Şahin Həmidi – Balayar Sadiqə məktub

BALAYAR SADİQƏ MƏKTUB

Şair öz əhdinə qalıbdır sadiq,
Dostlara ruh verir, şerinə ətir.
Salam, şair dostum Balayar Sadiq,
Yurdu vəsf eyləyən “Yurdun”necədir.

Məntiq çalarları düzür sözlərin
Şeir dağlarının yamaclarında.
Məna dənizındə üzür gözlərin
Şairlik yaşayır ağ saçlarında

Qədrini bilirsən obanın,elin,
Sevgindən bir az da özünə ayır.
Bir bal arısına dönübdür dilin
Sözdən şirə çəkir, bal hazırlayır.

Eşqə, məhəbbətə ömrün can atır,
Qışına qəm qonmaz, yazına kədər.
Nəinki ürəyin, çiynində çantan
Sevgiylə doludur ağzına qədər.

BALAYAR SADİQİN YAZILARI

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir