Etiket arxivi: YAZAR

Şeirlər – Zaur USTAC – Ədəbiyyat qəzetində

ZAUR USTACIN YAZILARI

Hermafrodit

Məchulsa, cinsi bir kəsin,

Bəlkə, hermafroditdi…

Adı yoxsa, bir nakəsin,

Bəlkə, hermafroditdi…

* * *

Qışdı, ya payız bilinmir,

Qovun, ya qarpız bilinmir,

Oğlandı, ya qız bilinmir,

Bəlkə, hermafroditdi…

* * *

Adamdı, oyux bilinmir,

Bordaxdı, burux bilinmir,

Atdı, ya ulax bilinmir,

Bəlkə, hermafroditdi…

* * *

Şalğamdı, pazı bilinmir,

Çoxu çox, azı bilinmir,

Ördəyi, qazı bilinmir,

Bəlkə, hermafroditdi…

* * *

Nə sudadı, nə quruda,

Nə lildədi, nə duruda,

Çatmayıb, qalıb boruda,

Bəlkə, hermafroditdi…

* * *

Bilinmir hara malıdı,

Ayağında at nalıdı,

Qabağında it yalıdı,

Bəlkə, hermafroditdi…

* * *

Halından halıdı Ustac;

Dərdi böyük, dərdə möhtac,

Nişanı var, ləçəkli tac,

Bəlkə, hermafroditdi…

Məşəqqət

Yenə çalardan qabaq

Açıram gözlərimi…

Aman Allah, hardayam?

– Qucuram dizlərimi…

* * *

Elə həmən yerdəyəm;

– “Göyün yeddi qatı”dı,

Hələlik “Koroğlu”yam,

Atım, onun atıdı…

* * *

Özüm də “Çənlibel”də

Duman, çənə düşmüşəm,

Səhərədək yuxuda

Bişirmişəm, bişmişəm…

* * *

Elə həmən qatdayam;

Öz evim, öz otağım,

Simurq kimi dözümlü,

Qu qanadlı yatağım…

* * *

Alt  qonşunun ah-vayı,

Üstdəkinin  cır-cırı…

Sərçələrin cik-ciki,

Xoruzların dır-dırı…

* * *

Bir yandan qaratoyuq,

Bir yandan da pişiklər…

Oxur sevgi nəğməsi,

– Utanmazlar, düşüklər…

* * *

“Əldəndışqarı” sözü

Nəsə düşür yadıma…

Sonra nöqsanlarımı

Yükləyirəm adıma.

* * *

Təxəllüsə sığınıb,

Birtəhər oyanıram…

Hələ alaqaranlıq,

– Bir xeyli dayanıram…

* * *

Qəfil saat zəng çalır,

Sonra oxunur azan…

Həyətdə süd satanlar

Dınqıldadırlar qazan…

* * *

Qopur dizimin bağı;

– Xəyalda iydə qoxur…

Hamı əvvəlki kimi,

Sevgi nəğməsin oxur…

* * *

Ah-vay, cır-cır dayanır,

Susur qaratoyuqlar…

Xoruzun dır-dırına

Cavab vermir toyuqlar…

* * *

Kəsilir bütün səslər,

Xəyalda iydə qoxur…

Pişiklərsə, aramsız,

Sevgi nəğməsin oxur…

Təzə söz

Təzə söz eşitmişəm,

Göydən Yerə gəlmədi.

Yəqin ki, maraq etdin,

Görən hansı kəlmədi?

* * *

Səbr et, indi deyərəm,

Kökü Loqos, logiya.

Təptəzəcə elmdir,

Adı “Tapdalogiya”.

* * *

Çox mötəbər ağızdan

Eşitdim lap indicə.

Pek anlamlı kəlmədi,

Mənasına gəlincə.

* * *

Cığıra düşüb getmək,

Olub tipalogiya.

Ənənəni yaşatmaq

İndi Tapdalogiya.

* * *

Afərin, bərəkAllah!

Gorun çatlasın, Sabir!

İndi daha sabahdan

Qazilmayacaq qəbir.

* * *

Yandırıb Ataları

Sovuracağıq külün…

Mən bu işə ağladım,

İstərsəniz siz gülün…

İlkin mənbə: edebiyyatqazeti.az

Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nəzakət Kərimova Əhmədova – Bir ovuc Günəşin işığından…

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Çağdaş poeziyamızın tanınmış siması, filologiya üzrə fəlsəfə doktoru,”Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San Yarlığı” mükafatçısı, “Kitab Evi” İB-nin sədri, AYB- nin üzvü şair Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabının möhtəşəm təqdimatına və ad gününə yıgışmışdıq…
Şeirləri türk, ingilis, fars, fransız, rus, qırğız və özbək dillərində tərcümə olunmuşdur:
Od burda, hava burda
torpaq burda,su burda,
Tanrının yolu düşüb
bizdən öncə bu yurda
Qurban dedim bu canı
Ona sevgim əzəldir,
Mənim oldugu üçün
Azərbaycan gözəldir….
Adilə Nəzərin bütün şeirlərində vətən sevgisi, vətəndaşlıq qüruru, mərdlik, təvazökarlıq hissləri və qələbə ilə başa çatan II Qarabag Müharibəsi şəhidlərinə həsr olunmuş mövzuları geniş yer tutur. Şeirlərində dilimizin gözəlliklərini qoruyur, çünki dilimizi qorumaq Vətəni qorumaqdır, bu da əsl vətənpərliyin əsas meyarıdır.
Adilə xanım şəhidlərimizdən Xudayarın, Albert Aqarunovun, general Polad Həşimovun, Atiq İbrahimovun, Camal İsmayılovun, Cəbrayıl Dövlətzadənin və neçə-neçə igidlərimizin xatirəsinə həsr etdiyi şeirlərində ürək yanglsı ilə:
Gözünü yummadın soyuq səngərdə
Gecələr bizin də yuxumuz azdı
Sən ey fateh ogul,sən ey sərkərdə,
Şəninə min dastan yazılsa azdı
Xoşbəxt sabaha ümidlə yaşamagın – deməsi,
Gəlsəm bir gün yalvarsan aglasam…
Göz yaşlarımla yuyulsa illərin kiri, kədəri
Hər şey dəyişsə…
gül çiçəklə sevişsə…
torpaq bərəkətli olsa
hava günəşli,
Həyat sevgi kimi tərtəmiz, agappaq…
gəlsəm bir gün aglasam,
hər şey dəyişərmi, Qarabag?!-
düşüncələri ilə vəsf edir.
Adilə xanım qazilərimizə olan ehtiramını da şeirlərinə köçürür:
Üz-üzə dayanıb mənfur yagıyla
Keçib imtahandan can sınagıyla,
Girdiyi meydandan tək ayagıyla
Çıxan qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə
Savaşa atılıb bıçaq-nizəylə…
Gözünü itirib,könül gözüylə,
Baxan qaziləri salamlayıram….
Qoymadı zəfərə bizi tamarzı,
O, xan qaziləri salamlayıram….
Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabı sayca on birinci kitab olsa da, şeirlər toplusu olaraq 8-ci kitabıdır.Şeir nədir?-deyən şairə: “Mən sənin dostlarına yeni bir dost bagışlamaq istədim- bütün kitablarımda, şeir..”-deyir.
Adilə Nəzərin ədəbi – bədii yaradıcılığından saatlarla, günlərlə danışsaq da azdır. Bunu təqdimata toplaşanların da ürək sözlərindən də gördük…

Mayın 26-sında AYB -nin Natəvan klubundakı görüşdə Yazıçılar birliyinin katibi, yazıçı- publisist Elçin Hüseynbəyli giriş sözü ilə iştirakçıları salamlayaraq şairənin yaradıcılıgından səmimiyyətlə söz açdı. Tədbiri aparan hörmətli şairimiz Yusif Nəgməkar Atatürk mərkəzinin direktoru-akademik Nizami Cəfərovun ürək sözlərini dinləmək istədiyimizi təklif etdi. Akademik şairənin poetik düşüncələrini incəliklə dinləyicilərə çatdıraraq ad gününü də təbrik etdi. Bəli, sairənin yaradıcılıgından danışmaqla söz bitmir. Bunu çıxış edənlər –Əsəd Cahangir, yazıçı-tərcüməçi, şairimizin işlədiyi Təhsil İnstitunun professoru Akif Abbasov, ADA Universitetinin professoru Nəriman Qasımzadə, şair- tərcüməçi-professor Xaqani Qayıblı, yazıçı -jurnalist Zenfira Məhərrəmli, yazıçı–publusist İradə Tuncay, Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, yazarlar – Səfər Alışanov, Əlabbas Baglrov, Ayaz Arabaçı, İlqar Türkoğlu, Kəmaləddin Qədim və başqaları bir daha çıxışlarında fəxrlə ürək sözlərini qeyd etdilər…
Rəssamlar-Sehran Allahverdi və Şəmsəddin Böyükdüzlü rəngli boya ilə işlədikləri portretləri Adilə xanıma bagışladılar….
Naxçıvandan, Qəbələdən, Göyçaydan, Neftçaladan və digər yerlərdən də gün işıgına toplaşanlar tədbiri daha maraqlı və ugurlu etdi…
Bəli gördük ki, Adilə Həzərin səmimiyyəti, bir qadın kimi məsumlugu, ədəbi yaradıcılıgındakı dil ustalıgı şeirlərində daim görünür…
Zalımlıgı, fagırlıgı nə imiş
Bəxtin belə sağırlığı nə imiş,
Əlli yaşın agırlıgı nə imiş,
Söz yükünü çəkə bilən adama…..
və ya:
Qarışdırma ayaqları başlara,
Çox dəyibdi başın daşdan – daşlara
Ay Adilə, sən də qoşul quşlara,
Qoşul, ürək vaxtı- könül vaxtıdır..
İstedadlı alim və gözəl şairəmiz sizə bol, tükənməyən yaradıcılıq ugurları, möhkəm can saglıgı arzulamaqla bir ovuc gün işıgında dünya boyda xoşbəxtlik arzulayıram. Dərin hörmət və ehtiramla:

Nəzakət Kərimova Əhmədova

yazar -publisist,”AJB -nin üzvü,”Yazarlar “jurnalının əməkdaşı,”Xarıbülbül” Ədəbi Məclisinin sədri,” Bizim Qala” jurnalının redaktoru.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

ADİLƏ NƏZƏR “BİR OVUC GÜN İŞIĞI” KİTABINI TƏQDİM EDİB

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR “BİR OVUC GÜN İŞIĞI” KİTABINI TƏQDİM EDİB

ADİLƏ NƏZƏRİN YAZILARI

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”  zalında tanınmış alim, şair Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabını təqdimatı olub. Tanınmış qələm adamlarının iştirakı ilə baş tutmuş tədbirdə “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri  Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA yazarlar adından müəllifə “Ziyadar” diplomunu təqdim edib. Fotolar:

“Ziyadar” diplomu
Adilə Nəzər

“YAZARLAR” olaraq, Adilə xanımı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Adilə xanım!

YAZARLAR

ADİLƏ NƏZƏRİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC GƏZDİM ŞEİRİ

ZAUR USTAC

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QARQAR ÇAYI (YUSİFCANLI – XANQULU ƏYRİSİ)

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN GÜLNARƏ İSRAFİLİN DOĞUM GÜNÜDÜR!

GÜLNARƏ İSRAFİL

Bu gün dəyərli qələm adamı, tanınmış şair Gülnarə İsrafilin doğum günüdür! Şad günü münasibəti ilə Gülnarə xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür bolluca yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Gülnarə xanım!

XATIRLADAQ Kİ, BİR NEÇƏ GÜN ÖNCƏ GÜLNARƏ İSRAFİL “SİRRAN” KİTABINI TƏQDİM EDİB – FOTOLAR

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – ŞEİR ÜZLÜ DÜNYA…

ADİLƏ NƏZƏR

ŞEİR ÜZLÜ DÜNYA…
İçimdə min şeir var,
Min-min çiçəyə-gülə,
Min-min dosta-tanışa.
Ürəyimin diliylə,
Hər misrası danışan.
Üzləri üzüm kimi,
Gözləri gözüm kimi…
* * *
İçimdə min şeir var,
Alovlarla oynayan.
Dənizlərlə qabaran.
Məni mənə gətirən,
Məni məndən aparan.
Mən bu şeirlərimlə
Zamanı unuduram.
Mən bu şeirlərimlə,
Batabatın, Göygölün,
Əlincənin, Kəpəzin
Havasını uduram.
* * *
Ayrılır heca-heca,
Ayrılır misra-misra
Ayrılır ürəyimdən
Ayrılır şeirlərim –
Neçə qola ayrılır,
Neçə cığıra-izə,
Neçə yola ayrılır.
Qalmır məndə mənəmlik
Qopur heçim köçümdən..
Şeirlər qatar kimi
Gəlib-keçir içimdən.
* * *
Mən öz şeirlərimdə,
Büllür buz bulaqları,
Axar çayı sevirəm,
Qarlı qışı sevirəm,
Qızmar yayı sevirəm.
Qızıl saçlı Günəşi
Solğun Ayı sevirəm.
.. İçimdəki səmada
Ulduzlar yanır-sönür.
Bügün də bir şeirlə
Dönürəm,
dünya dönür…

Müəllif: Adilə NƏZƏR

ADİLƏ NƏZƏRİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR YENİ KİTABINI TƏQDİM EDƏCƏK

Tanınmış şair Adilə Nəzərin “BİR OVUC GÜN İŞIĞI” adlı yeni şeirlər kitabı nəfis şəkildə nəşr olunub.

Kitabda vətənpərvərlik, türkçülük və sevgi mövzusunda, o cümlədən, Zəfər bayramı, Şəhidlər, Qazilər  haqqında şeirlər yer alıb.

Xatırladırıq ki, kitabın təqdimatı 26.05.2022-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında olacaq.

Məlumatı oxuyan hər kəs dəvətlidir.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ЗАУР УСТАДЖ

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZİYADAR – 2022

LAUREATLAR

“ZİYADAR” MÜKAFATININ LAUREATLARI:

2018 – Cİ İL.

  1. SAYMAN ARUZ                              N 001 – 04.05.2018 – BAKI.
  2. SONA ABBASƏLİQIZI                   N 002 – 04.05.2018 – BAKI.
  3. GÜNEL HÜSEYNLİ                        N 003 – 04.05.2018 – BAKI.
  4. MƏRZİYYƏ SARVAN                        N 004 – 05.05.2018 – BAKI.
  5. ELÇİN ƏFƏNDİYEV                       N 005 – 01.06.2018 – BAKI.
  6. İNTİQAM YAŞAR                           N 006 – 09.06.2018 – BAKI.
  7. ADİL  CƏFAKEŞ                             N 007 – 15.06.2018 – BAKI.
  8. RİZVAN  FİKRƏTOĞLU                 N 008 -23 .06.2018 – BAKI.
  9. ETİBAR  HƏSƏNZADƏ                  N 009 -14.07.2018 – BAKI.
  10. TOFİQ  QƏBUL                N 010 – 31.07.2018 -NAXÇIVAN.
  11. MÖVLUD  AĞAMMƏD        N  011 – 31.07.2018 – QUBA.
  12. VAHİD   ÇƏMƏNLİ            N  012 – 02.08.2018– AĞDAM.
  13. ZAUR  İLHAMOĞLU             N  013-  03.08.2018 – ŞƏKİ.
  14. VÜSAL  ŞABİZADƏ                   N  014 –  14.08.2018 – BAKI.
  15. MAFİLA  MÜNTEZİR    N  015 –   15.08.2018– TÜRKİYƏ.
  16. ŞƏHİN  SENAYİ  FƏRD     N  016 –  24.08.2018 – TƏBRİZ.
  17. ARZU  GÖYTÜRK          N  017 –  07.09.2018 – SUMQAYIT.
  18. QƏLƏNDƏR  XAÇINÇAYLI      N  018 –   07.11.2018 – BAKI.
  19. TƏRANƏ  MƏMMƏD                N  019 –   08.11.2018 – BAKI.
  20. QƏRİB HƏSƏNOV                    N  020 – 12.12.2018 – BAKI.
  21. XAQANİ ƏHMƏDOV N 021 – 25.12.218 – BAKI.

2019 – CU İL.

  1. RƏFİQƏ ABBASOVA N 022 -10.02.2019 – BAKI.
  2. KƏMALƏDDİN QƏDİM N 023 – 05.03.2019 – BAKI.
  3. GÜLÜZƏ MUSTAFAYEVA N 024 – 06.04.2019 – BAKI.
  4. SALAM İBRAHİMOĞLU N 025 – 01.07.2019. – SUMQAYIT.
  5. İLQAR NƏSİROV N 026 – 09.09.2019 – BAKI.
  6. ANAR BOLUSLU ƏLİOĞLU N 027 – 09.09.2019 – GORANBOY.
  7. QABİL DƏRDLİ N 028 – 29.09.2019. – BAKI.
  8. SEVDA İBRAHİMLİ N 029 – 29.10.2019. – BAKI
  9. İLDIRIM ƏKBƏROĞLU N 030 – 31.10.2019. – BAKI.
  10. KƏRİM TAHİROV N 031 – 24.12.2019. – BAKI.
  11. HÜSEYNBALA MİRƏLƏMOV N 032 – 24.12.2019. – BAKI.
  12. AFƏT MÜRŞÜDQIZI  N 033 – 25.12.2019. – BAKI.

2020 – Cİ İL.

  1. MEHMAN  GÖYTƏPƏLİ       N: 034 18.01.2020. – BAKI.
  2. PƏRVANƏ  BAYRAMQIZI   N: 035   02.02.2020. – BAKI.
  3. ÜLKƏR NİCATLI    N: 036   02.02.2020. – BAKI.
  4. MEYXOŞ ABDULLAH N: 037 25.02.2020. – BAKI.
  5. GÜLŞƏN MUSTAFA N: 038 28.02.2020. – BAKI.
  6. ƏFSANƏ RƏVAN N: 039 29.02.2020. – ŞƏKİ.
  7. BALAYAR SADİQ N: 040 02.03.2020. – BAKI.
  8. ETIBAR V’LIYEV N: 041 07.03.2020. – LƏNKƏRAN – BAKI.
  9. NARGİS – NƏRGİZ İSMAYILOVA N: 042 10.03.2020. – BAKI.
  10. KAMAL CAMALOV N: 043 12.03.2020. – NAXÇIVAN.
  11. TALEH  XƏLİLOV    N: 044  24.04.2020. – NAXÇIVAN.
  12. VÜQAR  ƏHMƏD     N: 045  04.05.2020. – BAKI.
  13. VİDADİ AĞDAMLI N: 046 16.05.2020. – BAKI.
  14. ARAZ ŞƏHRİLİ N: 047 17.05.2020. -BAKI.
  15. LEYLA (LEYLA SƏFƏROVA) N: 048 20.05.2020. – NAXÇIVAN.
  16. AYSEL XANLARQIZI – SƏFƏRLİ N: 049 01.06.2020. – BAKI.
  17. LEYLA  ABASOVA  N : 050  16.06.2020. – BAKI.
  18. ESMİRA  GÜNƏŞ    N :  051  20.06.2020. – BAKI.
  19. ƏBÜLFƏT  MƏDƏTOĞLU   N: 052  20.07.2020. – BAKI.
  20. TELLİ  SƏNƏM  BORÇALI  N: 053   01.08.2020. – BAKI.

2021– Cİ İL.

  1. TƏRANƏ ARİFQIZI N: 054 10.02.2021. – NAXÇIVAN.
  2. RAMİZ HƏSƏNLİ N: 055 12.02.2021. – BAKI.
  3. YAHYA AZEROĞLU N: 056 12.02.2021. – ANTALYA – TÜRKİYƏ.
  4. ELNUR UĞUR ABDİYEV N:057 16.02.2021. – BAKI.
  5. ŞAHİN MUSAOĞLU N: 058 21.02.2021. – BAKI.
  6. SIMA AZADQIZI GÖYÇƏLİ N: 059 24.02.2021. – BAKI.
  7. SƏLİM ABBASZADƏ N: 060 06.02.2021.-BAKI-OSLO.
  8. SVETA BÜNYADOVA N: 061 13.03.2021. – BAKI.
  9. ARZU HEYDƏROVA N: 062 13.03.2021. – BAKI.
  10. MƏZAHİR İSGƏNDƏR N: 063 13.03.2021. – BAKI.
  11. EMFİRA ƏRKLİ N: 064 18.03.2021. – XAÇMAZ.
  12. AKİF ƏLİ N: 065 24.03.2021. – BAKI.
  13. AYƏTXAN ZİYAD N: 066 25.03.2021. – BAKI.
  14. TAHİRƏ İLYASQIZI N: 067 31.03.2021. – BAKI.
  15. ELTUN TÜRKEL N: 068 08.04.2021.- BAKI.
  16. XANIM İSMAYILQIZI N: 069 10.04.2021. – BAKI.
  17. ƏLİ BƏY AZƏRİ N: 070 25.04.2021. – BAKI.
  18. MEHRİ AĞDAMLI N: 071 29.04.2021. – BAKI.
  19. NAİBƏ YUSİF N: 072 05.05.2021. – BAKI.
  20. CEYHUN MƏMMƏDOV N: 073 15.05.2021. – BAKI.
  21. TANRIVERDİ ƏLİYEV N: 074 22.05.2021. – BAKI.
  22. QURBAN BAYRAMOV N: 075 23.05.2021. – BAKI.
  23. KƏNAN BAYRAMOV (ZƏKA) N: 076 07.06.2021. – BAKI.
  24. ŞAHNAZ ŞAHİN N: 077 17.06.2021. – BAKI.
  25. MUSA ƏLƏKBƏRLİ N: 078 24.06.2021. – BAKI.
  26. NƏCİBƏ İLKİN N: 079 21.07.2021. – BAKI.
  27. GÜNAY ÜMİD N: 080 25.07.2021. – BAKI.
  28. YADİGAR TƏVƏKGÜL N: 081 08.08.2021. – BAKI.
  29. ƏFŞAN YUSİFQIZI N: 082 21.08.2021. – BAKI.
  30. ƏSGƏR ORDUBADLI N: 083 21.08.2021. – BAKI.
  31. İMDAT AVŞAR N: 084 21.08.2021. – BAKI.
  32. XƏYALƏ ZƏRRABQIZI N: 085 21.08.2021. – BAKI.
  33. NARINGÜL NADİR N: 086 21.08.2021. – BAKI.
  34. TƏRANƏ VAHİD N: 087 21.08.2021. – BAKI.
  35. AYGÜN YAŞAR CƏFƏROVA N: 088 21.08.2021. – BAKI.
  36. ŞƏFA VƏLİ N: 089 21.08.2021. – BAKI.
  37. SƏMA MUĞANNA N: 090 24.08.2021. – BAKI.
  38. NAZİM ƏHMƏDLİ N: 091 03.10.2021. – BAKI.
  39. AQŞİN HACIZADƏ N: 092 04.11.2021. – BAKI.
  40. İBRAHİM YUSİFOĞLU N: 093 09.12.2021. – BAKI.
  41. ELŞAD BARAT N: 094 09.12.2021. – BAKI.
  42. RAMİZ DUYĞUN N: 095 10.12.2021. – BAKI.
  43. MƏLAHƏT HÜMMƏTQIZI N: 096 11.12.2021. – BAKI.
  44. AZƏR QİSMƏT N: 097 27.12.2021. – BAKI.

2022  – Cİ İL.

  1. ŞƏLALƏ CAMAL N: 098 02.02.2022. – BAKI.
  2. TUNCAY ŞƏHRİLİ N: 099 22.02.2022. – BAKI.
  3. LEYLA YAŞAR N:100 22.02.2022. – BAKI.
  4. JALƏ CƏFƏROVA N:101 22.02.2022. – BAKI.
  5. KAMALƏ ABİYEVA N:102 12.03.2022. – BAKI.
  6. ƏYYUB QİYAS N:103 14.04.2022.-BAKI.
  7. ƏBÜLFƏZ ƏHMƏD N:104 14.04.2022.-BAKI.
  8. SAMİR İMANOV N:105 15.04.2022.-BAKI.
  9. SEVİNDİK NƏSİBOĞLU N:106 24.04.2022.-BAKI.
  10. GÜLNARƏ İSRAFİL N:107 10.05.2022.-BAKI.
  11. GƏRAY GÖYYURD N:108 11.05.2022.-BAKI.

Cəmi 108 (yüz səkkiz) Ziyadarın arasından

https://www.facebook.com/zaurustac/videos/770539621052833

keçirilən canlı yayımda 49 (qırx doqquz) nömrəli diplomun sahibi Aysel Xanlarqızı – Səfərli 28 may 2022-ci il tatixində Beynalxalq Muğam Mərkəzində baş tutacaq Almaxanımın solo konsertinə iki nəfərlik bilet qazandı. Təbrik edirik.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru