USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Моя бабушка старая и очень больная женщина. По крайней мере, она мне об этом постоянно напоминает, когда ей нужно поломать мои планы. Вот и сегодня ее взволнованный голос в телефонной трубке, вытряхнул меня из постели. — Мне срочно нужна твоя помощь! — заявила бабуленция вместо приветствия. Как оказалось, ей с утра пораньше приспичило мотнуться на рынок за всевозможными продуктами. Оказывается, к ней проездом, решил нагрянуть какой-то старинный приятель и бабушка решила его встретить «как полагается у нас в Одессе». Моя помощь предполагалась в виде бесплатной тягловой силы. Когда я попыталась перенести мои «тимуровские» обязанности на более позднее время, мотивируя это тем, что я вчера занималась до половины ночи, моя беспощадная бабуля выдвинула главный аргумент: — Ты таки хочешь, чтобы я надорвалась с этими сумками. А ведь я старая больная женщина и мне еще нужно готовить небольшой перекус для голодного мужчины… А если со мной что-то случиться? А я ведь еще даже завещание не написала. Зная, что бабушкин «небольшой перекус» легко может накормить свадьбу средних размеров, я сдалась. Заставить старушку тащить самой эти тюки с продуктами было бы действительно бесчеловечно. На рынке, бабушка разошлась вовсю. Она покупала все, что видели ее глаза — зелень, фрукты, свежую рыбу… Я безропотно складывала покупки в большую тележку на колесиках, которую предусмотрительно прихватила с собой. — Что вы мне подсовываете этот баклажан? Если он и был когда свежим, то лишь месяц назад. Вы хотите, чтобы икра из этого баклажана воняла плесенью? Я, может быть, плохо вижу, но очень хорошо нюхаю. И мой нос мне подсказывает, что из этих баклажан лучше готовить пенициллин, чем икру… Бабушка лукавила. Видела она ничуть не хуже, чем я. — Зачем вы принесли сюда эту камбалу? Ее нужно было тихонько похоронить, а не выдавать за свежую рыбу. И уберите эту селедку. Она была бабушкой, когда я еще в девках ходила! Продавцы пытались оправдываться, но на все у бабушки был железный ответ: — Пытаясь обмануть старую больную женщину, вы сильно рискуете своей репутацией. Если не на этом свете, то, как минимум, на том, на который я скоро попаду. Поверьте, я найду что там о вас рассказать! В итоге бабуля получала на руки самый лучший и свежий товар. Тележка потихоньку наполнялась. Неожиданно, когда я уже думала, что список покупок подошел к концу, бабушка резко развернулась в сторону тряпичных рядов. — А теперь, мне нужно купить новое белье, — заявила она. — Постельное? — спросила я. — Постельное тоже, но потом. Сначала — нижнее! — Зачем тебе новое нижнее белье? — опешила я. Бабуля посмотрела на меня, как на недоразвитую и снисходительно пояснила: — Девочка, когда к тебе в гости приезжает одинокий интересный мужчина ты должна быть во всеоружии. Мало ли что может произойти. Не хватало, чтобы я в самый ответственный момент краснела за свои старые трусы. И моя старая больная женщина бодро потрусила в направлении кружевного белья…
Ali məktəbi 1997-ci ildə bitirib. 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən “Dan yeri” Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü,2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır. 2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib. Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub. 7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir. 2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib. 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb. 2013-cü ildə “Türk dünyasına xidmət ödülü”nə layiq görülüb. 2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ” ilə mükafatlandırılıb. Ey türk doğulan. (Bakı: 2012), Səni tapan itirməz( Bakı), Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010), Dağ Kolanı dastanı. ( Bakı), Yaralı Azərbaycan (Bakı.), Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir. Ömür yolu üç fotoda:
Bu gün Namiq Hacıheydərlinin 49 yaşı tamam olur. Məqamı ucadır! Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Ruhu şad olsun:
RUHUMUZ UCADIR Ürək döyüntünü dinlədim bu gün, Baş qoyub ətirli sinənin üstə. Söz ilə, and ilə qurmuşuq düyün Eşq ilə süslənmiş dünənin üstə…
Arada yüz dərə, yüz dəniz olsun, Bir gün yollarımız yovuşmalıdır. Əyər yer üzündə birləşəmməsək, Göylərdə ruhumuz qovuşmalıdır.
Gəlsin üstümüzə kədər sel kimi, Dünyalar yığılsın lap bizə qarşı. Qaranlıq işığı söndürə bilməz, Gecələr ha çıxsın gündüzə qarşı…
Bizi qorxutmayır tufan, qasırğa, Əzablı yolları azmı getmişik? Bəzən başımıza balta vurublar, Yenə var olmuşuq, yenə bitmişik.
Dərəyə dartsınlar, düzə çəksinlər, Ruhumuz ucadır, yerlərə sinməz. Nadanlar nə bilsin Ulu Tanrının Uca yaratdığı göylərdən enməz…
GÖYLƏR DEYİR Kİ Şairləri əzilən bir şəhərə Göydən mələklər qarğış yağdırar Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün Bəla var qarşıda; Tufan, qasırğa Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda. Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək Bir gün… Günahkar şəhərin nəfəsindən Zaman-zaman udduğu murdar zibillər Qasırğaya qarışıb geri dönəcək; Çırpılacaq üzlərə Göylər qəzəblənəcək İldırımlarar nərə çəkəcək Şimşəklər toqquşacaq Hər şey bir anda baş verəcək; Şiddətli külək, qasırğa, tufan Bir də Xəzərin şahə qalxmış dalğaları… O zaman Qurtuluş olmayacaq Tikdiyiniz evlərə nicat olmayacaq; Şüşələri qırılacaq, qapıları yıxılacaq daşları uçacaq o zaman üçün Yeni evlər tikin; bünövrəsi halaldan daşları yaxşılıqdan qapısı sevgidən olsun! və… Şairləri incitməyin…
SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ? Üzün gül, baxışın işıq çeşməsi, Söhbətin bülbülün şirin nəğməsi, Ürəyin, düşüncən yurd xəzinəsi, Sən hardan alırsan bu gözəlliyi?!
Görüşə gələrsən, dünyamız gülər, Başının üstüylə ağ bulud gələr, Tək bircə nəfəsin min dərdi silər, Sən hardan alırsan bu gözəlliyi?!
Üzünü görüncə daş, dağ sevinər, Böyüklər gülümsər, uşaq sevinər, Ayağın toxunan torpaq sevinər, Sən hardan alırsan bu gözəlliyi?!
Namiq öz gücünü sözündən alır, Bulud ağlığını üzündən alır, Ay, ulduz işığı gözündən alır; Sən hardan alırsan bu gözəlliyi?!
SƏN MƏNİM KİMİMSƏN? Hara baxsam təkcə səni görürəm, Yolumsan, Yerimsən, Göyümsən axı. Niyə səni mən bu qədər sevirəm, Sən mənim kimimsən, nəyimsən axı?!
Masmavi göylərdə ağappaq bulud, Günəş də, torpaq da, külək də sənsən. Ağaca, çiçəyə can verən su da, Çiçəkdə ətir də, çiçək də sənsən.
Qovuşdu, birləşdi iki saf bulaq, Bir bahar günündə axar çay oldu. Xəbərsiz doğulduq bir-birimizdən, Bax, ancaq, ruhumuz əkiztay oldu.
Ulduz arxasından enib gəlibsən, Atadan, anadan yaranmamısan. Sənin sığalını mələklər çəkib, Sən bəşər əliylə daranmamısan.
Niyə baxışınla alışar sinəm?! Harandan od alır bu odum mənim?! Qanadım deyilsən, ancaq, bəs nədən, Qəmlənsən qırılar qanadım mənim?!
Üzündə qəm, gözündə nəm görünsə, Aldığım nəfəs də daşa çevrilər. Sənin içindəki ağrı acılar, Mənim gözlərimdə yaşa çevrilər.
Biz qoşa bədəndə bütöv canıqmı; Dodağın qurusa; ciyərim yanar. Ayrıyıq, uzağıq, bəs niyə ruhum, Sənin varlığını varlığım sanar?!
Sənin ayağına batan bir tikan, Mənim ürəyimi qanatmış, gülüm! Anladım… Bir kökdən yaranmasaq da, Ruhumuz bir kökdən boy atmış gülüm…
Ruhu doğmalardı qohum olanlar, Bir ata – anadan doğulan deyil. Var olan dipdiri ruhu olandı, Ayağı, əlləri sağ olan deyil. QALDIMI Bir zaman içində yanan alovdan, İçdə qığılcımın, közün qaldımı?! Ürəyin büsbütün söz dəniziydi, Ürəkdə Eşq dolu sözün qaldımı?!
Təmizlə dünyanı, dara, yu eşqim! Ruha sığal çəkər mənim qu eşqim. Deyirdin minillər sözməz bu eşqim, Eşqindən nişanə, izin qaldımı?
Yalan ah – üzlərdə yalançı boyaq. Vaxtsız yorulmağın adın nə qoyaq?! Bu uzun yolları gedəcək ayaq, Bu yükə dözəcək dizin qaldımı?!
Dünya dəmirçinin qaynar kürəsi Yandırar ağ bayraq qaldıran kəsi. İrəli getməyə yaşam həvəsi, Geriyə dönməyə üzün qaldımı?!
YADIMA SƏN DÜŞÜRSƏN Aydın səma, bəyaz bulud görürəm, Yadıma sən düşürsən. Mələk rəngli qoşa qanad görürəm, Yadıma sən düşürsən.
Deyib-gülən iki cavan görürəm, Sevdiyindən sevgi uman görürəm, Yadıma sən düşürsən…
Narın-narın yağış yağır, baxıram; Cücələr sığınır öz anasına. Balaca pişiklər küncə sıxılır, Gizlicə qoyaraq göz anasına.
Bir quzu mələyir yanıqlı səslə, Baxdım ürəyimin başı açıldı. Küçədə sərgərdan qalan çocuğun, Anasını görüncə, gözündən ümidli işıq saçıldı.
Cəh-cəhini dayandırıb bülbüllər, Ağacdakı yuvasından asıldı. Dışarıda oynayan cüt yavrular, Bir təpənin daldasına qısıldı…
… Doğmam yoxdu qucağına qaçım mən, Ağacım yox budağından asılım. Yuvam yoxdu sığınım bir küncünə, Sən də yoxsan, indi kimə qısılım?!
Sənsiz bir kimsəsiz çocuq kimiyəm, Solduracaq məni yağış, qar axı. Yadıma sən, yadıma sən düşürsən; Mənim səndən doğma kimim var axı?!
KİŞİLƏR VAR İDİ
Kişilər var idi bu yer üzündə, Bir elin yükünü çəkən kişilər. Quduz sultanlara qılınc sıyırıb, Yetim qarşısında çökən kişilər.
Babalar var idi, bir kəlmə sözü, Qan söhbəti bağlamağa bəs idi. Nənələr var idi, nənə deyirəm; Təpədən dırnağa nur kündəsiydi.
Qadınlar var idi şimşək baxışlı, Qanında yüz ərin qeyrəti vardı. Nə oldu, necoldu ülvi adamlar, Torpaqmı gizlədi, yelmi apardı?!
Oğullar var idi, qaya parçası, Ölsələr, harama yanaşmazdılar. Qurban gedərdilər namus üstündə, Namusdan bir kərə danışmazdılar.
Obalar var idi, barlı-bəhərli, Bir giriş, bir çıxış cığırı vardı. Gələn yolçuları hələ uzaqdan, Təndir çörəyinin ətri vurardı…
…Günəş həmin Günəş, Ay həmin Aysa, Bəs niyə dəyişdi bu cahan belə?! Kök həmin kökdüsə, soy eyni soysa, Nədən cılızlaşdı bəs insan belə?!
HƏLƏ Kİ NİDAYAM
Dan yeri ağarır, oyağam hələ, Nə gözlər yumulur, nə qəlb dincəlir. Açılmaz səhərim ta innən belə, Baxma üfüqlərdə Günəş yüksəlir…
Dostları min olsun, nə faydası var, Əyər tənhadısa ruhu insanın. Duyulmaz oldusa bir qaydası var, Yüksələr göylərə ahı insanın.
Din gəzdim, ruhuma dinclik aradım, Sonunda gördüm ki, özüm dinmişəm. Yerlərdə, Göylərdə min sirr aradım, Dünyanın ən böyük sirri mənmişəm.
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr, Beşikdən qəbrəcən sirri açılmaz. Sabah nə olacaq, bir kimsə bilmir; Yazısı dəyişməz, qədər – qaçılmaz.
Nə olsun milyondu hər yerdə sayı, Milyonlar içində təkdi hər adam. Bu göylər altında, bu yer üzündə, Bəxtəvər olmadı hələ bir adam…
…Nə arzu tükəndi, nə də ki dərdim, Yaxşı ki, dərd boyda min xəyalım var. Ömrü palaz kimi yollara sərdim, Göylərə verəcək çox sualım var.
Hələ ki nidayam bu yer üzündə, Heyrətlər içində çoxmu qalacam?! Ömrümə qoyulan işarə kimi, Ömrümün sonunda sual olacam…
GÖNDƏRİR
Adı gələr, yanaq olar qan kimi; Böyük bir günahdan utanan kimi… Səhərlər yuxudan oyanan kimi, Bir qız sevdiyinə salam göndərir.
Elə bil bir dəstə çiçək yollayar, Tufan olsun, yağış, külək… yollayar. İçində çırpınan ürək yollayar, Bir qız sevdiyinə salam göndərir.
Dayanar yolunda hər dağa hazır, Şaxtada, soyuqda donmağa hazır, Daş-qalaq olmağa, yanmağa hazır… Bir qız sevdiyinə salam göndərir.
SƏN
Sən eşqin bağında bitən çiçəksən, Eşq ilə yanmayan dərməsin səni. Qaranlıq ürəkli, donuq baxışlı, Sevgidən uzaq göz görməsin səni.
Adını çəkməsin; adını çəkən, Adında bal kimi dadı duymasa; Gəzməsin bu qutsal torpağın üstə, Özünü ən mutlu bəndə saymasa.
Cismiylə yerləri nura bələyib, Mələklə göylərdə yaşıyanımsan. Türküstan çölünün, Tanrı dağının, Ətrini ruhunda daşıyanımsan. DEDİ Əllərimdən tutmasan, Bu yollarda azaram. Dedim: qoyma darıxım, Dedi: tez-tez yazaram.
Dedim: incitsəm səni, əfv edərmisən məni?! Dedi: acı kəlməni, Mən yaxşıya yozaram.
Dedim: qoyma baş qatam, Kədər gölündə batam… Dedi: sənə üz tutan Dərdə quyu qazaram…
Ah çəkdim yana-yana; “Mən atayam, sən ana…” Dedi: hər şey bir yana, Taleyimi pozaram.
Dedim: dərd oldum sənə… Dedi: eşqsiz yaşam nə? Ya yurd ollam eşqinə, Ya da sənə məzaram.
OLAR Ömrü yellərə vermək, Aqillərə ar olar. Bir mürşid yanılarsa, Min-min mürid xar olar.
Könüllərdə qalanlar; Dünyada iz salanlar. Var ikən yox olanlar, Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz; Canda varsa yad nəfəs. Özgədən süd əmən kəs, Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən, Qazancını yeməyən. Haqqı görüb deməyən, Kor olar, həm kar olar.
(Söz demə almayana, Tanrıdan dolmayana). Könlü tox olmayana, Geniş yer də dar olar.
Yox! – deyib batma yasa, Var! – söylə – var, hardasa; Üç-beş yaxşı olmasa, Yaşamaq çox zor olar.
TANRIYA SƏSLƏNİŞ Tanrım! Sənin qatında sayt varmı? Qəzet, jurnal çıxırmı orda? Gündəlik xəbərləri hardan alırsan? Günəş sistemində olanlardan xəbərin varmı? Yerin təhlükədə olduğunu bilirsənmi? Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından, Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən Xəbərin varmı? Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün? Suriyadan, İraqdan, Yəməndən, Doğu Türküstandan… gələn Nalə səsləri bürüyüb dünyanı. Dağılmış şəhərlərin xarabalıqları, Parça-parça insan meyidləri, Gəlinciyinə sarılaraq can vermiş körpələrin Meyidi üzərində qələbə qeyd edir dünya ağaları… Yoxsa, Sən də yaxşısan ətrafın pisdi? Yoxsa, sənidəmi aldadır köməkçilərin? “Sənin müdrik siyasətin nəticəsində qalaktikalarda hər şey əladır, bütün güllər, çiçəklər xoşbəxtdi, bütün kəpənəklər səadət içində, insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə? Tanrım! Bizim qalaktikaya qubernator təyin eləmisənmi? İllik hesabat verirmi sənə? Yerdəki vəziyyətdən nə yazır? Yazırmı ki; Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir? Yazırmı; Qız uşaqlarını hələ də diri-diri basdırırlar, İnsan insan qatilidir, Yer özü boyda məhbəs olub, yazırmı?! Tanrım! Bəs, sənin “audit”in yoxmu?
Tanrım! Heç ordan baxanda Yer görünürümü? Görünürsə, çarə qıl… Görünmürsə… Kimə deyək dərdimizi?
BƏYAN Külli aləm zülmət idi, biz o zaman gündüz idik Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
Oxuyub səcdə etdiyin ayələri nazil edən, 4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var, Əzəldən öncə var olan, sondan sonra ölməz idik
Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin, İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…
EŞŞƏK, AT, İT… ALKOQOL və digər sözlərin mənşəyi haqqında…
Rus dili dünyanın zəngin dillərindən biridir. Amma bir çox digər dillər kimi onun da lüğət tərkibində alınma sözlər az deyildir. Və rus dilçi alimlərin yekdil fikrinə görə o sözlərin əksəriyyətini türk sözləri və ya türkizmlər təşkil edir. Beləliklə…
İŞAK (eşşək). Rus dilçiləri bu sözün türk mənşəli olduğunu birmənalı şəkildə qəbul edirlər. Amma məsələnin maraqlı tərəfi həm də orasındadır ki, bu sözün başqa bir “əvəzedicisi” vardır: osyol. Bəs bu iki anlayış arasında hansı fərq var? Bunu bir qədər sonra izah edərəm. İndilikdə isə… В русском языке оно появилось значительно позже, в период XVI века, и имеет тюркские корни. Этимологически оно связано с тюркскими языками и первоначально использовалось для обозначения домашней формы данного животного. Слово «ишак» пришло в русский гораздо позже, не ранее XVI века, из тюркских языков. OSYOL.Как предполагается, слово «осел» унаследовано русским языком от древнего общеславянского, а в нем представляло собой переделку готского слова asilus, в свою очередь восходящего к латинскому asinus İndi keçək OSYOL ilə İŞAKın, (yəni eşşəyin) fərqinə. Rus dilçiləri osyol sözünün daha qədim, eşşək (işak) sözünün isə nisbətən yeni olduğunu vurğulayırlar. Amma bu heç də əsas fərq hesab olunmur. İş orasındadır ki, bədii əsərlərdə “osyol” daha çox islaholunmaz, qaba, kobud, kütbeyin mənasında işlədilir. “İşak” isə “osyol” ilə müqayısıdə qismən “əhliləşmiş” mənasında nəzərdə tutulur. Bundan başqa, osyol, vəhşi, yabanı növ, eşşək isə “mədəniləşmiş”, təlim görmüş ev heyvanı kimi qəbul edilir.
LOŞAD (at). Rus dilçilərinin az qala hamısı bu sözün türk mənşəli olduğunu qəbul edir, amma bir çox hallarda onun izahını düzgün verə bilmirlər. Loş+at dilmizdə “tənbəl at” anlamında işlənsə də, mahiyyətcə at deməkdir. Слово «лошадь» является тюркским по происхождению, изначально оно означало «мерин» и выглядело как алаша.
SOBAKA. Köpək. Türk mənşəli leksemdir. Большинство лингвистов склоняются к заимствованию слова из тюркских языков, где собаку называют «кобяк» (köbäk). Именно так все тюркские народы называли одомашненное с древнейших времен хищное животное семейства псовых.
ŞTAN. İçdon. Rus dilçiləri bu sözün türk mənşəli olduğunu qeyd edirlər. Этимология cлово «штаны» появилось в русском языке гораздо раньше, чем слово «брюки». Оно имеет тюркское происхождение (ыштан, išton). В тюркских языках это слово означает кальсоны или подштанники.
ALKOQOL. Ərəb mənşəli sözdür. Bu sözü türkizm də hesab edənlər var. Belə ki, bir çox dillərə rus dilçilərinin dediyi kimi təkcə portuqalların hesabına yox, türk dili vasitəsi ilə keçib. Слово алкоголь попало в европейские языки из арабского благодаря португальским алхимикам. Арабское al-kuḥl (اَلكحل) — сочетание определенного артикля al- со словом kuḥl, означавшим порошок металла сурьмы.
ALQEBRA (cəbr) ərəb mənşəli sözdür. İfadənin müəllifi Əl-Xorezmidir. Термин «алгебра» взят из сочинения среднеазиатского учёного Аль-Хорезми «Краткая книга об исчислении аль-джабра и аль-мукабалы» (825 год). Существительное «алгебра» происходит от арабского слова «аль джебр» , означающего «воссоединение сломанных частей», которое появилось в названии знаменитой книги математика аль-Хорезми об уравнениях.
“1897-ci ildə, Novruz bayramı öncəsi Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Oonşumuzun məsləhətilə Şamaxı zəlzələsindən sonra hələ 5 yaşında ikən yaşlı adamların nəzarəti ilə Bakıya gəldim. Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Qapını nurani ahıl bir kişi açıb nə istədiyimi soruşdu. Kimsəsiz olduğumu biləndə sevinə-sevinə məni evə apardı. Həmin gündən ailənin qaygısı ilə yaşadım. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim”. Xalq artisti Ağasadıq Gəraybəylinin (1897 – 1988) uşaqlıq dövrünə aid xatirəsi..