Akəm Xaqan təqdim edir: – Məhsəti Musa

Mən Məhsəti Musa şəxsiyyətinə və yaradıcılığına xüsusi diqqət yetirir, sevgiylə yanaşıram. Onun yazı üslubu, poetik yanaşması seçildiyi qədər də canlılığı ilə diqqət çəkir. Ən azından ümid qığılcımlarını sönməyə qoymur…
Məhz bu bəndləri oxuduqca canlanan səhnə, yaşadığımız mühit və dövrəmizdəki adamlar məni düşünməyə vadar etdi;
Tənbeh və bənzətmələrin orijinallığı göz oxşasa da mövzunun yükü, ifadələrin ağrı-acısı, müəllifin yaşam halı da məni qədərincə üzdü. Qanımı doldurdu…

Məhsəti Musadan bir şeir:

İçindəki yalqızlıq
Gecə-gündüz ulayar
Bir göynərti sinəni
Həzin-həzin yalayar

Hayqırmaq istəyərsən,
Səsin çatmaz özünə
Sırtıq adamlar kimi
Tale durar üzünə

“Yaşadığın” tabutda
Boğularsan, susarsan
Sonra tutub özünü
Boşluqlardan asarsan

Boşluqlar nəhəng-nəhəng
Boşluqlar qara-qara
Ümid arxa çevirib
Günəşli sabahlara.

Ayağın altda kətil,
Kəndir artıq əlində
Birdən için titrəyər,
Kəndir çıxar əlindən.

İki cüt körpə gözü
Gözlərinə zillənər.
Gözlər nələr danışar,
Gözlər necə dillənər ?

Enib inad atından
Ölümlə ötüşməzsən
Dünya düşsə də gözdən,
Sən dünyadan düşməzsən.

Akəm Xaqanın yazıları

Məhsəti Musanın yazıları

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir