HAQQA DOĞRU
Aşıb keçdim nə qədər
sədd çıxsa da önümə,
Ulu Yaradan yazıb
mənim alın yazımı.
Min şükür, ağrılardan
sıyrılan bu günümə! –
Bənövşəsi açılıb
yetmişinci yazımın…
Həmdəmim, dostum oldu
bütün qəlbi sınıqlar,
Öz yolumdan azmadım, –
sevgi idi sarvanım!
Min şükür, sındırmadı
məni ağır sınaqlar,
Min şükür, haqqa doğru
gedir ömür karvanım…
07.03.2020.
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru