YAZARLAR cameəsi adından uzun illərdir yorulmadan Ana dilimizin keşiyində dayanaraq, daim onun zənginləşməsinə əvəzsiz töhfələr verən fədakar alim-sair, professor Mahirə Nağıqızını doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
“YAZARLAR” JURNALININ NOYABR – 2024 № 11 (47)-Cİ SAYINDA XÜSUSİ DOĞUM GÜNÜ TƏBRİKİ– PDF (səh.138): >>>> Yazarlar-47
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Bu günlərdə Azərbaycan Cümhuriyyətinin qurucusu, böyük siyasi lider Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında. Qafqaz məsələsinə dair” kitabı yayınlanmışdır. “Salman Mümtaz yayınları”nın nəşr etdiyi kitabı Azərbaycan türkcəsinə Vaqif Sultanlı və Əliheydər Yunisoğlu çevirrmişlər.
Qeyd olunmalıdır ki, M.Ə.Rəsulzadənin 1930-cu ildə Qafqaz İstiqlal Komitəsinin dəstəyi ilə Parisdə rus dilində yayınlanmış “Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” kitabı böyük mütəfəkkirin siyasi-kulturoloji görüşlərinin öyrənilməsi baxımdan son dərəcə önəmli qaynaqlardan biridir. Əsərin yarandığı dönəm istər Azərbaycan və Türkiyə, istərsə də digər türk xalqları tarixinin ən mürəkkəb, keçməkeşli dönəmi olduğundan problemə yanaşmada zamanın təsiri aşkar şəkildə duyulmaqdadır.
Türkçülük və turançılıq anlayışlarının siyasi yöndə deyil, kulturoloji aspektdə dərk olunması zərurətinə söykənən “Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” əsərinin rus dilində, həm də Paris şəhərində yayınlanması Rusiya mühacirətinin Fransada toplu halında məskunlaşması ilə bağlıdır.
Kitabın “Romantik düşüncədən gerçək birliyə” adlı ön sözündə professor Vaqif Sultanlı əsəri Türkçülük və çağdaş Turançılıq kontekstində dəyərləndirərək yazır: “M.Ə.Rəsulzadə əsərdə turançılıq ideyalarının Azərbaycanda, ümumən Qafqazda yayılmasının təbii səbəblərini önə çəkərək milli istiqlal məfkurəsinin onun gölgəsində gizlədilməsinə çalışan gizli və aşkar düşmənlərə qarşı özünün sərt mövqeyini sərgiləmişdir. Araşdırıcının fikrincə, ilk dönəmlərdə romantik səciyyə daşısa da, bu ideya zaman keçdikcə tarixi olayların axarında dəyişikliyə uğrayaraq gerçəkçi mahiyyət qazanmışdır. Lakin Türk Birliyinin yaranması həmişə öz aktuallığını qoruyub saxlayacaq zəruri vəzifələrdən biri kimi qalmaqdadır. Müəllif turançılıq ideyası altında ayrı-ayrı türk dövlətlərinin vahid imperiyanın çətiri altına girməsini deyil, öz bağımsızlıqlarını əldə etməsi, eyni məfkurəyə tapınmaqla yaranacaq mənəvi-kulturoloji birliyi nəzərdə tutulduğunu vurğulayır”.
Əsər Türk Birliyi ideyasının gerçəkləşməsi zəruriliyinin qaçınılmaz olduğu müasir dövrdə olduqca böyük önəm daşıyır. Çünki Məhəmməd Əmin bəyin bu gün aktuallaşmaqda olan problemin çözümünə mane olan tarixi-siyasi səbəblərə aydınlıq gətirilir.
Həmişə istəmişəm ki, həyatımın elə bir çağı gəlib çatsın ki, artıq plansız yaşayım. Hər an, hər saniyə önümü görmədən, başıma nə gələcəyini, bir saat sonra nə edəcəyimi bilmədən. Dil ilə hər gün yenidən qurduğumuz bu aləmdə düşüncələr bir xəyal imiş, ya da xəyallar həqiqət, doğrularsa nağıl imiş. Xülasə, biri varmış, biri yox…
Uşaqkən nənəm hər axşamçağı bizi başına yığıb nağıllar danışardı. Mən orada olan ağlasığmaz əcaib hadisələrə heç təəccüblənməz, belə də olmalı imiş kimi hamısına şübhə etmədən istisnasız inanar, ancaq bütün nağıllardakı birinin var olanda o birinin niyə yoxa çıxdığına təəccüblənməklə qalmayıb həm də üzülərdim. Niyə bütün dünya birinin var, o birinin yox olmağına susur? Kor bir qaranlıqdayıqsa, bu gözlər niyə? Bütün ədalətsizliklərə gözdən pərdə asan səssiz və kar kainatdayıqsa, bu dil, bu sözlər niyə?
Payızın bir şüası var ikən o birinin buludun arxasına gizlənən günəşi, rəngi solmuş taxtalarının biri var olub o biri qırılmış köhnə skamya, arada biri var olub o biri olmayan dişləriylə ağzında nəyisə çeynəyib tənbəlcə uzandığı yerdən parkı seyr edən gözlərindən yorğunluq yağan yaşlı it, çörək qırıntılarının bir yerdə var, bir yerdə yox olan yeri acgözlüklə dimdikləyib ürkəkcə havaya qalxan qayğısız göyərçinlər, ağacın arxasında babasından gizləndiyini düşünən xoşbəxt uşaq, səmada bir-birini qovub yağış yağdırmaq üçün ikisinin var, digərlərinin yox olduqlarının fərqində olan iki balaca şən bulud…
Biri varmış, biri yox. Sonra necə oldusa, tək sətrlik ədalətsiz cümlələri sevməyə başladım. Qədim çağların qürurlu aristokratlarını xatırladırlar. Birinin yox olduğuna görə əsla üzr istəmir və heç vaxt heç nəyi açıqlamırlar. Nə üzləri qızarır, nə peşmanlıq duyur, nə də utanc.
Sürətlə parkı keçib gedərək harasa tələsən qadın göyərçinlər narahat olmasın deyə onların yanından ehtiyatla keçir, itin yatdığı yerə yaxınlaşanda isə fobiası ucbatından yolunu tamam dəyişir, üzünü qaldırıb səmadakı buludlara bir anlıq baxdıqdan sonra tez də saatına baxıb yeyin addımlarla tələsdiyi istiqamətə doğru gedir.
Sürətlə hərəkət edənlər, yəqin ki, nələrdənsə qaçırlar. Birinin var, birinin isə yox olduğunun fərqinə varmaq istəməyib boşluqda vurnuxur, kim bilir, bəlkə də, özləri ilə tək qalmaq onlara da dözülməz zülmət və can sıxıntısı gətirir. Güman ki, bütün bu qeylü-qal, qaçhaqaç, hər saniyəsini nə iləsə doldurmaq həşiri öz dəyərsizlikləri ilə üzləşməyin qorxusundandır. Sürət xoşbəxt olmağı bacarmayanların ardına sığındıqları kədərli bəhanədir. Özümüzə etdiyimiz haqsızlıqlar bir bəhanənin ardından daha sevimli görünür, şübhəsiz.
Biri varmış, biri yox… Ən birinci hansı yox olmuşdu, görən? Bəlkə, elə əvvəldən heç biri yoxuymuş? Yox olanın getdiyi məkan haraydı? Sonsuz kainatda heç bir nəsnə heç bir yerə irəliləyə bilmədiyi kimi sonsuz zamanlı bir dünyada da heç bir ulus, insan və ya tarix irəliləmir. Mövcud olan hər şey başıboş dönməkdə və zaman isə sürətlə axıb getməkdədir. Ona görə qədim çağların insanları qum saatını ixtira etdilər ki, zamanın yoxa çıxdığını gözləri ilə görsünlər. Təbiət məqsədsiz, kainat bikar və sərsəridir. Və ən əsası həyatda mütləq biri varkən, o biri də birdəncə yox olur.
Baba nəvəsinin əlindən yerə düşmüş çörəyi balacanın ağlamağına baxmayaraq göyərçinlərin önünə atır. Uşağın üzündə əvvəlki xoşbəxtlikdən əsər qalmır artıq. Tanrıdan ədalət umaraq etdiyimiz yaxşılıqlar ucbatından ya cəzalandırılacaq, ya da bağışlanacağıq. Ancaq etdiyimizə inandığımız yaxşılıqlara görə, yəqin ki, cəhənnəm qurulacaq daxili dünyamızda. Çünki Tanrı axmaq deyil.
İçimdən bir səs – yaxşılıq məhz bu səbəbdən pisliyə qarışdı – deyəndə həmişə özümlə danışan iç səsim dadıma gəlmədi bu dəfə. Yenə də biri var ikən o biri yox oldu. Sözlər də bir nağıldır. Varmış və yoxmuş…
Şair qəlbinin rəngarəng dünyası həmişə sonsuzluğa bir yol axtarır… Hər bir yaradıcı insanın daxili aləmi — hələ kəşf edilməmiş dənizdir; orada ilham bir neçə şəklə bürünüb, ruhu bəsləyən şəffaf su kimi axır. Onların həyatı quru düşüncələr və adi dünyayla məhdudlaşmaz — bu dünya hər an özünəməxsus və gizli mənalarla doludur. Belə qəlb sahiblərinin düşüncələri, heyrət və ilhamları onlara yaxın olan şəxsiyyətlər vasitəsilə başqa bir dünyadan daşır. “Qəlbi anlayan insan dünyanı da anlayar” deyildiyi kimi, yaradıcı qəlbi dünyanı daxildən daha dərindən qavramağa çalışır. Mənim üçün Mövlana Rumi və Qəzzali əsərləri bu sırada xüsusi yer tutur. Onların hər sözü ilahi nur kimi qəlbimə süzülür, içimdə sakitlik oyadıb, mənəvi güc bəxş edir. Şair qəlbim isə məni ruhlandıran, ilhamlandıran başqa bir yaradıcı — Xosiyyət Rüstəmovadır. Onun şeirlərini oxuduqca hər dəfə ruhumda yeni rənglər, təəccüblər açılır. Rumi’nin “Çaya heyran olma, orada sənin heyrətin var” deyimi mənə Xosiyyət Rüstəmovanın şeirlərində bir daha canlanır. Onun yaradıcılığı da bir dərin, sirli çay kimidir, burada sözlər adi vasitə deyil, qəlbi açan bir açardır.
Hər misrada sözün cazibəsi, şeiriyyətin zərifliyi, insan təfəkkürünün qüdrəti ilə üz-üzə gəlirəm. Əsrarəngiz sətirlər duyğularımın gərgin tellərinə toxunub, təkrarsız ahənglər yaradır. Həyatın qayğıları və məişət təlaşları içində qalıb, şeiriyyətin ilham və heyrət mənbəyindən uzaqlaşdığımı hiss edirəm. Daim oxuyub, məqalələr yazsam da, qəlbimin dərinliyində bir təklik var… Şeir əskikliyi…
Yazı masasına oturub, nəsə qələmə almağa çalışıram, ancaq içim dolub-daşsa da sətirlərə tökülə bilmirəm… Bu hiss yalnız yaradıcı insanlara məlumdur… Ruhum xəzanlanır, yaradıcılıq əhvalım itir, bu zaman sevimli şairəm Xosiyyət Rüstəmovanın sətirləri qəlbimdə bərq vurur. O itmiş ilhamlarımı, “şair ruhum”u tapıram. Hər oxuduğum şeir qəlbimdəki şeiriyyətə olan ehtiyacımı azaldır, yaradıcılığa olan sevgimi yenidən alovlandırır. “Ruhu ruhuna yaxın olan ilhamlanar” deyimi fikirlərimin aydın sübutudur. Yaradıcılıq üçün ilham — ruhun yaşamağıdır, şeirlər isə onların səsidir. Ruhuna yaxın yaradıcı tapmış insan, öz daxili səsini anlamağa başlayır və ona can atır. Belə yaradıcılarla hər görüş, hər poetik söhbət şairi şeiriyyətlə birləşdirir. Xosiyyət Rüstəmovanın yaradıcılığına nəzər salanda, o yalnız böyük istedada yox, həm də yüksək qəlbə sahib olduğunu dərk edirəm. Öz sənətinə səma nəfəsi verən, sözlər vasitəsilə insanın dərinliklərinə enən bənzərsiz bir şairdir. Xosiyyət Rüstəmovanın hər sözü, hər misrası sevgi və məhəbbətlə doludur. Adətən, böyük şairlərin qəlbi dəniz kimi geniş, okean kimi dərin olur. Xosiyyət Rüstəmova da geniş qəlbi və böyük istedadıyla fərqlənir — insanlara sevgi, yaxınlarına və oxucularına səmimi hörmətlə doludur. Rüstəmovanın yaradıcılığının gücü həm mənanın dərinliyində, həm də ruhunun zərifliyindədir. Şairənin hər misrasında gizlənən dərin fəlsəfi baxış var — sözlərlə insanı təəccübləndirib dünyanı yeni gözlərlə göstərməyi bacarır. Xosiyyət Rüstəmova sadəcə bir yaradıcı deyil, mənim ruhumu işıqlandıran şairəmdir. Onun hər şeirində ruhum ilahi ilhamla dolur, həyata və yaradıcılığa olan həvəsim artır. Belə genişqəlbli, mehriban insanların mövcudluğu dünyamı daha da işıqladır. Bu dünyada şeiriyyətin ucalıq səmasına yüksəlmək qismət olmuş şairəm, hər zaman ruhunuz ucalsın! Samavi sözlərinizlə qəlblərdə “Nicat” günəşi kimi parlayın.
Müəllif: Cihangir NOMOZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
2 noyabr tarixində Respublikanın Əməkdar artisti Şövqi Hüseynovun təqdimatında “Mən Feyerbaxam” monotamaşasının premyerası baş tutdu. Tamaşa bir aktyorun həyatında yaşanan çətinliklərdən bəhs edir.
Feyerbaxın səhnəyə gəlişi, “İşıqlar niyə yanmır?… Bəs tamaşaçılar hanı?… Mən heç kimi görə bilmirəm…” və sair kimi ifadələri və onların səmimi şəkildə tamaşaçıya çatdırılması artıq tamaşaçının diqqətini çəkir. Bir məşq otağında Feyerbaxın dilindən öz həyat hekayəsini eşidirik, görürük…
Feyerbax bir teatr səhnəsində rejissor asistenti ilə danışır, tez-tez ona müraciət edib rejissorun nə vaxt gələcəyini soruşur, öz səhnə fəaliyyətindən, keşməkeşli həyatından, rejissorların münasibətindən və sair bəhs edir, müxtəlif səhnə əsərlərindən monoloqlar ifa edir, bəzən söhbətdən monoloqa gözlənilməz keçidlər olur, bəzən isə hətta onun hansısa bir əsərdən monoloq dediyini ifasının sonunda öyrənirik. Qeyd etmək istəyirəm ki, bu keçidləri Şövqi müəllim çox məharətlə ifa edib. Düzü tamaşanın sonlarına doğru, xüsusən də Feyerbaxın 7 il psixi dispanserdə olduğunu öyrənəndən sonra məndə belə bir düşüncə baş qaldırdı o doğurdan da mı kiminləsə söhbət edirdi? Yoxsa bunların hamısı sadəcə onun fikrindən keçənlər idi? Bilmirəm… Ətrafdakıların laqeyidliyi onun mənəvi sarsıntısına səbəb olur. Son da Feyerbax ömrünün son pilləsi kimi baxdığı pilləyə doğru addımlayır…
Tamaşaya əvvəldən axıra kimi heç yorulmadan, diqqətlə baxdım, Feyerbaxın iztirablarını hiss etdim, acı gülüşündən təsirləndim, sonuna təəssüfləndim… Bütün bu hissləri möhtəşəm şəkildə təqdim etdiyi üçün Şövqi Hüseynova təşəkkür edirəm və bol yaradıcılıq uğurları arzulayıram!
Шоир қалбининг рангин дунёси ҳамиша чексизликка йўл излайди...
Ҳар бир ижодкорнинг ички олами – бу кашф қилинмаган денгиз; унда илҳом бир неча кўриниш ва шаклларга кириб, руҳни парвариш қилувчи шаффоф сув каби ўзанларда оқади. Уларнинг ҳаёти қуруқ фикрлар ва оддий дунё билан чегараланмаган – бу дунё ҳар лаҳзада ўзгача ва яширин бир маъно билан тўлгандир. Шундай қалб эгаларининг ўй-фикрлари, ҳайрат ва илҳомлари, ўзга бир дунёдан ўзларига яқин шахслар орқали туғён қилиб туради. “Кўнгилни англаган киши – дунёни англар” дея айтилгандек, ижодкор қалби дунёни ичдан яна-да теран англашга интилади. Менда шундай шахсиятлар қаторида Мавлоно Румий ва Ғазолийларнинг асарлари алоҳида ўрин тутади. Уларнинг ҳар бир сўзи илоҳий нур каби қалбимга тушиб, ичимда сокинлик уйғотиб, маънавий ва руҳий қувват бағишлайди. Шоир кўнглимни эса яна-да руҳлантирувчи, илҳомлантирувчи бошқа бир ижодкор Хосият Рустамовадир. Уларнинг шеърларини ўқиганимда ҳар сафар бир олам ҳис-туйғулар барг ёзиб, руҳиятимга янги ранглар ва ҳайратлар қўшилади. Мавлоно Румийнинг “Дарёга ҳайрон бўлма, унда сенинг ҳайратинг бор”, деган ҳикматли сўзлари менга Хосият Рустамованинг шеърларида қайта ва қайта намоён бўлгандек туюлади. Уларнинг ижоди ҳам ўз ичида ўта сирли, гўзаллик ва ҳайратларга, олтин-у, жавоҳирларга бой бир дарёдир; унда сўзлар оддий восита эмас, балки қалбни очувчи калитдир. Ҳар бир мисрада сўзнинг жозибаси, шеъриятнинг ўзига хос нафислиги, инсон тафаккурининг қудрати, кучи билан юзма-юз келаман. Оҳанрабодек ўзига ром этувчи сатрлар туйғуларимнинг таранг торларига урилиб, бетакрор оҳанглар таратади. Ҳаёт ташвишлари ва маиший кечинмалар орасида ўралашиб қолиб, шеър кайфиятидан илҳом ва ҳайрат манбаидан йироқлашганимни ҳис этдим. Мунтазам мутолаа билан машғул бўлиб, мақола, таржима ила ижод этсам-да, барибир, кўнглимнинг ич-ичида бир ҳазинлик бор… Яъни шеърсизлик кайфияти… Ижод столига ўтириб, нимадир қораламоқчи бўламан, аммо тўлиб турган эрсам-да сатрларга тўкилолмайман… Бу ҳолат фақатгина ижод аҳлига аён… Руҳим тушкунланиб, ижодий кайфиятим тушиб кетганда, севимли шоир(а)мнинг шеърлари қалбим ичида бонг уради… Ғойиб бўлган ҳайратларимни, бедарак йўқолган илҳомларимни, “шоир руҳим”ни Х. Рустамова шеърларидан топаман. Ҳар бир ўқиган шеърим қалбимдаги шеъриятга бўлган ички эҳтиёжимни енгиллаштиради, ижодга бўлган муҳаббатимни қайта оловлантиради. “Руҳи руҳиятига яқин бўлганидан илҳомланади” деган ҳақиқат фикримнинг ёрқин исботидир. Ижодкорлар учун илҳом – бу руҳнинг яшаши, шеърлар эса уларнинг овозидир. Ўзига яқин, руҳига яқин ижодкорни топган инсон ўша овозга қулоқ тутади, ўзининг ички овозини англайди ва у томон талпинади. Шундай ижодкорлар билан ҳар бир мулоқот, ҳар бир шеърий суҳбат шоирни шеърият билан боғланишини яна ҳам мустаҳкамлайди. Хосият Рустамованинг ижодига назар солар эканман, нафақат катта истеъдодга, балки ҳақиқий улуғ шоирларга хос юксак қалбга эга эканини-да англайман. Ўзбек шеъриятига самовий нафас берувчи, сўзлар орқали инсон руҳиятининг энг туб жойларига етиб борадиган кучли шеърлар яратган беназир шоирадир. Х. Рустамова шеърлари оддий ҳаётий тафсилотлардан илоҳий ҳисларга қадар кенг қамровли – сўзларнинг сеҳрини кашф этиб, инсон қалбига етиб борадиган ўзига хос хосиятли овозга эга. Рустамованинг ижоди фақат мазмуний теранлиги билан эмас, балки қалбан нафислиги билан ҳам ажралиб туради. Бу шоиранинг ҳар бир сўзида, ҳар бир сатрида юракнинг юксак меҳр ва муҳаббат билан тўлиб-тошиши сезилади. Одатда, буюк шоирларнинг қалби дарё каби кенг, уммон каби чуқур бўлади. Хосият Рустамова ҳам улкан қалби ва юксак истеъдоди билан ажралиб туради – инсонларга меҳр ила, яқинлари ва мухлисларига чин дилдан эҳтиром-ла яшайди. Рустамова шеъриятининг яна бир устувор жиҳати – уларнинг ҳар бир мисраси ичида яширинган чуқур фалсафийлик бўлиб, сўзлар орқали инсонни ҳайратда қолдиришни, дунёни янгича нигоҳда кўрсатишни моҳирона уддалайди. Хосият Рустамова – шунчаки ижодкор эмас, балки руҳимни ёритувчи менинг шоираимдир. Улар билан ҳар бир суҳбатда, қалбим илоҳий илҳомга тўлади, ҳаётга ва ижодга бўлган завқим ошади. Бу шеърият оламида улар каби қалби кенг, меҳрибон инсонларнинг мавжудлиги дунёйимни янада нурафшон этади. Бу заминда шеъриятнинг юксак самосига кириб бориш бахти насиб этган шоирам, ҳамиша сўзингиз, руҳингиз сарбаланд бўлсин! Самовий сўзларингиз ила қалбларда “Нажот” қуёши бўлиб порлайверинг.