Tribunada Pərvanə Bayramqızı

Özünün ixtiyarında olan qəzeti, jurnalı zəif, məzmunsuz yazan cızma-qaraçıların imzalarının tanınması üçün işlətməkləri azmış kimi üstəlik ədəbi orqanlardakı tanışlarının səlahiyyətindən də bu məqsədlə istifadə edirlər. Ədalətsiz əməlindən xəbərsiz olduğu yetmir, bir yandan da sosial şəbəkələr vasitəsilə şeirlərini, mətnlərini paylaşıb məşhurlaşan istedadlıları tənqid edirlər.
Adam, sən istedad yox, baş əymək tələb edirsən, kimlə şəxsi münasibətin varsa, onu tanıtdırırsan, heç olmasa əl çək günahı yaxşı yazmaq olanlar bacardıqları formada yazdıqlarını ictimaiyyətə çatdırsınlar. Təbliğatını apardıqlarınızdan yaxşı yazanların qazancları həqiqi oxuculardır, bunun da adını kütlə qoyursunuz. Jurnalınızda şəklini, imzasını gözə soxduqlarınızın “yaradıcılığını” tədqiqatçılar təhlil edib kitaba salırlar da, bu yazıq yetimlərə niyə imkan vermirsiniz? Sizə yaltaqlanmalı, yalvarmalıdırlar ki, yazılarını dərc edəsiniz?
Onlar öz işləri ilə məşğuldur, siz də öz işinizlə — xətir-hörmətə, tapşırığa, pula-filana görə imza tanıtmaqla məşğul olun.
Mümkün olsaydı Marka tapşırardınız ki, onların şeirlərini “blokla”.

Yaxşıya pis desələr,
pisə yaxşı desələr,
Bunu görcək qəzəblənib,
yaxşılar da
pis olmaq istəsələr…

Əli Kərim

Bünövrəsi: “Mərdi qova-qova namərd etmək…”

Müasir forması: Zəif yazan müsabiqədə qalib çıxarılır, həyalını itələyib arxaya atırlar, savada qiymət verilmir, titulu əsas götürürlər.

Adamı pisliyə həvəsləndirməyin yollarını yaxşı bilirlər.

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir