Şahin Həmidi – Çərşənbəm !

Torpaq çərşənbəsinə yetişdik.
İlaxır çərşənbəmiz hamımıza uğur, səadət və əmin-amanlıq gətirsin.
Bayramınız mübarək dostlar!

Çərşənbəm !

Sevinclə bağrına basıb havanı,
Bahar yağışından içən Çərşənbəm!
Gəzib qapı-qapı eli-obanı,
Ürəkdən-ürəyə keçən Çərşənbəm !

Tüstülər içindən gülüb şən çıxan,
Çiçəyi şən çıxan, gülü şən çıxan,
Yanan tonqalların içindən çıxan
Novruzun yanına qaçan Çərşənbəm !

Oxşayıb nazını çəkər buranın,
İstəsə dumana bükər buranı,
Noğulun, badamın, şəkərburanın
Üzünə nurunu saçan Çərşənbəm !

Eşqidir yerlərin, səmaların da,
Yağan yağlşın da, yağan qarın da,
Sevən ürəklərin səmalarında
Dönüb qaranquşa uçan Çərşənbəm !

Havadır, atəşdir, totpaqdır canı,
Doğmadır onunçün yurdun hər yanı.
Basıb öz bağrına Azərbaycanı
Bizi övlad kimi qucan Çərşənbəm !

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

          

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir