakıda davam etdirmişdir. Bakı Neft Texnikumunu bitirib.  Bədii yaradıcılıqla məşğuldur. “Payız qoxulu nəğmələrim” və “Ruhumun zərrələri” şeirlər kitablarının müəllifidir.

Mən qaçmazdım söyuq haşa, yağışdan,

Pəncərəyə şaxta salan naxışdan.

Çəkinməyib, heyrət edən baxışdan,

Təbiətlə qıraqlaşıb, gəzmişəm.

Duyğularla dolub-daşıb gəzmişəm.

Leysan yağış bənzəyəndə şırnağa,

Hər kəs evə, mən çıxmışam qırağa.

İslanmışam ta təpədən dırnağa,

Yağış ilə qucaqlaşıb, gəzmişəm,

Duyğularla dolub-daşıb gəzmişəm.

Təbiətlə harmoniya təşkil edən yaradıcılıq özü elə təbiət boydadır, bəlkə də ondan daha böyükdür, hüdudsuzdur, sonsuzdur. Yaradıcılıq təbiəti tez-tez dəyişən fəsillər kimi də ola bilir. “Bir də görürsən ki, açılan solur”, “Bir yandan boşalır, bir yandan dolur”, deyən böyük Vurğun necə də haqlıymış. Yaradıcılığına ciddi yanaşan, yaratdıqlarında səmimiyyət və məsuliyyət hiss olunan istənilən yaradıcı insanın külliyyatı təbiətin fəsilləri kimi dəyişkən olsa da, vəhdətində ahəngdarlıq duyulmalıdır. Gülli-çiçəkli laləzarı əks etdirən poetik nümunələr xəzan yeli kimi hər şeyi silib-süpürüb aparan digər yaradıcılıq növləri ilə zənginlik, rəngarənglik təşkil etməli, gecə kəhkəşanda bərq vuran çilçırağı xatırlatmalıdı. Belə zəngin yaradıcılıq nadir imza sahiblərinə nəsib olur. İndiki azad şəraitdən bəhrələnən qələmini sınayan yüzlərlə adam arasından yaradıcılığını incələyib o nadir imza sahibini üzə çıxartmaq bir o qədər də çətin deyil. Çünki, qızıl öz parıltısı ilə ona oxşar parıltılardan seçildiyi kimi, əsl poeziya da digər yaradıcılıq nümunələrindən; həvəskar nəzmə çəkilmişlərdən, qafiyəsi, hecası yerində olan şeir nümunələrindən dərhal seçilir.

Bildiyimiz kimi poeziya nitqin xüsusi formasıdır. Bu formadan istifadə olunmaqla hiss-həyəcanı, emosiyanı, sevgini, hiddəti daha ritmik və bəlağətli şəkildə ifadə etmək mümkündür. Poeziya təbiətin və dünyanın gözəlliklərini tərənnüm etdiyi kimi, müxtəlif dərdlərini və düşüncələrini də əks etdirən bədii yaradıcılıq növüdür.

Xeyli vaxtdır ki, sosial şəbəkələrdən tanış olduğum, ədəbi-bədii dərgilərdən oxuduğum bir şairin poeziyası xüsusi olaraq diqqətimi çəkmişdi. Gözüm hər yerdə həmin imzaya məxsus şeirləri axtarırdı, daha geniş yaradıcılıq nümunələri ilə tanış olmaq istəyirdim. Bu şeirlərdə təkcə təbiət tərənnümü, lirik qəhrəmanın sevgisi, hiss-həyəcanı əks olunmurdu, bu şeirlərdə təbiətin dinamikliyi əks olunduğu kimi dünyanın gərdişi də hiss olunurdu. Klassik şeir nümunələri qloballaşan dünyanın yenilikləri ilə ayaqlaşırdı:

Ağlı kölə eylədinsə alma əsir cismini,

Təlqin ilə kim dəyişir Yerdə dünya rəsmini,

Hansı dildə öyrənmişdi Adəm baba ismini,

İnsanlığı kim oynadır şeytan ilə baş-başa?

Müxtəlif dövrlərdə ədəbiyyata, xüsusən də poeziyaya baxışlar bir-birindən fərqlənib. Yenilik tərəfdarlarının klassik poeziya nümunələrindən bəhrələnməməyə çağırışları son otuz ildə daha çox vüsət alıb, hansı ki, bu cür şeirlər XX əsrin otuzuncu illərindən yaranmağa başlamışdı. İndi əruzun ağırlığından şikayət edənlər daha az hecalı şeirlərə üstünlük verməyə başlayıblar. Bu həm də mahnı bəstələyənlərə, onları ifa edənlərin işinə yarayır. Hardan tapsınlar ikinci Zeynəb Xanlarovanı ki, Süleyman Rüstəmin qəzəllərinə bəstələnmiş muğam bəstələrini dünyanın hər yerində istənilən tribunalardan səsləndirə bilsin.

Nəhayət, ədəbi mühit bir müddət hecalı şeir növündən imtina həddinədək gəlib çıxdı. Son otuz ildən artıq bir müddətdə ədəbi proseslər onu göstərir ki, sərbəst şeir üstünlüyə can atmaqdadır. “Əsas fikirdir”, deyənlər öz seçimlərinə ciddi-cəhdlə bəraət qazandırmağa çalışırlar. Lakin hələ də Mayakovskini, Yevgeni Yevtuşenkonu üstələyən “sərbəst” şeir nümunəsi yetişməyib.

Bir qazanda qaynamağa gərək bircə baş olsun,

Şir şir ilə baş eləsin, quş quşa yoldaş olsun.

Ki, yaradan qismətinə bəlkə yazıb, daş olsun,

Yazıq olur kəsəklərə rast gələndə daş-daşa.

Heç bir izaha, şərhə ehtiyac duyulmur. Zeynəb Cəmaləddin dərin mənalı sözləri muncuq kimi elə düzür ki, orda nə bir söz dəyişməyə, ya çıxartmağa, ya artırmağa ehtiyac qalmır. Eyni zamanda, hiss olunur ki, şair daha dərin mətləblərdən xəbərdardır və hər zaman söz açmağa hazırdır, sinədəftərdir. Görünür, xalq folklorunu yaxşı mənimsəyib, Aşıq Alı, Dədə Ələsgər məktəbindən bəhrələnib, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Dirili Qurbani külliyyatlarından xəbərdardır. Ustadlardan dərs almış şairin şeirləri elə ustadlara layiq səviyyədə olmalıdır.

Zeynəb Cəmaləddinin poetik nümunələri arasında şeirin müxtəlif növlərinə rast gəlmək olar. Onun təcnisi də, gəraylısı da, müxtəlif hecalı şeirləri də, hətta tərcümələri də fərqlidir, möhtəşəmdir, könüloxşayandır. Zeynəb xanım, sadəcə, fikir ifadə etmir, hardansa, kimdənsə eşitdiyi deyimi yeniləyib özününküləşdirmir, o, insanı düşündürəcək fikirləri səsləndirir, özü də necə: – müdrikcəsinə, ibarəli tərzdə söyləməyi bacarır. 

Doğrudurmu min illərlə ömrü olub insanın,

Çoxlu sayda kitabəni ha gizlədin, ha danın.

Məlum deyil kim gedəcək, kim yeyəcək ehsanın,

Zeynəb deyir, fərqinə var, bacar, yüz il yaş yaşa.

Zeynəb Zeynəb olmazdı “divani”ni sonadək bu cür gətirib çıxarmasaydı. Onun bütün şeirləri bu cürdü, dərin məzmunlu, yüksək ritmli, necə başlayırsa, sonadək o cür gedir. Fəlsəfi fikirlərlə dolu poetik nümunələrinin hər misrası düşündürücü suallar doğurur.

Əlbəttə ki, əsl şairin bir şeirini oxumaqla onun şairliyini müəyyənləşdirmək mümkündür. Yaradıcılığı itib-batmış, yalnız bir şeiri dövrümüzə gəlib çatmış şairləri buna nümunə göstərmək olar. Mən də Zeynəb Cəmaləddinin çoxşaxəli yaradıcılığından əsasən bir-iki şeirindən parçalar seçməklə kifayətləndim. Məhz, onun zəngin və çoxşaxəli poeziyasından seçilmiş bu parçalar onun necə qüdrətli ilhama, təbə sahib olduğundan xəbər verir. 

Zeynəb Cəmaləddinin yaradıcılığında mövzu mübarizədir – həyatla mübarizə, yaramazlıqlarla, cəhalətlə, kütbeyinliklə… hər nə pislik varsa, onlarla mübarizə… Şairin silahı da qəribədir. Şairin silahı təpədən dırnağadək folklorla yüklənmiş SÖZdür – əlahəzrət söz. Zeynəb Cəmaləddin dastan qəhrəmanları kimi hayqırmır, qılıncı çəkib meydana girmir, o, elə hər zaman meydandadır – eyhamla səsləndirsə belə kəsərli sözləri ilə.

Bütün yaradıcı insanlar bir marafonun iştirakçılarıdır. Bu marafonu ZAMAN təşkil edir. Marafonun nə vaxt başlayıb, nə vaxt bicəcəyi dünya binə olandan bəri heç kimə bəlli deyil. Hər kəs öz yaşadığı dövrdə dərk etdiyi səviyyədə bu marafona qoşulur. Zamanın süzgəcindən kimlər keçir, kimlər ilişib xəlbirdə qalır, bu, çox-çox sonra aydınlaşır. Lakin gedişatı diqqətlə izləyənlər təxmini olsa da fikir yürüdə bilirlər. Bu, yaradıcılıq mərhələsində özü-özünə görünür.

Mənə elə gəlir ki, Zeynəb Cəmaləddin imzası da onlarla parlaq imza sırasında daha parlaq bərq vurur. Onun fəlsəfi zənginliklərlə yüklənmiş poeziyası Məhsəti Gəncəvi, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Firuzə Məmmədli kimi dolğun yaradıcılıqla yadda qalan imzalar cərgəsində yer tutmağa çalışır. Hər halda, Zeynəb Cəmaləddinin yaradıcılıq tempi belə deməyə əsas verir.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“HÖKUMƏ” POEMASININ TƏQDİMATI KEÇİRİLDİ

“HÖKUMƏ” POEMASININ TƏQDİMATI KEÇİRİLDİ

Mahir Cavadlının poeması “Fyuzat” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində çapdan çıxıb.

24 dekabr 2025-ci ildə respublika Veteranlar Təşkilatı inzibati binasının geniş akt salonunda şair Mahir Cavadlının Azərbaycanın ilk pilot Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfli həyat yolundan bəhs edən “Hökumə” poemasının təqdimatı keçirildi.
Tədbiri yazıçı Əli bəy Azəri giriş sözü ilə açıq elan etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçıları dövlət himnini ayaqüstə dinlədilər. Sonra ömrünün böyük bir hissəsini müstəqil Azərbaycan Respublikasının bərqərar olmasına sərf etmiş ulu öndər Heydər Əliyevin, ölümü ilə bir mərdlik, mətanətlik simvolu yaratmış Hökumə Əliyevanın və Azərbaycanın ərazı bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Əli bəy Azəri şair Mahir Cavadlının həyat və yaradıcılığından danışdı, “Hökumə” poemasının yaranmasından bəhs etdi, müəllifin “Riad” poeması ilə “Hökumə” poeması arasında paralellər apardı, hər iki poemada folklor nümunələrinə çevriləcək deyimləri xüsusilə vurğuladı. Əli bəy Azəri məruzə-çıxışını yekunlaşdırıb sözü Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilov yoldaşa ötürdü.
Cəlil Xəlilov ötən ilin 25 dekabrında qonşu Rusiya dövləti ərazisində baş vermiş terror aktından, nəticədə həlak olanlardan, hadisənin iki ölkə arasında yaratdığı diplomatik gərginlikdən və mövcud ictimai-siyasi hadisələrdən bəhs etdi. Onun çıxışından sonra Mahir Cavadlının Ali Baş Komandana ithaf etdiyi, Zabitə Zibanın bəstələdiyi, Sərxan Bünyadzadənin ifasında “Alqış” və şairin sözlərinə bəstələnmiş “Son uçuş” mahnılarına çəkilmiş klip səsləndirilməklə ekranda göstərildi.
Onun ardınca silsilə çıxışlar oldu.
AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, kiçik elmi işçi Cəmilə Niyazqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi şair Adil Həsənoğlu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Yeni Zəngilan” qəzetinin yaradıcısı və baş redaktoru, şair Salam Cavadlı, AMEA Botanika və Bitkiçilik institutunun əməkdaşı şair Xosrov Natil, yazıçı Nurəddin Ədiloğlu, ilahiyyətçi Hacı Həsən Hüseyni, Azərbaycan Silahlı Qüvvələr veteranı polkovnik Elşad Qoca, Azərbaycan Veteranlar Şurasının məsul vəzifəliləri Ənvər Qarayev, Azad Musayev, İsa İsayev, Zəngilan rayon poçy şöbəsinin müdiri Zakir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yurd” jurnalının baş redaktoru Zəhra Səfəralıqızı, rəssam Nazim Hüseynov və başqaları çıxış edərək Mahir Cavadlının yaradıcılığından, Hökumə xanımın nakam həyatından danışdılar, onun əbədi obrazının yaradılmasından təskinlik tapdıqlarını, əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüsusilə vurğuladılar.
Eyni zamanda “Yazarlar” jurnalının baş redaktoru şair Zaur Ustac çıxışında Hökumə xanımın atdığı mətin və cəsarətli addımından bəhs etdi, onun xatirəsinə yazdığı şeiri səsləndirdi və hər şairin, yazıçının yaradıcılığı boyu yalnız bir dəfə təltif oluna biləcəyi “Ziyadar” mükafatını gurultulu alqış sədaları altında Mahir Cavadlıya təqdim etdi.
Tədbirdə Azərbaycanın ilk qadın pilotu Milli Qəhrəman Hökumə Əliyevanın anası və Etibar Əliyev iştirak edirdi. Tədbirin sonunda söz alan Etibar Əliyev tədbir iştirakçılarına və poemanın müəllifinə yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏLİ BƏY AZƏRİNİN HEKAYƏSİ

BİR XURMA HALALLIĞI
(hekayə)

Onun ölüm xəbəri bir anın içində bütün ölkəyə yayıldı. Acı xəbər elə belə olur, dünyanın o başında baş versə belə, simsiz xətlə hər yana yayılar. Mən də internetdən oxudum. Saytlardan çoxu elə belə də yazmışdı: “Metro Nağı dünyasını dəyişdi”. Son iyirmi ildə hamı onu bu adla tanıyırdı. Adam rəhbərlik etdiyi idarənin adını dəyişdirib “Yeraltı Nəqliyyat Agentliyi” qoydursa da adamlar elə köhnə qayda ilə “Metro” deyirdilər. Havayı deyildi, adam yeraltı dünyanın padşahı kimi ad-san qazanmışdı.
Mollalar, müşteyiblər ölümə hər vaxt tərif yağdırıblar, ona min bir rəngdən bərq vuran gözəl libas geyindiriblər. Guya dünya fani dünyadı, axirət əbədidi, cənnət-məkandı. Heç vaxt onların dediklərinə inanmamışam, çünki onlar özləri də öz dediklərinə inanmırlar. Ölüm yaxşı şey olsaydı, elə həmin mollalar, müşteyiblər ayaqlarını uzadıb hamıdan əvvəl ölər, cənnətin ən yaxşı guşəsində özlərinə yer tutar, ölümün nə qədər gözəl olduğunu nümunə kimi göstərərdilər, day uzun-uzadı moizə oxuyub camaatın baş-beynini aparmazdılar.
Əlqərəz, mənim dünyamda ölüm ən pis şeydir, bundan o tərəfi yoxdur. Heç qatı düşmənimə də ölüm arzulamamışam. Düzdür, Nağının ölümünün mənə heç bir dəxli yoxdur, ancaq yenə də… onun ölməsini də istəməzdim. Adamdı də, yaşayırdı özü üçün, kimin yerini dar eləyirdi?
Hərçənd ki, ondan zəhləm gedirdi. Pəhləvan boyda yekəpər adam bir cılız əməliylə gözümdən necə düşmüşdüsə, deyirdim iti görüm, qurdu görüm, onu görməyim.
Nağının çox ləqəbi vardı, hamısını da işlədiyi dövrdə özü qazanmışdı; əməliylə, davranışıyla. İşi ilə bağlı “Metro Nağı” deyənlər daha çox idi. Çünki yeni qazandığı ləqəblər əsas ləqəbini üstələyə bilmirdi. Özünü aqressiv aparırdı, hamıya qarşı yekəxanalıq edirdi. Harda olduğunun fərqinə varmazdı, ağzına gələni danışardı, baxmazdı ki, ona yeddi yerdən kamera tuşlanıb, ya fəhlələrinin arasındadır. Kimsə ucadan nə soruşmuşdusa, Nağı onun üstünə çəmkirmişdi: “Ordan eşşək kimi anqırma!” Elə o gündən ayamalarının üstünə birini də yapışdırmışdılar: Gönüqalın.
Tanıyanlar and içib danışardılar ki, Bakıya gələndə şalvarında yamaq olub. Ayağındakı ayaqqabının bir dabanı böyrü üstə yeyilib padoşa dirənibmiş. Hansı çəkməçiyə gedirmiş, düzəltdirə bilmirmiş. O üzdən qıçını çəkirmiş, bəlkə də anadangəlmə axsaxlığı varıymış. Sonradan qazandığı var-dövlət şalvarını, quruyub çarığa dönmüş ayaqqabısını dəyişdiyi kimi axsaxlığını da tarazlayıb.
Ekranda görünməyə elə aludə olmuşdu ki, günaşırı efirə çıxmayanda sıxılırdı. Bir gün hansısa hadisəylə bağlı televiziyalara müsahibə verəndə aralıda duranlardan hansınınsa sualını eşitməmişdi. “Orda arı kimi nə vızıldayırsan? Aydın danış görüm, nə deyirsən?” Elə həmin gündən ayamalarının böyrünə birini də yapışdırmışdılar: Vızvız Nağı.
İndi Nağı ölmüşdü. Yəqin ki, onunla bərabər bütün ləqəbləri, ayamaları da ölüb gedəcəkdi, amma əməlləri heç vaxt unudulmayacaqdı.
Biz tərəflərdə ölənə halallıq verirdilər. Deyirdilər, qoy Allahın ona yazığı gəlsin, qəbir əzabı verməsin. Qəbir əzabının necə olduğunu bilməsək də, hamımız kor-təbii mollanın bu məsləhətinə əməl edirdik.
Nağının ölüm xəbərini eşidən kimi ilk yadıma düşən bu oldu. Dərhal internetə baş çəkib maraqlandım. Bir az gecikmişdim. Nağını məsciddə yuyub, kəfənləylib aparıb bahalı qəbiristanlıqların birində dəfn eləmişdilər. Gərəkdi ki, məsciddə meyid namazı qılıb cənazəni yerdən qaqldıranda halallıq verəsən. Hərçənd ki, gecikmişdim, ancaq bu mənim günahım deyildi. Xəbər mənə gec gəlib çatmışdı. Halallıq verməyə də bilərdim. Ancaq bunu vicdanım qəbul etmirdi, vicdanım təmiz olsun, ruhum saflaşsın deyə eləyirdim. O, özünü gönüqalınlığa qoymuşdu, bəs mənə nə olmuşdu? Mən öz rahatçılığım üçün halallıq vermək istəyirdim. Milyonlar səltənətində üzən Nağı mənə olan iyirmi manat borcunu ödəmədən ölmüşdü.
Hüzr yerinin harada keçiriləcəyini təxmin etsəm də yanılmamışdım. Belə böyük çinli adamların ehsanını yalnız Baba məscidində keçirirdilər. Baba məscidi şəhərin ən böyük ibadətgahıydı. Əzəmətinə görə İslam dünyasının ən böyük altı məscidindən biri sayılırdı. Orda da ehsan zalları müxtəlif idi, yəni yüksək çinli rəhmətliklərin də öz aralarında böyük-kiçikliyi müəyyənləşdirilirdi. Baba məscidinin ən böyük zalı üçüncü mərtəbədə yerləşirdi, adına “pravitelstvennıy” deyirdilər.
Mən rəhmətliyin “üç-yeddi” mərasiminə gəlib çatanda məscidin qabağı maşın saxlamağa yer qalmamışdı. Qara bahalı maşınlar yolun hər iki hərəkət zolağı üzrə sağ tərəfdə ard-arda düzülmüşdü. Qapının giriş hissəsi adamla doluydu. Dayanıb siqaret çəkənlər, kimisə gözləyənlər və dəstə-dəstə gəlib içəri keçənlər bir-birinə qarışmışdı.
Gələnlərə qoşulub içəri keçən kimi əvvəlcə dəhlizdəkilərə göz gəzdirdim. Adamlar arasında tanıdığım biri görünmürdü. Başımı qaldırıb liftin üstündə asılmış monitor-lövhəyə baxdım. Metro Nağının ehsanının üçüncü mərtəbədə “böyük zal”da verildiyi yazılmışdı. Liftin qabağında basabas idi deyə gözləmədim, pilləkənlə yuxarı qalxmalı oldum. Foyedə aşağıdakından da çox adam vardı. Elə bil şəhərin cəmi bekarlarını haylayıb bura tökmüşdülər. Üzlərdə kədərdən, qəm-qüssədən əsər-əlamət görünmürdü. Sanki hamı ehsan yeməyə gəlmişdi. Ha göz gəzdirdim ki, rəhmətliyin oxşarlarından kimisə tapıb başsağlığı verəm, belə birini görmədim. Adamlara qoşulub içəri keçdim. Sağ və sol tərəflərdəki pəncərələrin önündəki cərgələrdən başqa bütün yerlər tutulmuşdu. Sağ tərəf həmişə parlament üzvləri və böyük vəzifəlilər üçün saxlanılırdı, ora mənlik deyildi. Yavaş-yavaş sol tərəfə irəlilədim. Münasib bir yerdə oturacaqdım. Fikrim ehsanı gözləmək deyildi. Eləcə cay gətirsəydilər bircə xurma ilə ikicə qurtum çay içib, mollanın fatihəsini dinləyib, iyirmi manatın halallığını verib ruhən rahatlanacaq və çıxıb gedəcəkdim.
Belə bir yer tapıb əyləşdim. Ətrafımda oturanlardan heç kimi tanımırdım. Hərə öz işindəydi. Çay içir, noğul, bahalı xurma yeyir, söhbətləşirdilər. Ha gözlədimsə də çay gətirib mənim qabağıma qoyan olmadı. Masaların arası ilə podnos gəzdirənə iki dəfə işarə etsəm də getdi, qayıtmadı. Elə bil, mollanın da başı nəyəsə qarışmışdı, gəlib-gedənlərə rəğmən fatihə vermirdi. Lap dilxor oldum. Birdən gözüm su butulkalarına sataşdı. Neynək, çay olmasın, su olsun, dedim. Su daha yaxşı deyilmi? Həm cana faydalıdır, həm də çaya nisbətən daha safdır. Əlimi uzadıb üstünə “qazsız” yazılmış butulkanı götürdüm, qapağını burub açdım. Stəkanı yarıya qədər doldurdum. Qarşımdakı bahalı xurmadan götürmək istəyirdim ki, telefonuma zəng gəldi. Telefonumu cibimdən çıxardıb baxdım. Nömrə tanış deyildi. Adətən, belə hallar olanda tanış nömrələrdən zəng gələndə “yox” düyməsini basıram. Mənimlə telefon vasitəsiylə əlaqə saxlayanların əksəriyyəti başa düşür ki, danışmaq imkanım yoxdur. İmkan yaranan kimi özüm zəng vuracağam. Ancaq tanış olmayan nömrəyə dərhal cavab verməliyəm, bəlkə, nəsə çox vacib bir iş var. Odur ki, yaşıl düyməni basıb telefonu qulağıma yaxınlaşdırdım.
-Bəli! – Astadan dilləndim. – Hüzr yerindəyəm. Buyurun, sözünüzü deyin.
-Nə hüzr? – Salamsız-kəlamsız xəttin o başındakı həyəcanlandı, sualla sözə başladı.
Xaliqin səsini dərhal tanıdım. Amma onun Azərbaycanda olduğu məni karıxdırdı. Xaliq Azadi yazıçı, şair dostumdu, Rusiyada yaşayır. Onunla əlaqəmiz internet üzərindən hərdənbir olur. İldə bir, ya iki ildə bir dəfə Bakıya gələndən-gələnə görüşürük. İnana bilmədim ki, o, xəbərsiz-ətərsiz Bakıya gəlib. Gəlməmişdən əvvəl həmişə xəbər eliyərdi. Odur ki, hər ehtimala qarşı dəqiqləşdirmək istədim.
-Xaliq, sənsən?
-Həə…
-Hardasan?
-Biləcəridəyəm. – dedi. – Avtovağzala gedirəm. İmkan varsa, görüşərdik.
-Əlbəttə, görüşək. Sən min metroya, gəl “Nəsimi”yə, geri – parka tərəf çıxışda gözləyəcəyəm.
Dərhal ayağa durub zaldan çıxdım. Yüyrək addımlarla metronun çıxışına tərəf yollandım. Sısqa yağış yağırdı. Adamlar dəstə-dəstə qarşıma gəlirdilər. Mənə elə gəlirdi ki, hamısı “Metro Nağı”nın hüzür məclisində iştirak etmək üçün tələsir.
Deməli, mən də bura gəlməkdə düz iş görmüşəm. “Metro Nağı” heç də mən düşündüyüm kimi pis adam deyilmiş. Əgər bu qədər adam onun ölümünə üzülür, ehsanından dadıb halallıq verməyə gəlirsə, deməli, o buna layiqdi. Həm də hər adamın hüzüründə sısqa yağış yağmır. Buna da deyirlər adam imam övladıymış ki, onun matəmində göylər də ağlaşma qurarmış.
Təxminən yarım saatdan sonra Xaliq gəldi. Görüşdük. Hal-əhval tutan kimi maraqlandı:
-Nə hüzr? Kim rəhmətə gedib?
-Metro Nağı.
Başını buladı, yəni, heç nə başa düşmədi.
-Bunun sənə nə dəxli var? – dedi. – Uzaq qohumundu?
-Uzun məsələdi. – dedim. – Danışsam, vaxtımız gedəcək. Gəl, gedək məscidə, yolda danışaram.
Razılaşdı. Üzü məscidə tərəf yol aldıq. Yağış güclənmişdi. İslansaq da yolumuzdan qalmadıq, gedirdik. Xaliq də xasiyyətimi bilirdi, bir şey ki, beynimə girdi, onu yerinə yetirməyincə rahatlıq tapan deyildim. Odur ki, yolumuzu gedə-gedə ucundan-qulağından əhvalatı danışmağa başladım.
Bu, necə olmuşdu?
Bir dəfə şair Bəydadaş Cəfərli ilə metronun “Elmlər” stansiyasından çıxıb üzü o tərəfə gedirdik. Binanın tinini təzəcə keçmişdik ki, Bəydadaş dönüb sağa tərəf baxdı. Qeyri-ixtiyari mən də o tərəfə çöndüm. Bizdən on-on beş addım aralıda, binanın yan giriş qapısının ağzında beş-altı nəfər aypara kimi dairəvi dayanıb söhbət edirdi.
-Nağı müəllim. – Bəydadaş astadan sevincək dilləndi, adamın adını elə əziz səsləndirdi ki, elə bildim uzun müddət üzünü görmədiyi hansısa doğmasını tapıb.
-Kim? – Mən də astadan dəqiqləşdirmək istədim.
-Nağı müəllim də, Nağı müəllim, Metro Nağı…
Bəydadaş tələm-tələsik bunları deyib adamlara tərəf şütüdü. Ani olaraq Metro Nağını indi gördüm. Adam o birilərdən seçilirdi, pəhləvan-fil boydaydı, özü də pilləkəndə durmuşdu deyə o birilərdən iki-üç baş yuxarıda görünürdü. Geri qalmayım deyə mən də Bəydadaşın dalınca yeyin addımlarla yüyürdüm.
-Nağı müəllim, salam. Xoş gördük. – Bəydadaş çatan kimi Metro Nağını salamladı, adamları aralayıb irəli keçdi, ona əl uzatdı.
Metro Nağı onun salamını aldı. Əl tutduqları anda Bəydadaş o biri əli ilə çantasından bir kitab çıxartdı, şəstlə Metro Nağıya uzatdı. Mən həmişə Bəydadaşın çevikliyinə həsəd aparırdım. İndi də o, adamlara tərəf gedə-gedə yolda çantasının sepini açmışdı deyə kitabını ordan cəldliklə çıxartdı. Mən isə adamların bir addımlığında dayanıb bunları müşahidə edirdim.
Metro Nağı kitabı Bəydadaşdan aldı və diqqətlə üz qabığına baxmağa başladı.
-Didaktikadı. Yeni seriyadı. Son şeirlərimdi. Bəziləri müsabiqələrdə qalib çıxıb. Mahnı bəstələndikləri də var. Bir neçəsi özbək dilinə tərcümə olunub.
Nağı müəllim baxır, Bəydadaş isə dəyirman daşı kimi üyüdüb tökürdü. Mən belə halla birinci dəfə rastlaşdığımdan bilmirdim neyləyim. Metro Nağının əhatəsində olan adamlar da susmuşdular. Danışan təkcə Bəydadaş idi. O da sanki tanışlıq yox, hesabat verirdi.
Nağı bir xeyli kitaba baxandan sonra başını yuxarı qaldırıb mənə baxdı. İlahi, bu, nə baxışlar idi? Pələngdimi, şirdimi, aslandımı? Onun baxışlarında mən şikarını parçalamağa hazırlaşan ən böyük yırtıcını gördüm. Canıma əsməcə düşdü, dedim bu dəqiqə üstümə cumacaq, nə hirsi-hikkəsi var, tökəcək üstümə. Axı mən neyləmişdim?
-Sən niyə orda dayanıb gözünü döyürsən? – Birdən səsini ucaltdı.
-Məən? – Çaşıb qaldım.
-Yox, mən. – İstehza ilə güldü. – Əlbəttə, sən.
-Mən nə etməliyəm ki?
-Şair deyilsən? Yoxsa sənin kitabın çıxmayıb hələ?
Bəydadaşa nə vardı. Yüz şeiri toplayıb bir kitab çıxardırdı. Mən isə… bir povesti ərsəyə gətirənə kimi altı ay keçirdi. Tamamlanmamış əsərlərim olsa da ikinci kitabım təzə çıxmışdı. Bir az da borc götürüb cildini qalın elətdirmişdim ki, samballı görünsün. Bəzən buna görə Bəydadaşla mübahisəmiz düşürdü. Mən deyirdim, kıtabın üzü də möhtəşəm olmalıdı, oxucunu cəlb eləməlidi ki, alıb oxusun. Bəydadaş isə deyirdi ki, əsas kitabın içindəkilərdi, üzü adi kartondan da hazırlana bilər. İndi Metro Nağının ancaq kitabın üzünə baxması, heç içini açıb göz gəzdirməməsi fikrimdə yanılmadığımı göstərirdi.
-Çıxıb. – Özümü cəmləşdirib cavab verdim. – İkinci kitabım çıxıb – povestlər kitabım.
-Bəs birinci nə idi? – Ciddi, ya qeyri-ciddi soruşduğunu anlamadım, adamın qeyri-təbii kobud danışıq tərzi vardı.
-Hekayələr.
Gördüm ki, Metro Nağı müştəri kimi gözləyir, mən də çantamdan kitabımı çıxardıb ona uzatdım. O, kitabın çəkisini müəyyənləşdirirmiş kimi düz açılmış əlinin içində saxlayıb baxdı. İki yüz iyirmi dörd səhifəli kitabın qalınlığını, ağırlığını dəqiqləşdirəndən sonra:
-Samballı kitaba oxşayır. – dedi.
Onun bu sözü məni bir az ürəkləndirdi. Dədəsi təzə oyuncaq almış sadəlöhv uşaq kimi sevindim.
-Çox sağ olun. Təşəkkür edirəm. – dedim.
Metro Nağı kitabların ikisini də yanındakı adamlardan birinə verdi.
-Bunları qaldır yuxarı. – dedi. – Ver katibəyə, qoysun stolumun üstünə.
-Baş üstə.
Həmin adam kitabları alıb getdi. Metro Nağı indi də üzünü bizə tutdu:
-Uşaqlar, indi vaxtım yoxdur, iclasa getməliyəm. – Elə beləcə də dedi. – Sizin kitabları götürdüm. Baxacam. Birinci gün gələrsiniz, söhbətləşərik. Həm kitablarınız barədə fikrimi bildirərəm, həm də pulunu ödəyərəm. Bəri başdan deyirəm ki, inciməyəsiniz. Çoxa imkanım yoxdu, hərənizə iyirmicə manat pul verəcəyəm.
“İyirmi manat – bir kitab üçün yaxşı puldu, Allah bərəkət versin”, deyə özlüyümdə düşündüm. Ancaq bu pul Metro Nağı üçün nə pul idi?
-Onda qapıya tapşırın, gələndə bizi sizin yanınıza buraxsınlar. – Bəydadaş hər ehtimala qarşı xatırlatdı.
Heç nə başa düşmədim. Necə yəni qapıya tapşırın? Bəyəm burda onun sözünü yerinə yetirməyən də ola bilər?
-Eşitdin də… – Metro Nağı başını çevirib yanındakına qıyqacı baxdı, ucadan səsləndi.
Qapının ağzında dimdik dayanıb söhbətimizi dinləyən arıq, sısqa, şəvərək mühafizə polisinin əməkdaşı bir addım bizə tərəf gəldi.
-Bəli.
-Yaxşı bax ki, gələndə tanıyasan. Bunların əvəzinə başqalarını yanıma buraxarsan, gəlib zəhləmi tökərlər. Bax ha…
-Baş üstə.
-İndi arxayın gedə bilərsiniz. – Bunu da bizə dedi.
Sevinə-sevinə ordan uzaqlaşdıq. Havayı deyildi, Metro Nağı kitablarımızı götürmüşdü, özü də hərəmizə on kitabın pulunu ödəyəcəkdi. İyirmi manat bizim üçün böyük məbləğ idi.
…Birinci gün metronun çıxışında Bəydadaşla görüşdük. İlk dəfəydi ki, onu belə sevincək görürdüm. Qəşəng geyinmişdi, qalstuk da bağlamışdı. Necə deyərlər, sifətindən görünürdü ki, kefi yüz biri vurur. Qısa hal-əhval tutub “Yeraltı Nəqliyyat Agentliyi”nin baş ofisinə yollandıq. Giriş qapısında bizi o günkü polis nəfəri – idarənin mühafizəçisi qarşıladı.
-Ooo, Qəhrəmanov, xoş gördük.
Bəydadaş xoş aura ilə onu salamladı, hətta elə mehriban görüşdü ki, elə bildim on ilin tanışlarıdı. Diqqətlə baxdım ki, birdən mən də tanımış olaram. Gördüm o günkü polisdir – Metro Nağı bizi tapşırdığı mühafizəçi.
-Siz hər gün burda növbədə olursunuz? – Salamlaşdıqdan sonra bunu da mən soruşdum.
-Yox. – Mühafizə polisi soyuqqanlılıqla cavab verdi.
-Həə, işlər necədir? – Bəydadaş hal-əhval tutmanı bir az da uzatdı. – Keçə bilərikmi?
-Yox.
-Niyə? Nəsə olub?
-Heç nə olmayıb.
-Bəs onda niyə keçə bilmərik? – Bəydadaş ciddiləşdi. – Nağı müəllim işə gəlməyib?
-Bilmirəm.
-Sən necə mühafizəçisən ki, müdirin işə gəlib-gəlmədiyini bilmirsən? – Mən müdaxilə etdim.
-Bunun sizə heç bir dəxli yoxdur.
-Necə yoxdur? – Ciddiləşdim. – Sən burda Nağı müəllimin tabeçiliyində deyilsən? Adam beşinci gün beş-altı nəfərin yanında sənə tapşırmadı ki, biz gələndə onun yanına buraxasan?
-Tapşırdı.
-Bəs onda niyə buraxmırsan?
-Olmaz.
-Onda, heç olmasa, gəldiyimizi xəbər ver.
-Olmaz.
Daş qayaya rast gəlmişdi. Qalmışdıq bir dilbilməz polis nəfərinin əlində. Sol əlimi yumub sağ əlimlə bir neçə dəfə onun üzərinə vurdum. Hirsimdən bilmirdim neyləyim. Necə yəni olmaz? O boyda – fil boyda, lap elə camaatın dediyi kimi, lənət sənə kor şeytan, yenə deyəcəkdim, pəhləvan boyda müdir bu qanmaza – dilbilməzə qəti tapşırmışdı, özü də beş-altı nəfər işçisinin yanında… Deməli, cüllüt boyda polis nəfəri ölkədə məşhur olan fil boyda Metro Nağını saymır. Neylək! Gözləyək, özü ilə görüşəndə deyərik.
Bəydadaş bir neçə dəfə cəhd göstərsə də, alınmadı. Adama bir siqaret yandırıb çölə çıxdıq. Həyətdə var-gəl edə-edə siqaretimizi çəkdik. Qayıdıb bir də cəhd göstərdik. İş alınmayanda alınmır. Qanmaz göyə daş atıb başını altına tutmuşdu.
-Siz nə dilbilməz adamlarsınız. – Qabaqdangələnlik edib bizi günahkar çıxartdı. – Mənə qəti tapşırıblar ki, Nağı müəllimin yanına heç kimi buraxmayım. Heç kimin gəlməyini xəbər verməyim. Başa düşdünüzzzz…
Onun qəzəbləndiyini görüb sakitləşdik.
-Yaxşı, bəs onda sən niyə burda durursan? – Soruşduq.
-Elə buna görə…
-Nəyə görə?
-Ona görə ki, sizin kimi dilbilməz adamlar gəlib soruşsunlar.
Yenidən həyətə çıxıb siqaret yandırdıq. Siqaret çəkə-çəkə məsləhətləşib qərara aldıq ki, gözləyək. “Öldü var, döndü yoxdu”, dedik. Əlbət, nahara çıxacaqdı. Onda bizi görüb mühafizəçi polisin üzünə tüpürməzdimi? Deməzdimi, ay qanmaz, bəs mən sənə o günü Azərbaycan dilində tapşırmadım ki, bu yoldaşlar gələndə burax?
Nə isə…
Siqaretlərimizi tüstülədə-tüstülədə gözlədik.
Nahar vaxtı gəlib çatdı. Metro Nağı idarədən çıxmadı. Dedik, müdir adamdır, yəqin əlində işi var, bir az gec nahara çıxsa, dünya dağılmayacaq ki…
Gözlədik.
Nahar vaxtı qurtardı. Metro Nağıdan bir xəbər çıxmadı.
İkimizin də qanı qaralmışdı. Qanımız it qanına dönmüşdü. Bəydadaş nəyə görə gözləyirdi, deyə bilmərəm, mən prinsipə görə burda durmuşdum. Biz axı Nağıdan heç nə xahiş eləmədik. O, özü dedi hər şeyi. Demisən, indi də dur sözünün üstündə. Kişi deyilsən? Dünyanın milyonunu basıb yeyirsən, iyirmi manatdan ötrü qaçıb gizlənəcəksən? Buna el-aləm nə deyər? Cəmdəyinə tüpürməzlərmi, ay… bəsmənkəsdən əmələ gələn… İnanmağım gəlmirdi. Kimə desəydin, inanmazdı.
Axşam düşdü. İşçilər iki-bir, üç-bir çıxıb getdilər. Onların arasında bizi görüb-tanıyan da oldu, üç gün əvvəl Nağının yanında olanlardı, baxıb qımışdılar, heç nə demədən ağızlarını büzüb keçib getdilər. Neynək.
-Gedək, Bəydadaş. – deyə təklif etdim.
-Bütün günü gözləmişik. – deyib etiraz etdi. – Bir az da gözləyək. Gecəni idarədə qalası deyil ki. əlbət bir azdan çıxar.
-Görünür, başqa qapıdan çıxıb gedib. Burda heç onu gözləyən xidməti maşını da yoxdur.
-Maşına nə var. Zəng vuran kimi gələcək.
Yenə də mühafizəçi polisə yaxınlaşdım.
-Allahın, imanın olsun. Heç olmasa bir söz denən. Nağı müəllim burdadır, ya çıxıb gedib?
-Bilmirəm.
-Gəl, gedək. – Bəydadaşa təklif etdim.
-Mən sənə deyirəm ki, Nağı müəllimin bizim burda gözləməyimizdən xəbəri olmadı. – Bəydadaş dirəşdi.
-Ətraf kamera ilə doludur. Niyə heç kim gəlib bizimlə maraqlanmadı?
Nəhayət, Bəydadaşı inandıra bildim. Çıxıb getdik.
-Sabah dünya dağılsa da, səni Nağı müəllimlə görüşdürəcəm.
Ayrılanda bunu Bəydadaşa dedim. Uşaq kimi sevindi. Gözləri parıldadı.
-Harda? Necə? – Maraqla soruşdu.
-Qoy, bu gecə kəşfiyyatım işləsin…
Ertəsi gün Bəydadaşla görüşəndə günün ikinci yarısıydı. Hətta günortadan da iki saat keçmişdi.
-Noldu, bir şey öyrənə bildin? – Bəydadaş səbrsizliklə soruşdu.
-Sən bilirdin ki, “Yeraltı Nəqliyyat Agentliyi” də komitə, nazirliklər kimi böyük bir müəssisədir?
-Eee, mənə qaravəlli danışma, de görüm bir şey öyrənə bildin? – Zəndlə onun gözlərinə baxdığımı görüb əlavə etdi. – Heç bunun dəxli var?
-Əlbəttə var. – dedim. – Bunun dəxli odur ki, bina bütövlükdə onlara məxsusdu. Binanın müxtəlif mərtəbələrində idarə rəisləri, şöbə müdirləri, mühəndislər işləyir. Onlar Nağının qəbuluna gəlib-gedirlər.
-Həə… Nolsun?
-O olsun ki, onlar Nağının yanına hansı yolla gəlib-gedirlərsə, biz də o yolla gedəcəyik.
Bəydadaş duruxdu. Heç nə anlamadı. Başını bulayaraq:
-Sən bircə məni onun yanına apar, gerisi mənlikdi. – dedi.
-Onda ardımca gəl. – deyib qabağa düşdüm.
Binanın əks tərəfində yuxarı başda ikinci giriş qapısı vardı. Öyrəndiyimə görə, əksər işçi heyət ordan girib-çıxırdı. Həmin girişə gəldik. Burda da mühafizəçi dayanmışdı, amma polis deyildi.
Dərhal əlimi uzadıb salamlaşdım, ağzını açmağa imkan vermədim.
-Biz layihə institutundan gəlmişik. – dedim. – Bəzi çertyojlarla tanış olmalıyıq.
-Hə, başa düşdüm. – Mühafizəçi gülümsəyərək cavab verdi. – Yəqin Vaqif müəllimin yanına gəlmisiniz.
Vaqif müəllimin adını birinci dəfəydi eşidirdim. Görünür, o da burda böyük adamdır, layihə-çertyoj işlərinə rəhbərlik edir. Özümü o yerə qoymadım, tanımadığımı büruzə verib özümü yandıra bilməzdim.
-Fərq eləməz. – Soyuqqanlılıqla dedim. – Mühəndislərdən kim olsa, onunla da görüşüb baxa bilərik.
-Gərək bağışlayasınız, lift işləmir, pilləkənlərlə dördüncü mərtəbəyə qalxacaqsınız.
-Olsun.
Mühafizəçinin yanından keçib pilləkənlərlə yuxarı qalxdıq. Bəydadaş özünü gülməkdən güclə saxlayırdı, burnunu birtəhər tutub durmuşdu. İkinci mərtəbəni keçəndə pıkkıldadı:
-Layihə institutu… çertyojlar…
-Təmkinli ol. İndi görəcəm Nağı ilə necə görüşəcəksən. O günü dil-dil ötürdün…
-Sən narahat olma. – dedi. – Bircə məni onun yanına apar.
Dördüncü mərtəbəni o baş-bu başa addımladıq, bu baş-o başa. Dəhlizin o başındakı liftin düyməsini basdıq, açılmadı. Pilləkəni axtarıb tapdıq, qapısı bağlı idi. İşçilərə, mühəndislərə bir şey deyə bilməzdik. Məqam axtarırdıq ki, hardansa peyda olan xadimə zibil kisəsini gətirib liftin ağzında yerə qoydu. Xalatının cibindən kart çıxardıb liftin böyründəki qurğuya söykədi və düyməni basdı. Heç bir dəqiqə keçməmiş lift gəldi, qapısı açıldı. Cəld yaxınlaşıb zibil kisəsindən yapışıb liftə keçdim. Xadimə duruxdu.
-Sizə olmaz. – dedi.
-Narahat olmayın. – Tələsik ovcumda büküb saxladığım təzə manatlığı xalatının cibinə basdım. – Biz layihə institutundanıq.
Xadimə liftin düyməsini basdı. Lift bizi binanın zirzəmisinə düşürdü.
-Bizə ikinci mərtəbə lazım idi. – Astadan dedim.
Xadimə zibil kisəsini götürüb çıxandan sonra yenidən kartını qurğuya yaxınlaşdırdı və liftin iki düyməsini basdı.
-Siz məni görməmisiniz, mən də sizi. – Deyərək çıxıb getdi.
Lift bizi ikinci mərtəbəyə qaldırdı. Dəhlizlə irəlilədik. “Qəbul otağı” yazılmış qapının önündə dayandım. Astadan pıçıldadım.
-Burdan o yana sənlikdir, Bəydadaş.
-Necə?
-Katibə bizim qabağımızı kəsə bilər. İçəri girən kimi ikinci qapını açırsan, keçirik Nağı müəllimin yanına. Özün bilirsən necə hərəkət etmək lazımdır.
Nəfəsimizi dərib həyəcanımızı keçirtdik. Bəydadaş qabağa düşdü. Qapını elə dartdı ki, dedim qulpu əlində qalacaq. Katibənin oturduğu “Qəbul otağı”na keçdik. Metro Nağının özünə bab yekəpər katibəsi vardı. Bizi görcək katibə dimdik ayağa durdu. Hiss elədim ki, ərəbzəngi kimi qabağımızı kəsmək istəyir. Ani məqamda dayanmış Bəydadaşı irəli itələdim. Özüm isə katibəylə mehribancasına salamlaşdım.
-Siz kimsiniz? – deyə soruşdu.
-Nağı müəllim özü bilir, – dedim, – bizi gözləyir.
-Gözləyin, heç olmasa məlumat verim, – deyən katibə dərhal telefonun düyməsini basdı, zingiltidən bildim.
-Ehtiyac yoxdur, – deyəndə Bəydadaş artıq rəisin otağının qapısını açıb içəri keçirdi.
Mən də Bəydadaşın ardınca otağa girdim və arxamca qapını bağladım. Biz otağa girəndə Metro Nağı ayaq üstəydi. Hirslə əl-qolunu ölçə-ölçə üstümüzə gəlirdi. Lap xortumunu yelləyib nərildəyən fil kimi gəlirdi, qollarının hər biri bir fil xortumu boydaydı. Dedim bu dəqiqə hər qolunu birimizin belinə dolayıb ikinci mərtəbənin pəncərəsindən asfalta tolazlayacaq. Asfalta dəyib pendir, şor motalı kimi küçəyə dağılacağıq.
O günü fitil-fitil ötən Bəydadaş quruyub yerində qalmışdı. Nəsə eləmək lazımdı. Bir anın içində vəziyyəti dəyişə bilməsəydik, day heç nə… Allahın bizə verdiyi qələm… qələm neyləsin? Burda söz demək lazımdı. Sözü də qanana deyərlər.
Nəsə… özümü cəmləşdirdim.
-Xoş gördük, Nağı müəllim… – dedim.
-Siz kimsiniz? – Nağı bağırır, səsi divarlara dəyib əks-səda verərək üstümüzə gəlirdi.
-Bizik də… – Tanışlıq vermək istədim. – Beşinci gün kitablarımızı götürdünüz.
-Sizi kim buraxıb bura?
-Axı siz tapşırdınız…
-Mən indi o polis küçüyünü də qatacam sizə, dədənizi şəlləyəcəm dalınıza…
-Nağı müəllim… – ciddiləşdim. – Heç sizə yaraşarmı? Bu nə hoqqadır çıxarırsınız? Adam da iyirmi manatdan ötrü belə hoqqa çıxardar?
-Mən niyə sizə iyirmi manat verməliyəm? İyirmi manatım artıq olsa, öz yırtıq-deşiklərimdən birini yumaram, bəlkə iyirmi min yırtıq-deşiyim var.
Elə bu vaxt qapı açıldı və mühafizəçi polis içəri keçdi. Başqasıydı, dünənki, beşinci gün Nağı tapşırdığı adam deyildi.
-Hardasan, ay it küçüyü? – Nağı onun üstünə qışqırdı. – Sənə deməmişəm heç kimi içəri buraxma? Səni ora nəyə bağlamışam?
-Mən heç kimi burax…
-Kəs səsini, küçük. – Nağı ona sözünün gerisini deməyə imkan vermədi. – Hələ bunları çıxart çölə, sənin dədəni dalına şəlləməsəm, eşşəyin oğluyam.
Bunu deyib üçümüzü də süpürlədi, itələyib qapıdan çıxartdı.
…Mən bunları Xaliqə danışanda artıq məscidin içindəydik. Üçüncü mərtəbənin foyesində durub gözləyirdik ki, içəridən kimsə çıxar, biz onun yerinə keçərik. Foyedə bizim kimi gözləyənlər çox idi. Di gəl ki, içəridən heç kim çıxmırdı.
-Deyirəm, işin-gücün yoxdur e sənin. Düşmüsən qeyri-ciddi bir sözün dalına. – Xaliq narazılığını bildirdi. – Bayaqdan gedib bir yerdə rahat oturub çay da içmişdik, çörək də yemişdik. Hələ deyirsən doyunca söhbət də eləmişdik.
-Bilirsən, Xaliq, söz müqəddəsdir. Onu gərək qoruyaq, yerinə yetirək. Yerinə yetirməyənə başa salaq.
-Vallah, səndə bir qram ağıl yoxdu. Ölmüş adama necə başa salacaqsan?
-Mən öz ruhumu saflaşdırıram. Vicdanım qarşısında borcumdan çıxıram. Nolsun ki, o gönüqalınlıq elədi.
-Gəl, gəl, gedək. – dedi.
Bir də boylandım ki, görüm içəridəkilərdən ayağa durub çıxmaq istəyəni var, gördüm heç kim tərpənmir, hamı necə oturubsa, eləcə də oturub. Yeyən yeyənin, tıxan tıxanındı, Metro Nağının ehsanı müsibət gedirdi.
-Sənə deyirəm gəl də… – Əməlli-başlı dilxor olmuş Xaliq qolumdan tutub dartdı. – Görmürsən qurban olduğum onun halallığını qəbul eləmək istəmir. Nə dirəşmisən? Ağzında deyirsən…
Daha heç nə demədim. Sakitcə Xaliqin arxasınca getdim. Pilləkənləri düşəndə Xaliq dayandı.
-Bəs Bəydadaş nə dedi?
-Nəyə?
-Metro Nağının ölməyinə? –Xaliq bir az hirslənən kimi oldu və məni yamsıladı. – Nəyə? Nəyə? Elə bil yuxudasan, quruyub qalmısan. Bəydadaşın xəbəri yoxdu?
-Var. – Bu an elə bil üstümdən ağır yük götürüldü, yüngülləşdim, gözlərim işıqlandı. – Xəbər tutan kimi ona zəng vurdum. “Xəbərdən xəbərin var?” – deyə soruşdum. Xəbəri olduğunu dedi. Bura birlikdə gəlməyi təklif etdim. “Nə halallığı verəcəm, Allah vurmuşdu onu”, dedi. Gəlmədi.
Xaliq başını bulayıb yoluna davam etdi. Mən də onun ardınca getdim. Küçəyə çıxdıq. Çox pərişan idim. Bu cür saf niyyətim baş tutmamışdı, arzum ürəyimdə qalmışdı. Gedə-gedə elə hey onun qəbir əzabını düşünürdüm…
Yağış isə hələ də yağırdı, indi lap bərkitmişdi, leysana çevrilmişdi. Arabir göy guruldayırdı. Sanki göylər də Nağıya olan qəzəbini bu ehsan gününə saxlamışdı, camaata çatdırmaq istəyirdi.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

HEKAYƏ.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NÖVBƏTİ UĞURLU ADDIM

NÖVBƏTİ UĞURLU ADDIM

Azərbaycan və Özbək şairlərinin hər iki dildə çıxan antologiyasının daha bir təhsil ocağında təqdimatı keçirildi. Antologiya “Ədəbi və əbədi körpü” adlanır. Qalın üz qabığı, nəfis tərtibatla hazırlanan 336 səhifəlik kitab “Maarif” nəşriyyatı tərəfindən çap olunub. “İsmayıllı Yazarları Ədəbi İcyimai Birliyi” tərəfindən tərtib olunan antologiya Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun vəsaiti hesabına ərsəyə gəlib.
Özbək dilindəki şeirləri Azərbaycan dilinə Şahməmməd Dağlaroğlu, Azərbaycan dilindəki şeirləri Özbək dilinə Şəhla Qasımova tərcümə edib, uyğunlaşdırıb. Kitabın tərtibatçısı Büllur Məmmədovadır.
Kitaba Azərbaycan şairlərindən Maarif Soltanın, İbrahim İlyaslının, Adilə Nəzərin, Əkbər Qoşalının, Mövlud Teymurun, Şahməmməd Dağlaroğlunun, Murad Məhərrəmin, Turac Hilalın, Cəbrayıl Hüseynin, Rüstəm Məbudoğlunun, Mehriban İbrahimovanın, Özbək şairlərindən Abdulla Vəhşin, Münəvvər Osmanovanın, Mənzurə Bəxtiyarın, Sənubər Mehmanın, Nurxan Əlimirzəyevanın, Dilarəm Əbdürəhmanqızının, Gülzirə Şərifovanın, Nurbəy Babanəzərovun, Zilalə Xocaniyazovanın, İlham Nəbinin və Zilaləbanu Xalıqovanın şeirləri və qısa bibloqrafik məlumatları daxil edilmişdir.
Növbəti təqdimat tədbiri 17 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirildi. Tədbirdə “İsmayıllı Yazarları Ədəbi İctimai Birliyi”nin sədri şair Şahməmməd Dağlaroğlu, yazıçı Əli bəy Azəri, Büllur Məmmədova, Kollecin bir qrup müəllim və tələbə heyəti iştirak etdilər.
Şahməmməd Dağlaroğlu geniş məzmunda çıxış edərək tədbir iştirakçılarına layihə və onun ərsəyə gəlməsi barədə məlumat verdi, şeirlər səsləndirdi və tələbələrin suallarını cavablandırdı. Yazıçı Əli bəy Azəri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, onun inkişafından danışdı, hər iki qardaş xalqın tarixi köklərindən, yaxınlığından bəhs etdi.
Tələbələr arasından bir neçə nəfər şeirlər səsləndirdilər.

Kollecin müəllimi yekun sözü ilə çıxış etdi. Qiraətçi tələbələrə kitablar hədiyyə olundu.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

“Xarı bülbül” jurnalı, xoş gəldin!

“Xarı bülbül” jurnalı, xoş gəldin!

Ədəbi mühitdə yeni ədəbi hadisə baş verib.
“Xarı bülbül” adlı bədii-publisistik jurnalın ilk nömrəsi çapdan çıxıb. Bu barədə ictimaiyyəti jurnalın yaradıcısı şair Ziyadxan Budaq özü məlumatlandırıb.
Jurnalın yaranmasının ədəbi hadisə adlandırılması normal haldır. Son iyirmi ildə Azərbaycan ədəbi mühitində baş verən hadisələri müntəzəm izləyən bir adam kimi bunu qeyd edirəm.
Ziyadxan Budaq qabaqcıl təhsil işçisi kimi də cəmiyyətə tanışdır. Samballı poemalar müəllifidir. Ədəbi proseslərdə fəal iştirak edir. Yaradıcılığı məhsuldardır. Sözsüz ki, bu addımı atmaqda ədəbiyyata daha yaxından xidmət göstərməyə çalışacaq. Jurnalın ilk nömrəsində kifayət qədər istedadlı imzaların əsərlərini daxil edib. Eyni zamanda Ziyadxan Budaq özü də daxil olmaqla həmin istedadlı imzaların ədəbi tənqiddən kənarda qaldıqlarını da qeyd etməmək mümkünsüzdür. Bəlkə, Ziyadxan Budaq bu imzaları seçməklə onları ədəbi tənqidin nəzərinə çatdırmağa çalışır? Özü bunu belə qeyd edir: “Jurnalımızın ilk nömrəsində Azərbaycan oxucusuna imzaları yaxşı tanış olan qüdrətli qələm adamlarının şeir, hekayə və publisistik yazıları təqdim olunmuşdur”. Səbəb və məqsədini göstərməmişdir.
Son iyirmi ildə ədəbi mühitin inkişaf mənzərəsində müxtəlif jurnallar yaradılıb. Onlardan sonuncu yaranan və davamlı fəaliyyət göstərən “Yurd” (yaradıcısı Balayar Sadiq), “Xəzan” (yaradıcısı Əli bəy Azəri), “Yazarlar” (yaradıcısı Zaur Ustac) və “Ədəbi Ovqat” (yaradıcısı Rəfail Tağızadə) jurnallarıdır ki, davamlı olaraq fəaliyyət göstərirlər. Onlarla “ölü doğulan” jurnallar olub. Bir-iki nömrə çıxandan sonra fəaliyyətini dayandıranlar, çox güman ki, başqa zərurətdən və məqsədlə yaradılmışlardır.
Yeni jurnalın yaranması ədəbi proseslərdə təkcə imzaların deyil, həm də ədəbi jurnalların cəngindən xəbər verir. Bu da Azərbaycan ədəbi mühitinin güllü-gülüstana bənzədiyini xatırladır.
“Xarı bülbül” adı, məncə, təsadüfən seçilməyib. Ziyadxan Budaq kimi söz sərrafı musiqi beşiyi Şuşanın adı ilə yanaşı ədəbi rəmz kimi səslənən “Xarı bülbül”ün varlığından yaxşı məlumatlıdır. Yeni jurnalımızın qədəmləri uğurlu olsun!
05.10.2025, Bakı şəhəri

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vətən sərhədlərini “qoruyan” kitab – Kərim ŞÜKÜRLÜ       

Vətən sərhədlərini “qoruyan” kitab

Xüsusi istedadlar sırasından olan yazıçılıq, şairlik təkcə ilahi sevgi deyil. Bunu ilahi sevginin üstünə atmaq natamamlıq hesab olunar. Yazıçılıq həm də qeyri-adi səviyyədə yüksək təxəyyülün, təfəkkürün, elmi və bədii biliklərə sahib olmağın, ecazkar zövqün, dərin müşahidələr aparmağın nəticəsidir. Bir də arzu və istəkdən doğan məqsədinə çatmaq yolundakı iradi gücdən ibarətdir.

Yazıçı cəmiyyətə adi vaxtda deyə, çatdıra bilmədiyi fikirlərini bədii əsərlərində ifadə etməyə çalışır. Yazıçı publisistik yazılarında cəmiyyətin problemlərini işıqlandırmaqla dövlət idarəçiliyinə məsul şəxslərin nəzərinə çatdırırsa, bədii əsərlərində bu problemlərdən çıxış yollarını, böyüş zövqlə gözəl yaşayış və hərəkət təsvirlərini yaradır. Eyni zamanda cəmiyyətin özünə tərbiyəvi təsir göstərmiş olur. Yazıçı Əli bəy Azərinin əsərləri ilə tanışlıqdan sonra bir daha bu qənaətdə yanılmadığıma əmin oldum.

Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” kitabını oxudum. Povest və hekayələrdən ibarət kitab başdan-başa Azərbaycan sərhədçilərinin həyatından, onların gündəlik xidmətdə rastlaşdıqları ənənəvi çətinliklərdən, yerləşdikləri əraziyə uyğun olaraq üzləşdikləri təbiət hadisələrindən bəhs edir. Bu, yazıçının Azərbaycanın müxtəlif bölgələrdə yerləşdiyi sərhəd zolağını yaxşı tanımasının və sərhədçi həyatına yaxından bələd olmasının göstəricisidir. Əsərlərlə tanışlıqdan sonra adamda belə bir təsəvvür yaranır ki, yazıçı ömrünün bir hissəsini Azərbaycanın sərhədlərində xidmətdə keçirib. Yoxsa bu qədər yaxından tanışlıq onda haradan qaynaqlanır? Məncə, vətən sevgisinin və coğrafi biliklərin təsiri də özünü göstərməmiş deyildir.

Kitabda yazıçının hekayə adlandırdığı (mənə elə gəlir ki, bu onun təvazökarlığının göstəricisidir) əslində, onların hər biri ayrı-ayrılıqda povestdir, ən azından povest yüklü əsərlərdir. Mən onları ona görə povest adlandırmaq istəyirəm ki, onlar həm janr baxımından, həm də hadisələrin çoxluğuna, personajların sayına görə povestin tələblərinə cavab verən əsərlərdir.

Kitaba daxil edilmiş əsərlərin bədii mahiyyətini qeyd etməzdən əvvəl, məncə, yazıçının məharətinə nəzər salmaq daha düzgün olardı. Müstəqillik qazandığımız bu otuz dörd il ərzində mən doğma sərhədçilərimizin həyatından bəhs edən heç bir yazıçının bu qədər əsərinə rast gəlməmişəm. Bəlkə də yoxdur, yazılmayıb. Hər halda mənim qarşıma çıxmayıb. Əli bəy Azəri sərhədçilərə həsr etdiyi bu əsərlərində yazıçı məharətinin məziyyətlərindən maksimum bəhrələnməyə çalışıb və mənə elə gəlir ki, uğurla alınıb. O, sərhədçilərin peşə fəaliyyətini yerinə yetirərkən spesifik qaydalara riayət etməklə bərabər onların qarşılaşdığı iqlim şəraitini, coğrafi məkanı elə incəliklə təsvir edib ki, oxucu özünü əyani şəkildə sərhəd boyu tapşırıq yerinə yetirən sərhədçinin yanında təsvir edir. İstər dənizdə, istər çiskinli havada çay boyunca, istərsə də dağlıq ərazidə leysan yağışı altında olsun, ondan bir an ayrılmaq mümkün deyil. Yazıçı ustalığı sözün həqiqi mənasında istənilən əsər boyunca adamı heyrətləndirir.

Əli bəy Azəri ölkəmizin sərhədlərindəki hadisələri zamana uyğun olaraq – sülh şəraitində və 44 günlük Vətən müharibəsi dövründə ağır, keşməkeşli xidmət şəraitini bədii şəkildə təsvir edib. O, hər hansı uydurma məkan adları seçməyib, sərhədlərimizin keçdiyi əraziyə, coğrafi şəraitə uyğun adlar seçib. Çünki təsvir olunan əksər hadisələr tam dəqiqliyi ilə olmasa da uyğun şəkildə sərhədlərimizdə baş verir. Hadisələrin baş verdiyi məkanların konkret adlarla göstərilməsi və yazıçının həmin məkanlara yaxından bələd olması, keçən yolların, cığırların dəqiqliklə təsvirinin verilməsi əsərləri daha maraqlı edir və onları həyəcansız oxuyub keçmək mümkün deyil.

Əsərlərdən görünür ki, yazıçı həmin əraziləri dəqiqliklə tanıyır, dağına, dərəsinə, meşə örtüyünə, cığırına belə bələddir. Hadisələrin çoxu bədii təxəyyülün məhsulu olsa da məkanlar konkret göstərilib. Heç şübhə doğurmur ki, Əli bəy bu əsərlərin hər birini ayrı-ayrılıqda qələmə alarkən qeyd olunan əraziləri (xəyali də olsa) qarış-qarış gəzmiş, hadisələrin cərəyan etdiyi sərhəd bölgələrini dərindən öyrənmiş, sərhədçilərin həyatı ilə yaxından tanış olmuşdur.

Kitabda toplanmış əsərlərin hər biri ölkəmizin müxtəlif iqlim şəraitində yerləşən ayrı-ayrı sərhəd zastavalarında baş verən və sərhədçilərimizin taleyini, onların sərhədpozanlarla apardığı çətin və şərəfli mübarizənin fərqli bölgələrdə, müxtəlif şəraitdə əks etdirməklə, onların Vətən sevgisi ilə yanaşı bütün hiss və həyəcanı ilə şəxsi sevgilərini, valideyn, ana sevgisini də canlandırır. Bu sevgilər bir-birindən ayrılmazdır, bütövdür, hamısı Vətən sevgisi fonunda işıqlandırılıb.

Əsərlərin birində İranla sərhəddə narkotik qaçaqmalçılarla mübarizədə sərhədçilərimizin canfəşanlığı, ayıq-sayıqlığı təsvir olunursa, digərində Gürcüstan, yaxud Rusiya sərhəddində təxribatçılarla aparılan əməliyyat tətbirlərində sərhədçilərin sərvaxtlığı, iradə və dözümlülükləri, başqa birisində isə Ermənistanla sərhəddə döyüş zamanı sərhədçilərin cəsurluğu, igidliyi, qorxmazlığı; bütün hallarda sərhədçi şücaəti baş planda təsvir olunur. “Anama deyin, məni bağışlasın” əsəri bu qəbildən daha təsirlidir. Əsərin qəhrəmanı anasının onun hərbi məktəbdə oxuması, zabit pillələrində yüksələrək general olması istəyinin “əksinə” çıxaraq könüllü ərizə yazaraq hərbi məktəbdən ayrılır, döyüş bölgəsinə yollanır və ərazilərimizin düşmən tapdağından azad olunması uğrunda şərəfli müharibədə iştirak edir. Cəsurluq göstərir, vuruşur və şəhadətə yüksəlir. Son anda döyüşçü yoldaşlarına deyir ki, mən anamın istəklərini deyil, sevgili Vətənin azadlığını seçdim. Ana ilə övladın arzularından yekunda üzləşmiş faciə ustalıqla qələmə alınmışdır.

“Sərhədçi iti Buqamir” əsərində Əli bəy Azəri sərhədçilərlə birgə fəaliyyət göstərən, onlarla bərabər şəkildə düşmənlə, sərhəd pozucusu ilə mübarizə aparan, ən yaxın silahdaşları olan sərhədçi itlərini də unutmamışdır. Bu əsərdə sərhədçi iti obrazı formasında Buqamirin öz sahibinə sədaqəti sərhədçi itlərin müxtəlif situasiyalarda ayıq-sayıqlığı məharətlə işlənmişdir.

“Sevgi və borc” hekayəsi lirik-dramatik fonda yazılmış, məncə, hər bir azərbaycanlının arzuladığı hadisənin bədii formada təsviridir. Sərhəd Qoşunları Akademiyasını bitirib leytenant rütbəsində ucqar sərhəd zastavalarından birinə xidmətə yollanan Osmanov orada öz sevgilisinə qovuşur. Əsərdə cinayətkar sərhəd pozucusu Kor Müseyibin tutulmasında məktəblilərin sərhədçilərə yaxından göstərdiyi kömək təsvir olunur. Məktəbliləri “Sərhədçinin dostu” döş nişanı ilə təltif etmək üçün kənd məktəbinə gələn leytenant Osmanov orda bir vaxtlar aşiq olduğu, lakin çatdırıb ürəyini aça bilmədiyi qızla – müəllimə ilə qarşılaşır. Həmin qız universitetdə təhsil alarkən bir neçə dəfə sərhədçi kursantlarla mövzy müzakirəsində, disputlarda qarşılaşmış, yüksək savadı, mədəniyyəti və davranışı ilə onların diqqətini cəlb etmişdir. Qısa ünsiyyət zamanı Osmanovla isti münasibəti yaransa da sonralar əlaqə saxlaya bilməmişlər. Osmanov sərhədçi mərhumiyyətindən aşiq olduğu qızı axtarmağa macal tapmamışdır. Yazıçı müxtəlif maraqlı təhkiyələr qurmuş, əsəri dolğun, sevimli formada işləyib oxucuların hüzuruna çıxartmışdır.

Bir sözlə, “Mücrü” nəşriyyatı tərəfindən 2023-cü ilin dekabr ayında çap olunan, bir-birindən maraqlı süjetləri ilə seçilən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Məncə, məktəblilərin, sərhədçi ailələrinin, xüsusən də Sərhəd Qoşunları Akademiyasında təhsil alan kursant-müdavimlərin stolüstü kitabına çevriləcək gözəl bir kitabdır. Azərbaycan müstəqillik qazanandan ikinci belə bir kitab hazırlanmayıb.

Ədəbi tənqidin diqqətini çəkib-çəkməyib, dəyərləndirilib-dəyərləndirilməyib, deyə bilmərəm. Ancaq onu dəqiq bilirəm ki, Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” povest və hekayələr kitabı Azərbaycan sərhədlərini şanlı sərhədçilər qədər qoruyan kitabdır. Mən əmin olduğum kimi siz də əmin ola bilərsiniz.

Müəllif: Kərim ŞÜKÜRLÜ

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Zəngəzur yazarlarının Zəfər çələngi” işıq üzü görüb – təbrik

Nəhayət, kitab ünvanına yetişdi. Bu toplunun ərsəyə gəlməsində ən çox əməyi olan ZƏNGƏZUR cəmiyyətinin sədri dəyərli ziyalı HACI NƏRİMANOĞLUna dərin təşəkkürümü bildirirəm.
Toplu 44 günlük Vətən müharibəsində zəfərimizin beş illiyinə həsr olunub. Eyni zamanda bu il Zəngəzur cəmiyyətinin yaradılmasının 33 ili tamam olur. Hər ikisi əlamətdar hadisədir. Bu münasibətlə məxsusi olaraq zəngəzurluları təbrik edir, bütövlükdə cəmi azərbaycanlılara gözaydınlığı verirəm.
412 səhifəlik TOPLU “Fiyuzat” nəşriyyatı tərəfindən bu ilin iyun ayında çap olunub. Təqdimatı keçirilib və məhdud sayda çıxdığından əsasən ölkə kitabxanalarına paylanıb.
Topluya Zəngilan, Qubadlı, Cəbrayıl, Qafan, Meğri, Gorus, Sisian, Laçın və Kəlbəcər də daxil olmaqla doqquz rayondan olan qələm əhlinin yazı nümunələri, Zəngəzur haqda vacib məlumatlar salınmışdır.
Zəngilanlı qələm əhlindən aşağıda adları qeyd olunan imza sahiblərinin yazı nümunələri topluya daxil edilmişdir.
Mahir Cavadlı, Pənah Azəri, Xosrov Natil, Asya Əhmədova, Salam Cavadlı, Lalə İsmayıl, Vaqif Qüdrət, Aysel Nəsirzadə, Sona Əli, Bərxudar Səlimoğlu, Ruslan Bəhmənoğlu, Səadət Salmanqızı, Elvin Əlizadə, Ceyran Qurbanova, Elşad Hacıyev, Həsən Orucoğlu, Adil Həsənoğlu, Azad Qaradərəli, Ayaz İmranoğlu, Zəhra Səfəralıqızı, Tarverdi Abbasov, Çərkəz Nəsirli, Vüsalə Cəfərova, Vahid Məhərrəmov, Şəcahan Gün, Əli bəy Azəri, Nəsiman Yaqublu, Bayram Məmmədov, Lətif Babayev… cəmi 29 nəfər…
Kitabla M.F.Axundov adına Mərkəzi Kitabxanada və rayon kitabxanalarında tanış ola bilərsiniz.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Bəy Azəri yazır

“ŞƏLALƏ” FƏALİYYƏTİNİ DAYANDIRACAQMI?

Qaxdayam. Bölgələrə gedəndə ilk ziyarətim Şəhidlər Xiyabanı olur. Sonra kitabxana, ardınca da yerli mətbuat…
Hər rayonun öz qəzeti var. Pis-yaxşı fəaliyyət göstəriblər. Əlbəttə ki, yerli icra orqanının köməkliyi ilə. Mən həmişə “İSMAYILLI XƏBƏRLƏRİ” qəzetini nümunə göstərmişəm. Rayon ərazisində yaşayan müxtəlif xalqların, azsaylı etniklərin də maraqları təmsil olunur.
Qaxda da belədir. “Şəlalə” qəzeti gürcü dilində də məqalələr verir.
Qəzetin son nömrəsi 2025-ci ilin iyul ayında çıxıb. Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə ərsəyə gəlib. Baş redaktor Qax ziyalılarına müraciət ünvanlayıb. Qəzetin fəaliyyətinin dayanacağı barədə həyəcan təbilini döyəcləyib. İndiyə kimi şəxsi vəsaitləri, təqaüdləri hesabına qəzetə abunə olaraq yaşadanların da siyahısını dərc edib.
Son on ildən artıqdır ki, Qax turizm bölgəsinə çevrilib. Rayona gələn qonaqların ardı-arası kəsilmir. Otellərin, restoranların sayı bilinmir, yağışdan sonra artan göbələk kimi çoxalır. Gündəlik kirayə evlərin qiyməti əlli manatdan yuxarıdır. Nədənsə, qəzetə abunə olanlar siyahısında bircə nəfər də sahibkar, yaxud orta sahibkar yoxdur. Qəzetin son nömrələrini səhifələdim. Bircə tənqidi yazıya rast gəlmədim. Tənqidi yazısı olmayan qəzeti hansı sahibkar saya salar?
Rayonun girişindəki “Gənclik” parkı bərbad gündədir. Bircə dənə salamat oturacaq yoxdur ki, turist oturub şəkil çəkdirə bilsin.
Rayonda olan parkların ədəbxanalarına girmək mümkün deyil. İşıqları yanmır. Təbii ifrazat yerləri dolub, gələn turisti qapının ağzında qarşılayır.
Şəhərin bir neçə yerində Yaşıllaşdırma idarəsi uğursuz budama əməliyyatı aparıb. Ondan çox ağac neçə ildir ki, quruyub, təhlükə mənbəyinə çevrilib. Onları çıxardıb yerində yenisini əkmirlər.
Rayon mərkəzində fəaliyyət göstərən heç bir otel turistə ödəniş qəbzi vermir. Vergidən yayınma halları kütləvidir. Pullar hara axır?
Bir sözlə, SOYĞUNÇULUQDUR!
Belə olan halda rayon qəzeti fəaliyyətini davam etdirə bilərmi?
Rəhmətlik Həsən bəy Zərdabi bir qəzeti yaşatmaq üçün çəkdiyi əziyyəti indi müstəqil mətbuat çəkir. 58 min əhalisi olan Qax rayonu bir qəzeti yaşada bilmir.
“Şəlalə” qəzeti Medianın İnkişafı Agentliyində reyest qeydiyyatına alınmış qəzetdir.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” – 67

“XƏZAN” – 67

“Xəzan” jurnalının iyun (2025) nömrəsi çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat veriblər.
112 səhifəlik jurnal poeziya, nəsr nümunələri, publisistik məqalələrlə zəngindir.
Jurnalın redaksiya heyəti şairlərdən Bəxtiyar Abbas İntizarı, Səadət Qəribi, Əzizə Ağahüseynqızını və Kəramət Əmirlini yubiley yaşları münasibətilə təbrik edib və jurnalın səhifələrində onların yaradıcılıqları barədə məxsusi məqalələr yerləşdirilib.
Beləliklə, sizə təqdim olunan növbəti nömrənin yazı düzümü aşağıdakı kimidir:

1.Redaktor guşəsi
-“Yatmağı, yeməyi… oxumamağı…”

2.Publisistika
-Ramiz İSMAYIL – “İntizarlı şair” (Bəxtiyar Abbas İntizarın “Həsrət mələyi” şeirlər kitabı haqqında)
-Qəzənfər MƏSİMOĞLU – “Oxucu hisslərinə doğma olan şeirlər” (Əzizə Ağahüseynqızının yaradıcılığına baxış)
-Mehman GÖYTƏPƏLİ – “Yaşamağa, yaratmağa səsləyən poeziya” (Səadət Qəribin 55 yaşına poeziya təhlilli bir baxış)
-Nəsib ABİD – “Hafiz Əlimərdanlının söz-sənət dünyası”
-Ramiz İSMAYIL – “Sözünü deyən şair” (Əbülfəz Əhmədin “Sözüm var” şeirlər kitabı haqqında)
-Mahir CAVADLI – “Yurda sinə dolu sözlə dönən şair” (Asya Əhmədovanın şeirləri barədə)
-Əli BƏY AZƏRİ – “Yaradılışın dərki və poetik təsviri” (Çingiz Ərəblinin “Eşqnamə”si dərin fəlsəfi yüklü bir əsər kimi)
-Sehran MƏMMƏDOV, Zəminə RƏSULOVA – “Dadanovlar mülkü”

3.Poeziya
-Zeynəb CƏMALƏDDİN – “Olacaqsan”, “Çıxdı”, “Divani”, “Nərgiz”, “Reallıq”, “Təsəlli”, “İşıq olardı”, “Yıxmasın”, “Adamlara”, “Sən demə”, “Şahanəm, Şahanəm, mənim Şahanəm” (şeirlər)
-Qafar QƏRİB – “Bu, mənəm”, “Xitabət”, “Söz necə yaranır?”, “Kaş ki…”, “Xoşbəxtlik və bədbəxtlik”, “Payız”, “Qar yağır”, “Faciə”, “Həsrətimdən saralan qız”, “Gecikən sevgi”, “Ömrüm boyu var olan eşq”, “Unuda bilmirəm”, “Bu qız elə şeirdir”, “Məzarlıqda düşüncələr”, “Ürəyimi pay qoyacam”, “Kəpənək”, “Dünya üçbucağıymış”, “Öz səbrimi yoxlayıram” (şeirlər)
-Bəxtiyar ABBAS İNTİZAR – “Şairlərin”, “Bilmirəm”, “Dinim”, “Kişi şeiri”, “Yox, yox”, “Vətən şeiri”, “Gecəyarısı şeiri”, “Cavab yox”, “Sübh duası”, “Oğurluq şeir”, “Gəlir”, “Məhkum şeirə”, “Çatışmır”, “Çıxmışam”, “Olmadım”, “İmdad şeir”, “Peşiman”, “Edim”, “İnciyərəm”, “Yetim şeiri”, “Bəs eləməz”, “Gərək”, “Qərib şeir”, “İsmarıc”, “Olmamışdı”, “Kasıb”, “Final”, “Qanlı şeir”, “Yoxdu”, “Mənə qalıbdı”, “Qayıdacaq”, “Dünyada”, “Təsadüfən” (şeirlər)
-Əzizə AĞAHÜSEYNQIZI – “Zoğal ağacına söylədiklərim”, “Bir qış axşamının xatirələri”, “Sənə”, “Bişirmişəm”, “Gecənin harayı”, “Payızın ilk yağışı”, “Yarpaqlar”, “Əgər qaytarsaydım vaxtı geriyə”, “Sözə gəldim”, “Oğluma məktub”, “Bir misra söz”, “Yurduma bahar gəlir”, “Dəniz düşüncələrim” (şeirlər)
-Səadət QƏRİB – “Gözəl deyilmiş”, “Qocalmaz sevilən qızlar”, “Gəl, qurtar hicranın əlindən məni”, “Yaşamaq çətin”, “Axtarıram yerdə mən “göy üzünü””, “Ağlayan xatirələr”, “Oğlumun işi çox”, “Yalan dünyada”, “Yanıqlı bir bayatıyam”, “Sən”, “Mən də insanam”, “Bilmirəm”, “Barışmalıyam” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Rübailər, Qəzəllər”
-Arzu KAZIMQIZI NEHRƏMLİ – “Hər səhər dərdimlə salamlaşırıq”, “Gəlmişəm”, “İçində kişilik haqqı üşüyür”, “Düşən axşamı görmüşəm”, “Cənazəm kəfən dağıdır”, “Havadan ayrılıq qoxusu gəlir”, “Tələsirəm”, “Günlər”, “Minillikdir ürəyim”, “Yuxularım çin olur”, “Doymuşam” (şeirlər)
-Maria ZƏRDABİ – “Qurbanam”, “Naməlum əsgər”, “Ana Kürüm”, “Müqəddəs arzum”, “Sevə bilmirəm”, “Oğlum”, “Rəssam, elə çək ki”, “Şeir”, “İstərəm”, “Xəyala çevrilən həyat”, “Cazibə”, “Yadlar doğmalaşar” (şeirlər)
-Lütviyyə ƏSGƏRZADƏ – “Üçlüklər” (şeirlər)
-Əbülfəz ƏHMƏD – “Münacat” (nəzmə çəkilmiş müraciət)
-Minarə İSGƏNDƏR – “Burda”, “Bezirlər axı”, “Kim bilir nələr çəkirəm?”, “Hardasa, kim isə gözləyir məni”, “Məni gözəl xatırla”, “Doldu gözlərim”, “Sevdim”, “Xatırladım”, “Xəyala dalıb”, “…ən gözəl şeirmdi mənim”, “Dünya mənsiz qalanda” (şeirlər)
-Gülüzə MƏMMƏDOVA – “Könlümdən yazmaq keçir”, “Dağları gətir”, “Azərbaycanım”, “Qəlbimin sahibisən sən”, “Sənsiz boynubükük bir bənövşəyəm”, “Qar sevinci”, “Ürəyim”, “Pəncərəmdə bitən quşlar”, “Bir hiss gözləyir məni”, “Qayıt” (şeirlər)
-Səringül SADƏ – “Ana”, “Eşq”, “Baxın”, “Mübariz”, “Bu gecə”, “Mən bir ömür yaşadım”, “Allah eşqi”, “Dünyanın qonağıyam”, “Söz”, “Deyim dünya bizimdi”, “Demərəm” (şeirlər)
-Ələsgər TALIBOĞLU – “Ay ata ocağı, ata ocağı”, “Bu qızın”, “İzin ver başına dolanım sənin”, “Qoyma coşqun sönə, dağlar”, “Dərə qalsın aramızda”, “Bu nə səfil ömürdür ki”, “Umudum qara kölgə”, “Həyan gəlsin”, “Səbrimin dağarcığı”, “Bir ilim də” (şeirlər)
-Şərqiyyə BALACANLI – “Yaxşı ki, Vətən var”, “Babalardan qalan miras”, “Azərbaycan”, “Ana”, “Ana yol gözləyir”, “Şikayətim var”, “İl boyu döyüşdə”, “Oğullar oyaqdır”, “Şükür sənə, ulu Tanrım”, “Var ol, ey təmiz insan”, “Həyatı sevirəm mən”, “Şeir – sahilsiz ümman”, “Vətən nə gözəl olmuş”, “Anaların harayı”, “Belə qalmaz”, “Gəlin”, “Pəri”, “Olmaz”, “Sevirik təbiəti”, “Zəfər bizimlədir”, “Göyçə gölü”, “Yurduma yaz gəlir”, “Əsl insan” (şeirlər)
-Xəlil TAHİRBƏYLİ – “Kəndimiz”, “Tamahkar”, “Yadıma sən düşürsən”, “Bilmədim ki, bircə nədir günahım” (şeirlər)
-Savaş SARIQAYA – “Bizimdir”, “Üstünə düşdü”, “İnsanlıq ölüyor”, “Yeni bir dünya düzəni gərək”, “Umutsuz yaşanırmı, a gülüm?”, “Mən də gəlirəm” (şeirlər)

4.Nəsr
-Şahlar HACIYEV – “Şukanın fəhmi” (hekayə)
-Arzu KAZIMQIZI NEHRƏMLİ – “Birinci seriyanın sonu” (hekayə)
-Arzu HEYDƏROVA – “Xoruz əhvalatı” (hekayə)
-Mənsurə XƏLƏFBƏYLİ – “Son”, “Qanlı loxma” (hekayələr)

XƏZAN – 67 – PDF – SƏADƏT QƏRİB

Üz qapağında SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru