5 may – şair, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Bayramovun doğum günüdür.
Mirzə Bayramov 1888-ci il mayın 5-də Azərbaycanın Tovuz rayonunun Cilovdarlı kəndində yoxsul kəndli ailəsində doğulub. 1896-1899-cu illərdə mollaxanada oxuyur. Lakin kiçik yaşlarından şifahi xalq ədəbiyyatına, musiqiyə, el havalarına ciddi maraq göstərir.
12 yaşından Aşıq Hüseyn Bozalqanlının şagirdi olur, 1905-ci ildən sərbəst aşıqlıq edir. İlk mətbu əsəri 1932-ci ildə “Allahsız” jurnalında (№10) çıxan “Bitdili busatı” şeridir. Bundan sonra dövri mətbuatda, dərsliklərdə müntəzəm çap olunur. 1927-ci ildə Qazaxda aşıqlar yığıncağında birinci yer tutduğuna görə ona bir dəst kostyum və pul mükafatı verilir. 1928-ci ildə Bakıda I Aşıqlar qurultayında çıxışı yüksək qiymətləndirilir. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olur. Böyük Vətən müharibəsində sazı və sözü ilə ön və arxa cəbhədə bütün qüvvələri səfərbərliyə almaqda xalqa kömək edir.
“1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilib..
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru