
MÜƏLLİM
05 öktyabr Müəllimlər günüdür. Müəllim adını şərəflə daşıyan hər kəsi bu bayram münasibətilə təbrik edib, bol-bol uğurlar diləyirəm!
Əməliniz təmiz, qayəniz ulu,
Müqəddəs məsləkin özü, müəllim.
Gördüyünüz işlər səadət yolu,
Gənclərin xoşbəxtlik izi, müəllim.
Günəşlə oyanan, uğurla yatan,
Körpə fidanların hayına çatan,
Gəncləri uğurlar qoynuna atan,
Gəncliyin baharı, yazı, müəllim.
Həyat amalınız gözəl, duyğulu,
Böyüyə- kiçiyə hörmət,sayğılı,
Hər bir şagirdinə Ana qayğılı,
Hər evin söhbəti, sözü, müəllim.
Arzusu-diləyi təzə-tər, qönçə,
Məsləki, amalı incədən-incə,
Göstərib doğru yol, yüzlərlə gəncə,
Ali sənətlərini gözü, müəllim.
Adına bağlanıb, baharım, yazım,
Bəxtimə yazılan İlahi yazım,
Müəllimlik dünyamdan ta nələr yazım?
Amal qayəsinin özü, müəllim.
04.10.2024.
Müəllif: Sona AMAL
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru