“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini yeni layihələri elan etməklə qeyd etdi.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini yeni layihələri elan etməklə qeyd etdi.

XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini qeyd etdi. Bununla bağlı keçirilən tədbirə ədəbiyyat, mədəniyyət və təhsil dairələrinin nümayəndələri toplaşdı.

Tədbirdə çıxış edən fondun icraçı direktoru Şəfəq Mehrəliyeva Fondun bu günə qədər həyata keçirdiyi işlərdən söhbət açdı, o cümlədən 2024-cü ilin ilk yarısı bitən layihələrin uğuruna görə tərəfdaşlara “Ədibin Evi”nin Humayəçilik Şurası adından minnətdarlığını ifadə etdi.

O, Fondun “gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq” missiyasını xatırladaraq bu ilki layihələrin bu hədəfə çatdığını məmnunluqla qeyd etdi.

İlin əvvəlindən həyata keçirilən layihələr arasında Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə başladığı “Məktəblilər “Ədibin Evi”ndə”, MEDİA İnkişaf Agentliyi ilə birgə hazırladığı “Ədibin Evin”də COP29 silsilə mühazirələri Azərbaycan kimliyinin möhkəmlənməsi baxımından ölkəmiz üçün vacib məsələləri ictimaiyyətin müxtəlif təbəqələrinin diqqətinə gətirib.

Media layihələrinin Azərbaycan ədəbiyyatının təbliğində səmərəliliyini nəzərə alaraq 2021-ci ildən ASAN Radio ilə başlanılan rəqəmsal mühitdə gənc nəsli oxuya həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini tanıdan “Ədibin Evindən Hekayələr” layihəsi bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univetsitetinin aktyorluq fakültəsinin tələbələri ilə Mədəniyyət TV-də davam etdirilib. Bununla yanaşı “Ədibin Evi”nin dəstəyi ilə həyata keçirilən “Tarixin Güzgüsü” adlı media layihəsi İctimai TV-də XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin arxivi əsasında yüz il əvvəlki Azərbaycana nəzər salıb tarixin güzgüsünü bu günümüzə tutub.

Zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsini gənc yazıçılara nümunə göstərən ənənəvi Mir Cəlal adına Hekayə Müsabiqəsi bu il də davam edib: 3cü Hekayə Müasbiqəsindən seçmələr toplu şəklində Azərbaycan Dəmir Yollarının dəstəyi ilə kitab şəklində çıxarılıb və qatarlarda qiraət üçün oxuculara təqdim edilb, 4cü Hekayə Müsabiqəsi yekunlaşaraq qaliblər elan edilib və işləri “Azərbaycan” jurnalının son buraxılışında işıq üzü görüb.

“Ədibin Evi”nin bu il müraciət etdiyi yeni istiqamət isə əski Azərbaycan əlifbasında yazılan ədəbiyyatımızın tədris və tədqiqi olub. Belə ki, ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının filologiya fakültəsinin tələbələri “Ədibin Evi”ndən qazandıqları təqaüdlə “Əski Azərbaycan Əlifbası” kursuna başlayıb və Azərbaycan ədəbiyyatı xəzinəsinin mislisiz bir hissəsinə açar axtarıblar.

Kursun ilk sinfi tədbir zamanı keçirilən məzun törənində təmsil etdikləri Universitetlərin rektorları tərəfindən sertifikatla təltif olunublar.

“Əski Azərbaycan Əlifbası” kursunun gələcəkdə də davam edəcəyini elan edən Fondun direktoru Şəfəq Mehrəliyeva nəzəri bilikləri möhkəmləndirmək məqsədi ilə ilk məzun sinfinin növbəti akademik semestr ərzində AR Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri, filologya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın rəhbərliyi ilə birgə transliterasiya layihəsi üzərinə çalışacağını elan etdi.

“Ədibin Evi”nin ədəbiyyatsevərlərə bu günə qədər ən böyük töhfəsi üzərində iş də bu il başlayıb. Belə ki, Fond hazırda 1915-1916-cı illərdə Bakıda nəşr olunmuş “Babayi-Əmir” adlı satirik jurnalın tam mətninin (65 nömrəsinin) transliterasiya olunaraq gələn il jurnalın 110 illiyində ictimiayyətə təqdim olunmasına hazırlaşır. Qeyd edək ki, Əliabbas Müznibin redaktorluğu altında nəşr olunan “Babayi-Əmir” jurnalı “Molla Nəsrəddin” ənənələrini təqib edərək XX əsrin əvvələrində dini avamlıq, cəhaləti açıq tənqid edib, söz azadlığı, qadın azadlığını geniş dəstəkləyən yazılarla çıxış edib. Jurnalın qələmləri arasında dövrün məşhur şəxsiyyətləri, o cümlədən M.S.Ordubadi, Cəfər Cabbarlı, Əliağa Vahid, Nemət Bəsir və s olub.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun üç yaşına həsr edilmiş tədbir Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin məzunlarının ifalarını daxil edən bədii proqramla yekunlaşıb.

Mənbə: Ədibin Evi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Yol gedirik…

***

Hələ bu harasıdı,
nə görmüşük hələ biz .
Hələ ki, yol gedirik
Aydan , gündən adlayıb
Ağlaya biz, gülə biz.
Hələ bunun ölməyi,
Siratdan keçməyi var.
Hələ bunun təzədən,
Boyatdan keçməyi var.
Hələ qul bazarında
Can alıb can satırıq.
Şeytanla bəhsə girib
Dünyanı alladırıq.
Hələ güman edirik,
Bizimki “döz”dü ,Allah.
İnanma andımıza,
Hamısı sözdü, Allah.


***

Gecə – gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin -şirin ovudammaz özümtək.

Baxıram ki, yuxuludu hər tərəf,
Bircə mənim tənhalığım oyaqdı.
Bu sükutun , sakitliyin içində
Qaranlığı incitmək də günahdı.

Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni , kim?
Xəyalımda rəngli-rəngli nağıllar
Dolanıram dörd yanına təkliyin.

Yanağımı döyəcləyir kölgələr,
Kipriklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr ,
Gözlərimdə xatirələr çırpınır.

***
Yuxuyla gerçəyin arasında,
Qaranlıqla işığın kəsişdiyi nöqtədə
Kimsə adımı pıçıldayır,
O dünyadan bu dünyaya qayıdıram.
Kirpiyimin kölgəsi düşür alatoranlığa.
Adım çiliklənir səssizliyin içində
Tavan-tavan, divar -divar.
Dinşəyirəm sükutu,
Qulağım sakitlikdən,
Baxışlarım heyrətdən asılır.
Bayırda yel əsir deyəsən,
yarpaqlar yerini dəyişir budaqda .
Yavaş-yavaş işıq keçir pəncərəmdən,
Dünya gərnəşib oyanır yuxudan,
Bu da Dan!

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Надырбекова Малимбу – СЕЗИМ

СЕЗИМ

Жылытып журогумду сезим менен,
Жалооруп жаштыгымды
коштоп келем.
Арадан көп убакыт өтсө дагы.
Адашпай ар күн сайын издеп келем.

Чиркин ай түгөнбөду таттуу сезим,
Кантейин тагдырымдын жазганыбы.
Жазымыш тагдырыма таарынсам да,
Ал келбейт таарынчымды жазганына.

Чыдабайм сагынычтар күчөп барат,
Чебелектеп күтө берем күндө сени.
Сага окшогон караандарды көрө калсам,
Кайсалактап бушайманга түшүп кетем
Токтогул району.

Автор: НАДЫРБЕКОВА МАЛИМБУ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli bəy Azərinin doğum günüdür! – Təbrik!

YAZARLAR cameəsi adından Əli bəy AZƏRİni doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Əli bəy! Siz bir əldə qılınc, bir əldə qələm vətənə yorulmadan xidmət edən çox nadir ziyalılarımızdan birisiniz! Allah Sizi qorusun! Var olun! Belə də davam edin. Zaman təkcə gözəl həkim deyil, eyni zamanda adil hakımdir! Bunu unutmayın! Sizə misilsiz xidmətləriniz müqabilində bütün əhli-qələm adından sonsuz təşəkkürlərimizi bildirirəm!
Hörmətlə: Zaur USTAC
P.S. : Ayrıca “Yazarlar” jurnalının İyul -2024 N:07 (43) sayında Sizə özəl təbrikimiz var (PDF): yazarlar-43

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

https://ustacaz.wordpress.com/wp-content/uploads/2024/06/yazarlar-43-1.pdf

Adilə Nəzər – ZAMAN

ZAMAN

Duyğularım pərvanə tək dolanır şam başına,
Könül uçur güz gülünə, payız qaranquşuna.

Zaman keçir, vaxt tələsir, əqrəb milin qaşında,
Yaşım əlli, başım yüzdür, ürəyim min yaşında.

Üzüm güləş, içim hüzün, halım bir az əsəbi,
Bu qarışıq hislərimin çoxdan çoxdur səbəbi.

Yazan belə yazıb ömrü, sürürəm, gözüm nuru,
Tanrı bilir, nə vaxtadək borc veribdir bu ruhu.

Yox oluşu yalan-yanlış gedilən yoxuş çəkir.
Mənə gedən ən doğru yol yenə də məndən keçir.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

COP29 və Azərbaycan Multikulturalizmi: İqlim Fəaliyyətində Qlobal Əməkdaşlıq Modeli

COP29 və Azərbaycan Multikulturalizmi: İqlim Fəaliyyətində Qlobal Əməkdaşlıq Modeli

Qarşıdan gələn Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı, COP29, millətlərin bir araya gəlməsi və iqlim dəyişikliyinin aktual problemlərini həll etmək üçün unikal imkan təqdim edir. Bu fonda Azərbaycanın zəngin multikulturalizm ənənəsi müxtəlif cəmiyyətlərin ekoloji problemləri həll etmək və iqlim fəaliyyətində qlobal əməkdaşlığı inkişaf etdirmək üçün necə birgə işləyə biləcəyinə dair dəyərli fikirlər təqdim edir. Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın çoxillik multikulturalizm və tolerantlıq tarixi var. Ölkə əsrlər boyu dinc yanaşı yaşamış müxtəlif etnik qruplara, dillərə və dinlərə ev sahibliyi edir. Bu multikultural irs Azərbaycanın müxtəlif mədəniyyət qrupları arasında müxtəlifliyə, inklüzivliyə və qarşılıqlı hörmətə dəyər verən bir millət kimi kimliyini formalaşdırıb. Azərbaycanın multikulturalizmə sadiqliyi onun iqlim fəaliyyətinə yanaşmasında özünü göstərir. Azərbaycan özünün multikultural irsini mənimsəməklə ekoloji problemlərə innovativ həllər hazırlamaq üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə maraqlı tərəflərin geniş dairəsi ilə əlaqə qura bilmişdir.
Azərbaycan multikulturalizminin əsas prinsiplərindən biri müxtəlif mədəniyyət qrupları arasında dialoqun və anlaşmanın təşviqidir. Ünsiyyət və qarşılıqlı hörmətə verilən bu vurğu iqlim fəaliyyətində əməkdaşlığı inkişaf etdirmək üçün çox vacibdir.Müxtəlif səsləri və perspektivləri bir araya gətirməklə Azərbaycan konsensus yarada və iqlim dəyişikliyinin həllində ümumi məqsədlərə doğru çalışa bilib.

COP29 yaxınlaşdıqca Azərbaycanın multikulturalizm təcrübəsi dünya ictimaiyyəti üçün dəyərli dərslər təklif edir.Azərbaycan inklüzivliyin, müxtəlifliyin və mədəni fərqliliklərə hörmətin vacibliyini vurğulayaraq, iqlim dəyişikliyi kimi ümumi problemləri həll etmək üçün xalqların necə bir araya gələ biləcəyinə dair model rolunu oynayır. COP29 iqlim fəaliyyətində mənalı irəliləyişə nail olmaq üçün millətlər arasında dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük verməklə Azərbaycanın nümunəsindən faydalana bilər.
Yekun olaraq, Azərbaycanın multikulturalizmə sadiqliyi müxtəlif cəmiyyətlərin iqlim dəyişikliyi kimi qlobal çağırışları həll etmək üçün necə birləşə biləcəyinin güclü nümunəsini təqdim edir.COP29 iqlim fəaliyyətini müzakirə etmək üçün dünya liderlərini bir araya topladığı üçün Azərbaycanın təcəssüm etdirdiyi multikulturalizm prinsipləri xalqlar arasında əməkdaşlığın, dialoqun və anlaşmanın təşviqi üçün bələdçi işıq kimi xidmət edə bilər.Multikulturalizmi əhatə etməklə, COP29 bu gün planetimizin üzləşdiyi təcili ekoloji təhdidlərə daha əhatəli və effektiv qlobal reaksiyaya yol aça bilər.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – Sonetlər

PAMBIQLA BAŞ KƏSMƏK HÜNƏR SAYILAR
(Sonetlər çələngindən – ingilis variantı)

Pambıqla baş kəsmək hünər sayılar,
Boynun qopar gedər, ruhun da duymaz.
Zərərə uğrayan bəlkə ayılar,
Ya da heç özünü rəncidə saymaz…

Həmişə belədir işi dünyanın,
Hörümçək tor qurar, milçək ovlanar.
Qarışıq bazardır sanki dörd yanın,
Tamahkar, sadəlövh asan tovlanar.

Tərifə, ilgiyə möhtac olanlar,
Pərgar dil əhlinə tez yaxın gələr.
Günbəgün incəlir türlü yalanlar,
Seçılmir əslindən saxta nüsxələr.

Baxsan, hər canlının bircə üzü var,
İnsanda gizlidi tüm yaratıqlar.

03.07.2024

Müəllif: Zeynəb Cəmaləddin

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şuşa tək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli – İllərim əsir düşüb

Kirpiyinin ucundan
yıxılanda
Tut məni…
Bir damla göz yaşıyam
Ovcunda ovut məni.

Baxışlarım soyuq, lal,
Ömrüm – cavabsız sual…
Yatağım buz tutub,
Al…
Qəlbində uyut məni.

…İllərim əsir düşüb
Bu sevda qəfəsində…
Bir ömür cəzalıyam
Ayrılıq məhbəsində…
Səsim səsində yaşar,
Nəfəsim nəfəsində –
Bir udum hava kimi
Sinənə çək,ud məni.

Əgər bir gün dünyanın
Düzəni də pozulsa…
Bir ömür də verilsə…
Bir qismət də yazılsa…
Hər ayaq izin üstə
Bir məzarım qazılsa…
…Bir ömür başdaşım ol,
…Bir ömür unut məni…
Bakı, dekabr 2007-ci il

***

Yolunu azasan…
baxışlarından
Keçəsən,
Keçəsən,
Qayıtmayasan…
Ovcuna süzülən göz yaşlarından
içəsən,
içəsən,
Qayıtmayasan…

Biz kimik?
Dünyaya gələndən bəri
Yolsuz sevdaların sərnişinləri…
Bu andan o yana
Bütün günləri
Biçəsən,
Biçəsən,
Qayıtmayasan.

Durub köç edəsən öz acığına,
Dərin sevdaların alaçığına…
Bir eşq yuvasına,
Yuvacığına
Köçəsən,
Köçəsən…
Qayıtmayasan…
Bakı, 2011-ci il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ənvər Rza və Bəhmən Vətənoğlu

BƏHMƏN HEY!!!
Müəllif: Ənvər Rza

Dodağımın qabarıdır nə vaxtdan
Çiskin adı, duman adı, Bəhmən hey!
Böyüdükcə, boy atmadıq, kiçildik,
Nə qəribə zamanadır, Bəhmən hey!

Tale bizə üz turşudub, sərtləşib;
Mərd evini yıxan namərd mərdləşib
Ürəyimdə kədərləşib, dərdləşib
Yaxşıların yaman adı, Bəhmən hey!

Nankor çıxıb namus, qeyrət xələfi.
Boyaqçı da düyün saldı kələfi.
Qış yarıda qurtarmışıq ələfi
Gümanımız samanadı, Bəhmən hey!

O dağlarsız bircə günüm olmayıb,
O dağlarsız səsim, ünüm olmayıb.
O dağlarsız toy-düyünüm olmayıb,
O dağların amanatı, Bəhmən hey!

Hal nə gəzir indi Ənvər fağırda
Keçəl dana öncül olub naxırda.
Dost sandığım üstün tutdu axırda
Duz-çörəkdən bir manatı, Bəhmən hey!

          21 yanvar 1986

ƏNVƏR HEY!!!
Müəllif: Bəhmən Vətənoğlu

Ənvər, sənin kitabını
Bilirsənmi, kitabların,
Harasında saxlayıram
Ələsgərlə, Bəxtiyarın
Arasında saxlayıram.

Elə demə, keçməyibdi Ənvərsiz
Bu dağların toy-büsatı Ənvər hey!
Yaranışdan dağlar boyda yaranıb
Dağ oğlunun əsli-zatı, Ənvər hey!

Çox insanın kür taleyi, bəxti var
Yerə mərdi yıxa bilməz nadanlar
Axır qalar yaman günə yamanlar
Yaxşıların var ustadı, Ənvər hey!

Doğru dedin, arxamızdı bu dağlar
Öz dərdimi mən ağlaram, bu dağlar
Sinəm üstə bu düyünlər, bu dağlar
Dolanıram bu həyatı, Ənvər hey!

Yoluq çəpiş yenə öycül təkədi
Haqq deyilən indi yağlı tikədi
Sən deyənlər bizdən xeyli yekədi
Burax belə zarafatı, Ənvər hey!

Sən qınama Bəhmən oda yananda,
Olmuşları bir əfsanə sananda
Ötən ömrü, keçən günü ananda
Könlüm istər bir bayatı, Ənvər hey!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMALƏ ABİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru