QADIN Müqəddəs sayılır eldə çörəktək, Hər an qiyəmtini biləsən gərək. Onun nəfəsilə qızınır ürək, Ömrə bəzək olan sonadı qadın. * * * İllər surətini qəfil boyadı, Qəm-kədər içində taya-tayadı. Namusdu, ismətdi, abır-həyadı, Allaha ucalan nidadı qadın. * * * Təbəssüm işığı gözlərə dolar, Bəzən də gül kimi saralar-solar. Adı gələn yerdə bərəkət olar, Əzandı, ələmdi, duadı qadın. * * * Büllur məhəbbətdir, tərtəmiz bir ad, Onun gözlərində qaynayır həyat. O, övlad gətirir cahana, övlad, Həyata can verən anadı qadın.
“Həyata can verən anadı qadın!” – deyən Sona ABBASƏLİQIZI “Qadın”ın böyük qüvvə olduğunu öz timsalında yaxşı bilir. Yaradıb, yaradır desək, daha doğru olar. Bu kiçik yazımın böyük qəhrəmanı dünyanın gərdişindən xəbərdardır. Sona ABBASƏLİQIZI elinin mərd qızı, evinin ağayana xanımı, oğlunun cəfakeş anası, nəvəsinin səxavətli nənəsi olmaqla bərabər, eyni zamanda milyonların sevimlisi yaradıcı şəxs – şairdir.
“Sənət, yaradanın ən böyük və ən mükəmməl əsəri olan təbiətin təqlidi olsa da təbiəti təqlid etmək o qədər də asan deyil. Təbiəti təqlid etmək üçün güclü intuisiya lazımdır. Təbiətdəki gözəlliyi görmək, duymaqla yanaşı, onun mahiyyətinə varmağı, onunla danışmağı, pıçıldaşmağı da bacarmalısan. Gecələrimizi aydınladan Ayı, gündüzlərimizi nurlandıran Günəşi, başımızın üstündəki əsrarəngiz buludları, cilvələnən ulduzları, bir sözlə təbiətdəki gözəllikləri görməli, duymalı və duyğularını misralara köçürməyi bacarmalısan. Təbiətin dilindən anlayan, ondakı gözəllikləri görən və poeziyasında əks etdirməyi bacaran şairə Sona xanım Abbasəli qızını bu baxımdan xoşbəxt insanlardan saymaq olar. Misralarına pıçıldadıqları Sona xanımın ruhunun inikasıdır. Təbiət, “Can evi torpaq” olsa da, “işığı Ay”, “sevgisi bulud”, “evi dan” olan şairənin ilham mənbəyidir.” Sözümə qüvvət olaraq gətirdiyim bu sitat filologiya elmləri doktoruLütviyyə ƏSGƏRZADƏnin Sona xannım haqqında olan yazısındandır. Yaradanın onu tanımaq üçün yaratdıqlarının bəzən yaradıcı rolunda çıxış etməsi Dədə Ələsgər demiş “Sahibi-səltənət” “Xaliqi-ləmyəzəl”in nə dərəcədə xoşuna gələb-gəlməməsi özü mübahisəli məsələ olsa da məncə Sona ABBASƏLİQIZI Böyük Allahın sevimli bəndəsidir.
Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə, xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı…
Elə ilk cavabla qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: – Mən bu adamı min illərdir tanıyıram.
Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.
İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: – Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.
Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır” kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.
Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : – O sözün içində yetişib, püxtələşib.
Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.
O bir qələm adamı olmaqla yanaşı, eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.
Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!
Bəli qəlblərdə belə xoş ovqat yarandığı, yeni ümidlər cücərdiyi bir vaxtda Sona ABBASƏLİQIZI bir daha zamanın gedişatı ilə ayaqlaşdığını, hətta bəzən incə ustalıqla bu gərdişi-dövranı qabaqladığının tez-tez şahidi oluruq. Bu günlərdə Sona xanım öz oxuculuranı yeni kitabı – yenicə işıq üzü görmüş dördcildliyilə sevindirib. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, məsləhətçi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Vəliyevdir.
“YAZARLAR” cameəsi adından Sona xanımı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Sona xanım!
Fədailərimizi tanıyaq! (Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə həsr edirəm) 14-cü hissə
ƏLİ TUDƏ (Siyasi mühacir, şair, ictimai xadim)
Qərib nənənin qərib nəvəsi
-Müəllif: Gəl, Əli! De görüm, Təbrizdən nə gətirdin? -Ə.Tudə: Sizə mehman gələndə hava ayaz idi, azər (dekabr) ayının soyuğu sıcaq ideyalarımızı, istiqlal arzularımızı çarmıxa çəkmişdi. Müəllif: Bəs dilində söz, əlində qələm-dəftər var idimi?. Ə.Tudə: Əslində, əlim bomboş idi. Şeirdə yazmağıma baxmayın.Dəftər, qələm nə gəzirdi, Naxçıvandan keçib, quru canımızı götürüb güclə gəlmişdik.Çox idik, hamımız naçar, hamımız yorğun, hamımız əzgin.Çanaxbulaqdan, Savalandan, Ərdəbildən, Təbrizdən doğma qardaşılarımıza güman gətirdik, özü də pünhan gətirdik. -Müəllif: Yox, əvvəla burada qonaq sayılmzasan, Əli.Bir də ki, əliboş niyə? Yaxşıca xatırla! Müəllif: Gəl, bir də başlayaq.Adın? Ə.T: Əli Müəllif: Soyadın? Ə.T: Cavadzadə. Müəllif: Özünlə nə gətirdin?
Mən nə gətirdim? Mən öz qardaşıma mehman gələndə Bir qələm, bir dəftər, bir can gətirdim Dağların döşünü toplar dələndə Bir ləkə düşməyən vicdan gətirdim.
Mən onu günəşdən təmiz saxladım, Canımdan, gözümdən əziz saxladım, Bu kiçik qəlbimdə dəniz saxladım Bir xilqət görmədi, pünhan gətirdim
Ucuz tutmasınlar bu sovqatımı Hissimi, duyğumu, ehsasatımı, Mən öz varlığımı, öz həyatımı Doğma qardaşıma qurban gətirdim.
Ürək dağ deyildir, bir parça ətdir Bəs onu yaşadan hansı qüdrətdir? Bir arzu, bir ümid, bir məhəbbətdir, Mən o məhəbbətdən nişan gətirdim
Qardaşım, illərlə istədin ki sən Öz ana yurdumda azad olum mən… Lakin cəlalımı dağıtdı düşmən, Tək sənə, tək sənə güman gətirdim
Yenə Azərbaycan qan ağlayır, qan O azad olmasa, yaşamam, inan! Gərək mən Təbrizə qayıdan zaman, Deyəm ki, təzə bir dövran gətirdim.
Hələ təzə dövrana çox vardı, bir az əvvələ qayıdıram.1924 –cü ilə.Bakıda doğulan uşaq var, əslən Ərdəbilli.Adına Əli demişlər.Özündən olsaydı istərdi ki, onu “Vətən” çağırsınlar.Çün Əli bu xitabdan daha məmnun olardı.Görürəm, duyuram.Ehsasatına bələdəm ona görə.Böyüyür Əli, 20-ci, 30 cu illərin təbəddülatlı Bakısında, Sovet Azərbaycanında nənəsi Qəribin umuduna qalır, çünki valideynlərini erkən itirir.Nənə Qəribin ocağında qəriblik demək nə qədər düz olar?! Vətənin o başı, bu başı olmaz ki, bu səbəbdən Əlinin yaşadığı illərə qərib illər deməyək. Ata-baba yurdu Savalan ətəyində yerləşən Çanaxbulaq idi.Ələmqulu kişi və Şahbəyim ananın yurdu qədim Ərdəbildən boy verirdi, amma Əlinin dünyaya təşrif buyurduğu şəhərin adına Bakı deyəcəyik.Əli atasını 1, anasını 5 yaşında itirir.Şeirdən öncə könlünü verdiyi sənət rəssamlıq idi.Bir şakəri də varmış balaca Əlinin.Evin divarlarını qəzetlərdən kəsdiyi şəkillərlə doldurarmış.Divardakı şəkillərdən nafilə söz etmirəm, səbəbi var. -”Ala gözlər” səbəbmi? -Mən də bilmirəm.
Gecə mənə baxdın bir mələk kimi, Çaldı gözlərimi ala gözlərin. Könlümdən şığıyıb bir şimşək kimi Az qaldı canımı ala gözlərin.
İndi hər birimiz bir diyardadır, Dalğın baxışların intizardadır, Deyirsən: görünmür, bəs o hardadır? Baxır məlul-məlul yola gözlərin.
Təbrizin yolları burma-burmadır, Yol çəkən gözləri yollar yormadı. Bəs nədir illəti? Kimsə sormadı Nə üçün düşüb o hala gözlərin?!
Sanma gözlərimdən elim uzaqdır, Cananın əlindən əlim uzaqdır, Həyat aşiqindən ölüm uzaqdır, Sənin də görməsin bəla gözlərin.
Görsə tanımazmı göz aşiqini, Bu sənət vurğunu, söz aşiqini Gözəl qız! İstərəm öz aşiqini Arabir yadına sala gözlərin.
Əslində, şair Əlinin bütün lirik şeirlərinin qəhrəmanları da sanki Təbrizə, Ərdəbilə bənzəyir.Bu ikiləşmə, bu paralellər bəlkə də ən çox Əli Tudəyə yaraşırdı.Divar şəkillərini unutmadım, yox…Bakıda hələ o illərdə divarlardakı afişaların nadir şəkillərini Əlidən soruşun, o bilir neyləmək lazım olduğunu.Təsəvvür edin ki, bir yabançı filmin afişası ilə qabaq-qənşər dayanıb yeniyetmə Əli.Lap elə olsun romantik bir filmin afişası.Əvvəlcə filmin məzmunundan sizi hali edim, sonra keçək mətləbə. Gözəl, ipək saçlı, ağ bədənli, büllur buxağlı, qaraqaş, qaragöz, lap Əlinin xətrinə olsun siyah telli Allahın bir bəlası, yəni bir afət.Yanında da bir bığıburma, çərkəzi paltarlı igid.Heybətli, zabitəli, zəhmli birisi.Sıyrılmış xəncəri göyə bülənd olub, yoxsa qızı vurmaqmı istəyir? Bu dəm məhəl qoymayasan o gənc oğlana.Çəngələyəsən o qızcığazın ipək tellərini.Başa düşək ki, sehrli çubuq kimi bir şeydi afişadakı qızın ipək saçları.Biqəfil rəssam olursan, yox rəssamlıq bir tutqudur, şair olursan, yəni Əli Tudə olursan.Hələki bir azca Əli Tudə.
Siz ey yanar gözləri! Yuxusuz gecələrim! Qorxulu gecələrim, Qorxusuz gecələrim! Siz nə qədər uzunsuz, Siz nə qədər dərinsiz, Siz nə qədər acısız, Siz nə qədər şirinsiz… Uzunsuz- görünməyir Əvvəliniz, sonunuz. Dərinsiz- bilinməyir. Nə rəngdədir donunuz. Acısız- həyatımı Əllərimdən alırsız. Şirinsiz- yaratdığım. Şeirlərdə qalırsız… Saçımda nə qədər artsa dən, Heç təəssüf etmirəm- Sizə minnətdaram mən! Axı, Yalnız sizinlə Sirdaşım! Heç nəylə yox! Vətənimin borcunu Ödəyirəm mən az-çox… Axı, yalnız sizinlə Dinir mənim rübabım, Axı yalnız sizinlə Yazdığım hər kitabım, Həm günəşli, həm aylı Kainatımdır mənim! Vətənin qarşısında Hesabatımdır mənim! Yox! Bu azdır! Vətənim Mənə həyat veribdir Zirvələrə uçmağa Mənə qanad veribdir! Düşünürəm… Nə olar, Dincliyə həsrətəm mən Gərək bütün ömrümü Vətənə həsr edəm mən!
Balaş Azəroğlu, Şıxəli Qurbanov, Teymur Elçin ilə “Ədəbiyyat “ dərnəyinə üzv oldular.”Heydər Rzazadə” ismi ilə şeirləri də çıxırdı adda-budda. Yeri gəlmişkən, “Heydər” adının da maraqlı tarixçəsi var.Şəhadətnaməsini alarkən dünyasını dəyişən əmisinin adını qoya bilməyən atası bərk kövrəlmiş ilk ağlına gələn adı demişdi.Yəni “Heydər” adını.İmam Əlinin ləqəbi Heydər Şahi-mərdana yaraşan kimi, şair Əliyə də xub yaraşdı. Əli Tudə: “Mən bunun səbəbini nənəmdən soruşanda dedi ki, atan şəhadətnaməni alanda Mirzəhüseyn yazdırmağa dili gəlməyib, gənc qardaşı bütün məziyyətləri ilə yadına düşüb.Sevinci kədərinə qarışıb, duruxub; anidən Heydər adını yazdırıb.Evdə isə səni Mirzəli, sonra isə Əli çağırıblar” Çanaxbulaq kəndi onları müdam haylayırmış, doğmalarının yolunu gözləyirmiş.14 yaşında ikən güneylilərimiz sürgün ediləndə Əli və nənəsi də İrana geri qaytarılır.İnqilabi hərəkata hələ bir az vardı.Qağayılara bənzər ağ dalğalar Qərib nənə ilə yeniyetməni Ənzəliyə uğurlayacaqdı.1946-cı ildə yenidən Bakıya dönsün deyə, amma bu dəfə bilmərrə və nənəsiz.
Əvvəlcə Təbrizə deyil, Ənzəliyə gedirlər, sonra Ərdəbildə “Yumruq”, “Cövdət”, Təbrizdə ”Vətən yolunda” , “Azərbaycan” qəzetlərində şeirləri nəşr olunur.İnqilabi hərəkata qoşulanda lap gənc idi Əli, ancaq yaşından böyük idi, sirdaşlarına şeirin incəliklərini öyrədirdi.Əruz vəznində yazmağa özünə adət eləmiş şairləri heca vəznindəki gözəl nümunələri ilə heyrətləndirə bilirdi.Pişəvəri hökumətində Maarif Nazirliyində tədris şöbəsinin müdiri olur. 22 yaşında, hələ bu harası idi! Təbrizdə Dövlət Filarmoniyasının əsasını, özülünü qoyur.1-ci sinifdən 3-cü sinfə kimi olan ana dilindəki kitablarının nəşrini hazırlayır. Sonra isə məlum hadisələr…Demokratik Firqənin süqutu…Əlinin iztirablı həyatı. Gündüzlər gizlənib gecələr yola düşurlər.Min-bir əzabla Əli Tudə, Aşıq Hüseyn Cavan və tarzən Yaqub dayı ilə bu taya keçirlər. Quzeydə kimdən sorsan Əli Tudəni hər kəs deyər ki, mərd adamdı, comərd adamdı.Sözü kəsərli idi.Haqqın, dürüstlüyün yanında durmağı, sözü düz deməyi özünə peşə seçmişdi.Orta məktəbdə Həmdulla müəllimin silləsi onun qarsalanmış üzündə iz buraxandan bu yana yaxşını təqdir, pisi tənqid etmişdi. “Mən yanar ürəyimə bəzən ürək desəm də, Bir mürəkkəb qabı tək gəzdirmişəm sinəmdə” – deyən Əli Tudənin 40-a yaxın kitabında nəşr oluanan coşqun şeirlərini oxucular istəyirdi. Əli Tudənin “Cənub nəğmələri” adlanan ilk kitabının çapı 1950-ci ilə təsadüf edir.Sonra “Bakının işıqları”, “Vətən sevgisi”, “Buludlar” kitabları oxucularla görüşür.Şairin də başı üzərindən buludlar çəkilir.Yazır, yaradır.Şəfiqə xanımı ömür-gün yoldaşı seçir.Təranə, Pərvanə, Rəna, Natiq kimi layiqli övladlara ata olur, amma tək onların taleyində yox, mühacir ömrü yaşamış hər kəs də Əli müəllimin atalıq payı var.Bu gün də nəvəsi Əlinin ömründə yaşamaqda davam edir Əli Tudə, hələ qonaq da gəlib bizə.1946-cı ilin gəlişindən daha fərqli, daha amiranə və daha dostanə. Müəllif: Gəl, bir də başlayaq.Adın? Ə.T: Əli Müəllif: Soyadın? Ə.T: Cavadzadə. Müəllif: Ləqəbin? Ə.T: Tudə, yəni xalq. Müəllif: Özünlə nə gətirdin? Özünlə nə gətirdin? Əllərin boş görünür. Ə.T Əllərim boş olsa da, qəlbimdə Təbrizi gətirdim. Müəllif: Onda bundan sonra Qərib nənənin qərib nəvəsi sayılmazsan!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
İnsan günahlarına bəhanə donu geyindirə-geyindirə , tutduğu əməllərə ( pis, ya yaxşı? ) peşman ola-ola , zamana və çəkdiyi əzablara məhəl qoymadan , dayanmadan adını da bilmədiyi məchulluğa sarı irəliləyir həmişə . Ürəklə , ya ürəksiz, fərq etməz . Onsuz da zaman özü itələyib aparır hər kəsi heç vaxt görmədiyi o müəmmaya tərəf. Yolun sonunda nə var , nə yox , bircə o yolun yolçuları bilir. Bəs orda bütün qapılar üzünə açılacaqmı hər kəsin? Bəlkə elə o qapıdan o yandadı xoşbəxtlik ? Bəlkə sonda başlayır hər şey… Bəlkə də .. Varis Yolçuyevin ” Sonuncu ölən ümidlərdi” romanının qəhrəmanları da məhz işıqla qaranlığın çarpışmasında özünü axtaranlardandı( həm də itirənlərdən) .Yəni hər şeyə rəğmən , nə olursa olsun ümidlə sabahı gözləyənlərdəndilər.. İmzası oxuculara yaxşı tanış olan Varis Yolçuyev bu romanda da öz dəst -xəttinə sadiqdi. Maraqlıdı, əsəri oxuduqca birinci müəllifin iç dünyasına səyahət edirəm . Əslində əsərin fonunda əvvəlcə müəllifi oxumağa , anlamağa çalışıram. Tanımaq istəyirəm yazarı ( daxilən). Bu heç də çətin olmur. Dupduru , içi sevgiylə dolu , hər qaranlıqda bapbalaca işıq axtaran , bütün çətinlikləri məhz o işığın eşqiylə dəf etməyə çalışan bir ədib gəlir gözümün önünə. Müəllif yazını yazmır sanki , bütün obrazlarında özünü yaşayır. Hadisələrin arxasında gizlənmir . Özünü olduğu kimi təqdim edir. Çünki səmimidi . Riyanı , boyanı sevmir. Boğazdan yuxarı heç nə yoxdu bu romanda. Oxucunu aldatmır , inandırır. Əsəri oxuduqca qəhrəmanlarla birgə yazarın da necə çətinliklərlə üzləşdiyinin şahidi olursan . Başa düşürsən ki, bütün hallarda yazıçı obrazlarla birgə addımlayır. Hərdən qınanır , hərdən alqışlanır … Burda hər şey təbiidi. Ona görə də oxucu düşünə və qərar verə bilir. Bu romanda bütün bəşəri duyğular var . Məhz buna görə də bu əsər geniş oxucu kütləsi qazanıb , təkrar -təkrar dərc olunub, təkrar -təkrar oxunub . Özü də oxucunu yormadan , usandırmadan. İnformasiyanın və söz bolluğunun həddən çox olduğu bir vaxtda əsərin bu qədər əks -səda verməsi və sevilməsi də bir növ yazıçının uğurudu. Varis Yolçuyev buna öz səmimiyyəti və qeyri -adi peşəkarlığı ilə nail olub. Eyni zamanda ədəbi axtarışları , işgüzarlığı , əzmi , potensialı da ona çox kömək edib. Kitabsevənəm. Əsərlərin içində böyümüşəm. Antik ədəbiyyatdan tutmuş dünya klassiklərinə qədər çeşid -çeşid əsərlər gözümün işığından keçib. Bu çağacan uzun uzadı təhlillərim, qənaətlərim olub. Amma son vaxtlar ədəbi yaradıcılığımla və zaman qıtlığı ilə əlaqədar mütaliəmdə müəyyən fasilə yaranmışdı . Bu əsər məni təzədən özümə qaytardı . Mən oxucuydum , özü də təcrübəli oxucuydum .Varis Yolçuyev məni inandırmağı və düşündürməyi bacarmışdı. Özümü kitabın bir parçası hesab edirdim , kövrəlirdim , acıqlanırdım , küsürdüm, barışırdım. Bir sözlə düşmüşdüm burdakı qəhrəmanların arxasınca , qarabaqara izləyirdim onları. Hadisələr məni də ağuşuna alıb aparmışdı. Real aləmdən qopmuşdum. Artıq mən də bir iştirakçıydım. Səbirsizliklə hadisələrin nə ilə nəticələnəcəyini gözləyirdim. Qeyd edim ki, roman -“Sonuncu ölən imidlərdi” iki fəsildən ibarətdi. Birinci fəsil – “Ayrılıqdan əvvəl” 41 hissədən ibarətdi. “Ayrılıqdan sonra ” isə əsərin ikinci fəslidi və 27 hissəlidi. Müəllif son dərəcə maraqlı ad fikirləşib. Hər hissə də ayrı -ayrı müəlliflərdən bir şeir nümunəsiylə başlayır. Burda da yazıçı orijinallığını qoruyub saxlayır. Poeziyanı nəsrlə rövnəqləndirmək ideyası da çox maraqlıdı zənnimcə. Çox gözəl düşünülüb. Oxucunun könlünü əvvəlcə şeirlə alır , sonra da yeni hadisələrlə üz-üzə qoyur Varis Yolçuyev. Əgər əsər bu boyda söz bolluğunda və zaman qıtlığında oxucunun dincliyini əlindən ala bilirsə , işin , gücün arasında fikrin kitabın , qəhrəmanların yanında qalırsa , demək yazar öz işinin öhdəsindən bacarıqla gəlib . Əsərin qəhrəmanları Nailə də , İlqar da , Səidə də ,Abbas da , Şölə də əslində ümumiləşmiş obrazdı . Amma yazıçı elə əminliklə təsvir edir ki, oxucu elə bilir ki, yazıçı hansısa konkret bir yaşantıdan bəhs edir. Obrazların hərəsinin öz dili var, biri o birini təkrarlamır. Bir ictimai quruluşun digər ictimai quruluşla əvəz edildiyi bir vaxtda , çaşqınlığın içində itib -batan , kapitalizmin sərt üzüylə qarşılaşan insanların keçirdikləri hiss- həyacan elə gözəl və obrazlı şəkildə təsvir olunub ki, adam bu əsərin müəllif təxəyyülünün məhsulu olmasına da inanmır. Sevgi , ayrılıq , həsrət , nifrət , göz yaşı elə canlı təsvir edilib ki, bu duyğuların sadəcə yazıçı düşüncəsindən süzülüb gəlməsinə inana bilmirsən. Bəlkə də həyatın astar üzü olduğu üçün ordakı hadisələr də adama ögey gəlmir. Problemlər , qayğılar , xəyanətlər , ağrılar hamısı tanışdı adama. Əsəri oxuyan heç bir qadın Nailənin yerinə olmaq istəməz. Demək yazıçı qəhrəmanının diliylə ictimaiyyətə mesaj göndərir . Onun qəhrəmanı sevir . Amma bu sevginin içində yersiz şəhvət , intiqam hissi , vaxtından öncə qərar vermək , səbrsizlik , qorxu da hökmranlıq edir. Nailə ilk addımından səhvə yol verir və bir səhvdən başqa səhv doğulur. Sonra bir də , bir də və gözünü açıb görür ki, nəhayətsiz bir burulğanın içindədi. Əl atıb nədənsə yapışmaq istədikcə bir az da uçuruma yuvarlanır. Səhvlər təkrarlandıqca bir az da özündən uzaqlaşır. Nəhayət özünü uçurumun dibində görəndə dayanır və o zaman da artıq gecdi. Demək Nailə xaraktercə çox da güclü obraz deyil. Oxucu Nailəni qınayır , eyni zamanda ona rəhmi də gəlir. Onu bu vəziyyətə salan insanlara , zamana hökm oxuyan da olur. Hərə öz pəncərəsindən baxır Varis Yolçuyevin həyat həqiqətinə və nəticədə heç nə dəyişmir. Yazıçı obrazları və hadisələri olduğu kimi təqdim edir və oxucunun gözünü boyamır. Axı ətrafımızda hər gün yüzlərlə belə hadisələr olur. Bizdən xəbərsiz və ya göz görə -görə. Həqiqətlərə peşəkarcasına yanaşmaq və onu sözə çevirməksə elə də asan deyil. Varis Yolçiyevi bunu gözəl bacarıb zənnimcə. Onun qəhrəmanları sevir ,amma sonacan bu sevginin arxasında dayana bilmirlər.Çünki zəifdilər. Bu zəiflikdən istifadə edənlər də onların taleyini özlərinə uyğun şəkildə həll edir. İlqar sevir ,amma sahiblənə bilmir. Çünki qarşısını övladlıq missiyası kəsir və eyni zamanda kapitaldan asılılıq hissi. Burda ictimai qınaq da var və sonda məğlubiyyət! Onun qəhrəmanları əzab çəkir , amma çıxış yolu axtarıb tapmağa cəhd etmirlər. Varis Yolçuyev qəhrəmanlarını müxtəlif çətinliklərlə üz -üzə qoyur, sınayır , əzib-tökür bir sözlə. Hər dəfə bir xüsusiyyətini oxucuya göstərir. Əslində yazıçıya görə oxucu özü qərar verməlidi . Axı o eyni zamanda məchulluğu sevir. Amma Varis Yolçuyev oxucunu sonacan inandırır ki, hardasa bir işıq var və bu işığa çatmaq hər kəsin iradəsindən , gücündən və istəyindən asılıdı. Qarmaqarışıq hisslərin içində eyni zamanda bəşəri sevgi də var. Bəlkə elə bu sevgidi bütün qaranlıqları işığa çıxaran, bütün çirkabları yuyub aparan. Məncə burda da yazıçının işığı düşür zülmətin gözünə. Könül işığından danışıram. Oxucu qəhrəmanları , elə dolayısı yolla yazıçını da qınayır, amma bu qınağın bir bəraət tərəfi də var axı. Bu da bir başqa uğurdu. Demək yazıçı həqiqətlərə yalan donu geyindirib oxucunun gözünü qamaşdırmır. Müəllif oxucunu təmkinli və səbrli olmağa çağırır. Eyni zamanda öyrədir ki, hisslə yox, ağılla hərəkət etmək lazımdı. Hər şeyin başında məhz böyük intiqam hissi dayandığı üçün Nailə çox çətinliklərlə və uğursuzluqlarla üzləşir. Nəticədə səhv səhv dalınca gəlir. Onun günah payından İlqara , atasına, dostuna və başqalarına düşsə də bu onu məsuliyyətdən xilas etmir. Ən böyük cəzanı özü çəkir . Nailə özü də biilmədən çox böyük səhvlər ( əslində günahlar) edir və bu səhvlər ( günahlar) onu uçuruma aparır. Anlayır ki, özü qazdığı quyudan daha heç kim onu çıxara bilməz. Bəs ilqar? Onu necə xarakterizə edib yazıçı? İlqar valideyn nəzarətindən çıxa bilməyən , öz fikri və arzuları üçün mübarizə edə bilməyən aciz gəncdi.. Sevsə də bütün məsuliyyəti öz boynundan atan, kapitala yenilən , zamanla ayaqlaşmağa çalışan və mübarizə etmədən məğlub olan bir natamam obrazdı. Sonacan tamamlanmır bu obraz. Bu natamamlıq Nailəni və bütövlükdə neçə taleyi yarıda qoyur. İlqar acizdi. Sevgisə acizliyi və qorxaqlığı sevmir. Nailə ondan daha dinamik və daha çılğın obrazdı. Bəlkə də Nailə intiqam və qisas hissindən uzaq olsaydı daha mübariz obraz kimi yadda qalardı. Amma cəmiyyətdə o qədər belə hadisələrlə üzləşırik ki, bəlkə də yazıçı bu obrazların diliylə oxucunu daha ehtiyyatlı olmağa və daha tədbirli davranmağa çağırır. Yazıçının bir uğuru da odur ki, əsərdə obrazları öz dilində danışdırmağı bacarır. Biri o birini təkrarlamır. Hamısının iç dünyasını öz diliylə oxucuya çatdırır. Bu da böyük ustalıq tələb edir. Əsərdəki ardıcıllıq və sujetdən çıxmamaq bacarığı da bizi, yəni oxucunu qane edir. Mənə elə gəlir ki, Varis Yolçuyevin səmimi hisslərinin göstəricisi olduğu üçün bu roman belə geniş oxucu auditoriyası qazanıb. Əslində yazıçı obrazların diliylə özü danışır, inandırır və hər vəchlə məğlubiyyətdən uzaq olmağa çalışır. Onunçun nə olursa olsun ümid həmişə var və müəllif bütün əsər boyu bu ümidin əlindən tutub yeriyir . Romanda kapitalizmin fəsadları , reallıqlar , sinfi ayrı -seçkilik, təbəqələşmə , o dövrün ictimai-siyasi quruluşu , çətinliklər , təlatümlər çox ustalıqla təsvir edilib. Ən sonda isə yazıçı qəhrəmanlarını islah etməyə və bütün günahlarından arınıb paklanmağa çağırır. Nə qədər bacarırsa, bunu yalnız oxucu bilər. Mənsə sevgiqarışıq bütün hisslərin və duyğuların məcmusundan ibarət olan bu əsəri böyük ümidlə sabahda gözləyirəm. Ümidimiz sönməsin..
“BÜTÜN MILLƏTLƏR ÖZ ƏDƏBIYYATLARINI KƏRPIC-KƏRPIC INŞA EDIR”
Bugünkü qonağımız tanınmış Alban şairi, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi və jurnalist, “Kryefjala” dərgisinin redaktoru Rifat Ismilidir.
Söhbətimiz ədəbiyyat, yaradıcılıq, poeziya oxu mədəniyyəti, şəxsi baxışlar və həyat yolları barədə oldu.
— Ədəbiyyata marağınız nə vaxt başladı? Gəncliyinizdə hansı kitabları oxudunuz və sizi hansı yazıçılar ilhamlandırdı?
—Oxumağa olan marağımın necə başladığını dəqiq demək çətindir, çünki çox vaxt keçib və zaman keçdikcə insan öz şəxsi mifini həqiqətdən kənarda qurmağa başlayır. İnsanlar əvvəlcə əhəmiyyətsiz olan şeylərə sonradan yeni mənalar verirlər, amma bu şeylər sonradan əsas əhəmiyyət kəsb edir və insanın zehni aləmində yer tuturlar. Mənim oxumağa olan marağım əlifba hərflərini öyrəndiyim zaman başladı və çox keçmədi ki, insanlar mənim haqqında “Bax, bu çox kitab oxuyan balaca oğlan” deməyə başladılar. O dövrdə oxuduğum ilk kitabları dəqiq xatırlamıram, amma məktəb oxu kitablarının yanında, mən həm də Albaniya nağılları, Hans Kristian Andersenin nağılları, Brüder Grimmin nağılları, Mark Tven və başqalarını oxudum. Sonra böyüdükcə, çox gənc yaşlarımda oxuduğum Cek Londonun kitabları məni ilhamlandırdı. Mən həmçinin Tomas Hardy-nin “Tess of the d’Urbervilles” romanını və “Montezumanın Qızı” adlı romanı da oxudum. Ailəmdə oxumağa meyilli insanlar var idi, onların otağında kiçik bir kitab küncü var idi, mən də onların ardınca oxuyardım. O dövr oxuduqlarım mənim yaddaşımda həyati bir oazis kimi qalıb.
— Kitab oxuma ilə yaradıcı düşüncə arasındakı əlaqə barədə fikriniz nədir? Oxucuların şairlər və yazıçılar üçün rolu haqqında nə düşünürsünüz?
—Oxuma və yaradıcı düşüncə bir sənətkar və ya yazıçı üçün paralel gedir; onlar eyni prosesin bir hissəsidir. Heç bir yaradıcı oxucusuz tamamlanmış deyil və əksinə, yaxşı və diqqətli oxucu olmadan uğurlu və təsirli yaradıcı düşüncə ilə təcrübə keçmək mümkün deyil. Mənim üçün oxuma, sehrli bir dünyanın arxasında gizli olan bir qapı kimidir, bu dünyaya hər kəs daxil ola bilməz. Yalnız həssas və azad ruhlar bu dünyaya səyahət edə bilər. Oxumaqla biz özümüzü zənginləşdiririk və daxili bir filtrasiya prosesi baş verir, bu təkcə həyat üçün vacib oksigenin daxil olması və zəhərli maddələrin atılması kimidir.
— Bir şair və yazıçı olaraq cəmiyyətə qarşı öz məsuliyyətinizi necə hiss edirsiniz?
—İnsan cəmiyyətində hər bir insan özünə və öz vətəninə qarşı məsuliyyət daşıyır, lakin yaradıcı insan daha böyük məsuliyyət daşıyır, çünki o, ictimai şəxsiyyətdir və kütlələrə birbaşa təsir edir. Bir yaradıcı, adi insanlardan daha çox məlumatlı olduğuna görə, həm də öz xalqının müstəqilliyini, insan haqlarını, sülh və harmoniya kimi dəyərləri qorumaq üçün ikili məsuliyyət daşıyır. Mən bunu öz məsuliyyətim hesab edirəm və sənətimlə insan haqlarının, qadınların, uşaqların və ehtiyacı olanların müdafiəsi üçün güclü bir səs olmağa çalışıram.
— Şairlər və yazıçılar cəmiyyəti necə dəyişə bilər? Onların sosial məsuliyyəti barədə nə deyə bilərsiniz?
—Yazıçılar icraedici gücə malik deyillər; bu, hökumətlərə aiddir. Lakin yazıçılar, insan ruhunun təsir edənləri olaraq, dünyanı dəyişə bilərlər, köhnə və ya dayanmış zehinləri yeni, insan dəyərləri xidmətinə yönəldərək. Ədəbiyyat əsərləri və müxtəlif müzakirələr vasitəsilə hər bir yazıcı işıq üzü görən çıraq olmalıdır. Yazıçı, hər bir insana daha yaxşı bir həyat inamını aşılamağa çalışmalıdır. Eyni zamanda, yaşadığı cəmiyyətin pis vərdişlərini və neqativ cəhətlərini vurğulamalı və tənqid etməlidir.
— Şairlər və yazıçılar üçün ən vacib məqsədlər nədir?
—Yazıçı, öz təbiətinə görə, ideallara sahibdir və bu ideallar ona cəsarət, qətiyyət və ilham verir. Doğulandan bütün həyat boyu, sənətkar insan həyatını diqqətlə müşahidə edən, gələcəyi proqnozlaşdıran və həmişə öz yaşadığı cəmiyyətdən bir addım öndə gedən bir insandır. Yazıçıya xas olan fəlsəfə insanı və vətəni sevməkdir. Lakin bundan əlavə, onlar həm də naməlum olanı, görünməyəni və ali olanı axtaran insandır — insan təcrübəsinin digər tərəfində olanı. Yazıçı, iki güzgü arasında yaşayır – yer üzünü və göyü, və hər ikisinə məxsusdur. Onlar üçün hər şey önəmlidir; hətta bir yarpağın düşməsi və ya bir quşun uşquması onları dərindən düşündürə bilər. — Bu günki yaradıcı insanlarda nə çatışmır, onlar üçün ən böyük çətinliklər nədir?
—Məncə, bu günkü yaradıcı insanlar keçmişdəki yaradıcı insanlarla müqayisədə heç nə itirməyiblər. Sadəcə olaraq, əlverişsiz dövrlər gəlib və onların əksəriyyəti yeni reallığa uyğunlaşmağı öyrənməlidir. Bəlkə də yazıçılara daha böyük məsuliyyət düşür ki, daha yaxşı yazsınlar. Bu, özünü tənqid etməklə başlayır və reallığı olduğu kimi görməklə, nəfsani və kiçik bir yanaşma ilə deyil, obyektiv bir şəkildə.
— Hazırkı oxuma mədəniyyətini necə qiymətləndirirsiniz?
—Bu gün oxuma mədəniyyəti azalmaqdadır, bunun bir hissəsi yeni texnologiyaların kitablar və oxuma ilə mübarizə aparmasıdır. Keçmişdə insanlar daha çox oxumağa meyilli idilər, amma bu o demək deyil ki, əvvəllər insanlar daha çox oxuyurdu – həmişə kitablarla maraqlanmayanlar olub – lakin daha az medianın diqqəti olduğu üçün insanlar əvvəlki dövrlərdə kitablara daha çox vaxt ayırırdılar. Buna baxmayaraq, oxumaq həmişə dünyaya açıq olan, nəcib ruhlar üçün bir vərdiş olub.
— Albaniya ədəbiyyatı ilə digər millətlərin ədəbiyyatı arasındakı əlaqə barədə fikriniz nədir?
—Bütün millətlər öz ədəbiyyatlarını kərpic-kərpic inşa edirlər və zaman keçdikcə onu keçilməz bir qala halına gətirirlər. Biz albanlar da eyni şeyi etməyə çalışırıq. Bir vaxtlar izolyasiya olmuşduq, amma indi sərbəst yaşayırıq, başqalarına qoşulmağa, əməkdaşlıq etməyə və müsbət nəticələr əldə etməyə imkanımız var. Biz digər ədəbiyyatlara çox açıq insanlarıq, bəlkə də bəzən lazım olduğundan daha çox.
— Bugün Albaniya ədəbiyyatı necə inkişaf edir?
—Müasir Albaniya ədəbiyyatı inkişaf edir və getdikcə digər mədəniyyətlərlə inteqrasiya yolunda irəliləyir, onlardan ən yaxşılarını alır. Hər hansı bir yenidənqurma prosesində olduğu kimi, çatışmazlıqlar var, amma bu anlaşılandır. Hər şey mükəmməl ola bilməz. Lakin ümumilikdə vəziyyət müsbətdir və Albaniya yazıçıları özlərinə çox tələbkardırlar.
— Azərbaycanla ədəbi əlaqələr qurmaq üçün hansı planlarınız və məqsədləriniz var?
—Mənim Özbəkistanda çox oxunaqlı jurnallarda tərcümə edilib çap olunmaq şansım oldu. Həmçinin, Türkiyədə də çap olundum. Azərbaycanda da ədəbi əlaqələrimin olmasını istəyirəm. Xalqlarımız arasında ünsiyyət və dostluq körpüsü yaratmaq arzusundayam. Mən inanıram ki, hər bir yazıçı bu arzuyla yaşayır.
— Yaradıcı icma daxilində dostluq və əməkdaşlığın əhəmiyyəti nədir? Digər yazıçılarla əməkdaşlıq yolu ilə hansı nəticələrə nail oldunuz?
—Mənim üçün və şəxsiyyətim və yaradıcı olaraq inkişafım üçün digər yaradıcılarla əməkdaşlıq çox önəmlidir. Əməkdaşlıq vasitəsilə biz biliklərimizi genişləndirir, yaradıcı və mənəvi stimullar əlavə edir və sevinc və ilham vəziyyətinə çatırıq. Gənc yaradıcı olduğum zaman, tanınmış yaradıcılarla apardığım söhbətlər mənə qanad verdi. Onların sözləri mənə güvən və inam verdi, yazmağa olan arzum və istəklərim daha da gücləndi. Mən başqa yaradıcılarla çox açıqam və gənc yazıçılara kömək edirəm. Onların əsərlərinin nəzərdən keçirilməsində, tövsiyə və redaktə edilməsi, həmçinin əsərlərinin çap olunmasında kömək edirəm, bu məqsədlə “Gjurmë Penash” və “Kryefjala” jurnallarımda onları dərc edirəm.
— Əsərlərinin müxtəlif dillərdə nəşr olunması qlobal ədəbiyyat və mədəniyyətin inkişafına necə töhfə verir?
—Son vaxtlar, mənim əsərlərim dünyada bir çox dillərə uğurla tərcümə olunub və paylanıb. Mən qiymətləndirildiyimi hiss edirəm və görünür ki, nəhayət, illərlə çəkdiyim zəhmət mükafatlandırılır.
— Gələcəkdə yeni əsərlər yaratmaq üçün necə hazırlaşırsınız?
—Mənim yaradıcılığım bir çox istiqamətlərdə irəliləyir, çünki mən hər zaman axtarışdayam. Müxtəlif janrlarda işləyirəm – məsələn, romanlar və hekayələr, amma həm də esse və ədəbiyyat tənqidi yazıram, poeziyanı unutmadan. Son illərdə uşaqlar üçün ədəbiyyatla məşğul olmuşam və bir neçə kitab nəşr etmişəm. Bundan əlavə, iki jurnal çap etməklə məşğulam, burada bir çox Albaniya və beynəlxalq yaradıcıların əsərləri yer alır. Bu il də nəşrlərlə dolu olacaq və yaradıcı məmnuniyyətlərlə zəngin olacaq.
— Həqiqi sənət və ədəbiyyatın diqqətini itirdiyi bir dövrün içində, hansı yeni perspektivləri görürsünüz? Yazıçılar bu dəyişikliklərə necə uyğunlaşmalıdırlar?
-Bəlkə çətin dövrlər gəlsə də, yazıçının sənəti heç vaxt yox olmayacaq. Ruhlarımızı idarə edən qüvvə mövcud olduqca, yazı hər zaman bizim ən dərin hisslərimizin bir əksinə və həqiqətə doğru bir bələdçi olacaqdır. Kitablar və yazı həmişə özünə tərəfdar tapacaqdır, özlərini qurban verən insanlar tərəfindən irəliləyəcək və gələcək nəsillər üçün bir miras olaraq qalacaqdır. Bu anın içində diqqət yaradıcı insanın bütövlüyünə, özünə qarşı məsuliyyətə və yüksək keyfiyyət tələblərinə cavab verən yaradıcı düşüncəyə yönəlməlidir. Bu yolla itirilmiş oxucu geri qaytarıla bilər və oxucu ilə yaradıcı arasında möhkəm bir əlaqə qurula bilər – bu, hər bir ədəbi əsər üçün əsas olan bir əlaqədir.
Söhbətləşdi: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Maksuda Egamberdiyeva 1955 yılının 4 Mart tarihinde Fergane vilayeti Danğara ilçesinde dünyaya geldi. 1972 yılında Kokand’daki 15. Mektep’i, 1977 yılında ise Taşkent Devlet Üniversitesinin filoloji fakültesini bitirmiştir. Çeşitli devlet kurumlarında çalıştı. 1972 yılında “Gülistan” dergisinde şiirleri yayımlanmıştır. O tarihten bu yana çeşitli ulusal ve yerel gazeteler ile dergilerde onun eserlerinden örnekler yayımlanmıştır. “Mektup” (1980), “Nasip” (1985) “Gök sahilinde” (2013) ve “Dönmes günler” (2018) şiirsel koleksiyonları, çocuklar için “Aklsız Fare” (2003), “Kuzey Ayı ve Beyaz Tavşan” (2005), “Kedi Neden Fareyi Kovuyor?” (2013), “Annenin Kurt Hilesi”(2018) adlı masallar, “Kırlangıç Komşusu” (2013) adlı şiirsel eserleri yayımlanmıştır. 1982 yılında Özbekistan Yazarlar Birliği üyesi olmuştur. 1984 yılında Moskova’da, Genç Yazarlar Semineri’ne katılmıştır.
Gönlüm benim güneş ile ay ile, Gönül şebnemin yaprağısın aile.
Taşkent her yerden görünüp durur, Taşkent’i beğenmedi onca bunca şiir.
Hayat tarzı Hayat tarzı da Ambalajlanmış örf, adet ile…
Doğru sözü söylediniz gerçi, İnanmıyorsunuz buna kendiniz.
Bana itibarsız, haksız dostların Kafesinden çıktım. Ve uçarak geldim – Ortamınıza. Sizin, bu sizin yüzünüze.
Neyi beklerdim ki sizden, Neyi hem anlardınız kı, İyiliğini reva görür müydünğuz.
Her kes gölgesini düşünür, Ama düşünmez şemsiyesini.
Şimdi ise raydan çıkaramaz, Güzel hayallarım hatta o da.
Taş yürekliler tutan kelebek Uçamaz şimdi hiç bir zaman.
Basitçe Taşkentli olmak, Gelmedi ya şu hem elimden.
YANANYÂR
Andican bölgesinde Yanmışyar adında bir köy vardır.
Bu menzil, “Yananyâr” adını almıştır, Burada yanan âşığın yadı kalmıştır. Yan, yanıp yanmayan yârdan şikâyetçidir. Yanan yâr yakmasaydı, yakılmazdı türküler.
Alevler inledi, korlar güldüler, Kendinden habersiz olanlar güldüler. Avdan nasipsiz yabancı oklar güldüler, Yanan yâr yakmasaydı, yakılmazdı türküler.
Düşlerimde şarkı söyler Taşkent yağmuru, Sevdalı gençliğin dar yollarında. Ben sade, talebe kızlardan biri – Ona eşlik etmeyi beceremem aslında.
Düşümde, evet, o güzelim bulvar, Yüzümü yağmur yıkar yavaş yavaş. Uzakta hayal gezer avare başlarda, Aslında aradığım mutluluk -bir adım- .
Doğa fısıldar bir şeyler titreyerek, Menekşe, nane kokusuyla sarhoş. Yağmurlu Taşkent kalır, yüreğim titreyerek – Giderim… bir ömür görmek için bir düş.
Yağmurda silinir gider bir çift iz, İçli içli ağlar avunur sema. Bilemem, ben sade, talebe bir kız, Nedir bu? Bu Taşkent yağmuru ne? …Düşlerimde şarkı söyler Taşkent yağmuru.
Her iki eli dolu, işten gelip, Dördüncü kata çıkar bir kadın. Dördüncü katta asılı yaşayıp, Kadife enginlikleri seven bir hayal.
Merdivenler iç çeker geçerken, Duvarlar gülümser hafiften. Darılmaz, selam vermeyi unutsa, Dördüncü kata çıkar bir kadın.
Geçer bir canan, işlemeli elbiseli, Geçer bir kadın, kurdelesi ipekli. Yaz geçer, sonbahar geçer, kış geçer karlı, Dördüncü kata çıkar bir kadın.
Çamaşırını asar sabahın kirpiğine, Ümidini sarar elin çarşafına. Mavi tülbentlerde altınböcekler, Hayalini giydirir gelincik elbiselerine.
Nazik nefesiyle karlar erimez, Bal arısıyken o, değilmiş bal. Gözlerinde gizli bir sır silinmez, Dördüncü kata çıkar bir kadın…
ÇALIKUŞU
Ben oyum mağrur kız, ben Çalıkuşu, Özenle korudum ben tüm masalları. Yolmadım, tersi olsa da düşüm, Hayalimde dökülen gül çiçeklerini.
Masalları yudum yudum içerken hayat, Onları yeniden dokumak için hazırlandım. Etmek için karanlık gönülleri abad, Belki özüm efsaneye dönüştüm.
Hayat, sokakların ne de çokmuş meğer, Unuttular sonunda beni en yakınım bile. Dünyanın eteğinde bir gül-ü gonca, Çaresiz döndüm yüzüme çakan şimşekler.
Aşık anlayamamış bu inatçı kızı, Tanımadık bir alem anladı, şükür. Helalinden yemişler ekmeği, tuzu Güç alır bir yerden, vardır bunda sır.
Sen esirgedin beni en müşkül anlarda, Huzurunda çekildi zayıflık, tükeniş. Temiz yürekleri hep koru her an, Gül-ü çiçeklere dökülen hayal…
DOSTUM, SİZ YANIMDA DURDUĞUNUZDA
Dostum, siz yanımda durduğunuzda, Bu gaddar dünya bile dost olurdu bana. Başka akardı bu ömür-ü derya, Dostum, siz yanımda durduğunuzda…
Belki de kıştan kışlık, yazdan yazlık İstemezdim bu kadar ciddi. Belki fırsatlar eksik kalmazdı, Düşmanlar da bilirdi belki kendi haddini.
Belki alırdım hakkımı hayattan, Dertlerime belki bulurdum çare . Medet ummazdım sabır ve sebattan , Sınav beklemezdi beni her gün durmadan.
Yabancı tutmazdı kendini, soğuk, Bakmazdı bana, etmezdi takip beni Dost olmayan kapılar kalmazdı kapalı… Dostum, siz yanımda durduğunuzda.
NEVÂÎ’DEN SÖZ EDİN
Dostlar, söz edin bugün bana Nevâî’den, Kalbimin kuşu yaralanmış aşk yayıyla. Hangi yürekten dirilmişse Mecnun’un aşkı, Ona alem güzel gelir Leyla’nın güzelliğinden. Dostlar, söz edin bugün bana Nevâî’den.
Dostlar, söz edin bugün bana Nâvâî’den, Ferhat’ın cismi yoğrulmuş dert çamuruyla. Tahttan vazgeçip dağda taşta kanal kazmış, Yer bulmuştur Şirin’in aşk sarayından . Dostlar, söz edin bugün bana Nevâî’den.
Dostlar, söz edin bugün bana Nevâî’den, Gönlüm incinir Behram’ın hatasından. Çölde yalnız bırakınca Dilârem’i bir başına, Bilmez şimdi âlem içinde nerede bulasın. Dostlar, söz edin bugün bana Nâvâî’den.
Dostlar, söz edin bugün bana Nevâî’den, Yükselmiş bir ulu duvar padişah gayretiyle. Şah İskender’in adaletli ve insaflı seddi gibi, Korur halkı zalimlerin iddiasından böyle. Dostlar, söz edin bugün bana Nevâî’den.
Hayretim var “İyilerin Hayreti”den, Hasretim var âşıkların hasretinden. Okuyun, kana kana için gazel şerbetinden, Dostlar, söz edin bugün bana Nevâî’den. Dostlar, söz edin bugün bana Nevâî’den.
Dereler çocuk gibi koşup gelir, Yalpız kış kapısını yapıp gelir. Turnalar yüreğimi bulup gelir Kayısı çiçeğine gelen rüzgarım.
Zarafet titreyişlerde müyesser hilkat, Hasret, vuslat meclisinde furkat. Araz etmeye vermez mi fırsat Kayısı çiçeğine gelen rüzgarım
Kendini tanı artık, şelale, lale, Heveskâr yürekli, bin telli ağıt. Neşeli gezegende, mecnunvar çocuk – Kayısı çiçeğine gelen rüzgarım.
Ateşe de, suya da aydınlık ve karanlık, Gözü Süreyya’dan, kirpiği yaydan. Kalesi şuleden, aynası saydan Kayısı çiçeğine gelen rüzgarım.
Bir damla çiy gibi avare, sersem, Alem çiçek içinde, ben ise incinmiş can. Zarafetin yükünden dallar lerzan Kayısı çiçeğine gelen rüzgarım.
ANNECİĞİM
Anneciğim, gençliğiniz yıldırım gibi yıllarınız Ömrümün o uzak ufuklarına, O berrak ırmaklara, genişliklere Sinip gittiğini anladım bugün.
Avuçlarımda bir yıldız gibi sizi saklayıp, Sevinç nuruna tutabilmek için Kaderden dilekte bulunuyorum bugün.
Yaprakların tozunu silerek Sizin başınıza düştüğünde gölge Şebnemleriyle getirmek isterim güller.
Güneşin ışıklarına sarılıp söyleyeyim Her kelimemi size, özenle. Sizi özlerken her geçen gün, Sonsuz sevginize dokundurmak isterim leb.
Cömert sevginiz örtmüş sessizce Bir vakitler ettiğim haksız sözlerime, Kalbinize incitici olmuş lahzalar Bakar şikayetsiz daim gözüme
Amma şimdi hepsini açıkça anlıyorken, Sitemlerin koynunda tünüyorum. Geçip giden günlerde arıyorum teskin, Sevginiz önünde kalbim azap çekiyor.
Anneciğim, sizin gençliğiniz ve yıldırım gibi yıllarınız…
ANNECİĞİM
Anneciğim, gençliğiniz yıldırım gibi yıllarınız Ömrümün o uzak ufuklarına, O berrak ırmaklara, genişliklere Sinip gittiğini anladım bugün.
Avuçlarımda bir yıldız gibi sizi saklayıp, Sevinç nuruna tutabilmek için Kaderden dilekte bulunuyorum bugün.
Yaprakların tozunu silerek Sizin başınıza düştüğünde gölge Şebnemleriyle getirmek isterim güller.
Güneşin ışıklarına sarılıp söyleyeyim Her kelimemi size, özenle. Sizi özlerken her geçen gün, Sonsuz sevginize dokundurmak isterim leb.
Cömert sevginiz örtmüş sessizce Bir vakitler ettiğim haksız sözlerime, Kalbinize incitici olmuş lahzalar Bakar şikayetsiz daim gözüme
Amma şimdi hepsini açıkça anlıyorken, Sitemlerin koynunda tünüyorum. Geçip giden günlerde arıyorum teskin, Sevginiz önünde kalbim azap çekiyor.
Anneciğim, sizin gençliğiniz ve yıldırım gibi yıllarınız…
YALNIZLIK, GÜLTACIM
Yalnızlık, gültacım, ben seninim, Bir yıl mı, uç yıl mı, beş yıl mı, on yıl. Yollarımı bekler kader, yasemin, Hainler gözlerime bakar cesurca.
Yalnızlık, gültacım, etrafım boşluk, Elime geçmez ne taş ne çiçek. Yardım et, kelebek kanadı misali, Kalbimin ağır yükünü hafiflet, azalt.
Yalnızlık, gültacım, sebep sensin Çiy damlası gibi varlığım yok. Ben miyim, ben miyim gözlerinin gördüğü, Bak, ocağımda kaldı mı bir kıvılcım?
Yalnızlık, gültacım, vardır bir kimse Kendi kimliğini bilmeden geçer ya, Bir gün ömrün yoluna apak kar yağsa Reddedilmiş baharın bağrı yanar ya.
Yalnızlık, gültacım, buz tutmuş kalpte – Yıkılıp çöktü sahte saltanat. Şimdi geride kaldı uzak menzilde – Yetim bir sevdaya benzer aldanış.
Yalnızlık, gültacım, sapla mızraklarını, Dişimi sıkıp sabrederim yine. Kimse karışmaz sana, ez kalbimi, Söyleyiver, dondurur türkülerini hemen.
Acı acılara doyayım artık, Donarak kalbimde ateşler sönsün. Yalan sevinçlerden paklansın göğsüm, Ay gelip saçlarıma gülümsemesini assın.
SONBAHAR SEYRİ
Hazanın kokusu dolmuş, hava nemli ve berrak, Deniz gibi engin tarlalarda hayal açar yelken. Nehir ise yatağında kırık dökük yatmakta, Bir tınıyla sözler başlar duygular derhal.
Bülbülünü özler bahçeler, bağrı ıssız, Unutur güneş yavaş yavaş verdiği sözü. Apak kırağı dökülür yapraktan hışırdayıp, Ufuklara çarpar hayalin yelkeni.
GELİN
Alev alev yanan gelin, gönül sana esir. Sen bir ece, damat bir şah, düğünevi saray. Selam ver, semavi nurlar yoldaşın olsun, Atalardan kalan örf ve sırlar sırdaşın olsun. Alev alev yanan gelin, gönül sana esir.
İki gönlü birleştirir zurnanın ezgisi, Yârin olsun bir ömür aşkının fedası. Dolanır ezgiler, türküler, silkinir bedenler, Yürekleri terk edip uçup giden özlemler. Alev alev yanan gelin, kalpler sana esir.
Evlat bakıp büyüten unutmuş yıllar zahmetini, Şefkatli ol, hayatın şefkatini umarak yaşa. Nezaketin paha biçilmez bir deniz incisi, Adımların, mutluluğun ve sevincin işareti. Alev alev yanan gelin, gönül sana esir.
Tellerin en yankılı sesi sen, Ak elbisende çiçeklenmiş bahçelerin sabahı sen. Boylarında gözler; edilir dua Bu yuvadan derdine bulmuş gibi şifa. Alev alev yanan gelin, gönül sana esir.
Selam ver gelenlerin avluya ve mekana Can kardeşlere, komşulara, gülümseyen yüzlere, Selam ver hayallere, ak dileklere, Sevgiyle bakan çehreler, pak bebeklere. Alev alev yanan gelin, gönül sana esir.
KALDI UZAKLARDA
Uzaklarda kaldı, yıldızların altında, İki kalbin aynı anda attığı ılık ve pak bir nefes. Boran mıydı, yoksa nefesten kasırga mı o? Yıldız gibi yanmadı ya hüzünlü kaldı bir heves.
Uzaklarda kaldı, aya sarılmış akşam, Titrek ellerle yazılmış o mektubun sırları. Birlikte dokundukları havuzun atlasını okşadığımız gün, Şelaleden sıçrayan damlalarla aşkın nurları.
Uzaklarda kaldı, yıldızların altında, Gül ve yelin sohbetleri, ay ile güneşin vuslatı. Hayaller şimdi uçup gider bulutların altına, O uzak yıldızların gölgesi misali.
Uzaklarda kaldı, arzuların durağı, Yağmurda ıslanmış kakül, dinmeyen sıcaklık. Artık yağmur damlasa, neden bu kadar acıtıyor? İçten içe titremek, niye şimdi işaret?
Uzaklarda kaldı, yıldızların altında, Bembeyaz karda filizlenmiş çiğdemin sevinci. Bir yaprağın fısıltısı, su kenarında razı, Ayrılığın da denk azabı, vedanın denk hatırası
Uzaklarda kaldı, yıldızların altında, Aşkın tomurcuğunun ilk selamı, ilk perişan özlem. İlk kez görülmüş aşkın saçının ayrılıkta çözülüşü, O çiçek diye birlikte çekilen hasret, saklı bir sevinç.
Uzaklarda kaldı, yüreğin sezdiği bir şey, Gönül itirafına tek karşılık: kederli bir gülümseyiş. Acep, o eşsiz hayatı ne çabuk savurmuş bir güç, Bu kez kalbin sesine kimse bir ses vermez olmuş.
Nice şeyler kaldı geride, yıldızların altında…
Çeviri: Hüsniddin HAYIT, Özbekistan Yazarlar Birliği üyesi, Azerbaycan Gazeteciler Birliği üyesi.
“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, esseist Mətanət Vahid olub.
YAZARLAR.AZ bildirir ki, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs dərgidə aylardır istehsalat təcrübəsi keçən Azərbaycan Universitetinin filoloq tələbələrinə qonaq haqqında ətraflı məlumat verib: “Mətanət Vahid çağdaş Azərbaycan ədəbiyyatının tanınmış imzalarındandır. Bir vaxt musiqiçi olmaq istəsə də, tale onu səsə deyil, sözə yönəldib. Bugünkü görüşdə siz sözün səsini eşidəcəksiniz…”
Tədbirdə iştirak edən yazıçılar Təranə Vahid, Dayandur Sevgin və Zaur Ustac da tələbələrə Mətanət Vahidin yaradıcılığından bəhs ediblər. “Ulduz”lu görüşlər”in qonağı gənc filoloqlara ədəbiyyat və həyat haqqında öz qənaətlərini bölüşməklə onları polemikaya səsləyib.
Sorğu-sualda aktiv iştirak edənlər tədbirin sonunda müəllifin avtoqraflı kitabı ilə mükafatlandırılıb. Tədbirdən fotolar:
Uşaqlıq illərim necə də sevincli, kədərli, Daşların altından sürüşürdü nağıllar, Hər addımda xəyallar Əlimdə əriyən sabun köpüyü, “Dadmaq olar görəsən?” Sualları zehnimdə əzan səsi kimi. Barmaqlarımda günəşin sarı bənizi, Torpaq izləri əlimin içində rəqqas. Hər addımda gözümün önündə qara pişik. Uşaq könlüm qovmazdı pişiyimi, Bədbəxtlik insanın düşüncəsindədir. Sən sarı-qırmızı toyuq yumurtası bənzəri, göyqurşağım. Gözlərimi bəzəyirdi çəmən naxışların. Hər səhər dodağıma yapışan balın təravəti, Anamın zorla “ye” deyən şir baxışları… Kəpənək tutduğum zamanların sevinci Aparır məni göyün yeddinci qatına Özümü tapıram “Balaca şəhzadə”dəki dünyamda. Atasız olduğumu xatırlamadan… Anamın layla sığalı, Nənəmin can qoxusu Əridir o izi, yaranı hər an. Yenidən qayıtmaram, köhnə havalara Dönsəm də Geri qaytara bilməyəcəm səni, ay uşaq! 07.06.2025.
Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə nailiyyətləri var? Şair, akademik, SSRİ Ali Sovetinin demək olar ki, daimi deputatı, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Akademiyasının vitse-prezidenti, ovçu, Sovet Sülh Komitəsinin üzvü, 2 dəfə Stalin mükafatı laureatı, 2 dəfə Lenin ordeni kavaleri, İosif Stalin qarşısında şeir oxumuş və Uinston Çerçillin qabağında tost demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli ucalır. Bir heykəli də Axundov adına kitabxananın portalındadır. Bir büstü Bakıdakı ev-muzeyinin qarşısında, bir heykəli Salahlı kəndindəki xatirə muzeyinin qabağında, böyük bir abidəsi Qazax şəhərində, biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil, Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın cənubunda yerləşən bu qədim türk məskəninə nə zamansa dahi rus şairi Puşkinin adını vermişdilər. Niyə? Bəlkə ona görə ki, başqa bir ölkəni, özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi adlan ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə rus, sovet dövlət xadimlərinin adlarını daşıyan şəhərlər, qəsəbələr, kəndlər var idi. Çarizm vaxtında isə təbii ki, rus imperatorları və onların ailə üzvlərinin adlarını daşıyan şəhərlərdə yaşayıblar babalarımız. Ancaq Biləsuvarda Səməd Vurğun ilə Puşkinin yanaşı dayanmalarında ədəbi məntiq var. Səməd Vurğun Puşkinin “Yevgeni Onegin” poemasını bizim dilə böyük məhəbbət və professional məharətlə tərcümə edib. Odur ki, onların dünyanın hansısa bir yerində qoşa dayanma haqları var.
Səməd Vurğunla bağlı rəsmi məlumatları verdim. Adlar, titullar, abidələr, vəzifələr. Yox, bır vəzifəsı yadımdan çıxmışdı az qala: Səməd Vurğun uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. Ancaq bütün bu sadaladığım rəsmi tanınma atributları Azərbaycanda hamıya məlumdur. Və Azərbaycan nüfuzuna görə, deyəsən, 7-ci sovet respublikası statusundan qurtulub, dünyanın, kim bilir, neçənci müstəqil dövlətinə çevriləndən sonra aydın göründü ki, Səməd Vurğunun daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş.
Atam şair kimi neçin həmişə yaşayacaq? Mən bunu bəlkə övlad istəyimə arxalanıb deyirəm? Xeyr, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədəbiyyatı tarixinin bir səhifəsi Səməd Vurğundur. Böyük poetik istedadı, oxucu, dinləyici ürəyinə-beyninə birbaşa yol tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və nəhayət, təbii hadisəyə bənzər, tamamilə aktyorluqdan uzaqda duran, bir özünü təqdim edə bilmək, sevilmək, yadda qalmaq, alqış doğurmaq bacarığı, Səməd Vurğun fenomeni. Miflər yaranan münbit zəmin… Sayı-hesabı yoxdur atam haqqında hələ özü sağ ikən yaranmağa başlayan miflərin, xatirələr formasında yazılmış yalanlı-doğrulu dastanların.
Yaxşı, bəs belə bir istedadla, böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?
Səməd fılankəsi satıb, özü aradan çıxıb.
Bu bir versiya.
Səməd doproslarda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.
Bu da başqa bir versiya.
Anam Xavər xanımın versiyası:
Mircəfər Bağırov “Krasnıe Partizanı” təşkilatında sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.
Bir başqası tamamilə səmimi deyir:
Səmədi tutub güllələsəydilər, bütün Azərbaycan xalqı ayağa qalxıb üsyan edərdi!
O zaman bu xalqın qorxusundan səsi də çıxmırdı…
Ən istedadlıları, qaymaqları öldürdülər, qaldı belələri.
Yalandır. Böyük bir bəşər, insan faciəsinin adi məişət cinayəti səviyyəsinə endirən yalan. Bəlkə də səmimi, fəqət, tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir. Rusiyada böyük şair Osip Mandelştam həbsdə çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov, nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmin Boris Pasternak. Bunlar fiziki olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir. Və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub, nə ölçü etalonu. Azərbaycanda da, həmçinin Hüseyn Cavid, Mikayıl Müşfıq kimi sənətkarlar tələf edildilər və onlarla başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başqaları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı, hər iki gözü göz yaşları ilə dolub düz gələrdi. Bəlkə də birə-bir…
Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni 1971-ci ildə Moskvada mənə məşhur Sovet şairi-yazıçısı Konstantin Simonov dedi:
Bütün diktatorlar kimi Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mircəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də sözarası hal-əhval tuturmuş. Səmədi fəlakətdən, yəqin elə bu qurtardı.
Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibəti ilə keçirilən bayram təntənələri günlərində. Və orada Stalinin hüzurunda onun şərəfınə yazdığı məşhur “Rəhbərə salam!” şeirini oxumuşdu. Elə burdaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib, cavab almışdı.
Elə-belə, rəhbər “marağı”, “məzələnməyi”ni nümayiş etdirən sözlər…
Samed gto tvoe imə, a Vurqun familiə?
Net, tovarih Stalin, gto moy psevdonim.
A çto oznaçaet slovo Vurqun?
Vlöblennıy!
V koqo, v devuşku?
Net, tovarih Stalin, v Rodinu!
Bax, belə bir söhbət Kremldə. Bunun stenoqramması atamın ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə məhz ilk uğursuz məhəbbətindən sonra götürübmüş atam. Stalini aldadıb … Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərilərin siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş. Ancaq Stalin öz əli ilə “Lenin” ordeni yazıb, o birini pozub… Atamı ölkənin ən yüksək ordeni ilə təltif edib. Belə ki, Simonovun dediyində böyük məntiq var. Həmçinin mənim yaddaşımdan respublikamızın o zamankı yerli diktatoru Mircəfər Bağırovun öz məhkəməsində dediyi sözlər də çıxmır. Hakim Almaniya faşizmi üzərində qurulmuş Nürnberq məhkəməsində SSRİ adından ittihamçı kimi çıxış edən Rudenko müttəhim Bağırovdan soruşdu:
Siz xalqın sevimli şairi Səməd Vurğunu neçin həbs etdirmək istəyirdiniz?
Mən bunu istəsəydim, çoxdan edərdim.
Bağırovun sözləri də, zənnimcə, həqiqət idi. Görünür, həyatda hər bir tarixi hadisənin bir neçə yozumu olduğu kimi, dəhşətli Stalin repressiyaları da bir nöqtədən çəkilmiş cəhənnəm mənzərəsi deyil. Yəqin ki, bu haqda tarixçilər, xüsusilə, sovetoloqlar öz mötəbər fıkirlərini deməlidirlər, mənim amacım yalnız atamla bağlı bu haqda oğul sözünü demək idi…
Səməd Vurğun, əsasən, 1926-cı ildən müntəzəm şeirlər yazmağa başlayıb və 1932-də kitabı – “Fanar” işıq üzü görüb. Kitabdakı şeirlər Mayakovski poetikası ruhuna və formasına yaxın yazılardan ibarətdir. Ümumiyyətlə, otuzuncu illərin əvvəlində çoxmillətli böyük bir ölkənin çoxdilli poeziyası forma etibarilə bir-birinin eyni idi. Mayakovski pafosu, sərbəst cümlələr pillələri, ritm və bu ənənə dahi rus şairi özünü tapança ilə öldürənə qədər davam etdi. “Fanar” kitabı ilə şair Səməd Vurğun başlandı.
Bəs haralarda təhsil almışdı? Anadan olduğu Salahlı kəndinin məktəbındə S sinif oxumuşdu. Bibisi Ayşə xanım onu Qazaxa, orada yenicə, 1918-ci ildə açılmış seminariyaya gətirəndə, həmin təhsil ocağının rəhbəri, böyük maarifçi Firudin bəy Köçərli zəif, raxit bədənli, 12 yaşlı uşağı süzüb, deyibmiş:
Ayşə xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir, beynində bilik qala bilməz, yazığın.
Bunu eşidən Səməd ağzını açıb, Qurani-Kərimdən birnəfəsə surələr deməyə başlayıb, parlaq yaddaşını nümayiş etdirib və sonrakı illərdə seminariyanın 1 nömrəli tələbəsi kimi bütün mahalda ad çıxarıb. Humanitar fənlərdən savayı, riyaziyyat, coğrafıyadan başqa Qazax seminariyasında saz, tar, hətta skripka çalmaq da öyrənib, dram dərnəyinin fəal iştirakçısı olub. Sonralar Səməd Vurğun Bakı Pedaqoji İnstitutunda və Moskva Dövlət Universitetində təhsil alıb. Ancaq inanmıram ki, oxuduğu məktəblər, institut, hətta Moskva Universiteti ona nə isə verib, simasını şəxsiyyət kimi formalaşdırıb. Çünki təbiət etibarilə atam auditoriya və kitabxana adamı deyildi. Mən onu mütəmadi dərs oxuyan, leksiyalarda səliqə ilə konspektlər tutan tələbə kimi təsəvvürümə belə gətirə bilmirəm. O, özünü özü savadlı insan etmişdi. Fitri istedadı və kitab oxumağı ilə, bəli, çox geniş mütaliəsinin hesabına Səməd Vurğun dünya fəlsəfəsindən, ədəbiyyat və mədəniyyətindən, tarixindən xəbərdar idi. Onun haqqında yaranmış yanlış miflərdən birinə görə, Səməd Vurğun yalnız istedadı hesabına böyük ədəbi sima ola bilib, guya savadı olmayıb. Yalandır. Atam Kant, Hegel, Şopenhauer fəlsəfələrindən də xəbərdar idi, marksizm-leninizmi də bilirdi. Rus dilində çap edilmiş dünya ədəbiyyatının nümunələrinin əksəriyyətini də oxumuşdu. Rus dilində tamamilə sərbəst danışır, bir vergül səhvi belə buraxmadan yazırdı. İlya Erenbruq kimi intellektualı bu bacarığı ilə, hətta bir dəfə heyrətə gətirmişdi. Fəqət, yazımın əvvəlində demişdim: atam haqqında miflər çoxdur, indinin özündə də yaranmaqdadır. Qoy, olsun. Bu miflərdən, şəxsən mənə görə Səməd Vurğun poeziyasına nə xeyir dəyir, nə zərər. Bu poeziya isə poeziya məfhumunun özü qədər sehrkar və sirlidir. Niyə?
1989-90-91-ci illərdə Bakıda keçirilən çoxminli Milli Azadlıq hərəkatının mitinqləri azəri türklərinin oyanışı, sovet imperiyasının süqutu, millətin öz doğma torpağı Qarabağa qarşı qonşu Ermənistanın təcavüzünə sinə gərməkçün qalxması amilləri ilə yanaşı, həm də neçə dəfə atamla bağlı da narahat hisslər keçirmişdim. O zaman Bakıda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Leninin, Kirovun, Şaumyanın və başqa bolşevik rəhbərlərinin heykəlləri uçurulurdu. Və bu anlarda, nə gizlədim, mənim övlad qəlbimdə xəfıf, fəqət, dəhşətli bir xof, qorxu var idi ki, birdən beynləri qızmış gənclər “sovet şairi”, “sovet bəstəkarı”, “sosializm ideoloqları” fitvası altında Səməd Vurğunun, Üzeyir Hacıbəyovun da abidələrinə əl qaldırarlar, onları da dağıdarlar. Bununla da, Çində baş vermiş “mədəni inqilab”ın başqa variantını təkrar edərlər. Bu mənim şəxsi faciəm və əlbəttə ki, bütün Azərbaycana vurulmuş, ölkənin nüfuzunu bütün dünyada ən aşağı pilləyə endirən bir aksiya olardı. Xoşbəxtlikdən xalqımız mənim xofumdan qat-qat müdrik çıxdı, doğrudan da, poeziya məmləkətinin övladları olduğunu sübut etdi. Mitinqlərdə ən çox şeirləri səslənən şairlərdən biri məhz Səməd Vurğun oldu. Qəribədir, ana torpaq uğrunda şəhid olmağa hazır olanlar da Səməd Vurğunun şeirlərindən misralar deyirdilər, meydanda yüz minlərlə insanı dağıtmaq məqsədi ilə oraya gələn kommunist partiyasının rəhbərləri də, vətənpərvərlər və təxribatçılar, türkçülər və islamçılar, demokratlar və ifrat radikallar da. Belə də olmalı idi. Əsl poeziya, hətta hansısa konkret bir ideologiyanın tərənnümçüsü kimi çıxış edəndə belə, öz bədii muxtariyyətini qoruyub saxlamaq qüdrətinə malikdir. Buna misallar çoxdur. Uolt Uitmen Amerikada, Redyard Kiplinq İngiltərədə… Unutmayaq ki, məşhur “Qırmızı papaq” nağılını Şarl Pyero bir royalist ideoloqu kimi yazmış və bu nağıl Fransada bir müddət yasaq elan edilmişdir. Amma bu gözəl, müdrik nağılın bədiiliyi bütün ideologiyalardan qüvvətli, yaşarlı çıxıb və bu günə də ayaq basdı, gələcəyə də yönəlib. Görünür, Allah ədəbiyyatı, mədəniyyəti xüsusi nəzarəti altında saxlayır. Ona təşəkkür edək.
Mən Allaha bir işinə görə də minnətdaram. 1933-cü ildə Səməd Vurğunu bir gənc qızla – Xavər Mirzəbəyovayla görüşdürdüyünə görə. Mənim atamla anamı…
1935-ci ildə qardaşım Yusif Səmədoğlu dünyaya gəldi, yazıçı idi. Azərbaycan parlamentinin üzvü olmuşdur.
1937-ci ildə bacım Aybəniz dünyaya göz açmışdı. Atam ən çox sevdiyi övladı. Onun bacıma olan böyük, kövrək məhəbbəti məndə nədənsə heç bir vaxt qısqanclıq doğurmayıb və bunun səbəbini sonralar anlamışam. Axı atam ata da görmüşdür, qardaşı da var idi. Anasını lap uşaqkən itirmiş, bacısı isə olmamışdır. Və Səməd Vurğun bu həsrətini məhz Aybənizlə söndürmüşdü. Bacım anam Xavər xanımla birgə Səməd Vurğunun Bakıdakı ev muzeyini saxlamış, onun ruhunu yaşatmışlar.
Qardaşımla bacımın dünyaya gəlməklərini dedim, özümü isə az qala, unutmuşdum. Mən bu dünyaya 1939-cu ildə gəlmişəm. Mən doğulandan cəmi bir neçə saat sonra atam doğum evinə – anama qısaca bir məktub, şeir çatdırıb. İlk misraları belədir:
Demək, oğlumuzun Vaqifdir adı, O da olacaqdır şeirin ustadı.
Göründüyü kimi, məni ilk dəfə bu dünyada şair kimi elan edib, adımı qoyan və tanıyan adam Azərbaycanın Xalq şairi Səməd Vurğun olub. Əlbəttə ki, bu sözlərim zarafatdır. Mənim də həyatım təsadüflərdən yoğrulmuş bir insan taleyidir. Genetik amilləri mən kənara qoymuram. Bu da var…
Mənim yazım Səməd Vurğun yaradıcılığının təhlili, onun tam bioqrafiyası deyil. Sadəcə olaraq, əli qələm tutan bir oğulun ata haqqında və dar çərçivə daxilində yazdığı bir essesayağı məlumatdır. Bununla belə deməliyəm ki, Səməd Vurğun ən tanınmış Azərbaycan dramaturqlarından biridir. İndinin özündə də onlarla, bəlkə də yüzlərlə adam var ki, onun mənzum “Vaqif” dramının ilk misrasından sonuncusuna qədər əzbərdən deyirlər! 1938-ci ildə yazılmış bu əsər hələ də unudulmayıb, çoxdan bəri səhnədə qoyulmasa da. “Fərhad və Şirin”, “Xanlar”, “İnsan” dramları da var Səməd Vurğunun.
Səməd Vurğunun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri, onun indiki ədəbi azəri türkcəsinin formalaşmasında apardığı mübarizədir. Dilimizin ifrat ərəb və farsçılıqdan qurtarmasında; qələbə ilə nəticələnmiş bir mübarizə. Və nə qədər ki, bu dil var, Səməd Vurğun adlı şair oxunacaq. Seviləcək və sevilməyəcək. Yəni yaşayacaq.