
Payız sənə bənzəyir,
O da sənin kimi sarısın,kürəndi.
Bir az ərkəsöyun ,bir az kusəndi.
Guluşundə bir dünyanın sevinci cəmlənən,
Kədərində buludların gözü nəmlənən.
Payız sənə bənzəyir.
Payız sənə bənzəyir,
Bütün nağılları,alabəzək yarpaqları ilə,
Son dəfə günəşi görmək həvəsi ilə açan,
Gülləri, çiçəkləri ilə könlünü alır,
darıxmağa qoymur adamı.
Payız sənə bənzəyir.
Payız sənə bənzəyir.
Soyuqluğu, inadı, ilqarı ilə.
Bir az aprel bir az oktyabr vuqarı ilə.
Leysan dolu ayazsan.
Bəlkə mən gec tanımışam,
Sən özun elə payızsan!
Payız sənə bənzəyir.
Müəllif: Yadigar TƏVƏKGÜL
AYB-nin üzvü .
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru