Rafiq Yusifoğlu – DURĞU İŞARƏLƏRİ

Hamının nöqtəyə, vergülə ehtiyacı olduğu bir məqamda durğu işarələri ilə bağlı şeirlərimi paylaşmaq qərarına gəldim…

DURĞU İŞARƏLƏRİ

Durğu işarələri olmayan
cümlədəki sözü
adam min yerə yoza bilər…
Bircə artıq,
yerinə düşməyən söz
cümlənin mənasını dəyişə,
onun nizamını poza bilər…
Hər bir azara, dərdə
çarə lazımdı,
Bir də arifə
işarə lazımdı…
18.08.2017
Los Angeles, Venis

  

NÖQTƏ

Nöqtə –
ürəyə düşən xal,
vicdan əzabıdı…
Nöqtə –
cümlələr arasında sərhədçi,
ögeylərin üzünə
bağlanan qapıdı…
Nöqtə qoydunsa bir işə,
şülüz bağlanır,
sular quruyur…
Nöqtə –
cümlələrin hicabıdı,
Onu naməhrəm baxışlardan –
sözlərdən qoruyur…
18.08.2017
Los Angeles, Venis

ÜÇ NÖQTƏ
Üç nöqtə
dalımca gizlicə baxan
sevdalı bir qızın
nəmli gözləridi…
Üç nöqtə
deyilməyən sözlərin
ayaq izləridi…
18.08.2017
Los Angeles, Venis

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir