Nə gizlədim, cəmiyyətdə yazıçılara münasibət əvvəlki ildəkilərə baxmış xeyli soyuqlaşıbdır, buna da çox vaxt səbəb elə yazıçıların özləri olur, onların fasiləsiz bir-birilərinin kölgələrini qılınclamaları olur. İstənilən peşə sahibləri arasında həmrəylik olsa da, sayca elə də çox olmayan, cəmi bir ovuc olan yazıçılar arasında müdhiş düşmənçilik hökm sürür. İrəli gedəni geri çəkmək, sevilənə çamur atmaq, uğur qazananın uğurlarına kölgə salmaq, rejionlaşma, qruplaşma, klanlaşma – bunlar günümüzün ədəbi cameəsinin təəssüfedici görüntüləridir. Və yetənin Yazıçılar Birliyini durmadan tənqid etməsi də çox üzücüdür. Amma mən, sözün həqiqi mənasında, böyük, işıqlı yazıçılarımıza, çox istedadlı ədəbi gəncliyimizə güvənərək deyirəm: dahi Nizami Gəncəvinin vətəninin ədəbiyyatı yenə də öz əzəli nüfuzunu qaytara biləcəkdir. Əziz yazıçılar, gününüz mübarək! Əziz kitabserlər, bu həm də sizin bayramınızdır, sizləri də təbrik edirəm!
Görkəmli kinoşünas, teatrşünas, ədəbiyyatşünas, tənqidçi, esseist, ssenarist, nasir, tarixçi… Fədakar müəllim, elmlər doktoru, professor… Bu adların hər birinin layiqli daşıyıcısı Aydın Dadaşovla ilk tanışlığımız 1991-ci ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində olmuşdu. Hekayələri haqqında kəskin tənqidi rəy bildirsəm də, rəhbərlik etdyim “Yol” qəzetinin redaksiyasına tez-tez gəlirdi. Sonra bildim ki, gəlişinin əsas məqsədi Mərkəz haqqında televiziya tanıtım filmi hazırlamaqdır… “Ağlı-qaralı dünya” adlı həmin film Azərbaycanın mədəni həyatında böyük bir hadisə kimi qarşılandı, sözün həqiqi mənasında ictimai partlayış yaratdı. Filmdə maraqlı çəkiliş və montaj üsulundan istifadə edilmişdi. Çəkiliş məkanı kimi o vaxt təzəcə rəhmətə getmiş böyük alim, ictimai və siyasi xadim, millət vəkili Aydın Məmmədovun iri iş kabineti seçilmişdi. Kabinetdə işçilər Mərkəzin ilk kitabını – mənim özbək dilindən tərcümə etdiyim “Əmir Teymurun vəsiyyətləri”ni qeyd edirdilər… Çəkiliş üçün xüsusi quraşdırılmış projektorlar yandırılır, gur işıqlar altında hamının üzündə kədər gəzişir. Çıxışlar başlayır. Hər danışan Aydın Məmmədovun yoxluğuna təəssüfləndiyini, onunla tanışlığının tarixini, ona olan sevgisini, dünyadan vaxtsız getməsinin ağırlığını dilə gətirir… Rejissor – Aydın Dadaşov qəfildən amiranə səslə çəkilişi saxlayır. İşıqlar söndürülür. Söhbətin quru alındığını bildirir. Məclisdə əhval-ruhiyyə çatışmır… Bir anda qırışıqlar açılır, üzlərdən kədər çəkilir. Mərkəzin özfəaliyyət musiqiçiləri alətlərini səsləndirir, ritmi pozuq musiqi altında şıdırğı rəqslər başlayır. Atmacalar, zarafatlar musiqiyə qarışır… Rejissor bu əhval-ruhiyyəni davam etdirməyi tapşırır. Yenidən işıqlar yandırılır, kamera işə salınır. Yenə kədərli üzlər, acı xatirələr, ağrılı təəssüratlar. Çəkiliş yenə dayandırılır. İşıqlar söndürülür. Yenidən “məşq” başlayır, əhaval-ruhiyyə dəyişir… Bu, bir neçə dəfə təkrar edilir… Film efirə gedəndə isə məlum oldu ki, çəkiliş həm işıq altında, həm də işıq söndürüləndə aparılırmış. Aydın Dadaşov “açıq” və “gizli” çəkiliş materiallarını montaj etməklə öz adaşı Aydın Məmmədovun deyil, ümumiyyətlə əxlaqı ikiləşmiş, öz dəyərlərinə qeyri-ciddi yanaşan və dəyəri də o qədər ağır olmayan cəmiyyətin parlaq televiziya obrazını yaratmağa nail olmuşdu. Bu nataraz obraz uzun müddət gündəlikdən düşmədi, söhbətlərin baş mövzusuna çevrildi… Dünyanın ağ tərəfindən qara, qara tərəfindən ağ tərəfinə nəzər salmağı, dünyanın rəngsiz və zalım üzünü görməyi və göstərməyi bacaran Aydın Dadaşovla dostluğumuz elə o vaxtdan möhkəmlənib davam etdi… Bu illər ərzində onun özü gur işıqlar altında da, işıqlar söndürüləndə də hamar olmayan xarakterinin bütövlüyünü, üzünün eyni ifadəsini saxlaya bildi. Baş obrazlarından birinin də mən olduğum “Ağlı-qaralı dünya” filminin çəkilişini xatırlayanda hər dəfə onun da mənim haqqımda dilə gətirdiyi söz bu olurdu. Hər dəfə də şaqqıldayıb gülə-gülə: “İkimiz də eyni parodadanıq”, – deyirdi… İndi onun kimliyi haqqında düşünərkən həmin çəkiliş məkanında işıqları yandırıb-söndürməyi əmr edən qarabağlılara xas cingiltili səsini eşidirəm. İşıq altında bir dünya, işıq söndürüləndə başqa dünya kəşf etmək möcüzəsi yaradan bir sənət adamı gözümün önünə gəlir. Bu ağlı-qaralı dünyada Aydını dünyanın ağ tərəfində görürəm…
2000- cı illərin əvvəllərində May günlərinin bir axşamı Sərvaz mənə zəng eləyib deyəndə ki, Anar, Sabir Rüstəmxanlı, sən və mən bu axşam birlikdə şam edəcəyik, o saat yadıma 70-ci illərin sonlarında İmişli rayonunun, uzaq Əliqulular kəndndə isti yay günlərində söyüd ağacının altında ayaqlarımızı arxa sallayıb şirin söhbət etdiyimiz vaxtlar düşdü. Söhbət də əsasən Anarın “Otel otağı” və Sabir Rüstəmxanlının “Qan yaddaşı” kitabları haqqında idi. Görüşdən üç saat əvvəl “Sahil” metrosunun qarşısında Sərvazla görüşdük, xoş bir hissin təsiri ilə yenə o arxı, o arxın üstündənki söhbəti xatırladıq və şam yeməyində o arxın qırağında danışdıqlarımızı Anarla Sabir müəllimə də söylədik.
Bu o zaman idi ki, Sərvaz Anar (“Pəncərədən daş gəlir”) və Sabir Rüstəmxanlı (“Ruhla zaman arasında”) haqqında maraqlı iki kitab yazmışdı. Arxın kənarında düşündüklərini həmin kitaba əlavə edib hər iki sənətkarın yaradıcılığına öz baxış bucağından güzgü tuturdu.
Həmin iki kitabda da, İmamverdi Əbilov (“İmamverdi Əbilov tənhalığı”) və klassik irsimizdən yazdığı səkkiz ( “Keçəçi oğlu Məhəmməd”, “Segah İslam”, “Şəkili Ələsəgər”, “Ülvi Rəcəb”, “Mövsüm Sənani”, “Sidqi Ruhulla” və s.) topluda da, Elçinlə bağlı ədəbi –tənqidi, publisistik yazılarında da, şeirlərində də Sərvaz heç vaxt o söyüdlü arxı unutmurdu, nədən yazırsa -yazsın, harda olursa- olsun həmin o söyüdlü arxın düşüncələri onun yaradıcılığına hopurdu. Özü də maraqlı və oxunaqlı bir şəkildə.
Sərvazla eyni kənddənik, evlərimiz qonşu, atalarımız dost, analarımız bacılıq olublar. Sərvaz məndən bir il sonra məktəbə gedib, bir il məndən sonra instituta daxil olub, bir il məndən sonra evlənib, bir il məndən sonra ilk kitabı çıxıb, bir il məndən sonra İmişliyə, bir il sonra da Bakıya köçüb və göründüyü kimi, bir il məndən sonra ad günləri olur. Yəqin ki, nə vaxtasa (Allah uzun ömür versin) bir il məndən sonra mobil telefonuna zəng çatmayacaq.
Aramızda elə sirlər var ki, bir mən bilirəm, bir Sərvaz, bir də ki, heç vaxt unutmadığmız o Söyüdlü arx. Bu yaxınlarda aramızda yüngül bir inciklik olmuşdu, Sərvaza heç nə demədim, sadəcə 70-ci- illərin sonlarında və 80-ci illərin əvvəllərində ayaqlarımızı söyüdlü arxa sallayıb gələcək arzularımızdan danışdıqlarımız xatırlatdım. Və dəqiq bilirdim ki, bunu xatırlatmaq Sərvaz üçün çox ağır idi. 80- ci illərdə Gəncədə Qərib Mehdi, Saleh Qurbanov, İmişlidə Sayyad Aran yeni ədəbiyyatla nəfəs almağımıza, mütaliməzə, əsərlərimizin çapına kömək eləyirdi. İmişli ədəbi mühütün yetirmələri Murad Qoçuoğlu, Səxavət Talıblı, Dayandur Sevgin, Valeh Bahaduroğlu ilə ədəbi mübahisələrimiz, görüşlərimiz şeirdə bədii imkanlarımızı daha da artırırdı (Bəzən adam öz həqiqətini başqasına deyə biləndə özünə daha çox inanır).
Sərvaz yeganə şair dostumdur ki, onun adı on beşə qədər şeirimin içindən qırmızı xətt kimi keçir. Yəni, hesabla götürəndə Sərvaza 15 şeir həsr eləmişəm. Bu, həm Sərvaza bağlılığımdan irəli gəlirdi, həm də Sərvaz bütün işlərimin içində, yaxşısında da, pisində də, var olub və bu gün də var.
Çünki bütün düşüncələrimi Sərvaz aydınladırdı və zarafatla onu tələbə vaxtı, başıma gələn “sevgi hadisələrini” və başqa məsələləri dəqiq təhlil etmək üçün “ekspert şurası”nın sədri təyin eləmişdim. Burda bir həqiqət də vardı. Ədəbiyyat və başqa məsələlərdə Sərvaz mənim sağ cinahımda oynayan və daim “pas” ötürdüyüm və həm də həmin “pas”ı vaxtında mənə qaytaran və həm də çox dəyərləndirdiyim bir oyunçum idi və indi də elədir. İstər şeir olsun, istər digər məsələlər Sərvazla fikir mübadiləsindən keçəndən sonra həmin şey həqiqətə çevrilirdi.
Bu günki ədəbi prosesdə hər hansı bir əsəri və ya bütövlükdə bir şairi dərindən təhlil etməkdə yeganə tərəfdaşım Sərvazdı. Çünki biz uşaqlıqdan o qədər qaynayıb qarışmışıq ki, mən “k” deyəndə Sərvaz blir ki, mən nəyi deyirəm. Sərvaz ən çox inandığım və sevdiyim böyük şair və təhililçidir. Hər hansı qaranlıq bir məsələdə, deyək ki, ədəbi – tənqid, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, şeir, roman və povestlə bağlı təhlildə Sərvazın fikri məni yönləndirir və görünür ki, mən də həmişə onun üçün belə olmuşam və bu gün də eləyəm. Bütün təhlillərimizdə, şeir və poemalarımızda kənddə qoyub gəldiymiz o söyüdlürü arxın aurası həmişə bizə doğru olanı göstərir və etibarlı kompas kimi daim yaddaşımızdadır.
Sərvazın adı mənim şeirlərimdən özüm istəmədən keçirdi, çünki Sərvaz həmin şeirin yaranmasının bilavasitə iştirakçıı idi. Şair dostum Vaqif Bəhmənli “Ömür kitabıma düzəliş” kitabımın təqdimatında qeyd edirdi ki, sən şeirlərində elə dopdolu, elə şirin bir xitabla “Sərvaz” deyirsən ki… Bax, həmin o intonasiyanın özü şeirə xüsusi bir gözəllik gətirir. “Tələbəlik illərində” şerimdə əsas obraz Sərvazdır. Mən yalan danışa bilməzdim, şeirdə doğurdan da, təbii şəkildə Sərvaz vardı və bu sujetli şeirdə əvvəldən – axıra kimi o, iştirak edir. Özü də lirik qəhrəmana bir növ rəqib kimi görsənir.
İstədiyim deyəm, evimiz ikimərtəbəlidir, Ancaq kəndçim Sərvaz xəbərçidir. Sərvaz əvvəldən- axıra kimi şeirdə mənimlə yanaşıdır, “öz postu”nda aşiqi – sadiq kimi dayanıb. Və mən ona zülm eləyirəm. Sevdiyimin rəfiqlərindən birini sevməyə qoymuram. Universitetin ən məşhuru mənəm. Amma sonra mən də uduzuram. Şeirin ən ağlamalı və həm də ən gülməli yeri yenə Sərvazdır.
Mən rəngli şəklini ağlaya- ağlaya aparıb qaytardım, Elə bilirdim, almayacaq, barışacaq. Məndən də qəşəng, kök bığılı, Norka papaqlı, zırpı bir oğlan Gözləyirdi onu. Mənim incə, nərmənazik ağ kəpənəyimi Ağladım, Məndən də çox ağladı Sərvaz.
Bax, bu şeirdə Sərvazın ağlamağı hələ indi də məni yandırır. Bu o deməkdir ki, o, dostuna sadiqdir, dostu ağlayanda ona qoşulur, güləndə onunlə gülür. Əslində o, sevinməliydi. Və yaxud
Dərman içdim, Sərvaz udqundu.
Bu iki misra qədər Sərvazın həssaslığını heç nə ifadə edə bilməz. Hətta dostunu canınında o qədər yaxından hiss edir ki, dərmanı udmaq üçün onu yamsılamaqla kömək eləyir. Yenə şeirlərimin birində deyirəm: “Sərvaz, əlmdə təzə şeirlərin əli, girdim isti uyul ayına” və yaxud “Sentyabr ayı doludur sənlə”.
Sərvazın uşaq şeirlərindən tutmuş, poemaları, hekayələri, ədəbi-tənqidi, içtimai- siyası, publisistik yazılarına qədər, hamısının mərkəzində cilanlamış istedad, gərgin zəhmət, orjinal üslub, gözəl əxlaq və bir də kənddə qoyub gəldiyimiz söyüdlü arxın çeşidli xatirələri dayanır.
Səndən soraq verib, xəbər gətirən, Min məna gəzirəm hər sarı simdə. Biləydim, biləydim kimdə itirib, Kimdə arayırsan sən məni, kimdə?
Sərvaz şeirlərində yaxışlığın, mənəvi sərvətin, ən başlıcası insanın (insanlığın) nəsildən – nəsilə, ruhdan-ruha ötürülməsi və inkişaf etməsi fəlsəfəsinə söykənərək özünü axtarır. Şair inanmır ki, otuzuncu illərdə başlayan və xeyli illər davam edən Mikayıl Rəfili düyğuları, Əli Bəy Hüseynzadə idrakı doğulduğu, yaşadığı illərdə qala bilər, o da bu gün hardasa doğulur, yaşıyır və gələcəkdə də doğulacaq. Ədəbi genetika, mətnlərarası əlaqədə üzə çıxır, inkişaf edir, sonradan kimdəsə doğulur, kimdəsə itir, kimdəsə başlayır. Ona görə şair deyir ki, biləydim, sən məni kimdə itirib, kimdə arayırsan? Bütün yaradılmaşların gələcəkdə özünü axtarmaq instikası var. Şair hesab edir ki, 30- cu illərdə də doğulan 3000-ci illərdə bir də doğulacaq. Amma öz dövrün vəzni ilə, yeni bir biçimdə. Yarandığı dövrü əhatə edən mətndə kimsə kiminsə başlanğıcı, kiminsə davamı, kiminsə sonudur. Əslində ədəbi mətndə son yoxdur, doğuluş və başlanğıc var. Sərvazın mətni də kiminsə davamı və kiminsə başlanğıcıdır.
Bilim ki, ürəyin mənlə döyünür, Bilim zülmün altda, amandayam mən. Nə yerim yerdədi, nə göyüm göydə, Yenə də sən adlı zamandayam mən.
Şair fikri, şair mətni yerlə, ya da göylə ölülmür. Bu enerji təbəqəsi, daha doğrusu, enerji axını planetlər ya da daha böyük mənada qalaktikalar arası bir sistemin ifadəsidir. Əslində burada zaman və məkan yoxdur. Vaxt dayanıb. Günəş də sönüb. Şüur da yoxdur. Eqo yoxa çıxıb. Düşüncə də olmur burada. Burda yalnız həqiqət var. Bəzəksüz, düzəksiz. Sən varsan. Mən sənin zərrənəm. Səndəyəm, sən olmuşam. Vəssalam. Daha bunun ayrı bir adı yoxdur.
Sərvaz detallar üzərində fikrini usalıqla sərgiləyir. Daha burda gen- bola asan epitetlər, metaforalar, yersiz mənalandırmalar yoxdur. Sərvazın düşüncəsi bu ərazini çoxdan keçib. Çünkü bədii təsvir vasitələri ilə şeir düzəltmək erasını ədəbiyyat çoxdan arxada qoyub.
Üstə gül qoxulu ayə yazılan Ağappaq, bəmbəyaz vərəq kimiyik.
Yəqin ki, Sərvazın gözəl səsi, avazı olduğundan az adamın xəbəri var. Onun muğam səhrası kimi açılan səsinin üzərinə “Məmməd Araz dastanı” və tanınmış yazar Azər Turana həsr etdiyi irihəcimli “Ruhumla öpürəm düyğularını” və başqa samballı heca şeirləri yazıla bilər. Çünki bütün şairlər ən yaxşı şeirlərini səslərinin üstünə yazırlar. Sərvazın bambəyaz vərəqi – səsi muğamın qanadlandığı səhradır.
Səhv etmirəmsə, Sərvaz aşağıdakı şeiri qızı Səmaləyə yazıb. Bu, ilkin görünüşüdür. Ata istəyinin obrazlı ifadəsidir. Amma dərindən götüəndə və həm də Sərvazın şeirləri xeyli yozum imkanı verdiyindən, mən deyərdim ki, bu həm də vətəndir.
Hardan soyuq sazaq əssə üstünə, O tərəfdən divarına hör məni.
Vətəni bu cür də qorumaq olurmuş. Qarabağda vətən sərhədinin düşən bir kərpicinin yerində (Ya da şəhid olmuş əsgərinin) şair özü dayanmaq istəyir. Əslində məntiqin, mətnin tələb etdiyi budur. Harda vətən sərhədlərində bir kərpic yeri laxlayıbsa, bütün vətənsevərlər orada daş kimi dayanmaq istərlər ki, təki vətənə soyuq dəyməsin. Bu da daxili- alt qat. Əsas məsələdə elə bu.
Olmayıb sevgidə vəfasızlığım, Allahım, sən mənə dözüm yazarsan. Mənim könlümcədi mənim yazdığım, Məndən yaxşısını özün yazarsan
Bu da Sərvazın çox dəqiq bir hesabatı. Nəsillərinarası debata orjinal cavabı. Mən bura qədər olanı yazdım. Bundan sonrasını (bacarsan ən yaxşısını) sən yaz. Sərvazın ədəbi mətni Bəxtiyar Vahabzadə, Sabir Rstəmxanlı, Məmməd İsmayıl, Məmməd Aslan, Musa Yaqub və bu silsilədən olan şairlərin kökləndiyi zamandan boy atıb və istedad, zəhmət, mütaliə və peşakarlıq nəticəsində özünə ədəbiyyat ünvanı yarada bilib.
Vaqonlar elə bil relslərin üstə, Təsbeh dənəsitək sıralanıbdı. Və yaxud Səndən bir nişanə aparan qızın, Şəklini gözümdə bir az əylədim.
Sərvaz 80- ci ildən bugünə kimi böyük bir ədəbi mərhələni heç kəsə güvənmədən keçib. Nə olubsa, harda təntiyibsə, folklora, Söyüdlü arxın düşüncələrinə söykənib. Şəkli gözündə əyləmək olduqca gözəl ifadədir. “Əyləmək” folklordur. Şair bu sözlə orjinal bir lövhə yaradıb;yoxsa sənin şəklini əyləməsəydim, tez qocalacaqdın. Tanınmış şair Cingiz Əlioğlu gənclik illərində yazdığı bir şeirdə deyirdi: “Qatarlar vağzalın boyununda şərf kimi açılıb gedir”. Gözəldir. Sərvaz da deyir ki, Vaqonlar elə bil relslerin üstə tesbeh dənələritək səpələnibdir. Bu da gözəldir. Bu cür orjinal obrazlar 80 illərin ədəbi xasiyyəti idi. Amma Sərvaz o illərin ağır xasiyyətini sonrakı şeirlərində dünyəviləşdirməyi bacardı. Aşağıdakı mətnə baxaq.
Ağıl dəryasında batan dünyamı Xilas eləməyə dəli gərəkdi…
Bax bu “dəli” müasir dünya şeiridir. O zaman ki, şeir ağıla tabe olur, o, artıq şeir olmur Bəxtiyar Bahabzadə demişkən: “meyirdi”. “Dəli” sözü əslində təxəyyülü, xəyalı ifadə eləyir. Sərvazın da son anda gəldiyi nəticə odur ki, poeziyanın əbədi, əzəli vətəni düyğular və hisslərdir. Hisslər heç zamanı adamı aldadtmır. Bu il 60 yaşı tamam olan qədim dostum Sərvaz təkçə klassikadan yox, həm də yaşıdlarından – müasirlərindən bəhrlənir. Gəncədə ustad Qərib Mehdinin rəhbərlik etdiyi “İlham”və Bakıda Məmməd İsmayılın Respubilka Ədəbi Birliyində aparılan müzakirələrdə həmişə fəal iştirak edib. ədəbi mübahisələr Sərvazı orjinal ədəbiyyat yoluna istiqmətləndirib. İndi “Söyüdlü arx”dan başlayan düşüncələr onun yeni şeirlərində bu gün Avropa ölkələrinə yol açır. Uğur olsun!
Səni hər fəsil sevdi, Mən payızı xatırladım. Baxdım payızdan sənə; Ömrün, qız yağışlara, Ana buludlara qucaq açdı. Güzgülər üzünü sevərkən, Sular balıqların dilini öyrənərkən.
Bir kişi üzündən yol saldın ayrılığa. Dəniz də itirdi gülüşünü, Sahil də kirlətdi ləprini.
Hələ canından doymadı çiçəklər, hər bahar dərildi əllərin, Qarımış kölgələrin üstünə.
Sonra gözəlliyinə qəfəs qurdu qanadsız küçələr. Qanadlarının kəklik vaxtı. Barmaqlarının azad günü.
Üzünü aya bənzətdilər sənin, Ay deyildin ki qara pərdələrdən damasan. Sən elə qadınsan qadın Dəyişə bilmədim ayrılıq adını, Dəyişə bilmədim kəpənək üzünü.
Tanrım, məni ölümə səhər vermə… Qoy, bir az günəşin, Bir az buludun, Bir az da yıxıq daxmaların olum. Məni əllərimin sonuncu gecəsiylə düşür Ovuclarımın payız vaxtı, Ağacların üzünə qış gələndə…
…Saatımızın əqrəbləri təki Hər gecə ayrılıq dönür divarlarıma, Hər səhər ağ kədər qayıdır gözlərimə. axı hələ barmaqlarımda bir işıq göz açmayıb.
Bir çağa çiçək də açmasın bahardan öncə. Bir qoca kölgə də yıxılmasın günəşdən sonra.
…Qoy nə qatarlar yubansın, nə ayrılıqlar… Məni bir gecənin arxasında öldür. Tanrım, məni ölümə səhər vermə!
Mən bir bataqlıq səsiyəm. Eşitmə sevdalım, eşitmə. Durğun olsam da, Uçrum olsam da. Barmaqlarımın dilində oxuyacam adını…
Elə soyuğam ki qar məndə isinir. Solma qar çiçəyim, solma bütün ayrılıqlar başdan ayrılır. Soruşma ayrılığım, soruşma.
Bil ki, kimsə əllərindən ayrı düşməz. Bil ki, kimsə sonacan yarım qalmaz.
Sənsiz küçələrdə üzü qaradı qar dənəsinin. Üşümə qış günüm, üşümə
Çaylar ağsayır su yerişində. Axma su üzüm, axma Qaya yatmaz qar ayağında. Gəlmə baharım, gəlmə!
شهرام خوش رو 1989 اینجی ایلده تبریز شهرینده آنادان اولوب دور شاعیر و یازیجی کیتابلار : باغریقان، سنگ صبور عجب شیر درگی سینده اونلار مقاله سی چاپ اولوبدور فجر آذربایجان، مهد آزادی و صائب تبریز درگی سینده شعرلری چاپ اولوب شاداب ژورنالیندا دا بیر عده شعرلری چاپ اولوب دیر
Ошентип ал адамдын жолу башка, менин жолум башка болуп айрылыштык. Махабаттын баа жеткис ирмемдерин бирден терсем да чогулталбай калдым.Ойлорумдун учугун издеп толгоно берем. Күн жылып ай өтөт, ай жылып күн өтөт демекчи, болбогон ойлор менен алпурушуп жүрө бердим. Билинбей убакыт өтө берет экен. Жаман адам таарынчысын элге жаят болуп, кимге айтам таарынычымды. Ким келет мага таарынычымды жазганга, эч ким келбейт. Кайра шылдыңдап, табалап артыңдан сөз кылып, жерден алып көргө чаап, көрдөн алып жерге чаап сөз кылышат эмеспи. Ошентип мага дагы жуучулар келе баштады. Мен окуйм , жигитим бар деп журуп, кийинчерек мен дагы турмушка чыктым. Турмушум жакшы кудайга шугур. Куйоом оюм менен ой, боюм менен бой болот. Кыргызда сонун лакаб бар “Озумду озум билем, отугумду торго илем” -деген, так ошонун озу мен болдум. Эмнеси болсо дагы озумчо оокатымды откоруп калдым. Мен дагы тагдырыма баш ийип “Кудай кылса, кубарындын куу чокусу барбы “-дегендей болуп калды. Ошентип аны кайра жасап ала албай калдым. Отконду эстеп окунбө дегендей, мандайыма жазылган турмуш деле жаман эмес. Мен кыйынмын дегендерден кем эмесмин. Айылда жашайбыз, туйшугум коп. Жумуш үй тиргилиги, болуп эле кол бошобойт. Сыйлоо менен суйуунун ортосунда айрыма коп. Мен аны жакшы тушуном, бирок конулдө калган таза сезимдерди унутуш кыйын экен. Эх чиркин бири кем дуйно – деп ушуну айтат турбайбы. Чын суйуу эч очпойт. Сакталып жургон журогумдун кутучасындагы сырлар ачыла баштады.Кайра жалындап куйуп, мени жалынына жылыта баштады. Ал жалын мени куйгузуп буткон да. Кайра эмне тутанып куйо баштады? Кайрадан делебем козголуп, баягы жаштыгым эсиме тушуп, эмнеге кайра артыма кетем темтеңдеп. Мен жаш убагымдагы откоргон кундорумду эч нерсеге тен кетире албайм, ал мени менен калат. Ал сезимди сыйлайм, ал өмүрүм өткүчө мени менен болот.Таза сезимди тагдырым өзү энчилеп берген, ошон учун ага эч ким үстөмдүк кыла албайт. Эч убакта өзүмө келген тагдырымдын ырыскысын тээп, ыргыта албайм.
Ал мен үчүн жогорку тепкичтеги мени кармап турган күч. Акыры эле бара турган жерибиз тиги дүйнөдөгү акыреттик жай. Жараткан аманатын кечинен берип, акыреттик жайга таза барсам дейм. Капырай, тагдырым таалайыма эмне учун ушундайча жазды экен? Түндү үкүнүн уйкусундай өткөрөм, жазмыш тагдырым талкаланып бүтсө болмок. Жолдош жоролорум көп, бирге иштешкен курбуларым бар. Ошентип тенирим жалгап унута баштадым. Мен дүйнөдө бактылуумун, коноктор көп, барганына барам, колум бошоп калса . Жолдошум тим эле сонун ,өзү кызматкер сыйдын үстүндө сыйлуу адамбыз, балдарым кызым бар, бизге кызыккан адамдар көп. Женилимди жерден, оорумду колдон алган жолдошум бар. Ак саргылынан келген, жузунон жылдызы тогулгон адам. Акылы бышык кыска, нуска сүйлөгөн,орто бойлуу келген жүрөктөш адамым. Айылдын эли сыйлаган сыймыктуу адам. Мен бул адам менен жашаганыма өтө сыймыктанам. Экообуз балдарыбызды колунан жетелеп, бир жерин кир кылбай багып чоңойттук. Менин жан биргем мени ушунчалык жакшы корот, оюм менен ой болот. Мен өзүмдү ак куудай сезет элем, анын жанында жүргөндө. Учуп аны айланып бийлеп жүргөндөй сезем өзүмдү. Кудай маңдайыма ушундай жакшы адамды жазып койгонуна шүгүр кылам. Тенирим жалгап, тең келтирип койгонуна ыраазымын. Жакшы санаалаш жан биргемден , жакшы куюлушкан акыл сөздөр айтылып , аргымак минип үстүндө бийлеп жүргөндөй сезилет. Жакшы адамдан жакшы гана сөздөр чыгат. Ар түрдүү себеп менен капа болуп турсада, эч убакта оозунан жаман сөз чыкчу эмес. Кайра кулуп жайнап балдарын эркелетип, жонунан тушурбойт. Мага чексиз сыйын жана суйуусун арнайт. Мен тенириме тегеренип таазим кылам. Жаш кезимдеги суйуум жон эле жомок боюнча калды. Азыркы жашоомо ал сүйүү тең келбейт, азыркы жашоомдун бир эле көзгө көрүнбөгөн кичинекей буртукчосу болуп калды. Жашоомдо жакшылык көп,ченеп ченим жетпейт. Кудай тилимди жазыктуу кылбасын, баардыгы сонун. Конокторго барсак бүт маданияттуу, адамга болгон мамилеси менен, сүйлөгөн сөздөрү менен айырмаланат.Достор менен, иштешкен жакшы санаалаш адамдар менен болобуз. Ошентип жүрүп жыл өтүп балдарыбыз чоңоюп, өз ордун табышты. Экообуз пенсияга ,чыктык. Пенсиянын үзүрүн жакшы эле көрдүк .Оюм менен ой болуп жүрүп, капыстан эле бир күнү мени таштап узап кетти. Акыреттин таза күндөрүндө жашаса болду. Бейишке чыкса экен, жаткан жери жумшак, жайлуу болсо экен деп тилеп аны эстеген сайын карегиме кылгырып ысык жаш толот.
Озум болсо ыйлайм баскан турган жерин коруп, журогум сыздап ,тулку боюм тенселип ,кай жакка барып урунарымды билбейм. Озу жыйынчактуу адам болчу, таза жургон турганы, кармаган буюмдарын карасан орду менен. Бир нерсе издеп ал койгон буюмдарын ичинен карасам тим эле тизип салыптыр мен издеген буюмду тез эле таап алдым. Анын кармаган буюмун көрүп көз алдымда тартыла тушту чалым. Каттуу кыйкырып эле ыйлап жибердим атын атап. Копко олтурам ыйлап кошуналар келишет, аркы беркини айтып сооротуп кетишет. Мурзосуно барам айтып арыз мунумду чалыма, сага эмне болду эртелеп менден кетип, карааныңды көрө албай кыйналдым кантейин, сен мени аяшын керек эле, мындай жаман жорукту баштабашын керек эле деп. Ошентип эптеп эсиме келип зорго үйгө келем. Эмнесин айтайын, эптеп көтөрүп кеттим. Кирип чыккан карааны, мен үчүн аска тоодой бел эле, сүйлөгөнү мага акылыма акыл кошчу эле, кылган ишинен күч кубат алчуу элем, кантейин өтө кыйналам. Менин карегиме кадалган, жүрөгүмө түйүлгөн адамымды экинчи дүйнөгө узатып, азапты тартып калдым. Эркектин орду толушу өтө кыйын. Чалымдын орду чоң экенин эми билдим. Арманым жок, ордун баса турган балдары, кыздары бар. Кудайга шугур, ушулар аман болушсун. Бардыгы өз тиричилиги менен үйлүү- жайлуу. Ушул балдарыма тээк болуп аманат жаштын кечинен берип, балдарымды кыйнабай, озум дагы кыйналбай , жүгүрүп жүрүп мүдүрүлүп кетсем болду деп тилейм тениримден.
PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ, “BAŞQALARININ HALINA FAYDALI OLAN” İNSAN
“Başqalarının halına faydalı olan”. Həzrəti Məhəmməd peyğəmbərin belə bir kəlamı var: “Ən yaxşı insan” başqalarının halına daha faydalı olandır”. Həmin kəlam rastıma çıxanda bir anlıq Natiq yadıma düşür. Hansı Natiqi deyirəm? Axundov Natiqi. Bizim institutun baş mütəxəssisi Natiqi. Niyə Natiqi xatırlayıram? O, elmlə məşğul olmaqla, ümumtəhsil məktəbləri üçün dərsliklər yazmaqla yanaşı həm də institut həmkarlar təşkilatının sədridir.
Həmkarlar təşkilatı işçilərin pənahıdır, dayağıdır, iş yerində onların əmək, sosial, iqtisadi hüquqlarının qoruyucusu, qanuni mənafeyinin müdafiəçisidir. El arasında belə söz var: “Mən gözümü açandan…” Mən də gözümü açandan Natiq aparıcı elmi işçi, şöbə müdiri, baş mütəxəssis işləyə-işləyə həmkarlar təşkilatına da sədrlik edib və indi də təşkilatın sədridir. İşləri avand olsun! Onun həmkarlar təşkilatındakı fəaliyyəti barədə çox da geniş danışmıram. Əsas fəaliyyəti kölgədə qalmasın deyə. Elm öyrənmək və onu başqalarına öyrətmək Peyğəmbərimizin belə bir kəlamı da var: “Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir”.
Natiq müəllim uzun illərlədir bu yolu tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirərək (1974) təyinat üzrə Bakı şəhəri 67 nömrəli orta texniki peşə məktəbində müəllimi işləmiş, 1979-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) kiçik elmi işçi, Əmək təlimi və peşəyönümü şöbəsinin müdiri, Əmək təlimi və texniki peşə təhsili şöbəsinin müdiri, Ali və orta ixtisas şöbəsinin aparıcı elmi işçisi, Kurikulum Mərkəzinin İncəsənət və texnologiya fənlərinin təlimi bölməsinin müdiri vəzifəsində çalışmışdır.
O, hazırda Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Bu instituta onu elmi işə maraq gətirib çıxarıb. Çelyabinsk şəhərində T.T. Şevçenko adına Dövlət Pedaqoji Universitetində “Orta məktəbin fizika kursunda “Mexaniki rəqslər” və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununun və tədrisi metodikasının təkmilləşdirilməsi‖ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək (1989) pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Daha sonra dosent elmi adına layiq görülmüşdür.
Dissertasiya işində orta məktəbin fizika kursunda “Mexaniki rəqslər‖ və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununa və tədrisi metodikasına ənənəvi yanaşma tamamilə yenilənmiş, rəqsləri və rəqsi sistemləri səciyyələndirən kəmiyyətlər kinematik, xarakteristik və parametrik olaraq qruplaşdırılmışdır; N.L. Axundov tərəfindən sürtünmə, ətalət, elastiklik kimi parametrik anlayışlara uyğun olaraq ilk dəfə sürtünmə müqaviməti, ətalət müqaviməti, elastiklik müqaviməti kimi politexnik anlayışlar daxil edilərək uyğun mövzular və onların təqdimatının yeni məntiqi şərhi hazırlanmış və rəqsi sistemlərin tədrisində vahid kəmiyyət qiymətləndirməsi üsulu öz əksini tapmışdır; Yeni daxil edilmiş parametrlər üzrə rəqsi və qeyri-rəqsi sistemlərin fərqləndirilməsi ideyası irəli sürülmüş, bunun təzahürü masa üzərindəki kitabın, lövhə üzərində tabaşirin, silindrdəki porşenin məcburi rəqsi hərəkəti ilə aydınlaşdırılaraq təsdiqlənmiş və yaylı rəqqas, avtomobil amortizatoru nümunələri ilə ümumiləşdirilmişdir.
Dissertasiyada rəqsi sistemlərin kəmiyyət təhlili üçün tam və ümumi müqavimət əvəzinə “Kompleks müqavimət” kimi elmi anlayışdan istifadə olunmuş, hər bir paraqraf üçün faktiki materialın sistemləşdirilməsini və möhkəmləndirilməsini təmin etmək məqsədilə suallar hazırlanmışdır.
Tədqiqatın praktik əhəmiyyəti ondan ibarət idi ki, təklif olunan metodika şagirdlərin elmi dünyagörüşündə tamamilə yeni keyfiyyət yaradır, onların fiziki, riyazi və qrafik təfəkkürünü inkişaf etdirərək politexniki hazırlığın elementləri ilə zənginləşdirir.
Natiq respublika Prezidentinin yanında AAK-ın ADPU-nun nəzdində fəaliyyət göstərən FD 02.061; FD 2.15 və B/D 02.061 dissertasiya şuralarının üzvü olmuşdur. Tədqiqatları tutduğu vəzifədən asılı olaraq elmi yaradıcılığını şagirdlərin politexnik təhsilinə sərf edən Natiq müəllimin “Texnologiya fənninin tədrisində formativ qiymətləndirmə mexanizminin hazırlanması” adlı elmi tədqiqat işində şagirdlərin şifahi cavablarının, praktik işlərinin, praktik işi icra etdikdə təhlükəsizlik texnikası və sanitar-gigiyena qaydalarına əməl edilməsi tələbləri və layihələrin təqdimatının qiymətləndirilməsi üzrə meyarlar işlənilmişdir. Bu tədqiqat işində şagirdlərin bilik və bacarıqlarının test üzrə qiymətləndirilməsi meyarlarının işlənilməsi texnologiya müəllimlərinə qiymətləndirmə sahəsindəki çətinlikləri aradan qaldırmağa imkan verir.
“İbtidai siniflərdə texnologiya fənninin tədrisində şagirdlərin estetik tərbiyəsinin inkişaf etdirilməsi” adlı əsərində alim şəxsiyyətin hərtərəfli inkişafında estetik tərbiyənin rolundan bəhs edərək, texnologiya dərslərində estetik inkişaf, estetik zövq, estetik ideal, estetik hiss kimi anlayışların izahını vermişdir. O, bu elmi işində ibtidai siniflərin texnologiya dərslərində şagirdlərin estetik tərbiyəsinin əsas şərtlərinin əlverişli iş şəraitinin yaradılmasından, işin məqsədinin müəyyənləşdirilməsindən, əmək obyektinin seçilməsindən və hazırlanacaq məmulatların estetik təhlilindən ibarət olması nəticəsinə gəlmiş və bu şərtlərin mexanizmini müəllimlərə izah etmişdir.
Pedaqoji fəaliyyəti elmi işlə yanaşı eyni zamanda ümumtəhsil və ali məktəblərdə, Qərb Universitetinin nəzdindəki orta ümumtəhsil məktəbində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutlarında müəllimlik etmişdir.
Təhsillə bağlı müxtəlif təşkilatların təşkil etdikləri kursların iştirakçısı olmuşdur. Çoxsaylı sertifikatları vardır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şəhər və rayon müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi‖ layihələri üzrə 10 günlük kurslarda 2009-cu ildən etibarən təlimçi kimi fəaliyyət göstərmişdir.
I sinif müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı Bərdə, Hacıqabul, Kürdəmir, Salyan, Ağdam, İmişli, Sabirabad, Ucar, Göyçay, Tərtər, Ağcabədi, Qusar, Yevlax rayonlarında təşkil edilmiş kurslarda, eyni zaman da UNİCEF-in Bakı Avropa Liseyində, V-VI sinif şagirdlərinə texnologiya fənni üzrə dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumları üzrə Samux, Qazax, Goranboy, Yardımlı, Biləsuvar, Neftçala, Beyləqan rayonlarındakı təhsil kurslarında təlimçi olmuşdur (2012-2014).
Təltifləri. Azərbaycan təhsilinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Qabaqcıl maarif xadimi”, SSRİ maarif əlaçısı, “Qabaqcıl maarif əlaçısı” Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adları almışdır.
Dərsliklər müəllifi kimi Natiq Axundov 2006-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin texnologiya fənn kurikulumu üzrə işçi qrupunun sədridir, 254 sayda məqalə, dərslik, dərs vəsaiti, metodik vəsait, şagird üçün iş dəftəri və proqramların müəllifidir. Ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün “Texnologiya” dərsliklərinin və Texnologiya fənni üzrə müəllim vəsaitlərinin müəllifi və həmmüəllifidir. Dərslikləri Azərbaycan, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur. “Texnologiya” dərslikləri həmmüəlliflərlə (H.H. Əhmədov və b. ilə) yazılmışdır.
İ-IX siniflərin dərsliklərində özünə yer almış bəzi bölmələri diqqət mərkəzinə gətirək: “Məişət mədəniyyəti”, “Plastilinlə yapma”, “Aplikasiya”, “Mozaika”, “Kağızla iş‖ və s. (I sinifdə); “Kağızqatlama, hörmə, tikmə və naxıştikmə”, “Modelləşdirmə” və s. (II s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Sadə təmir işləri”, “Elektrotexniki işlər”, “Qida məhsulların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası‖” və s. (III s.); “Texnologiyalar və texnoloji vasitələr”, “Kağız və karton emalı”, “Müxtəlif materiallardan quraşdırma‖ və s. (IV s.); “Qrafik savad elementləri”, “Ərzaq məhsullarının emalı texnologiyası” və s. (V s.); “Oduncağın emalı texnologiyası”, “Metalların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası və naxıştikmə” və s. (VI s.); “Elektrotexniki işlər”, “Parçanın emalı texnologiyası” və s. (VII s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Qida məhsullarının emalı texnologiyası” və s. (VIII s.), “Konstruksiya materiallarından məmulatların hazırlanması texnologiyası”, “Sadə təmir işləri” və s. (IX s.)
Respublika Elm və Təhsil Nazirliyinin tapşırığı ilə gördüyü işlər respublika Təhsil nazirinin əmri ilə dəfələrlə bir çox ali və orta ixtisas məktəblərində Texnologiya fənni üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuş, respublikamızın bir sıra rayonlarında Təhsil işçilərinin sentyabr (əvvəllərdə avqust) konfranslarında Təhsil Nazirliyin nümayəndəsi kimi iştirak və çıxış etmişdir. ictimai İşləri Natiq müəllim Azərbaycan Respublikası Uşaq fondunun “Təhsil və səhiyyə” qrupunun üzvüdür.
Əsas əsərləri 1. Azərbaycan Respublikasının məktəblərinin təhsil standartları. “Texnologiya” (həmmüəlliflərlə). 2.Əmək təlimi: 5-ci siniflər üçün dərslik (həmmüəlliflərlə). 3. Texnologiya: I-IX siniflər üçün dərsliklər (müxtəlif illərdə, Azərbaycan, rus, gürcü və ingilis dillərində, həmmüəlliflərlə). 4. Texnologiya dərsliklərinə metodik rəhbərliklər (müəllim üçün vəsaitlər) – müxtəlif illərdə, həmmüəlliflərlə və s.
Təbrikimiz. 1953-cü il avqustun 15-də Göyçayda qulluqçu ailəsində doğulan Natiq Axundov 1970-cı ildə Bakıdakı 176 №-li məktəbi bitirmişdir. 1974-75-ci illərdə SSRİ Ordusunun Almaniyadakı Hərbi Hava Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. Onun 70 yaşı tamam olur.
Biz pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Natiq Lyutfiq oğlu Axundovu yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, cansağlığı, uzun ömür arzulayırıq.
Ağlıyor muyum? Gözyaşlarıma kimin için izin verdim?
Neden ruhuma hüzünlü bir acı yerleşti? Rüzgarlar neden yamaçlarımda fısıldıyor?
Neden her esintide yalnızlığın kokusu burnuma geliyor?
Sanki yüzyılların anılarını sırtıma yüklemişler.
Uzaklardaki yoğun sisin içindeyim Beni bir ağaç gibi sarsan sonbaharı bekliyorum
Mücadele çağına veda etmek nasıl bir duygu? Büküm, büküm – Neden sebepsiz yere acele etmek istediğimi hissediyorum?
Hayal gücümün ortasında Tenimin her yeri senin dokunuşlarına hasretken bu telaş nedir?
Hala hayatımın ufkundayım Bakire ruhum gül tomurcukları gibidir
Ey yatağın kuşu Ey seni saran limon çiçeği kokusu Ey hayatın güzellikleri ve şafağın gülümsemesi Ey hayatta kalmanın sonsuz alevi Tüm endişelerin göz kapaklarımda bağdaş kurmuş şekilde oturduğunu hissediyorum
Özlemini çektiğim her arzudan kemiklerim ince bir keten ipliği gibi oldu
Sensizliğin yoksulluğu tüm organlarıma yayılmış Karlı yokluğum dilsiz palmiye bahçelerine düştü
Gün batımıyla birlikte fakirleştim Ülke içinde ülkeden ülkeye taşınıyorum
Düşüncelerin özlemiyle Aldatıcıların kahkahalarıyla Olmayacak şeylere deli gibi bağırıyorum Sesin sesi tarihi sessizliğin derinliklerine ulaşıyor
Geriye dönüp gururuma bakıyorum Gözyaşları perişan Ve kokularından bir ruh akıyor
Avucumun içinde boş bir ateşle yanarım
“Kaburgalarımı kollarıyla çekecek kimsem yok.” Ve sıcaklığı dudaklarımdan geçecek Ellerinde güneşle bana gelecek kimsem yok
Boşlukta parlayan yanlarım Benden habersiz, inatçılığım Bütün korkularımı topluyorum
Hissettiğim şeye gözlerimi kapatıyorum Hayatın yaraları benim yaralarımdan daha derindi
Rüzgarın esmesinden güneşin batmasına kadar her şeyin olmasına izin verdim Sensiz ne tatiller ne de güzel günler keyifli olurdu.
Dudaklarım yine susayacak Bu ıslaklık gözlerimde kalacak Gönül bu hasretten hiçbir zaman kurtulamayacak
( Dün tüm anlaşmaları bozdum, Arzularımın ve sadakatimin samimiyeti bilerek yaşadı ve öldü))
Güzelliklerden mahrum kaldığım ve etrafımda sığınacak gölgem olmadığı için ağaç dikmek istiyorum.
Ayın köklerinden, arıların kanındaki baldan, Ürdün nehrinin saf suyundan, yağmur tanrılarının eşliğinde gözyaşlarımın beni yavaşça vaftiz etmesine izin verdim.
Dünən körpə qızcığaz, Bu gün anayam özüm… Qardaşıma bacıyam, Atam da mənə baxıb Mənə “ay anam”deyir…. Atamın da anası Elə mənim özüməm…. Onun gözündə körpə, Həm də ağbirçəyəm mən. Mənlə bölüşür dərdin Mənlə bölüşür sərin… Allah dərd, sər verməsin. Körpəlikdən buyana, Elə böyümüşəm ki… Vallah nə yalan deyim Uşaqlıq görməmişəm. Anam çəkib nazımı Anam böyüdüb məni. İndi mən də anamın Yollarını gedirəm… Onun saçında ağ dən Saçına qurban olum… Mənim saçım qaradır… Mən bu yaşda yoruldum.