
Lev Tolstoy haqqında qeydlər
Birinci yazı
25 avqust 2006:- Həqiqi incəsənət yalnız o incəsənətdir ki,bütün incəsənət növlərini özündə birləşdirir deyən Tolstoy o sənətkarlardandır ki,elə incəsənət özü onun qələmindən kağız üzərinə yayılır,əsərlərində göz oxşayır.Sənət Tolstoyda əriyir.
Tolstoya olan sevgi o qədər böyükdür ki,bu sevginin ağuşuna tək rus xalqı deyil,bütün dünya rahat sığa bilər.Deyilmiş çox məşhur bir söz var ki,Tolstoy cəmiyyəti tərbiyələndirir.Əsərlərində rus xalqının bütün xarakterik cizgilərini çox aydın göstərən Tolstoyu dünya xalqları üçün zamanımızın əxlaq mayaqı adlandırmaq olar.Zamanımızda Tolstoya nə çox ehriyac var,amma çox heyf ki,dünyamız artıq Tolstoylar yetişdirmir.Mən bədbinliyə qapılmaq istəmirəm.Hər halda,bir zaman Tolstoyu yetişdirən dünya ondan yenə də yetişdirəcək.Görünür,hələ zamanı deyil.Hər halda,indiki zamanda Tolstoyun əsərlırinin çapına yenidən ehtiyac var.
Rəssam öz əsərində hər bir boyanın seçimilə insan könlünü oxşadığı kimi,Tolstoy da özü əsərlərində insan psixologiyasının ən incə cizgilərinə qədər nüfuz edir.Tolstoydan bir əsr keçməsinə baxmayaraq mövzularının aktuallığı ilə bu gün də o,zamanımızı tədqiq edir,insan psixologiyasını araşdırır.Gələcək haqqında mülahizələr irəli sürür.Yüz ildir ki,insanlara yol göstərir…
***
Lev Tolstoy haqqında ikinci yazı
28 avqust 2006:- Allah sənə rəhmət eləsin Mirzə Cəlil. “Danabaş kəndinin məktəbi” keçdi xəyalımdan.Ona görə xatırladım ki, “Danabaş kəndinin məktəbi”ndə kəndə məktəb açmağa gələn dövlət məmurlarından uşaqları gizlədirlər.Səbəb də o olur ki,bizim uşaqları əsgər (soldat) aparırlar. “Dirilmə”nin qəhrəmanı Nexlyudov öz torpaqlarını rus kəndlilərinə vermək istəyir,amma gəl,kəndlilər buna boyun qoymur və deyirlər ki,əvvəlki qayda- biyar,köləlik yaxşıdı.Əsas da onu gətirirlər ki,ağa öz torpaqlarından keçməz.Bu oyunlar,sadəcə,bizi aldatmaq üçündü.
İnsan psixologiyasını gözəl bildiyi kimi Tolstoy,elə cəmiyyət sosioloğoyasını da ğözəl bilir.Tolstoy “Dirilmə”ni ömrünün sonuna doğru yazıb.Tolstoyun da ahıl vaxtlarını yaşadığı illər XIX əsrin sonu,XX əsrin əvvəlinə rastlayır ki,bu dövr Rusiyada kommunizmin yaranıb,təşəkkül tapdığı dövrə təsadüf edir.Yəni bu dövr sosializm anlayışının təşəkkül tapdığı dövrdür.
Bu dövr Rusiya ədəbiyyatında “inqilab” dövrü olsa da,siyasi cəhətdən sosializm anlayışının hələ formalaşmadığı dövr idi.
Liberallığı ilə dostları arasında şöhrət tapan Nexlyudov torpağı kəndlilərə verəcəyini kəndlilərə bildirəndə doğan narazılıqla elə Tolstoy özü rus kəndlisinin buna hazır olmadlğını açıb göstərmiş olurdu.Baxmayaraq ki,elə Tolstoy özü də bütün sərvətini- torpaqlarını kəndlilərə paylamaq istəmişdi.Nexlyudovun torpaq islahatında Tolstoy özünü yazıb- desək bəlkə də mübaliğəyə yol vermiş olarıq.Amma hər halda bu həqiqətlə az-çox uyğunlaşır.Rus kəndlisi torpağı özəlləşdirməyə hazır olsa da,sosializmə hazır deyil.Çünki “sosializm” özlüyündə bir quruluşdur.Və bu quruluşu insanlar gəririb və yaxud apara bilməzlər.Necə ki,edə bilmədilər Sosializm yaşayıb-tutuna bilmədi.İnsanlar sadəcə avanqard qüvvə kimi bəzi şeyləri sürətləndirib,ləngidə bilərlər .

Bəli,Rusiyada sosializm tam mənimsənilməmiş,özü özünü dağıtdı.Çünki sosializm yarananda aydın proqram xətti belə yox idi.Beləliklə,sosializm üçün sosial şərait yetişməmişdi.Bu da özünü onda sübut etdi ki,kəndlilərə verilən torpaqlarl 1926-cı ildə kolxozlaşma adl ilə əlaqədar geri alanda bu səfər mülkədarlar yox (o dövrdə keçmiş mülkədarlar hamısı ya həbsdə,ya Sibir sürgünündə idilər) elə kəndlilər özü üsyan qaldırıb torpağı vermədilər.Bu da sübut etdi ki,torpaq kəndliyə,o, sosializmi mənimsəmədiyi formada verilmişdi.
***
Lev Tolstoy haqqında üçüncü yazı
1 sentyabr 2006: – Bu gün Tolstoyun “Hacı Murad” povestini oxuyub bitirdim.Dünən isə Tolstoyun “Dirilmə” romanını oxuyub bitirmişdim.
Tolstoy bir dahidir və məni özünə məftun edib.İlk öncə “Dirilmə” haqda bir neçə söz demək istəyirəm.
1899-cu ildə bitirdiyi “Dirilmə” romanı çoxları kimi məni də “Hərb və Sülh”, “Anna Karenina”dan daha çox cəlb etdi.Birinci ona görə ki,bu romanda ədib oxucunun qəlbinin ən sirli qatlarına enib,ona buradan səslənir.Və insana özünün belə bu vaxta qədər vaqif olmadlğl sirlərdən söz açır.Əsər “İncil”dən ayələrlə başlanır və elə bu ayələrin mənasına bütün əsər boyu çavab axtarır.Bu suallara cavabı elə yenə “İncil” ayələri verir. “Dirilmə” “İncil”ayələri ilə bitir.Tolstoyun yaradıcılığından bəllidir ki,ədib öz hümanist fikirlərini yaradıcılığının Nexlyudov surərində verib. “Dirimə”nin də baş qəhrəmanı Nexlyudovdur -18 yaşlı Katya Maslovanı aldatdığı üçün Maslova həbs edildikdən sonra onun yolunda sürgünə belə razı olan,öz torpaqlarını təmənnasız kəndlilərə paylayan Nexlyidov…
Tolstoy yaratdlğı bütün obrazların bütün cizdilərini ən incə məqamlara qədər açdığı kimi,onların dini görüşlərinin mistikasına qədər də nüfuz edir.Və yaxud etməyi bacarır.Bütün bunlar hər bir obrazın dini görüşlərinin çox incəliklə verilməsi ilə öz təsdiqini tapır.
Əgər “Dirilmə”də rus həyatı,cavan ikən etdiyi bir səhvin bağışlanması üçün bütün həyatını dustaq bir qadına bağlayıb hər şeyindən keçən bir knyazın peşimançılığı – ” tövbəsi” verilibsə, “Hacı Murad”da rusların apardığı haqsız müharibə,dağlı xalqlarının öz vətənlərinə olan məhəbbəti tərənnüm olunur.

İnsan, təbiəti özünə boyun əydirmişdir.Meşələri qırır,dağları yonur.Amma eyni zamanda,insan yenə də təbiətdən zəifdi,ona möhtacdı.Təbiət insanı daha güclü sarsıda bilir- zəlzələ,vulkan,sel.
I kursda oxuyarkən Şeyx Şamil haqqında bir kitab oxumuşdum.Selçuk Kulalı Çeçen dağlarındakı qartallardan danışıb,bu dağların Şamildən sonra qartal yetişdirib səmasında uçurmadığından ürək ağrısı ilə yazırdı.Şamildən incik düşən “Hacı Murad”ın qəhrəmanı Hacı Murad rusların tərəfinə keçsə də,ruslarla döyüşdə öldürülür,ruslara satılmış dostu tərəfindən başı kəsilir.Tolstoy bu səhnədə imperiya siyasətinin eyni millətin dost evladlarını bir-birinə necə düşmən etməsinə toxunur… İnsanlar tərəfindən yetişdirilən bir qartal balası böyüdükcə uçub yenə dağlara,qartalların yanına gedir,amma gümüş buxovlu,boynu dəmir halqalı bu qartalı,köləlik görməmiş qartallar qəbul etmirlər Amma boynu buxovlu qartal,dağlardakı qartallardan ayrılmır,çünki Allah onu yaradarkən,ona da azadlıq sevdası vermişdi.Buna gümüş buxovlar mane ola bilməz Cünki Allah onu buxovsız yaratmışdır.Ancaq o getmədikdə azad qartallar onu didib öldürürlər.Bunları da Tolstoy nəql edir.Ancaq o gümüş bəzəklu qartal o birilərindən daha azad yaşadı.Çünki o köləlik nədir,onu görmüşdü.Və azadlığın qiymətini onlardan daha çox bilirdi
Dağların başında hər zaman qartallar uçacaq.Balıq suda olduğu kimi,qartal da səmada olsun gərək.Onlardan daha yüksəkdə didilmış bir qartalın ruhu vüqarla azadlığın sevgisini duyar öz qəlbində.
2 sentyabr 2006 …Tolstoy insanın fiziki gücünə əyilməyən ayıpəncəsi otundan gəlir Hacı Murada.Və öz yazısında bu qəhrəmanı Qafqaz dağlarının “ayıpəncəsi”nə bənzıdir.Meşənin dərin qatlarında bir ayıpəncısini məhv etmək,bütün meşəni məhv etməkdən daha çətindi. Səlcuq Kuleli “Şeyx Şamil” kitabını Qafqazda doğacaq yeni “qartallar”ın imidilə bitirir.Tolstoyun da ayıpəncələri bənzətməsi onu sübüt edir ki,bir insanı buxovlayıb azadlığını əlindən almaq olar,ancaq onun ürəyinə heç cür buxov vurmaq olmaz.Mövlanənin dediyi kimi,insanın ürək azadlığını yalnız ürəyi ona vermiş Allah ala bilər.
***
Lev Tolstoyun dini görüşləri barədə
24 sentyabr 2006: – Deyirlər,Tolstoyun özünün dini görüşü olub.Yəni özünün dini təlimi olub.
Ancaq bir gerçək var ki,əsərlərində heç bir yazıçı Tolstoy qədər dinə toxunmayıb.Yəqin ki,özünün dini təlimi olmasa idi,dinin incəliklərinə bu qədər vaqif olmazdı.
Mənbə: Etibar Əbilov
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru