Ötən əsrin əvvəllərində görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin ( yanvar 1863, Şuşa – may 1920, Gəncə) apardığı maarifçilik işini həmin əsrin ikinci yarısında görkəmli filosof Firudin Köçərli (dekabr 1920, Gədəbəy — iyun 2004 Bakı) davam etdirmişdir.
Gördüyünüz kimi onların hər ikisinin adı və soyadı eynidir. Onlar həyatda qohum olmasalar da, məsləklərinə görə qohumdurlar. Firudin bəy Köçərli Şuşa şəhərində, Firudin bəy Köçərli isə Gədəbəy rayonunda anadan olub. Hər iki bölgənin təbiəti, coğrafiyası heyrətamiz dərəcədə bir-birinə bənzəyir.
Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova-Köçərli hələ 1950-ci ildə Şəki şəhərindən Bakıya gələrək (o, həmin dövrdə Şəkidə uşaq evinin müdiri idi) BDU-nun son kurs tələbəsi olan Firudin Köçərlinı arayıb tapmış, onunla söhbət etmiş və ayrılarkən demişdir: “Firudin bəyin ad-soyadını daşımağından şad oldum. Bu qısa tanışlıqdan gördüm ki, sən də onun kimi vətənsevər və millətsevərsən”.
Vaxtilə hər ikiKöçərli haqqında yazmışam.
Firudin bəy Köçərli may ayında, Firudin bəy Köçərli isə iyun ayında vəfat edib.
Hər ikisinin ruhu şad olsun.
Mənbə: Firuz Mustafa
Müəllif: Firuz MUSTAFA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru