TƏCNİS Xudam onnan məni yoxdan yaradıb, Ayırmaz, o yara yar edər məni . Bir qonçaydım, bitdim dostun bağında, Dilim ilə dedim yara dər məni . * * * Tutmuşam dəstimdə gözəl nizamı, Nəbatı, Firdovsi, gözəl Nizami , Təqdiri-qüdrətin gözəl Nizami, Mənə dərd verib, yara dərmanı . * * * Hilal qaşın bənzətmərəm tər yaya Ələsgər də dastan edə, dürr yaya, İstəsə göl elər, qatar dəryaya , Yaratsa təzədən, yaradar məni. Müəllif: Aşıq Ələsgər
BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏCƏSSÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA
(Zərifə xanımı anım günü münasibətilə)
Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasınnın akademik, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Müzəffər Ali Baş komandan İlham Əliyevin və Sevil xanımın anası Zərifə xanım Əliyevanın anım günüdür.
Zərifə xanım Əliyeva görkəmli alim-oftalmoloq olmuşdur. Təkcə oftalmoloqmu?! Xeyir, O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənəşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağırdır və onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya xas idi.
1767-ci ildə Helmolts adına institutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi indi də məmnuniyyətlə xatırlanır.
Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş profilli mütəxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu mühazirələr bunu bir daha sübut edir.
Görkəmli alim istər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də, publisistik çıxışlarında özünün natiqlik istedadını göstərmişdir. Müxtəlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olunmuş məruzələri necə də heyranlıqla dinlənirdi, istər-istəməz məruzəçinin fəlsəfəyə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.
Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olunur. Zərifə xanım peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövrünün peşə diaqnostikasına dair monoqrafiyanı nəşr etdirir. Onun elmi tədqiqatları arasında göz damarlarının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur. Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.
Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. O, fortepiano sinfi üzrə musiqi təhsili almışdı. Musiqi təhsili alan musiqiçilərin əksəriyyəti yalnız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələdiyi musiqini ifa edir. Zərifə Əliyeva ifasında həm klassik, həm də populyar musiqini böyük zövqlə ifa edir, həm də röyalda zəngin daxili hisslərini, bütövlükdə musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəllifin bəstələdiyi akkord və melodiyaları “quru” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğzini şəxsi hisslərinin süzgəcindən keçirirdi.
Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq biruzə verir. Bu mövzuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap etdirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.
Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıca isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Yaddaşın nə zamansa ilk baxışdan kiçik, lüzumsuz görünən elə məqamları üzə çıxır ki, insan həyatdan köçəndən sonra məhz o məqamların daha önəmli, əhəmiyyət kəsb etdiyini anlayırsan. Bu isə “ölülərdən çox dirilərə lazımdır”. Nə qədər ki, bizim yaddaşımız yaşayır, deməli, həmin yaddaşdakı adam da yaşayır. Neçə ki, bizim beynimizdən qiymətli xatirələr silinib getməyib, istər-istəməz xatırlamaq anlamaq, fikirləşmək, yazmaq istəyirsən.
Zərifə xanım da yuxarıda qeyd etdiyimiz kimi təkcə görkəmli alim, istedadlı pedaqoq və tərbiyəçi, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatı laureatı, tibb elimləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbədi yaşayacaqdır.
Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qatlarında üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır, bərq vurur. Görkəmli alimin yaradıcı həyatının ana xəttini, heç şübhəsiz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra ömrünü oftalmologiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz incəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstərmişdir. Onun yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımlarını atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub. Gənc həkim 1948-ci ildə bu kafedrada ilk ixtisas kursunu keçir, göz həkimi diplomu alır, sonradan uzun illər ardıcıl olaraq Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent, professor və kafedra müdiri vəzifələrini tutur, daim bizim kafedra ilə sıx yaradıcılıq əməkdaşlığı saxlayır, Azərbaycan üçün oftalmologiya mütəxəssisləri hazırlayır. Bu illər ərzində o, gözəl diaqnostik, kilinik və cərrahoftalmoloq kimi təşəkkül tapır, əsl pedaqoq istedadı üzə çıxır.
Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-oftalmoloqlar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi səviyyədə mühazirələr oxuyur. Zərifə Əziz qızının pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Trapevtik oftalmologiya” kitabıdır. Burada dünya oftolmoloji təcrübənin yenilikləri öz əksini tapmışdır. Həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuznetskdə və Xarkovda oftalmologiyada terepevtik problemləri araşdıran Həkimləri Təkmilləşdirmə İnstitutlarının göz xəstəlikləri kafedrasının professor-müəllim heyətinin birgə gərgin zəhmətinin məhsulu idi. Zərifə xanım həmin kitabın ən samballı bölmələrini yazarkən təbii ki, özünün zəngin klinik təcrübəsinə və elmi tədqiqatlarına əsaslanmışdır. O, eyni zamanda həmin kitabın illustrasiyalarla zəngin olan “Görmə orqanının endo krinik xəstəlikləri”, “İridosiliar distrofiyalar”, “Görmə orqanının virus xəstəlikləri” bölmələrinin hazırlanmasında da fəal iştirak etmişdir. Həmin əsərləri oxuyan həkimlər neçə illər bundan sonra da görkəmli alim və pedaqoqun ideyalarını əməli işə tətbiq edəcəklər.
Görkəmli alim dərs vəsaitləri ilə yanaşı dövrü mətbuatda çap etdirdiyi məqalələrdə elmi nöqteyi-nəzərindən həkimlərin təkmilləşdirilməsi məsələlərini də araşdırmışdır. Onun 1984-cü ildə “Oftalmologiya xəbərləri” jurnalını 5-ci nömrəsində yazdığı “Oftalmoloq kadrlarının təhsili və tərbiyəsi” sərlövhəli baş məqalə buna əyani sübutdur. Zərifə xanımın “Həkimləri təkmilləşdirmənin elmi əsasları” məqaləsində internatura, klinik ordinatura, ilkin ixtisaslaşdırma, ümumi və tematik təkmilləşdirmə, informasiya kursları, seminar və simpoziumlar vasitəsilə göz həkimlərinin təhsil sisteminin inkişafının əsas istiqamətləri müəyyənləşdirilir. Məqalə redaksiya heyətinin sifarişi ilə yazılmış və jurnalın 100 illik yubleyi münasibətilə çap edlimişdir.
Zərifə xanım fundamental elmi araşdırmaların müəllifi olan, tibb elminə nəhəng töfhələr vermiş, böyük erudisiyaya malik görkəmli alim kimi də geniş tanılırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Alimin “Yaşla əlaqədar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası bunu bir daha sübut edir. Burada konkret şəraitdə görmə orqanının vəziyyətini öyrənən klinik istiqamətli elmi müddəaların bütöv bir silsiləsi öz əksini tapmışdır. Bu elmi işlər sırasında böyük yaradıcı əməklə başa gələn Ozbəkistanın “Meditsina” nəşriyyatı tərəfindən çap edilmiş “Şəkərli diabet zamanı göz xəstəlikləri” adlı monoqrafiya xüsusi əhəmiyyət kəsb edir. Bu qiymətli əsərində Zərifə xanım bir sosial mənbə kimi Orta Asiya və Qafqaz regionunu götürərək insanlar arasında teztez müşahidə olunan və kifayət qədər geniş yayılmış şəkərli diabet zamanı yaranan göz xəstəliklərinin patoloji, klinik, diaqnostik və müalicəvi xüsusiyyətlərini araşdırır. Elmi siqlətinə görə bu nəşr nadirdir və bu gün də oftalmoloqların stolüstü kitabıdır.
DANIŞAN FOTOLAR – TARİX YAŞAYAN ANLAR:
Görkəmli akademik, tanınmış ictimai xadim, gözəl pedaqoq və nəcib insan Zərifə xanım Əliyevanın xatirəsi unudulmazdır.
Qələndər XAÇINÇAYLI – tədqiqatçı-jurnalist, şair — yazıçı, publisistdir.
Bu gün Qələndər Xaçınçaylının doğum günüdür… Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Allah sənə qəni-qəni rəhmət eləsin, Qələndər, Ağdam alındı… Daha ruhlar sərgərdan dolanmayacaq… Yenə Ağdamda yasəmənlər çiçək açacaq… Ruhun şad olsun…
QISA ARAYIŞ
Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) 15 aprel 1958-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olub. Qələndər Xaçınçaylı — Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair — yazıçı, publisistdir. 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib.1981-ci ildən, 2020-ci ilə dək mətbuat sahəsində fəaliyyət göstərən yazarın , son iş yeri [[Həftə içi (qəzet)]]i olub. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub. Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və “Gənc şairin ilk kitabı və ilk söz” ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas alim, professor Qurban Bayramov (tənqidçi) olmuş və bu istedadlı gəncə uğur diləmişdir. İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” — publisistika (2008), “Şərəfli ömür” — (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), Şahin Qasımovun ömür yolu haqqında “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına təqdim olunmuşdur. Son kitabı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən “Taclı şair” (2020) olmuşdur. Qələndər Xaçınçaylı 25 avqust 2020-ci ildə koronavirusdan müalicə olunduğu Yeni Klinika Tibb Mərkəzində vəfat emiş və Bakı şəhərində dəfn olunmuşdur.
Əgər yolun düşsə bizim dağlara, Bağrı köz lalədən bir xəbər götür. Həsrətdən tər çələng düzüm dağlara, Axşamı dan eylə, dur səhər götür. >>>> — <<<< Nəfəsimlə oxşa Xustubun başın, Ara qayasında dözümün daşın! Yaşıl yaylaqlara, gözümün yaşın, Şehi qurumamış, min kəhər, götür. >>>> — <<<< Dinlə şırıltısın buz bulaqların, Toxunsun gözünə qız dodaqların, Allansın mehinə gül yanaqların, Kövrəl, xəyala dal, dön, qəhər götür. >>>> — <<<< Çaqqal yuva salmış Qurd yerlərinə, Qovub, qovalayıb dürt yerlərinə, Viranə, talanmış yurd yerlərinə, Dönəndə qayğısız bir şəhər götür. >>>> — <<<< Göy səma üç rəngli bayrağa dəysin, Buludlar önündə başını əysin, Çəmənlər yamyaşıl donunu geysin, Sevgi ver, eşq adlı bar, bəhər götür. >>>> — <<<< Lalə, bu naməni düz Pərvanəyə, Əhdinə, andına düz Pərvanəyə, Al çapar, al götür düz, Pərvanəyə! Zəngəzur elindən bir səfər götür! 05. 04. 2021.
Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.
Bu foto 1992-ci ildə Xocalıda çəkilib. Erməni əsgərləri meşədə gizlənməyə cəhd edən AZƏRBAYCANLI qadın və uşaqları əsir götürüb. Daha sonra İşgəcə veriləcək və aqibətləri məchul olacaq.
Bu gün “Təzadlar” qəzetinin 28 yaşı tamam olur. Bu münasibətlə redaksiyanın öz rəsmi açıqlamasını sizlərə təqdim edirik:
“1993-cü ildən “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” diləyi ilə ölkənin qəzet ailəsinə daxil olan “Təzadlar” 28 ildir nəşrini davam etdirir. Rastımıza çıxan, bizi 28 ildir qaralayan təhdid və təzyiqlərə, qısqanclıqlara… baxmayaraq biz 28 illik Azərbaycan adlı yolu başı uca, alnı açıq gəldik və gedirik. Ünvanımıza çoxsaylı çamurlar atıldı-dözdük, yolumuza kötüklər diyirləndirildi-tab gətirdik, qarşımızı kəsdilər-itiləndik və irəliyə itələndik! Çünki Azərbaycanda həm də haqqı sevənlər, həqiqəti dəstəkləyənlər nəinki çoxdur, lap çoxdur! Var olsun Azərbaycanı ki, Qarabağı xilas etdi, deməli, Allah da onu hər zaman ən böyük çətinliklərdən xilas edəcək! Təbii ki, məsuliyyətli günləri yaşayırıq, yaşamaqdayıq. Biz özümüzə və dövlətimizə, Prezidentimizə güvəndik. Xalq Qarabağ məsələsində potensial gücünə və səbrsizliyinə güvənən kimi. Səbrsizliyimiz 30 illik erməni işğalına son qoydu. “Təzadlar” cəmiyyətin tərkib hissəsi olaraq bu yolda əlindən gələni etdi, ürəyinə gələni yazdı, dünyaya 44 günlük müharibədə haqqın-Azərbaycanın səsini çatdırdı. Bu gün 28 ildir ayağının altı qazılan, badalaq vurulan və bu inadkarlığına görə iki əməkdaşı Avropa Parlamentinə üzv ölkələrin media camiəsinə akreditə vəsiqəsini alan qəzet Azərbaycan mediasında ilkə imza atdı. Bu gün adı Türkiyənin nüfuzlu media quruluşlarında təmsil olunan və göydə Allaha, yerdə xalqa və Prezidentə güvənli qəzetin baş redaktoru Dünya Türk Qəzetçilər Birliyinin vitse-Prezidenti seçilib (Daha bir əməkdaşımız isə bu nüfuzlu quruma üzvülük vəsiqəsi alıb). 28 yaşını tamamlayan bu qəzetin bir əməkdaşının oğlu 44 günlük Zəfər qələbəmizdə 2 medala layiq görülübsə, bundan niyə qürurlanmayaq! Bu qəzetin baş redaktoru Trtajans Media Holdinqinin sədr müavini seçilibsə, bundan niyə də ikiqat sevinməyək! Qısası, biz 28 ildir təkcə yol gəlmirik, həm də yol gedirik! Bu yolda bizə dəstək olan külli Azərbayna, Azərbaycanın dəyərli və ədalətli insanlarına, haqqı sevən ziyalılarına dərin minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik. Və nəhayət, Azərbaycanı Qarabağlı, Şüşalı, Laçınlı, Ağdamlı, Cəbrayıllı, Kəlbəcərli… edən Azərbaycanın Ali Baş Komandanına, müzəffər Ordumuza borcluyuq! Tanrı Türkiyəmizi-Azərbaycanımızı qorusun ki, biz də bu gücdən güc alıb söz meydanında özümüzün sözümüzü deyə bilək, Azərbaycanın söz haqqını dünya mediasında qoruya bilək!” “Təzadlar” redaksiyası
Biz də “Yazarlar” olaraq, başda Asif müəllim olmaqla “Təzadlar”ın bütün yaradıcı heyətini bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzu edirk! Uğurlarınız bol olsun!