Etiket arxivi: Laçın şəhəri

“Oriyentir Ulduzu” Laçın səmasında

Simurq izləyicilərimiz. Bu dəfə sizə şair, yazıçı, tərcüməçi Zaur Ustacın Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Oriyentir Ulduzu” kitabı haqqında danışmaq istəyirəm. Kitab orta məktəb şagirdləri və yeniyetmələr üçün nəzərdə tutulub. Bu kitab 2016 cı ildə çap olunanda heç birimizin ağlına gəlməzdi ki, kitabda adı çəkilən yerlərə yenidən qayıdacayıq, düşmən tapdağında olan ərazilərdən əsgərlərimizin yığıb qurutduğu bənövşəni özümüz dərəcəyik. Zaur Ustac həm də hərbiçi olduğu üçün hərbi hissəni, döyüşü çox gözəl təsvir edib.

… İndi Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki gəl, gəl bu tərəfə gəl, buralar səni gözləyir deyir …

Uğurlarınız bol olsun Zaur bəy. Qalib Azərbaycanın qürurlu vətəndaşı olmağın sevincini yaşayaq hər zaman.


Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Qismətin “Duman”ı Laçına səs saldı – Kitab

Laçın Simurq Kitabxanası yeni rubrika : Kitabxanamızda olan kitablar haqqında izləyicilərə hər həftə məlumat verməyi qərara aldıq. İlk olaraq yazıçı olduğunu 2 il əvvəl öyrəndiyim, tanınan aparıcı və bir neçə verıişin redaktoru Azər Qismətin “Duman” kitabı ilə başlamaq istədim.

Hekayələrin dili o qədər axıcılır ki, ilk oxuyanda mündəricat yazılanda doğrusu təəcüb etdim. Müəllif bəzən bir cümlə ilə hekayənin bütün məzğini anladır. Sadəcə
bir cumlə kifayətdir ki, əsər qəhrəmanının iç üzü açılsın.: Axi necə ola bilərdi ki, illərlə hamını qarmağa keçirməyi bacaran milyonçu kiçik balığın əlində əsir-yesir qalıb. Bașqa bir cəhət: Müəllif guya qəhrəmanı tərifləyir, əslində isə yazıçı dili ilə onu tənqid edir və bir cumlə ilə hekayəyə möhürünü vurur: Hətta ailəlikcə șüar da filirləşmişdik. Kaş ki, hamı lal və kar olaydı. Açığı bütün hekayələr diqqətimi çəkdi. Hər kəsə kömək etmək istəyi ilə başından zərbə almaq istəyən yeniyetmə, beyinin düşünən
damarını kəsdirmək istəyən pasientə qoșularaq ağlayan psixoloq, üzgün ușaqları güldürən eynəkli oğlan, psixoloqun axmaq müavininə verdiyi dərs, şaxta babanın müğənninin evinə getməyi
və ordakl söhbət. Bir sözlə hansı hekayəni oxudumsa bir məna kəsb etdi mənim üçün. Sonda qərara gəldim ki, bu kitab doğrudan da ən yüksək yerlərə layiqdir. Əziz dostlar hər birinizə oxumağı tövsiyə edirəm. Həqiqətən qazancım oldu bu kitab.

Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru