Yemək şəkli paylaşmağın əleyhinəyəm. Ama indi danışacağım bu hadisə məhz lülə kababla bağlıdır. Göz haqqı deyilən bir haqq var ki bunun üçün qiyamətdə nəfsi düşən hər kəsin əli yaxamızda olacaq. Ama nə edim ki hekayəmiz bunla bağlıdır.. Atam haqqında yazmışdım. Atam kasıb ailənin bəxtsiz həkimi oldu.. Uzun müddət Şahbuzda baş həkimin müavini və bir ara da baş həkim işlədi. Yaxınlar bilir, o dövrdəki baş həkimlə çoxlarının arası yox idi. Atam da onla bağlı nə bilirdisə heç cür qəbul edə bilmirdi.( Anamın adı Rozettadır.. Atam Rozik deyirdi) Bir gün anama dedi ki Rozik mən işdən çıxacağam. Orda müdirin əlinin altında tab gətirə bilmirəm.. Anam da susdu.. Bir müddətdən sonra daha atamın arxacıyla sürücü gəlmədi. O özü səhər qalxır işə gedirdi. Naxçıvanda vərəm dispanserində işə başlamışdı. Səhv etmirəmsə 1994cü il idi. Vəziyyət elə də yaxşı deyildi. Naxçıvanda qaz, işıq problemi hamını ruhdan salmışdı. 4 saat sönən işıq 2 saat yandığı müddətdə xəttlər o qədər yüklənirdi ki, tez tez qəza baş verirdi.. Atama imkanlı dostları salyarka verirdi. Evdə salyarka sobasıyla isinirdik. Tez tez partlayan soba evi yaman günə qoyurdu.. Atam bu salyarkadan hər gün qaba doldurub işə aparırdı. Anam deyirdi neynirsən özünü yorursan? Deyirdi ki otağım soyuqdu. Saat 5ə kimi birtəhər olaram.. Elə bil Allah da bizə qəzəblənmişdi. Dizdən yuxarı qar yağırdı. Küçə kənarlarının qalın buZları mart ayında əriməyə başlayırdı. Atam 2 qışı beləcə əlində salyarka daşıdı işə… Bir gün anam soruşdu ki, maaşı bu gün alacaq. Xahiş elədi ki, 1kq ət alsın. Çoxdandı ət almırıq. Təsəvvür edirsiniz atam 6 şirvan yəni 12 manat maaş alırdı.. Heç kimdən də 1 manat rüşvət almırdı. Ətin qiyməti isə indiki pulla 3 manat idi. Atam alaram deyib işə getdi. Axşam əli boş qayıtmışdı. Ama üzündə xoş təbəssüm var idi. Anam o təbəssümə yaxşı ad qoymuşdu.. Bığının altında gülür.. Anam ondan ət barədə soruşmadı. Atam özü söhbəti açdı.. Rozik ət ala bilmədim. Anam masanı silə silə canın sağolsun deyib getmək istədi. Atam utana utana dedi. Soruşmursan niyə? Deməli naharda hazırlaşırdım gedəm qəssaba.. Orda yatan əsgərlərin danışıqlarını eşitdim. Biri deyirdi ki, sənə də kabab iyi gəlir? O biri deyirdi ki, kababın iyi yadıma gəlir ki… Rozik elə pis oldum. Orda 7 vərəmli əsgər var.. Getdim bütün maaşıma cürbəcür kabab aldım. Gətirib əsgərlərə verdim. Biri lap ağır xəstədir.. Cəmi 2 lülə kabab götürdü. Birini zorla yedi. Dedi birini də axşam yeyəcəm. Mən getdim kabinetə.. Doyunca ağladım.. Deyib atam uşaq kimi içini çəkə çəkə ağladı.. Anamın mənim qardaşlarımın gözü dolmuşdu. Həmin gecə mən də yerimdə xısın xısın ağladım.. O gün o əsgərə ağlamışdım. İndi bu yazını yazanda atamın mərhəməti qarşısında göz yaşımı saxlaya bilmirəm.. Və atam 1997ci ildə ağ ciyər xərçəngindən dünyasını dəyişdi. Yasın 7ci günü evə bir xanım gəldi. Dizlərini yerə vurub ağı deməyə başladı. Hamı ağlayırdı. Bu xanıma su gətirəndən sonra səsi titrəyə titrəyə danışdı. Mənim oğlum Əli həkimin xəstəsi olub. Əsgərlikdə pnevmaniya olmuşdu. Gətirdilər o xəstəxanaya.. Ağalaya ağlaya gəldim çıxdım xəstəxanaya.. Baxdım bir dolu qaraşın kişi palatada salyarka sobası yandırır. Əvvəlcə elə bildim ordakı işçilərdəndi. Oğlum dedi ki ana bax o bizim həkimdir.. Oğluma qalın corab da almışdı. Yeməyini də yanına heç kim gəlməyən əsgərlərə verər.. Deyir bir dəfə bizə o qədər kabab almışdı ki, ertəsi gün də yedik.. Yoldaşım şəhərə gəlmişdi dünən. Dedi ki, şəhərdə Əli həkim rəhmətə getmişdi.. Şahgəldiyev.. Tanış adam gedirdi mən də getdim.. Oğlum dünəndən ağlayır. Dedim gərək biz də gedək. Burda bir insan ölüb ee insan Dedi yenə ağlamağa başladı.. Qadın Ordubadlı idi. Bu isə atamın minlərlə etdiyi yaxşılığından biri idi… Mənim vicdan abidəmdir atam. Bəzən yaxşılığa inamımı itirirəm.. Ama tez düşünürəm və deyirəm Dünya, səndən Əli həkim adlı bir insan keçdi…!!
Hamının nöqtəyə, vergülə ehtiyacı olduğu bir məqamda durğu işarələri ilə bağlı şeirlərimi paylaşmaq qərarına gəldim…
DURĞU İŞARƏLƏRİ
Durğu işarələri olmayan cümlədəki sözü adam min yerə yoza bilər… Bircə artıq, yerinə düşməyən söz cümlənin mənasını dəyişə, onun nizamını poza bilər… Hər bir azara, dərdə çarə lazımdı, Bir də arifə işarə lazımdı… 18.08.2017 Los Angeles, Venis
NÖQTƏ
Nöqtə – ürəyə düşən xal, vicdan əzabıdı… Nöqtə – cümlələr arasında sərhədçi, ögeylərin üzünə bağlanan qapıdı… Nöqtə qoydunsa bir işə, şülüz bağlanır, sular quruyur… Nöqtə – cümlələrin hicabıdı, Onu naməhrəm baxışlardan – sözlərdən qoruyur… 18.08.2017 Los Angeles, Venis
ÜÇ NÖQTƏ Üç nöqtə dalımca gizlicə baxan sevdalı bir qızın nəmli gözləridi… Üç nöqtə deyilməyən sözlərin ayaq izləridi… 18.08.2017 Los Angeles, Venis
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Ruhların Görüşü ( 28 fevral 2023- cü il tarixdə Əli Kərimin həyat yoldaşı Elza xanım Kərimova 84 yaşında dünyasın dəyişib. Əli Kərimin, Elza xanımın və onların gənc yaşında dünyasını dəyişən oğlu Orxanın əziz xatirəsinə ehtiramla)
-Baxma mənə, nə olar, yalvarıram Əli! Sən ki, mənə günəşim deyirdin. 54 illik ayrılq qırışlardan üzümdə naxışlar çəkib. O sığal çəkdiyin tellər elə ayrılığımızın ilk ilindəcə bəyaza bürünmüşdü. Solub sənin günəşin sənsizliyində. Sənə qurban, baxma mənə. Utanıram. Utanır sənin Elzan! Sən gedən gündən itən gözəlliyim qoşulub cənazənə gedib məndən. Baxıb məni tanımazsan. Bir də istəmirəm küskün nəzərlərinlə məni süzüb deyəsən ”Elza, niyə belə gec gəldin” Yadındadır İlyas müəllim bizi təzə tanış etmişdi. Hər dəfə görüşə bir az gecikəndə üzə vurmasan da incidiyini hiss edirdim. O vaxt yarımca saata hövsələn yerindən oynayırdı. Bəs 54 qışı, 54 payızı necə gözlədin? Bağışla Əli! Axı körpə Paşanı, Azəri, Orxanı mənə əmanət etmişdin. Onları qoyub gələnməzdim, başsız qalardılar. Heç mən də baxa bilmirəm üzünə. Qoruya bilmədim Orxanı, tələsib görüşünə tez çatdırdı özünü. Lap sənin kimi ürəyinə saldı yan-yörədən ötüb keçən ağrıları. Yadındadı Musa Yaqubun sənə yazdığı şeiri?
Yox, xatırlamıram!
Musa sənlə axırıncı dəfə metroda görüşüb. Sən “Gənclik” də düşmüsən. Sonra da məni tək qoyub köçdün son mənzilə. ”Əli gənclikdə düşdü, əbədi olaraq” yazmışdı Musa müəllim. Bilirsən, bu şeir məni illərlə necə ağladıb? -Axı Musa Yaqub mənim əbədi səfərimdən sonra yazıb bu şeiri. Heç xəbərim olmayıb. -Nə olar Əli, səni bir vaxtlar danladığımı da bağışla! Bir də metro çıxışında, yağışlı havada qəsdən gözlətdiyimi də bağışla. Onda gec gəlmişdim deyə heç hirslənməmişdin. İndi də gecikdim, lap çox, düz 53 il 8 ay! -Dəlisən Elza! Yadındadı elə həmən yağışlı gündə sənə dediklərim? Səni illərlə gözləyərəm, yorulmaram, bezmərəm! -Mən qocalmışam. Daha o vaxtkı Elzadən əsər belə qalmayıb.
Əzizim, ayrıldığımız 69-cu ildən sən heç dəyişməmisən. Elə deyingən Elzasan ki qalmısan. Günəşimsən. Bir də de görüm Paşaya tapşırdınmı özündən muğayət olsun. Ondan çox nigaranam.
Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəm ilə ADPU-da görüş keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairi, “Şöhrət” medalı mükafatçısıı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində görüş keçirilib. Tədbiri giriş sözü ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova (Nağıqızı) açıb. O, Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixi köklərinin mövcudluğunu, bu gün də əlaqələrin yüksələn xətt ilə irəlilədiyini diqqətə çatdırılıb. Mahirə Hüseynova həmçinin müəllifin Azərbaycanda çap olunmuş kitablarının, Azərbaycanla bağlı olan yaradıcılıq nümunələrinin geniş elmi ictimaiyyət tərəfindən də araşdırılmasının, elmi qiymət verilməsinin vacibliyini qeyd edib. Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək, Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusu üçün doğma olduğunu, onun yaradıcılığında Qarabağ mövzusunun xüsusi əhəmiyyət daşıdığını, ədəbi əlaqələrimizdə xidmətlərinin önəmini vurğulayıb. Şair Xasiyyət Rüstəm universitetin professor-müəllim heyətinin suallarını cavablandırıb, professor-müəllim heyəti ilə ədəbi əlaqələrimizin inkişafı yolunda görülməsi vacib olan işlər istiqamətində fikir mübadiləsi aparılıb. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxışı zamanı Xasiyyət Rüstəmin rəhbərliyi ilə nəşr olunan “Kitab dünyası” qəzetinin hər sayında Azərbaycan müəlliflərinin yaradıcılıq nümunələrinin çap olunduğunu, Xasiyyət Rüstəmin yaradıcılığında, fəaliyyətində Azərbaycanla bağlılığın çox parlaq olduğunu vurğulamışdır. Tədbirin sonunda professor, şair Mahirə Hüseynovaya (Nağıqızına), şair Əkbər Qoşalıya və fakültə dekanı Könül Həsənovaya “Kitab dünyası” qəzetinin fəxri diplomları təqdim olunub. Görüş xatirə fotolarının çəkilişi ilə yekunlaşıb. Fotolar:
Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutan tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular qatılıb. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açıb. AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi adlandırıb. Onun yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. Çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Filologiya elmləri doktoru, professor Ramiz Əsgər çıxışında Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixində, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib. Dünya ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, yazarı təbrik edib. Daha sonra çıxış edən. Özbəkistanın xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şerrmuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı, yazar Zaur Ustac və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs ediblər. Tədbirin sonunda söz günün səbəbkarı, Özbəkistanın “Şöhrət” medalı laureatı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmə verilib. O tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şeirlərindən nümunələr səsləndirib. Təqdimat mərasiminin sonunda “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən Xasiyyət Rüstəmə “Ziyadar”mükafatı, Xasiyyət Rüstəm tərəfindən isə tədbirin moderatoru Səlim Babullaoğluna “Kitab dünyası” qəzetinin diplomu təqdim olunub. Tədbirə yekun vurulub. Fotolar:
Qeyd: Təqdimat 24.01.2024-cü il tarixində baş tutub.
Beni sensiz bıraktığın günleri, yaşamadığım her baharı doyasıya yaşamak istiyorum. Şafak vakti, güneş doğduğunda kim bilir belki yeniden doğarım.
Yokluğunun bütün yalnızlığını avuçlarımda taşıdım, avuçlarımdan oluk,oluk ter döktüm ırmaklara.
Ben çayırların büyüdüğünü hiç görmedim
Ellerimin değdiği yere dikenler parmaklarına batmasınlar diye hiç gül dikmedim.
Sensiz hiçbir çiçeğin kokusunu ciğerlerime çekmedim .
Kaldırımlarda tek başıma yürürken yağmurun beni ıslatmasına asla izin vermedim.
Her gün gökyüzünün altında ölü bir ağaç gibi iki hece arasında seni bekledim.
Eskimiş sözlerin inandırıcılığını yitirdiği yerde yenilikler bulacağımı düşündüm.
Ağaçların dallarından düşen yapraklarla birlikte düşmeye hazır değildim.
Tahtım sadece senin kucağın olmalıydı Saçlarımda sadece senin ellerin gezinmeliydi.
Keşke sadece benim iklimim olsaydın Başkasının iklimi değil.
Zamanın iki evresi arasını hatırlıyor musun? Vahşi rüzgarın uğultusunda Sessizliğin nabzını dinlerken ne kadar tutkuyla sevişirdik
Kurumuş yapraklarla birlikte yere düşüp yeniden kalkardık Yeni rüzgarlarla esen yeni korkulara tek beden olurduk.
Şimdi tüm aynalar sıralanmış, benden kaçmak için bahane arıyorlar Hiç bitmeyeceğini sandığım nefesim, beni terk etmek için fırsat kolluyor. Geceleri yürüyen gölgen benim gölgeme veda etme telaşında.
Ağlıyorum, ağlıyorum, sonra hiçbir şey olmamış gibi gülümsüyorum .
Her düşüncenin kollarında bir çocuk Her gecenin yalnızlığında karanlığımı aydınlatan mum ışığı oldum.
Artık biliyorum biliyorum Senden uzakta başka baharlarda gözlerimi kapattığımda rengarenk çiçekler açacaklar.
Ömrün bəlli bir məqamı gəlib yetişdi. Hardan gəldi, necə keçdi, xəbər də tuta bilmədim. Bildiyim tək bu oldu ki, həyat deyilən çox amansız, dünya adlanan çox fani, ömür isə çox şirindir.
…Bu şəklin 50-dən çox yaşı var. Anamın qucağındakı mənəm – ən qayğısız, ən rahat bir uşaq kimi sığınmışam Anamın nəfəsinə. O uşağın taleyi hər bəladan ötüşsə də, gəlib 55-ə yetişdi.
Ona görə çata bildi ki, gözəl insanların xeyir-duası, alxışı, qayğısına bələndi. Başına gələn qovğalardan da bunun sayəsində ötüşə bildi.
Necə ki, bir həftədi təbrik və xoş arzular selinə qərq edib məni əziz insanlar. Bütün xoş sözlərinizin, arzu və istəklərinizin, alxışlarınızın üstünə on qatını artırıb özünüzə qaytarıram, əziz insanlar, sevgili dostlar, istəkli arkadaşlar!
Ən gözəl günlər Sizin olsun. Ən şirin arzularınız bərqərar olsun. Ən uzun illər nəsibiniz olsun.