Sona Amal – Nəyimə lazım?!

NƏYƏ LAZIM

Yalana hey qurban gedir həqiqət,
Astarından ucuz bez, nəyə lazım?!
Ayaqlar altına düşüb, ar, ismət,
Ar-namus bilməyən üz, nəyə lazım?!

Alanmasaq, el dilindən dəyəri,
Sevincə bükməsək, qəmi, kədəri,
Ümidlə açmasaq, hər gün səhəri,
Dünənə dikilən göz, nəyə lazım?!

Rüşvətlə mülk salıb, yuva quranlar,
Hər yerdə paklıqdan söhbət salanlar,
Elin alqışından məhrum qalanlar,
Lap sərvət gölündə üz, nəyə lazım?

Seçib-ayırmasaq, yaxşı, yamanı,
İtirsək, qəlblərdə ümid, inamı,
Xoş sözə qalmasa, daha gümanı,
“Qurandan don geyən” söz, nəyə lazım?!

Dost dostundan görsə, əgər xəyanət,
Ayaqlarda sürünməzmi, ədalət?
Bol olsa, süfrədə ruzi-bərəkət,
Haramsa, o çörək, duz, nəyə lazım?!

Elin duasından zaval gələrmi?
Naxələf övladın üzü gülərmi?
Amalın dərdini bölə bilərmi?
Qədirbilməz oğul, qız, nəyə lazım?!
Şəninə min dastan düz, nəyə lazım?!

30.01.2024.

Müəllif: Sona TEYMURBƏYLİ RƏHİMLİ ( Amal)

SONA TEYMURBƏYLİ RƏHİMLİNİN YAZILARI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir