“TUT AĞACI”na HƏKK OLUNANHƏZİN-KÖVRƏK XATİRƏLƏR

“TUT AĞACI”na HƏKK OLUNAN
HƏZİN-KÖVRƏK XATİRƏLƏR

Bu günlərdə eşidəndə ki, Zakirə xanımın yubileyidir, xəyalım illər öncəyə – Zakirə xanımın redaksiyamıza ilk dəfə gəldiyi günlərə qayıtdı. Onda hər şey gözəl idi. Ata-analı günlərim idi. İnsanlar daha mehriban, saf, qayğıkeş idi. Zəmanə bu qədər korlanmamışdı hələ… Böyüyə-kiçiyə hörmət vardı… Kövrəldim nədənsə…
Çox az adam olar ki, Zakirə xanımın şah əsəri olan “Tut ağacım” mahnısını eşitməsin, tez-tez zümzümə etməsin. Yəqin içinizdə gənclik illərində gizli-aşkar sevdiyinin adını, baş hərfini və ya nakam sonluqla bitən sevgisinin işarəsi kimi oxlanmış ürək rəsmini tut ağacının köksünə çalın-çarpaz həkk edənlər də az deyil. Ağacların köksü insanların təsəlli yeri olmuşdu sanki. Bu da saflığın bir nümunəsi idi…
Bu qədər insanların sevincini, kədərini sinəsində gəzdirən bu ağacın nə zamansa həssas bir ürək sahibinin qələmi ilə əbədilik qazanacağını isə heç ağlımıza da gətirməmişdik, deyilmi?
Nə qədər həssas duyumlu ürək sahibi olmalısan ki, belə bir əsər yaradasan.
Sevda Əlibəylinin sözləriylə desəm, üç abşeronlu xanımın – Zakirə Allahverdiyevanın, Aygün Səmədzadənin, Aygün Bəylərin (ruhu şad olsun!) birgə layihəsi olan bu əsəri kövrəlmədən dinləmək mümkün deyil…
Zakirə xanım sanki hamımızın yerinə üzrxahlıq edir gənclikdə yaraladığımız o ağaca… Könlünü almaq istəyir…
İllər keçəcək… Bu əsər daha çox insanın qəlbinə yol tapacaq… Ülvi hisslərin getdikcə cılızlaşdığı dövrə gəldikcə, bu cür əsərlərə daha çox təşnə olacaq insanlar…
Mən Zakirə xanım haqda çox yaza bilərdim. “Söz” jurnalının bir sayı onun həyatından, yaradıcılığından, Qarabağın, qarabağlıların ən ağır günlərində məcburi köçkünlərə göstərdiyi maddi-mənəvi dəstəkdən bəhs edir.
Mən sadəcə onun xarakterindən bəzi vacib cizgiləri qabartmaq istərdim.
Zakirə Allahverdiyeva çox tanınmış vəzifəli bir şəxsin həyat yoldaşı idi nəşriyyatımıza gələndə (Ruhu şad olsun Rəfail Allahverdiyevin). Çox darısqal kompyuter otağımızın, son dərəcə məhdud imkanlı texniki avadanlıqlarımızın olmasına baxmayaraq, o bir dəfə də bunu büruzə vermədi. Gülər üzlə, mehribanlıqla gəlib-gedirdi. Bir kitabını çap elətdirdik. Razılıqla getdi. Düşündüm ki, ona bütün qapılar açıqdı, yəqin bir də gəlməz. Amma o, yenə gəldi. İkinci kitabını da işlədim. Artıqlaması ilə ödəniş etdi.
Son dərəcə sadə, mehriban, ürəyəyatımlı bir Azərbaycan xanımı kimi qəlbimdə özünə yer qazandı Zakirə xanım. Biləndə ki, sıradan biri deyil, digər tanıdıqlarımla müqayisədə təəccübləndim də hətta, hörmətim daha da artdı. Zərrə qədər təkəbbür yoxdu bu xanımda.
2016-cı ilin may ayında Sevda Əlibəyli məni BDU-nun qiyabi şöbəsini bitirməklərinin ildönümünə dəvət etdi. Onlardan 10 yaş böyük olan, “mamaşa” adlandırdıqları bu xanımın “övladları” tərəfindən necə sevildiyinin də şahidi oldum. Elə yenə də “mamaşalıq” missiyasından qalmırdı. Baba-nənə olmalarına baxmayaraq, hamısı yenə də problemlərini ona danışır, o isə təmkinlə onları dinləyir, məsləhətlərini əsirgəmirdi.
Bir rahatlıq, əminamanlıq tapır insan bu xanımın səsindən, qarşısındakına münasibətindən…
Nə yaxşı ki, həyatımızda az da olsa yaxşı insanlar var. Onların varlığı uzaqdan-uzağa da olsa, bizə stimul verir…
Həmişə var olun, Zakirə xanım! Yaradıcılığınız bitib-tükənməsin…

Mənim sizə bir minnətdarlıq borcum da var… Qəbul edin! Sizi Qarabağa – Qubadlıma dəvət edəcəyəm. Növbəti yubileyinizi orada qeyd edərik… Axı Siz də Qarabağ sevdalısısınız, bilirəm!
Nə xoş bu günümüzə, yubileyinizi azad Qara-bağlı Vətənimizdə qeyd edirsiniz…
Bu da taleyin töhfəsidir Sizə…

Hörmətlə,  Aliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının üzvü seçilib

Şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü seçilib

525.az-a  açıqlamasında Babullaoğlu bildirib ki, bu haqda xəbəri səfərdəykən alıb:

“Moldova Respublikasında səfərdəydim. Avropa Elm və Sənət
Akademiyasının prezidenti Klaus Maynzer (Klaus Mainzer) və akademiyanın üzvlərlə əməkdaşlıq şöbəsinin rəhbəri İnqrid Firtalerdən (İngrid Vierthaler) bu haqda rəsmi məktub aldım. Bəzi formallıqlar var, yaxın vaxtlar da həll olar. Məktubda qeyd olunurdu ki, Akademiyanın 35 yaşı, elmin və sənətin müxtəlif sahələrini (humanitar elmlər, tibb, incəsənət, təbiət elmləri, sosial elmlər, hüquq və iqtisadiyyat, texniki və ətraf mühitlə bağlı elmlər, bir də dünya dinləri) təmsil edən dünyadan, xüsusən Avropa ölkələrindən1900 üzvü var, onların sırasında 29 Nobel mükafatçısı var. Belə anladım ki, üzvlük 3 kateqoriyadadır: həqiqi üzvlər, fəxri üzvlər, bir də rəyasət. Məni “incəsənət” kateqoriyası üzrə seçiblər, namizədliyimi Rumıniya tərəfi verib. Dəstəkləyənlər də olub təbii ki. Çünki proses bildiyim qədər seçki ilə baş verir. Akademiyanın mərkəzi ofisi Avstriyada, Zalsburqda yerləşir. Növbəti ilin martında Zalsburqda keçirilən üzvlüyün təqdimatı, yaxud məktubda yazıldığı kimi inaqurasiya mərasimində iştirak
üçün də dəvət almışam. Namizədliyimi irəli sürən və dəstəkləyən hər bir şəxsə, cənab Klaus Maynzerə təşəkkür edirəm. Ümid edirəm, bunun bizim üçün faydası olacaq”.


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Baku pristatytas B. Sruogos romano „Dievų miško“ vertimas į azerbaidžaniečių kalbą

Baku pristatytas B. Sruogos romano „Dievų miško“ vertimas į azerbaidžaniečių kalbą

Birželio 5 d. Azerbaidžano rašytojų sąjungoje įvyko lietuvių rašytojo klasiko Balio Sruogos romano  “Dievų miškas” vertimo į azerbaidžaniečių kalbą pristatymas.

Renginyje kalbėjęs Lietuvos užsienio reikalų ministerijos politikos direktorius Laimonas Talat-Kelpša pabrėžė šio kūrinio ypatingą reikšmę lietuvių literatūrai ir pažymėjo, kad šio romano vertėjas ir publicistas Mahiras Gamzajevas vertimą atliko remdamasis B. Sruogos originaliu metraščiu, o ne sovietų cenzūruotu kūriniu. Tad Azerbaidžano publika viena pirmųjų gali susipažinti su autoriaus originaliu, necenzūruotu tekstu.

Lietuvos ambasadorius Azerbaidžane Kęstutis Vaškelevičius pabrėžė kultūros ir literatūrinių ryšių svarbą stiprinant Lietuvos ir Azerbaidžano draugystę ir didinant tarpusavio supratimą ir pažinimą.

Autobiografiniais išgyvenimais paremtas kūrinys yra aktualus ir šiandien, pažymėjo ambasadorius, nes tai kartu yra ir laiku nesustabdytų totalitarinių režimų pasekmė.

„Nacių koncentracijos stovyklų negalima laikyti paprasčiausiu praeities dalyku. Pasaulyje šiandien daug konfliktų, kuriuose vis dar tęsiasi genocidiniai karai ir konfliktai. Masinės civilių žudynės, kankinimo kameros ir sistemingas žeminimas, kuris šiandien naudojamas prieš Ukrainos karo belaisvius ir Ukrainos civilius gyventojus, skausmingai primena mums, kad blogis vis dar egzistuoja. Ketvirtajame dešimtmetyje pasaulis susidūrė su pasirinkimu – nusileisti agresoriui ar jį sustabdyti. Deja, agresorius nebuvo sustabdytas laiku ir pasaulis sumokėjo dar didesnę kainą. Šiandien susiduriame su panašia dilema“, – kalbėjo K. Vaškelevičius.

Pristatymo metu buvo pabrėžta, kad B. Sruogos romanas primena skaudžias istorijos pamokas – tragedijas, kurios ištinka žmoniją dėl totalitarinių ideologijų ir režimų įsigalėjimo, kurių yra patyrusi tiek Lietuva, tiek Azerbaidžanas. Kalbėta, jog būtina puoselėti istorinę atmintį, siekiant nepamiršti totalitarinių režimų nusikaltimų.

Renginio metu apie kūrinį ir jo vertimą mintimis dalinosi Azerbaidžano Rašytojų sąjungos pirmininkas, rašytojas ir dramaturgas Anaras Rzajevas, rašytojai Sabir Rustamchanli, Elčin Huseinbejli, Sajad Aran, vertėjai Durdana Ibrahimova ir Kenan Hadži, publicistai Sejfadin Safarov ir Ibrahim Rustamli. Renginį, kuriame taip pat dalyvavo kiti žymūs kultūros veikėjai, Azerbaidžano Prezidento administracijos atstovai, diplomatai, vedė Azerbaidžano rašytojų sąjungos sekretorius, poetas ir eseistas Salimas Babullaoglu.

Knygos vertėjas literatūrologas, Lietuvos rašytojų ir Lietuvos literatūros vertėjų sąjungų narys, Lietuvos azerbaidžaniečių draugijos pirmininkas Mahiras Gamzajevas dalinosi įžvalgomis apie vertimo atrankos į azerbaidžaniečių kalbą kriterijus ir šio vertimo aktualumą lemiančius veiksnius, taip pat apie romano meninę vertę, istorinę, nacionalinę, kultūrinę, visuomeninę ir geopolitinę reikšmę.

Knygos „Dievų miškas“ pristatymas buvo nušviestas Azerbaidžano žiniasklaidoje.

Knyga azerbaidžaniečių kalba išleista 2024 m. ir iki šiol dar nebuvo pristatyta azerbaidžaniečių visuomenei.

Lietuvos: https://www.urm.lt


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏR GÜN NƏFDİ

Zaur USTAC – şair-publisist.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YUĞ teatrında “KLOUN BİZZZ” tamaşası haqqında Aysu Türkel yazır

YUĞ teatrında “KLOUN BİZZZ” tamaşası haqqında
İlk növbədə səhnə əsərinin məna qatının möhtəşəmliyini qeyd etmək, bu məna qatına varan rejissorun quruluşunu vurğulamaq və sənətçilərimizin peşəkar ifalarını təqdir etmək gərəkdir…., lazımdır….., vacibdir…..
Tamaşada sənətlə, teatrla bağlı bir çox nüanslar var…. Aktyorun düşüncəsi…., teatrın “vəziyyəti”…., kloun və aktyorluq arasında gərdiş…..
Sarı, Qırmızı və Yaşıl kimi simvolik adlandırılan klounların “Qoca kloun tələb olunur…” elanına görə bir məkanda toplaşmaları, bu məkanda-gözləmə otağında baş verənlər….
Üç kloun keçmişi yada salmaqla yanaşı hər biri öz fərasətini göstərməyə çalışır, çünki bu klounlardan yalnız biri bu işə seçiləcəkdi, bu da onlar arasında rəqabət yaradır, amma bütün bunların fonunda bir sıra problemlər də diqqətə çatdırılır….
ƏSL KLOUN NECƏ OLMALIDIR???
ƏSL AKTYOR NECƏ OLMALIDIR???
ƏSL TAMAŞA NECƏ OLAR???
Mmmmm…. Necə???….
Tamaşa boyu bu suallara cavab tapmağa çalışdıq, daha doğrusu, çalışdılar, ya da baş verən hadisələr tamaşaçıda bu sualları doğurdu….
“Teatrların ömrü elə də uzun deyil….
Elə ki, ustad öldü… Əsl tənəzzül başlayır…” Sarının səsləndirdiyi bu fikirlər acı həqiqəti əsk etdirir, sonra isə özü də özz dediyinə guya bütün bunlar vecinə deyilmiş kimi “…Əşi başlayır, başlasın da… Cəhənnəmə ki…” fikri ilə qarşılıq verir…
“Biz klounuq… Kloun bizzz… Əslində biz nəyik? Rənglənmiş sir-sifət, cır-cındırla dolu çamadan… Biz yöndəmsiz və mənasız varlıqlarıq…”
“…. Tamaşaçılar bilsəydi ki, biz ələ salınmaqdan necə qorxuruq, bizim qəlbimiz kövrək və incədir…” Qırmızı adlı kloun monoloqu ilə klounların həyatına diqqət çəkir…
Bütün bu fikirlər səhnə həlli və aktyor oyunu ilə, möhtəşəm şəkildə tamamlanmışdı…
GÖZƏL İDİ, BAXIMLI İDİ, FAYDALI İDİ…
Bütün heyətə təşəkkürlər!!!
Qeyd edək ki, tamaşa Matey Vişnekin “Qoca Kloun” əsəri əsasında hazırlanıb, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Rolları ifa edənlər Natəvan Qeybani, Zümrüd Qasımova, Təranə Ocaqverdiyevadır.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Azərbaycan

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan yazıçılar birliyinin Natəvan klubunda Leyla Mətinin “Sevgi mövsümü” adlı şeirlər kitabının təqdimatı keçirilib

Azərbaycan yazıçılar birliyinin Natəvan klubunda Leyla Mətinin “Sevgi mövsümü” adlı şeirlər kitabının təqdimatı keçirilib

 Öncə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhu anılıb .Tədbirin aparıcısı tanınmış yazıçı publisist Nəcibə İlkin  yazarın yaradıcılıq fəaliyyətindən ətraflı söz açıb. Türkiyə Azərbaycan arasında olan qardaşlıq bağlarından geniş məlumatlandırıcı çıxışıyla tədbirə Türkiyədən qonaq gəlmiş Dünya Sənətçilər Dərnəyi rəhbəri Ramazan Seydaoğluna söz vermişdir. Azərbaycana ilk dəfə gələn Ramazan bəy  burada olmasından məmnunluq bildirərək Azərbaycanı  ədəbiyyata dəyər verən  bir sənət ölkəsi kimi kəşf etdiyini qeyd edib . Daha sonra isə   Dünya Ana və Uşaqlar İctimai birliyi rəhbəri Dünyaxanım Əliyeva, Carçı jurnalının təsisçisi Gülnarə Əmirquluyeva , Dəmir Yumruq Alfa Cəmiyyətinin rəhbəri şairə -Ülviyə Əsədova , Türkoloq alim Aytən Qurbanova,  Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov , sayt rəhbəri Arif Süleymanlı  və bir çox yazarlar,ziyalılar mediya nümayəndələri  çıxış  ediblər.İştirakçılar şairin şeirlərini oxuyaraq tədbirə rəng qatmaqla yanaşı şeirləri müzakirə ediblər.Sonda   kitab imzalanıb, xatirə şəkilləri çəkilib.

Qeyd edək ki , şairin “Sevgi mövsümü”kitabı   Türkiyədə Liz yayınları tərəfindən nəşr olunmuşdur və şairin sayca 3-cü kitabıdır.

YAZARLAR olaraq, Leyla xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva

ARAZ ŞƏHRİLİNİN YAZILAR

LEYLA MƏTİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ustaclılar haqqında

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MƏŞHUR ŞEİRİN YAZILMA SƏBƏBİ

MƏŞHUR ŞEİRİN YAZILMA SƏBƏBİ

Unudulmaz Vaqif Səmədoğlunun məşhur şeirinin atamın arxivində qorunan nadir əlyazması.
…Bir də bu şeirin yazılması səbəbi barədə Vaqif Səmədoğlunun özünün yazdıqları:
“…Moskvada heykəltəraş Sidurun emalatxanasında Nazimin məzar daşının necə olması üstündə məsləhətləşərkən yaxın dostu Rəsul Rza: “Məzar üstündə yalnız ayaq izləri olsun, “bu dünyadan bir Nazim keçdi” duyğusunu oyandırsın” -dedi.
Belə də etdilər.O zaman bir şeir yazdım:

Məzarımın baş ucuna
nə baş daşı qoyun,
nə heykəl…
Bir cüt ayaqqabı qoyun,
ayağı yalın geyib getsin.”

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustadan bir şeir

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru