AKİF ABBASOV – “LİMONKA”


“LİMONKA”
(hekayə)
Doqquzmərtəbəli binanın qarşısında boş sahə vardı. Bina istifadəyə veriləndə sakinlərini hərəsi qarşıdakı boş ərazinin bir hissəsini tutub özü üçün bağça düzəltmişdi. Necə gəldi, kim nədən bacarırsa, kustar üsulla bağçasının ətrafına çəpər çəkib, qonşu¬sundan ayırmışdı. Təbii ki, dəmir parçasından, taxta-tuxtadan qapı da düzəltmişdilər ki, uşaqlar, heyvan bağçaya dadanmasın, onu tərg etməsinlər.
Bir neçə ildə ağaclar yaşıllaşmışdı. Meyvə gətirənləri də vardı. Səfərin 15-20 metrlik rezin borusu vardı, bağ-bağçasını rahatca sulayırdı, həmin rezin boru qonşu Şahinin də dadına çatırdı. Səfərin sağ tərəfindəki bağça Asəfin idi. O da rezin borudan istifadə edə bilirdi. Amma gərək növbə gözləyəydi. Şakir isə lap növbə gözləməli olsa da, rezin boru onun bağçasına gedib çıxa bilmirdi. Çox da uzun deyildi. Odur ki, Səfərlə Şakir qərara aldılar ki, rezin borunu ikiyə bölsünlər. Asəf dayanıb baxırdı. Səfər borunu tut¬muşdu, Şakir əlində qayçı rezin borunu kəsməyə hazırlaşırdı. Bunu gərən Şahin qırğı kimi irəli şığıdı:
– Nə edirsən? Qoymaram.
Şakir əl saxladı:
– Sənə nə? Rezin boru Səfərindir, o da etiraz etmir.
Şahin dilləndi:
– Rezin boru bölünsə, onda mən bağçamı sulaya bilməyəcə¬yəm. Çatmayacaq. Qoymaram.
Şakir onu itələdi:
– Əl çək. Mənim bağçam susuz qalmalıdır? Bu vaxta qədər sən sulamısan, bundan belə növbə mənimdir.
Şakir qayçını qaldırıb borunu kəsmək istəyəndə Şahin onun əllərindən yapışdı:
– Məni itələyirsən? Qonşuluqda ayıb deyil? Başının salamat qalmasını istəyirsənsə, əl saxla.
Şakir də özündən çıxdı:
– Ayıb sənə olsun ki, yuyulmamış qaşıq kimi özünü ortaya atmısan.
Onun əlində aciz qalan Şahin Asifin də, Səfərin də dinmə¬diyini görüb:
– Axmağın biri axmaq, – deyib aralanmaq istəyəndə Şakir qabağa yeriyib ona bir sillə çəkdi. Şahinin gözlərindən elə bil od töküldü.
Bir anlığa dayanıb Şakirə baxdı, bir söz deməyib evə yollandı.
Baş vermiş qanıqaraçılıq hər ikisinə bərk təsir etmişdi. Şənbə günü idi. Şənbə və bazar günləri Şahinin bizneslə məşğul olan oğlu atasına dəyməyə gələrdi. Elektrik mallarının qıt vaxtları idi. İş adamı Şura hökumətinin yıxıldığı vaxtlarda duyuq düşüb xeyli elektrik çayniki, ütü, soyuducu, paltaryuyan maşın, televizor və s. almışdı. Bir qismini atasıgildə saxlayırdı. İndi baha qiymətə satırdı. Kefi yaxşı idi.
Şahin bu dəfə özü oğlugilə getməyə hazırlaşırdı. İstəmirdı ki, həyətdəki qanıqaraçılıqdan oğlu xəbər tutsun. Odur ki, Azərin marketinə gedib iki ədəd limon götürdü və avtobus dayanacağına sarı yollandı. Qarşısına qonşu Asəf çıxdı:
– Qonşu, xoş gördük. O gün gördün də, Şakiri? Ə, bu insanlar nə pis sifət olurlar?
Şahin bikef:
– Siz də susub durdunuz?
– Qonşu, başa düş, biz qarışa bilməzdik. Hara belə?
– Muradgilə gedirəm.
Asəf onun əlindəki limonlara baxa-baxa dedi:
– Qonşu, bilirəm, Muradgilə niyə gedirsən. Gəl daşı tök ətəyindən. Getmə.
Şahin təəccübləndi:
– Burada nə var ki? Gedim həm oğlumu görüm, həm də bir az nəvələrlə oynayım.
Asəf onun əlindəki limonları alıb özünü də çəkə-çəkə binanın qarşısına gətirdi:
– Mən ölüm, bu gün getmə.
– Niyə axı?
– Bir qonşu kimi, səni istəyən adam kimi deyirəm sənə. Mənim xətrimə getmə.
Şahin çar-naçar razı oldu. Asəf limonları qaytardı, onu liftə ötürdü. Şahin mənzilinə qalxdı.
Asəfə də bu lazım idi. Həyətdə qabağına çıxanlara izah etməyə başladı:
– O günkü əhvalatdan yəqin ki, xəbəriniz var. Şahinlə Şakir həyətdə bir-birlərini sürüyürdülər. Şakir Şahinə bir yumruq ilişdirdi. İndi Şahini güclə evinə qaytardım. Əlində iki dənə “limonka” vardı. Şakirin evini partlatmağa gedirdi.
Ətrafdakılar dilləndilər:
– Elə bu çatmırdı.
Bu xəbər dərhal evləri, mənzilləri dolaşdı: “Şakir Şahinə bir yumruq vurub. Şahin də möhkəmcə hirslənib. Haradansa iki dənə “limonka” tapıb ki, Şakirin evini partlatsın. Şakirin yaşadığı mənzil birinci blokda idi. Xəbər polisə də çatdı. Blokun mahafizəsi təşkil olundu. Elə həyətdəcə Şahin sorğu-suala tutuldu. Cinayət tərkibli əməl tapılmadığından fikir vermədilər. Başa düşdülər ki, bu, bir zarafatmış.
Şakir Asəfi tapıb ona ağzından çıxanı dedi:
– Bu nə işdir başıma gətirirsən? Evdə Muradın ayın-oyunları, satlıq malları var. Yaxşı ki, gəlib evi axtarmadılar. Onu ilişdirərdilər. Mən də el içində biabır olardım. Limona “limonka” deyib, aləmi vurmusan bir-birinə.
Asəf nəsə demək istədı, Şahin imkan vermədi. Başladı dil-ağız eləməyə. Yalvarıcı tərzdə xahiş etdi:
– Sən Allah soruşan, maraqlanan olsa, sözün düzünü de. De ki, zarafat etmisən. De ki, limon idi, “limonka” yox. Lənkəran limonu, Astara limonu, lap elə Türkiyə limonu idi. Çayla içilən limon. Təki “limonka” olmasın. Yaxşı?
Asəf başı ilə razılığını verdi.
Bu əhvalatı kimisi zarafat kimi başa düşdü, bəziləri isə ciddi qəbul etdi. Bir neçə il keçdi. Bir gün Asəf həyətdə gəzişirdi. Bir də onda eşitdi ki, söhbət “limonka” əhvalatından düşüb. Cəfərağa yanındakıları “limonka”nın varlığına inandırmaq istəyirdi:
– Ay millət, inanırsınız, bu dinc, sakit həyətimizə qan düşəcəkdi, böyük bədbəxtlik baş verəcəkdi. Şahini deyirəm. Əlindəki qumbaranı gözlərimlə gördüm. Fikirləşdim əlindən xəta çıxar. Tez qumbaraları əlindən aldım.
Kimsə onun bu hərəkətini təqdir etdi:
– Allah köməyində dursun, xeyirxah iş görmüsən. Birisi öləcəkdi, o birini də tutub aparıb damlayacaqdılar.
Asəf Cəfərağaya yaxınlaşıb:
– Qumbaraları əlindən sən aldın? – deyə soruşdu. – Doğrudan sən aldın?
Cəfərağa dedi:
– Başın üçün.
Asəf başqa sual verdi:
– Gördüklərin həqiqətən qumbaralar idi?
Ətrafdakılar maraq dolu baxışlarını Cəfərağanın sifətinə dikmişdilər. Onun nə deyəcəyini gözləyirdilər. Cəfərağa özünə inamlı:
– Əlbəttə, – dedi. –Elə şey olar? Mən boyda kişi yalan-palan deyəcəyəm?!
Asəf əl çəkmək fikrində deyildi:
– Qonşu, bəlkə qumbara yox, “limonka” idi?
Cəfərağa inamsız olduğundan geri çəkildi:
– Hə, deyəsən “limonka” idi.
Asəf hücumu davam etdirdi:
– Bəlkə heç “limonka” deyilmiş, limon idi. Çayla içilən. İki ədəd limon. Lənkəran limonu?! Azərin marketindən ev üçün alınmış limonlar idi, hə?
Cəfərağa Asəfin qələbə çalması ilə razılaşmayaraq etirazını bildirdi:
– Yox, nə danışırsan, qumbara idi, nə “limonka”, nə limon?!
Asəf soruşdu:
– Özün gördün?
– Gördün nədir?! Əlindən alıb təhlükəni sovuşdurdum.
Onun bu sözlərindən yararlanan Asəf zərbəni düz hədəfə vurdu:
– Bəs neylədin o qumbaraları?
Sual cavabsız qaldı.
Cəfərağa duruxdu, çaşıb qaldı. Doğrudan da, əgər qumbaraları Şahinin əlindən almağa nail olmuşdusa, bəs onları neyləmişdi, hara qoymuşdu, kimə vermişdi?
Həmin əhvalatdan daha beş il keçdi. Asəf həyətdə gəzişirdi. Bir də gördü ki, Şahin ona sarı gəlir. Özü də kefi sazdır. Yaxınlaşan kimi Asəfi qucaqlayıb öpdü. Asəf çiyinlərini çəkdi: “Gün hayandan doğub? Neçə illər idi ki, qonşusu burnu əyri gəzir, ona ağızucu salam verirdi.
– Ay qonşu, Allah səni min budaq eləsin. Canın sağ olsun! Allah uşaqlarını saxlasın. O vaxtlar sən məni böyük bir xətadan qur¬tar¬dın. İndi oturub fikirləşirəm: “Sən “limonka”ları əlimdən alma¬say¬dın, mən onları atıb Şakirin mənzilini yerlə-yeksən edəcəkdim. Neçə mənzilə də ziyan dəyəcəkdi. Kim bilir Şakirlə birlikdə neçə adamın ölümünə bais olacaqdım. Məni də aparıb güllələyəcəkdilər. güllələməsələr də, sümüklərim həbsxanada çürüyəcəkdi. Ailəm də əzab-əziyyət çəkəcəkdi.
Asəf başını qaldırıb baxdı. Onunu bir zarafat kimi uydurduğu bu əhvalata Şahinin özü də neçə illər sonra inanmışdı.

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kamalə Abiyevanın “Məktəb illəri” mahnısı – dinləyin!

Kamalə Aydın qızı Abiyeva 13 iyul 1954-cü ildə Astara rayonunda ziyalı ailədə anadan olub. Onun valideynləri müəllim idi.

Bir müddət sonra Kamalə xanımın ailəsi Bakıya köçüb. O, Bakıda 52 saylı şəhər orta məktəbində oxuyub. Abiyeva 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsində təhsil alıb.

Kəmalə Abiyeva əmək fəaliyyətinə Abşeron rayonundakı Müşviq kənd orta məktəbində müəllim kimi işləməklə başlayıb. 1980-ci ildən isə o, Bakının Yasamal rayonundakı 31 saylı orta məktəbdə çalışıb.

Şairə bədii yaradıcılığa tələbəlik dövründən başlayıb. Abiyevanın ilk mətbuat şeiri oxuduğu institutun “Müəllim” qəzetində çap olunub. Daha sonra onun şeirləri “Bakı”, “Azərbaycan gəncləri“ qəzetlərində, həmçinin “Azərbaycan”, “Ulduz” jurnallarında və almanaxlarda dərc edilib. Onun “Yağış yağır bu şəhərə” və “Bu dünyanı nağıl bilək” şeirlər toplusu kütləvi tirajla buraxılıb.

1980-ci illərdə bəstəkar Oqtay Kazımi Kamalə Abiyevanın şeirlərindən birinə mahnı yazıb.

1999-cu ildə Kəmalə Abiyeva “Məktəb illəri” mahnısının şeirini yazıb. Həmin zaman Əməkdar incəsənət xadimi Aygun Səmədzadə tərəfindən bu şeir tamamlanıb və ona mahnı bəstələnib .

Kamalə Abiyeva 2003-cü ildə keçirilən “Nəğmələrin nəğməsi” müsabiqəsinin qalibi olub.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMALƏ ABİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kamalə Abiyevanın doğum günüdür!

YAZARLAR cameəsi adından KAMALƏ ABİYEVAnı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun!! Uğurlarınız bol olsun!!!

Hörmətlə: Zaur USTAC

13.07.2024. Bakı şəhəri.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMALƏ ABİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sevda Səfərli – DAĞIDILMIŞ ABİDƏNİN FƏRYADI (PDF)

Sevda Nadir qızı Səfərlinin “Şuşanamə” adlı şeirlər kitabı PDF:

>>>>>>Sevda Səfərli “Şuşanamə” pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SEVDA SƏFƏRLNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcid – “Şuşa dəftəri”ndən növbəti şeir

Şuşaya getmək

Yollar ağır, cığırlar dik, sıldırım çətin,
Qaya-qaya igidlərin tək adı – MƏTİN!
Şəhid düşən ərənliyin, məğrur qeyrətin
pak ruhunu ziyarətdir Şuşaya getmək!

Demə vətən Şirin imiş, Fərhadmış insan,
Lap ölsə də haqq yolundan dönməz qəhrəman!
Qayaları al qan ilə yazılı dastan,
tükənməyən fəxarətdir Şuşaya getmək!

Hər qarışı qədim tarix, müqəddəs yaddaş,
Dərələri dərin fikir, yamacı sirdaş!
Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,
Qəlb qızdıran hərarətdi Şuşaya getmək!

Xarıbülbül sevdasına tutuşmaqdımı?
Saf havayla, nur yağışla qatışmaqdımı?
Yaradanın dərgahına yetişməkdimi,
Ya cənnətə səyahətdi Şuşaya getmək?

Büllur kimi yanır par-par göyə, yerə bax!
Pərvanəsi olana bax, səməndərə bax!
Cıdır düzü bələnibdi nəğmələrə, bax,
Çal-çağırlı səadətdi Şuşaya getmək!

Dahiləri yetişdirib suyu-çörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir bəyin
Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – AĞRI DAĞI

AĞRI DAĞI

Gələm ətəyində səcdəyə duram,
Başının qarından ilham aldığım.
Səndən əsən külək ruhumu oxşar,
Şəfa qaynağımsan, ey Ağrı dağım.

Çiçək ətirlidir qanlı torpağın,
Söz tapmam axtarsam özəlliyinə,
Zirvənə yenidən qonan bayrağım,
Gözəllik qatıbdır gözəlliyinə.

Mən səndən ayrılmam, ey dağlar şahı,
Dırnağı ayırmaq olmaz ki, ətdən.
Əlavə söhbətə nə gərək, axı,
Sən mənim olmusan elə xilqətdən.

Parat, Ərgör qalxdı zirvənə, Ağrı,
Səni dost görməyən deyildir sənin.
Qoy görüb yarılsın düşmənin bağrı,
Sonuncu səyyahın Adildir sənin.

Səndə qərar tutdu Nuhun gəmisi,
Özün mübarəksən, adın mübarək!
Ulduzun, Günəşin, Ayın zəmisi,
Yerlərə dayaqsan, göylərə dirək.

Nələr yaşayıbsan, nələr aşıbsan,
Qoynunda bülbültək ötmək istərəm.
Taclanıb buludla qoşalaşıbsan,
Şahım, ətəyindən öpmək istərəm.

12.07.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc – Ey sevgili!

Ey sevgili!

Sonsuzluğun dışında, sonsuzluğa akan,

Ben bir nehrim, hazların tutsağı değilim

Zaman benimdir ve zamandan ben sorumluyum.

Hangi sözler bir mührü kırmadan kırılabilir?

Büyük acı ve büyük sevinç dışında

Hatırlamak, hatırlanmak, unutmamak ve unutulmamak

Ebedi kalbim, birçok kez kırılmış olsa da,
Sevmekten ve sevilmekten asla vazgeçmedim .

Ey sevgili, zihnimde gevezelik eden kusurlarla yalnızlığımı örtmeden,

Güneşin muhteşem ışığı altında çıplak dans etmek istiyorum

Sevgili, sözlerimi dikkatle dinle.

Hayatta tek bir gerçek vardır, zaman dilimi.

Sessizliğin sessizliğinde, her zaman sessizlik vardır

Her nehir taşları okşayarak akar, Seni hissetmek ve okşamak istiyorum, tenimin nehirleri sonsuzluğun topraklarına aksın

Bu dünyanın yaralarını ve değersiz eleştirilerini bir kenara bırakalım

Gel sevgili, yanıma uzan, çırılçıplak yatalım

Gökyüzünün mavisi üstümüzde dalgalansın

İçimizdeki hayatın sesi her esintiyle dans etsin ve sevişsin

Gel, sadece birbirimizi hissedelim, konuşmadan veya dinlemeden
Derinliklerimiz yüzyıllar boyunca huzur sağlasın

İstersen seninle körebe bile oynayabiliriz
Komşunun penceresine taş atalım, camı ve kapıyı kıralım

Bak, kalbim üzülür ve saklanırsa, beni bir daha bulman zor olacak

Bütün değerler işe yaramaz ve değersiz olacak

Ben yoksam, sen yoksan, mutlu şarkılar sonsuza kadar düşecek

O zaman hangi nehir sonsuzluğa akabilecek?

Hangi ağaç bizim yokluğumuzda yorulmaz ve dimdik ayakta kalır?

Unutma ki ne geçmiş ne de biz gelecek değiliz.

Zihin bir akrebin kuyruğu gibi kibirlidir.

Bu dünyada sadece aşk ve ölüm var.

Bütün hayat bir çırpıda geçip gitmez

Küreyle uyum içinde bir kırıntı olmalıyız
Gel ve boynumu kucakla, ateş bizi devirmeden ve biz ateşi devirmeden önce

Büyüyen her şeyle birlikte büyüyelim

Barış her zaman mutluluk şarkıları söylesin

Her baharda, her ölümden sonra yeni çalılar yaklaşan devrimlerin kokusunu duysun.

12/07/2024-Paris

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


NƏZAKƏT EMİNQIZI – ZƏFƏR YOLUNA SƏFƏRDƏN DÜŞÜNCƏLƏR…

ZƏFƏR YOLUNA SƏFƏRDƏN DÜŞÜNCƏLƏR….
44 günlük müharibədən sonra haqqında qəhrəmanlıqları ilə tarix yazan şəhidlərimiz,qazilərimiz barədə yüzlərlə yazılar oxumuş, filmlərə baxmış,görüşlər keçirmişik.
200 illik düşmən təcavüzünə məruz qalaraq, ,talan olmuş yurd- yuvamıza,yandırılmış,güllələnmiş evlərimizə baxdıqca içimizdə böyük yangı vardı. Bütün agrı acılara ,uzaqgörən siyasəti ilə Ali Baş Komandanımız və Müzəffər Ordumuz “Dəmir yumrug”u ilə son qoydu.
Yeri gəlmişkən ,bu günlərdə Şuşamıza , dəmirdən Şuşi yazılmış sözü qıraraq üçrəngli bayragımızı asan , adı dillər əzbəri olan,Vətən müharibəsinin cəgavəri polkovnik Rəşad Aslanovla olan görüşdə çıxış edənlər və Rəşad zəfərimizdən, maraqlı anlardan söhbət açdılar.İnanılmaz,aglasıgmaz faktlardan,o sıldırım qayalardan necə keçərək qələbəyə nail olduqlarından danışdılar .Fantastik igidlik göstərən şəhidlərimiz,qazılərimiz bir daha yad edildilər.Rəşadın və onun kimi ogulların məxsusi igidliyi bir daha nəzərə çatdırıldı.
Nizami Kino Mərkəzində nümayiş olunan “Zəfər Salnanəsi-2″sənədli filmlərdə də 1988 ci ildən 2020 ci ilədək olan müharıbəni əks etdirən kadrlarda xalqımızın başına gətirilən müsibətlərə,soyqırımlara sarsıntı keçirmədən ,kövrəlmədən baxmaq olmurdu! Filmlər adamı həmin illərə aparır,agrı – acıları yenidən yaşayaraq,gözyaşlarına məruz edirdi….
Şuşa haqqında,Laçın Kəlbəcər,Fizuli,Zəngilan,Xocalı,Xocavənd, Qubadlı və digər işgal olunmuş ərazilərə dair məlimatları televiziyadan almışdıq.Müharibə dövründə televiziyanın qarşısında duraraq Prezidentimiz işgal olunmuş ərazılərimizin ,hər bir rayonun ordumuz tərəfindən azad edilməsinin xəbərini verərkən sevincdən göz yaşları tökmüşdük.
İndi Qarabagımızda sürətlə gedən tikinti – təmir,yenidənqurma, bərpa, və abadlıq işlərini də televiziyada görürdükcə,ürəyimizdə Şuşaya Laçına getmək arzusu oyanmışdı Növbəti yıgıncaqda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin. (DAMM) l vitse prezidenti Ruhiyyə Poladovanın təşəbbüsü və rəhbərliyi ilə bu arzumuzu reallaşdırdıq.İdarə heyətinin üzvləri Ramil Məlikov, ” Carçı ” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva və bu sətirlərin müəllifi xoşməramlı səfərə çıxdıq.Yolboyu rayonlarımızdan keçdikcə cərgəyə düzülmüş şəhidlərimizin üzügülər şəkilıərinə baxır və düşmənə lənətlər yagdırırdıq,. Fizuliyə çatanda yolun kənarlnda şəhidinin xatirə lövhəsinin yan yörəsini abadlaşdıran ailə ilə görüşdük,başsaglıgı verib,şəhidlərimizin ruhuna dualar oxuduq..
Budur, düşmən tərəfindən vəhşicəsinə xarabazara çevrilmiş,yandırılmış saysız hesabsız evlər…
Yolboyu bunları gördükcə ürəyimiz agrıdan dözə bilmirdi!!! Aglamaqdan bu mənzərələri düşüb çəkə də bilmirdik! İlahi, bu dərəcədə vəhşilik olarmı??! Hələ burada yaşayan əhalinin başına nələr gətirmişlər bu qaniçən vandallar! Bir anlıq qulagıma insanların bagırtısı ,qışqırıb kömək istəmələri ,körpələrin hayqırmaları,od tutub yanan şəhərin naləsi gəldi.
Düşüncələrə qapılmışdıq,bunu hiss edən Ramil mügənni Əglatun Qubadovun ” Yol gedir düz Şuşaya” mahnısını qoşdu…Yolüstü Fizulidəki aeroporta da baxdıq…
Zəfər yolu bizi Şuşaya aparırdı!.İlk dəfə idi bu yolu getdiyimizdən gördüyümüz mənzərələr bizi valeh edirdi!!..Budur,illərlə arzuladıgımız,həsrətində oldugumuz Şuşaya çatdıq!
Burada sürətlə gedən quruculuq işləri,abadlıq,əsaslı təmir və bərpa işlərini gördükcə ürəkdən fərəh hissi keçirirdik…Asan xidmətin əzəmətli binasında son bərpa işlərində,şəhərin hər addımında,küçələrdə gedən tikinti abadlıq işlərində yüzlərlə insan, texnika böyük sürətlə çalışırdı.Maraqlısı o idi ki,Asan xidmət və poçtda 56 şuşalı üçün iş yeri də nəzərdə tutuldugunu öyrəndik. Deyildiyinə görə .Şuşa şəhəri on yeddi məhəllədən ibarət olub.Biz Natəvanın,Üzeyir Hacıbəyovun ,Bülbülün güllələnmiş büstlərini,GövhərAga məscidini,Vaqifin Məqbərəsini ziyarət etdikdən sonra,İsa Bulagına enmək istədik.Lakin orada da təmir işlərində son tamamlama getdiyindən bulagı görə bilmədik,çünki bir neçə gündən sonra Şuşaya gələcək dost ölkələrin prezidentlərinin səfərinədək bu işlər yekunlaşmalı idi.
Qısa müddətdə belə bir quruculuq və bərpa işlərinin görülməsini,insanların yüksək fəallıqla işləmələrini gördükcə adamda qürur hissi yaranır.Murdarların zəbt edib yaşadıqları evlər uçurulur,yerində müasir tipli binalar ucaldılırdı.Bütün işlər operativ həyata keçiriirdi…Yolların ətrafında gül- çiçək əkənlər kim,su,elektrik,kanalizasiya xətlərini quraşdıranlar kim,küçələrin asfaltlaşdırılmadında çalışanlar kimlər – hər tərəfdə iş görən yüzlərlə insanın üzlərindəki sevinc hisslərini gördükcə yorgunlugumuz keçirdi. Dagıdılmış, viran qoyulmuş binaların üzərində döyüşçülərimizin adları hələ də oxunurdu.Tarixi abidələrimizin dagıdılmış divarları üzərində xatirə lövhələri vurulmuşdu. Bunların Heydər Əliyev Fondu tərəfindən bərpa olunacagına dair tikinti şirkətlərinin məlumatları da nəzərimizi cəlb etdi.Hər addımda bu sürətli quruculuq işlərini gördükcə Ali Baş Komandanımız,əziz Prezidentimiz İlham Əliyev və onun xanımı, H.Əiyev Fondunun Prezidenti Mehriban xanıma möhkəm can saglıgı və əməli fəaliyyətlərində bol ugurlar diləyirdik! Dünyanın heç bir ölkəsinin rəhbəri qısa zamanda ərazilərini 200 illik əsarətdən qurtarmaqla yanaşı,belə sürətli bərpa və yenidənqurma iqtidarında ola bilməz!Var olsun Ali Baş Komandanımız və Müzəffər Ordumuz! Onun uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsinin qələbəsi ilə,24 saatlıq antiterror döyüşləri ilə Zəfər çaldı!
Şuşanın görməli yerlərini gəzdikdən sonra,Cıdır Düzünə çııxdıq və mərd ogullarımızın şəhidlik zirvəsinə ucalmış ərazini seyr etdik.Deməklə inanılmaz olan, o sıldırım qayalara dırmaşaraq ,qalın meşələrdən keçib düşməni məhv edən şəhidlərimizin qan izləri qalan daşların üzərinə gül- çiçək qoyduq.Heç agla gəlməz sıldırım qayalara baxdıqca ixtiyarsız olaraq göz yaşlarında bogulurduq….Hələ o çətin və çıxılmaz yerlərdən yaralı və şəhid dostlarını çıxararkən əsil qəhrəmanlıq göstərmələrini yada saldıq.Hər daşın üzərindəki qara izlər burada gedən qanlı döyüşlərdən xəbər verirdi…Çox agrılı və acılı xatirələrlə oranı tərk edərkən,burada keçiriləcək türksoylu dövlət başçılarının görüşünə hazırlıqla baglı yeri quraşdırırdılar.Burada da sürətli işlərin görülməsi bizi fərəhləndirdi…Bir sözlə, bütün quruculuq işlərinin canlı şahidi olmagımızla qürur duyduq.
Oradan Laçına yola düşdük.O Laçına ki, illərlə arzusundaydım. Əziz oxucum,elə şeylər var ki,onlları sözlə ifadə etməkçox çətindir.Gördüklərimiz,canlı şahidi olduqlarımız bizdə qürur hissi yaratmışdı.Oonuda qeyd edim ki Laçına Məhəbbət Kazımovun yanıqlı ” Laçınım” mahnısını dinləyə – dinləyə gedirdik.dəfəələrlə bu mahnıya qulaq asmışdımsa da fərqinə varmamışdım,adıcə mahnı kimi dinləmişdim.AmmaLaçının füsunkar gözəlliklərini,dagıdılmış,yandırılmış,gülllələnmiş evlərini,mədəniyyət mərkəzlərini gördükcə mahnıdakı yangını qəlbən dərk etdim.Çox təəssüfləndim ki,bu günki azad Laçına getmək ona və onun kimi buranın həsrətilə qaçqın düşən, didərginlik həyatını yaşayaraq dünyasını dəyişənlərə də qismət olmadı..
Hələ keçən əsrin əvvəlində Laçının Sus kəndindən, yurd- yuvalarından qovularaq didərgin düşənlərin arasındakı uşaqların içində nənəm Nəcimə də var idi.Onun acı taleyi ilə baglı hekayəm mətbutda dərc olunmuşdu.Bunu uşaq vaxtı bilməmişdim.Onu eşitmişdim ki,köçkün düşdükləri Susay kəndində onlara qarabaglılar deyirdilər.Sonralar bildim və Laçına getmək istəyimin həyata keçəcəyi günü intizarla gözləyirdim.Yeri gəlmişkən,bu arzumu yerinə yetirən idarə heyətimizin sədri Ruhiyyə xanıma və Ramil bəyə ,bizim Laçında layiqincə qarşılanmagımızı təşkil edən ,DAMM-nin Laçın rayonu üzrə sədri ,qazı Akif bəyə və qohumu Nazim müəllimə dərin minnətdarlıgımızı bildirirəm.
Dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə dağlar qoynunda,əsrarəngiz gözəlliklərə bürünmüş meşələrdə, tam təmirli,mətbəxi müasir mebellə ,əşyalarla təmin olunmuş evlər hədiyyə hədiyyə edilmişdi.Bizi belə bir 3 otaqlı evə qonaq etdilər. Laçına gecə çatdıq.Və o yüksəklikdəki evdən dagların qoynunda,yamyaşıl meşələrin içində tikilmiş möcüzəli ,geniş eyvanlı qırmızı damlı evləri gördükcə sevincdən gözlərimiz yaşarırdı.Laçının saf havası,evlərdən gələn və meşədəki quşların şən səsləri adama ləzzət verirdi.
Səhər yeməyimizi yedikdən sonra Nazim müəllim bizi müşayiət edərək Laçının görməli yerləri ilə tanış etdi.İlk növbədə ona Laçındakı ” Simurq”kitabxanası üçün hədiyyə gətirdiyim yüzə yaxın kitab və jurnalları ora təhvil verəcəyimu bildirdim.Biz oraya- Laçındakı kluba getdik.Onu da qeyd edim ki,.buradakı Mədəniyyət Evini və Milli Kitabxananı da vəhşilər gülləbaran edərək,xarabaya çevirdiklərinə görə kitabxana üçün burada müvəqqəti olaraq otaq ayrılmışdı.Bizi kitabxanın əməkdaşı Natəvan xanıım gülərüzlə qarşıladı.Həyətə çıxaraq qarşıdakı böyük dagıdılmış binaları ürək agrısı ilə göstərdi ki, ora bizim viran qalmış yerlərimizdir.Orada təmir- bərpa və tikinti işləri qurtaran kimi kitabxanamız da yenidən oz yerinə köçürüləcək.Kitabları təhvil verərkən Ruhiyyə xanım,Ramil bəy və ” Carçı ” jurnalının baş redaktoru Gülnarə xanım da hər bir kitab və jurnallar barədə Natəvan xanımı məlumatlandırırdılar.Natəvan xanıma əməkdaşı oldugum”Yazarlar”jurnalının təsisçisi və redaktoru Zaur Ustacın təşəbbüsünə qoşuldugumu və bu təşəbbüsə digər ziyalılarımızın da qoşulacagını bildirdim.Burada da xatirə şəkilləri çəkdirdik.Natəvan xanım bizə dərin minnətdarlıgını bildirərək ,kitabxananın zənginləşdirilməsində iştirakımıza görə təşəkkür etdi.
Laçına gəlib, Həkəri çayının kənarındakı istirahət mərkəzinə baxmamaq günah olardı(.Maraqlııdır ki,buradaki evlərin damları qırmızı şiferlə vurulub.Öyrəndik ki, buradakı Sənaye Parkında mebel və dam örtükləri hazırlayan sexlərdən istifadə olunur Bundan əlavə heyvandarlıq sahəsi də inkişaf etdirilir.Belə ki, Sus ,Zabux kəndlərində səkkiz yüzə yaxın sakin işlə təmin olunmuşdur.Eyni zamanda 34 həftəlik peşə hazırlıq kurslarında da yerli sakinlər təcrübə qazanıırlar.)Həkəri çayının ətraflna Bakıdan və digər bölgələrdən çoxlu sayda ailəvi gələn qonaqlarla dolu idi.Oradan qayıdarkən yolun kənarında, budaqları əriklə dolu agacın yanından keçəndə həyətdə cavan bir xanımı gördük.O ,bizi görüb yanımıza gəldi.Söhbətimiz elə şirin alındı ki,elə bil onu çoxdan tanıyırıq.O,Təranə xanım, bizə buradakı məktəbdə işlədiyini bildirdi.Bakıda məskunlaşdıgı evdən buraya köçdüklərini və burada daimi qalacaqlarını bildirdi.Gülərək -buranın caf havasını,gözəl meşələrini ,buz bulaqlarını qoyub necə getmək olar,- dedi.Onun sözündə gördüyümüzə görə həqiqət vardı.Buralar cənnət məkandır! Təranə xanıma bir neçə kitab və” Carçı” jurnalını hədiyyə etdik.
İstər Şuşada,istər Laçında və istərsə də Qarabagımızın işgaldan azad etdiyimiz digər rayon və
kəndlərimizdəki dagıntıların yenidən tikilməsinə və bərpasına milyardlarla manat ziyan vuran mənfur düşmən lənətə gəlsin!
Sag olsun ,var olsun Azərbaycanımızı dünyada düşmənə Zəfəriylə tanldan Ali Baş Komandanımız! Qalib Ordumuza eşq olsun!
Biz zəfər çalmaqla ölkəmizin qüdrətini,nəyə qadir oldugumuzu dünyaya bildirdik!Budur,müdrik rəhbərin uzaqgörən siyasətinin qələbəsi!Budur müzəffər ordumuzun gücü!Vətənimizin hər qarışını öz qanları ilə azad edən, ər ogullarımız olan şəhidllərimizin ruhu bu gün şaddır! Onlara rəhmət,qazilərimizə şəfa diləyərək Bakiya qayıdırıq. Dagların başındakı bulduzerlərə,texnikanı işlədənlərə baxaraq Şuşadan Laçına çəkilən qisa yolun çəkilişində çalışan çoxsaylı insanlarla sagollaşırıq.Müharibədə qələbəmizin əldə olunmasında iştirak edən hər bir kəs qəhrəmandır! Onlar ” Dəmir Yumruğ”un ətrafında möhkəm birləşməsəydilər (düşmənlərdə minlərlə fərari oldugu halda,bizdə minlərlə könüllü iştirak edirdi) biz qələbə qazana bilməzdik!Bir daha zəfəri qazanan Ali Baş Kömandanımıza, məğlubedilməz Ordumuza eşq olsun! Zəfər yolu ilə səfərimizi başa vursaq da yeni səfərlərə imza atdıq! Fotolar:

Bakı- Şuşa-Laçın- Bakı. iyun 2024.

Müəllif: Nəzakət EMİNQIZ

AJB – nin üzvü, DAMM-nin EŞ – nın sədri, “Yazarlar” və “Carçı” jurnallarının əməkdaşı, yazıçı – pubisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazi Zaur Ustacın şeirləri

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Gecə-gecə sarılmışam təkliyə”

“Gecə-gecə sarılmışam təkliyə”

İstedadlı şair Təranə Dəmirin bir şeiri haqqında qısa qeydlər

(Əgər) bir insanın yanaqlarında məsum qızartı görünürsə, deməli, o, həyalıdır. O insanın (gülən) gözlərinin dərinliklərində çılğın bir təlatüm diqqət çəkirsə, demək, onun ürəyi də, köksü də niskillidir… İstedadlı şair Təranə Dəmiri sosial şəbəkə(lər)də gördüyümüz andan (nədənsə) bu fikirdəyik. Onun şeirləri də, hətta fotoşəkli də (hər dəfə) bizdə bu təəssüratı yaradır. Düşünürük, görəsən, həyatın bu istiqanlı, qəlbi Ay kimi parıltılı qadınla nə ədavəti var? Keçən gün onun paylaşdığı bir şeir bizdə bu suala acı tərəddüd və bir az da mistik əhval yaratdı.
Şeiri olduğu kimi təqdim edirik:

Gecə-gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin-şirin ovudammaz özümtək.

Baxıram ki, yuxuludu hər tərəf,
Bircə mənim tənhalığım oyaqdı.
Bu sükutun, sakitliyin içində
Qaranlığı incitmək də günahdı.

Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni, kim?
Xəyalımda rəngli-rəngli nağıllar,
Dolanıram dörd yanına təkliyin.

Yanağımı döyəcləyir kölgələr,
Kirpiklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr,
Gözlərimdə xatirələr çırpınır.

Bu şeir sağlam ruhun kövrək titrəyişidir; lakin şeirdəki zərrəvi təlatüm, ləngərli sükut adama dəhşət yaşadır… Bu şeir həyatın irihəcmli bir roman olması barədə aşkar təsəvvür yaradır. Kim o o“roman”ı müəyyən qədər diqqətsiz oxuyursa, onu sadəcə, qavradığı tərzdə təqdir edir, bəzən də (bəlkə də çox vaxt) onun hüdudsuz səmtlərini bəlli etməkdə çətinlik çəkir. Maraqlıdır ki, Təranə Dəmir roman təsiri verən həyatın bütün səmtlərində fikir cığırları aça bilir. Heç şübhəsiz, o, həyata adi deyil, qlobal yanaşdığı, fikirlərini şüurüstü qatda səciyyələndirə bildiyi üçün iti-kəsici zəka sahibi ola bilib. Məhz buna görə onun yuxarıda (tam halda) nümunə kimi verdiyimiz dərin məzmunlu şeiri bizi (oxucu olaraq) bir az fərqli əhatələrə çəkir, fərqli düşünməyə məruz qoyur. Çünki bu şeir bütövlükdə metafizik zərurətdir; burada asi, aşağılayıcı tədbirlər yoxdur, işgüzar və sosial nüfuza zərrə xələl gətirən heç bir hal müşahidə olunmur. Belə deyək, müəllif real təsəvvüflü bir əhatəni – həyatı poetik təqdirə hopdurub, ideal bir struktur qurub. Bu şeirdə hər şeyin təbii rəngindən daha çox metafizik görkəmi oxucuya diqtə edilib. Şeir (sanki) böyük bir çoxluğun içində mağmın bir tənhalığa söykənmiş bir qadının (müəllifin) lal harayı kimi təcəlla edir, ovqatlarda hüdudsuz bir acı yaradır. Ən əsası, bu şeir fərq etdiyimiz, etmədiyimiz bütün təfərrüatları ilə bizi son dərəcə aktual bir məsələ ilə üz-üzə qoyur.
Xülasə, bu şeirdə sevgi də, həyat da, insan düşüncəsi də, elə insanın özü də metafizik təsirdədir, hislər ruhsal xarakter kəsb edir. Burada cismani əlaqə, fiziki təsir yoxdur, buradakı həyat, eşq, insanın insana münasibəti və s. çoxlarımızın fərqində olduğu, lakin fərq edə bilmədiyi anlamdadır. Bu şeirdəki təlatümlər müəllifin xəyal etdiyi ədəbi nüanslar deyil, məsuliyyətini daşıdığı, yükü altında əzildiyi həyatın gerçək təzahürləridir.
Əlbəttə, şeir bizi əməlli-başlı mütəəsir edir, bizi həyata, hər şeyə qarşı müqtədir hislərlə üz-üzə qoyur, fəqət müəlliflə dərd ortağı ola bilmədiyimiz üçün acıyırıq…

Gecə-gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin-şirin ovudammaz özümtək.

Diqqət edək; təklik cismani təhdiddir, müəllif bu “hədələrdən” ehtiyat etdiyi üçün özünü taledə ləngər vuran maddi sarsıntılarla qabaq-qənşər qoyub, təkcə özünə güvənir, özünü labüd reallığa çevrilmiş təklik ilə ovudur. “Gecə-gecə sarılmışam təkliyə, Evim təkdi, yuvam təkdi, özüm tək” maddi faktında biz müəllifin mənəvi gücünü görürük. O, ruha təsir edən fiziki əngəlləri “…Bu sükutun, sakitliyin içində
Qaranlığı incitmək də günahdı” diqtəsi ilə faktiki prosesə çevirir, sükut, təklik və qaranlığı müxtəlif aspektlərdən izləyir, yenilikçi bir ənənə qurur. Ən əsası, biz onun səmimiyyətinə inana bilirik.
Təranə xanım sakitliyə, tənhalığa zəruri ədəbi fon verir, o paralelləri bir az da incik-məyus durumda araşdırır:

Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni, kim?

Müəllifin “Dolanıram dörd yanına təkliyin” fəhmində biz “Kim alacaq bu gecədən məni, kim?” ricəti də görür, yuxarıda dediklərimizə bir daha haqq qazandırırıq…

Yanağımı döyəcləyir kölgələr,
Kirpiklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr,
Gözlərimdə xatirələr çırpınır.

Təsəvvür edin; gecədir, hamı öz yuvasında müntəzir, təkcə bir qadın tənhalığın qoynunda çırpınır, “yanağını döyəcləyən kölgələr”dən üşənir, yuxusu gəlsə belə, yatmağa ehtiyat edir. Bir də görür ki, “gözlərində acı xatirələr çırpınır”. Bir az yumşalır, içində bir ümid eşqi baş qaldırır, bəlkə hissi ilə gümanda ləngər vurur və belə halda da təkliyi qarğıyır, həyata, taleyə “daş atır” və s.
Şair (əslində) öz həyatı fonunda hamını təqdir etməlidir və tam mənada əminik ki, Təranə xanım da bir-birindən mənalı şeirləri ilə elə bu zərurəti əxz edir…
Tək bir şeiri ilə biz Təranə Dəmirin sözün həqiq mənasında şair olduğu qənaətindəyik, ona yaradıcılıq uğurları arzulayırıq.

Müəllif: Hikmət MƏLİKZADƏ

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru