Murad Köhnəqala – Yakutlar

Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə

Rusiya Federasiyasının ən böyük inzibati vahidi olan Saxa (Yakutiya) Respublikası Avrasiyanın şimal-şərqində, insan dözümünü sınağa çəkən sərt iqlimin və ucsuz-bucaqsız tayqaların qəlbində yerləşir. Sahəsi 3,1 milyon kvadrat kilometr olan bu ərazi, təkcə Rusiyanın beşdə bir hissəsini deyil, həm də bəşəriyyətin ən qədim türk köklərindən birini bağrında yaşadır. Bu rəqəmi daha anlaşıqlı etmək üçün deyə bilərik ki, Saxa təkbaşına Hindistan boyda bir ərazini əhatə edir. Bu ərazidə 700 mindən çox çay və çaylaq, 800 mindən çox irili-xırdalı göl var.

Yakutiya coğrafi baxımdan nəhəngdir. Şimal buzlu okeanının sahillərindən cənubdakı dağ silsilələrinə qədər uzanan bu torpaqların 40 faizi şimal qütb dairəsinin daxilindədir. Bu regionu unikal edən əsas cəhət onun tamamilə əbədi donmuş zonada yerləşməsidir. Bəzi yerlərdə torpağın donmuş təbəqəsinin dərinliyi 300-400 metrə çatır.

Burada iqlim kəskin kontinentaldır. Qışda termometrlər bəzi rayonlarda mənfi 70 dərəcəni göstərdiyi halda, yayda müsbət 35 dərəcə isti müşahidə olunur. Bu, yer üzündə temperatur fərqinin ən kəskin olduğu bölgələrdən biridir. Lena, Vilyuy və Aldan kimi nəhəng çaylar bu torpaqlara can verir, lakin infrastrukturun çətinliyi səbəbindən ərazinin 85 faizinə çıxış yalnız mövsümi nəqliyyatla mümkündür.

Saxa xalqı türk mənşəlidir. Onların mədəniyyəti köçəri türk sivilizasiyası ilə qütb sivilizasiyasının nadir bir sintezidir. Yazılı tarix 1632-ci ildə Lena çayı sahilində Yakutsk qalasının təməlinin qoyulması ilə yeni bir mərhələyə qədəm qoyub. Bu il eyni zamanda Yakutiyanın Rusiya dövlətinin tərkibinə daxil olması ili kimi qəbul edilir.

Sovet dövrü, xüsusilə 1922-ci ildə muxtar respublikanın yaradılması, regionun sənaye inkişafının əsasını qoydu. 1920-ci illərdə qızıl, 1950-ci illərdə isə almaz yataqlarının kəşfi Yakutiyanı dünyanın ən mühüm mineral-xammal bazalarından birinə çevirdi.

Hazırda Saxa Respublikası Rusiya iqtisadiyyatının sütunlarından biridir. Statistik göstəricilər heyrətamizdir:

Rusiya almazlarının 95 faizi, dünya almaz hasilatının isə 25 faizi məhz buradan əldə edilir.

Region qızıl hasilatına görə Rusiyada 3-cü yerdədir.

Kömür, təbii qaz, neft və gümüş yataqları regionu nəhəng bir enerji mərkəzinə çevirib. “Sibirin Gücü” qaz kəməri və digər magistral xətlər bu zənginliyi dünya bazarlarına daşıyır.

İqtisadi artım əhalinin rifahına da təsir edir. 2023-cü ildə respublikada milyonuncu sakinin doğulması rəsmən qeyd olundu. Bu, sərt şimal şəraitində demoqrafik inkişafın mühüm göstəricisidir.

Yakutların dini inanc sistemi olduqca rəngarəngdir. İqtisadi uğurlara rəğmən, saxa türkləri öz milli kimliklərini itirməyiblər. Onların mənəvi dünyasının əsasını “Alqıs” (xeyir-dua) ayini, “Toyluk” mahnıları və məşhur “Oxuoxay” dairəvi yallı rəqsi təşkil edir. Rəsmi olaraq əhalinin böyük hissəsi Ortodoks xristian hesab olunsa da, xalqın ruhunda qədim şamanizm və “Ayıı” inancı hələ də çox güclüdür. Onlar təbiətin ruhlarla dolu olduğuna, hər dağın, çayın və ağacın bir sahibi olduğuna inanırlar. Xüsusilə yay gündönümündə qeyd olunan “Isıax” (İşıq, İstilik) bayramı saxa türklərinin milli ruhunun, günəşə və təbiətə olan ehtiramının ən bariz nümunəsidi. Bu bayramda şaman ritualları, milli rəqslər və qımız içmə ənənəsi yaşamaqdadı.

Yakutların qəhrəmanlıq eposu olan “Olonxo”, 2005-ci ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsəri elan edilib. Milli musiqi aləti olan xomus (qopuz) isə saxa ruhunun səsidir. Hər il yay gündönümündə keçirilən “Isıax” (İşıx) bayramı xalqın günəşə və təbiətə olan ehtiramını nümayiş etdirən, Rusiyanın ən möhtəşəm milli festivallarından biridir.

Saxa Respublikası bu gün həm də elm mərkəzidir. Dünyada yeganə olan Merzlotovedeniye (Əbədi Donuşluq üzrə Elm) İnstitutu burada yerləşir. Regionun rəhbərliyi, xüsusilə Başçı Aysen Nikolayevin rəhbərliyi ilə Yakutiya fəal beynəlxalq fəaliyyət yürüdür. Çin, Qazaxıstan, Türkiyə, BƏƏ və digər ölkələrlə qurulan iqtisadi-ticari əlaqələr regionun ixrac potensialını artırır.

Turizm sahəsində isə “Lena Sütunları” (UNESCO irsi), “Brilyant turları” və “Qış Yakutiyadan başlayır” festivalı bu soyuq diyarı dünyanın hər yerindən gələn səyyahlar üçün cəlbedici edir.

Yakutların bu günkü həyatı həm də keçmişlə qurulan körpünü xatırladır. Sərt iqlim, uzun qış gecələri və təbiətin çətin şərtləri onların xarakterində səbir, dözüm və birliyə xüsusi önəm vermə kimi keyfiyyətlər formalaşdırıb. Yakutiya, türk dünyasının uzaq bir guşəsində yerləşsə də, tarixi kökləri, dili və mədəniyyəti ilə bu böyük ailənin ayrılmaz bir parçası olaraq varlığını davam etdirir.

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

1998-ci ildə Hakkaridə tapılan 13 ədəd, təxminən 3500 il yaşı olan balbal

Dünya tarixçiləri türklərin bu coğrafiyaya ayaq basmasını Səlcuqlu Toğrul bəyin Rəvvadilər (mərkəzi Təbriz) və Şəddadilər (mərkəzi Gəncə) dövlətlərinə son qoyması ilə tarixləndirirlər.

1054-cü ildən hesabladıqda bu, cəmi 971 il edir. Lakin 1998-ci ildə Hakkaridə tapılan 13 ədəd, təxminən 3500 il yaşı olan balbal tarixi qarışdırdı.

Son Tunc dövrünə aid olan bu stellər başlarında papaq, əllərində kurqan qabları, bellərində kəmər və xəncərlə təsvir edilib.

Dünya tarixçiləri təxminən 25 il ərzində bu stelləri Assuriya və ya Urartu mədəniyyətinə aid hesab etsələr də, sonradan üzərindəki dini ayinlərin, silahların və geyim üslubunun onlardan tamamilə fərqli olduğu ortaya çıxdı və nəticədə onların proto-türklərə aid olduğu qəbul edildi.

Araşdırmalar göstərdi ki, bu balballar Güney Azərbaycanın Meşkinşəhr bölgəsində tapılan balbalların davamıdır. Eyni zamanda üzərlərindəki xüsusiyyətlər və silahlar bu gün Qazax, Gədəbəy, Xocalı və Yardımlıda aşkar edilən kurqan tapıntıları ilə tam uyğunluq təşkil edir.

Bu faktlar proto-türk bəyliklərinin çox erkən dövrlərdə Quzey və Güney Azərbaycan ərazilərindən Anadoluyadək uzanan geniş bir coğrafiyada mövcud olduğunu göstərir.

Beləliklə, dünya tarixinə baxdıqda görürük ki, müəyyən qəliblər formalaşdırılıb. Gücü və təsir imkanları olanlar öz tapıntılarını önə çəkərək istədikləri tarixi yazıblar.

Soruşanda bu coğrafiyada hər kəs “yerli”, hər kəs “aborigen” sayılır. Amma ortada türklərdən daha qədim və bu qədər sistemli arxeoloji iz buraxmış başqa bir mədəniyyət faktiki olaraq yoxdur.

Bu tapıntıları dünya elminə tanıdan və onların Azərbaycanla Orta Asiya mədəniyyəti ilə bağlılığını sübut edən arxeoloqlardan biri Prof. Dr. Veli Sevindir. O, bu stelləri Monqolustan və Sibirdəki “Marallı daşlar” və kurqan heykəlləri ilə müqayisəli şəkildə təhlil edib.

Prof. Dr. Aynur Özfırat isə stellərin Azərbaycan ərazisində: Meşkinşəhr, Qazax və digər bölgələrdə tapılan arxeoloji materiallarla əlaqəsini elmi əsaslarla ortaya qoyub.

Mənbə və müəllif: Orxan Atabəy

Orxan Atabəyin digər yazıları

Yeni ədəbiyyatı tanıyaq

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – ƏDN CƏNNƏTİ

ƏDN CƏNNƏTİ
Külək oynadır pərdəni,
Kölgələr gəzir üzündə.
Kirpiklərin enir, qalxır
Arzular axır gözündə…
****
Kölgələrlə qaçdı-tutdu
Oynayırıq ağ bədəndə…
Elə bil ki, kəpənəkdir
Cövlan edir göy çəməndə.
****
Dodaqlarım yaxalayır,
Aman vermir kölgələrə…
Kəpənəklər təslim olur,
Qonur fərqli bölgələrə…
****
Sağ ol, Günəş, sağ ol, pərdə,
Bir də yaylı, düz yatağım…
Şükür, ey uca Yaradan,
Əsl cənnətdir otağım!

24.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qoruya bilmədik vətən daşların – Tarix

Darende Yeniköyde bulunan Hitit dönemine ait Aslantaş heykeli ve başında bir jandarma askeri… Darende, Malatya. 1890’lar (renklendirilmiş görsel)
Darende farklı medeniyetlere ev sahipliği yapmış bir ilçemizdir.Kendim de Darendeli olduğum için ara ara gittikçe görme şansım oluyor. Ayrıca 1200 metre kadar yükseklikte deniz yıldızı bulmuşluğum vardır Darende’de.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub

Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub

Tanınmış jurnalist, yazıçı Şəfəq xanım bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün Azərbaycan Mətbuat Şurasında, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltifolunma mərasimi keçirildi. Bəndəniz də mükafat alanların sırasında idi.

İlk olaraq, milli mətbuatımızın atası H.B.Zərdabinin adı ilə bağlı olan yubiley medalı ilə təltif olunmağıma görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm…


Tarixdə 1969-cu ildi. Səkkizinci sinif şagirdi Şəfəq Məmmədova imzası ilə rayonumuzun “Yüksəliş” qəzetinin 19 aprel (№ 46 (1.045) tarixli sayında “Anam haqqında nəğmə” adlı ilk şeirim dərc olunmuşdu. Bundan sonra şeirlər, esselər, məktəb həyatından bəhs edən yazılarla rayon qəzetində müntəzəm olaraq çıxışlar etdim. Bir də baxdım ki, hər şeydən uca, dəyərli olan Sözlə sirdaşam. Sözə bunca aşiqlik məni jurnalistikaya gətirdi…

O vaxtdan bu günə, 56 ildir ki, qələmdən ayrılmadım. Yüzlərlə bədii, publisistik əsərlər, İrəvanda iki anadilli mətbuatın tədqiqi, transliterasiyası, 1 monoqrafiya, tarixi, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılıq yolunu əks etdirən tədqiqat xarakterli məqalələr, xeyli sayda kitabın redaktoru, onlarla kitaba yazdığım Ön söz və 13 adda müxtəlif növ və janrlarda ədəbi mətnlərin yer aldığı kitab…

Hazırda masamın üzərində iki irihəcmli əsər üzərində iş, arxivimdə olan iri qovluq arası xam materiallar, qəfl qafamda doğulacaq mövzular ömrün davamını da Sözlə, qələmlə (oxu bilgisayarla) baş-başa olacağımı deyir…”

“P.S. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025) ” yubiley medalına layiq görülmüş dostlarımı – ömrünün böyük bir hissəsini həqiqi mənada mətbuata, jurnalistikaya həsr etmiş həmkarlarımı təbrik edirəm.”

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Təhsildə incəsənət” layihəsinin ilk tədbirinin açılışı baş tutub

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən “Təhsildə incəsənət” layihəsinin ilk tədbirinin açılışı baş tutub.

Layihənin açılışı 150 nömrəli tam orta məktəbin direktoru Pərvanə Qorxmazlının çıxışı ilə başlayıb. Daha sonra çıxış üçün söz Azərbaycan İncəsənət Məktəbinin müəllimi, gənc aktyor və rejissor Məmməd Rəfiyevə, 150 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dürdanə Əsgərovaya, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Sonaxanım Bayramovaya və məktəbin psixoloqu Türfə Səlimovaya verilib. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.

İcra müddəti 6 ayı əhatə edən layihənin əsas məqsədi şagirdlərin dram dərnəyində iştirakını təmin etməklə onların təhsil üçün mühüm olan həyati bacarıqlarının inkişaf etdirilməsidir.

Layihə çərçivəsində 150 nömrəli tam orta məktəbdə 9–12 yaş arası 15 nəfər, 13–16 yaş arası isə 15 nəfər olmaqla ümumilikdə 30 şagird 4 ay müddətində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edəcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişafına, eləcə də tamaşaların hazırlanmasına şərait yaradacaq.

Dərnək iştirakçıları tərəfindən Abdulla Şaiqin “Tıq-tıq xanım” və Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” əsərləri əsasında hazırlanan tamaşaların 3 dəfə səhnələşdirilməsi və bununla da 300 təhsilalanın yaradıcı mühitdə iştirakının təmin edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ictimaiyyətin layihənin icrası və nəticələri ilə bağlı məlumatları yaxından izləməsi məqsədilə layihənin “Facebook” və “Instagram” sosial platformalarında rəsmi səhifələri yaradılıb.

Məlumatı hazırladı: AYSU TÜRKEL

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadənin “Zəfərlərə doğru” kitabı general Polad Həşimovun ev muzeyinə hədiyyə edilib

Etibar Həsənzadə “Zəfərlərə doğru” kitabını general Polad Həşimovun ev muzeyinə hədiyyə etmişdir.
Etibar kitabda Polad Həşimov haqqında geniş məlumat, “General Gəlir” və “Əfsanə General” poemalarına yer vermişdir. Generalımızın anası Səmayə ana Etibara dərin təşəkkür və minnətdarlığını bildirmişdir.


Ziyarət haqqında video çarx Etibar Salmanov YouTube.Com kanalına yüklənmisdir. Etibar “Zəfərlərə Doğru” kitabını Polad Həşimov adına Sumqayıt şəhər 28 saylı tam orta məktəbdəki Polad Həşimov muzeyinə də hədiyyə etmişdir və səmimi qəbula görə məktəbin direktoru Arslan müəllimə təşəkkürünü bildirmişdir. Arslan müəllim də dəyərli hədiyyəyə görə Etibara təşəkkürünü bildirmişdir.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Göytəpə şəhərində Bəxtiyar Vahabzadənin 100 illik yubileyi – Fotolar

Göytəpə şəhərində Bəxtiyar Vahabzadənin 100 illik yubileyi
24.12.2025-ci il tarixində Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin yeni istifadəyə verilmiş binasında görkəmli Azərbaycan şairi akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar məktəb rəhbərliyi, müəllim heyəti və Cəlilabad rayonunun tanınmış ziyalıları və qələm əhlinin iştirakı ilə olduqca gözəl və yadda qalan tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan və məktəbin dil-ədəbiyyat müəllimi, eyni halda Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu səmimi tədbirdə şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Mürsəlova (Şəhla Rəvan) açılış nitqində tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin Bəxtiyar Vahabzadənin adı və ədəbi irsinə göstərdiyi diqqət və qayğıdan söz açdı, Bəxtiyar Vahabzadəni Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi və Azərbaycan xalqının mənəvi irsi adlandırdı.
Tədbirdə iştirak edən məktəb müəllimləri və rayonun tanınmış ziyalıları, xüsusilə də Cəlilabad ədəbi mühitinin tanınmış simalarından: Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Zülfi Vellidağ, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, jurnalist, şair-publisist Ədalət Salman, tanınmış ziyalı pedaqoq, “Həməşəra” Fəxri Diplomu laureatı Dadaş Bayramov, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, “Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-publisist, şair Ehtiram Sevənli, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, yaçızı-şair Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd və fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən isə “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist Arzu xanım Əyyarqızı ayrı-ayrılıqda çıxış edərək şəhid Vasif Hüseynov adına orta məktəbin direktoru, elit-ziyalı pedaqoq və ədəbiyyatşünas Şəhla xanıma göstərdiyi qonaqpərvərlik və səmimiyyətə, həmçinin görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə ədəbi irsinə olan diqqətinə görə təşəkkür edib, görkəmli şairin həyat yolu və yaradıcılığından, şəxsi keyfiyyətlərindən söz açaraq maraqlı çıxışlar etdilər.
Çay süfrəsi arxasında keçən səmimi və gözəl tədbirdə məktəb şagirdlərinin Bəxtiyar Vahabzadəyə aid söylədikləri şeirlər və icra edilən “Gülüstan” poemasında aid səhnəcik tədbirə xüsusi təsir bəxş etdi. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I