
QÜRÜB GÜNƏŞI
Əl-ələ tutub qalxırıq
Sıldırımlı eşq dağına.
İçimdən ağlamaq keçir
Baş qoyaraq ayağına!
Məhəbbət yaşa baxmır ha,
Oldum gözlərinə əsir.
Mənim əlim qocalıqdan
Səninki sevgidən əsir…
Sən bir bahar çiçəyisən,
Mən bir payız küləyiyəm.
Bilmirəm xəzan havası
Necə çıxsın gülə yiyə?!
Mən səngiyən qasırğayam,
Sən yarpaq ucunda mehsən.
Mən bir qürub günəşiyəm,
Sən çiçək gözündə şehsən.
Həmişə hazır olsam da
Üstünə nur ələməyə,
Qalan ömrüm yetəcəkmi
Səni xoşbəxt eləməyə?…
20.03.2016
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru