
LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA
Ağa Laçınlı
Əliyev Ağa Əliqəmə oğlu 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub.
OCAQ DAŞI
Bürünmür qazanın, sacın ətrinə,
Qalıb yurd yerində, qəhərlənib o.
Tənha qəbir kimi allah xətrinə
Vəhşi gül-çiçəklə çəpərlənib o.
Az qalıb üstünü qar qəlbiləyə,
Hopur bərkliyinə nəmişli külək.
Təskinlik gətirib lal qəribliyə
Səhrada görünən insan izi tək.
Susub aşağılar, donub qəlbilər,
Qorxur taleyinin boz payızından.
Elə yuxalıb ki, ovula bilər
Qırov darısından, duman tozundan.
Sinəsi çör-çöplə çarpaz əkilib,
Yamanca qaralıb o his köynəyi.
Üstündən bir sığal, bir əl çəkilib,
Kirimir istəyi, kəsmir göynəyi.
Tənha ocaq daşı! Nə deyim ondan?
Taleyi kömürdən qismət alıbdı.
Kim bilir, bəlkə də çox yandığından
Belə yaddan çıxıb, yurdda qalıbdı…
1981
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru