Azərbaycan Yazıçılar Birliyi Katibliyinin qərarı ilə AYB Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının tərkibi yenidən formalaşıb
GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI KOMİSSİYASI
Sədr: Sabir Rüstəmxanlı Müavin: Həmid Herisçi Katib: Pərvanə Məmmədli Üzvlər: Teymur Kərimli Babək Muğanlı Rəhim Əliyev Esmira Fuad Şükürov Sayman Aruz Damət Salmanoğlu Ramin Cahangirzadə Vüqar Əhməd Tariyel Ümid Zaur Qəriboğlu Səlim Babullaoğlu
Xalq yazıçısı Anara “Türk Dünyası Ədəbiyyat Ödülü” təqdim edildi
Dekabrın 20-də Türkiyənin paytaxtı Ankara şəhərində, Türk Dövlətləri Təşkilatı və Türk Dil Qurumunun işbirliyi ilə, “Dildə, fikirdə, işdə birlik” devizi altında növbəti “Türk Dünyası Ədəbiyyat Ödülləri”nin təqdimat mərasimi keçirilib.
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə gerçekləşən mərasimdə Türkiyənin Mədəniyyət ve Turizm nazirinin müavini Sərdar Çam, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu rəhbəri Dərya Örs, Türk Dil Qurumu rəhbəri Osman Mert, müavini Harun Şahin, eləcə də Türk Tarix Qurumu rəhbəri Yüksəl Özgən, Atatürk Mədəniyyət Mərkəzi sədri Zəki Ərarslan, Atatürk Araşdırma Mərkəzi sədri Əhməd Qılınc və başqa rəsmi şəxslər, Türkiyə elmi və mədəni ictimaiyyətinin tanınmış nümayəndələri, alim və ədiblər iştırak ediblər. Mərasim Ankara Musiqi və İncəsənət Universitetinin “Türk dünyası musiqiləri topluluğu konserti” ilə başlayıb. Daha sonra, Binəli Yıldırım, Dərya Örs və Osman Mert çıxış ediblər. Rəsmi hissədən sonra ödüllərin verilməsi mərasimi keçirilib. İlk mükafat Binəli Yıldırım tərəfindən Azərbaycanın Xalq yazıçısı Anara təqdim edilib. Daha sonra Qazaxıstandan Dauren Kuatov, Özbəkistandan Nazar Eşankulov, Türkmənistandan Dövlətgəldi Annamıradov, Şimali Kipr Türk Respublikasından Osman Güvənirə mükafatlar təqdim olunub.
Tədbirdən sonra qonaqların şərəfinə ziyarət verilib.
Dəyərli qələm adamları! III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında (24-31 may/AMEA park) İmza Günləri Bizim Media stendində keçiriləcək. Xəbərlər və fotolar anında Bizim.Media saytında yerləşdiriləcək. İmza Gününüzü və saatınızı müəyyənləşdirib, qeydiyyatdan keçə bilərsiniz. Ödəniş tələb olunmur. Bir müəllif ən azı 3 müxtəlif gündə İmza Günü edə bilər.
Qeydiyyat üçün Bizim Media koordinatorunun nömrəsi +994 55 752 40 40 ( Zəng saatları 10.00-18.00/həftə içi)
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuadın tərtibçiliyi ilə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı yeni antologiya işıq üzü görüb.
Esmira xanım antologiyaya “Salam Şuşam, Uluyurdum mənim…” sərlövhəsi ilə dəyərli bir “Ön söz” də yazıb. Kitab Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.
Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşid, tərcümə və transliterasiya edən filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovadır. Rəyçiləri Rəsul Qədiri və Fikrət Süleymanoğlu, dizayneri Ellada Səfərəliyevadır.
Adından da bəlli olduğu kimi antologiya-kitabda Güneyli-Quzeyli bütün Azərbaycan yazarlarının, klassik və çağdaş şairlərimizin əsərləri yer alıb.
19 sentyabr 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda Esmira Fuadın tərtibatı və Mina Rəşidin redaktorluğu ilə işıq üzü görmüş “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi baş tutub. Tədbirdən fotalar:
Tədbirin gedişində Esmira Fuda “Ziyadar” mükafatı, Mina Rəşidə isə “Fəxri Fərman” təqdim olunub. Xatırladaq ki, “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabı Esmira xanımın Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sayca 14-cü kitabıdır.
Azərbaycan Yazıçılar Birliyində birliyin sədri, Xalq yazıçısı Anarın Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Günay Həsənova və İnformasiya və media ilə iş şöbəsinin müdiri Səadət Şəfiyeva ilə görüşü təşkil olunub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri Rauf Aslanov, sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs iştirak ediblər.
Görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövrü mətbuat nəşrlərinin bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.
Görüşdə Respublika Gənclər Kitabxanasının əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası yaratdıqları diqqətə çatdırılıb.
Görüşdə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəkləri vurğulanıb.
II TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI (BAKI 2023) BAŞA ÇATIB. FESTİVAL GÜNLƏRİ YAZARLAR. FOTOLAR:
AYB Mətbuat Xidməti: 5-11 iyun tarixlərində paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti və Türk dünyası təşkilatlarının dəstəyi ilə gerçəkləşib.
Festivalda 50-dən çox nəşriyyat, 30-a yaxın xarici ölkə nümayəndəsi iştirak edir, həmçinin müxtəlif sahələrə dair nəşrlər, eləcə də rəngkarlıq və qrafika sənəti üzrə əl işləri təqdim olunub.
Festival çərçivəsində elmi konfranslar, şeir saatları, imza günləri təşkil edilir, filmlər nümayiş olunur. Tədbirlər hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılıb.
Festival iyunun 11-də uğurla başa çatıb.
Layihə rəhbəri: Xəyal RZA festival barəsində fikirlərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb:
“II Türk Dünyası Ədəbiyyat və Kitab Festival gündəm oldu. Bir həftə boyunca 104 tədbir, səhnəyə çıxan 456 nəfər, türksoylu ölkələrdən gələn 30 qonaq. Hələ də paylaşımlar Festivaldandır.
II TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI DAVAM EDİR
AYB Mətbuat Xidməti: 5-11 iyun tarixlərində paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti və Türk dünyası təşkilatlarının dəstəyi ilə gerçəkləşir.
Festivalda 50-dən çox nəşriyyat, 30-a yaxın xarici ölkə nümayəndəsi iştirak edir, həmçinin müxtəlif sahələrə dair nəşrlər, eləcə də rəngkarlıq və qrafika sənəti üzrə əl işləri təqdim olunur.
Festival çərçivəsində elmi konfranslar, şeir saatları, imza günləri təşkil edilir, filmlər nümayiş olunur. Tədbirlər hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılır.
II TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI DAVAM EDİR
AYB Mətbuat Xidməti: 5-11 iyun tarixlərində paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti və Türk dünyası təşkilatlarının dəstəyi ilə gerçəkləşir.
Festivalda 50-dən çox nəşriyyat, 30-a yaxın xarici ölkə nümayəndəsi iştirak edir, həmçinin müxtəlif sahələrə dair nəşrlər, eləcə də rəngkarlıq və qrafika sənəti üzrə əl işləri təqdim olunur.
Festival çərçivəsində elmi konfranslar, şeir saatları, imza günləri təşkil edilir, filmlər nümayiş olunur. Tədbirlər hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılır.