AVTOQRAFLI KİTAB

AVTOQRAFLI KİTAB

(hekayə )

Təzə idarədə işə başladıqdan cəmi bir ay keçmiş Məhərrəm Səməndərli ilə dostlaşdım. O, idarənin əsas istehsalat şöbələrindən birinin rəisi idi. Məndən on-on beş yaş böyük olsa da söhbətimiz tuturdu. Müxtəlif mövzularda danışırdıq. Ara-sıra şeir yazdığımdan bədii ədəbiyyat mövzusunda söhbəti xoşlayırdım. Məhərrəm müəllim də özünün bu sahədə bilikli olduğunu göstərmək üçün Nizamidən, Füzulidən, Səməd Vurğundan xüsusi intonasiya ilə şeirlər söyləyirdi. Məni də ruhlandırır, yazılarımı tərifləyirdi. Əsasən vətənpərvərlik mövzusunda və uşaqlar üçün yazdığım şeirləri toplayıb kiçik bir kitab çap etdirdim. İlk kitabımı əlimə alanda sevinirdim. Az qalırdım quş kimi uçam və hamıya bu xəbəri çatdıram: -Mən şairəm, kitabım çıxıb. Kitablarımdan dostlarıma, tanışlarıma fəxrlə hədiyyə edirdim. Birini də Məhərrəm müəllimə bağışlamaq istədim. Kitabı alıb məni təbrik etdi və -Ay şair, avtoqrafsız da kitab hədiyyəsi olar?- kitabı mənə qaytardı. -Bunu yaz, Dürdanəyə. – Məhərrəm müəllimin kiçik qızının adı Dürdanə idi. Üçüncü sinifdə oxuyurdu. – O şeiri çox sevir, oxuyar, əzbərləyər. Həyəcənla, həyatımda ilk dəfə olaraq müəllif olaraq kitaba avtoqraf yazdım. Bir neçə gün keçmiş nahar fasiləsində Məhərrəmlə qarşılaşdım. Məni görən kimi ucadan: -Şair, şeirlərin əladır. Kitabı Dürdanə aparıb məktəbə. Müəllimləri də şeirləri oxuyub, bəyəniblər. Sinif yoldaşlarının hərəsi bir şeirini əzbərləyiblər. Sevindim. Şeirlərim kiminsə xoşuna gəlirsə, deməli, yaxşı yazıram. Ürəyimdə qürurlandım. – Çox sağ olun, Məhərrəm müəllim.-dedim. -Şair, sən daha çox yaz. Səndən təzə kitab gözləyirik. Bir müddət sonra Məhərrəm müəllim dedi ki, məktəbdə maraqlı tədbir keçirilib, Dürdanə də sənin kitabından iki şeiri əzbər deyib, hamının xoşuna gəlib. Bu xəbər məni daha çox fərəhləndirdi. Yeddi-səkkiz aydan sonra Məhərrəm müəllimi başqa bir idarəyə daha məsul vəzifəyə göndərdilər. Açığı onun uğuruna sevinsəm də bizim idarədən çıxmasına kədərləndim. Hər halda söhbətimiz tuturdu, səmimi, söhbətcil insan idi, hər bir mövzuda danışa bilirdim. Məhərrəm müəllimin yerinə onun müavini Zəkərayı təyin etdilər. Onunla da münasibətim yaxşı idi. Zəkaray otağıma zəng elədi. Salamlaşdıqdan sonra: -Məhərrəm müəllimin köhnə kitabları qalıb, baxıram, lazımsızları atıram. Sənin kitabın da var, istəyirsənsə gəl götür. Getdim, kitabı götürdüm. Açdım, varaqladım. Görünüşündən “Məhərrəm müəllimin xoşuna gələn, qızının əzbərlədiyi, müəllimlərinin də bəyəndiyi şeirlər olan kitab”-ın vərəqlənmədiyi, heç bircə dəfə də oxunmadığı aydın hiss olunurdu.

04.02.2024.

Müəllif: Coşqun XƏLİLOĞLU

COŞQUN XƏLİLOĞLUNUN YAZILARI

QAR DƏNƏCİKLƏRİ

>>>>Qarlı günün isti şeirləri<<<<


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Jan-Pol Sartrın marksizmə tənqidi

Jan-Pol Sartrın marksizmə tənqidi:

Fransız filosofu, dramaturqu və yazıçısı Jan-Pol Sartr erkən yaşlarında sadiq marksist idi. Lakin o, sonralar sinfsiz cəmiyyətin yaradılmasına çağıran siyasi və iqtisadi nəzəriyyə olan marksizmin ən görkəmli tənqidçilərindən birinə çevrildi. Sartrın marksizmi tənqid etməsi ilk növbədə onun determinist və reduksionist mahiyyətini hədəfləyir. Marksizm, Sartrın fikrincə, şəxsiyyəti sadəcə subyektə endirir, onu öz taleyini seçmək və təyin etmək azadlığından məhrum edir. Marksizmə görə, fərdləri öz sinfi, hərəkətlərini isə iqtisadi baza ilə müəyyən edilən sinfi mübarizə müəyyən edir. Sartr hesab edirdi ki, fərd haqqında bu determinist baxış kökündən qüsurludur, çünki o, fərdin subyektiv təcrübəsini və agentliyini inkar edir. Sartr iddia edirdi ki, fərdlər sadəcə iqtisadi şəraitlərinin məhsulu deyil, daha çox öz seçimləri və hərəkətləri ilə öz taleyini formalaşdıra bilən şüurlu, fəal varlıqlardır. Sartr həmçinin marksizmi onun fəhlə sinfinə həddən artıq bəsit və reduktiv baxış olduğuna inandığı proletariat konsepsiyasına arxalandığına görə tənqid edirdi. O, proletariatın homojen bir qrup olmadığını, əksinə maraqları, istəkləri və istəkləri fərqli olan müxtəlif fərdlər qrupu olduğunu müdafiə edirdi. Sartr hesab edirdi ki, marksizmin bu fərqləri izah etməməsi fəhlə sinfinə dar və doqmatik baxışa gətirib çıxarır ki, bu da son nəticədə həqiqətən sinifsiz cəmiyyətin əldə edilməsinə mane olur. Marksizmi tənqid etsə də, Sartr sosializmi siyasi ideal kimi rədd etməmişdir. O, komanda işinin vacibliyinə və bərabərlik və sosial ədalətə əsaslanan cəmiyyətin zəruriliyinə inanırdı. Bununla belə, o, sosializmə marksizmin dar və doqmatik dünyagörüşü ilə deyil, insan davranışının və sosial dinamikanın daha incə və mürəkkəb dərk edilməsi ilə nail oluna biləcəyini müdafiə edirdi. Nəticə olaraq, Sartrın marksizmi tənqid etməsi onun fərd haqqında determinist və reduksionist baxışına, fəhlə sinfinə dar və doqmatik baxışına, tarixi determinizm konsepsiyasına arxalanmasına yönəlmişdi. Sartr sosializmin siyasi ideal kimi əhəmiyyətinə inanırdı, lakin marksizmin dar və doqmatik dünyagörüşü ilə buna nail ola bilməyəcəyini müdafiə edirdi.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Allah rəhmət eləsin.

Yazarlar Jurnalının baş redaktoru Zaur Ustac reaksiya heyəti və üzvləri adından pedaqogika elmləri doktoru, professor, yazıçı, tərcüməçi, jurnalımızın redaksiya heyətinin üzvü Akif Abbasova böyük qardaşı

Hafiz bəyin

vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Лев Толстой, 1877 год. Так выглядел писатель, когда закончил «Анну Каренину».

30 марта 1873 года Лев Толстой начал писать «Анну Каренину»

19 марта (по старому стилю) 1873 года жена писателя Софья Андреевна написала в дневнике: «Вчера вечером Левочка мне вдруг говорит: „А я написал полтора листочка и, кажется, хорошо“. Думая, что это новая попытка писать из времен Петра Великого, я не обратила большого внимания. Но потом я узнала, что начал он писать роман из жизни частной и современной эпохи».

Если учесть, что по новому стилю запись была сделана 31 марта, получается, что 30 марта 1873 года Лев Толстой начал работу над романом «Анна Каренина».

О том, как Толстой начал писать новый роман, рассказывал и сам автор.

Однажды в его руках оказался пятый том сочинений Пушкина, издания П. В. Анненкова. Дальше приводим слова самого Толстого: «Я как-то после работы взял этот том Пушкина и, как всегда (кажется седьмой раз), перечел всего, не в силах оторваться, и как будто вновь читал. Но мало того, он как будто разрешил все мои сомнения. Не только Пушкиным прежде, но ничем я, кажется, никогда так не восхищался: „Выстрел“, „Египетские ночи“, „Капитанская дочка“!!! И там есть отрывок „Гости собирались на дачу…“. Я невольно, нечаянно, сам не зная зачем и что будет, задумал лица и события, стал продолжать, потом, разумеется, изменил, и вдруг завязалось так красиво и круто, что вышел роман, который я нынче кончил начерно, роман очень живой, горячий и законченный, которым я очень доволен и который будет готов, если бог даст здоровья, через две недели».

Это первое сообщение самого автора о работе над романом «Анна Каренина» находим в письме к Н. Н. Страхову от 25 марта (6 апреля) 1873 г.

Однако для создания нового произведения потребовалось не две недели, а целых пять лет!

Рассказ Пушкина подсказал начать действие со сцены в гостиной, где собралось общество после театра. Среди гостей были супруги Ставровичи и Балашов (будущие Каренины и Вронский). Их отношения бросились в глаза окружающим (сцена напоминает салон Бетси Тверской во второй части завершенного романа). Дальше описаны скачки и только намечены главы, в которых говорится о беременности будущей Анны, об отъезде ее мужа в Москву, о родах. Ставрович дает развод жене, но второй брак не принес счастья. Страдали и первый муж и новые супруги. Однажды первый муж пришел к ней и сказал, что развод был ошибкой («связь наша не прервана… все мы наказаны»). Через несколько дней она покончила с собой; в Неве нашли ее тело.

Первый набросок не имеет заглавия, второй назван «Молодец баба»; появилась фамилия Карениных, имя героини Нана (Анастасия), Вронский носит фамилию Гагин; заглавие не получило развития.

В марте 1874 года Толстой отдаёт первую часть романа в типографию, но потом останавливает печать. «…Перестал печатать свой роман и хочу бросить его, так он мне не нравится», — пишет он двоюродной тётушке Александре Андреевне Толстой.

Изменить планы заставляет материальный интерес: Толстому срочно нужны деньги на покупку земли, и журнал «Русский вестник» ⁠ предлагает ему 20 тысяч рублей авансом за ещё не законченную книгу. С этого момента ему поневоле пришлось заниматься книгой, чтобы успевать за ежемесячным журналом. Порой он садился за работу с удовольствием, но часто и восклицал: «Моя Анна надоела мне, как горькая редька». Когда работа над романом возобновляется в январе 1875 года, но идёт тяжело, Толстой жалуется корреспондентам: «берусь за скучную, пошлую Каренину», «мне противно то, что я написал». Перелом наступает после поездки в Москву в ноябре 1876 года; жена Толстого Софья Андреевна пишет сестре: «Толстой, оживлённый и сосредоточенный, всякий день прибавляет по целой главе». Весной 1877 года роман закончен.

Поначалу Анна Каренина должна была стать некрасивой: «с низким лбом, коротким, почти вздернутым носом и слишком толстая». Но постепенно писатель проникался все большей симпатией к ней.

Как утверждают современники писателя, некоторые черты для образа главной героини Толстой позаимствовал у Марии Александровны Гартунг, дочери Пушкина. Так, во время одной из встреч, писатель обратил внимание на завиток темных волос, выбившуюся прядь ее прически, и впоследствии этот штрих стал одной из ярких черт Анны.

Прототипом другого героя — Константина Левина — стал сам Лев Толстой. Во время написания романа он даже прекратил вести свои дневники, так как его мысли и чувства отражались в работе над образом этого провинциального помещика. Левина, как и самого автора, интересовали вопросы: нужно ли образование крестьянам, и что случится, если его дать? Даже внутренний кризис, который переживал персонаж романа, исследователи соотносят с жизненным кризисом автора.

Помимо повествования о трагической любви замужней дамы Анны Карениной и блестящего русского офицера Алексея Вронского, в романе показана масштабная картина нравов и быта дворянской среды Петербурга и Москвы второй половины 19 века.

Лев Толстой четко различал два своих великих романа. Роман-эпопею «Войну и мир» сам Толстой называл «книгой о прошлом», а «Анну Каренину» называл «романом из современной жизни». В этом произведении не было или почти не было великих исторических событий, но в нём поднимаются темы, близкие лично каждому.

Иллюстрация: Лев Толстой, 1877 год. Так выглядел писатель, когда закончил «Анну Каренину».


“YAZARLAR”JURNALININ APREL – 2024 № 04 (40)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ APREL – 2024 № 04 (40)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB – PDF:  >>>> yazarlar-40


ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏMİŞƏ 60 YAŞLI QƏLƏNDƏR – AĞDAM

Qələndər Xaçınçaylı – 60

İlhamının nəbzi Qarabağla döyünən şair…

Söz İlahi bir güc, İlahi bir varlıqdır. Bu varlığı ancaq onu dərk edənlər, onu duyanlar, onun Tanrı böyüklüyünə inananlar anlaya bilər. Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkana hər yazar işıq sala bilmir. Bu məkanın içərisinə daxil olub, özünü görə bilmir. Xoşbəxtlik ondadır ki, çağdaş ədəbiyyatımızda bir-birindən bənzərsiz yazıları ilə minlərlə insan qəlbini fəth edən şairlərimiz, söz adamlarımız var. Onlardan biri də tanınmış şair, yazıçı-publisist Qələndər Xaçınçaylıdır – Əhmədov Qələndər İslam oğludur…

Qələndər Xaçınçaylı – Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair – yazıçı, publisistdir, ötən əsrin 80-ci illərində ədəbiyyata gəlmiş, onun bu günədək xeyli şeirləri və kitabları oxuculara təqdim olunmuşdur. Respublika mətbuatında müntəzəm olaraq 1981-ci ildən şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.

Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və ”Gənc şairin ilk kitabı və ilk söz” ön sözünün müəllifi isə mən olmuşam və bu istedadlı gəncə uğur diləmişəm. Görünür bir tənqidçi kimi zəndimdə yanılmamışam.İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” – publisistika (2008), “Şərəfli ömür” – (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, indi isə ilk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti çap prosesindədir və Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına ərməğanıdır…

Onun kitablarının adlarından da göründüyü kimi Qələndər Xaçınçaylının bütün yaradıcılığı Qarabağ prizmasından keçərək hədəflərini ümumi bir çevrədə – vətənpərvərlik və mübarizlik çevrəsində toplayır, bu bölgənin söz mühitindən pərvazlanmış qələm sahibi kimi simurqa çevrilir, öz odunda yanıb-dirilir…

Qələndərin yaradıcılığı həmişə maraqla qarşılanıb, deyim ki, yaradıcılığı ilə bağlı tanınmış ədəbiyyatşünas-alimlər, ictimai-siyasi xadimlər, qələm dostları – şair və jurnalistlər mətbuatda çıxış edərək dəyərli söz demiş, fikir söyləmişlər.

Millət vəkili, tanınmış yazıçı-publisist Aqil Abbas: “Qələndər Xaçınçaylının yaradıcılığındakı vətən həsrəti, vətən nisgili əslində gənclərimizə örnək, nümunədir. Şairin kövrək, vətən həsrəti ilə yanan poeziyası var. Onun “Qarabağın ağlar gözü”, “Qarabağa gedən yollar”, “Dünya mənim söz qalamdır”, “Dərd ürəyimdə mamır bağlayıb” kimi kitabları Azərbaycan ədəbiyyatına daxil olan gözəl nümunələrdəndir. Ona tutduğu bu yolda uğurlar arzulayır, yaradıcılığının davamını diləyirəm. Fürsətdən istifadə edərək gənclərimizə tövsiyə etmək istərdim ki, Qələndər müəllim kimi şairlərin yaradıcılığını mütaliə etsinlər, kitaba, elmə, yaradıcılığa özlərində həvəs yaratsınlar.”

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsi üzrə sədri, tanınmış şair, alim-ədəbiyyatşünas Ənvər Əhməd: “80-ci illərdə ədəbiyyata gəlmiş istedadlı şairlərimizdən biri olan Qələndər Xaçınçaylının imzası oxuculara yaxşı tanışdır. Şairin yaradıcılığına nəzər yetirənlər görürlər ki, onun bütün şeirlərinin əsasını vətən dərdi, yurd dərdi, Qarabağ dərdi təşkil edir. Ona bu dərdin sona yetməsini arzulayıram.”

Tanınmış şair-tədqiqatçı, filologiya elmlər doktoru İslam Sadıq : “Şair dostum Qələndər Xaçınçaylının şeirlərini oxuyub gördüm ki, onun bütün yazılarına misra-misra vətən dərdi, yurd ağrısı, torpaq sızıltısı hopub. Əsası da odur ki, Qələndər müəllimin yaradıcılığı ilə yaşamı vəhdət təşkil edir. Sanki onun həyatı yaradıcılığına yansıyıb və orada əks olunub. Mən də Qələndər müəllimin şeirlərini oxuduqca onun ürəyini gözlərimlə görmüşəm və hiss etmişəm ki, doğrudan da, dərdi onun ürəyində mamır bağlıyıb və bu mamırın dərmanı yalnız Qarabağda – Kolanıdadır.”

Tanınmış şair Yusif Nəğməkar: “Qələndər müəllimin kitablarında nəcib missiya var. Bu isə ondan ibarətdir ki, şair Qarabağ dərdini sanki hamı tərəfindən ağlayır. Bundan sonrakı kitablarında Qarabağ sevincini əks etdirməsi isə ona ən böyük arzumdur.”

Qələndərin jurnalist həmkarı,”Həftə içi” qəzetinin redaktoru, mərhum Ceyhun Nağının fikridir : ” Biz Qələndər müəllimlə bir “səngərdəyik”. Qələndər müəllim məsuliyyətli insan, məsuliyyətli jurnalistdir. Yaşına baxmayaraq, istənilən faktın arxasınca gedən, tapan, yazan və yoruldum deməyən bir insandır. Qələndər müəllim şeirlərində işğalda olan torpaqların taleyindən, övladının sabahından, özünün yerinin sabah necə qorunmasından narahatlığını ortaya qoyur. Arzu edirəm ki, Qələndər Xaçınçaylı yaxın günlərin birində bu narahatçılıqlardan qurtulmuş olsun.”

Qeyd edək ki, şair Qələndər Xaçınçaylı 1980-cı ildən – 37 ildir ki, jurnalist kimi Azərbaycan mətbuatında çalışır. “Fəryad”, “Cümhuriyyət”, “Meydan”, “İcmal”, “Ədalət” və digər qəzetlərdə fəaliyyət göstəribdir. Qələndər müəllim hazırda “Həftə içi” qəzetinin ən fəal, deyərdim ki, ağsaqqal əməkdaşıdır. Günün ən ağrılı, lazımlı, aktual problemlərini əks etdirən, dövlətçiliyimizin marağını qoruyan maraqlı məqalələrin müəllifidir.

Qələndər Xaçınçaylı yaxşı bir jurnalist kimi həmişə ağrılı məqamlara, düşündürücü problemlərə toxunur, mənəvi-əxlaqi dəyərləri qorumağa cəhd edir. Şeir yaradıcılığında da belədir! O, həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələrə toxunsun… Yazılarında səmimidir, milli ruhludur, xəlqidir, təəssübkeşdir… Mənim fikrimcə, ilk növbədə şair cəmiyyətin gözündə şair olmalı və insanların ürəyinə yol taparaq sevilməlidir və yenə də, mənə elə gəlir ki, Qələndər Xaçınçaylı bunu bacarıb, bunu əldə edə bilibdir.

İstedadlı və bacarıqlı bir jurnalist kimi çox müxtəlif yönümlü, müxtəlif səviyyəli mətbuat orqanlarında fəaliyyət göstərmiş, bişə-bişə, istidən soyuğa düşə-düşə, yaradıcılıq mühitinin ab-havsına, mətbəxinə bələd ola-ola qələmi getdikcə cilalanıb, xıltdan, bozluqdan təmizlənib… Xüsusən, Respublikanın ən sayılan, ilk müstəqil qəzetlərindən olan “Ədalət” qəzetindəki fəaliyyəti, Aqil Abbasdan ustad dərsi alması onu püxtələşdirib… İndi isə, uzun illərdir ki, “Həftə içi” qəzetində, mehriban və məsuliyyətli bir kollektivdə çalışır…

Dəyərli ədəbi, ictimai fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunubdur (2015).

O, bir jurnalist-şair kimi xalqına, ədəbiyyatına, millətinə, dövlətçiliyinə, mətbuatına namusla, gücü çatan qədərində xidmətdədir… Onun şair ömrü, şair xisləti kövrək nəğmələrdən mayalanmış, not almışdır:

Bir kövrək nəğmədir həyatım mənim,

Bir kövrək nəğməylə mən doğulmuşam.

Açılır hər yana qanadım mənim,

Həyatda bir kövrək nəğmə olmuşam…

Səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi, yurd niskili şairin yaradıcılığının ana xəttini təşkil edir. Necə deyərlər, sazlı-sözlü Qarabağ torpağında pərvazlanan şair indi yurdundan-yuvasından ayrı vətən ağrılarını çəkə-çəkə yazıb-yaradır. Onun ədəbi yaradıcılığında səmimiyyət və təbiilik ilk baxışdan özünü göstərir. Şair və yazıçının yazıb-yaratmağı onun gələcəyə baxışıdır, sabaha olan inamıdır. Onun şeirlərində sızıltı yoxdur, mübarizə, həyat eşqi, yurda qovuşmaq inamı var.

Yaxşı cəhətlərdən biri də budur ki, Qələndərin yaradıcılığında mövzu kasadlığı, lirikasında isə janr yeknəsəkliyi yoxdur. O, hissi-emosional, polifon şairdir. Ən müxtəlif mövzularda, lirik, satirik, ironik ladda, qoşma-gəraylıdan tumuş hecanın müxtəlif növlərində, sərbəstdə, modern şeir formalarında, klassik lirik janrlarda təsirli və gərəkli şeirlər qələmə alır, nəfəsi təngimir, ahəngi tıncıxmır, lətif bulaq suyu təki axardadır…

Şairlik Allah vergisidir. O, ilk öncə sənin içində, qanında, ruhunda olmalıdır. Bu da hər adama qismət olmayan ilahi bir sevgidir. Sanki, ananın bətnində şair doğulursan. Əgər bunlar yoxdursa, şairlikdən söhbət açıb, danışmağına dəyməz. Yeri gəlmişkən qeyd edim ki, ədəbiyyat çox çətin və şərəfli bir sənətdir. O sənətin ağrılarına hər adam dözə bilmir, onun yükünü hər adam çəkə bilmir. Çünki bu ruhla bədən arasında bir vəhdət təşkil edir. Gərək o mənəviyyatı, o varlığı görə biləsən. O ilahi saflığı içə-içə, durula-durula təmizlənə biləsən. Necə ki, dağların təkindən süzülüb axan bulaqlar kimi… Məhz buna görə də, bu gün hər şeir yazan adamın özünü şair adlandırması düzgün deyil. Bir sözlə, hər şeir yazana şair deməzlər. Amma Qələndər Xaçınçaylı bütün varlığı və ruhu ilə şairdir…

Onun qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir… O, şair-jurnalist məsuliyyəti və peşəkarlığının mahiyyətinə varan və əməl edən qələm sahibidir. Onun poeziyasında milli cavabdehlik ruhundan irəli gələn kəskin, prinsipial, tendensiyalı notlar olsa da, mövqeyi pozitivdir, nikbindir, ümidi sarsılmazdır, hadisələrə münasibəti durğun və etinasız deyil, intensivdir…

Qələndərin “Qoymayırlar yaşamağa” adında bir şeiri var. “Ulduz” jurnalında dərc edilib. Çox şeirində olduğu kimi burada da, onun şair “məni” və ictimai mövqeyi səmimiyyəti və prinsipiallığı ilə özünü göstərir:

Nadanlar baş alıb gedir,

Dünyanı qış alıb gedir.

Ömür qısalıb gedir,

Qoymayırlar yaşamağa

Adam kimi bu dünyanı.

…Sabah açmır sabahını,

Heç kəs demir günahını.

Itiriblər Allahını,

Qoymayırlar yaşamağa

Adam kimi bu dünyanı.

Qələndər Xaçınçaylının şeirlərinin məzmunu getdikcə ovxarlanır, daha da bədiiləşir, müdrikləşir, ictimai-sosial motivasiya bu poeziyanın əlamətinə çevrilir, “Ağarmazdı” şeirində olduğu kimi:

Hər adamın saçlarını

El ağartmır,

El ağardan saçları da

Yel qaraltmır.

Misri qılınc paslanmazdı

Koroğlular ölməsəydi.

Vaxtsız saçım ağarmazdı,

Həmzələri görməsəydim…

Səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi şairin yaradıcılığının ana xəttini, mənəvi qatını təşkil edir…

Bu rəngarəng, məzmunlu və təsirli yazılar silsiləsi, şeir külliyyatları , milli ədəbiyyatımızın bugününə verdiyi töhfələr onu tarixən, söz sənətimizin ön sıralarında yer almış Qarabağ ədəbi mühitinin ləyaqətli davamçılarının sırasında qərarlaşdıra bilmişdir…

Bədii yaradıcılıqla məşğul olan insanlar çox həssas olurlar. Onların qəlbi cicək ləçəyindən də zərif olur. Şair və yazıçı sevgisi bulaqların və çayların axar suları kimi təmiz və saf ourlar. İncə qəlbli olduqlarına görə hər şey onlara tez təsir edir. Həyatın hər bir çətinliyinə, onun haqsızlığına, əzab-əziyyətinə biganə deyil… Qələndər də beldir, həssasdır, sevgisində də, qəzəbində də… Həyatın şirnliyi də, ağrı-acısı da ona eyni dərəcədə təsir edir və yaxşısı budur ki, o həyatdan, gerçəklikdən aldığı bütün bu hisslərini poetik ovqatla, səmimiyyətlə, bəzək-düzəksiz şerinə yansıda bilir…

Qələndər bütün məqamlarda Vətənə, torpağa, xalqa, müstəqil dövlətçiliyimizə, milli dəyərlərimizə bağlı qələm sahibidir, ədəbiyyat adamıdır. Kürəyini dağlara dönmüş elə-obaya, haqqa-ədalətə söykəyib və “Arxamda dağlar dayanıb. Onlar qoymazlar Məni yıxılmağa…” – deyərək, bu misraların selində 60 yaşına gəlib çatıb…

Qoynunda dünyaya göz açmışam mən,

Ağdam səcdə yerim, qibləgahımdı.

Öz isti yuvamdan perik düşmüşəm,

Qabartı göz yaşım, Xaçın ahımdı,

Babamın məzarı səcdəgahımdı.

Qələndər Xaçınçaylı 1958-ci il, 15 apreldə səcdəgahı bildiyi Qarabağın Kolanı ellərində, Qaraman dağının ətəyində dünyaya gəlib, Qabartı və Xaçın çaylarının sularında cilvələnib, yaşıdları kimi orta və ali təhsil alıb, Bakı Dövlət Universitetini bitirib, əsgərlik çəkib, Neft Daşlarında fəhləlikdən, müəllimlikdən bu günlərinə gəlib… Zəngi həyat təcrübəsi qazanıb… Qəlbi yurd yanğısı ilə alışıb-yanan bu şairin indi 60 illik yubileyidir…

Qələndər Xaçınçaylı sənətin bu sirlərinə, mahiyyətinə, kredosuna bələd olduğuna görə yaradıcılığında müvəffəq olur, qələminə sehrlə yanaşır, onu müqəddəs bilir… Qələndər Xaçınçaylının qələm sehri ilə hələ keçən əsrin 90-cı illərində yaranmış, dillər əzbərinə çevrilmiş və şeirimizin böyük və qüdrətli, ustad-dədə Məmməd Arazının rəğbətini qazanmış, “Vətən sənə oğul dedi” şeirini xatırlamadan keçmək olmur. Bu beş bəndlik şeir Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim” şeirinə, aşıqların ləfzi ilə söyləsək, “qabaq” deyilmişdir:

Vətən sənə oğul dedi, ay Dədə,

Mamır olub qayasında bit, görüm?!

Ələsgəri tək qoymusan Göyçədə,

Baş çəkməyə Göyçəmizə get görüm?!

Gözəl-göyçək Qarabağım talandı,

Xan kəndində yad ocaqlar qalandı,

Neyləməli, bağrım yandı, talandı?!

Vətən sənə oğul dedi, ay Dədə,

Mamır olub qayasında bit, görüm?!

…O qayalar bir də mamır bitirməz,

Səni, məni oğulluğa götürməz,

Küsüb ellər, Ələsgəri yetirməz,

Vətən sənə oğul dedi, ay Dədə,

Mamır olub qayasında bit, görüm?!

Qələndərin əksər şeirlərində olduğu kimi bu şeirin məna, mahiyyət, poetik yükü, tutumu olduqca dəyərli, çoxmənalı və dərindir, mühüm mətləblərdən xəbər verir… Poetik üslub və dilin cilası, söz duyumu, sözün alt qatının mənalarına vara bilmək bacarığı diqqətdədir. Bunlar Qələndərin şeirlərinə lakonizm, ekspressivlik aşılayır… Lirizm, sətiraltı məna, cəmiyyətimizdə olan haqsızlıq və bərabərsizliklər, torpaqlarımızın bir hissəsinin gavur düşmən tapdağı altında olması və s. bu kimi problemlər onun vətəndaşlıq mövqeyindən çıxışlarının mahiyyətini təşkil edir, onu əsasən tənqidi mövzularda da, özü də cəsarətlə çıxış etməyə sövq edir… Və bu motiv kompromissiz olduğundan oxucuları tərəfindən rəğbətlə qarşılanır…

Bir yarasan ürəyimdə,

Sinə dağım, Qarabağım!

Sən olmusan yad əlində,

Viran bağım, Qarabağım!

Pərən-pərən olmuşuq biz,

Açan gül tək solmuşuq biz,

Niyə susb, donmuşuq biz,

Yanır bağrım, Qarabağım!

Qələndərin “Şüşa da bir qaladır”, “Apar məni Qarabağa”, “İrəli, əsgər”, “Pərvizim”, “Vətənimiz Çənlibeldir” və s. şeirlərinə bəstəkar Aydın Mehrəliyevin və Şəfəqin bəstəsindəki mahnılar məşhur müğənnilər Xalq atisti Nəzakət Teymurova, Tuqay İsmayılov, Rəvanə tərəfindən ifa edilir; onun bir-çox şeirləri dillər əzbəridir, şahidi olmuşam ki, el şənlik və mərasimlərində fanatları tərəfindən fərəhlə söylənilir, coşqu ilə qarşılanır…

Bu onun şeirlərinin müasirliyindən, həyat həqiqətlərindən nəşət etməsindən irəli gəlir. Məlumdur ki, şairin hər bir şeiri müasir, ruh və hisscə yeni, təzə olmalı, həyat həqiqətlərinə arxalanmalıdır. Bir sözlə, şair köhnəliklə yenilik arasında bir körpü, vəhdət təşkil etməlidir. Onun poeziyasında keçmişdən baxanda, gələcək necə görünürsə, gələcəkdən boylanıb arxaya baxanda da keçmiş o cürə görünməlidir… Söz sonsuz bir kainata bənzəyir. Məncə, kainatın sonu olmadığı üçün sözün də sonu yoxdur. Məhz buna görə də, söz heç vaxt tükənmir. Və heç vaxt da tükənməyəcək. Mühitindən, zamanından asılı olmayaraq, şair hər zaman öz sözünü deyib və deyəcək. Şairin sözü sınmamalıdır. Sözünün sınmasındansa, özünün sınması daha yaxşıdır! Buna görə də şairlər dəryaz kimi döyülüb itilənməlidir ki, yazdıqları da kəsərli olsun. Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca, Rəsul Rza bulağından su içmiş Qələndərin yaradıcılığını mən bu motivdə görürəm… İnanıram ki, onun şeirləri zamanın sınağından, ələnən xəlbirindən keçəcək, dəyərli poeziyamızın zərrin zərrəsinə çevriləcəkdir…

Dərd saçımı, saqqalımı,

Saçım-saqqalım da

dərdimi ağartdı.

Fikrim sözüm üstə

yəhərlənən ağ atdı…

Qələndər Xaçınçaylı, poeziyamızın bu “ağ atlı oğlanı” altmışında da, yüksək bir enerji və ilhamla yazıb-yaradır… Onun 60 yaşını qutlayır, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram…

Qurban BAYRAMOV,

Tənqidçi-ədəbiyyatşünas, 1984-cü ildən AYB-nin üzvü.

Həftə içi.- 2018.- 14-16 aprel.- S.8.

AZƏRBAYCAN ŞEİRİ

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Narıngül Nadir: MƏNİM TORPAĞIM

MƏNİM TORPAĞIM
(Hekayə)

Hər şey qonşum Gilə arvaddan oldu. Bir az da beynimə o, saldı… Gilə arvad Qarabağ köçkünüdür. Ermənilər evini, olan-qalanını əlindən alıb, kəndini-kəsəyini yağmalayıb. O da kənd camaatı ilə birlikdə yurdundan-yuvasından didərgin düşüb. 90-cı illərdən söhbət açıram sizə. Gilə arvad bir müddət dost-tanış evinə sığındıqdan sonra Bakıya pənah gətirib, gələn kimi də bizim evin qarşısındakı boş sahəyə daş töküb, hasar çəkib, özünə kümə qurub, həyət-baca düzəldib. Hardansa ağac, gül kolu tapıb, həyətində yaşıllıq yaradıb. Sonra o boş sahədə evlərin sayı durmadan artıb. Ev deyirəm ha sizə, daha kümə yox! Əməlli-başlı bağı-bağçası, eyvanı, hasarı olan evlər! Gilə arvadın dediyinə görə, ev tikənlərin arasında köçkünlər da var, yerli camaat da. Guya yerli sakinlər də kimisə görür, nə bilim nəsə sənəd göstərir və sonda həyət evi tikirlər. Yalandır, düzdür, ta orasını deyəmmərəm, günahı Gilə arvadın boynuna. Deyərəm düzdür, sonra yalançı çıxaram. Deyərəm yalandır, yenə yalançı çıxıb qınağa gələrəm. Görünən odur ki, bir vaxtlar boşluq olan bu ərazidə indi əməlli-başlı qəsəbə salınıb. Gilə arvad şirindil, söhbətcil arvaddır, xeyli vaxtdır ünsiyyət qurmuşuq. Gəlib kəndlərindən, orda qoyub gəldiyi ev-eşiyindən, “Sarıca” adlı inəyindən, olub- keçəndən danışır. Sonra söhbət istər-istəməz təzə salınmış qəsəbənin üstünə gəlir. Belə ki, mən doqquzmərtəbəli binanın beşinci mərtəbəsində yaşayıram və onunla eyvanda əyləşib çay içərkən o qəsəbəni açıq- aydın müşahidə edirik. Gilə arvad evləri bir-bir nişan verir:
-Odey, Ramizin evidir: başı qırmızı. İki ay deyil torpaq aldığı artıq ev tikib. Özünün köçkün statusu olsa da, lap çoxdan- hadisələrdən əvvəl Bakıda yaşayandır. Hələ eşitmişəm, kənarda bina evi də var. O biri də Raziyənin evidir. Heç bilmirəm, haralıdır? Torpağı da necə alıb bilinmir, gecəykən tikib.
Səhər-səhər qaz kartının necə yüklənməsini öyrənmək üçün bizə gələn Gilə arvad yenə həyətini tərifləyir, əkdiyi ağacların böyüməsindən, gül-çiçəkdən söz açır, ürəyim atlanır.
Ürəyimdə hövllənirəm ki, niyə mənim də orada bir parça torpağım olmasın? Niyə mən o torpaqda ağac əkib altında dincəlməyim? Kölgəlikdə uzanıb Gilə arvad kimi səhər-səhər açıq havada çay içməyim? Niyə də, niyə?
Mən də kənd adamıyam axı, canımda torpaq həvəsi, ağac sevgisi var. Yaşıllıq görən kimi üzüm gülür. İndi nə olsun, kəndi qoyub gəlib şəhərdə oturmuşam, burda torpaq xiffəti edirəm. Nə isə, ta dərinə gedib bu söhbətlərə toxunmayaq…
Bu dəfə gedərkən Gilə arvad birbaşa hücuma keçir:
-Sən də tərpən, gəl, özünə bir kümə qarala. Nə qədər göyün üzündə oturacaqsan?
-Necə edim axı? Kimdir məni ora buraxan?
-Ta özün bil, məndən deməkdir. Bu gün- sabah oranın qiyməti qalxacaq kəllə-çarxa. Mən heç e… Onsuz da yerim-yurdum alınandan sonra burda qalan deyiləm. Buranı böyük oğlana verib çıxıb gedəcəm elimə-obama. Amma sən onsuz da burda yapışıb qalansan.
Paho! Gilə arvad dərdimi təzələyir. Yarama duz səpir. Yenidən həvəslənirəm.
Arvad qapıda bir də dillənir:
-Azdan -çoxdan əlində ehtiyatın da var. Lazım gəlsə ora- bura verməyə deyirəm.
Bilirəm nəyə işarə vurur. O gün evin sirrini ona açmışam. İllərlə etdiyim qənaətin hesabına bir qədər pul yığdığımı bildirmişəm.
Xülasə, neçə gün dalbadal həyət evlərinin arasıyla gəzə¬rək özümə torpaq sahəsi axtarıram və məlum olur ki, mən xeyli gecikmişəm. Sən demə, əməlli-başlı əfələmmiş. Bu qəsəbədə bir qa¬rış da olsa, boş torpaq qalmayıb. Hərə daxmasını tikib, hasarını çəkib, başını içəri salıb oturub. Ümidsiz halda geri dönmək istədiyim anda görürəm ki, sısqa bədənli, qolları yanında çubuq kimi yırğalanan, çə¬¬lim¬siz bir adam yolda qamış kimi o tərəf- bu tərəfə yellənir, sonra gəlib qapısının ağzında çöməltmə oturur. Mən də ədəb- ərkanla yaxınlaşıb salam verirəm. Arzumu, mətləbimi bildirirəm. Adamın birdən –birə gözləri işıqlanır:
-Özüm ölüm, düz ünvana gəlmisən!
Sevincdən ürəyim döyünür. Deyəsən, işıq ucu var axı…
Adam qarğı kimi yellənən qollarını evinin qarşındakı boş sahəyə tərəf uzadır:
– Mənim torpağımdır, ehtiyacım var, satıram.
Bu sısqa bədənli, dünyanın işlərini vecinə al¬mayan, hörümçək kimi yellənən adam elə inamla danışır ki, kənardan qəhrəman kimi görünür.
Zarafat deyil, bu basabasda həm özü¬¬¬nə yer tutub, ev tikib, həm də üstəlik torpaq satır.
“Dostum” kifayət qədər münasib qiymətlə razı¬la¬şır və şərt qoyur:
– Bax, qiymətdə güzəştə gedirəm, torpağı yarı qiymətinə satıram. Amma bir şərtim var. Hələlik bir müddət bura yaxınlaşma! Sonra yolunu öyrədərəm, elə gecəykən evi tikərsən. Heç kəs bilməsin mənim torpaq satdığımı, mən də buranı nə vaxtsa tutmuşam, odur ki, səs düşməsin. Özüm ölüm, hamısı satqındır burda, bir dəqiqəyə xəbərçilik edirlər, gözləri elə hey orda-burdadır. Adamı bir dəqiqəyə satarlar e… Neçə dəfə məni xəbərləyiblər, güclə canımı qurtrmışam.
Onun gələcək qonşularım haqqında belə deməsi xoşuma gəlməsə də, razılaşıram.
Rahat və xoşbəxt halda evə qa¬yı¬dı¬ram. Xəyalımda təzə həyətimə çoxlu ağaclar, güllər əkirəm. Sonra gülləri sulayıram, ağacın saralmış yarpaqlarını yığıram, kölgəsində xumarlanıram. Bəh-bəh…
Bir müddət xoşbəxtliyimlə əylənəndən, ev¬də oturub əməlli-başlı dadını çıxarandan sonra nə¬ha¬¬yət ki, nəfsimi saxlaya bilməyib torpağıma bax¬maq qərarına gəlirəm. Arıq, cüssəsiz adam hardan biləcək axı?.. Gecə -gündüz ora keşik çəkmir ki?..Gedim, heç olmasa kənardan tamaşa edim.
Torpağa yaxınlaşdıqda oranın hasara alındığını, bir neçə fəhlənin də içəridə işlədiyini görürəm. Bu nə məsələdir? Mənim yerimdə tikinti gedir. Bəs arıq, sısqa adam hardadır? Niyə görmür? Ürəyimə titrətmə düşür. Amma özümü tox tut¬ma¬ğa çalışıram. Məğlub olmaq olmaz! Pis fikirləri özüm¬¬¬¬dən uzaqlaşdırıram. Fəh¬¬lə¬lərlə danışıqdan sonra aydın olur ki, bura ya¬xın¬lıqdakı taxta sexinə aiddir, tikintini də bu sexin sa¬hi¬bi aparır.
Əsəbi halda dostumun qa¬pı¬sı¬nı döyürəm. Qapını açan olmur, bir xeyli qapıda dayanıram. Zəng edirəm, telefonuna zəng çatmır. Qonşu qadından öy¬rə-nirəm ki, dostum evini satıb aradan çıxıb. Tez taxta se¬xi¬nin sahibini tapıram. Sahibkar şişman bədəninin yarısını bahalı maşınının açıq qa¬pısından bayıra çıxarıb, sual dolu gözlərini bə¬rəl¬dir: yəni, nə olub, nə istəyirsən? Mən həyəcanla və tələsə-tələsə de¬yi¬rəm:
– Bu torpaq mənimdir, mən bura pul ödə¬mi¬şəm.
– Əlində sənədin var?
Kəkələsəm də, təslim olmuram:
– Nə sənəd? Burda hamı mənim kimidir!
-Hamıdan sənə nə?! Bəlkə, hamı köçkündür, hamının başqa şansı, imtiyazı var?
Xırppadan içimdən qırılsam da, mübarizəmi da¬vam etdirirəm:
– Bəs sizin sənədiniz var?
Sahibkar mənimlə danışmağı boş hesab edir, iztehza ilə gülümsəyərək başını yırğalayır, yəni ki, sə¬ni aldadıblar. Sonra o, kəskin hərəkətlə əlini yel¬lə¬yir, yəni ki, xoş getdin. Arxamca söylənir:
-Tanımadığı adama heç bir sənədsiz fi¬lan qədər pul verib, hələ danışır da…
Onda mən inadla yenidən “dostumu” axtarmağa başla¬yı¬ram. Özüm də döyüşə tam hazır vəziyyətdəyəm. Nəhayət ki, onu tapıram. Deyəsən, yüngülvari keflənib, yerində düz dayanammır, o tərəf- bu-tərəfə aşır. O, əlini bo¬ğa¬zı¬na aparıb and-aman edir:
– And olsun Allahın bir adına, and olsun yerə-göyə, and olsun qeyrətimə sexin o torpağı gözaltı etməyindən xəbərim olmayıb. Bilsəm, heç sat¬maz¬dım. Bir də ki, heç onların da sənədi yoxdur. Hardandır onlarda sənəd? Onlar səni aldadırlar, sənədləri yoxdur. Necə vicdansız adamlar var e… Yalandan deyir sənədim var.
– Ver, mənim pulumu!
Dostum arıq əlini qalxıb-enən hülqumuna çəkir:
– Məndə pul nə gəzir? İstəyirsən vur öldür, is¬tə¬yirsən tut boğazımdan təhvil ver polisə, aparıb bassınlar içəri, bir qəpiyim də yoxdur!
– Axı pulu sənə təzəcə vermişəm, neynəmisən pu¬lu?
– Borcum var idi, dirəmişdilər divara, verdim, getdi…
Deməyə söz tapmıram.
Hərif pulu heç bir sənəd olmadan ona ver¬di¬yim¬dən arxayın olub, yəqin. Bir də ki, məni tanıyıb, bilib ki, bərkdə əli olan adama oxşamıram.
-Yaxşı, bəs neyləyim?
-Heç nə, get dirən, qoy sənin torpağından çıxsınlar.
Deməyə sözüm qalmır.
Onsuz da dos¬tum, necə deyərlər, bir həsirdir, bir məmmədnəsir. Bəd ayaqda onu həbs etdirib qisasımı ala da bilərəm. Onu həbs etdirəndən sonra dəqiq bilirəm ki, bir müddət keçmiş başlayacam halına acı¬mağa, əzab çəkməyə. Həm də özüm öz xoşuma aldanmışam axı…
Gedib Gilə arvadı tapıram. Gilə arvad şappıltıyla dizinə elə vurur ki, şappıltısı 9 mərtəbəli evlərin panel divarlarında əks –səda verir:
-Vay, gedib kimə ilişmisən! O, fırıldağın biridir, içməkdən başı açılmır. Avaranın biridir. Vay-vay!
-Payatonnan! Gör, məni kim aldadıb e?!
-O boyda qəsəbədə adam tapmırdın, alver etməyə? –Gilə arvad söylənir- heç olmasa soruşardın, məsləhət alardın.
-Nə bilim e, dedi heç kim bilməsin.
Bir müddətdən sonra, özümü ələ alıb sakitləşdirdiyim bir zamanda, Bakının uzaq kəndlərindən birində yaşayan qo¬hu¬mum zəng edir:
– Tez gəl, burada ucuz torpaq satırlar. Belə getsə,bir azdan bir qarış da yer qalmayacaq. Gürcüstan tərəf¬dən elə hey axışıb gəlirlər.
-Yox e… Qorxuram daha! Sənədsiz, filan…
-Qorxma, buranın sənədi var.
Yenə də həvəslənirəm. Daha doğrusu, sənəd sözü ağlıma batır. Xeyli uzaq da olsa, yenə bir parça torpaqdır. Yenə xəyalımda ağac əkirəm, sulayıram, kölgədə dincəlirəm.
Torpağı satan və sənədləşdirən məmurla qiymət üstündə bir qədər çək-çevir¬dən sonra sövdələşə bilirik. O, məni torpaq sahəsinə gətirir. Cibindən metrə çıxardır, qonşunun sahəsini- ölçüb biçir, araya nişəngah kimi daşlar düzür, mənim tor¬pa¬ğı¬mın sərhədlərini müəyyənləşdirir. Sonra cibindən kirli, əzik dəftərini çıxardıb özü bildiyi şəkildə qara-qu¬ra xətlərlə yerin təzə xəritəsini çəkir. Xəritənin üstündəki şaquli xəttə mənim adımı yazır. Dəftəri mənə göstərir, mən də açıq-aydın orada adımı oxuyuram.
-Sənədləri iki aydan sonra alacaqsan, -məmur bildirir. Sonra pulu almağı haqqında kağız yazıb imzalayır.
Məmura minnətdarlıqla baxıram, adətimə uyğun ol¬ma¬sa da, xeyli dil-ağız edirəm.
Rahat nəfəs alaraq geri qayıdıram. Bir müddət son¬ra qohumum həyəcanla mənə zəng edir:
– Tez gəl, qonşu sənin torpağına girib.
Cəld ora yollanıram. Bir Allah bilir ki, yolboyu nə¬lər çəkirəm. Torpağıma yaxınlaşdıqda sahənin xey¬¬li hissəsinin qonşu tərəfindən zəbt edildiyini, hələ bir neçə ağac da əkildiyini görürəm. Zəbt edən də enli tumanlı, kök qadındır. Dil qəfəsə qoymadan danışır. O qədər fasiləsiz danışır ki, nəfəs almaq olmur, heç verdiyin sualın yarısını səsləndirib çatdırammırsan. Hərdənbir “əcəb edirəm, hara istəyrsən get!” sözlərindən başqa heç nə eşidəmmirəm. Qırımından baxıram ki, bununla dava etmək mənlik deyil. Torpaq satan məmuru tapıb gətirirəm. Məmur əsə¬bi görünür.
-Əlimdə 100 dənə işim var. Nə istəyirsən? Ölçüb vermişəm yerini, gedin yerləşin də!..
Onun əsəbləşməyindən xeyli xə¬ca¬lət çəksəm də, öz etirazımı bildirirəm. Məmur çirkli dəftərini açıb şaquli xəttin üzərində mənim adımı tapır. Sonra torpağı ölçür, dəftərə bir də baxır, torpağı təkrar ölçür. Qonşunun adı yazılmış perpendikulyar xəttə baxır, xətləri tutuşdurur. Qonşunu çağırıb göstərir. Məlum olur ki, məmur onun torpağını öl¬çən¬də səhvən mənim sahəmə girib. Bundan istifadə edən acgöz qonşu da torpağımın xeyli his¬sə¬si¬ni zəbt edib. Məmur qonşunun və mənim tor¬pağ¬ı¬mın kənarına nişangah kimi düzdüyü əyri daş¬la¬rı o tərəf-bu tərəfə diyirlədib “sərhədləri” möh¬kəm¬lən¬dirir.
-Bu daşları tərpətməyə ixtiyarınız yoxdur! Bura sizin sərhədinizdir. Hasarı da burdan çəkin!
Məmur torpağa bulaşmış əlləri ilə bir az da qaralıb çirk¬lən¬¬miş dəftərində düzəliş aparır, ucu qırıq qələmini dəftərin qırağına sancır, dəftəri cibinə qo¬yur. Nəhayət ki, sülh müqaviləsi bağlayır və bizi yerləşdirib geri qayıdır. Mən də tam rahat oluram.
Qohumumun bu dəfəki zəngi isə əsəbimi son hədd¬ə çatdırır, beynimi qıcolmaya yaxın bir və¬zi¬y¬yə¬tə gətirir. Bu dəfə də məlum olur ki, başqa bir qonşum ar¬a¬mızdan keçən yolu zəbt edərək öz torpağına qatıb.
Mən təbii ki, tez ora yollanıram və baxıb gö¬rü¬rəm ki, təzə qonşum, doğrudan da, yolu tutub, “sər¬həd¬lə¬rimizi” birləşdirib. Artıq aramızdakı yol yoxdur. Həmin yolun tutulmasıyla o bi¬ri qonşulara və təzə tikililərə gediş-gə¬liş də bağlanıb. İndi adamlar evdən çıxıb harasa getmək üçün nə qədər yolu fırlanmalı olacaqlar. Bu dəfə daha bərk qəzəblənirəm, əsəb¬¬lərimi cilovlaya bilmirəm.
Üzümü qonşumun həyətinə tutub hündürdən söy¬¬lənirəm:
– Heç belə də şey olar? Bir qarış torpağa görə yo¬lu kəsərlər?! Camaat bizdən ötrü yolunu gör nə qə¬dər uzatmalıdır, bu qanunsuzluqdur!
Qonşu heç üzünü də göstərmir. Qapını da aralamır, heç aralanmış qapıdan başını da çölə çıxartmır.
Tez məmurun yanına yol¬la¬nı¬ram. Məmur əvvəlcə məni tanımır. Sonra kirli dəftərini çıxardır. Xəritədə məni tapır, qonşuyla aramızda olan yolu görür. Hirsini cilovlayammayıb vul¬kan kimi üstümə püskürür:
– Sənin torpağın yerindədir?
Təsdiq əlaməti olaraq başımı yelləyirəm.
-Sərhədin yerindədir?
-Bəli!
– Vəssəlam!!! Cəhənnəmə kimi, yol tutulub! Yoldan sənə nə? Yol sonranın işidir. Bir də ki, qoy bu haqda başqaları düşünsün. Niyə o qədər adam səsini çıxartmır, elə sən ortaya düşmüsən? Başa düş! Sən yalnız oz sahənə cavabdehsən! Öz sahənə!!!
Məmurun qəzəbli səsi məni yuxudan ayıldır. Mən yalnız öz sahəmə, özmə cavabdehəm. Doğrudan da, yo¬lun tutu¬l¬ma¬ğı¬ndan mənə nə var? Qoy bu barədə başqaları dü¬şün¬sün. Camaat məndən ağılsız deyil ki? Lazım gəl¬sə, elə səslərini çıxardarlar. Elə ordaca fərd olmaq, həqiqət axtarmaq iddiasından vaz keçirəm. Belə bir “dahi¬¬ya¬nə fikir” də irəli sürürəm: axın¬dan aralanmaq olmaz! Ancaq bir tərəfdən, lap elə hər tərəfdən ba¬xan¬da, düzgün deyil axı! Özbaşına götürüb yolu kə¬sə¬sən, öz xeyrin üçün başqalarına bu qədər ziyan vu¬ra¬san, heç kim də dillənməsin!
Paho! Yenə də insanlarla aramda dilemma yaranır, nə qə¬rar verəcəyimi bilmirəm. Bir qədər götür-qoydan son¬ra özümü sülhə çağırıram. Qərara alıram ki, bü¬tün bunlar mənlik deyil, mən özümü qorumalıyam, ca¬maat necə, mən də elə. Özümü müdafiə etməliyəm, ha¬mı kimi axına qarışmalıyam. Hamı kimi… Hamı kimi… Mən də çox¬lu¬ğun bir hissəsiyəm, bir zərrəyəm…zərrəyəm.
Eyni zamanda, hiss edirəm ki, zəifləyirəm. Çoxluğa qoşulduqca özümü kiçik hiss edirəm. Nə etmək olar, mən də insanam axı…
Amma sizə bir söz də deyim, öz aramızda qalsın! Zərrə olmaq heç də yaxşı deyil…

Rafiq Yusifoğlu – Şeirlər.

SAFLIQ

Heç özüm də bilmirəm
Nə imiş qəbahətim?
Heç zaman taleyimdən
Olmayıb şıkayətim.

Kimi dindirirəmsə,
Mənə deyir:
– Çox safsan…
Xəbislərin əlinə
Düşən hazırca ovsan…

Hə olsun coşqun çaysan,
Nə olsun qaynar odsan. –
Saflardan qaçaq düşür
Fəxri ad,
orden,
ad-san…

Lap təpəmdən çıxardır
Kinayələr tüstümü.
Vallah, çaşıb qalmışam,
Məgər saflıq pisdimi?

– Ay qardaş, hər şeyim var,
Sən niyə nainsafsan?
Gülür:
– Ta sözüm yoxdu,
Safsan e, qardaş,
safsan!

Necə canım qurtarsın
Adamların dilindən?
Bilmirəm hara qaçım
Bu saflığın əlindən?!

23.04.2020

Zəncan şəhərində və ya Çılğın bir eşq etirafı.

Zəncan şəhərində və ya Çılğın bir eşq etirafı

Zəncan şəhərində məni vətənpərvər, doğma türkcəmizdə yazıb-yaradan şairə xanım qarşıladı. Zəncan çox qədim şəhərdir. Bu qədimlik hər addımda hiss olunur. Təəssüf ki, bu qədim şəhərdə cəmi bir gün qaldım. Çünki dostların dəvəti ilə Tehrana getməli idim.
Köhnə Zəncanda ən yaddaqalan iki yer var desəm, yəqin ki, yanılmaram. Bunlardan biri on beş hektarlıq yeri zəbt etmiş nəhəng bazar, digəri isə muzey kimi fəaliyyət göstərən “Rahtşuyan” adlı yerdir ki, bunun da mənası “paltar yuyulan ərazi” deməkdir. Vaxtilə qadınlar burada – su ilə təchiz edilmiş yerdə paltar yuyurmuşlar. Muzeyin içərisində bir neçə səhəng, cürdək və qadın fiqurları – heykəlləri də var.

Amma mənim söhbətim bu sadaladıqlarımın heç biri haqda deyil.

Təbrizdən fərqli olaraq Zəncanda ucuz hotel tapmaq çətin idi. Burada bir gecə qalmaq haradasa ən yaxşı halda iyirmi beş-otuz manata başa gəlirdi. Təbrizdə isə bu qiymətlər beş manatdan başlayır.

Şairə xanım yoluna rəvan oldu. Mən axtarıb-arayıb nisbətən ucuz hotel tapdım. Bu, nisbətən yüksəklikdə yerləşən, altı-yeddi mərtəbəli, müasir, zövqlə tikilmiş bir bina idi. Yeri gəlmişkən, aradan illər keçəndən sonra indi birdən xatırladım ki, hotellə üzbəüz köhnə binanın az qala quzulayıb tökülən divarına bir barelyef vurulmuşdu. Səhv etmirəmsə (yox, indi onu da xatırladım ki, səhv etmirəm) bu barelyef Şihabəddin Yəhya Suhrəvərdiyə məxsus idi və həmin küçə də böyük filosofun, işraqilik təliminin banisinin adını daşıyırdı. Bu, o zəka sahibidir ki, müasirləri onu “Şihab əl-millə və-l-haqq və-d-din”, yəni millətin, haqqın və dinin axan ulduzu adlandırıblar.

Hotelə daxil oldum. Foyedə görümlü yerdən asılmış zərli çərçivədəki bir kişi portret diqqəti çəkirdi. Az sonra məlum olacaqdı ki, həmin şəkildən boylanan yaraşıqlı, qəhvəyi bığlı, zövqlə avropasayağı kostyum geymiş və qalstuk bağlamış həmin kişi vaxtilə bu hoteli tikdirib, bir neçə il öncə rəhmətə gedib və indi buranın sahibi onun ailə üzvləridir.

Məni haradasa otuz yaşlarında cavan bir oğlan qarşıladı. Azərbaycan dilində ala-yarımçıq cümlələrlə danışa bilirdi. Bir az gözləməyimi tövsiyə etdi, bildirdi ki, indi bu işlərə baxan adam gələcək. Mənim haradan gəldiyimi biləndən sonra nəsə qaş-qabağını tökdü, hətta, təəssüf ifadə edəcək bir tərzdə başını yellətdi. Söhbət əsnasında onun incikliyinin səbəbi ilə maraqlandım. O, əvvəlcə bir söz deməsə də, sonra aramızda belə bir dialoq oldu:

  • Ağa, Bakı mənim baba vətənimdir…
  • Bakı, yoxsa Azərbaycan?
  • Burada da Azərbaycan var, ona görə biz oraya Bakı deyirik. Hə, onu deyirəm, bir dəfə bir dostumla Bakıya getmək qərarına gəldik. Televizorda baxırıq, çox gözəl şəhərdir. Amma sizin gömrükdə bizi o qədər “yoxlamaya” tutdular ki, axırda bezib elə sərhəddən geri qayıtdıq… İndi hər il Yerevana gedirik. Orada bizə dəyib-dolaşan yoxdur.

Təbii ki, mən bunun bir təsadüf olduğunu bildirdim. Qonaqpərvərliyimizi vurğuladım.

Bu əsnada gözlədiyimiz adam, yəni oğlanın anası gəldi. Bu işvə-nazlı, yar-yaraşıqlı, şıq geyimli, başına açıq-yüngül çarşab atmış bir xanımdı. Onun iri-qara gözlərindən həyat eşqi çağlayırdı. Şirəli üzüm giləsini xatırladan qalın dodaqlarına yüngül boya çəkilmişdi. Təxminən əlli yaşı ola biləcək bu xanım sən demə, elə şəkli divardan asılmış mərhumun dul arvadı, mənimlə söhbət edən gəncin anası imiş.

Oğlan bizimlə xudahafizləşib getdi. Qadın kiməsə göstəriş verdi ki, mənimçün boş və münasib qiymətə bir oda tapsınlar.

Bu naz-qəmzəli xanım əslən elə Bakıdan imiş. Onun ulu babası inqilabdan əvvəl İrana təşrif gətirmiş və daimi məskunlaşmışdır. Qadın çay sifariş verdi. O, arada üzünü, bəyaz boyun-boğazını əlindəki zətif yelpiklə havalandıraraq mənə oradan-buradan suallar verirdi.

  • Sən də Bakıda yaşayırsan? Hə? Bakı gözəl şəhərdir.
  • Bəli, gözəldir. Yəqin ki, televizorda görmüsüz?

O, şaqqanaq çəkib güldü:

  • Nə televizor, canım? Biz üç-dörd il əvvəl Bakıda olmuşuq.
  • Həyat yoldaşınızla?

O, bir qədər tutulub dedi:

  • Yox, ərim çoxdan ölüb… – Səsini bir az da yavaşıdıb əlavə etdi: – Mən oraya öz sevgilimlə getmişdim. Siz də sevgilimi deyirsiz?
  • Yəni məşuqunuzla?

Xanımın rəngi açıldı:

  • Ay sağ ol.

Foyedə təkcə ikimiz idik. Eşikdə avqust istisi tüğyan etsə də, içəridə xoş bir sərinlik hökm sürürdü. Arada tutqun çadralı bir qadın bizə çay gətirirdi. Belə anlarda Bakıya səfəri barədə danışan hotel sahibəsi söhbəti ya başqa istiqamətə yönəldir, ya da susurdu.

  • Hə, mən Bakıya öz məşuğumla getmişdim. O, məndən çox cavandır. Əsl pəhləvandır. Boy-buxunlu, enli çiyinli, uzun qollu… Söz vermişdi ki, daim bir yerdə olacağıq. Bütün Avropanı gəzmişdik onunla… Bütün xərcləri də mən çəkirdim. Burnundan gəlsin… Onun bircə vəzifəsi vardı – məni sevmək. Ondan ayrı bir şey ummurdum… Qızım Almaniyada universitetdə oxuyur, indi tətilə gəlib, indi gəlib məni evə aparacaq. Ürəyimdən keçir ki, o da bir türklə ailə qursun… Hə, onu deyirəm, ağa, o alçaqla getmişdim Bakıya. Bilirsən harada qalırdıq? Ortasında böyük hovuz olan bağa yaxın yerdə. Şəhərin ən yaxşı? ən bahalı bir ərazisində. Yaxınlıqda bir kilsə də vardı…
  • Yəqin ki, Fəvvarələr bağının yaxınlığı olub…
  • Doğrudur. Dəniz də yaxınlıqda idi. Bir az aralıda bir Nizaminin və bir şairə xanımın heykəli, kitab dükanı…
  • Doğrudur. O şairə də Natəvan xanımdır…
  • Orada cəmi bir xanımın adı yadımda qalıb… İndi də tez-tez onun mahnılarına qulaq asıram. Özü də oxuyur ey: “Yandım, elə yandım”… Zeynəb…
  • Zeynəb Xanlarova.
  • Ay sağ ol. Bax o, sanki mənim dilimdən deyir: “Yandım, elə yandım”… Bəli, mənim sinəmə dağ çəkdi o pədər süxtə…
  • İt oğlu…

Gülüşdük.

  • Ağa, deyəsən bir az farsi bilirsən.
  • Yox… Deməzdim.
  • Hə, bax o it oğlu ilə belə günlər yaşadıq. Sonrası nə olsa yaxşıdır? Deyim sonrasını?
  • Özünüz bilən məsləhətdir.
  • O gedib özündən çox-çox cavan, həm də zəngin bir qızla evləndi. Mənə dağ çəkdi. İndi mən də fürsət gəzirəm onun bağrına dağ çəkməyə… Bayaqdan deyib-gülən bu şad, nikbin xanımın səsi birdən-birə titrədi. İri-qara gözlərində sanki qəzəbli pələnglər oynadı. O, doluxsunmuş halda soruşdu:
  • Ağa, sən nə işin sahibisən?
  • Yazı-pozu adamıyam…
  • Kitab yazansan?
  • Bəli, təxminən elə bir iş…

Xanım gözlərinin yaşını silərək dedi:

  • Artıq sənin otağın hazırdır. Get dincəl. Sabah sənə bu mübtəla olduğum bu acı eşqin mənim başıma açdığı oyunlardan yenə danışaram, istəyin olsa onları bir kitaba yazarsan…

Mən sübh tezdən Tehrana yola düşdüm…

Pəhləvilər türkdür

Bildiyimiz kimi, İranda Qacarilar sülaləsinın sonunci varisi Sultan Əhməd Şah Qacar (1897-1930) devriləndən sonra əvvəlcə Avropaya, sonra Amerikaya pənah apardı. O, çox gənc ikən Nyu-Yorkda vəfat etdi. Tezliklə hakimiyyətə pəhləvilər sülaləsiin banisi Rza şah Pəhləvi (1878-1941) gətirildi. Onun hakimiyyəti dövründə (1925-1941) İranda zülm və istibdad meydan sulamışdır. Rza Şahın daxildə mövqeyi müəyyən qədər möhkəmlənsə də, ona qarşı xarici təzyiqlər güclənirdi. Şah əslində fars şovinizminin əsas dayaqlarından biri idi. 2-ci Cahan savaşının başlanması Rza Şahın xanədanını xeyli dərəcədə zəiflətməyə başladı. İngiltərə və Rusiyanın təzyiqilə hakimiyyətdən devrilən Şahı əvvəlcə Mauritius adasına apardılar. Amma yad yerin tropik hava şəraitində o, tezliklə xəstələndi.

Az sonra şahı “quru hava” olan yerə – Cənubi Afrakaya “etap etdilər”. Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda öldü. Onun nəşi Misirdə mumyalanmış və uzun illər Qahirədəki Əl-Rifanın məscidində gizli saxlanılmışdır. Aradan illər keçəndən sonra Rza Şahın yerinə gətirilən oğlu Məhəmməd Rza Pəhləvinin (1919-1980) səyi ilə “gizlədilmiş” mumiya İrana gətirilərək Ray şəhərində dəfn olunmuşdur. 1979-cu il İran inqilabından sonra onun mavzoleyi Ayətullah Xomeyninin razılığı ilə dağıdılıb məhv edildi.

Dediyimiz kimi, Rza şah qatı şovinist, özü də İranda yaşayan türklərin qənimi idi.

Bəs əslində Rza kimidi? O, Mazandaranda Türk ailəsində doğulmuşdur. Azərbaycan (türk) dilini də çox təmiz bilirdi. Onun atası Abbas Əli xan da təbii ki, türk dilinində danışır, öz ətrafı ilə bu dildə ünsiyyət qururdu. Abbas Əli hərbçi idi, yeddi oğul atası idi. İlk oğlunun adı Çıraq Əli, sonuncu oğlunun adı Rza idi – indi haqqında söhbət gedən gələcək şah. Şahın anası və arvadı da təmiz türk idi. Güman edilir ki, anası Gəncəbasarda (bəzi müddəalara görə İrəvanda) məşhur türk tayfalarından birində doğulmuşdur. Həmin xanım, yəni Nuşafirin Ayrımlı (Ayrumlu) rus istilasından sonra imkanlı ailə üzvləri ilə birgə indiki Şimali Azərbaycandan indiki Cənubi Azərbaycana köçmüşdü. Şahın arvadı da həmin nəsildən idi. Belə ki, Nimtac Ayrımlı Tacilmülk xanım da (1896-1982) əslən türk idi, Bakıda İçərişəhərdə anadan olmuşdu. Onun atası hərbçi, rus çar ordusunun mayoru Teymur bəy Ayrımlı idi.

Deməli, Rza Şahın oğlu və varisi Məhəmməd Rza Şah, necə deyərlər, “tərtəmiz” türk olub. Yaxşı bilirsiniz ki, sonuncu Şahın arvadı Fərəh (1938) Pəhləvi də milliyyətcə türkdür. Xanım hal-hazırda sağdır, Vaşinqtonda yaşayır.

Gördüyümüz kimi, İranda uzun illər hakimiyyətin yüksək eşalonunda türklər təmsil olunub. Amma necə deyərlər, “çe fayda?” Elə indiki rəhbər də əslən Xaminədəndir. Xaminə isə bildiyiniz kimi, türklərin yaşadığı məkandır, böyük ədibimiz Mirzə Fətəlinin ata yurdudur.

Belə nəticə hasil olunur ki, insan cismən deyil, ruhən bu və ya digər ideyaların, idealların, dilin, dinin, milliyyətin daşıyıcısı hesab olunur və olunmalıdır.
Hələ orasını demirik ki, yəhudilərin yağı düşməni Adolf özü milliyyətcə yəhudi olub. Bunu təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Amma və lakin… Bu, başqa söhbətin mövzusudur.

(“525-ci qəzet” və 525.az saytda “Çaparaq qeydlər” adı altında gedən silsilə yazılarla tanış ola bilərsiz.)

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru