İradə Günəş – Üç şeir…

SƏNƏ AĞLAYIRAM DƏDƏ
Düşünürəm qara- qara
Yenə ağlayıram Dədə
Göynəyirey qəm- qüssədən
Sinə, ağlayıram Dədə

Ruh ölübdür qalıb bədən
Xatirədir, qəlbi didən
Qəmli-qəmli ötüb gedən
Dünə ağlayıram Dədə

Baxan yoxdur ah- amana
Dünya düşmür bir səhmana
Gözlərdəki bu dumana-
çənə ağlayıram Dədə

Könlümdə var minbir yara
Hey çəkilir arzum dara
Kömür kimi bu qapqara-
günə, ağlayıram Dədə

Ömrü boyu haqqı gəzən
Saçlarına qrov düzən
İradətək bəxtdən küsən
Sənə ağlayıram Dədə…

DEMİŞƏM MƏN
Gör necə, gözlərim kor imiş mənim
Kələkbaz tülküyə şir demişəm mən..
Agilsiz sərsəmə, könül həmdəmim
Şeytana- iblise hürr* demişəm mən…

İndi qinayiram özüm-özümü
Silirəm qəlbimdə, qalan izini
Bəlkə də məhəbbət tutub gözümü,
Məkirli ürəyə dürr demişəm mən..

İradə, bir daha, nə alış, nə yan
Nankorun cəzasın qoy versin zaman.
Ilahi, bağişla , kec günahımdan
Saxtakar bəndənə, pir demişəm mən…

GƏLƏCƏM
Dağlar oğlu, heç darıxma , o yurda-
O dağlara çıxmaq üçün gələcəm
Qarışaraq qayalarda sel -suya
Şəlalətək axmaq üçün gələcəm

Qanad alıb o tələsən küləkdən
Məhəbbətlə aşıb daşan ürəkdən
Yamaclarda göz oxşayan çiçəkdən
Çələng hörüb , taxmaq üçün gələcəm

Dörd tərəfdən çəkildikcə çən -duman
İradəyə doğma gəlir hər bir an
Daş üstündə o bəzəkli xınadan
Əllərimə yaxmaq üçün gələcəm.

Dağlar oğlu heç darıxma, yaxında
Zirvələrə çıxmaq üçün gələcəm.
11.09.2023.

Müəllif: İradə Günəş

Oxu:Zaur Ustac haqqında

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir