ADPU-nun Filologiya fakültəsində Anım günü

Mahirə Hüseynova – NAĞIQIZI, professor, ədəbiyyatçı, şair.

 ADPU-nun Filologiya fakültəsində professor Mahirə Nağıqızının təşkilatçılığı ilə fakültə nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin iştirakı ilə 27 Sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib.

Müəllif: Aynura Aliyeva

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Osloda Anım Günü ilə bağlı foto-sərgi təşkil edilib

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Osloda Anım Günü ilə bağlı foto-sərgi təşkil edilib

Osloda həftəsonu məktəbimiz və NAYO birlikdə 44 günlük II Vətən Müharibəsinin ildönümü ilə bağlı “Qarabağ Azərbaycandır” adlı foto-sərgi təşkil etmişdir. Sərgidə istedadlı və gənc fotoqraf Rüstəm Fərman İsmayılovun müəllifi olduğu Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpadan sonrakı fotoları, Zəfər Günü ilə bağlı fotolar sərgi iştirakçılarına təqdim edilmişdir.  Eyni zamanda, sərgidə işğaldan azad edilmiş ərazilərimizlə bağlı kitab sərgisidə nümayiş edilmişdir.Həftəsonu məktəbimizin şagirdləri tərəfindən hazırlanmış Azərbaycan və Türkiyə bayraqlarıda sərgi iştirakçıları tərəfində maraqla qarşılanmışdır. Sərgi şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər ətrafında davam etmişdir.

Məktəbimizin fəal şagirdi Şanay  Şəkari Xarıbülbül rəsmini böyük sevgi və məhəbbətlə  xatirə lövhəsi üzərində çəkmişdir.Şagird və valideynlərimiz xatirə lövhəsində 44 günlük Il Vətən Müharibəsi ilə bağlı hiss və təəssüratlarını yazmış və rəsmlər çəkmişdilər.

Sərgi iştirakçılarına xarıbülbül nişanı hədiyyə edilmişdir.

Qarabağ müharibəsinə həsr edilmiş« Ağca və cuppulu» əsərinin müzakirəsi…

Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımovanın təşkilatçılığı ilə uşaq yazıçısı Sevinc Nuruqızı ilə görüş keçirilmişdir.Görüşdə Oslodan həftəsonu məktəbinin şagirdləri və Belçikadan,Azərbaycandan iştirak edən uşaqlar ingilis və Azərbaycan dillərində yazıçının əsərlərindən parçalar səsləndirmişdilər.  Görüş  S.Nuruqızının müharibəyə həsr etdiyi və Koreyada yüksək mükafata layiq görülən« Ağca və cuppulu» əsərinin müzakirəsi və uşaqların suallları ətrafında davam etmişdir.

Osloda N.Gəncəvi adına həftəsonu məktəbinin kordinatoru Günay Əliyeva şagirdlərin müəllifin yaradıcılığı ilə tanış olduğunu bildirmiş və yazıçının əsərlərinin tədris prosesində  istifadə etdiklərini qeyd etmişdir.

Yazıçı  müəllifi olduğu «Sürəyyanın izində» nağlından bir parça uşaqlar üçün oxumuşdur.

Osloda həftəsonu məktəbimizin şagirdi Aida xanım Ramberq  «Ağca və Cuppulu» nağlının əsas qəhrəmanları olan Ağcanın və Cuppulunun rəsmlərini çəkmişdir.

S.Nuruqızının Selcan Ağayeva tərəfindən çəkilmiş portreti görüşdə yazıçıya təqdim edilmişdir.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Onlar yeni bir tarix yazırlar – Aytac İbrahim

Onlar yeni bir tarix yazırlar – O gün…

Onlar yeni bir tarix yazırlar, özləri gedirlər, bəxş etdikləri gözəlliklər isə qalır.Əzəldən bəri belə olub…
Kimi şənlərinə şeir, mahnı, dastan yazır.Kiminin bir ayağı xiyabanda, qəlbi isə ah fəğanda olur…

Oğlunu, dostunu, qardaşını, canını itirib hər şeyə lap əvvəldən başlamaq rahatdırmı?! Toxuna bilmədiyin, görə bilmədiyin, üz-üzə söhbət edə bilmədiyin bir yaxının məzar daşı ilə baxışmaq, danışmaq, bağrına basmaq rahatdırmı?!
İnsanın həyatda hər kəsi öz yerində, hər şeyi öz qaydasında olanda, birdən o düzənsizlik pozulanda belə sıxıntı yaşayır.Di gəl ki, dağ boyda, aslan hünərli oğulları torpağa tapşırasan…

Biz o oğullardan yetim qaldıq xəbəriniz varmı sizin?! Bizə görə canını, qanını, gələcəyini qurban edən igidlərdən yetim qaldıq…
Hər məzar daşının altında bir igidin həyatı, cismi, arzuları, son dəfə sevdiklərinə deyəcəyi kəlmələr yatır…
Görəsən, son saniyələrində kimi görmək istəmişdilər? Kimi düşünmüşdülər? Son istəkləri nə olmuşdu?
Adamı nakam ömürlərin ağrısı yandırır.Anaların fəryadı, ataların boynu bükük qalıb, heç kim eşitməsin deyə hıçqıra-hıçqıra gözünün yaşını silməyi yandırır…
27 sentyabr 2020-ci il, nə zillət imişsən sən?! Necə bir il imişsən sən?!
O gündən sonra bütün günlər, bütün illər bağrına daş basıb yaşamağa çalışan adamlar çoxaldı, dərdlər artdı.Sevincini yaşaya bilməyən, ruhsuz canlar artdı.Atasız böyüyən övladlar, ata qucağı, ata üzü görməyən körpələr artdı.Dayağı olmadan, tək qadın gücü ilə övladlarına həm ata, həm ana olan qadınlar artdı…
Bir evin dərdi, bir böyük məmləkətin dərdinə çevrildi.Oğul evdən getmədi, oğul eldən getdi…

Torpağı qaytaran oğullar, torpağın altında yatır.Xoşbəxtliyə, sevincə, toy-büsata layiq olan oğullar bizdən çox çox uzaqdadırlar…
Bu həsrət, bu ağrı bir ömür boyu unudulan deyil.
O tarixi biz canlı-canlı yaşamışıqsa, hansısa bir kitabdan deyil, məhz öz gözlərimizin şahidliyi ilə əzbər etmişiksə, o tarixi unutdurmaq, yad etməmək bizə yaraşmaz.Nəsildən-nəsilə, obadan-obaya ötürərək qəhrəmanlarımızı yaşadaq.Yaşadaq ki, bizə təbəssüm etsinlər.Yaşadaq ki, şad olsunlar…

Yaşadığımız hər saniyəni, gəzdiyimiz hər qarış vətən torpağını, azadlığımızı onlara borcluyuq, millət!
Ruhları şad, şəhidlik mərtəbələri mübarək olsun… 

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu: – “Bu hücum xronologiyasını xeyli dərəcədə böyütmək olar…”

SAYMAN ARUZSƏLİM BABULLAOĞLU

Cəfər Pənahi, Əli Müsəffa, Haniyə Təvəssoli,  Kiyomərs Purəhməd, Əhməd Puri, Məzaher Şəhaməd və  digər 120 nəfərə

İranın hörmətli sənət adamları!

Sizin İİR mətbuatında, müxtəlif qəzet və saytlarda yer almış “sülh məktubu”nuzun məzmunu ilə tanışlığımız noyabr  ayının 8- nə, Azərbaycanın göz bəbəyi olan gözəl Şuşa şəhərinin işğaldan azad olunmasının elan olunduğu vaxta təsadüf elədi. Xatırladıq ki, düz 28 il yarım bundan əvvəl, may ayında, Azərbaycanın o vaxtkı hakimiyyət nümayəndələrinin Ermənistan rəhbərliyi ilə Tehranda sülh sazişi imzaladığı bir zamanda, hətta o saatlarda Şuşa şəhəri işğal olunmuşdu, onda da ayın 8-i idi. Mayı ayının. Və indi bu səkkizlərin əlaqəsi haqqında uzun danışmadan ilk demək istədiyimiz şey budur: sizin məktubunuz acı təəssüf hissi doğurdu. Niyə? Çünki 28 il yarım ərzində bircə dəfə də olsun belə bir tərkibdə iranlı və fars  sənət adamlarının (biz imza atmış və ehtimal ki, müraciətinizin mətnini hazırlamış  uzun siyahıdakı təşəbbüskar erməni əsilliləri nəzərdə tutmuruq) sülhü, ədaləti, beynəlxalq hüququ, gərəkdirsə islami dəyərləri dəstəkləyən, 1000 000 nəfər Azərbaycanlı qaçqın və məcburi köçkünün haqqlarını müdafiə edən bir bəyanatını görmədik. Bu heç. İndi isə sizin sözügedən müraciətinizin bəzi konkret  məqamlarına toxunmaq istərdik:
 
– Əvvəla, Azərbaycanla Ermənistan Qarabağ uğrunda savaşır demənizdə bir həqiqət varsa da başqa bir həqiqət gözardı edilir. Savaş Azərbaycan torpaqlarında – Azərbaycanın dünya ölkələri, o cümlədən vətəndaşı olduğunuz İİR tərəfindən də tanınmış ərazisində gedir ; eləysə niyə özünüzə sual etmirsiz ki, Ermənistan əsgərinin, siyasətçisinin Azərbaycan ərazisində nə işi var?  Və biləsiniz, bizi heç kim, heç bir fövqəl güc vuruşdurmur, bu düşüncəniz də yalnışdır. Biz 30 ilə yaxındır səbr edirdik. Bu  əsrin üçdə biri deməkdir. Amma görünür bizim səbrimizi sizin kimi səhv yozanlar varmış.

– Bu savaşda Azərbaycan tərəfində bizim öz əsgərimizdən başqa heç kim vuruşmur, nə Suriyadan, nə də başqa yerdən iddia etdiyiniz kimi muzdlu, könüllü, “terrorçu”, “təkfirçi” və ya bir başqası yoxdur. Digər tərəfdən, siz 10 milyonluq Azərbaycan Respublikasının hər baxımdan kiçik Ermənistanla vuruş üçün könüllü gətirməsini necə təsəvvür edirsiniz?  Odur ki, eyhamlarınız yersizdir, doğru deyil, həm də nə qədər ziddiyyətli görünsə də, İİR-in bir xeyli məsələlərdə  əks cəbhələrdə durduğu, Rusiya, ABŞ, Fransa, digər Qərb ölkələrinin qatı millətçi, qərəzli və xrisitian mərkəzçi mətbuatının, yaradıcı adamlarının  dedikləri ilə üst-üstə düşür. Bu necə olur?  Əksinə, indiyə qədər bizim işğal olunmuş ərazilərdə  çoxlu qanunsuz işlər görülüb, narkotik və silah daşınıb, terrorçular baza yaradıb, Azərbaycanın halalı olan yeraltı və yerüstü sərvətləri talanıb. Əlbəttə, ermənilər bunu tək edə bilməzdilər- biz bunu anlayırıq.

– Hiss olunur ki, guya savaşın İrana da yayılmasından əndişələnirsiniz – bunu qeyd edirsiz…  Nəzəri baxımdan  hər şey kimi bu da mümkündür ; amma  İran dövləti və ya ölkənizdəki  hər hansı dairələr ən azı prosesə qarışmasa, tərəfsiz dayansa, heç bir tərəfi qanunsuz silahlandırmada iştirak etməsə, öz ərazisini və hava məkanının bu işlər üçün icazəli görməsə, bu niyə baş versin ki?! Özünüzə sual edin…

– Müraciətinizdə “qafqaz xalqı”, “qafqaz milləti” ifadəsini işlədir, bizi də ermənilərlə  bərabər bura aid edirsiniz. Görünür, siz “millət” və “xalq” anlayışlarının təzə tərifini tapmısız. Bu heç. Amma çox yəqin onu da bilirsiz ki, ermənilərin Qafqaza, Azərbaycan dövlətinin ərazisinə gəlişi 200 ildən də az vaxtın hadisəsidir. Rusiya Çar İmperiyasının Qafqaz siyasəti ilə bağlıdır. Ermənilər gəlmədir. Odur ki,  türkləri, dominantı türk olan 50 milyonluq qədim Azərbaycan xalqını başqaları ilə nahaq qarışdırırsınız.

– Beynəlxalq təşkilatların hadisələrə dərhal qarışmasını istəyir, çağırır, hadisələrin indiki halında dərhal dondurulmasını istəyrisiz… Siz nə istədiyinizin fərqindəsiz? Yəni deyirsiz ki, yenə Azərbaycan əraziləri işğalda qalsın, bunu istəyirsiz?

– Uşaqların, qocaların, qadınların qırılması fikri ilə niyə masqalanırsınız? Niyə gecə vaxtı Gəncəyə, Bərdəyə Ermənistandan ballistik raketlər atılanda, evlər dağılanda səsiniz çıxmırdı? Xəritəyə baxmısınız heç? Bu və başqa şəhərlərin hərbi əməliyyatlar getdiyi ərazidən nə qədər uzaqda olduğunu bilirsiniz? Bir də axı beynəlxalq qurumlara müraciətdə niyə belə gecikmisiniz? Axı, ən ali beynəlxalq qurumun, BMT-nin Azərbaycan və onun ərazisi olan Qarabağla bağlı 4 məlum qətnaməsi var. Bu gün Azərbaycan ordusu həm də bu qətnamələri icra edir.

İndi isə 40 gündür ki, yenidən alovlanmış savaşla bağlı həqiqi qısa tarixçəni diqqətinizə çatdıraq:

– Sentyabr ayının 27-i səhərdən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqeləri bir neçə istiqamətdən və müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək atəşə tutdu. Nəticədə Azərbaycanın mülki əhalisi və hərbçiləri arasında insan tələfatı, itkilər və yaralananlar oldu. Hal-hazırda əks hücum əməliyyatı keçirən Azərbaycan ordusu  düşmənin hərbi mövqelərinə zərbələr endirir, işğal olunmuş Azərbaycan ərazilərini azad edir. Bu dəfə mehriban qonşularını prosesə qarışmasını istəmədən və onların “sülhpərvər rəy”lərini nəzərə almadan.

Ümumiyyətlə, bilin ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı. Bundan 3 ay əvvəl, avqustda Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin diverisya qrupu aşkarlandı və zərərsizləşdirildi. Araşdırma göstərdi ki, bu təxribatçı diversiya qrupu Azərbaycana planlaşdırılmış terror aktlarını törətmək üçün gəlib və Ermənistan dövlətinin Azərbaycana qarşı davamlı təcavüz planlarının tərkib hissəsidir.

4 ay əvvəl, iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz bölgəsi istiqamətində (Tovuz Azərbaycanın bir rayonudur) yenə də artilleriya hücumu nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu.

2017-ci il iyulun 4-də də Ermənistan silahlı qüvvələri  hücum təşkil edərək Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan, iriçaplı silahlardan atəşə tutdu. Nəticədə nənə və onun 2 yaşlı nəvəsi Zəhra qətl edildi. Dinc əhali arasında xeyli yaralananlar oldu.

4 il əvvəl, 2016-cı ilin aprelində Ermənistanın növbəti genişmiqyaslı hərbi hücumu baş verdi və Azərbaycan ordusunun əks tədbirləri nəticəsində Ermənistan hərbi birləşmələri darmadağın edildi.

Bu hücum xronologiyasını xeyli dərəcədə böyütmək olar, çünki demək olar ki, hər gün Ermənistan tərəfindən Azərbaycan istiqamətində güllələr, mərmilər atılır, atəş səsləri eşidilir . Bəs, görəsən məsələ nədir? Ermənistan niyə belə edir? Dünya ictimaiyyəti, BMT, müvafiq strukturlar 30 ildən artıqdır ki, bu məsələyə niyə göz yumurlar?

Yerindəcə qısa bir arayış verək. Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının süquta yuvarlandığı, mərkəzi Moskva hakimiyyətinin iradəsizlik və səriştəsizlik, eyni zamanda Azərbaycana qarşı böyük qərəz göstərdiyi bir dövrdə separatçı, millətiçi ermənilər, hüquqi olaraq Azərbaycan Sovet Sosialist Respublikasının bir hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətini (bu ərazi tarixi Azərbaycan torpağı olan  Qarabağın bir hissəsidir) Ermənistana birləşdirmək qərarı verdilər.  Eyni vaxtda, o zamankı Ermənistan Sovet Sosialist Respublikasının 8 min kvadrat kilometr hissəsindəki 172 yaşayış məntəqəsindən 250 000 Azərbaycanlı türk , habelə 18 000 kürd və 1000 nəfər rus zorla  öz doğma evlərindən, torpaqlarından, daimi yaşayış yerlərindən deportasiyaya edildi, Azərbaycana köcürüldü.

1988-1993-cü illərdə Şuşa, Xankəndi,  Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut kimi şəhər və rayonların daxil olduğu, Azərbaycanın tərkib hissəsi olan Dağlı Qarabağdan, üstəgəl Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Qubadlı, Zəngilan və Cəbrayıl kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ümumilikdə 785 000 min nəfər insan, Azərbaycanlı qaçqın düşdü. Ermənistandan və Dağlıq Qarabağdan qovulanların ümumi sayı 1000 000 nəfəri aşdı; yəni o dövrdə hər 7 Azərbaycanlıdan 1 nəfəri qaçqına çevrildi. Bu illər ərzində Ermənistanın və onların havadarlarının təcavüzü  nəticəsində 30 min nəfərə yaxın Azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu.

Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) Azərbaycanlı itkin düşdü, 1368 nəfər (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilsə də 783 nəfər (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca)  bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsi o insanlardan 439 nəfərinin  əsirlikdə öldüyünü bildirir.

Bu münaqişə zamanı ermənilər Qarabağın qədim yaşayış məntəqəsi olan  Xocalıda soyqırımı törətdi. Fevralın 25-dən 26-a keçən gecə, 1992-ci ildə erməni hərbi birşləşmələri  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakinini xüsusi amansızlıqla qətlə yetirdi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 487 nəfər yaralandı, 275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu illər ərzində bir çox dövlətlər və beynəlxalq təşkilatlar bu münaqişənin həllinə cəhd etsələr də bir nəticə hasil olmadı. Xüsusən, 1992-ci ildə əsası qoyulan, 1997-ci ildən ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Azərbaycana, onun işğalda olan tərkib hissəsi Qarabağa, eləcə də Ermənistana çoxsaylı “turistik səfərlər” gerçəkləşdirdi. Yaxşı heç nə vəd etməyən, demək olar hər gün Ermənistan silahlı qüvvələri tərəfindən pozulan kövrək və yalançı sülh qorunmağa çalışıldı, hər dəfə də tərəflərə sülhün vacibliyi ilə bağlı növbətçi tövsiyyələr verildi. Eynən sizin bəyanatda olduğu kimi.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul elədi ki, hər bir qətnamədə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan topraqlarından dərhal geri çəkilməsi tələb olunurdu. Hərçənd ki,  öz böyük havadarlarına arxalanan Ermənistan dövləti bu beynəlxalq hüquqi sənədlərə heç bir əhəmiyyət vermədi, beynəlxaq güclər isə öz qətnaməsinin icrasında tələsmədi, ikili standart nümayiş etdirdi.
Və budur, nəticə göz qabağındadır. 30 ildir ki, müvəqqəti sülhü torpaqları öz əlində saxlamaq üçün oyuncaq, vasitə olaraq istifadə edən Ermənistan yeni hərbi əməliyyatlara başlayıb. Biz əks hücuma keçmişik, daha 30 il gözləmək niyyətimiz yoxdur.

Bilin: Azərbaycan xalqı hal-hazırda öz torpaqlarını hərb yolu ilə azad edir, haqq və hüquq onun tərəfindədir. 

Unutmayın: Azərbaycan monomilli və monokonfessional Ermənistandan fərqli olaraq bütün din və konfessiyaların, eləcə də çoxsalylı millət və etnik qrup nümayəndələrinin əmin-amanlıq içərisində yaşadığı sülhpərvər, qonaqpərvər bir ölkədir.  Amma bizim bu  həm uzaq tarixi, həm də otuz illik sülhpərvərliyimiz riyakar və işğalçı Ermənistanın tərs  yozumuyla qarışdırılmamalıdır. Özünüzə sual edin: evinizə girən, yaxınlarınızı qətl edən, malınıza, canınıza qəsd edən soyğunçuya nə edərdiniz? Biz otuz ildir ki, (bəlkə də sadəlövhcəsinə)  onun əlindəki silahı yerə qoyub gedəcəyinə inanırdıq.

Biz hamımız sənət adamıyıq. Sənət isə sülh hadisəsidir. Amma sizin təklif etdiyiniz “sülh çağırışı” yersizdir, qeyri-səmimidir, əslində Azərbaycan torpaqlarının işğalda qalmasını arzulayır.  Bizdən atırqmı sülh istəyəcəksiz? Əgər səmimisizsə, sizin hər birinizi ərazisi işğal olunmuş, günahsiz əhalisi qətl edilmiş, kəndləri yandırılmış, insanları əsir götürülmüş, işğal edilmiş torpaqlarındakı maddi və mənəvi, tarixi isrsi ardıcıl şəkildə yox edilən – məhz əzilən, ədalətsizliklə üzləşən Azərbaycanlıların haqq səsini eşidəcək , həm öz ölkələrinizdə yaşayan erməni həmkarlarınızla bu haqda danışacaq, onların vasitəsi ilə, eyni zamanda təmsil olunduğunuz yaradıcı və media qurumlar vasitəsilə Ermənistanın sayıqlığını itirmiş rəhbərliyinə öz xalqını niyə uçuruma sürüklədiyini sorğulayacaqsınız. Öz ölkənizdəki hansısa dairələrin sepataçı, işğalçı Ermənistan dövlətinin silahlanmasında hər hansı cürə iştirakına bacardığınız qədər yox deyəcəksiniz.
Yəni doğrudanmı bilmirsiz ki, sülhün damarlarından ədalətin qanı axmadıqca o sülh olmur.

Sizin müraciətinizə çoxlu iradlar tutmaq olardı.  Və həmin iradlar çox ola bilsin ki, mətni hazırlayanların niyyəti ilə bağlıdır və o da ola bilər ki, bir çoxunuz  mətni oxumadan imzalamısız. Təəssüf edirik ki, sizin müraciətə imza qoyanların sırasında tanıdığımız, Azərbaycanda da olmuş insanlar var. Axı  sizin istiqanlı, dostpərvər, sülhpərvər və qonaqpərvər Azərbaycanlılarla ünsiyyət qurmusunuz. Bəs, müraciətinizdə yazdıqlarınızı özünüzə necə rəva bilirsiniz?

Azərbaycanda çox məşhur və sevilən bir mahnı var. Sözləri XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Nəbi Xəzriyə aiddir. Orda bir bənd belədir:

“Bilir ərlər, ərənlər
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır…”

SƏLİM BABULLAOĞLU
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair

SAYMAN ARUZ
Azərbaycan Yazıçılar Birliyi Cənubi Azərbaycan Komissiyasının rəhbəri, şair

İlkin mənbə: 525.az 

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hacı Abbas Əli oğlu Bağırov- Sona xanım Abbasəliqızı haqqında

Hacı Abbas Əli oğlu Bağırov- tibb üzrə fəlsəfə doktoru

Sona xanım Abbasəliqızının məharətli təfəkkür tərzinin bədii söz ustadına məxsus potensiala malik olması sayəsində tarixi romanların yazılması istiqamətində orijinallıq nümunələri ortaya qoyan süjetlərlə dolu bir neçə nəzm əsərləri ərsəyə gəlmişdir. Həm nəzm, həm də nəsr əsərlərinin müəllifi olmaq onun  orijinal, səciyyəvi bədii-estetik xarakterləri ilə parlaqlaşan düşüncə tərzinə malik omlasının əyani göstəricisidir.

    Sona xanım Abbasəliqızı orijinal  dəlillərin  təhlil və təfsirləri ilə dolu olan maraqlı bir  sənət numunəsi yaradaraq  tariixi bir roman yazmışdır. Bu tarixi romanın Əfzələddin Xəqani Şirvaniyə məxsus olaması, hazırkı dövrdə demək olar ki, çoxlarının müraciət etmədiyi yanaşma tərzi kimi qəbul olunaraq, yüksək qiymətləndirilir. Əsərdə Xəqani Şirvani kimi əzəmətli söz usatdının sənət nümunələrini özünün fərdi ideallarına uyğunlaşdırmaqla  onun haqqında səciyyəvi müstəvidə daha çox ifadəlilik tutumuna malik obrazlı təsvirlər yaratmışdır.

  Sona xanım Abbasəliqızı iti qələminin, dərin yaddaşının, ibarəli və ifadəli təxəyyülünün sayəsində digər nəsr əsərində isə təzadlı həyat faktlarının dərin fəlsəfəsinə nüfuz edərək, hər bir oxucunun öz obrazını tapa biləcəyi  ikinci romanının da müəlliflik haqqını əldə etmişdir.

   Sona xanım Abbasəliqızı yüksək əyarlı qələmini dincəlməyə qoymamışdır, ideyaları hər yerdə, hər zaman təzə ilham üzərində pərvaz edərək yeni –yeni obyektlər seçmiş,  yeni yaradıcılıq nümunələri ortaya qoymuşdur. Bu xasiyyəti  ilə növbəti ədəbi janra müraciət edərərk, 4 ədəd  inci  dəyəri tapmış povestin müəllifi kimi yeni yaradıcılıq məkanına dalğalarından məharət səpilən ucalıq bayrağı sancmışdır.

   Sona xanım Abbasəliqızı uşaqlara bağlı insandır. Uşaq ədəbiyyatına uşaq şeirləri ilə bəzənmiş könül dünyasının töhfələrini nəfis bir kitab şəklində ərməğan etmişdir. Onun qələmə aldığın uşaq şeirləri çox incədir, azyaşlılar və yeniyetmələr tərəfindən çox sevilərək, böyüklərin təqdir etdiyi mənəvi-estetik, tərbiyəvi cəhətlərinə görə  müəllifə olan  rəğbəti daha da artırır. Hər kəsin övladını öz övladı kimi qəbul edən, ANA qəlbi yüklü olan- Sona xanım Abbasəliqızı aşağıdakı əsəri ilə valideynlik duyğularının parlaq nöqtələrini tərənnüm etmişdir.

Şükür sənə ULU TANRIM,

Dərgaha qalxıb qollarım.

Xoşbəxt olsun balalarım-

Biri nurum, biri günüm,

 Övladlarım!

Hərə evin bir çırağı,

Ağılları yaraşığı,

Alışdırır od-ocağı-

Biri nurum, biri günüm,

 Övladlarım!

Hər ikisi elə bağlı,

Bir qırılmaz telə bağlı,

Şirin-şəkər dilə bağlı-

Biri nurum, biri günüm,

 Övladlarım!

Mənim görən gözlərimdir,

Bükülməyən dizlərimdir,

Bu dünyada izlərimdir-

Biri nurum, biri günüm,

 Övladlarım!

Sona xanım öz  könül aləminin zənginliyi vətən şeirləri ilə ən önəmli mənzərələrini açır, onun poeziya dünyasına səyahət etdikdə yenilik, estetik fəlsəfi -mənəvi tutumun uğurlu yollarla formalaşıb, ahəngar şəkildə yeni bir zirvəyə istiqamətləniyinin şahidi oluruq.  Fəlsəfi -estetik tutumu əsil insan həyatının məziyyətlərini ifadə edən obrazlılıq əsasında səciyyələnmişdir, söz sənətinin alilik hüdudlarını müəyyənləşdirən parametrlərlə uzlaşmışdır.

  Ulu Yaradanımız yaratdıqlarının hər birinə öz fitrərtini verib. İnsana da insanlıq fitrəti içərisində saya gəlməyən istedadlar bəxş edib. Fəqət bu istedadlardan biri də poeziya, şeir mənasına vaqif olub, onu yazmaq, onu yaratmaq, onu yaşatmaqdır. Şeir şeir halındadırsa dolu başın məhsuludur demək, qəlbə yol açıbdemək , düşüncələrə təsir etmək imkanı yoxdursa heç nədir demək.  Sona xanım Abbasəliqızının poeziyasına baş vurduqca şox uzaqlara aparır səni, bəzən ən yaxını uzaq hiss edirsən. Həyatın və insanın çəkə bildiyi bütün yüklərin ölçü meyarları ilə dolu olan Sona xanım yaradıcılığı poeziya dünyamızın incə nümunələri ilə bəzənmişdir.      

  Poetiklik, estetiklik, fəlsəfilik Sona xanımın şeiriyyat aləminin zər -ziba ilə bəzənmiş çalarlarıdır. Sevgi yükü çəkməyən, sevgini bilməyən, sevgisini pəhrizliklə saxlayıb, mərhəm şəkildə qoruyub, bakir surətdə saxlamağı bacarmayan şair ola bilməz. Sözün yükünə dözməyən şair ola bilməz. Dərdə düşmək, dərd əlində talanmağa qabil ola bilməyən şair ola bilməz. Aşiq ola bilməyən şair ola bilməz. Sona xanım Abbasəliqızı bütün bu sədləri keçərək, məharət göstərib şairə adını ucaltdı , ucaltmağa nail oldu, sözü ilə, qəlb duyğusu ilə sevildi, könül əmanəti ilə könüllərdə təbərrükləşdi. İnsanı dərd şair edər deyirlər. Bəli dərdlə dolu sözlər sətirə küçürülməsə insanı ağladan  dərdin özü ağalayar insanı. Sona xanımı ilhamı bu notlara zənginləşərərk dərdin dillə təcəssümünü bədii konteks şəkildə təqdim edir. Onun ilham mənbəyi bu müstəvidə daha çox intensivlik nümayiş etdirir. Bəzən həyatın mürəkkəbliyini ağrı acısını elə parlaq və obrazlı şəkildə təcəssüm etdirir ki, əsərlərini daha mənalı daha oxunaqlı edərək könüllərə təsəlli mənbəyi kimi təbərrüek halına gəlir. Allah hikmət, bəsirət, fəsahət və fərasət verdi yazmağa, yaratmağa əzizimiz Sona xanıma. 

   Sona xanımı tanıdıqdan sonra hörmətlə qarşıladığım insanların sırasında onunla hər ünsiyyətdən məmunluq duymuşam, əsərlərinin motivi, kaloritliyi, ruha sirayət etməsi nəticəsində yaratdığı ovqat, onunla hər görüşümüz nədənsə yadımda aşağıdakı şeiri tərpədib. Bu müəmmalı, mübhəm hissin nədən qaynaqlandığı sirr olaraq açıla bilmədi mənə. 

Bu yerlərdə müşgül ənbər qoxuyur,

Nazlı dilbər gəzən yerdir  bu yerlər.

Aralıqda seyraqublar toxuyur,

Əlim yardan üzən yerdi bu yerlər.

Bizim yerdə ördək olar qazınan,

Sizin yerdə söhbət olar sazınan,

Dəstə -dəstə, bölük -bölük qızınan,

SONAm göldə üzən yerdir bu yerlər.

Mən Kərəməm Gəncə mənim dağlarım,

Xəzan vurdu, tez saraldı bağlarım,

Ağ kağız üstündə qəmli çağlarım,

Deyib dərdim yozan yerdir bu yerlər.

Bu şeirin ikinci bəndini hər dəfə söylədikdə, və yaxud yadıma saldıqda daim insanlıq simasının gerçək daşıyıcısı, amalı ilə əməli eyni olan Sona xanım Abbasəliqızının surəti gəlir gözlərimin önünə. Baxmayaraq ki, həyatda Sona adlı tanıdığım şəxslər bir neçə nəfərdir, məhz Sona xanım Abbasəliqızının xəyalı bürüyür düşündüklərimi.  Sona xanım Abbasəliqızının adı da şəxsiyyəti kimi nəcibdir. Fəqət bu nəcib insanın varlığına xurma lifləri tək incə tellərlə bağlana bildiyim digər əlamət də vardır ki, bu sövq ona yaxınlaşa bildiyim ikinci vəsilədir.  Bu həqiqətdir, həqiqət!

  Əziz və əbədi dostum, bəzən tay- tuş bəzən də ağsaqqal sandığım rəhmətlik Eldar İsmayıl Böyüktürkün keçirdiyi bütün tədbirlərdə, toplantılarda dərin hörmətlə baş tutan görüşlərimiz bizi Sona xanımla daha da  doğmalaşdırırdı. Mən Sona xanımı tanıdım, tanıdığım qədər də rəğbətlə könül dünyamın şərəf lövhələrindən birində ona yer ayırdım, aramızda olan ülfət və ünsiyyətlə, səmimiyət və hörmətlə get -gedə daha çox qürurlandım. Onun haqqında demək, yazmaq müşgül olduğu qədər də ilhamlıdır. O qədər saf niyyətə malik adamdır  ki, barəsində nəsə demək istədikdə sözlər sanki, çağlayır, qaynayır, aşıb -coşur. Amma, Sona xanımın varlığını, əzizliyini, şəxsiyyətinin dəyərini olduğu kimi əhatəli vəsf etməyə sözlərimin imkanı yetməyəcəyi qənaətindəyəm.

  Təbiətin ən gözəl harmoniyasının canlı mödelini əks etdirən, əxz etdirən Ulu Göyçə Gölünün gözəlliyinə nə qədər valeh olsaq belə, bəzən ritmik, bəzən çılğın, bəzən hirsli, bəzən də sakit su müstəvisi-güzgü yaradan dalğaları üzərində sonaların  azad, sanki dərdsiz, qayğısız üzməyi, sıralanmaqları, nizamlı davranışları başqa bir məftunluq yaradır insanda. Sonalar sıralanmağı ilə necə gözəl anlayırlar bir -birlərini. Təmkinli, ülfətli, rəvan, pasiban davranışları ilə kainatın səbrinə aramlıq dərsi keçirlər sanki. Su sonalarının bir- birinə və ana təbiətə sayğılı davranışlarını seyr etmək  insanın daxili dünyasından qaynaqlanan fikir və düşüncələri ilə onu yerlərdən götürüb ülvi xəyallar ağuşunda mövcud olduğu məkandan ağıla gəlməyən saf və müqəddəs məqamlara teyləyir, insan harada olduğunu unudur, nə düşündüyünü belə yada sala bilmir. Dağların yamacların sızqasından, yağışından, çayların sellərindən axıb gələn şəffaf sulardan Uca Yaradanın məxsusi gözəlliklərlə bəzədiyi bu mavi rəngli, sonalı  göllərin bir növü də insanın batini dünyasında  göz yaşlarından süzülərək əmələ gələn, dalğaları şahə qalxıb, gözə görünməyən ümmanların  təlatümümünü yaradan ‘’göllərə’’ bənzəyir, elə həmin batini məkanda da üzən sonalar ’’görürsən’’.  O göllərin dalğalarının yaratdığı meh dəyanətli qəlblərə, dözümlü ruhlara, təpərli ürəklərə  tumar çəkər,  ona nəfəs verər, insanı ucalığa yaxınlaşdırar.

Qayalardan öz atını çapıb gələn,

Qarşısına nə çıxıbsa yarıb gələn.

Toz-torpağı ora, bura yapıb gələn,

Xoş ətirli yellər üçün darıxmışam.

Sal daşları təbil kimi çalıb gedən,

Bənd-bərəni əsir kimi alıb gedən,

Dərələrdə haray- həşir salıb gedən,

Səsli, küylü sellər üçün darıxmışam.

Qucağında bu həyata göz açdığım,

Qədəm basıb, pərvazlanıb tez uçduğum.

Dönə-dönə xatırlayıb söz açdığım,

Qədirbilən ellər üçün darıxmışam.

Uca dağlar, qurbanınız olaram mən,

Zirvənizə bir gün yolu salaram mən.

Boyunuza qollarımı dolaram mən,

Sizlə keçən illər üçün darıxmışam.

 Bizim SONAMIZ da belədir. Sakit və gözəl suların əsrarəngiz peyzaj yaratdığı təbiətə gözəllik qatar varlığıyla. İnsanlıq tarixinin olaylarını yaddaşına köçürmüş mavi suları fəth etməklə onun yaddaşında olanları oxuyar, üzərində ‘’süzdükcə’’ bir çox sirrlərin bağlı qatlarına nüfuz etməklə fələfi dünyasını zənginləşdirərək əsil insan dəyəri qazanar.

Müqəddəs kiatbımızda mütəal Allah buyurur ki,’’ Bilin ki, bu dünya aldadıcı tələdən başqa bir şey deyil’’ Bu həmin dünyadır ki, görürə bilənlərə yük olar, həssas insanlarla oynayar, idrakı, təxəyyülü, düşüncəsi kamil insanları yarışa çəkər. Sona xanımın yazdığı bu şeirdə etibarın, sədaqətin,vəfanın dünyanın surətində təcəssümü aydın şəkildə gözümüzün önündə canlanır..

Mərdin süfrəsinə dadanıb namərd,

Yolumun ağzında bitib xəyanət.

Birinə işıqsan, birinə zülmət,

Bəlkə düz demirəm, bağışla, dünya.

Birinin vaxtı var, vaxta güvənir,

Birinin baxtı var, baxta güvənir.

Biri oturduğu taxta güvənir,

Bəlkə düz demirəm, bağışla, dünya.

 Söz verib durmursan sözünün üstə,

Deyən yox qaşın var gözünün üstə.

Olmusan çörəyi dizinin üstə,

Bəlkə düz demirəm, bağışla, dünya.

Qanqallar əkirsən gülün yerinə,

Danalar satırsan kəlin yerinə.

Qarılar verirsən gəlin yerinə,

Bəlkə düz demirəm, bağışla, dünya.

Yaxşı-yaman bir-birinə qarışır,

Bilən yoxdur kim-kim ilə yarışır.

Haram yeyən halallıqdan danışır,

Bəlkə düz demirəm, bağışla, dünya

  Bir ürəkdən qopan duyğu min ürəyə yol tapması ilahi vergidən başqa ayrı bir səciyyənin göstəricisi ola bİlməz. Bəli Sona xanımın şeiriyyəti ürəklərə yol açıb, qəlblərdə yuva qurub, istinad və obrazlı ifadə mənbələrinə çevrilib. Sevginin, insanlığın ən ali dəyərlərinin məhək daşına dönüb. Sözlər, fikirlər, sevdalar, sevgilər Sona xanımın şeirləri ilə ifadə olunduqca daha rəvan yola dönmüş olur. Ümidzilik çırağını oxunduğu, dinləndiyi andaca  söndürmüş olur. Sona xanım yaradıclığının mahiyyəti bəzən şübhənin, bəhanənin üzərinə elə bir sədd çəkir ki, reallıqdan, dünyanın gerçək üzündən və etbarısızlığından hali olmadan təsəlli aləminə düşmüş olursan.

   Nədənsə kişi qələmindən gələn sözlərin qəlbi bu qədər riqqətə gətirməyə gücü çatmır. Əgər bu fikirin səbəbini açıqlaya  bilsəydim səmimi deyirəm ki,  bu yazımda ifadə edərdim. Sona xanım duyğusundan axıb gələn nəzm nümunələri insanı kövrəldir, riqqətləndirir, heyrətləndirir, dinməyən hissləri dindirir. Çün o ana duyğularından, xanım ürəyinin döyüntülərindən, qadın hərarətindən, qız sevdasından, sevgili qəlbindən, şairə ilhamından, övlad cuşundan gəlir. Hər sətirin altını gözlərə dolan yaşlarla cızmalı olduğun halda bu dunyadan uzaqlaşırsan demək. Sona xanım qələmi adamı varlıqdan yoxluğa döndərə, göylərdən yerlərə endirə bilir. Yananı söndürə, dinməzi dindirə, qanmazı qandıra bilir. Elementar ifadələrin düzülüşündən yaranan, adamın qəlbinə köz qoyan, könül sazından qor qoparan mənalarla doludur onun şeiriyyəti.

   Duyğuları formalaşdıran böyüdüyün hava su təbiətdir. Qızıl suyu ilə böyüyüən insanların hissi, duyğusu, amalı, məfkurəsi, ilhamı, şövqü, zövqu, cuşu da qızıl kimi olur. İstər- istəməz bəşəriyyətin böyük dəyərlərə ehtiyac var deyilmi?  Odur ki, sözün gücü ilə aramlaşan bütün qəlblər Sona xanımın əsərlərinə ehtiyac içərisindədir. Sözü kimi də özüdür, dostluğudur, sədaqətidir, adam kimi adamlığıdır, adam sayılanların yanında sayılıb, seçilməyidir. Sona xanım Abbasəliqızı eşq və sədaqət fədaisi obrazında gördüyüm, həqiqət yollarında axtarışda olan, doğruluq dəryasının qəvvası olan bir şəxsiyyət kimi canlanır gözlərimin önündə. Söz düzümü, iz düzümü, yolu -ərkanı dolaylaşan düzlükdən ibarətdir bu əzəmətli şəxsiyyətin. Boyu kimi qəlbi, qəlbi kimi insanlıq imtahanlarının ödəvlərini yerinə yetirməyi var əzizimiz Sona xanımın.

Sona xanımın yaradıcılığı canlı bir axına bənzəyir, əsərlərinin tarixi xronoloji inkişafını nəzərədən keçirdikcə müsbət dinamika xarakterizə olunan inkişaf xətti aydın görsənir. Sənət ağacının lirik və fəlsəfi budaqlarının üzərindəki sənət incilərini təfəfkkürünün süzgəcindən keçirərək xəfifiləşdirmiş, zərifləşdirmiş, gözəl nümunələrlə ağırlaşdıraraq,  poeziyanın səlis imkanlarından sərrastlıqla istifadə etməklə öz poeziya toplumunu zənginləşddirmişdir.

   İnsan həyatının gerçək dəyərlərindən olan sədaqət, məhəbbət, aşiqlik, cəmiyyətə faydalılıq övladlıq, dostluq hisslərinin ən zəngin çalarlarını inikas etdirən elə meyarlarla bəzənmiş əsərləri var ki, opxuduqca müəllifin daha ali ölçülərlə nəzərə alına biləcək daha geniş aspekti müəyyənləşir, həqiqət axtarışı müəllifin duyğularının dünya hadisələrinin reallıqlarla əlaqələrinin əyanicələşdirilməsindən ibarət olmuşdur. Ədəbiyyatımızın ciddi qəbildən sayılan bütün ölçülərinə müvafiq olan şeir nümunələri Sona xanımın həyata vurğunluğu çərçivəsində həyat oyununu hər kəsin oynaya bilmədiyi fəlsəfəsini incələyərək oxucularına çatdırmış, nəcibliyinin incəliyinin zərifliyinin bir neçə meyarlarını ortaya qoymuşdur. Bəzən şeirlərinin içərisində həyatı proseslərin elə dramatik və gərgin hiss həyəcan dolu anlarının şahidi olusan ki, həmin mühitdə təzad və gerçək olayların inikasından başlayan mənəvi gözəlliklərin yaratdığı spektrlər göy qurşağı kimi əsararəngiz bir diapazonu əhatə edərək göz oxşayır. Bu poeziya aləmində Sona xanımın məxsusuiliyinin mənliyinin yükünü ortaya qoymuş bir təqdimat nümunəsi kimi canlanır və onu oxucuların sevdiyi müəlliflər sırasına qatımış olur.

Elə bil əzəldən torpağam, daşam,

Gözdə gilələnmiş bir ovuc yaşam.

Dərdin bacısıyam, qəmə qardaşam,

Mənim günahımı günaha yazma!

Yalan ayaq açıb sevgi yerinə,

Toz qonub cahanın sevgilərinə.

Səni and verirəm, söz güllərinə,

Mənim günahımı günaha yazma!

Gözlərim qəm dolu dərin quyudu,

İndiki sevgilər sərin quyudu.

Bəxtim dərd üstündə dərin uyudu,

Mənim günahımı günaha yazma!

Sözdən ilmə-ilmə belə söküldüm,

Dərdimlə oyanıb dərdimə güldüm,

Mən sözdə boğuldum, mən sözdə öldüm,

Mənim günahımı günaha yazma!

Sona xanım Abbasəliqızının əsərlərində elə təşxis, metafora , təşbih nümunələri yer almışdır ki, əsəri oxuyarkən sanki bir vokallıq seyrəngahına düşmüş olursan. Poetik fəlsəfə ruhunun təsviri kimi, onun daxili dünyasını şeirin batin strukturuna köçürərək mövzusunu zinətləndirir, poetik təfəkkürün həyatiliklə bağlılığı əhvalı- ruhiyəsini yaratmış olur. Poetik axının obrazlılığı fərqli konturlar cızıaraq yeni və fərqli duyuma bağlanaraq, təzadlı dövrümüzdə könllərə məlhəm olaraq qeyri adi dinamik assosiasiya əmələ gətirir.

Sona xanım Abbasəliqızının əsərlərinin poetik siması çox vaxt emosionallıqlıq, hiss- həyəcən duyğuları ilə çulğalaşır. Bu onun təbinin ilhamının insanı rahat buruxmayan, insanın çəkə biləcəyi ömür yükü içərisində kamilləşməsinin, dözümlülüyünün, tolerantlığının miqyasını cızır, bədiilik konteksini əhatələndirir.

 Göyçə dialektinin əsərlərinə sirayət etməsi poetik terminlərin, şeiriyyat ünsürlərinin hamısını hərəkətə gətirmiş olur. Üslubundan və janrından asılı olmayaraq bütün şeirlərinin ilkin məğzi daxili dünyasının mündəricatından giriş qapısından bəhrələrir.

Soyuq qış gecəsi,yol-iriz donub,

Yenə ac qurd kimi ulayır külək.

Havanın üz-gözü qırov bağlayıb,

Yenə çöl-bayırı bulayır külək.

Təbiət yuxuda ağ xəyal görür,

Körpə ağacları şaxta vurubdu,

Mənim də xəyalım, donmasın deyə

Sınıq pəncərəyə taxta vurubdu.

Üşüyür qəlbimin duyğuları da,

Ömrün sınağına hazıram, şükür.

Bu qış gecələri mənə xoş gəlir,

Sevgi nəğmələri yazıram şükür.

Sona xanım Abbasəliqızının şeirlərinin vəzninə, səslənməsinə, duyğusallığına, ahənginə görə, oxucuda həyəcanlanma, gərginlik yaratma imkanlarına görə, mətinin orjinallığına görə xalqın yaddaşında daim qalacağına heç bir şübhə yeri qalmır, poetik estetik fəlsəfi yükün ərsəyə gəlməsinə, oxucu dünyası ilə harmonik olmasına estetik cazibə yaranır. Soz axının obraza çevrilməsi idrakın dərin qatlarından sızıb gələn könüllərdə şahə qalxan fırtınalar yaradan emosiyalar fonu Sona xanım Abbasəliqızının şairəlik gücünə təkan varən amillər kimi ortaya çıxır. Bir şeirdə eyni duyğular təkrarlanmır, duyğu və hisslərin təkrarasızlığı poetik gücü stimullaşdırır. Məna laqkonikliyi, poetik ünsürlərə düşüncənin kamil təbəqələri ilə müdaxilə zamanın və qəlbin səsinin sintezindən fərqli bir məna hikmət yaratmışdır.

Sona xanım Abbasəliqızının qafiyə sistemi, ritmi, intonasiyası, şeiriyyətin bir çox aspektləri ilə məxsusi dəyərlərini özündə birləşdirməsi  beyində düşüncə istiqamətini dəyişdirmək imkanlarına malikdir, çünki bu kamil qələm sahibinin obrazları   sünilikdən uzaqdır, ürəkləri, beyinləri hərəkətə gətirir, insanın mənəviyyat dünyasının əks etdirir.

Sona xanım Abbasəliqızının bu nəzirəsində təbinin ruhi emosional vəziyyətə düçar olduğu görünür. Təbii, səmimi sözlərlə  deyilən fikirlər lirik hisslərə bir doqqaz yaradır.  Burada İnsan fikirlərinin hərarətindən qaynayan təravət hiss olunur.

Ənvər Rza, yolum haqda düşünmə,

Həsrətimi dağlamağa gəlmişəm.

Göyçə adlı istəyimi, eşqimi,

Gözüm üstə saxlamağa gəlmişəm.

El ah çəkir, qəm-kədəri biçəyin,

Hanı sarvan?Karvan gözlər, köçəyin.

Mən könlümə sırğa taxmış çiçəyin,

Ləçəyini qoxlamağa gəlmişəm.

Yaz ayları zirvələrdə öy çəni,

Səhər vaxtı yağış bilir, göy çəni.

Xəyalımda əzizləyib Göyçəni,

Ana yurdu yoxlamağa gəlmişəm.

Dağ eşidib, qaya duymaz sədamı,

Dərd öldürər, qəm yandırar adamı.

Xatırlayıb ömrü gödək atamı,

Anam üçün ağlamağa gəlmişəm

Əzizim, Sona xanım!

Xanımlar gülürsə həyat firavandır demək, qadınlar sevinirsə övladlar xoşbəxtdir demək, zərif cinsin nümayəndələrinin çöhrəsində təbəssüm varsa, Vətən əmniyyət içərisindədir demək!

Allah bunların heç birini sizdən əskik etməsin

60 illik zaman içrə  faniyə aldanmadınız, insan ömrü yaşadınız, varlığınızla insanlığı durultdunuz, insanlığa xidmət etdiniz!

 Qəlminiz, əliniz, diliniz, təfəkkürününz, təxəyyülünüz füsunkarlıq sistemi yaratdı, Sizdən qərinələrə, əsrlərə yadigar qalacaq böyük sənət numunələri ortaya qoydu!

  Odur ki, indidən sonra daha bir 40 il də yazıb- yaratmaq arzusu ilə 60 illik yubileyinizi təbrik etmək üçün bu yazımı Sizin əziz və mötəbər şəxsinizə ithaf etdim. Xahiş eirəm hörmətimi xoşhallıqla qəbul edəsiniz!

Qardaşınız, eloğlunuz Hacı Abbas Əli oğlu Bağırov- tibb üzrə fəlsəfə doktoru.

Müəllif: Hacı Abbas Əli oğlu Bağırov- tibb üzrə fəlsəfə doktoru.

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Onlar – Aytac İbrahim

Oğul var evdən gedər – Onlar…

Oğul var evdən gedər,
Oğul var eldən gedər.
Arzusu ürəyində,
Xəyalları nakam gedər.
* * *
Baxma qartal duruşuna
Sol yanı kədər gedər.
Evdən uzaq diyarlara,
Bir yolluq uçar gedər.
* * *
Gedər boğçasın yığıb,
üzü cənnətdə bitər.
Nazlı yarə xəbər edin,
Əğyarı göydə süzər.
* * *
Rəbbə imanınız yoxmudur?!
Sübhə gümanınız yoxmudur?!
Ağlamayın, mən şəhidəm…
Sözüm artıq burda bitər…

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ONUNLA AĞDAMDAN TANIŞIQ

HACI ƏKBƏR

“BU GÜN ŞƏHİD VERƏN AZƏRBAYCANIN 

BİR GÜN AMANSIZCA İNTİQAMI VAR”! 

Onunla Ağdamdan tanışıq… 

1988-ci ildən başlayan əvvəl ixtişaş, sonra isə dəhşətli müharibənin əngəlləri görüşməyimizə mane olurdu. Nəhayət ki, 27 oktyabr 1993-cü il tarixində, Ağdam şəhəri və şəhərin ətrafındakı kəndlərin xeyli hissəsi işğal olunandan 5 ay sonra Ağdamın Cəvahirli kəndində səngərdə görüşdük. O, çox mərd, hazırcavab, cəsarətli insandır. Səngərdə görüşəndə həm sevindik, həm də kövrəldik. Müxtəlif vaxtlarda onun videoçəkilişlərinə, televiziya verilişlərinə həvəslə baxırdım, qəzetlərdə yazdığı məqalələri oxuyurdum. İndi isə səngərdə oturub üzbə-üz söhbət edirdik… 

O, verilişlərini həmişə yurdsevərlik, vətənsevərlik ruhunda hazırlayırdı. Bu da çox effektli alınırdı. Onun sərrast sualları, suallarda sual doğuran məqamları tərəf müqabilini daha yaxşı danışmağa sövq edirdi. O, həm də əsgər və zabitlərimizlə çiyin-çiyinə səngər həyatı yaşamaqdan zövq alırdı. Onların döyüş və səngər həyatından aktual verilişlər hazırlamaq bacarığına malik bir şəxsiyyət idi. 

Mən jurnalist və kinooperatorlardan Seyidağa Mövsümovla, Babək Quliyevlə, Ağasəf bəylə, Rəhbər Bəşiroğlu ilə, Türkiyənin “Zaman”qəzetinin müxbiri İrfan Sapmazla, Sarvan Şamiloğlu ilə, Salman Alıoğlu ilə, Allahverdi Əsədovla, İsa Dadaşoğlu ilə də səngərlərdə görüşüb dərdləşmişəm, söhbətləşmişəm. Ancaq onunla dərdləşib, söhbətləşməyin ayrı bir aləmi var. O, neçə-neçə döyüşçüdən, onların səngər həyatından, şəhidlərimizdən maraqlı, yaddaqalan veriliş hazırlamışdı və bu işini həvəslə davam etdirirdi. O, həm də yeri gələndə əlindəki qalın dəftərini, kamerasını səliqə ilə bir küncə qoyurdu və əsgərin avtomatını əlindən alıb düşmənlə özü vuruşurdu. Onun bu hərəkəti qəlbindən gəlirdi, bir əsgər kimi Vətənə vəfa borcu idi. Bütün bunları təmənnasız edirdi, Vətənə vətəndaş borcu bilirdi. O, təkcə jurnalist-operator deyil, o, həm də Vətənin hər qarışını sevib qoruyan şəxsiyyətli vətəndaşdır. Mən bu yazımı çox sonralar gündəliyimin içərisindən tapdım və yazını köçürüb təqdim etdim ki, siz də qürurlanasınız. Arzu edirəm ki, belə vətənpərvər, belə xalqsevər, millətsevər insanları unutmayasınız. Gələcək nəsillərə tanıtmaq üçün belə insanları axtarıb tapasınız, onların qayğıları ilə ilgilənəsiniz, onların haqqında maraqlı yazılar yazasınız, öz fikirlərinizi bildirəsiniz.  Bağışla Adil İrşadoğlu. Gec də olsa gündəliyimdən bu yazını tapdım və onu sənə indi – Qarabağın, Ağdamın işğaldan azad edilməsindən sonra hədiyyə etdim. Var olasan səni gözəl insan !

Qarabağda baş verən olaylar, amansız qətllər və işğallar Adil İrşadoğlunun da həyat yolunu səngərlərdən keçirdi. O, cəbhədə baş verən hadisələri izləmək, məlumat toplamaq, öyrənmək, hadisələrin operativ videoçəkilişini etmək üçün ömrünün gənclik çağını cəbhənin müxtəlif bölgələrində keçirdi. Jurnalist Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində səngərlərə gəlir, döyüşən əsgərlərlə görüşür, bizə mənəvi dəstək və ruh verirdi. O, cəbhənin qaynar nöqtələrindən çəkdiyi süjetləri dövlətin televiziyasında göstərir, qəzetlərdə cəbhə ilə bağlı məqalələrlə çıxış edirdi. Döyüşən hərbi hissələrimizə, əsgər və zabitlərimizə, onların ailələrinə ehtiyac olduğu zaman yardımlar təşkil edirdi, heç vaxt cəbhəyə köməyini əsirgəmirdi…

Adil İrşadoğlunun fədakarlığını tək mən yox, çəkdiyi videokadrlar və verilişlər də sübut edir. Adil İrşadoğlu yorulmaz, son dərəcə çevik, dinamik, təhsil görmüş siyasətçi və jurnalistliyini bütün diplomatik istedadı ilə nümayiş etdirən, müsbət keyfiyyətlərə malik insandır.O, qaydalara sistemli riayət etməkdə bütün jurnalistlərə nümunədir. 

Haşiyə: Son illərin birində 20 yanvar metrosunun yanında mərhum şair Fazil Fəxrinin yubiley gecəsini qeyd etməyə toplaşmışdıq. Adil İrşadoğlu ilə Mustafa Çəmənli də burada idilər. Vaxtilə Fazil Fəxrinin mənə yazdığı şeirdən 2 misranı Adil İrşadoğlu böyük hərflərlə vatman kağızına yazaraq məclisin baş tərəfində asmışdı :

ADİL İRŞADOĞLU

<< Bu gün şəhid verən Azərbaycanın 

     Bir gün amansızca intiqamı var >>!

Sözüm həm də ondadır ki, Azərbaycan amansız intiqamını aldı ! 

Sağ ol, Adil İrşadoğlu ! Allah sənə sağlam uzun ömür versin, qardaşım !

Hacı ƏKBƏR ,

Həmişə əsgər.

27 oktyabr 1993-cü il, Ağdamın Cəvahirli kəndi.

ADİL İRŞADOĞLUNUN YAZILARI

HACI ƏKBƏRİN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI – YAZAN

Mahirə Hüseynova – NAĞIQIZI, professor, ədəbiyyatçı, şair.

MAHİRƏ NAĞIQIZININ ŞEİRLƏRİ

Yazan
(Cəbhəyə məktub)
Oğul, sənin səfərini,
Göydə mələklərdi yazan.
Məlhəm kimi zəfərini,
Yetmiş diləklərdi yazan.
* * *
İstəyin haqlıdı, pakdı,
Məramın doğrudu, haqdı.
Ruhun ucalan bayraqdı,
Həsrət dirəklərdi yazan.
* * *
Tanrı dursun dayağında,
Gücü olsun yarağında.
Bu tarixdir varağında,
Dəmir biləklərdi yazan.
* * *
Belə saxla ahəngini,
Təzələ ömrüm rəngini.
Hördüm, zəfər çələngini
Güllər, çiçəklərdi yazan.
* * *
Alqış olsun Komandana,
Görsən, sözüm çatdır ona.
Nəğmələri Ərdoğana,
İsti ürəklərdi yazan.
* * *
Mahirədir mənim adım,
Dedim Qarabağ!-ağladım,
Qəlbim ilə qucaqladım,
Diləyi əllərdi yazan…

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏHİDLƏR AND YERİMİZ

ŞƏHİDLƏR AND YERİMİZ

Bakının Nizami rayonu Yuri Kovalyov adına 229 nömrəli məktəbi öz yadda qalan ənənələri ilə fərqlənir. Bu günlərdə burada keçirilən izdihamlı mitinq məktəbin şəhid məzunlarına – Yuri Kovalyov, Aydın Manirov, Emil Baxşəliyev: 44 günlük II Qarabağ müharibəsinin şəhidlərindən Əsəd Əsədli, Nicat Əhmədov, Timur Əliyev və Zəbiyulla Məmmədova həsr olunmuş abidə – kompleksinin açılışına həsr olunmuşdu. İlk dərs gününün başlanması Nicat Əhmədovun cənnətdəki ilk ad gününə, Əsəd Əsədlinin anım gününə təsadüf etdiyindən rayonun əlaqədər təşkilatlarından səlahiyyətli nümayəndələr milli məclisin vəkili, İH nümayəndəsi, şəhid anaları, qazilər, bəstəkar və dini xadimlər, şəhidlərin dostları, məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər toplaşmışdılar.

 Tədbiri giriş sözü ilə məktəbin yeni təyin olunmuş direktoru Vüsalə Məmmədova açaraq şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız haqda ətraflı məlumat verdi. O şəhidlərə rəhmət, qazilərə can sağlığı, Şəhid analarına səbr dilədi. Abidə kompleksinin ərsəyə gəlməsində rayonun milli məclis təmsilçisi deputat Könül Nurullayevaya pedaqoji kollektivin təşəkkürünü bildirdi.

Tədbirdə deputat Könül Nurullayeva, Müdafiə Nazirliyinin nümayəndəsi Zümrüd Səmədova rayon təhsil şöbəsinin, İH nümayəndələrinin çıxışları diqqətlə dinlənildi,

BDU-nun prorektoru Ramin müəllim bu ali təhsil ocağının fəxri tələbəsi Nicat Əhmədovdan, İqtisad Universitetinin dekanı Səbuhi müəllim universitetin fəal tələbəsi Əsəd Əsədlidən maraqlı xatirələr söylədilər. YAP Nizami rayonu adından Ramil Əhmədov məktəbin şəhid məzunlarına rəhmət dilədi. Məktəbin müəllimi Şəhla Qarayevanın hər iki şəhid – Nicat və Əsəd haqqındakı xatirələri hamını kövrəltdi. İNK sədri, DAMM İB I vitse-prezidenti, SİM İB-nin sədri Rasim Məmmədov  Ali Baş Komandanın zəfər yolunda şəhid olmuş cəsur oğullarımıza, qazi və müharibə veteranlarına olan qayğısından toplanış iştirakçılarına məlumatlandıraraq şəhid analarına səbr, qazilərə şəfa dilədi.

Məktəbin adını daşıdığı Yuri Kovalyovun  qardaşı Vitali Kovalyov Şəhid qardaşını yüksək dəyərləndirib adını bu məktəbdə əbədiləşdirən tolerant ölkəmizin başçısına, əlaqədar dövlət qurumlarına ailəsi adından öz dərin minnətdarlığını bildirdi.

Məktəbin dərs hissə müdiri Lalə Tağıyeva, 1 №-li  Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Fidan İsmayılova, məktəbin  müəllimləri Nərgiz Məmmədova və Zülfiyyə Məhərrəmovanın təşkilatçılığı ilə hazırlanmış bədii hissədə məktəblilərin kövrək hisslərlə ifaları və həvəskar bəstəkar Ruslan Səfərlinin Nicat və Əsədə həsr etdiyi mahnılar hamını təsirləndirdi. Sonda şəhid anaları Xatirə və Səidə ana  tədbirin təşkilində əməyi olanlara dərin minnətdarlığını bildirdilər.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahnaz Şahin – BEŞİNCİ FƏSİL

Şahnaz ŞAHİN – şair, publisist, yazıçı

BEŞİNCİ FƏSİL

“Dünyanin həyatı bütün insanların itirdikləri məhəbbətlə zənginləşir..” R.Taqor

    Məni qınamayın,yazmaq,qəlbində yığılanları qələmin “burnundan gətirmək”də bir az vərdiş məsələsidir .”İştah diş altındadır” deyib babalar, yemək istəmək bir şey, yemək isə başqa bir şeydir. Yazı da elə, yazmayanda yadırğayır adam, tənbəlləşir bir az. Yazmaq üçün qələmi götürmək  ürək ağrıyanda dilinin altına  nitroqliserin həbi qoymaq kimidi bir növ! Yemək üçün ağzına qoyduğun tikə kimidi, dadı xoşuna gəldisə qazandın…Ac olanda çörək, susuzluqda su dərdi çəkmək kimidi yazmaq istəyi..Dərdi olan dərdini, sevinən sevincini bölüşməsi tələbatıdı yazı istəyi!.. Bir də dünyaya övlad gətirmək kimi hissdi bu, amma bunun da yarımçıq doğulanı, ölü olanı, şikəsti var həm də. Torpağa düşən toxum kimidi yazmaq tələbi, amma hər toxum cücərməz ki!.. Mərhum jurnalist, uzun illər Ədalət qəzetinin əməkdaşı olmuş, bir-birindən maraqlı yazıları ilə tanınan Vəsilə xanın Usubova deyirdi ki, ”hesablanmış,sifarişli yazılar yazmaq adamı tükətir, bir növ insanın hissi, ruhu dara çəkilir… Arada fasilə vermək gərəkdi və bir də ürəyinin səsini dinləməlisən..”

Deməli yazmaq könül məsələsidir, elə sevginin özü kimi, əziz qonaq kimi..Vaxtında xöş gəldin deyib yanına çəkmədinsə küsüb gedəcək,qaytarsan da yazdığın “vaxtı keçmiş” effekti verəcək, boyat dadacaq.!

    Neçə vaxtdı qələm-kağızı bir qırağa qoyub əziz adamlarımın “kefi”ilə oturub dururam.. Yəni vaxtımı onların istəyi və marağı üzərinə qurmuşam, bəs nə, əzizdilər axı.. Amma bəri başdan küsüb inciməsinlər deyə üzr istəmişəm yazmaq istəyimdən, imkansa vaxtı dəyişsin deyə xahiş etmişəm!..Nəhayət bu gün hüzuruna qalxmaq imkanım olsa da zəhrimar təzyiq gəlib girdi aramıza, kəsdi ona gedən və həm də onun mənə gələn yollarını! Bax elə bu saat da fikrimi çaşdırmağa, iştahımı küsdürməyə çalışır, amma yox, ona fürsət vermək olmaz, yoxsa çıxacaq başıma!..

Çox qorxuram təzyiqdən, nə gizlədim axı.. Yenə anamın ədəbi dünyasından misal çəkəcəm. Anam gəncliyində ölümdən çox qorxurmuş, yan-yörəsi də bildi-bilmədi, yeri gəldi-gəlmədi özlərini bilici göstərib öyünürmüşlər ki, adam da ölümdən qorxarmı, ölümdən qorxan kafirdi!..Bəh, anam da eləmə tənbəllik, bunu bir elmli adama gənəşir, o da cavabında buyurur ki, ey dili qafil, ölümdən qorxmamaqmı olar?!Əlqərəz deyilənin tam əksini söyləyir  adam və üstəlik əlavə izah da verir ki, insanın ölüm qorxusu olmasa nələr edə bilər? Onu bir az da pis əməllərdən geri tutan elə həmin qorxudur…Bu yerdə Əmir Teymur və Nəsimi filmi yadıma düşdü..

Bəs nədi, ölüm adi söz deyil e, adi hal ehtiva etmir özündə, həyatın sonu, var olmanın bitməsi, dünyaya əlvida, sevdiyin və səni sevənlərdən həmişəlik ayrılıqdı!! Bitirə bilmədiyin işlərindi gözündən yaş kimi tökülən, kam ala bilmədiyin həyatındı boğazında düyünlənən, batan günəşdi, yağan qardı, qışdı bir sözlə, qış…

Amma indi payızdı,təbiətin sarı,qırmızı örtüyə büründüyü vaxtdı. Ağacların bardan başını aşağı saldığı vaxt.., bağların qıpqırmızı nar kimi qızardığı, heyva kimi sapsarı saraldığı, şəffaf üzüm gilələri kimi şirələndiyi, qan təzyiqini aşağı salan innab kimi ətirləndiyi vaxt.. Sonra yetişmiş meyvələr yığılacaq və bomboş qalacaq bağlar, bir addım yaxınlaşacaq “ölümünüə”…Yarpaqlar da saralıb, qızarıb töküləcək, yerdə xəzəl olacaq, boş qalacaq bağlar…Təbiətin hüznlü çağıdır payız, nisgilli, amma ecazkar qızıdır, onu müdrikləşdikcə daha yaxşı tanıyırsan, axı payız özü də təbiətin müdrik çağıdır elə…

Payızda bir az da mistika var, təbiətdən yarpaqların və torpağın bir birinə qarışığından yaranmış mükəmməl bir qoxu gəlir, yağışın səsini, ayaqlar altında qalıb qol-qabırğası sınan xəzəllərin küləyə qoşulub yaratdığı musiqini nota salmaq olsaydı..!

Təbiətdə hər fəslin öz yeri var, insanlarda hər yaşın öz gözəlliyi olduğu kimi.. Əslində bütün fəsillər eynən insan həyatında da xronoloji ardıcıllıqla təkrarlanır, yazı, baharı ilə, payızı, qışı ilə!..

Dövran tez dolanır, illər tez keçir,

Biz də dəyişirik hey ildən ilə.

Ömrün pillələri necə düz gəlir.

Ana təbiətin fəsillərinə…(B.Vahabzadə)

Amma mənə elə gəlir ki, bir fəsil də var, o fəsil insan həyatına gizli gəlib gedir, gözə görünmür, o beşinci fəsildir.. Hər kəsin yaşamaq istədiyi, amma hansısa səbəblərdən yaşaya bilmədiyi fəsil..

İndi isə payızdır.. Təbiət hər işini vaxtında görür, bizim kimi sonralara saxlamır və bir-birindən fərqli gözəllikləri sərir önümüzə… Eynilikdən qaçışdı bu sanki.., göz yorulmasın, həyat adiləşməsin, gördüklərimizə biganə olmayaq deyə ana təbiət bir-birindən fərqli gözəllikləri  ilə çıxır qarşımıza!..Fəqət bu gözəlliklər içərisində darıxmaqlar da var, hətta depressiya halına gələnlər, payızın sevgi nəğməsini deyil, hüzn dolu simfoniyasını eşidənlər!

Nə zamansa aldığları travma heç özləri də bilmədən zamanla üzə çıxıb sahibini ələ verir. Onlar üçün payız dünyanın ayrılıq tərəfidi, həsrət üzüdü, kədər, qüssə səhifəsidi ki, onu bacardıqca tez çevirməyə çalışırlar..

…Heç sevmirəm payızda küçələrin, xiyaban və bağların xəzəldən təmizlənməsini! ..  Bu da sanki payızın izlərini silməyə hesablanıb… Payız fərqlilik fəslidi həm də, bəlkə ona görədir ki, hər kəs payızı bir cürə sevir..və

Sevgi varsa, həyat da var.. və ya tərsinə!

Həyat elə bütün fəsillərilə maraqlı və gözəldir…, beşinci fəsli isə siz yaratmalısınız, əzizlərim!

Həyatınıza Beşinci fəslin gəlməsinə icazə verin…

Gecikdi bu payız,

Gecikdin sən də.

Yollar gecələmədi,

Bu payız gözlərimdə.

Ötüb keçdi zamanı,

Kollarda böyürtkənin.

Daha o ilki kimi,

Qanamadı əllərin..

Dağılmadı tellərin

Günəşin çöhrəsinə.

Çırpınmadı ürəyin

Bir vüsal vədəsinə..

Indi bir sən, bir də mən..

Bir də vədəsiz payız.

Gəl alnıma yaxşı bax:

Silinməyib o yazı..?!..

Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru