Filosof alim, akademik Heydər Hüseynov

Fotoda: Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri və vitse-prezidenti, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycanın ən böyük filosof alimlərindən və ilk akademiklərindən biri olan Heydər Hüseynov. O, 1908-ci ilin 3 aprelində qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olmuşdu. Cəmi 42 il ömür sürmüşdü, uşaqlıq illəri də gəncliyi kimi çox çətin, mürəkkəb dövrlərdən keçmişdi. Atası Nəcəf kişinin Gülsüm xanımla olan izdivacından altı uşağı dünyaya gəlmişdi: qızları Ruqiyyə, oğlanları Yusif, Əkbər, Yaqub və son beşikləri Heydər. Heydər Hüseynov hələ həyatın bərkinə-boşuna düşmədən ata qayğısından məhrum olmuşdu. Bir müddət sonra isə bu ailə daha ağır zərbə almışdı. Belə ki, 1918-ci ilin mart-may aylarında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri soyqırımlar zamanı Heydər Hüseynovun böyük qardaşı Yusif daşnaklar tərəfindən vəhşicəsinə öldürülür. Bu hadisədən sonra anası Gülsüm xanım övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Onlar 1920-ci ildə Bakıya köçürlər və İçəri şəhərdə kirayədə qalırlar. Bu vaxt Heydərin artıq 12 yaşı var idi…
Heydər Hüseynov orta təhsilini Bakı şəhərindəki 18 nömrəli məktəbədə alır. Həmin məktəbdə Heydərlə yanaşı Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov da oxuyurdular. Heydər Hüseynov 1927-ci ildə 18 nömrəli məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Taxnikumunda təhsilini davam etdirir. Bu illərdə komsomol sıralarına qəbul olunur. Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədi ilə o, kitabxanada işə düzəlir, eyni zamanda 16 yaşından fəhləlik edir. Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq, gənclik dövrü yaşayan Heydər 18 yaşında daha bir zərbə alır. 1926-cı il aprelin 25-də anası Gülsüm xanım 60 yaşında vəfat edir. Ailəsinin bütün ağırlığını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin şəraitdə işləməli olur. 1931-ci ilə kimi 59 nömrəli məktəbdə dərs deyir. 1927-1931-ci illərdə gənc Heydər Hüseynov həm də Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin linqvistika ixtisasının tələbəsi olur. Universitetdə oxuduğu illərdə ərəb və fars dillərinə mükəmməl yiyələnir…
42 illik ömrünün 20 ildən çoxunu bundan sonra, daha dəqiq desək, ötən əsrin 40-cı illərindən sonra elmə, tədqiqata həsr edir. Azərbaycan SSR ən gənc akademiki kimi tanınır. Tədqiqatları, qələmə aldığı məqalələri bütün ittifaq məkanında oxunur və neçə – neçə tarixi həqiqətə işıq tutur. 1937-ci ildən etibarən kütləvi xarakter alan Stalin repressiyaları Heydər Hüseynovun həyatından da yan keçmir. Lakin o, bir zamanlar sinif yoldaşı olduğu Mikayıl Müşfiq kimi güllələnmir. Həyatda qalır, ancaq sən demə, gələcəkdə Heydər Hüseynovu daha böyük, daha ağır bir faciə gözləyirmiş…
Akademik Heydər Hüseynov 1950 – ci ildə ona qarşı yürüdülən amansız siyasətə, təqiblərə, təzyiqlərə son vermək üçün, habelə Mir Cəfər Bağırovun təhdidlərinə son qoymaq üçün intihar edir. Heydər Hüseynov yaşadığı mənzildə özünü asır. O, bu hadisədən bir qədər əvvəl də intihara cəhd edibmiş. Lakin görkəmli cərrah, professor Mustafa Topçubaşov onu ölümdən xilas etmişdi…
Xalq yazıçısı Elçin Əfəndiyev “Ədəbiyyat” qəzetində işıq üzü görən “Mir Cəfər Bağırov kim idi? – şəxsiyyəti, əməli və taleyi” adlı məqaləsində yazır: “Belə bir söhbət gəzirdi ki, “Pravda” qəzetində Stalin mükafatı almış əsərlərin siyahısı çıxır və Mir Cəfər Bağırov gözlənilmədən ilk dəfə bu məsələdən xəbər tutur. Elə həmin gün Heydər Hüseynovu çağırtdırır və Stalin mükafatı almış kitabı kabinetində zərblə onun başına çırpır.
Mən bir müddət rəhmətlik şair və tərcüməçi İmran Seyidovla qonşu olmuşam, bir blokda yaşamışıq və o, Elmlər Akademiyasında Heydər Hüseynovun köməkçisi işləmişdi. Bir gün ondan bu söhbətin həqiqət olub-olmadığını soruşanda, İmran müəllim həmin dövrü yenidən yaşayırmış kimi, acı bir həyəcanla təsdiq etdi ki, bəli, həqiqətdir: “- Kitab da qalın və ağır idi…”
Görkəmli alimin “XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikir tarxindən” adlı əsərində Şeyx Şamil haqqında müsbət fikirlər qələmə alması Mir Cəfər Bağırovun qəzəbinə səbəb olmuşdu. O dövr üçün bu, bağışlanmaz səhv idi. Çünki Şeyx Şamil şəxsiyyəti sovet ideologiyasına görə “xalq düşmənini” hesab olunurdu. Və belə bir insanı tərifləmək Heydər Hüseynov şəxsiyyətinin üzərində qara bir xətt çəkmişdi. Lakin həmin dövrün arxiv sənədlərinə nəzər salanda görürük ki, monoqrafiyanın işıq üzü görməsi də, əsərdə Şeyx Şamilin adının qeyd olunması və haqqında yüksək fikirlərin yazılması da sadəcə bir bəhanə idi. Heydər Hüseynovu aradan götürmək üçün ortaya atılmış bir bəhanə…
Akademik Heydər Hüseynovun məzarı Birinci Fəxri Xiyabandadır. Heydər Əliyev onun haqqında danışarkən bir ifadə işlədirdi: “əqidə şəhidi”! Bəli, Heydər Hüseynov nakam ömür yaşayan, həyatının ən məhsuldar çağında dünya ilə vidalaşan “əqidə şəhidi” idi…Nur içində yatsın…

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nadir Şah Əfşar Kərbəlada

Nadir Şah Əfşar Kərbəlada

Nadir şah Dağıstandan hərəkət edib Bağdad ətrafına gəldi. Burada olarkən o, Bağdad hakimi Əhməd paşaya məktub yazdı və Həzrət Əlinin (ə) və İmam Hüseynin (ə) qəbirlərini ziyarət etmək istədiyini bildirdi.

Bölgəyə əvvəlki yürüşü zamanı Nadir şah Həzrət Əlinin (ə) məqbərəsinin təmiri və bərpası üçün göstəriş verdi. Bunun üçün Nadir şah 50 min xalis əşrəfi ayırdı ki, məqbərənin qübbəsi və eyvanı qızıla çəkilsin. Bu iş Məhəmməd Hüseyn bəy Qulama və Qəzvin memarı Ağa Nəcəfə tapşırıldı. Məqbərənin təmirində çalışacaq işçilərin əmək haqqının ödənməsi üçün 6 min tümən ağ zər ayrıldı. Dağıstanda olarkən Nadir şaha bu işlərin icra edilməsi haqqında xəbər çatdırıldı. Ona görə Nadir şah həmin ziyarətgahı bir də ziyarət etməklə həm də görülən işlərə baxmaq istəyirdi.

Bir müddətdən sonra Nadir şah əvvəlcə imam Hüseynin (ə) məqbərəsini və digər Kərbəla şəhidliyini ziyarət etdi. O, Kərbəla şəhidlərini ziyarət ayinlərinə mövcud olan ənənə üzrə yad etdi. Sonra Kərbəla şəhidləri ziyarətgahında xidmət edən şəxslərə çoxlu nəzir-niyaz payladı.

İmam Hüseynin qəbri zərli və qiymətli parçalarla bəzədildi. Hindistanda düzəldilmiş olan 12 ədəd böyük qəndil (çilçıraq) İmam Hüseyn (ə) məqbərəsinə bağışlandı və həmin qəndillər məqbərənin qübbəsinə bərkidildi. Nadir şah üç gün ərzində imam Hüseynin məqbərəsinin
ziyarətində oldu, ibadətini etdi, məqbərənin mücavirlərinə və mövləvilərinə şəfqət göstərdi və ehsan verdi.

Nadir şah ziyarətdən geri qayıdanda da göstəriş verdi ki, künbəzin aşağısındakı aynanın kənarında qırmızı mina bərkidilsin və bu qırmızı minanın güzgüdə əks olunan qırmızı rəngi İmam Hüseynin (ə) axıtdığı qırmızı qanı xatırlatsın və ziyarətə gələnlərin qəlbini riqqətə gətirsin..

Aləm Ara-ye Naderi, c.II, … s.886
Mehman Süleymanov “Nadir Şah Əfşar” s.685

İlkin mənbə: Şah İsmayıl Səfəvi

Şah İsmayıl Səfəvi

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

DÜNYANIN KƏNARI UÇRUM

DÜNYANIN KƏNARI UÇRUM

Dünyanın kənarı uçrum,
qayıdım, dönüm geriyə;
arxaya baxmıram daha,
dağlar üstümə yeriyər;

ulduzlar sellənib axır,
buluddan qara daş yağır;
qarşıma bir fələk çıxır,
gözü səyriyə-səyriyə;

alnıma nə yazılıbdı,
yazılanlar pozulubdu;
göy üzündən asılıbdı,
Günəş- əriyə-əriyə;

o kimdi, dərdi bağlıyır,
bağlıyıb kimə saxlıyır;
Tanrı uşaq tək ağlıyır,
nə bilim, nə vaxt kiriyə;

Allahım, məndən incimə,
dünyanı vermisən, kimə;
canımı çəkdim içimə,
ruhumu duman bürüyər.

02.04.2025

Müəllif: NAZİM ƏHMƏDLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Avropada təhsil alan ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya olmuşdur

Avropada təhsil alan ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya olmuşdur. O, ilk azərbaycanlı həkim mama – ginekoloq Adilə Şahtaxtinskayanın bacısı, maarifçi, publisist, jurnalist İsa Sultan Şahtaxtılının qızı idi. Leyla xanım 1866-ci ildə Qars şəhərində dünyaya gəlmişdi. O, 1902-ci ildə Tiflis Qızlar məktəbini bitirmişdi. Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə 1904-cü ildə İsveçrədə Tibb Universitetinə daxil olmuşdu, lakin təhsilini başa vurmasına cəmi 2 il qalmış xəstələnərək orada vəfat etmişdi. “Molla Nəsrəddin” jurnalı Leyla Şahtaxtinskayanın ölümü ilə əlaqədar nekroloq da dərc etmişdi.
* * * * *
Leyla xanım ali təhsil almaq üçün İsveçrəyə getdi, Lozanna Universitetinin tibb fakültəsinə daxil oldu. Lakin üçüncü kursdaykən Leylanın İsveçrədə soyuqdəymədən vəfat etdiyi xəbəri gəldi. Bu xəbər təkcə onun ailəsini yox, Qafqazın mədəni müsəlman cəmiyyətini də kədərləndirmişdi. Çünki o, Avropada təhsil almaq şövqünə çatan ilk azərbaycanlı qadın idi. Ancaq qəfil ölüm buna icazə vermədi. Leyla xanım 21 yaşında dünyadan köçdü…
Leylanın soyuqdəymədən vəfat etməyinə Mirzə Cəlil inanmamışdı. “Molla Nəsrəddin” satirik jurnal olmasına baxmayaraq, 1908-ci ildə 52-ci nömrəsində Leyla Şahtaxtinskaya haqqında nekroloq dərc etdi. Burada yazılmışdı: “…İki ildən sonra vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi. Əfsus, qismət olmadı. Leyla xanım keçən il İsveçrədə soyuqdəymədən vəfat elədi. Avropaya elm dalınca gedən müsəlman qızlarından Leyla xanımdan savayı bir özgəsini eşitməmişik. Molla Nəsrəddin”in arzularından xəbərdar olanlar gərək bilsinlər ki, bir belə vücudun yox olmağı bizim üçün təskinsiz bir dərddir. Jurnalımızın səhifəsini mərhumun surəti ilə bəzədik ki, gələcəkdə Leyla xanımın vətən bacıları hər dəfə həmin vərəqi görəndə desinlər: bu bacımız vəfat etdi, bəs insafdırmı bunun yeri boş qalsın ? Rəvadırmı bundan sonra İsveçrədə elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş ? Dəxi dünyada müsəlman qızı yoxdur, bəlkə dünyada heç müsəlman yoxdur! Rəvadırmı ?”
Molla Nəsrəddinin yanıqlı harayını sanki ilk dəfə Leylanın kiçik bacısı Adilə eşitdi. Adilə həkim oldu. O, 1930-cu ildə Kiyevdə doktorluq dissertasiyasını müdafiə etdi. Professor elmi məqamına yüksəldi. Adilə Şahtaxtinskaya Azərbaycanın ilk qadın həkim-ginekoloqu oldu. Lakin ərinin Mir Cəfər Bağırov tərəfindən şəxsən güllələnməsindən sonra Adilə həkimin də həyatı böyük təhlükə qarşısında qaldı.
…Azərbaycanın ilk həkim mama-ginekoloqu, professor Adilə Şahtaxtinskaya həbsxanaya salındı. Onun nə müdrik zəkası, nə xidmətləri, nə də bu xalqın gələcəyi üçün görəcəyi işlər nəzərə alınmadı. Azərbaycan üçün lazımlı bir qadın Azərbaycandan çox uzaqlara mal-heyvan daşınan vaqonda Potmadakı həbs düşərgəsinə sürgün edildi. Beş il “cəzasını” çəkəndən sonra böyük arzu və ümid ilə Azərbaycana döndü. Ancaq onun Bakıda yaşamağı qadağan edildi. Adilə xanım həyatdan, taleyində küsdü, doğma Vətəndən incidi… Yurdun qapıları üzünə bağlanandan sonra kövrək hissləri onu Tiflisə apardı. Və o, qürbətdə – 1951-ci ildə vəfat etdi.

Mənbələr:
1) “Molla Nəsrəddin” jurnalı, № 52, 1908
2) Əməkdar elm xadimi Fərrux Rüstəmovun 2023-cü il, 11 yanvar tarixində AZƏRTAC – da işıq üzü görən müsahibəsi.
3) Azərbaycan Milli Ensiklopediyası.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
(rubrika)
28-ci hissə

Ağa Bağır Şirvani – Klassik Azərbaycan şairi
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)

BAĞRIMIZDAN QOPAN ŞAİR – AĞA BAĞIR ŞİRVANİ

Qış dağlara çəkiləndə, Yaz bağlara buta verəndə könlümüz də açılır, gözümüz də.Alacalanmış gözlərimizi iri açaq ki, gələcəyə baxa-baxa, mazimizdən də soraq alaq.Novruz bayramının sona çatdığı bir çağda pərişanlıq duymamaq mümkünsüz olsa da, qəribə bir ümid qığılcımı qəlbimi çulğayır.
-“Bayram bitdi, fəqət Yaz davam edir” təsəllisi dəmadəm üzümə təbəssüm etməkdədir.
Axı Yazın içində olmaq həm də özünü yazı-pozunun ağuşunda bulmaqdır.Soyuqdan, sazaqdan, xiffətdən qurtuluşun bir yolu da
Baharla qəlbini ovutmaqdan, Yazla ürəyini ovundurmaqdan keçib gedir.Bu saat “getmək” feilinə nifrət edirəm.Çünki sevimli Novruz bayramım gedir, gəncliyim gedir, ömrüm gedir, doğmalarım, yaxınlarım yaşayıb gedirlər.Nədənsə bu aralar gələnlərin müqabilində gedənlər daha çoxdur.
Gələnlərim seyrək, gedənlərim yüyrək olanda dilxor oluram.
Bəlkə elə bu səbəbdən Yazın gəlişinə şairlərimiz hər zaman şeirlər – əlvan-əlvan, çeşid-çeşid bahariyyələr qoşmuşlar ki, bir təsəlli bulsunlar.
Orxan Gəncəbay – Orxan baba demiş:

-“Bir təsəlli ver”

-Təsəlli?

-Təsəlli – bahariyyələrimizdir.
Yəni Baharın vəsfi ilə bağlı yazılmış şeir nümunələri.Qəzəl, məsnəvi, yaxud aşıq şeir formalarında rast gəldiyimiz bahariyyələr nə çoxdur.Nə çoxdur Şah Xətainin “Dəhnamə” sindən tutmuş Didənin misralarına qədər klassik poeziyamızda bu şeirləri sevə-sevə oxuyanlar, oxuya-oxuya sevənlər.
Birinə də klassik şairimiz Ağa Bağır Şirvanidə rast gəldim.Biri nədir, mininə rast gələrdim, şairin külliyyatı zamanında it-bat, çıx-daş olmasaydı.

Bir belə mövsümdə, bahar çağda,
Heyf deyil baş qala torpaqda?!
(Ağa Bağır)

təki bahariyyəsi olan Ağa Bağır kimiləri bizim üçün doğmalar doğması, əzizlər əzizidir.

-Kimdir Ağa Bağır?

-Nisbəsindən bəllidir ki, Şirvan torpağındandır.Mirzə Yusif Qarabaği onun Molla Pənah Vaqifin çağdaşı olmasını vurğulayır, elə dəyərli tədqiqatçımız Salman Mümtaz da bu fikri təsdiqləyib.Deməli, miladi təqvimlə 18-ci əsrdən boy verir Ağa Bağır.Hacı Səfəralı kişinin oğlu Bağırın çox güman ki, təxəllüsü də Bağır olub, amma “Şirvani” nisbəsi ilə yazıb.Şeirlərinin çoxu Nəsimi dəstiri yazılıb.Nəsiminin təsiri, Nəsiminin havası Ağa Bağırda apaydın cizgilərlə sezilir.Amma şairin hürufi olmağı ilə bağlı qənaətlərə misralarında rast gəlinmir.Görünür Nəsiminin şairə təsiri ideyadan ziyadə, sırf şeiriyyatla bağlı olub.
Bir sıra şairlərin isə Ağa Bağırdan təsirləndiyi şəksizdir.
Şəkili Kırim Ağa Fateh də təsirlənənlər sırasındadır.Ümumiyyətlə, Şəkidə də çox güclü ədəbi mühit olub ki, həmin şəxslərin Şirvan ədəbi məktəbindən bəhrələndiyini söyləmək mümkündür.Əhməd Əfəndini (Zövqi), Şəkili Racini
(Bu şair başqa Racidir, bildiyimiz Hacı Əbülhəsən Racinin və Raci Şirvaninin onunla əlaqəsi yoxdur) Məhəmməd Hüseyn xan Müştaq və başqalarını nümunə gətirmək olar.

Kərim Ağa Fatehin:
Əhli-zəmanə tərk qılıbdır rizai-həqq,
Üz döndərib təriqi-həyatdan yavaş-yavaş…

yaxud
Qasım bəy Zakirin:

Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,
Cism oldu tiri-çərxə nişanə yavaş-yavaş…

qəzəlləri Ağa Bağırın tısiri ilə yazılıb.

Ağa Bağır:

Bağlandı guş sovti-sədadan yavaş-yavaş,
Göz xirələndi düşdü ziyadan yavaş-yavaş.

Başqa şairlərin də, məxsusən Şirvan mühitindən olan Nəsrulla bəy Didənin də Ağa Bağırdan bəhrəlındiyini görə bilərik.
Görə bilmədiyimiz başqa məqamlar isə könül dağlayandır, zira Ağa Bağır kimi klassiklərimizin 300 illlik məsafədən üzü bu yana, əlimizə vur-tut 1-2 şeirinin çatmasıdır.Yox olan əlyazmalarından savayı, neçə-neçə poeziya aşiqlərimizin hafizəsində hifz olunmuş həmin şeirlər çoxdandır ki, torpağa gömülüb.Məhz buna görə “yazmaq” hər şeydən əfzəl, hər bir işdən qutsaldır.Vaxtında yazılsaydı, köçürülsəydi, saxlansaydı Ağa Bağır Şirvani kimi klassiklərin irsi ilə indi üzbəüz qalardıq.Tarixlə üzbəüz qalmaq isə istənilən halda müqəddəsdir.Elə bil ulu babalarınla görüşə getmisən, elə bil gizəmli, sirli bir xeybərin qapısını bulmusan.Elə bil bir mənbərə yüksəlmisən ki, oradan göyə ancaq mübarək sözlərin pərvazlanır.İraq Ağa Bağırın bu giley-güzarlı misralarından, əl-həzər şairin bu qeyzli iradlarından.

Mənbər ki, onda xütbə deyib paki-maklər,
Mütrüblər indi orda oxurlar qəzəl-məzəl.
(Ağa Bağır)

Qış dağlara çəkiləndə, Yaz bağlara buta verəndə könlümüz də açılır, gözümüz də.Ormanlar başına yaşıl börk keçirəndə, sən də keçmək istəyirsən özündən.Yenicə uğurladığımız Novruz bayramına beləcə dillənmək ehtiyacını duyursan:

-“Xoşca qal, sağlıqla qal, əziz Novruz bayramı, ömrünü bahariyyələrlə, yaz ovqatlı şeirlərlə uzatmağıma kim mane olacaq, kim?!
Hələ-hələ bağrımızdan qopan şair Ağa Bağır Şirvani kimilərinin bahariyyələri var olduqca”

Turan Uğur
30 mart 2025-ci il.
Bakı.

(Məqaləmdə Mirzə Yusif Qarabağinin,
Salman Mümtazın faktlarına və şəxsi araşdırmalarıma söykənmişəm
)

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Yəhyayev – Gəlməmisənki?

Gəlməmisənki?

Zəngimi açmırsan,halım xarabdı,
Sinəndə daş barı hörməmisənki?
Qəmim siqaretdi,dərdim şərabdı,
Dərdindən keflənən,görməmisənki?

Kəsib,doğrayırsan kündə,əzizim,
Ölüb,dirilirəm gündə ,əzizim.
Nöqsan axtarırsan məndə,əzizim,
Sevgimdən dönməzəm,bilməmisənki?

Ağızda,damaqda xoş dad var idi,
Sevincdən uçmağa qanad,var idi.
Könül dəftərində bir ad var idi,
Üstündən xətt çəkib,siməmisənki?

Bu da yaşadığım bir cür ömürmüş,
Yanıb,tüstülənir,qalan kömürmüş.
Sənin ki ürəyin daşmış,dəmirmiş,
Cavab ver zəngimə,ölməmisənki?

Məhəmməd qalıbdır qulağı səsdə,
Gözləri yol çəkir,olubdur xəstə.
Dərd gəlir hər gündə dərdinin üstə,
İnsafa,mürvətə gəlməmisənki?

Aprel 2025

Müəllif: Məhəmməd Yəhyayev

ҲАЯЛ – ҚЫЗЛАР БАЙРАМЫНДА САЎҒА БУЛ

ҲАЯЛ – ҚЫЗЛАР БАЙРАМЫНДА САЎҒА БУЛ

Жәҳән әдебияты таңлап жарысты,
Жүз ел бәри ,, бириншиге ” тарысты.
Грант емес ,бириншиге илестим,
Сынап – минеп өлшегенде қарысты.

Жеңимпаздың тартып несийп дузынан,
Нәпес алдым бәҳәр келер жазынан.
Бәриңизди қутлықлайды Жансая,
Нөкис қала Қарақалпақтың қызыман.

Ҳәмме елдиң ҳеш бири жоқ кемиси,
Бир күн келип толғай Арал теңизи.
Бул сыйлықты тек өзим деп айтпайман,
Қарақалпақ қызларының жеңиси.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Çağla – Qara top

QARA TOP

(proza)

Dəcəlliyimdən adımı tülkü səsləyərdilər uşaqlar,
Uşaqlığımda bir qara topum var idi
Bütün nifrət pəncərələrini tuşlayardım.
Yox, indi nifrət pəncərəsindən baxa bilmərəm bu yaşımda.
Bu yaşımda çaxnaşır ürəyimin hər tərəfi.
Təcrübələrimi alovlandıran sevgidirsə bir tərəfində,
Bir tərəfində sükut içindədir nifrət
Qalaqlandırır zamanın kölgəsində tonqalını.
Sənin gedişindən sonra öyrəndim
Güclənmək, səssizlikdən ibarətdir.

Bipolyar olduğumu dediyində psixoloqum
Sındın,
Uşaqlıqda qara topum ilə sındırdığım pəncərələrin şüşələri kimi.
Sonra maşında danışmadın, susdun,
Həmin susqunluqdan başladı aramızdakı savaş,
Mən ucadan güləndə, sən deyirdin “Sus… Yavaş”.
Maşında ayağımın altında bir qara top var idi – qızın Hananın idi.
Bir yorğanımız da var idi arxa oturacaqda
Hərdən qonşular görməsin deyə arasında gizlənərdim evə qədər,
O da bizim deyil idi, ananın idi.
Bir qara topumuz var idi olub-qalan,
Bir şüşəsi sınmış pəncərə,
Bir səsimi qonşular eşitməsin deyə sakitcə dediyin “Sus… Yavaş.”
Bir də mənim səni sevdiyimdən
Melanxolik duyğularımda həmişə şübhələndiyimdən yaranan savaş!

Bu savaşda yenidən doğurdumsa hər şeyi,
Hər şeyi bir gecədə gömdün xatirələrdə.
Nə qədər nəhs imiş ayaqlarım;
Məndən sonra həyətində çiçəklər açdı,
Məndən sonra günəş sevdiyin kimi saçdı,
Məndən sonra Kiti¹ də doğdu ala-bula yavrularını,
Məndən sonra, nə bilim o sevgilisi sarı pişik harasa qaçdı.
Səni öpdüyüm yatağın altındamı əmizdirir övladlarını?
Yatağın altında pişiklərin həyatının davam etməsinə baxma
Üstündəsə sən həyatı davam etdirirsən tək başına.
Savaşına giribsən, mənə nifrət etməyin savaşına.
Ayaqdamı öpüşürdük?
Yoxsa ayaqda qalmaq üçün döyüşürdük?
Bu savaşda səni, sənin sevdiyin əllərim ilə yaraladım,
Bu savaşda bilmədən, bilmədən, bilmədən ağ bəxtimi qaraladım.

Təzadlar dünyasında simfoniya idisə sevgimiz,
Qəlb krizi keçirdi orkestrin rəhbəri ayrılıqdan.
Ayrılıqdan başladı heç zaman əlimizə çatmayan duyğular
Və mən pullarımı psixi dərmanlara investisiya etdim.
Sən isə mənim dərdlərimlə özünü məhv etdin.
Yıxma, bütün günahları mənim boynuma
Bu simfoniyanı dinləmədən vaz keçdik hər şeydən
Və gecələrin sükutundan qorxmağımıza haq verirəm indi.
İndi… Ax… Yadımdan çıxmamış bunu da deyim ki,
Dünən gecə duzum da bitib-tükəndi mətbəximdə
İndi yaralarımın üzərinə xatirələrimizi səpirəm…

Sənin gedişindən sonra nə qədər qar olub yağdım?!
Nə qədər özüm-özümə bulud oldum, özümü sağdım?!
Nə qədər göy olub guruldadım?!
Nə qədər özümü sənin hələ getməməyinlə tovladım?!
Sənin gedişindən sonra
Durdurdum əqrəbəsini saatların
Hər saniyə içimdə yandı,
Hər saniyə, içim də yandı,
Hər saniyənin içində yandım.

Sənin gedişindən sonra öyrəndim,
Güclənmək, səssizlikdən ibarətdir!
Of… Susa bilmirəm sevgilim,
Yəni güclənə bilmirəm ey ruhuna işgəncə verdiyim qadın.
İçimdəki bu alovu
Sonsuzluq dənizinin dalğaları da söndürə bilməz, bilirəm.

Gücsüzlük, içimdəki alovlarla savaşan dənizin abraziyasıdır
Bir azdan intihar edəcəyəm, darıxma!
Əzaya Bakıdan da gələcəkmi dostlarım?
Çünki sabah içimdəki xatirələrin yasıdır…

Sonuncu nəfəsimdən sonra
Sınacaq şüşələr,
Dayanacaq əqrəbələr
Və sağ gözümdən bir qara top diyirlənəcək ortalığa…

——-

¹ Kiti: Pişik adıdır.

Müəllif: Əli Çağla

ƏLİ ÇAĞLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Жансая (Бийбимәрьям) Утамбетова

ИЛҲАМ ДЕГЕН ЖИННИҢ
ҚАҚҚАНЫ ЖАМАН

(қыялый – қосық)

Арқа қозып гүзли, бәҳәр келгенде,
Жақынлап инсанның жүреги таман.
Ақ қағаз ҳәм қолға қәлем бергенде,
Илҳам деген жинниң қаққаны жаман…

Негедур адамды ойға талдырар,
Гей ўақыт ишлейин жылайды адам.
Ашықлық гирдабы,жолға салдырар,
Илҳам деген жинниң қаққаны жаман…

Таўларды титирентип, толқытып суўды,
Жақынлап барады соларға таман.
Гейде палды берип ишкизип уўды,
Илҳам деген жинниң қаққаны жаман…

Гейде жаўлап алып өзге жүректи,
Мақлуқты күсейди қаслары каман.
Саҳибжамал ушын бәлким керекти,
Илҳам деген жинниң қаққаны жаман…

Гейде жалын болып отта күйдирер,
Жүректе жанбаған бос болған ханам.
Гейде серпип таслап, гейде сүйдирер,
Илҳам деген жинниң қаққаны жаман…

Ертектей дизилип келип турады,
Алданыш гей ўақта, мен ушын соләм.
Аямай төрт қатар берип турады,
Илҳам деген жинниң қаққаны жаман…

Биреўлерди шығарады шоққыға,
Таза нәпес алар сондайда адам.
Тыңламайды суўды ҳәтте оттыда,
Илҳам деген жинниң қаққаны жаман…

Шексиз ойларымның болып қурдымы,
Деймен бузылмағай бул ақыл санам.
Етпегей адамды алжы – булжылы,
Илҳам деген жинниң қаққаны жаман…

Кимлер жүр арқалы дүзде елирип,
Кесегин шыңғытып , дус келген таман.
Көреалмаслық деген ишлей кемирип,
Илҳам деген жинниң қаққаны жаман…

Қызғанба биреўге берген илҳәмди,
Адамның тек ғана сол жери сорам.
Бәлки өзи ушын , даўа мәлҳәмди,
Илҳам деген жинниң қаққаны жаман…

Сол жин қаққанлардың еси пүтиндей,
Мудам бир тилегим саў жүрсин аман.
Сонда да ишлери қара түтиндей,
Илҳам деген жинниң қаққаны жаман…

Қуўанады жаңа тема тапқанда,
Бир адым жақынлар дөретпе таман.
Я.. билмедим жөргегинде қаққан ба.?
Илҳәм деген жинниң қаққаны жаман…
1- Апрель 2024 жыл

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru