Ana haqqında ən səmimi qeydlər


Belə…

Ömrün bəlli bir məqamı gəlib yetişdi. Hardan gəldi, necə keçdi, xəbər də tuta bilmədim. Bildiyim tək bu oldu ki, həyat deyilən çox amansız, dünya adlanan çox fani, ömür isə çox şirindir.

…Bu şəklin 50-dən çox yaşı var. Anamın qucağındakı mənəm – ən qayğısız, ən rahat bir uşaq kimi sığınmışam Anamın nəfəsinə. O uşağın taleyi hər bəladan ötüşsə də, gəlib 55-ə yetişdi.

Ona görə çata bildi ki, gözəl insanların xeyir-duası, alxışı, qayğısına bələndi. Başına gələn qovğalardan da bunun sayəsində ötüşə bildi.

Necə ki, bir həftədi təbrik və xoş arzular selinə qərq edib məni əziz insanlar. Bütün xoş sözlərinizin, arzu və istəklərinizin, alxışlarınızın üstünə on qatını artırıb özünüzə qaytarıram, əziz insanlar, sevgili dostlar, istəkli arkadaşlar!

Ən gözəl günlər Sizin olsun.
Ən şirin arzularınız bərqərar olsun.
Ən uzun illər nəsibiniz olsun.

Hər biriniz var olun!
Mən Sizi sevirəm!

Müəllif:Ehtiram İLHAM

EHTİRAM İLHAMIN DİGƏR YAZILARI

RAQUF ORUCOV HAQQINDA YAZILAR

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir