Şair Nicat Ərtürkün “Ana həsrəti” kitabının təqdimatı keçirilib
Manset.azxəbər xəbər verir ki, “Ana həsrəti” kitabının təqdimatı Xocalı faciəsi şəhidlərinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbir Əsəd Cahangirovun aparıcılığı, şair Kəmaləddin Qədim, yazıçı Zaur Ustac, aktyor Habil Xanlarov və başqa tanınmış şəxslərin, ziyalıların iştirakı ilə baş tutub.
İxtisasca iqtisadçı olan Nicat Ərtürk üçüncü kitabı olan “Ana həsrəti”ni vaxtsız itirdiyi anasına həsr edib. Öz şeirlərində müxtəlif mövzulara – vətən, el-oba, yurd, valideyn, övlad sevgisi mövzularına toxunan şair əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundandır.
Tədbir zamanı şair Nicat Ərtürk Media Araşdırmaları mərkəzi və Azər KİVİHİ tərəfindən “Şərəfli ömür yolu” media mükafatı və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub. Sonda xatirə fotosu çəkdirilib və şair oxucularının kitablarını imzalayıb.
İşdən çıxarıldığından bir müddət maddi ehtiyac içində yaşayan Bəxtiyar Vahabzadə sıxıntılarla üzləşir. Bir gün şairin evinin qapısı döyülür. Qapını açan Bəxtiyar Vahabzadə qarşısında içi ərzaqla dolu bağlama görür. Bu hadisə tez-tez təkrarlanır. Kimsə şairin qapısının qarşısına ərzaqla dolu bağlama qoyub gedir. Bir gün qonşular onun evinin qarşısında Xəlil Rza Ulutürkü bağlama qoyub gedən görürlər. Lakin Ulutürk bunu ömrünün sonuna qədər boynuna almır.
Qarabağ, Cəmilli kəndi, 29 oktyabr 1990-cı il. Sağdan; kapitan Gülarə Musayeva, QXYK-nın sürücüsü Vahid, Ağcabədi polis şöbəsinin əməkdaşları, QXYK-nın xəzinədarı Ağa, Cəmilli kəndinin qəhrəman qızı Bəsti və “Azərbaycan ” qəzetinin müxbiri Fəridə Ləman.
MƏN BURADAYAM (esse) “Kür qırağının əcəb seyrəngahı var…” M.P.Vaqif
Bağ yolunun sükutu içində dayanmış bir qadın… Ətrafında rənglərin bayramı var: çəhrayı, ağ, bənövşəyi güllər sanki bir-biri ilə pıçıldaşır. Amma bu bolluğun içində ən səssiz, ən dərin çiçək onun dodağındakı təbəssümdür. “Dodağımızdakı təbəssüm, üzümüzdəki ifadə bəzən içimizdəki söhbətlərin səssiz şəkli olur…” Bu cümlə fotonun ruhunu açan açardır. Çünki bu təbəssüm nə sadəcə sevincdir, nə də ötəri bir anın donmuş halı. O, illərin, yaşanmışlıqların, udulmuş sözlərin, vaxtında deyilməmiş etirafların sükutla danışan dilidir. Ağ libasda dayanmaq — bu, təsadüf deyil. Ağlıq burada saflığın yox, barışın rəngidir. İnsan öz daxilində fırtınaları sakitləşdirəndən sonra ağ geyinir. Hər şey keçmişdə qalanda, artıq mübarizə yox, qəbul başlayanda… Üz cizgilərindəki sakitlik “mən bu yolu tanıyıram” deyir. Arxadakı yaşıl tağ isə elə bil bir keçiddir: ötən günlərdən bu ana açılan bir qapı. Bu fotoda baxışlar birbaşa obyektivə meydan oxumur. Onlar sakitcə dayanır, amma qaçmır da. Bu, özünlə üz-üzə gəlməkdən qorxmayan baxışlardır. Bəlkə də içində uzun-uzadı söhbətlər gedir: “Düz etdimmi?”, “Dəyərdimi?”, “Yenidən başlasaq, fərqli olardımı?” Amma cavablar səsə çevrilmir. Çünki artıq səsə ehtiyac yoxdur. Cavablar üz ifadəsinə hopub. Güllər çoxdur, amma o, güllərə qarışmır. Yolun ortasında dayanıb. Yol — insanın taleyidir. Kənara çəkilməyib, amma tələsmir də. Bu dayanış bir anlıq pauzadır: həyatın cümləsində qoyulmuş nöqtə deyil, vergüldür. Bu esse bir qadın haqqında deyil yalnız. Bu, insanın özü ilə apardığı səssiz dialoq haqqındadır. Hər kəsin dodağında bir təbəssüm var, amma hər təbəssüm gülüş demək deyil. Bəzən təbəssüm — “mən danışdım, amma səni sözlə yormadım” deməyin ən zərif formasıdır. Və bəzən bir foto min söz demir… Sadəcə bizi dinləməyə məcbur edir. Biz buna ya “kürrük”, ya da “sükutun səsi” deyirik… Əslində isə bu sadəcə içdən gələn “MƏN HƏLƏ VARAM”, “MƏN HƏLƏ BURADAYAM” hayqırtısıdır.
Bu fotoda sözlər danışmır, duruş danışır. İki insan yan-yana dayanıb, amma aralarındakı məsafə fiziki yox, mənəvidir. Hər ikisinin əlləri önündə birləşib — bu, nə təsadüfi jestdir, nə də sadə rahatlıq. Bu, daxili nizamın, özünü toparlamanın, zamanın ağırlığını çiyinlərində hiss etməyin ifadəsidir:
Biri gələcəkdir, o biri keçmiş, İndiki zamanda qoşa, mehriban. Gələnə gedənin sözü çox qısa: Yükün çox ağırdır, yaşa mehriban!
Soldakı insan dik durur, baxışları açıqdır. Duruşunda məsuliyyət var — sanki söylənəcək sözlərin yox, daşınacaq yükün fərqindədir. Əllərin birləşməsi onun özünü nəzarətdə saxladığını, düşüncələrinin içində sakit bir intizam yaratdığını göstərir. Bu duruş “mən buradayam” demir, “mən cavabdehəm” deyir:
Dədə Qorqud deyir: – dinlə Qazan xan, O qədər olacaq oyun pozan xan, Ağılına gələni şeir yazan xan, Hamısın yola ver, yaşa mehriban!
Sağdakı insanın duruşu isə daha çox zamanla üz-üzə qalmış bir ruhu xatırladır. Çiyinlər bir qədər irəli əyilib, baş aşağıya doğru yönəlib. Bu, zəiflik yox, dərinlikdir. İllərin topladığı təcrübənin, görülmüş işlərin, deyilmiş və deyilməmiş sözlərin ağırlığıdır bu əyilmə. Onun duruşu sükutun müdrikliyini daşıyır:
Bizik söz mülkünün sədri-əzəmi, Çox olub bu mülkün xəstə, cüzəmi, Heç zaman söyləmə: – qalıb bizəmi?! Hamısın yola ver, yaşa mehriban!
Hər iki insanın ortaq cəhəti tələskənlikdən uzaq olmalarıdır. Onlar poza vermirlər, özlərini göstərmirlər. Bu fotoda nümayiş yox, hal var. Elə bil zaman bir anlıq dayanıb və insanın öz vicdanı ilə tək qaldığı o səssiz məqam tutulub:
Ustac şəklə baxır, şəkildə yoxdur, Oxumaqda acdır, yazmaqda toxdur, Dədənin sözündə həqiqət çoxdur: “Hamısın yola ver, yaşa mehriban!“
Bu duruşlar bizə bir həqiqəti xatırladır: bəzən insanın kim olduğunu öyrənmək üçün nə danışdığına yox, necə dayandığına baxmaq kifayətdir. Çünki duruş – insanın daxili dünyasının səssiz etirafıdır. Həmişə göz önündə olan hər iki ziyalımıza qədəm qoyduğumuz yeni ildə can sağlığı və bolluca uğur arzulayıram! Sözümü böyük Azərbaycan şairi ulular ulusu, ustad Səməd Vurğunun bu bəndi ilə yekunlaşdırmaq istəyirəm:
Saç ağardı, ancaq ürək Alovludur əvvəlkitək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm… Bilirəm ki, deməyəcək Bir sevgilim, bir də Vətən: -Şair, nə tez qocaldın sən!
“Tanrı” sözünü daşa qazan ilk yazanımızdan üzü bəri, bütün söz demiş ozanlarımızı rəhmətlə anır, hazırda əldə qələm çarpışan bütün yazarlarımıza üzümüzə gələn yel qanadlı at ilində muradlarının hasil olmasını diləyirəm!
Kurtuluş Savaşı’ının değerli Genelkurmay Başkanı, Batı Cephesi Komutanı, 1. Başbakan, 2. Cumhurbaşkanı Mustafa İsmet İnönü ve Mustafa Kamal Atatürk. “Namuslular da en az namussuzlar kadar cesur olmalı” – İsmet İnönü
Bu gün Türk dünyasının böyük sərkərdəsi Ənvər Paşanın anım günüdür! Ruhu şad olsun! Şəhid sərkərdə! Şəkildə Ənvər Paşa, atası Hacı Əhməd Paşa və qardaşı Nuri Paşa. Allah rəhmət eləsin.