Etiket arxivi: FOTO

“HƏ” DEYƏSƏN KAŞ… – İLDIRIM ƏKBƏROĞLU

İldırım Əkbəroğlu (Füzuli) – şair. MYK-nın sədri.

“HƏ”  DEYƏSƏN  KAŞ  MƏNƏ  BİRCƏ  KƏLMƏ

Qınamasın bu oba, bu el məni,
Gəl, ürəkdən, sən də, gülüm, duy məni.
Çox eşitdim dilindən xoş kəlməni,
Söylə mənə bu sözü gəl, çox bilmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə.

Nurla yuyur düz-dünyanı- Ay oyaq,
Qəlbimizi biz də bu nurda yuyaq.
Ay ulduzla gəlib görüşən sayaq,
Gəl görüşək, bu gün yuxuma gəlmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə

Sevgi qəlbdə toxum salan gül-çiçək,
İnadını boşla getsin, gəl, əl çək!
Gözlərindən göz yaşını silən tək,
Saf eşqini ürəyinə yaz, silmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə

İldırım, sevgidən hər kəs halıdı,
Söz var ki, sözlərin qəndi, balıdı.
Həyat göz oxşayan gözəl xalıdı,
Sən də xoş sözünlə ona vur ilmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə.

Müəllif: İldırım Əkbəroğlu


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

1948-1953-cü illərdə Ermənistandan deportasiya edilən türk yaşayış məntəqələrinin siyahısı

1948-1953-cü illərdə Ermənistandan deportasiya edilən türk yaşayış məntəqələrinin siyahısı
Zəngibasar rayonundan
1. Qulucan
2. Sancalar
3. Reyhanlı
4. Şura kəndi
5. Həbilkənd (Kalinin qəs.)
6. Seyid kəndi
7. Ağcaqışlaq (Getapnya-1978)
8. Rəhimabad
9. Cəfərabad (Arqavand -1946)
10. Göykümbət (Geğanist-1949)
11. Həsənli
12. Arbat
13. Hacıelyəz (İpəkli, Darakert – 1978)
14. Şöllü (Daştavan-1978)
15. Uluxanlı (Zəngibasar-1937, Masis-1950)-qismən
16. Xaraba Kolanlı (Şorkənd)
17. Dəmirçi (Şöllü)
18. Ağhamzalı (Marmaraşen-1967)
19. Cəbəcili (Crahovit-1960)
20. Xərrətli (Arevabyur-1978)
21. Yuxarı Çarbax
22. Çobankərə
Qarabağlar rayonundan (Bu rayon 1951-ci il martın 19-da ləğv edilərək ərazisi əsasən Vedi və Qəmərli rayonlarına birləşdirilib)
1. Əzizkənd-xaraba qalıb
2. Əliqırıx-xaraba qalıb
3. Əlimərdan-xaraba qalıb
4. Baxçacıq-xaraba qalıb
5. Bayburd-xaraba qalıb
6. Böyük Gilanlar-xaraba
7. Gölcığm-xaraba qalıb
8. Dəhnəz-xaraba qalıb
9. Daşnov-xaraba qalıb
10. Zimmi-xaraba qalıb
11. İmirzik-xaraba qalıb
12. İnqala-xaraba qalıb
13. Haxıs-xaraba qalıb
14. Hand-xaraba qalıb
15. Hortun-xaraba qalıb
16. Qaladibi-xaraba qalıb
17. Qaraqoyunlu-xaraba qalıb
18. Məngüs-xaraba qalıb
19. Yellicə-xaraba qalıb
20. Yeranos (Heyranıs)-xaraba qalıb
21. Şahablı-xaraba qalıb
22. Şuğayıb-xaraba qalıb
23. Çimənkənd (Aşağı Qarabağlar -Urtsadzorl978)
24. Cəfərli-xaraba qalıb
25. Seyid Kotanlı-xaraba qalıb
26. Kotuz-xaraba qalıb
27. Kolanlı-xaraba qalıb
28. Küsüz-xaraba qalıb
Vedi rayonundan
1. Əlməmməd-xaraba qalıb
2. Avşar
3. Aşağı Ərmik-xaraba qalıb
4. Yuxarı Ərmik-xaraba qalıb
5. KiçikVedi
6. Böyük Vedi (Vedi-1946)
7. Goravan (Yenikənd-1968)
8. Daşdı (Daştakar-1968)
9. Taytan (Vanaşen-1978)
10. Şıxlar (Lusarat-1968)
11. Xalisa (Norakert-1991)
12. Qaralar (Aralez-1978)
13. Yengicə (Sisavan-1991),(Haygeşat-1950)
14. Şidli (Yexeqnavan-1991)
15. Şirazlı
16. Ağkilsə-xaraba qalıb
Qəmərli ravonundan
1. Məsimli (Haygepat-1949)
2. Cənnətli (Zovaşen-1940)
3. Axund Bozavand (Bertik-1935)
4. Doxquz (Kanaçut-1945)
5. Torpaxqala (Xnaberd-1949)
6. Göl Aysoru
7. Qəmərli (Artşat-1945)
8. Qaradağlı (Tsaxkaşen-1945)
9. Qaraqoyunlu-xaraba qalıb
10. Yamancah (Desxut-1967)
11. Novruzlu-xaraba qalıb
12. Çiləxanlı
13. Sabınçı (Araksavan-1978)
14. İmanşahlı (Mxçyan-1935)
15. Qarahamzalı (Burastan-1978)
16. Darğalı (Anastasavan-1949, Haygezard-1957)
17. Dəllər (Dalar-1935)
18. Çatmadaş-xaraba qalıb
19. Muğamlı (Hovtaşen-1945)
20. Muxtarabad-xaraba qalıb
21. Yuxarı Ağbaş (Abovyan-1949)
Eçmiədzin (Ückilsa) ravonundan
1. Aşağı Qarxın
2. Yuxarı Qarxın (Crarat-1946)
3. Qarğabazar (Haykaşen-1965)
4. Molla Dursun (Şaumyan)
5. Yuxan Kolanlı (Qriboyedov-1978)
Qurdugulu (Oktemberyan) ravonundan
1. İydəli (Pşatavan-1947)
2. Xeyirbəyli (Yervandaşat-1967)
3. Hacıbayram (Baxçalar-1935, Baqaran-1968)
4. Şahvarid (Uşakert-1968)
5. Kərimarxı (Sovetakan-1935)
6. Quzugüdən
Əştərək rayonundan
1. Təkiyə (Bazmaxpyur-1949)
2. Əkərək
3. Hamamlı
4. Nəziravan
5. Uşü
6. Sarımsəyək
7. Kürdalı
8. Cadqıran (Bazmavan-1957, Nor Gexi-1962)
9. İnəkli (Antarat-1948)
Ellar (Kotayk-Abovyan) rayonundan
1. Dəlləkli (Zovaşen-1948)
2. Qaraqala (Sevaberd-1948)
3. Quyulu
4. Nurnus
5. Qoxt
6. Kankan (Hatis-1978)
7. Göykilsə (Kaputan-1935)
8. Zar
Axta (Razdan) rayonundan
1. Ağverən
2. Təkəlik(Ardavaz-1991)
3. Qorçulu
4. Qaraqala-xaraba qalıb
5. Qabaxlı
6. Paşakənd (Marmarik-1935
7. Üşəlik
8. Bjni
9. Dədəqışlaq (Axundov-1939)
10. Misxana (Hankavan-1949)
Kəvər (Nor-Bəyazed-Kamo) rayonundan
l. Ağzıbir(Lcap-1945)
2. Hacı Muxan (Tsovazard-1978)
3. Ördəkli (Lcaşen-1946)
4. Güzəcik(Lancaxpyur-1950)
5. Başkənd (Qexarkunik-1946)
6. Ağqala
Martuni (Aşağı Qaranlıq) rayonundan
1. Karvansara
2. Mollah
3. Mədinə
4. Qızılxaraba
5. Aşağı Alçalı (Artsvanist-1968)
6. Qaranlıq (Geğhovit-1968)
Basarkecər (Vardenis) ravonundan
1. Zod (Sotk-1991)-qismən
2. Yuxarı Zağalı (Axpradzor-1978)
3. Çaxırlı (Sovetakert-1978)
4. Qanlı
5. Qızılvəng
6. Kərkibaş
7. Yarpızlı
Dilican ravonundan(qismən)
1. Ağkilsə
2. Murteyil
3. Polad (Xaçardzan-1991)
4. Göyərçin
5. Avanqard kolxozu
6. Salah (Hankavanik-1991)
Əzizbəyov (Vavk) ravonundan
1. Annc-xaraba qalıb
2. Bulaxlı-xaraba qalıb
3. Zeytə (Zedea-1991)
4. Zirək-xaraba qalıb
5. Tarp
6. Terp (Saravan-1960)
7. İstisu (Cermuk)
8. Herher
9. Qabaxh
10. Məmmədrza – xaraba qalıb
11. Çaykənd (Qetik-1991)
12. Cul (Hartavan-1950)
13. Köçbəy (Yeğedzor-1991)
14. Leyliqaçan
15. Qayalı-xaraba qalıb
16. Vartenik
Keşişkənd (Mikoyan- Yeğeqnadzor) ravonundan
1. Ağkənd (Ağncadzor-1968)
2. Almalı-xaraba qalıb
3. Ardaraz-xaraba qalıb
4. Qışlaq-xaraba qalıb
5. Qovuşuq (Yermon-1991)
6. Qurdqulaq (Boloraberd-1946)
7. Heşin
8. Horbadıx
9. Çivə
10. Hors
11. Sallı
12. Yelpin
13. Qozluca
Allahverdi (Tumanyan) ravonundan
1. Böyük Ayrım(qismən)-1950
Noyemberyan rayonundan
1. Ləmbəli (Baqrataşen-1972)
2. Aşağı Körpülü (Haxtanak-1978)
Abaran rayonundan
1. Kirəşli
Spitak ravonundan
1. Saral (qismən)
Kirovakan (Qarakilsə) rayonundan (qismən)
1. YuxarıKilsə
2. Aşağı Kilsə – xaraba qalıb
3. Mollaqışlaq
4. Haydarlı
Ağbaba (Amasiya) rayonundan
1. Daşkörpü
2. Şurabad (Sultanabad)
3. Qızılkənd-xaraba qalıb
4. Qarabulaq (Şoğiq-1991)
Kalinino rayonundan (qismən)
1. Qızıldaş (Aruni-1991)
2. İlməzli
Gorus rayonundan (qismən)
1. Şurnuxu
2. Ağbulaq
3. Qurdqulaq
4. Şahverdilər (Başaracur)
5. Şamsız
Beriya rayonundan
1. Aşağı Koxa
Vaqif Arzumanlı, Nazim Mustafa
Tarixin qara səhifələri, Bakı, 1998, səh. 217-220

SƏNƏDLƏR


Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər SSRİ Nazirlər Sovetinin qərarı
JV»754 10 mart 1948-ci U. Moskva, Kreml
SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı Qərarına əlavə olaraq SSRİ Nazirlər Soveti qərara alır:
1. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına tamamilə köçürülmüş kolxozlara onlarda olan bütün istehsal vasitələrini (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşqu vasitələrini, bütün növlərdən olan qara-malı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini və digər əmlakı, habelə natural və digər fondları) yardımçı müəssisələr (dəyirmanlar, dinglər, elektrik stansiyaları) və digər istehsalat, mədəni – məişət tikililəri istisna olmaqla, özlərilə aparmağa icazə verilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan SSR-in Kür-Araz ovalığına kolxozçuları köçürülən Ermənistan SSR-in kolxozları köçürülən kolxozçulann payına düşən daşınan əmlakı (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı
və mexaniki qoşqu vasitələrini bütün növlərdən olan qara malı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini,
natural və digər fondları) köçürülmə faizində onların tərkibinə daxil olduqları kolxozlara verirlər, onların payına düşən daşınmaz əmlakın (çoxillik bitkilərin, dəyirmanların, elektrik stansiyalarının və digər təsərrüfat və məişət tikililərinin) dəyəri isə Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti tərəfindən müəyyən
edilmiş müddətlərdə məskunlaşma yerlərindəki kolxozlara verilir.
3. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozlarla, kolxozçularla və digər azərbaycanlı əhali ilə onların Ermənistan SSR-də saxladıqları əmlaka görə hesablaşmaların qaydasını bir ay müddətində müəyyən etsinlər.
4. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, köçürülən kolxozçulara, həmçinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən fəhlələrə və qulluqçulara çıxma yerlərində onlara məxsus evlərin satılmasında kömək etsinlər.
5. Azərbaycan SSR Nazirlər Sovetinin köçürülən əhalinin təsərrüfat quruluşu və kolxoz təsərrüfatlarının köçürülməsi şöbəsinin Azərbaycan SSR Nazirlər Sovetinin köçürülmə idarəsinə çevrilməsi məqsədəuyğun hesab edilsin.
6. Kür-Araz Ovalığında Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə köçürülən kolxozlara, köçürülən kolxozçulara texniki yardım və inşaat materialları ilə təmin edilməkdə yardım edilməsi, habelə göstərilən köçürülmələrin abad məskunlaşması üçün zəruri olan yardımçı müəssisələrin tikilməsi həvalə edilsin.
7. Azərbaycan SSR Nazirlər Sovetinə və SSRİ Kənd Təsərrüfatı Nazirliyinə “Azərköçürmətikinti” kontorunun bazasında “Azərköçürmətikinti” tresti, onun Kür-Araz Ovalığında Suvarılan Torpaqların
Mənimsənilməsi İdarəsinə tabe etməklə, təşkil edilməsinə, habelə göstərilən trestdə Salyan, Əli-Bayramlı, Sabirabad və Puşkin məntəqələrində tikinti-quraşdırma kontorları təşkil edilməsinə icazə verilsin.
8. Azərbaycan SSR Nazirlər Sovetinə:
a) kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SS R-dən Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi dövrü üçün Ermənistan SSR-də (İrəvan şəhərində) nümayəndəlik təşkil etməyə;
b) azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsilə əlaqədar hazırlıq işlərinin apanlmasına (layihələşdirməyə, yardımçı müəssisələrin tikilməsinə, meşə-sənaye təsərrüfatlarının təşkilinə, materiallar, tikinti avadanlığı, nəqliyyat vasitələri alınmasına) respublika üzrə mərkəzləşdirilməmiş (limitdən kənar) əsaslı xərclərə 1948 ci il üçün nəzərdə tutulmuş məbləğ hesabına 1948-ci ildə 11 milyon manat xərcləməyə;
c) Molotov vilayətində meşə materialları tədarükü üzrə işlər üçün və Azərbaycan SSR-in Kür-Araz Ovalığında Suvanlan Torpaqların Mənimsənilməsi İdarəsinə apardığı işlər üçün respublikanın kənd əhalisi arasından 1948-ci ildə 700 nəfər təşkil edilmiş toplama aparmağa icazə verilsin.
9. Azərbaycan SSR Kür-Araz Ovalığında Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə:
a) 1948-ci ildə qurğular, binalar və yardımçı müəssisələr tikilməsi üzrə işlər aparmağa, həmçinin kənd təsərrüfatı komitəsilə razılaşdırılmış maliyyə-hesablamaları üzrə köçürülmə tikintisinin gələcək genişləndirilməsinə hazırlıq tədbirləri görməyə:
b) 1948-1950-ci illərdə Molotov vilayətində meşə-sənaye təsərrüfatının istehsal gücünü artırmağa icazə verilsin.
10. SSRİ Dövlət Təchizat Komitəsinə, Avtomobil və Traktor Sənayesi nazirliyinə, Maşınqayırma və Cihazqayırma Nazirliyinə, Elektrik Sənayesi Nazirliyinə, SSRİ Ət və Süd Sənayesi Nazirliyinə, SSRİ Tikinti
Materialları Sənayesi Nazirliyinə, Kimya Sənayesi Nazirliyinə, SSRİ Yeyinti Sənayesi Nazirliyinə tapşırılsın ki,
1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Kür-Araz Ovalığında Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsi üçün Əlavəyə uyğun miqdarlarda avadanlıq və materiallar göndərsin.
11. Mərkəzi Kooperativlər İttifaqına tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozlara və kolxozçulara satmaq üçün Azərbaycan SSR Nazirlər Soveti ilə razılaşdırmaqla inşaat materialları və avtomaşınlar gətirsin.
12. Yollar Nazirliyinə tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Kür-Araz Ovalığına Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə Azərbaycan Dəmir Yolunun Lənkəran, Salyan, Sancalar, Saatlı, Qırmızıkənd, Dayıkənd, Papanin, Yeni Osmanlı, Daşburun, Ucar və Masallı stansiyalarında dəmir yolunun ixtiyarında olan sahə hüdudlarında göndərmə-yükləmə meydançalarına dalanlar çəkilməklə boşaltma-yükləmə və rels anbarları üçün hər birinin uzunluğu 600 metr olan sahələr ayırsın. Göstərilən işlərin apanlması Azərbaycan SSR Kür -Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsinə həvalə edilsin.
13. SSRİ Kənd Təsərrüfatı Nazirliyinə 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycan SSR-in meşə materiallan tədarükü təşkilatlarına satmaq üçün atçılıq zavodlarından çıxdaş edilmiş 50 at ayırmağa icazə verilsin.
14. SSRİ Nazirlər Soveti yanında Dövlət Ştat Komissiyasına tapşırılsın ki, Azərbaycan SSR Nazirlər Soveti yanında təşkil edilən Köçürülmə İdarəsinin, “Azərköçürmətikinti” Trestinin və onun tikinti-quraşdırma kontorlarının, habelə Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistan SSR-in İrəvan şəhərində nümayəndəliyinin ştat cədvəllərini bir ay müddətində nəzərdən keçirsin və təsdiq etsin.
SSR İttifaqı Nazirlər Sovetinin sədri İ. Stalin
SSRİ Nazirlər Sovetinin İşlər müdiri Y. Çadayev.

Mənbə:Qılman İMAN


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramova doğum günü təbriki – QURBAN BAYRAMOV – 75

Qurban BAYRAMOVədəbiyyatşünas alim, tənqidçi.

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramova doğum günü təbriki

        (Qələndər müdrikliyi- bir il əvvəldən yazılmış təbrik)

30 may tanınmış ədəbiyyatşünas alim, tənqidçi, çağdaş ədəbiyyatımızın tutarlı dayaqlarından biri olan, ədəbiyyatımızın Qurbanı – Qurban Bayramovun doğum günüdür!

Qurban müəllimin adı çəkiləndə poeziyamızın azman-ağsaqqal Xalq şairi Nəriman Həsəzadənin ona ünvanladığı bircə cümlədən ibarət olan əzəmətli, məhəbbət dolu səmimi sözü yadımıza düşür: “QURBAN, SƏNƏ QURBAN!!” Hamımızın həssas poeziya tənqidçisi kimi tanıdığımız Qurban Bayramov üçün (elə bizim üçün də) bu kəlam bütün titullardan əzizdir, qiymətlidir…
  
Bir bayram qabağa getsək, daha dəqiq, bir bahar sonra, bu zaman, inşallah, onun 75 yaşı tamam olacaq. (indi-R.) Bu gün ədəbiyyatımızda tənqidçi alimlərimiz sırasında onun şəriksiz öz yeri, öz məkanı var. Bir əlin barmaq hesabına gəlsək, sayılan-seçilən bu tənqidçilər arasında, mənə elə gəlir ki, onlardan birincisi Qurban Bayramovdur. Çünki Qurban Bayramov  akademik Məmməd Cəfər, Kamal Talıbzadə kimi böyük qələm, söz bilicilərinin yetirmələrindən biri olub. Bu gün həmin nəhənglərin davamçısıdır. 

Vaxt varıydı, şair və yazarlarımız onun tənqidçi qələminindən az qala, tük salardılar…  Ona görə ki, Qurban Bayramov ədəbiyyatımızı çox sevir, istəyir ki, əsl istedadlılar ədəbiyyata gəlsin, istedadı olmayanlar kiminsə vasitəsi ilə  gəlib istedadlıların yerini tutmasın. O, tənqidimizdə, həmişə M.Müşfiqin bu sənət prinsipinin – “Şairə ilhamdan maya gərəkdir!” prinsipinin qoruyucusudur! Həqiqəti yazar, gerçəyi, olanı yazar, abrına qısılıb bir küncə çəkilənləri ortaya çəkər, ədəbiyatımızın, poeziyamızın saflığına və gələcək inkişafına xidmət edər, Qurban Bayramov!!

Qurban müəllim yazarların yaradıcılığında nə varsa, onun zəif tərəfini qərəzsiz şəkildə tənqidi gözlə, dolğun şəkildə izah edir. Bu da özünə, yaradıcılığına hörmət edən hər bir yazıçı və şairin  ürəyincə olur, belə obyektiv ədəbi tənqiddən sonra daha yaxşı əsərlər, şeirlər yazmağa çalışır. Qurban Bayramovun tənqidinə vaxtilə mən də tuş gəlmişəm, əvvəllər incimişəm-küsmüşəm, sonradan gördüm ki, düz tənqiddir, haqlı iradlarını bildirib və mən sınmadım, əksinə, alim tənqidindən, haqqlı iradlarından nəticə çıxartdım, özümənəzarətim gücləndi, ruhlandım, daha da yaxşı şeirlər yazmağa başladım… Sonralar, bir çox qələm dostlarımın da, tənqidçi Qurban müəllimə inamlarının, hörmətlərinin, hətta onların yazılarına münasibət bildirmək istəklərinin dəfələrlə şahidi oldum…

Yeri gəlmişkən deyim ki, Qurban Bayramov 1970- ci ildən ədəbi fəaliyyətə başlayıb, aspirantura təhsili görüb, ilk elmi səsri 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiyası olub… Bu günə kimi dövri və elmi mətbuatda 16 kitabı, 300-dən çox məqaləsi dərc edilib… Bunlardan  “Vurğun poeziyası”(1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (1986),  “Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv) (1988), “Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq”, (Jalə Qurbanqızı ilə birgə) (2001), “Poeziyanın sirri…” (mini-modern monoqrafiya) (2009),  “Əli İldırımoğlunun yaradıcılıq yolu: Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü” (monumental monoqrafiya) (2009), “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (Jalə Qurbanqızı ilə birlikdə) (2014) və s. bu qəbildən kitabların müəllifidir.

Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” təkin maraqlı tədqiqat işləri var. Onun bir sıra əsərləri, İranda, Türkiyədə, İraqda, Rusiyada, Macarıstanda dərc olunub…

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazıb, fikir söyləyib, elmi və bədii kitabların redaktoru olub, onların bir çoxuna ön söz yazıb, xüsusən, “Azərbaycan poeziyası”na həsr etdiyi ədəbi icmalları maraq doğurub…

Qurban müəllim ədəbi ictimaiyyətin əksər tədbirlərində, təqdimatlarda, elmi sessiya və konfranslarda bir gənclik ehtirası ilə iştirak edir, tənqidçi nüfuzu ilə ədəbi tədbirlərə rövnəq verir…

Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü (2011) olub. 

Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına (2016, 2019), “Tanınmış Vurğunşünas alim” (2011), “Fədakar alim” (2011), “Səməd Vurğun mükafatı” (2011), “Elm fədaisi” (2012), “Vintsas” mükafatı (2020) fəxri diplomlarına layiq görülüb.

Xatırladım ki, S.Vurğun haqqında bir çox görkəmli ziyalılarımız, alimlərimiz dəyərli əsərlər, qiymətli tədqiqatlar aparıb. Onların özləri də, Qurban müəllimin bu sahədəki tədqiqatlarını yüksək qiymətləndiriblər. O, bir tənqidçi- alim kimi ölməz şairimizin yaradıcılığını, Səməd Vurğun şəxsiyyətinin böyüklüyünü süzgəcdən keçirib, xarakterizə edərək ədəbi ictimaiyyətimizə, o dövrkü İttifaq miqyasına çatdırııb. Elə bu baxımdan da onun yazdığı elm əsər fərqlidir, yenidir və önəmlidir.

Qurban müəllimin bir alim kimi böyüklüyü ondadır ki, öncə özünə də bir tənqidçi kimi yanaşır, çox məhsuldardır, sözün hətta nöqtəsinə, vergülünə kimi qədrini, dəyərini, çəkisini bilir.  Azərbaycan ədəbiyyatını dünya ictimaiyyətinə çatdıran alimlərimizdən, ziyalılarımızdan biridir…

Mənə elə gəlir dövlətimiz Qurban Bayramov kimi ziyalılarımızı diqqətdən kənar qoymayacaq və onun elmi-ədəbi əməyi, fəaliyyəti  yüksək səviyyədə dəyərləndiriləcək!  Bir yazar kimi özüm və qələm dostlarım adından Qurban müəllimi təbrik edir, ona can sağlığı, yaradıcılığında uğurlar və həmişəki kimi gümrah olmasını arzulayıram!

Qələndər Xaçınçaylı,

şair, publisist-yazıçı, jurnalist

 30.05.2020.

QURBAN BAYRAMOV – 75

QRABAĞ AZƏRBAYCANDIR…

 QURBAN BAYRAMOV – 75


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Люди – Лейла Алиева

Лейла Алиева – общественный деятель, главный редактор журнала «Баку».

Люди
Люди! Как сложно вас всегда любить,
Как легче иногда вас ненавидеть!
Людей старайтесь, люди, веселить!
Людей старайтесь, люди, не обидеть!
Люди идут, бегут, спешат за горизонт!
Цепляясь за прошедшие мгновения.
Улыбки, слезы, стоны, кровь и пот!
Не ощущает их дыханье время!
Не замечает радость их и грусть,
Бессовестно летит, эгоистично!
Для времени людская суета – ничто.
Его ж пределы мы постичь не в силах.
Время, ты знаешь, я завидую тебе!
Люблю, ревную и безумно ощущаю!
Будь лишь моим и утром и во сне,
Тебя в цепях я заковать желаю!
Время, ты можешь вечно мне принадлежать!
Ведь я другая, ты же знаешь!
Я все отдам тебе, чтоб удержать!
Сжигая всех, в моих руках растаешь!
Плачу, но не утратят слез мои глаза!
Пусть будут слезы навсегда запретом,
А как бесценнa каждая слеза,
Оставшись под ресницами, секретом.
Люди! Не убивайте вы друг друга зря.
За вас жизнь сделает жестокую работу!
Но даже все могучие моря!
Оценят бескорыстную заботу!
Ночь, тебя так страстно ощущаю!
Ночь, мне звезды в небе подарила,
Тобой не поделюсь, не потеряю!
Про одиночество с тобой забыла!
Что же, простим друг другу вечные обиды.
Простим и сделаем чуть-чуть сильней.
Я вижу многое, когда глаза закрыты,
Люди! Прошу, старайтесь полюбить людей!



Автор: Лейлa АЛИЕВA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

MƏN BU ÖMRÜ… – ADİLƏ NƏZƏR

Adilə Nəzər – alim, şair.

MƏN BU ÖMRÜ…
Sənə doğru çırpınışım bir ömürdü, bir andı,
Eh, o da ki, yarı yuxu, yarı ağrı, yarı qəm.
Bu dünyanı anlayanlar ölümünə oyandı,
Uca Tanrı, əzəl gündən mənə yaddı bu aləm.
* * *
Sorma niyə hüzünlənib boynu bükük durmuşam,
Bu yazını sən yazıbsan var olandan alnıma.
Mən vaxtımı sənə doğru can atmağa qurmuşam,
Səndən başqa kimim var ki, məlhəm olsun ağrıma.
* * *
Mən bu ömrü zinət kimi bəyənmədim heç, inan,
Yelkənləri küləklərə açıb getmək dəmidir.
Mənim könül azadlığım doğulduğum zamandan,
Cövlan edən küləklərin azadlığı kimidir.


Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA – M. FƏRQANƏ

Fərqanə Mehdiyeva – şair, sonuncu iş yeri “Ulduz” jurnalı.

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA

Sevin, sevginizi kəsir qoymayın,
Ürəyi nanə tək əsir, qoymayın,
Ömrünü misradan asır qoymayın,
Qızları qoymayın şeir yazmağa.

Yazırsa..Tanrıdan söz alıb nədi,
Soyuq bir baxışdan sozalıb nədi,
Sevdi qismətləri azalıb nədi,
Qızları qoymayın şeir yazmağa.

Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.

Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar,dəli olublar,
Qızları qoymayın şeir yazmağa.

Bacarın dərdini,odunu alın,
Yaralı soyunu adını alın,
Dağılmış yerini,yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Müəllif: Fərqanə  Mehdiyeva

Allah rəhmət eləsin… Ruhu şad olsun…


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRQANƏ MEHDİYEVA HAQQINDA – RUHU ŞAD OLSUN

Fərqanə Mehdiyeva 2 may 2020 – ci ildə vəfat edib. Allah rəhmət eləsin.

“QIZLARI  QOYMAYIN  ŞEİR  YAZMAĞA”

(Fərqanə Ananaın əziz xatirəsinə)

Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan  hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun  bu rəzalət və zəlalət dolu dünyada  daha çox əziyyət çəkməsini  rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…

Əlbəttə, bu  tam subyektiv  bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və  bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm  axtarıb, bu yazını yazım  məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın  deyə  içini boşaltmaq istəyənlər …  Birinci qrup qələm adamlarını  yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə  həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq… Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) …  O,  bax elə adına, ruhuna istinad edib,  yazmaq istədiyim  bu yazının da yoluna çıraq tutan “QOYMAYIN  QIZLARI  ŞEİR  YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə  öz ağzından eşitdiyim yadımda deyil. Ancaq, sonuncu  dəfə  özünün  içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində  Bakı şəhəri,  Xətai rayonunda  yerləşən 64 saylı məktəbdə  keçirilən  Gülşən Mustafanın kitab təqdimatı  zamanı  ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin…  Nəsə  o  səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar  müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək  çox asanlıqla tapıb oxuya bilərlər.  Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda  istinad etmişəm):

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Şeirin ilk sözündən son kəlməsinə  qədər  içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur.  Və “…mən bilirəm, bu nə deməkdir…”  onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin,  hələ “beş dərdindən biri”  olsa da,  el-aləmə faş olmasın…  Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən  keçirmiş, yaşamış  insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına  rəva görməyən  yazarın, seçilmiş  müdrik bəndənin,  ilahi məqamdan  söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan  (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə  Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə  həmişə  bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri  də eyni qəbildən olan sənət əsərləridir.  Bəlkə də  mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları  narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə  düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib…  Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu  şad osun:

ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!

Atalar, qızlara siz ad verəndə,

Elə ad vein ki, bəxti yar olsun!

Ya Humay çağırın, ya Sona deyin,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Sükeydə, Fəğanə, adı verməyin,

Bəxtinin yoluna “cadu” hörməyin,

Uğurlu bir adı əsirgəməyin,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Adı elə seçin, Aydan bac alsın,

Ayağı  zəmində, göyə ucalsın,

Adıyla qarıyıb, xoşbəxt qocalsın,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Əridib gözünün, nurun qarəsin,

Zaur  “Ustac” ilə tapıb çarəsin,

Hamı xoşbəxt istər  ciyərparəsin,

Elə ad verin ki, bəxti yar olsun!

Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…

04.05.2020 – Bakı ş.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr olunmuş “Mən sizə darıxmaq öyrədəcəyəm” xatirələr toplusunda çap olunub. səh. 369.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC HAQQINDA

Zaur Ustac – şair, publisist. “Yazarlar” jurnalının baş redaktoru.

USTACAM

(…mən kiməm?..)

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam!

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam!

* * *

Ustadım Nəsimi, sözümüz sözdü,

Ədalət, həqiqət bağrımda közdü,

Ziyadar dühası bir deyil, yüzdü,

Mövlalar yurdunun  nur övladıyam!

* * *

Dərvişəm, müqqəddəs sayılır təkkəm,

Hülqumdan yuxarı dayanır öfkəm,

Od, ocaq diyarı tanınır ölkəm,

Alovlar yurdunun nar övladıyam!

* * *

Unutma, şah babam Xətai başdı,

Nadir şah, mətədə tərpənməz daşdı,

İlham, nə keçilməz sədləri aşdı,

İgidlər yurdunun nər övladıyam!

* * *

Tarixdə Nəbisi, Koroğlusu var,

Gen dünya yağıya daim olub dar,

Düşmən qarşımızda yenə oldu xar,

Aslanlar yurdunun şir övladıyam!

* * *

Göydən Yer üzünə ərmağan, payam,

Gündüzlər Günəşəm, gecələr Ayam,

Ən parlaq ulduzdan törəyən boyam,

Ozanlar yurdunun sirr övladıyam!

* * *

Zaur Ustac – baxış istiqaməti Laçın, məsafə təxminən 30 km. 2000 – lər.

Ustacam, vətənim vətən içində,

Axıb duruluruq zaman köçündə,

Min bir anlamı var, adi “heç”in də,

Aqillər yurdunun pir övladıyam!

13.11.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD VURĞUN – ANA ŞEİRİ

Səməd Vurğun – Azərbaycanın Xalq şairi.

Ana

Pək cocuğdum, yerə gömdülər səni, 
Həyata qanadsız atdılar məni. 
Bax, necə pozulub ömür gülşəni, 
Həyat sənsiz mənə zindandır, ana!

Qoynunda bəslənir gözəl diləklər, 
Layiqdir səcdəyə sənə mələklər, 
Nerdəsən, gözlərim həp səni bəklər, 
Bax evladın nasıl giryandır, ana!

Sən bir günəş idin, doğdum da, batdın, 
Yazıq evladını qəmlərə atdın. 
Bir cavab ver, hanki murada çatdın 
Torpaqlarda neçə zamandır, ana!

Bir ah çəksəm sənsiz, qopmazmı tufan? 
Əzizim anacan, gözüm anacan! 
Yumuq gözlərini aç da bir oyan, 
Şimdi zaman başqa zamandır, ana!

Yıxılıb payinə öpmək istərəm, 
Analıq mehrini görmək istərəm, 
Səni görmək üçün ölmək istərəm, 
Təsəlim ah ilə fəğandır, ana!
1927

Müəllif: Səməd Vurğun (1906 – 1956) 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əyyub Məmmədov – Bəxt üzümə güləndə

Əyyub Məmmədov – jurnalist, şair

Bəxt üzümə güləndə

İndi hansı uzaqda,
Arayım tapım səni?
Hansı yoxuşlu yola,
Qoxun aparsın məni?

Nə bir iz qoydun ki,
Getdiyin yer tapıla
Nə bir cığır qoydun ki,
Ruhum sənə sarıla.

Bir bitişik yol idik
Səmtimiz ayrı yana
Bizi kimlər ayırdı?
Qalmışam yana-yana

Sıxıldım mən dalana,
And içmişdin Qurana
Məni atan deyildin,
Deyilən hər yalana.

Adamı birdən-birə,
Atıb gedərlərmi bəs?
Qəm dəryasında boğub,
Vurub gedərlərmi bəs?

Qəlbim sakitlik tapar,
Sən qayıdıb gələndə
Gözümün içi gülər,
Bəxt üzümə güləndə.

Müəllif: Əyyub Məmmədov                 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru