
Şəhidlərin məzarı
Şəhidlərin məzarı,
İşıq yerim, nur yerim.
Şəhidlər varlığımdır,
Şəhidlər qürur yerim.
Qardaşımdır bir şəhid,
Biri bacımdır mənim.
Bura ziyarətgahım,
Kəbəm, hacımdır mənim.
Millətin hayqırtısı,
Sədası burdan gəlir.
Azadlığın haqq səsi,
Nidası burdan gəlir.
Şəhidlər xiyabanı,
Vətənin girişidi.
Bir millət oyanışı,
Bir millət yürüşüdü.
Şəhid qəbri olan yer,
Vətənin əziz yeri.
Vətənin ən müqəddəs,
Vətənin təmiz yeri.
Məzarından şəhidin,
Qalxıb BAYRAQ cücərir.
Azdlığın toxumu,
Yarpaq – yarpaq cücərir.
Şəhidlər uyan yerə,
Şeh çiləyir yarpaqlar.
Bax burda bütövləşir,
Paralanmış torpaqlar.
Qururlu olmaq gərək,
Vətən, nə sın, nə əyil.
Əgər yoxsa şəhidi,
O Vətən Vətən deyil.
Müəllif: Adil CƏFAKEŞ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru