SEVDA SƏFƏRLİ – MÜƏLLİM

MÜƏLLİM

Müəllim- bu adın nurdur mayası,
Müəllim- bu adın dürdür ziyası,
Müəllim zirvədi, zirvə qayası.
Elm zirvəsinin şahənşahıdır,
Elm sirlərinin qibləgahıdır.

Tükənməz nə odu, nə hərarəti,
Nurlu sabahlara yetər qüdrəti,
Sönməz nə alovu, nə məhəbbəti.
Günəştək yayılar bəşəriyyətə,
Milləti aparar əbədiyyətə.

Müəllim oduna qızınar bəşər,
Nəsillər yoluna işığı düşər,
Zülmət cəhalətə saçılan məşəl.
Şöləsi keçmişdən bu günə saçar,
Gülləri heç solmaz, əbədi açar.

Şam kimi əridər gözünün nurun,
Adı çəkiləndə hörmətlə durun,
Bu müqəddəs ada abidə qurun.
Ötsə də əsrlər, işıldar közü,
Allşar çıraqtək zəkası, sözü.

Adlar sırasında öndə, birinci,
Parlayar əməli sanki bir inci,
Bəhrəsini görmək onun sevinci.
Hər əməyə dəyər vermək bir mümkün,
Müəllim zəhmətinin önündə çökün.

Könlü zinət dolu, sevgisi ümman,
Dəyəri, alqışı bol zaman-zaman,
Ömür yolu sanki inləyən kaman.
Qığılcımlar səpər hey ömür boyu,
Öyüd- nəsihəti dastanlar boyu.

Müəllim calaq vurar min-min budağa,
Bərkidər kökünü doğma torpağa,
Yaşıl rəng də verər solan yarpağa.
Nicat körpüsüdür müəllim qayəsi,
İbadətdən üstün hər bir “ayəsi”.

Müəllim bir loğman, müəllim bir memar,
Sal daşları yarar, cilalar hamar,
Qədri bilinməzsə, “gözə qan damar”.
Nə hikmətli, gözəl deyilmiş kəlam,
“Bir hərf öyrədənin köləsi ollam”.

Müəllif: SEVDA SƏFƏRLİ

SEVDA SƏFƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir